Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2155/2021 26.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, Cavabdeh1 vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1571/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 26 apr el 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və X1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən ona məxsus tekstil malların və cehizlik əşyaların (qab-qacaq) dəyəri olan 20000 manatın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə yaşadığı evin yaxınlığında Binəqədi rayonu, S.Bəhlulzadə küçəsində 42 və 44 saylı binaların qarşısında yerləşən “FU FU” geyim mağazasında tanış olmuşdur. Belə ki, cavabdeh həmin mağazada anası XXXlə birgə işləyib və o, həmin mağazadan qızlarına və özü nə zəruri geyim əşyaları alıb. İşləmədiyi üçün o da ticarətlə məşğul olmaq qərarına gəlmiş, borca və faizə pul götürərək cehizlik tekstil mallar almışdır ki, bir az bahasına satıb gündəlik ehtiyaclarını ödəsin. Bu işin gəlirli olduğuna onu XXX və anası inandırıblar. Beləliklə, gətirdiyi malları satmaq məqsədilə XXXyə özündə mal olduğunu bildirib. XXX və anası XXX 2014-cü ilin noyabr ayında evinə yığdığı bütün alver mallarını aldadaraq yığışdırıb aparıblar. Aldadıldığını mağazanın az sonra bağlanmasını gördükdə başa düşüb. İşə baxılarkən məhkəmənin sorğusuna əsasən Binəqədi Rayon Polis İdarəsindən iddiaçının şikayəti əsasında toplanmış material məhkəməyə təqdim edilmişdir. Polis idarəsində izahatı alınmış Cavabdeh1 göstərmişdir ki, 2014-ci ilin noyabr ayında iddiaçı onun işlədiyi mağazaya g ələrək cehizlik mallarının olduğunu və satmaq istədiyini bildirmiş, o, XXXdən bir neçə dəfə həmin mallardan özü və ailəsi üçün götürüb pulunu qaytarmış, həmin vaxtlarda XXX ona həmin malları satmaqda köməklik etməsini xahiş etmişdir. O da xxxxx alverlə məşğul olan XXX adlı şəxsin olduğunu bildirmiş, razılaşmışlar ki, malları XXX satsın. XXX həmin malları onun işlədiyi yerə qoyub, XXX isə həmin malları götürüb. Daha sonra XXX onunla hesab apararkən təxminən 10000 manatlıq malın XXXda qalması məlum olub. Lakin XXX həmin pulu XXXyə verməyib. Sonradan həmin malın 3850 manatını XXXyə ozü verib. Qalan pulu XXXdan götürməsini bildirib, XXX isə malı deyil, pulu istəyib. Binəqədi Rayon Polis İdarəsinin 29.01.2016-cı il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə verən X2 ifadəsində iddiaçı ilə əvvəllər qonşu olduqlarını, 8 ildir rəfiqə olduqlarını, iddiaçının tekstil və servis mallarının onun iştirakı ilə hissə-hissə XXXyə və anasına verməsinin şahidi olduğunu, malların satılıb pulunun XXXyə hissə-hissə verilməsi barədə danışıqlarda iştirak etdiyini bildirmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(006)-887/2019 nömrəli iş üzrə 28 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva) iddia qismən təmin edilmiş, Cavabdeh1 10000 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsi Binəqədi Rayon Polis İdarəsindən tələb olunmuş materiala, həmçinin şahid ifadəsinə istin adla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, şahid malların XXX adlı şəxsə yox, məhz XXXyə verilməsini təsdiq etmişdir. Cavabdehlər isə 10000 manatlıq malın XXX adlı şəxsdə olmasına dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. Eyni zamanda, iş materiallarında olan əmlak siyahısına əsasən, əmlakın ümumi dəyəri 10146 manat təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, 10000 manat məbləğində pul vəsaiti məhz Cavabdeh1 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152, 157, 386.1, 1091, 1092.1, 1093.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh1 həmin qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-9248/2019 nömrəli iş üzrə 08 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), E.Şamayev və M.Məmmədov) Cavabdeh1 apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi ilə eyni mövqe irəli sürərək və eyni maddi hüquq normalarına istinad etməklə hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir. Cavabdeh1 həmin qətnamədən k assasiya şikayəti vermişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – kassasiya instansiyası məhkəməsi) 2(102)-7676/2019 nömrəli iş üzrə 19 noyabr 2019-cu il tarixli qərarı ilə (hakimlər – V.İbayev (sədrlik edən və məruzəçi), A.Kalbalıyev və Ə.Rüstəmov) Cavabdeh1 kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunaraq iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsində işə baxılarkən sübutların araşdırılması ilə bağlı mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilməmiş, apellyasiya şikayətinin həmin dəlili məhkəmə tərəfindən araşdı rılmamışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat Yeni apellyasiya icraatı zamanı iddiaçı izahatında bildirmişdir ki, Cavabdeh1 tərəfindən ondan alınmış 10000 manatlıq malların dəyərindən həqiqətən də 2014-cü ilin dekabrında XXXnin atası Fərhad tərəfindən 500 manat ona verilmiş, qalan 9500 manat pulun isə ona qaytarılacağı bildirilsə də, bu günədək həmin pul ona qaytarılmamışdır. Apellyasiya instansiyası məhkəməsinin 2(103)-1571/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Cəmilova (sədrlik edən və məruzəçi), M.Tağızadə və Ü.Mayılov) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə - Cavabdeh1 10000 manat məbləğində pulun tutulması hissəsində dəyişdirilmiş, sonuncudan 9500 manat məbləğində pulun alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi MPM-nin 420-ci maddəsinin tələbindən çıxış edərək, Binəqədi RPİ-nə müvafiq sorğu göndərmiş və sorğuya cavab olaraq məhkəməyə daxil olmuş materiallar əsasında müəyyən etmişdir ki, iddiaçının müraciəti əsasında toplanmış materiallar üzrə Binəqədi Rayon Prokurorunun 29.01.2016-cı il tarixli qərarından sonra Binəqədi RPİ-də yenidən araşdırma aparılmış və fevral 2016-cı il tarixdə “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul olunmuşdur. Həmin qərar və sorğuya cavab olaraq məhkəməyə daxil olmuş Binəqədi RPİ-də iddiaçının verdiyi yazılı izahatdan müəyyən olunmuşdur ki, iddiaçının Cavabdeh1 verdiyi 10000 manatlıq malların dəyərindən XXXnin atası xxxxxx tərəfindən 2014-c ü ilin dekabr ayının əvvəllərində 500 manat ödənilmiş, qalan 9500 manat pulun isə ona ödəniləcəyi bildirilsə də, həmin pul bu günə qədər qaytarılmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının apellyasiya baxışının hədləri daxilində araşdırılan iddia tələbi əsaslı olsa da, birinci instansiya məhkəməsi həmin iddia tələbini təmin edərkən onun məbləği ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Yəni, hazırkı işdə iddiaçının 10000 manat pulun cavabdehdən tutulması barədə iddia tələbinin yuxarıda göstərilənlərlə bağlı 9500 manat hissəsi təmin edilməli idi. Məhkəmə, həmçinin qeyd etmişdir ki, cavabdeh apellyasiya şikayətində iddiaçıya məxsusluğu mübahisə doğurmayan malların ona deyil, XXX adlı şəxsə verilməsi barədə dəlil irəli sürsə də, malların üçüncü şəxsə verilmə si barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21, 1091.1, 1092, MPM-nin 77.1, 106.1, 106.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddı və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki halları üzrə sübutları düzgün qiymətləndirməmişdir. Kassator göstərmişdir ki, apellyasiya məhkəməsi mübahisə predmeti olan malların h əqiqətən də cavabdehlərin bildirdiyi kimi, XXX adlı şəxsə verilib-verilmədiyini araşdırmamış, yalnız Binəqədi RPİ-dən tələb olunan materiala istinad etmiş, lakin materialda iddiaçının haqlı olmasını təsdiq edən heç bir halın müəyyən edilmədiyinə əhəmiyyət verməmişdir. Bundan başqa, məhkəmə XXX adlı şəxsi məhkəməyə dəvət etməmiş, məsələyə aidiyyəti olmayan, danışıqlarda iştirak etməyən şahidin ifadəsini sübut kimi qəbul etmişdir. Kassasiya şikayətinin əsası kimi MPM-ni 14.1-ci maddəsinə istinad olunmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassatorun vəkili kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin ləğv olunmasın ı xahiş etdi. İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyindən, MPM-nin 67-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə yalnız Cavabdeh1 şikayət verdiyindən apellyasiya instansiyası məhkəməsinin aktı iddianın təmin olunmuş hissəsində yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddianın təmin olunmuş hissəsində mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarıldığı ümumi ifadələrlə qeyd edilsə də, bunun nədən ibarət olması əsaslandırılmamışdır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1571/2020 nömrəli iş üzrə 10 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2155/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2155/2021
26.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver