Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2151/2022 20.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 qızına və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlakın dəyərinin qaytarılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1646/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi, İşin halları: Balakən rayonunun Şərif kəndində yerləşən 1,36 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X5 mülkiyyətində olmuş və həmin torpaq sahəsinin 1,0833 ha hissəsi 26 avqust 2004cü il tarixli alqı-satqı müqaviləsinə əsasən X1. 14 sentyabr 2009-cu il tarixdə H.H.Hədisova özünə məxsus bütün əmlakı İddiaçı vəsiyyət etmiş, 29 oktyabr 2009-cu il tarixdə isə vəfat etmişdir. 1.0833 ha torpaq sahəsinin X4 notarial qaydada satılmasına və İddiaçı vəsiyyət olunmasına baxmayaraq onların mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamış, 12 aprel 2011-ci il tarixdə Şərifli Bələdiyyəsində təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlamaqla İddiaçı torpaq sahəsini 7000 ABŞ dollarına Cavabdeh2 satmışdır. Müqavilə notariatda təsdiq olunmamışdır. 12 noyabr 2018-ci il tarixdə mübahisəli torpaq sah əsinin əvvəlki mülkiyyətçisi olan X5 və onun ailə üzvlərinin adına Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilmiş və 20 noyabr 2018-ci il tarixdə onlarla X7 arasında alqı-satqı müqaviləsi bağlanaraq sonuncunun torpaq sahəsi üzərində mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Bundan sonra Balakən Rayon Məhkəməsinin 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək X2 adına verilmiş Reyestrdən Çıxarış və 20 noyabr 2018-ci il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Cavabdeh1 qızının adına 26 fevral 2019-cu il tarixdə verilmiş Reyestrdən Çıxarış ləğv edilmişdir. Həmin qətnamə ilə torpaq sahəsinin İddiaçı sahibliyinə qaytarılması, İddiaçı 7000 ABŞ dollarının manatla alınıb cavabdehlərə qaytarılması hissəsində qətnamənin eyni vaxtda icra olunması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2021-ci ilin may ayında İddiaçı cavabdehlər Cavabdeh1 qızı və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus torpaq sahəsinin cavabdehlərin istifadəsində olarkən orada olan 110 ədəd fındıq topasından götürdükləri bəhrəni və biçdikləri yemlik otu satmaqla 2011-ci ildən 2020-ci ilə kimi cəmi 38.700 manat məbləğində gəlir əldə etməklə əsassız olaraq varlanmalarını əsas göstərməklə həmin məbləğin cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-633/2021 nömrəli, 16 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakim: H.Q.Səlimov) iddia əsassız hesab edilərək təmin edilməmi şdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı qətnamə ilə razılaşmayaraq onun ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi barədə apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1646/2021 nömrəli, 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Balakən Rayon Məhkəməsinin 16 iyun 2021-ci il tarixli, 2(019)-633/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti verərək cavabdehlərin 9 il ərzində ona məxsus torpaq sah əsindən istifadə etməklə bəhər götürmələrini, lakin apellyasiya instansiyası məhkəməsinin sübutlara düzgün qiymət vermədən iddianı rədd etməsini əsas göstərməklə qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İş üzrə cavabdehlər kassasiya şikayətinə qarşı etirazla məhkəməyə müraciət edərək iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, Şəki Apellyasiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci mad dəsinə əsasən kassasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmədən baxılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1091.1 Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikasının MPM-in 4 07.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən, kollegiya qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Hazırkı mübahisənin yaranmasına səbəb iddiaçı tərəfindən cavabdehlərdən ona məxsus torpaq sahəsində olan fındıq topalarından və yemlik otdan qazanc götürməklə o nun hesabına əsassız varlanmaları və həmin məbləği cavabdehlərdən tələb etməsi olmuşdur. Həmin mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-1095-ci maddələri ilə tənzimləndiyindən iddiaçı tələbinin qanuni əsası kimi həmin normalara istinad etmişdir. Mülki Məcəllənin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. (1091.2) Mülki Məcəllənin 1092-ci maddəsində varlanmış şəxsin əldə etdiklərini məhrum o lunana qaytarması ilə əlaqədar vəzifələri müəyyən olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlər mübahisəli torpaq sahəsini dəyərini ödəməklə əldə edərək istifadə etmişlər. Məhkəmənin 07 avqust 2019-cu il tarixli qətnaməsi ilə onlarla bağlanmış alqı-satqı müqaviləsi etibarsız hesab olunduqdan və onun əsasında verilmiş Reyestrdən Çıxarış ləğv edildikdən sonra müqavilə üzrə ödənilmiş 7000 ABŞ dollarının cavabdehlərə qaytarılması və qətnamənin həmin hissədə eyni vaxtda icra edilməsi qət edilsə də, iddiaçı tərəfindən həmin pul məbləğinin cavabdehlərə qaytarılması təmin olunmadığından cavabdehlər həmin torpaq sahəsindən istifadə etməkdə davam edirlər. Belə olduqda cavabdehlərin hüquqi əsas olmadan, yaxud qanuni və müqavilə əsası olmadan varlanması nəticəsinə gəlmək üçün əsaslar olmamış dır. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda hesab etmişdir ki, iddiaçı cavabdehlərin hərəkəti nəticəsində ona ziyan dəyməsini (Mülki Məcəllənin 21, 1097-ci maddələri) sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərlə əlaqədar kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-1646/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2151/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-2151/2022
20.04.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver