Məhkəmə qərarları › İş №2(102)-2147/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2147/2021

30.03.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2147/2021 30.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Kamaləddin oğlunun “xxxx (Azərbaycan)” ASC-yə və “xxxx (Azərbaycan)” ASC-nin İddiaçı Kamaləddin oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2147/21 (Açar sözlər: əsassız silinmiş borcun qaytarılması, dəymiş ziyanın ödənilməsi, əmanət müqaviləsinin ləğv edilməsi) Bakı şəhəri, xx xxxx 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlunun, vəkili Vəkil və ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili Vnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar İddiaçı Kamaləddin oğlu və X4 cavabdeh «xxxx (Azərbaycan)» ASC-yə qarşı «əsassız yerə silinmiş borcun qaytarılması, ilkin vəziyyətin bərpası və dəymiş zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh «xxxx (Azərbaycan)» ASCn in onlar tərəfindən qoyulmuş əmanət hesabına əsassız yerə kredit xətti müqaviləsi üzrə silinmiş borcun həmin əmanət hesablarına qaytarılması və əvvəlki vəziyyətin bərpa edilməsi, dəymiş zərərin ödənilməsi, hal-hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunan sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən onların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xxx İddiaçı Kamaləddin oğluna və X2 qarşı «əmanət müqaviləsinin ləğv edilməsi» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, X4 ilə «xxxx (Azərbaycan)» ASC arasında bağlanmış xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X9nin və İddiaçı Kamaləddin oğlu ilə «xxxx (Azərbaycan)» ASC arasınd a bağlanmış xx xxxx 2015ci il tarixli UNİ_Y_36M-143786-06 saylı X9nin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı Kamaləddin oğlu və X4 iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddətədək 11,5% dərəcəsi ilə faiz hesablanması, xx.xx.2017ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 1437861-24093 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması, xx.xx.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsi üzrə müqavilə ilə nəzərdə tutulmuş son müddə tədək 12% dərəcəsi ilə faiz hesablanması, xx.xx.2018-ci il tarixdə depozitin əsas məbləğindən və hesablanmış faiz məbləğindən müddəti bitmiş 143786-1-24092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ çıxıldıqdan sonra yerdə qalan məbləğə ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmaqla onlara qaytarılması; hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq onlara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İlk iddia üzrə iddiaçı X4 məhkəməyə ərizə göndərərək, ona aid hissədə iddia tələbindən imtina etdiyini bildirmiş və məhkəmədən iş üzrə icraata ona aid hissədə xitam verilməsini xahiş etmişdir. Daha sonra İddiaçı Kam aləddin oğlu iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin qüvvəsi bərpa olunması, 57.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faizin hesablanması; 143786124092 saylı kredit müqaviləsi üzrə ödənilməli məbləğ (4.416 ABŞ dolları xx.xx.2017-ci il tarixə MB məzənnəsinə əsasən) çıxıldıqdan sonra yerdə qalan 14.005 ABŞ dolları məbləğinə xx.xx.2018-ci il tarixdən ödənildiyi günə kimi Mərkəzi bankın uçot faiz dərəcəsi ilə (11 %) faiz hesablanmaqla ona qaytarılması, hazırkı iş üzrə 500 manat vəkil xərclərinin, 66 manat iddia ərizəsinə əlavə olunmuş sənədlərin hazırlanması üçün çəkilən xərclərin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar iddia tələbini onunla əsaslandırılmışlar ki, xx xxxx 2015-ci il tarixli UNİ_Y_36M143786-06 saylı X9nə əsasən İddiaçı tərəfindən cavabdeh «xxxx (Azərbaycan)» ASC-yə hesablanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 12 % dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 36 ay müddətinə və xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X9nə əsasən iddiaçı X4 tərəfindən cavabdeh «xxxx (Azərbaycan)» ASC-yə hesablanmış faizlərin (müddətin sonunda) ödənilməsi şərti ilə illik 11,5 % dərəcəsi ilə, 300 ABŞ dolları əmanət 24 ay müddətinə qoyulmuşdur. xx.xx.2015-ci il tarixdə «xxxx (Azərbaycan)» ASC ilə İddiaçı arasında 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasə n 19 ay müddətinə 103.500 manat və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinə əsasən 31 ay müddətinə 45.000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdeh arasında bundan başqa əlavə üç ədəd pul vəsaitinin girovu üzrə kredit xətti müqavilələri bağlanmış və həmin müqavilələr tam icra edilmişdir. Lakin yuxarıda qeyd olunan 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti xx.xx.2017-ci il tarixdə 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitəcəyinə baxmayaraq, «xxxx (Azərbaycan)» ASC iddiaçıya heç bir rəsmi bildiriş və ya xəbərdarlıq etmədən bankda olan iddiaçının əmanəti hesabına həmin kredit xətti müqavilələri üzrə borc məbləğlərini silmi şdir. Bununla bağlı iddiaçının cavabdehə ünvanladığı xx.xx.2017-ci il tarixli müraciətinə cavab olaraq «xxxx (Azərbaycan)» ASC tərəfindən xx.xx.2017-ci il tarixli cavab məktubunda bildirmişdir ki, iddiaçının yuxarıda qeyd olunan tam icra olunmuş və artıq müddətləri bitmiş kredit xətti müqavilələri üzrə gecikmə borcları olmuşdur. Eyni zamanda, «xxxx (Azərbaycan)» ASC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 03/55 saylı və xx.xx.2017-ci il tarixli 03/56 saylı arayışlarda da 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfindən heç bir gecikmə borcunun olmaması göstərilmişdir. «xxxx (Azərbaycan)» ASC tərəfindən əsassız olaraq iddiaçının əmanəti hesabına kredit xətti müqavil əsi üzrə borcunun silinməsi tamamilə əsassız və qanunsuzdur. İddiaçı ilə cavabdeh «xxxx (Azərbaycan)» ASC arasında bağlanmış kredit xətti müqaviləsinin 6.1-ci bəndində bankın həmin müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilməsi üçün əsas olan hallar qeyd olunmuşdur ki, həmin halların heç biri iddiaçı və cavabdeh arasında mövcud olmamışdır. Eləcə də, müqavilənin 6.2-ci bəndinə əsasən bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə bağlı kreditin, faizlərin və bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Qeyd olunan bəndin məzmunundan da aydın olduğu kimi, bank müqavilənin həmin tələbini pozmuş, belə bi r bildirişi göndərməmiş və iddiaçının əmanət hesabından əsassız yerə kredit üzrə borcu silmişdir. Tərəflər arasında girovla bağlı razılaşma mövcud deyildir və həmçinin bu məsələ ilə bağlı məhkəmə qərarı yoxdur. Göründüyü kimi, cavabdeh «xxxx (Azərbaycan)» ASC mülki qanunvericiliyin də tələblərini kobud şəkildə pozaraq öz xeyrinə müəyyən hərəkətlər etməkdən çəkinməmişdir. Eyni zamanda, iddiaçı yuxarıda qeyd olunan X9nə görə müəyyən edilmiş illik faiz dərəcələrindən məhrum olmuş və ona maddi zərər dəymişdir. İddia ərizəsinə əlavədə iddiaçı tərəf qeyd etmişdir ki, iş üzrə iddia ərizəsinin xx xxxxxx 2017ci il tarixdə təqdim olunmasını və o zamandan uzun müddət keçməsi ilə əlaqədar iş üzrə təqdim olunmuş həm depozit, həm də kredit müqavilələrinin müddəti bitmişdir. Bu səbəbdən, aşağıdakıları qe yd etməklə iddia tələbinə dəyişiklik etmək zərurəti yaranmışdır. Belə ki, xx xxxx 2015-ci il tarixli UNİ_Y_36M-143786-06 saylı əmanət müqaviləsinin müddətinin xx.xx.2018-ci il tarixdə bitməli olmasına baxmayaraq, bank həmin müqaviləyə də xx.xx.2016-cı il tarixdə birtərəfli qaydada qanunsuz xitam vermişdir. Bə səbəbdən də, hesab edirlər ki, müqavilə bərpa olunmalı və 57.000 ABŞ dolları üçün müqavilə ilə nəzərdə tutulmuş son müddətədək həmin müqavilə ilə nəzərdə tutulmuş 12 % dərəcəsi ilə faiz hesablanıb ona ödənilməlidir. xx.xx.2018-ci il tarixdə müqavilə müddətinin bitməsi həmin müddətdən sonra pul vəsaitinə müqavilə ilə nəzərdə tutulmuş faiz dərəcəsinin hesablanmasını istisna edir. Çünki, bu müddətdən sonra həmin pul vəsaiti Mülki Məcəllənin 449-cu maddəsinə əsasən özgənin pul vəsaitini q anunsuz saxlamaqla qaytarmaqdan imtina kimi qiymətləndirilir və bu səbəbdən pulun onlara qaytarıldığı müddətədək həmin vəsaitə ödəniş günü üçün Mərkəzi Bankın uçot faiz dərəcəsi ilə faiz hesablanmalıdır. Sadə hesablamalar göstərir ki, qeyd olunan depozit müqaviləsi bank tərəfindən qanunsuz olaraq ləğv edilməsə idi müddətin sonunda həmin depozit üzrə ona 18.420 ABŞ dolları məbləğində faiz ödənilməli idi. Lakin bank müqaviləyə xitam verdiyindən ona 0 ABŞ dolları faiz məbləği ödənilmişdir. İddia ərizəsi ilə banka müraciət etdiyi gün götürdüyü kredit üzrə 4.416 ABŞ dolları faiz məbləği hesablanmışdır. O, krediti şəxsi vəsaiti hesabına bağlamaq istəsə də, bu mümkün olmamışdır. Çünki bank artıq depozit hesabına bu borcu qanunsuz olaraq bağlamışdır. Bu isə açıq-aydın göstərir ki, bankın əsas məqs ədi ona depozit üzrə faiz ödəməmək olmuşdur. Hesab edir ki, depozit müqaviləsinin qüvvəsi bərpa olunmalı, 57.000 ABŞ dolları əsas borc və 18.420 ABŞ dolları məbləğində faiz ona ödənilməlidir. İddia verdiyi günə hesablanmış faiz və kreditin əsas borc məbləği çıxıldıqdan sonra xx.xx.2018-ci il tarixdə bank tərəfindən ona 14.005 ABŞ dolları məbləğində vəsait ödəməli idi. Lakin bank bu vəsaiti ona ödəməməsi səbəbindən Mülki Məcəllənin 449-cu maddəsinə əsasən borcu qaytardığı günədək 11 % (xx.xx.2018-ci il tarixə MB uçot faiz dərəcəsi) ilə əsassız istifadəyə görə vəsait ödəməlidir. Kredit müqaviləsinin icrası kreditorun təqsiri səbəbindən icra olunmadığına görə Mülki Məcəllənin 446-cı maddəsinə əsasən o, heç bir vəsait ödəməli deyil. «xxxx (Azərbaycan)» ASC qarşılıqlı iddia ərizəsini onunla ə saslandırmışdır ki, X4 (bundan sonra mətndə cavabdeh) ilə «xxxx (Azərbaycan)» ASC (bundan sonra mətndə iddiaçı və ya bank) arasında xx xxxx 2015-ci il tarixli UNİ_Y_24M-143785-04 saylı X9 bağlanmış və həmin müqaviləyə əsasən həmin əmanət «Universal» adlı müddətli əmanətdir. Eyni zamanda İddiaçı (bundan sonra mətndə cavabdeh) ilə bank arasında xx xxxx 2015-ci il tarixdə UNİ_Y_36M-143786-06 saylı X9 bağlanmış və həmin müqaviləyə əsasən həmin əmanət də «Universal» adlı müddətli əmanətdir. Qeyd edilən müqavilələrin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə əmanət üzrə hesablanmış faiz müvafiq olaraq 11,5 və 12 faiz müəyyən edilmişdir. Göründüyü kimi, həmin faiz dərəcələri ölkənin bank sistemində dollarla olan əmanətlər üzrə təklif olunan bəlkə də ən yuxarı faiz dərəcələridir. Bu isə ondan irəli g əlir ki, bu əmanət məhsulları bankda standart bir əmanət məhsulu deyildi və onların əsas şərtlərindən biri yüksək məbləğdə depozit yerləşdirilməsindən ibarət idi, yəni bu məhsul yüksək məbləğdə yerləşdirilən şəxslər üçün yaradılmışdır. Əks təqdirdə, bu dərəcədə faiz məbləğinin müəyyən edilməsi bankın iqtisadi maraqlarına uyğun deyil. Həmin əmanət müqavilələrinə uyğun olaraq cavabdehlər tərəfindən hesablarına müəyyən vaxtlarda ümumilikdə müvafiq olaraq 450.000 ABŞ dolları və 57.000 ABŞ dolları əmanət yerləşdirilmişdi. Lakin 2016-cı ilin sonlarında onun əmanət məbləği azaldılmış və hazırda İddiaçı hesabı sıfırlanmış, Pnın hesabındakı məbləğ isə təxminən 381.000 ABŞ dolları təşkil edir. Bu isə yuxarıda da qeyd edildiyi kimi bankın iqtisadi maraqlarına uyğun olmayan bir məbləğdir və hazırkı ha lda həmin əmanət məbləğlərinə bu dərəcədə, yəni 11,5 və 12 faiz məbləğinin hesablanması bankın ziyanla üzləşməsi ilə nəticələnir. Bundan başqa, tərəflər arasında bağlanmış yuxarıda qeyd edilən əmanət müqavilələrinin tərkib hissəsi sayılan əlavələrdə də qeyd edilmişdir ki, əmanətin azaldılmasına icazə verilmir. Hazırkı halda isə, göründüyü kimi bu qeyd edilən əmanət müqavilələri üzrə məbləğlər azaldılmışdır. Bu səbəbdən, «xxxx (Azərbaycan)» ASC ilə cavabdeh X4 və İddiaçı arasında bağlanmış bank əmanəti müqavilələrinin ləğv edilməsini məqsədə uyğundur. Mülki iş üzrə təyin olunmuş ekspertizalar nəticəsində verilmiş rəylərlə iddiaçıların Banka qarşı irəli sürdüyü tələbin təmin edilməsi üçün əsas yoxdur. Bundan başqa, Mülki Məcəllənin 964.2-ci maddəsinə əsasən, müştərinin sərəncamı olmadan hesa bdakı pul vəsaitinin silinməsinə...... bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir. Hazırkı işdə də iddiaçılar ilə Bank arasında yaranmış hüquq münasibətləri tərəflər arasında bağlanılmış müqavilələr ilə nizama salınmışdır. Belə ki, İddiaçı ilə Bank arasında bağlanımış 143786 saylı xx xxxx 2015-ci il tarixli «X12»nin 4.1.3-cü bəndinə əsasən Bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. X4 ilə Bank arasında bağlanılmış 143785 saylı xx xxxx 2015-ci il tarixli «X12»nin 4.1.3-cü bəndinə əsasən Bank müştərinin sərəncamı olmadan özünün və qanunvericilikdə nəzərdə tutulmuş digər səlahiyyətli şəxslərin pul tələblərini onun cari hesabından qanunvericiliyə uyğun olaraq silmək hüququna malikdir. X4 ilə Bank arasında bağlanılmış UNİ_Y_24-M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli «X9»nin 6.3.1-ci bəndinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ var. İddiaçı ilə Bank arasında bağlanılmış UNİ_Y_24-M-14378606 saylı xx xxxx 2015-ci il tarixli «X9»nin 6.3.1-ci bəndinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ var. İddiaçı ilə Bank arasında bağlanılmış 1-DEPOZİT-1048 saylı xx xxxxxx 2015-ci il tarixli «Pul vəsaitlərinin Girov müqaviləsi»nin 5.1.4-cü bəndinə əsasən «Girov Qoyan» girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu Müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən «Bank»ın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu Müqavilə ilə razılıq verir. İddiaçı (kredit alan) ilə Bank arasında bağlanılmış 1DEPOZİT-1049 saylı xx xxxxxx 2015-ci il tarixli «Pul vəsaitlərinin Girov müqaviləsi»nin 5.1.4-cü bəndinə əsasən «Girov Qoyan» (X6 - girov qoyan) girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə, habelə bu Müqavilə ilə müəyyənləşdirilən hallarda məhkəməyə müraciət edilmədən «Bank»ın tələbinin girov predmeti hesabına ödənilməsi üçün girov predmetinə tələb yönəldilməsinə və ya akseptsiz qaydada silinməsinə bu Müqavilə ilə razılıq verir. İddiaçı ilə Bank arasında bağlanılmış 143786-1-24092 saylı xx xxxxxx 2015-ci il tarixli «Kredit Xətti müqaviləsi»nin 5.1.3-cü bəndinə əsasən Bank Kredit xətti üzrə borcu, faizləri və «Kredit alan»ın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; Əgər «Kredit alan»a qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda «Bank»ın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti «Kredit alan»ın hesabından silmək hüququ var. İddiaçı ilə Bank arasında bağlanılmış 143786-1-24093 saylı xx xxxxxx 2015-ci il tarixli «Kredit Xətti müqaviləsi»nin 5.1.3-cü bəndinə əsasən Bankın Kredit xətti üzrə borcu, faizləri və «Kredit alan»ın adına açılmış bank hesab(lar)ından onun sərəncamı olmadan silmək; Əgər «Kredit alan»a qarşı pul tələbləri üzrə vəsaitin valyutası onun hesabında olan pul vəsaitinin valyutasından fərqlidirsə, bu halda «Bank»ın vəsaitin silinmə günü üçün müəyyən etdiyi məzənnə ilə vəsaiti «Kredit alan»ın hesabından silmək hüququ var. İddia tələbinin rədd edilməsinin digər əsası odur ki, iddiaçılar tərəfindən qoyulmuş əmanət kassadan məxaric edilmişdir. Beləliklə, hazırkı mülki iş üzrə iddiaçılar tərəfindən bildirilənlər öz təsdiqini tapmamış və onların istinad etdiyi hallar sübuta yetirilməmişdır. İddiaçı ilə bank arasındakı yaranmış hüquq münasibətləri tərəflər arasında bağlanılmış müqavilələr (X12nin 4.1.3, X9nin 6.3.1, Pul vəsaitlərinin girov müqaviləsinin 5.1.4, Kredit xətti müqaviləsinin 4.5, 5.1.3-cü bəndləri) ilə nizama salınmışdır. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il və xx.xx.2019-cu il tarixli ekspert rəyləri ilə iddiaçının iddia ərizəsinə əlavədə göstərdiyi hallar sübuta yetirilməmişdir. Digər tərəfdən «0» ABŞ dolları faiz məbləği ödənilməsi barədə göstərilmiş arqument elə İddiaçı özü-özünü inkar etməsi ilə, yəni onun yazdığı iddia ərizəsinin 5-ci abzası və tələbin xahiş edirəm hissəsinin 2-ci bəndi yuxarıdakı arqumenti təkzib etməklə faiz ödənildiyini təsdiq edir. İddiaçının hesablaması ümumiyyətlə səhvdir və artıq qoyulmuş əmanət, faiz məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məxaric edilmişdir. X9 üzrə əmanətin məxaric edilməsi isə işin mübahisəsiz halıdır. Üstəlik iddiaçı tələbində məxaric etdiyi pul vəsaitini qaytar madan əmanət müqaviləsinin qüvvəsinin bərpa olunmasını tələb edir ki, bu da kredit borcunun ödənilməməsi və bankın hüququnun pozulması deməkdir. Bundan əlavə, xx.xx.2018-ci il tarixinə Mərkəzi Bankın uçot faiz dərəcəsi 11 faiz olmayıb və məhkəmədən bu cür xahişin edilməsi qeyri-müəyyən, yəni icrası mümkünsüz tələbdir ki, bu da tələbin təmin edilməməsi üçün əsasdır. Beləliklə, hazırkı mülki iş üzrə İddiaçı tərəfindən bildirilənlər öz təsdiqini tapmamış və onun istinad etdiyi hallar sübuta yetirilməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxx 2017-ci il tarixli, xxx saylı qərardadı ilə (hakim Emin Mehdiyev) məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərb aycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyinə əsasən, İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış UNİ_Y_36M-143786-06 saylı xx xxxx 2015-cu il tarixli X9nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 57000,0 ABŞ dolları məbləğində və X4 ilə «xxxx» ASC arasında bağlanmış UNİ_Y_24M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 450000,0 ABŞ dolları məbləğidə əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan X4 ilə «xxxx» ASC arasında bağlanmış UNİ_Y_24M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əm anət müqaviləsi üzrə xx.xx.2016cı il tarixdə 68535,23 ABŞ dolları məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68535,23 ABŞ dollarının hansı kredit müqaviləsinə silinib-silinməməsi tədqiqatla müəyyən edilmir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, xxx saylı qərardadı ilə (hakim Pərviz Hüseynov) təkrar məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyinə əsasən, İddiaçı ilə «xxxx» ASC arasında bağlanmış UNİ_Y_36M-143786-06 saylı xx xxxx 2015-cu il tarixli X9nə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il t arixədək olan dövr üzrə ümumilikdə 57.000,0 ABŞ dolları məbləğində və X4 ilə «xxxx» ASC arasında bağlanmış UNİ_Y_24M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr üzrə ümumilikdə 45.000,0 ABŞ dolları məbləğində əmanət yerləşdirildiyi müəyyən edilir. İş materiallarında olan X4 ilə «xxxx» ASC arasında bağlanmış UNİ_Y_24M-143785-04 saylı xx xxxx 2015-ci il tarixli Bank əmanət müqaviləsi üzrə təqdim edilmiş çıxarış məlumatlarına əsasən qeyd edilən əmanət müqaviləsi üzrə xx.xx.2016cı il tarixdə 68535,23 ABŞ dolları məbləğində pulun silinməsi (azalması) müəyyən edilir. Lakin hesabdan çıxarış məlumatlarında qeyd edilən əmanət hesabından silinən 68535,23 ABŞ dollarının hansı kredit müqaviləsinə silinib-sili nməməsi tədqiqatla müəyyən edilmir. Birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli xxx saylı qərardadı ilə iddiadan imtina qəbul edilmiş və iş üzrə icraata ilk iddia üzrə iddiaçı X2 aid hissədə xitam verilmişdir. Birinci instansiya məhkəməsinin xx xxxx 2020-ci il tarixli xxx saylı qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) ilk və qarşılıqlı iddianın rədd edilməsi, 290 manat ekspertiza xərcinin ilk iddia üzrə İddiaçı Kamaləddin oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, İşin faktiki hallarından göründüyü kimi, ilk iddia əsassızdır. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında o lan sənədlərdən göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının hüquqları pozulmamış, tərəflər arasında bağlanmış müqavilələrin şərtləri ilk iddia üzrə cavabdeh tərəfindən pozulmamışdır. Bu səbəbdən, ilk iddia əsassız olmaqla rədd edilməlidir. Qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qarşılıqlı iddia əsassızdır və təmin edilə bilməz. Çünki, tərəflər arasında müqavilələr bağlanarkən müqavilə şərtləri hər iki tərəf arasında razılaşdırılmış və müqavilə şərtləri ilə tanış olan tərəflər, mübahisələndirilən müqavilələri imzalamışlar. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cava bdeh İddiaçı Kamaləddin oğlu birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Xəyal Sarıyev - sədrlik edən və məruzəçi, Emin Mehdiyev, Şərafət Məmmədova) xx xxxxxx 2020-ci il tarixli, xxx saylı qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2020ci il tarixli, xxx saylı qətnaməsinin İddiaçı Kamandar oğluna münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işdə olan müqavilə şərtlərinə əsasən Bankın Əmanətçiyə verilən bank kreditlərini və ona qarşı olan digər pul tələblərini Əmanətçinin əmanət və digər hesablarından onun sərəncamı olmadan silmək hüququ vardır. Həmçinin işin faktiki hallarından görünür ki, ilk iddia üzrə İddiaçı tərəfindən qoyulmuş əmanət kassadan məxaric edilmişdir. Kollegiya qeyd edir ki, mülki iş üzrə təyin olunmuş ekspertizalar nəticəsində verilmiş rəylərlə iddiaçının Banka qarşı irəli sürdüyü tələbin təmin edilməsi üçün əsaslar müəyyən olunmur. Məhkəmə kolegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair sübutları məhkəməyə təqdim etməmişdir. Əksinə, iş materiallarında olan sənədlərdən göründüyü kimi, ilk iddia üzrə cavabdeh tərəfindən ilk iddia üzrə iddiaçının hüquqları pozulmamış, tərə flər arasında bağlanmış müqavilələrin şərtləri ilk iddia üzrə cavabdeh tərəfindən pozulmamışdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu (vəkili Vəkil) kasasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiya məhkəməsi həm maddi həm də prosessual normaları kobud şəkildə pozmuşdur. Belə ki, əmanətçinin onun sərəncamı olmadan hesabında olan pulunun bank tərəfindən silinməsinin hüquqi əsası əmanətçinin bank qarşısında olan öhdəliklərini icra etm əməsi və ya lazımınca icra etməməsidir. Yəni aralarında olan müqaviləyə görə girov qoyan girovla təmin edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədiyi təqdirdə bank onun mülkiyyəti barəsində sərəncam vermək hüququna malik olmuşdur. Lakin iddiaçı tərəfindən bank qarşısında olan öhdəliklərinin pozulması, icra edilməməsi və ya lazımınca icra edilməməsi qəti şəkildə sübuta yetirilmir və bank bugünədək iddiaçı tərəfindən hansı müqavilə öhdəliklərinin pozulmasını əsaslandıra bilməmişdir. Tam əksi olaraq bank tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli 03/55 saylı və xx.xx.2017-ci il tarixli 03/56 saylı arayışlarda 1437861-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi və 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi üzrə iddiaçı tərəfin dən heç bir gecikmə borcunun olmaması göstərilmişdir. Eyni zamanda Maliyyə X3nın banka göstərişi də var ki, iddiaçı tərəfindən heç bir qanun pozuntusuna yol verilməmiş və bank tərəfindən silinmiş əmanət geri qaytarılsın. “xxxx (Azərbaycan)” ASC tərəfindən əsassız olaraq iddiaçının əmanət hesabına kredit xətti müqaviləsi üzrə borcu silinmişdir. Nəticə etibarilə iddiaçı olmayan təqsirə görə məsuliyyətə cəlb olunmuşdur. Eyni zamanda məhkəmə hazırki vəziyyətdə iddiaçının qoyulmuş əmanətin kassadan məxaric etməsi əsası ilə onun hər hansı hüququnun pozulmadığı qənaətinə gəlmişdir ki, bu tamamilə əsassızdır. Çünki zərər dedikdə təkcə şəxsin məruz qaldığı real itkilər deyil, həmçinin əldə çıxmış fayda da başa düşülür. Belə ki, 143786-1-24093 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqavilə sinin müddəti xx.xx.2017-ci il tarixdə, 143786-1-24092 saylı pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsinin müddəti xx.xx.2018-ci il tarixdə bitəcəyinə baxmayaraq, “xxxx (Azərbaycan)” ASC iddiaçıya heç bir rəsmi bildiriş və ya xəbərdarlıq etmədən bankda olan iddiaçının əmanəti hesabına həmin kredit xətti müqavilələri üzrə borc məbləğlərini silmişdir ki, bu iddiaçını xeyli miqdarda gəlirindən, ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum etmişdir. Belə ki, qeyd olunan depozit müqaviləsi bank tərəfindən qanunsuz olaraq ləğv edilməsə idi müddətin sonunda həmin depozit üzrə ona 18.420 ABŞ dolları məbləğində faiz ödənilməli idi. İddiaçı kredit öhdəliyini şəxsi vəsaiti hesabına bağlamaq istəsə də, bu mümkün olmamışdır, çünki bank artıq iddiaçının iradəsinə zidd olaraq, onun xəbəri olmadan onun depozit hesabına bu borcu vaxtından əvvəl qanunsuz olaraq bağlamışdır. Bu isə açıq-aydın göstərir ki, bankın əsas məqsədi ona depozit üzrə faiz ödəməmək olmuşdur. Bank tərəfindən verilmiş qarşılıqlı iddiadan və etirazdan da aydın olur ki bank bu addımı öz iqtisadi maraqlarına uyğun olmayan bir məbləğ olduğuna görə atmışdır və hazırkı halda həmin əmanət məbləğlərinə bu dərəcədə, yəni 11,5 və 12 faiz məbləğinin hesablanması bankın ziyanla üzləşməsi ilə nəticələnir, bu isə bank tərəfindən şəxsin mülkiyyət hüququnun birtərəfli qaydada kobud şəkildə pozulması, müqavilə azadlığı və mülki hüquq subyektlərinin bərabərliyi prinsipinin pozulması deməkdir. Bank müqavilədə nəzərdə tutulmuş girov hüququndan, yəni iddiaçının əmanəti üzərində sərəncam vermək hüququndan öz itkilərinin qarşısı nı almaq məqsədi ilə sui-istifadə etmişdir. Nəticə etibarı ilə bank vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etməmiş, iddiaçının mülkiyyəti sayılan banka qoyduğu əmanəti üzrə mülkiyyət hüquqları kobud şəkildə pozulmuş və məhdudlaşdırılmış, iddiaçı öz mülkiyyətindən faktiki olaraq məhrum olmuşdur. Prosessual normalara gəldikdə isə qeyd edilməlidir ki, iş üzrə bir neçə dəfə ekspertiza təyin olunmuş bir-birindən ziddiyyətli rəylər verilməsinə baxmayaraq mötəbər sübut kimi qiymətləndirilmişdir. Eyni zamanda ekspert qarşısında qoyulmuş suallar da işi mahiyyəti üzrə həll etmir. Belə ki, ekspert rəyində göstərmişdir ki, əmanət hesabından silinən 68.535 ABŞ dolları 23 sentin hansı kredit müqaviləsinə silinib-silinməməsi tədqiqatla müəyyən edilmir. Halbuki bu rəyin işin mahiyyəti üzrə hər hansı ba ğlılığı yoxdur. Burada önəmli olan silinmə faktının müəyyən olunmasıdır ki, bu işin mübahisəsiz halıdır. Apelyasiya instansiya məhkəməsi iş üzrə qətnamə qəbul edərkən, maddi və prosessual hüquq normalarını kobud şəkildə pozubdur, bu səbəbdən də iş üzrə apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili V məhkəməyə kasasiya şikayətinə etiraz ərizəsi ünvanlayaraq etirazında göstərmişdir ki, kassator hər iki aşağı instansiya məhkəmələrində vəkillə təmsil olunmuşdur və mülki işə baxan hakimlər, məhkəmə çıxışlarına keçməzdən əvvəl tərəflərə hər hansı sübut, etiraz və ya vəsatətlərinin olub-olmadığını soruşaraq, tərəflərin fikirlərini öyrəndikdən sonra mülki işə baxmaq və yekunlaşdırmaq qərarına gəlmişdir. Kassatorun isə hər hansı sübutu, etirazı və ya vəsatəti olmadığı üçün məhkəmə tərəfindən mülki iş yekunlaşdırılmışdır. Qanunvericiliyə əsasən sübut etmə yükü iddia edən tərəfin üzərinə düşür və bu hal özündə çəkişmə prinsipinin təmin olunmasına xidmət edir. Məhkəmə araşdırması zamanı keçirilmiş 32553 saylı xx.xx.2018-ci il tarixli və 11390 saylı xx.xx.2019-cu il tarixli ekspertiza rəylərinə əsasən kassatorun iddia etdiyi hal sübuta yetirilməmişdir. Belə ki, ekspert rəylərində müvafiq silinmənin X1 hesabından aparıldığı barədə rəy verilmiş və iddiaçı X4 isə iddia ərizəsindən imtina etdiyi üçün ona münasibətdə icraata xitam verilmişdir. Hazırda isə tələbin icrasının qeyri-mümkünlüyü ilə bağlı qeyd edilməlidir ki, iddia tələbinin bi rinci hissəsi müqavilənin bərpa olunması tələbindən ibarətdir. Həmin müqavilənin bərpa olunması mümkünsüzdür və Mülki Məcəllədə müqavilənin bərpası anlayışı yer almamışdır. Həm də müqavilə müddətinin bitməsi əsası ilə tərəflər arasında olan müqavilə münasibətləri qüvvəsini itirib və üstəlik işin mübahisəsiz halı odur ki, kassator tərəfindən qoyulmuş əmanət kassadan məxaric edilib. Digər tərəfdən kassatorun iddia tələbinin birinci və ikinci hissəsi ilə bağlı qeyd edilməlidir ki, belə bir xahiş müqavilədən kənar olduğu üçün bu hal tərəflərin razılığını ifadə edən müqavilə münasibətinə söykənmir və qüvvədən düşmüş müqavilə münasibətinə müdaxilə edilməsi isə müqavilə azadlığı prinsipinə ziddir. O cümlədən ikinci tələbdə əsas borc ifadəsi əmanət müqaviləsi münasibətinə deyil, kredit müqaviləsi anlayışına daxil edilən ifadədir ki, bu da Bankın subyektiv hüququnu ehtiva edir. Kassatorun göstərdiyi faiz məbləği isə özünün ehtimalı olmaqla tərəflər arasında bağlanılmış müqavilə münasibətinə əsaslanmır. Həmçinin xx.xx.2018-ci il tarixindən sonrakı tarixlərdə Mərkəzi Bankın uçot faiz dərəcəsi müxtəlifdir, yəni faiz dərəcəsi aylara görə dəyişdiyi üçün 11 faiz deyil və kassatorun məhkəmədən bu cür xahişi qeyri-müəyyən tələbdir ki, bu da kasasiya şikayətinin təmin edilməməsi üçün digər əsasdır. Kasasiya şikayətinin 3-cü səhifəsinin 7-ci abzası və 4-cü səhifənin ilk abzasında göstərilən arqumentlərin rədd edilməsinin və eləcə də, işin mübahisəsiz halı odur ki, kassatorun Banka ünvanladığı müraciətə xx.xx.2017-ci il tarixli 466 saylı cavab məktubunda həmin arqumentə dair (tərəflər arasın da bir neçə kredit müqaviləsi bağlandığını və həmin müqavilələr əsasında Bankın subyektiv hüququnun yarandığı barədə) ona ətraflı izah olunaraq bildirilmişdir. Bundan başqa kredit müqaviləsi üzrə (Bankın tələb hüququnu ehtiva edən) nəticə kassatoru qane etdiyi üçün onun tərəfindən mübahisələndirilmir. Bu isə tərəflər arasında yaranmış hüquq münasibətləri bağlanılmış müqavilələr ("X12”'nin 4.1.3-cü, “X9"nin 6.3.1ci, "Pul vəsaitlərinin Girov müqaviləsi”nin 5.1.4-cü, "Kredit Xətti müqaviləsi”nin 4.5, 5.1.3, 6.1.1-ci bəndləri) ilə qarşılıqlı öhdəliklər şəkilində nizama salındığı üçün onun tələbi bu baxımdan istisna edilir. Tərəflər arasında bağlanılmış müqavilə şərtləri Mülki Məcəllənin 964.2-ci maddəsinə uyğunlaşdırılmış və kassator həmin müqavilələri imzalamaqla öz iradəsini sərbəst ifadə et mişdir ki, bununla da kassatorun istinad etdiyi, yəni Mülki Məcəllənin 957.4-cü maddəsinin müddəalarının tətbiqinə əsas yoxdur. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu və vəkili Vəkil kasasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı “xxxx (Azərbaycan)” ASC-nin nümayəndəsi və vəkili V kasasiya şikayətinə etiraz edərək, məhkəmədən şikayətin təmin edilməməsini, apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 957.4. Əgər bank hesab sahibinin həqiqi iradəsini ifadə etməyən sərəncam əsasında pul vəsaitini h əmin hesabdan silərsə, bunun üçün məsuliyyət daşıyır, bir şərtlə ki, belə sərəncamın hesab sahibinin öz təqsiri üzündən verildiyini sübut edə bilməsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istina d etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsəhlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiya sı məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə iş üzrə ilk iddiaçı tərəfindən tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kasasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kasasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Belə ki, kasasiya yoxlaması nəticəsində müəyyən edilmişdir ki, ilk iddiaçılar olmuş İddiaçı Kamal əddin oğlu və X4 ilə “xxxx (Azərbaycan)” ASC arasında iddiaçıların hər biri ilə ayrı-ayrılıqda xx.xx.2015-ci il tarixdə X9 bağlamış, İddiaçı Kamaləddin oğlunun əmanət hesabına 57000 ABŞ dolları, X1 əmanət hesabına 450000 ABŞ dolları məbləğində əmanət yerləşdirilmişdir. Bu hal iş birinci instansiya məhkəməsində baxılarkən əldə edilmiş ekspert rəyləri ilə də öz təsdiqini tapmışdır. Bundan sonra xx.xx.2015-ci il tarixdə İddiaçı Kamaləddin oğlu ilə bank arasında iki pul vəsaitinin girovu üzrə kredit xətti müqaviləsi bağlanmış, 143786-1-24092 saylı kredit xətti üzrə ona 31 ay müddətinə 450000 manat məbləğində, 143786-1-24093 saylı kredit xətti müqaviləsi üzrə isə 103500 manat məbləğində kredit verilmiş, xx.xx.2016-cı ildə, yəni hər iki müqavilə üzrə müddətin bitməsindən xeyli müddət əvvəl borc tam, yəni əmanət məbləği hesabına icra edilmişdir. Bu hal ilk iddia üzrə cavabdehin qarşılıqlı iddia tələbində və ilk iddiaya etiraz ərizəsində də öz təsdiqini tapmışdır. Hər iki kredit xətti üzrə öhdəliyin tam icra edilməsinə dair verilmiş arayışlarda da (səh 26, 27) xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək kredit xətti üzrə heç bir gecikmə borcu olmadığı göstərilmişdir. İşə mahiyyəti üzrə baxmış apelyasiya kollegiyası ilk iddiaçının tələbinə dair məhkəməyə sübut təqdim etməməsinə və əmanətin bankdan məxcaric edilməsinə əsaslanmışdır. Lakin apelyasiya kollegiyası iş materiallarını tam və hərtərəfli araşdıraraq müəyyən etməli olduğu halda müəyyən etməmişdir ki, məxaric olunduğuna əsaslandığı məbləğ ilk iddia üzrə iddiaçı olmuş, lakin sonradan özünə aid tələbdən imtina etmiş X4 tərəfindən məxaric edilmişdir. Məxaric edilmiş 457159.58 ABŞ dolları məbləğ isə X7 tərəfindən əmanət hesabına qoyulmuş məbləğə uyğun məbləğdir. Digər ilk İddiaçı Kamaləddin oğlunun əmanət hesabına yerləşdirilmiş 57000 ABŞ dollarının məxaric edilməsi barədə isə hər hansı sübut iş materialları ilə müəyyən edilməməkdədir. Halbuki, əmanət məbləğinin əmanət hesabından kredit məbləğinin hesabına silinməsi işin mübahisəsiz halı kimi müəyyən olunur. Digər tərəfdən, bu hal Azərbaycan Respublikasının Maliyyə X3 tərəfindən həm “xxxx (Azərbaycan” ASC-yə, həm də İddiaçı Kamaləddin oğluna ünvanlanmış xx.xx.2017-ci il tarixli məktubu ilə də öz təsdiqini tapır. Adıçəkilən məktubun məzmunundan həmçinin görünür ki, kredit xətti müqavilələri üzrə vətəndaşın öhdəliklərinin icrasında gecikdirməyə yol verilməmə sinə baxmayaraq, həmin müqavilələr üzrə borc məbləğləri təminat qismində çıxış edən əmanət hesablarından akseptsiz qaydada silinmişdir. Həmin kredit xəti müqavilələrinin 6.1.10-cu bəndinə əsasən, kredit borcunun problemli olacağı riski olduğu təqdirdə Bank müqavilə üzrə pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə bilər. Həmin müqavilələrin 6.2-ci bəndinə əsasən Bank kredit alana pul öhdəliyinin vaxtından əvvəl icrası ilə kreditin, faizlərin və Bankın digər pul tələblərinin ödənilməsinə dair pretenziya (bildiriş) göndərir, kredit alan isə həmin pretenziyada (bildirişdə) göstərilən müddət ərzində və qaydada tələb olunan məbləği ödəməlidir. Göründüyü kimi, vətəndaşın öhdəliklərinin icrasının vaxtından əvvəl tələb edilməsi üçümn ona əvvəlcədən bu barədə müvafiq bildiriş göndərilməli idi. Lakin vətəndaşa bildiriş göndərmədən kredit xətti müqavilələri üzrə borc məbləğləri təminat qismində çıxış edən əmanət hesablarından akseptsiz qaydada silinmişdir. Beləliklə, bank tərəfindən müqavilənin şərtlərinə riayət edilməmiş və vətəndaşın hüququ pozulmuşdur. Apelyasiya kollegiyası isə ilk iddiaçının sübut təqdim etməməsinə istinad etsə də, göstərilən məktubu sübutlar sırasında qeyd etməmiş və həmin sübuta hər hansı münasibət bildirməmişdir. Halbuki, həmin məktubdan aydın olur ki, ilk iddiaçının əmanət hesabından pul vəsaitinin akseptsiz qaydada silinməsi üçün onun kredit xətti müqavilələri üzrə gecikmələrin olması və ya kredit borcunun problemli olacağı riski olması halı mövcud olmalı idi ki, bu hallardan hər hansı biri, ümumiyyətlə ilk iddiaçının öhdəliklərinin icrasında hər han sı pozuntuya yol verməsi halı Maliyyə X3 tərəfindən aparılmış araşdırma nəticəsində müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd edilən xüsusatlardan göründüyü kimi, apelyasiya kollegiyası işin hallarını tam, hərtərəfli, tərəflər arasında mövcud olmuş münasibətlərə uyğun araşdırmamış, ədalət mühakiməsini faktlar əsasında həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, sübutların müqayisəli tədqiqatını həyata keçirməmiş, ədalətli məhkəmə araşdırmasının ədalətliliyi ilə bağlı təməl prinsipləri pozmuşdur. Azərbaycan Respublikasının MPM-nin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar a tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin ış üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kasasiya kollegiyası həmçinin hesab edir ki, prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar düzgün qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 417.1.3-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər.Azərbaycan Respublikası MPM-in 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-in 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozu ntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alaraq kasasiya kollegiyası hesab edir ki, apelyasiya kollegiyası işə mahiyyəti üzrə baxmağa səlahiyyətli məhkəmə olduğundan, yuxarıda göstərilmiş və iş materialları üzrə tərəflər arasında mövcud olmuş münasibətlərin hallarının tam, hərtərəfli və düzgün araşdırılması, tərəflərin bərabərliyinin və məhkəmə araşdırmasının ədalətliliyinin təmin edilməsi məqsədilə kasasiya şikayəti qismən təmin edilməli, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, xxx nömrəli qətnaməsi ləğv edilməli və iş yeni apelyasiya baxışına qaytarılmalı, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəll əsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Azərbaycan Respublikası MPM-in 420-ci maddəsinə əsasən kasasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamaləddin oğlu tərəfindən verilmiş kasasiya şikayəti qismən təmin edilsin Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xxx nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar