Məhkəmə qərarları › İş №2(102)-2154/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2154/2023

12.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2154/2023 12.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2154/2023 (Açar sözlər: apelyasiya şikayətinin mümkünlük əsasları, forma və məzmun tələbi, şikayətin səlahiyyətli şəxs tərəfindən imzalanmaması) Bakı şəhəri, 12 may 2023-cü il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2475/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 12 ma y 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. Abşeron Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim E.Məmmədov) iddianın qismən təmin edilməsi, Cavabdeh dəymiş maddi ziyanın əvəzi olaraq 6350 manat pul alınaraq İddiaçı verilməsi, iddia tələbinin digər hissədə rədd edilməsi qət edilmişdir.

2. Cavabdeh xx.xx.2022-ci il tarixində apellyasiya şikayəti verərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2475/202 2 nömrəli qərardadı ilə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilmiş və şikayətin Azərbaycan Respublikası MPM-nin 361-363-cü maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmışdır.

4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində şikayət verən şəxsin işdə prosessual vəziyyəti, poçt ünvanı göstərilməmiş, eləcə də şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinə ünvanlamaq əvəzinə Abşeron Rayon Məhkəməsinə ünvanlamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan pozuntular olduğu halda apellyasiya şikayətini geri qaytarmaq əvəzinə, mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərmişdir.

5. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, işdən göründüyü kim i, qətnamədən verilmiş apellyasiya şikayəti elektron qaydada Vəkil tərəfindən imzalanmışdır. Lakin elektron qaydada verilmiş şikayətindən görünür ki, Vəkil səlahiyyətini təsdiq edən order şikayətə əlavə edilməmişdir. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, apellyasiya şikayəti MPM-nin 361-ci maddəsinə uyğun olmadığından, birinci instansiya məhkəməsinin 30 avqust 2022-ci il tarixli, 2(012)-4644/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin apellyasiya instansiya məhkəməsinə göndərilməsi şikayətin apellyasiya icraatına qəbul edilməsi üçün əsas ola bilməz.

6. Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qərardadı ilə Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(012)-4644/2022 nömrəli qətnaməsindən verd iyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.

7. Cavabdeh Abşeron Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv edilməsi xahiş etmişdir.

8. Abşeron Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-701/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə şikayət təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 dekabr 2022-ci il tarixli, 2(012)-4644/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, Cavabdeh apelyasiya instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadından nar azı qaldığı təqdirdə ondan kassasiya şikayəti vermək hüququna malik olduğu halda kassasiya şikayəti verməmiş, Abşeron Rayon Məhkəməsi mülki prosessual qanunvericiliyin apellyasiya instansiyası məhkəməsinin göstərişlərinin məcburiliyi ilə bağlı normaya uyğun olaraq və apellyasiya instansiyası məhkəməsinin qərardadındakı hüquqi mövqeyini nəzərə alaraq apellyasiya şikayətini həmin qərardadda göstərilən əsaslar üzrə düzgün olaraq geri qaytarmış və birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, qətnamədən verilmiş apellyasiya şikayəti Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən imzalansa da, şikayətə vəkil orderi əlavə edilmədiyindən şikayətin səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlillər i

11. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(105)-2475/2022 nömrəli qərardadının ləğv edilməsini və Abşeron Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsindən verilmiş apelyasiya şikayətinin mümkün hesab edilməsini xahiş etmişdir.

12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadından da görünür ki, birinci instansiya məhkəməsi verilmiş apellyasiya şikayətini mümkün hesab etmiş və baxılması üçün apellyasiyasiya instansiyası məhkəməsinə göndərmişdir. Lakin yuxarı instansiya orqanı kimi apellyasiya məhkəməsi şikayətin qeyri-mümkünlüyünə dair öz mövqeyini qeyd etmiş və qiymət verilməsi üçün yenidən birinci instansiya məhkəməsinə geri qaytarmışdır. Birinci instansiya məhkəməs i isə təbii olaraq, yuxarı instansiya məhkəməsinin hüquqi mövqeyinə uyğun olaraq apellyasiya şikayətini geri qaytarmışdır. Lakin hesab edir ki, Abşeron rayon məhkəməsi (hakim Elman Məmmədov) ilkin olaraq düzgün hüquqi mövqe nümayiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin mövqeyi isə tam əsassızdır. Qərardaddan da görünür ki, apellyasiya instansiyası məhkəməsi qeyd edir ki, MPM-nin apellyasiya şiakyətini qeyri-mümkün hesab edərkən 3 arqumentə: apellyasiya şikayəti verən şəxsin işdə prosessual vəziyyətinin, poçt ünvanının göstərilməməsi, şikayətin Sumqayıt Apellyasiya Məhkəməsinə deyil, Abşeron Rayon Məhkməməsinə ünvanlanması və vəkilin şikayət vermək hüququnun olmamasına, şikayətin hüququ olmayan şəxs tərəfindən imzalanmasına istinad etmişdir. İlk iki arqumentə münasibətdə qeyd edilmişd ir ki, apellyasiya şikayəti elektron qaydada verilib və elektron məhkəmə sistemində mümkün olan qaydada tərtib edilib. Sistemdə tərəf kimi “şikayət verən şəxs, vəkil və nümayəndə”bölməsi vardır ki, haqlı olaraq cavabdeh şikayət verən şəxs qismində qeyd edilmişdir. Digər tərəfdən elektron poçt ünvanı doldurulması məcburi olan qrafa deyildir. Faktiki olaraq da, Cavabdeh poçt ünvanından istifadə etmir. Olmayan bir məlumatın isə qeyd edillməsi mümkün deyildir. Apellyasiya şikayətinin Abşeron Rayon Məhkəməsinə ünvanlanmasına dair isə qeyd edilmişdir ki, vəkilin və ya tərəfin elektron məhkəmə sisteminin çıxardığı, hazırladığı formaya dəyişiklik etmək, düzəliş etmək kimi bir texniki imkanı yoxdur. Apellyasiya şikayəti verildikdə elektron məhkəmə sistemi avtomatik olaraq birinci instansiya məhkəmə sinə ünvanlanmış kimi qeydiyyatdan keçir. Bu bir texniki məsələdir, vəkilin ixtiyarında deyil. Ona görə hazırkı qüsur elektron məhkəmə üzrə işçi qrupuna ünvanlanmalı olan nöqsandır. Vəkilin imzalamaq səlahiyyəti olmamasına dair Sumqayıt apellyasiya məhkəməsinin digər göstərişinə gəldikdə isə məhkəmə qeyd etmişdir ki, elektron qaydada verilmiş şikayətindən görünür ki, Vəkil səlahiyyətini təsdiq edən order şikayətə əlavə edilməmişdir. Əslində apellyasiya instasniya öz mövqeyi ziddiyyətlidir. Belə ki, qərardaddan da görünür ki, apellyasiya instansiyası MPM-nin 69 və 74-cü maddələrinə istinad edir. Yəni apellyasiya instansiyası da qəbul etmişdir ki, məhkəmə aktlarında şikayət vermə hüququ etibarnamə ilə müəyyən edilir və etibarnamə verildiyi andan bu hüquq yaranır. Ancaq vəkil orderinin olmama sını şikayət vermək hüququ olmamaq kimi qəbul edir. Vəkil orderi yalnız tərəfi məhkəmədə təmsil etmək üçündür. Və həmin order müvafiq instansiya məhkəmində yekun məhkəmə aktı qanuni qüvəsini alanadək etibarlıdır. X4 apellyasiya instansiyasında bir vəkillə deyil, başqa bir vəkil ilə də müqavilə bağlamaq hüququna malikdir. Digər tərəfdən məhkəmələr ikili standart tətbiq edirlər. Belə ki, məhkəmələr məhkəmə aktlarından şikayət vermək hüququnu Tərəfin elektron kabineti yoxdursa, vəkilin elektron kabinetinə yerləşdirilməsini vaxtından hesablayırlar. Əgər vəkil orderinin hüquqi qüvvəsi yoxdursa necə olur ki, tərəfin şikayət vermə hüququ vəkilin kabinetinə yerləşdirilməsi vaxtından hesablanır?! Bundan əlavə, 2(105)-2475/2022 saylı iş üzrə Vəkil kimi elektron kabinetə əlavə edilməmiş, məhkəmənin 2 (105)-2475/2022 qərardadı isə cavabdehə xx.xx.2023-cü ildə şəxsən təqdim edilmişdir. Sözügedən qərardadın mövcudluğundan isə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)701/2022 saylı qərardadının mətni ilə tanış olarkən məlumatları olmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

14. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir.

15. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir.

16. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

17. Maddə 361.1. apelyasiya şikayətində şikayətin verildiyi məhkəmənin adı və ünvanı, şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti, barəsində şikayət verilən qətna mə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı, şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar, şikayətə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir.

18. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa, nümayəndənin səlahiyyətini təsdiq edən etibarnamə və ya digər sənəd əlavə edilməlidir.

19. Maddə

364. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş s ənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.

20. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Kassasiya baxışının hədləri

21. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiy mətləndirilməməlidir.

22. Apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir.

24. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətini etibarnamə üzrə imzalayan şəxs vəkil olduğundan yuxarıda qeyd edilən maddənin tələbinə görə o imzaladığı apellyasiya şikayətinə həm etibarnamə, həm də vəkil kimi order əlavə etməlidir. Bu sənədlərin əlavə edilməməsi həmin şəxsin imza səlahiyyətinin olmaması deməkdir. Bu isə həmin apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.

25. Hazırki işdən görünür ki, apellyasiya şikayət ini imzalayan vəkil müvafiq etibarnamə əlavə etsə də, nümayəndə olmaq üçün zəruri olan cavabdehi apellyasiya instansiya məhkəməsində təmsil etmək səlahiyyət verilmiş vəkil orderini əlavə etməmişdir. Müvafiq vəkil orderi olmadan isə o cavabdehin etibarnamə əsasında səlahiyyətli nümayəndəsi kimi qəbul edilə bilməz.

26. Eyni zamanda, apelyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsində müəyyən edilmiş formada və məzmunda verilməlidir. Cavabdehin apelyasiya şikayəti isə bu forma və məzmuna cavab verməmişdir.

27. Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qanun pozuntularına yol verilməmişdir.

28. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyas ı məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

29. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-2475/2022 nömrəli, 29 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar