Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2153/2021 05.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İlkin iddia üzrə İddiaçı ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: aktların etibarsız hesab edilməsi; pul tələbi; sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5822/2020 nömrəli iş üzrə x xxxxxxx 2020-ci il tarixli qətnaməsindən ilkin iddia üzrə Cavabdeh2 və vəkili Vəkil Babalı o ğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə x xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı 1. xx.xx.2015-ci il tarixdə “xxxx” MTK-nın sədri Müslət Nəcəfov, “xxxx” MMC adına vəzifəsi göstərilmədən Cavabdeh2 və “xxxx” MMC-nin direktoru İddiaçı tərəfindən imzalanmış akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən “xxxx” MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885528 manat sərmayə qoyulmuşdur. 2. xx.xx.2015-ci il tarixli digər akta əsasən Cavabdeh2 və İddiaçı tərəfindən Qaradağ rayonu ərazisində “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97342 manat sərmayə qoyulmuşdur. 3. xx.xx.2015-ci il tarixli digər akta əsasən Ca vabdeh2 və İddiaçı tərəfindən Hökməli kəndində yerləşən daş istehsalı sexinə 341800 manat sərmayə qoyulmuşdur. Tərəflər həmin aktların düzgünlüyünü öz imzaları ilə təsdiq etmişlər. Birinci instansiya məhkəməsində icraat
4. İlkin iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı aktların etibarsız hesab olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə İddiaçı arasında imzalanmış Hökməli qəsəbəsində ərazisi 0,5 hektardan ibarət olan, içərisində daş (aqlay) sexinin alqı-satqısına 341800 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktın, “Şahqaya” adlanan ərazidə yerləşən daş karxanasına və həmin karxanada olan daş istehsalı sexinə 97342 manat sərmayə qoyulması ilə bağlı tərtib olunmuş xx.xx.2015-ci il tarixli aktın və ün van 1 ünvanında “xxxx” MTK-ya məxsus 19 mərtəbəli yaşayış binasının tikintisinə 885528 manat sərmayə qoyulması ilə bağlı xx.xx.2015-ci il tarixli aktın tərtib olunduğu andan etibarsız hesab olunması barədə qətnamənin çıxarılmasını xahiş etmişdir.
5. İlkin iddia üzrə iddiaçı eyni tarixli hər üç aktı mübahisələndirərkən, həmin aktların məzmununda əks edilmiş sərmayənin qoyulmadığını, gələcəkdə qoyulacağını təsbit etmək üçün aktları tərtib edərək imzaladıqlarına istinad etmişdir.
6. İlkin iddia üzrə Cavabdeh2 İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, yuxarıda qeyd olunan xx.xx.2015-ci il tarixli aktlar üzrə tərəfindən sərmayə kimi ödənilmiş 341800 + 97342 + 885528 = ******* manat məbləğində pulun və həmin məbləğdən 3 ildən artıq müddətdə istifadəy ə görə qüvvədə olan bank faizinin uçot dərəcəsi ilə (5% olmaqla) ******* x 5% = 66233 x 3 = 198699 manat pulun, cəmi ******* + 198699 = ******* manat məbləğində pulun iddiaçıdan onun xeyrinə tutulmasına dair qətnamənin qəbul edilməsini xahiş etmişdir.
7. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, həmin aktların etibarsız hesab edilməsi barədə ilk iddia əsassızdır. Qeyd olunan aktlar, həmin aktlarda göstərilmiş məbləğlərin ödənilməsinə görə deyil, artıq ödənilmiş məbləğlərin ödənildiyini təsdiq etmək baxımından, yəni onun tərəfindən aktlarda qeyd edilən məbləğlərin sərmayə olaraq qoyulduğunun təsdiqi baxımından tərtib olunmuşdur. Qeyd edilən məbləğlər onun tərəfindən sərmayə olaraq qoyulmuş və iddiaçı tərəf həmin sərmayələrə mütənasib gəlirlərin bölüşdürülməsindən yayınmaq üçün bu məzmund a iddia qaldırmışdır.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)61/2020 saylı qətnaməsi ilə (hakim C.Tağıyev) həm ilkin iddia tələbinin, həm də qarşılıqlı iddia tələbinin rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi aktların etibarsız hesab edilməsi barədə ilk iddianı rədd edərkən ona əsaslanmışdır ki, iddiaçı onun hüququnun pozulduğunu bildiyi andan 1 il müddətində əqdin (aktların) etibarsızlığı ilə bağlı mübahisə açmamış və bununla da qanunla müəyyən edilmiş müraciət müddətini ötürmüşdür. Qarşılıqlı iddianı rədd edərkən birinci instansiya məhkəməsi ona əsaslanmışdır ki, tərtib olunmuş aktlar birgə sərmayə qoyuluşu və sahibkarlıq fəaliyyəti ilə bağlı olduğundan, bu fəaliyyət nəticəsində qarşılaşa biləcəkləri risklərə görə bir-birinin qa rşısında məsuliyyət daşımırlar. Bundan əlavə, qarşılıqlı iddiaçı mübahisələndirilən 3 akt üzrə qoyulmuş sərmayədən gəlir əldə edilməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Aktların məzmunundan görünür ki, 341800 + 97342 + 885528 = ******* manat məbləğində qoyulmuş sərmayələr yalnız Cavabdeh2 deyil, həm də İddiaçı aid olmuşdur. Qarşılıqlı iddianı rədd edən məhkəmə həmçinin Cavabdeh2 bu iddianı İddiaçı tərəfindən iddia qaldırıldıqdan sonra irəli sürdüyünü, tərəflər arasında qərəzli münasibətlərin olmasını vurğulamışdır.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 328.1, 337.1, 337.2, 339.1, 339.2, 354.1, 354.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə və “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikas ı Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə istinad edərək əsaslandırmışdır.
11. Qətnamədən narazı qalan qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-61/2020 saylı qətnaməsinin ləğv edilib, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
12. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (sədrlik edən və məruzəçi hakim İ.Ə.Kərimli, hakimlər A.Ə.İsgəndərov və E.C.Kazımov) x xxxxxxx 2020-ci il tarixli 2(103)-5822/2020 saylı qətnaməsi ilə qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(006)-61/2020 saylı qətnaməsinin Cavabdeh2 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə istinad edərək qətnaməsini onunla əsaslandırmışdır ki, sərmayə qoyuluşu ilə bağlı x xxxxxx 2015-ci il tarixli aktlarda qeyd olunan xüsusatlar başqa heç bir sübutla təsdiq olunmamış, hər üç aktın tərtibində iştirak etmiş X2 həmin aktların etibarsız olduğunu, Cavabdeh2 sərmayə qoyacağına söz versə də, vədinə əməl etmədiyini bildirmişdir. Kollegiya həmçinin qeyd etmişdir ki, aktların məzmunundan Cavabdeh2 və İddiaçı hərəyə nə qədər sərmayə qoymasını müəyyən etmək mümkün deyil.
14. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və vəkili Vəkil Babalı oğlu kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının x xxxx 2020-ci il tarixli 2(103)-5822/2020 saylı qətnaməsinin tamamilə ləğv edilməsinə, mülki işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərarın qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı iddia müddətini ötürərək məhkəməyə müraciət etmiş, hətta müddəti ötürməsəydi belə iddiaçı tələbində haqlı deyildir. İlkin iddia tələbindən də görünür ki, həmin aktlar artıq sərf edilmiş sərmayəni əks etdirir. İddiaçı ilə hər hansı narazılığın olmasına baxmayaraq ortada təsdiq olunmuş və imzalanmış aktlar var, həmin aktlar mübahisələndirilə bilməz. Söhbət pulun sərm ayə kimi qoyuluşundan gedir ki, bunu da təsdiq etmiş şəxslər sonradan təkzib edə bilməz və mübahisələndirərkən qanunun tələbinə və işin faktiki halına əks getmək mümkün deyildir. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməli idi, çünki şablon fikirlər əsasında hakimin daxili inamı formalaşa bilməz. Belə ki, məhkəmə hər üç aktın tərtibində iştirak etmiş X1 həmin aktların etibarsız olduğunu, Cavabdeh2 sərmayə qoyacağına söz versə də, vədinə əməl etmədiyini bildirdiyini qeyd etsə də, nəzərə almamışdır ki, həmin şəxs çoxdan ölüb, ilk iddia tərəfindən heç kim hələ lap əvvəldən məhkəməyə gəlməmişdir. Kassator kassasiya şikayətinin dəlillərinin əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 328.1, 337.1, 337.2, 339.1, 339.2, 354.1, 354.2, 385.1, 386.1, 443.1, 443.7, 445.7-ci ma ddələrini göstərmişdir.
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 18. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pulu ödəməli, əmlakı verməli, iş görməli, xidmətlər göstərməli, və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 19. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu MM-də nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştiakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
20. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
22. Maddə 76.2 Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yer ində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
23. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 77.3 İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
25. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 106.1 İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
27. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
28. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
29. Maddə 417.1.3 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
30. Maddə 418.1 Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
31. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§27).
32. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəf indən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§28).
33. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§27). Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
34. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 və vəkili Vəkil Babalı oğlu kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsin i xahiş etdiyindən, məhkəmə kollegiyası yalnız qarşılıqlı iddianın təmin edilməməsi hissəsinin dəyişdirilmədən saxlanılmasından ibarət qətnaməni bütövlükdə yoxlanılmasını həyata keçirir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
35. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalıdır.
36. Apellyasiya instansiyası məhkəməsi iş üzrə belə nəticəyə gəlmişdir ki, sərmayə qoyuluşu ilə bağlı x xxxxxx 2015-ci il tarixli aktlarda qeyd olunan xüsusatlar başqa heç bir sübutla təsdiq olunmamış, hər üç aktın tərtibində iştirak etmiş X2 həmin aktların etibarsız olduğunu, Cavabdeh2 sərmayə qoyacağına söz versə də, vədin ə əməl etmədiyini bildirmişdir. Kollegiya həmçinin qeyd etmişdir ki, aktların məzmunundan Cavabdeh2 və İddiaçı hərəyə nə qədər sərmayə qoymasını müəyyən etmək mümkün deyil.
37. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticələr ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır.
38. İlk növbədə qeyd edilməlidir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsində aktlarla bağlı müəyyən etdiyi hallar özü-özlüyündə ziddiyyətlidir. Belə ki, məhkəmə kollegiyası bir tərəfdən aktlarda sərmayələrin qoyulması ilə bağlı xüsusatın başqa heç bir sübutla təsdiq olunmadığını və hər üç aktın tərtibində işti rak etmiş X2 həmin aktların etibarsız olduğunu qeyd etsə də, digər tərəfdən aktların məzmunundan Cavabdeh2 və İddiaçı hər birinə nə qədər sərmayə qoymasının müəyyən edilməsinin mümkün olmadığını qeyd etmişdir.
39. Digər tərəfdən, isə məhkəmə qarşılıqlı iddia tələbinin əsasları üzrə zəruri olan hərtərəfli araşdırılmanı həyata keçirməmişdir. Halbuki, bir-biri ilə bağlı olan 3 akt üzrə qoyulmuş sərmayələrin geri alınması tələbi üzrə mübahisənin həlli məqsədilə ilk növbədə tərəflərin hər birinin qoyduğu sərmayənin həcmi, bu sərmayələrin qoyulması üzrə tərəflər arasında hansı müqavilədən irəli gələn qarşılıqlı öhdəliklərin götürüldüyü, yəni tərəflərin öhdəliklərinin nədən ibarət olması, daha sonra isə bu öhdəliklərin pozulub-pozulmaması, pozulmuşdursa kimin tərəfindən pozulması, öhdəliyin poz ulmasına görə zərərin mövcud olub-olmaması müəyyən edilməlidir. Apellyasiya instansiyası məhkəməsi isə işin həlli baxımından əhəmiyyətli olan bu halları aydınlaşdırmadan qarşılıqlı iddianın rədd edilməsi qənaətinə gəlmişdir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, iş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikası MPM-nin 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçm əsinə kömək göstərir.
41. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiqi, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır.
42. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» xx xxxxxx 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə görə kassasiya və apellyasiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 apellyasiya şikayətində göstərilənlərə qeyd edilən Plenum qərarının tələbləri baxımından müfəssəl hüqu qi qiymət verməyərək iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan, qarşılıqlı iddianın əsası kimi, istinad etdiyi hallara düzgün hüquqi qiymət verməmişdir.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, “məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir”.
45. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, beləliklə də, gəldiyi nəticələri prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. Ona görə də kassasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına qaytarılmalıdir.
46. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün yuxarıda qeyd edilən bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, apellyasiya şikayətinin dəlillərinə eləcə də, araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verilməlidir.
47. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh2 kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5822/2020 nömrəli iş üzr ə x xxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.