Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2159/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), X5 və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdeh1 vəkili X1 iştirakı ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(103)11822/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Toğrul Axundov) xx xxxx 2019-cu il tarixli 2(004)-2544/2019 saylı qətnaməsi ilə iddia qis mən təmin edilmiş, Cavabdeh1 MMC-dən 19682 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Vahid Sadıqov - sədrlik edən və məruzəçi, Abiddin Hüseynov, Azad İmanov) xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 MMC-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin iş üzrə xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmiş, Cavabdeh1 MMC-dən İddiaçı xeyrinə tutulmalı məbləğ 16282 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1 MMC və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada avtomobilə dəymiş zərərin əvəzi o laraq 19682 manat, icarəyə götürülmüş avtomobilin əvəzi olaraq 3600 manat, 15000 manat məbləğində mənəvi zərərin və avtomobilə dəymiş ziyan nəticəsində avtomobilin dəyərdən düşməsinə görə amortizasiya xərcləri qismində 5000 manat və 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 43312 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu it tarixdə onun həyat yoldaşı X3 ona məxsus olan «Nissan X-Trail» markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən zaman, cavabdeh MMC-yə məxsus və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes Benz» markalı **-JB-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə digər «Mercedes Benz 190» markalı **-SA-*** dövlət qeydiyy at nişanlı avtomobili arxa sol tərəfdən vurmuş, nəticədə həmin avtomobil fırlanaraq onun hərəkətdə olduğu zolağa düşmüş və o, həmin avtomobilə dəymiş, bundan sonra yük avtomobili sağ tərəfə hərəkət etmək əvəzinə sola hərəkət etmiş və onu sağ tərəfdən vuraraq yolu iki yerə bölən arakəsməyə sıxmışdır. Bundan sonra hadisə yerinə DYP əməkdaşları, xilasedicilər cəlb edilmiş və yol nəqliyyat hadisəsinin baş verməsi səbəbləri araşdırılmışdır. Nəticə etibarı ilə Cavabdeh2 hadisənin baş verməsində təqsirli bilinmiş və onun barəsində İnzibati tənbeh tədbiri görülmüşdür. Cavabdehin icbari sığortaçısı “xxxx” Şirkəti olmuşdur. Həmin sığorta şirkəti tərəfindən onun avtomobilinə dəymiş zərər müəyyən edilmişdir. Avtomobilə dəymiş maddi zərərin məbləği 23850 manat müəyyən edilmiş, 4168 manat vəsait ona s ığorta şirkəti tərəfindən ödənilmişdir. Qalan məbləğ isə cavabdehlər tərəfindən ödənilməli olduğu halda bu günə qədər heç bir ödəniş edilməmişdir. Yol nəqliyyat hadisəsi nəticəsində o, avtomobili istifadə etməkdən məhrum olmuşdur. Buna görə də, avtomobil kirayələmək məcburiyyətində qalmışdır. Avtomobilin 1 aylıq icarə haqqı 1200 manat təşkil edir. Eyni zamanda yol nəqliyyat hadisəsi nəticəsində ciddi şəkildə qorxu və həyəcan hissi keçirmişdir ki, bu da, onun səhhətinə çox mənfi təsir göstərmişdir. Ona dəymiş olan mənəvi zərəri 15000 manat məbləğində dəyərləndirir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın məbləği müəyyənləşdirilərkən ekspert rəyi nəzərə alınmadan “xxxx” Şirkəti tərəfindən müəyyən edilmiş məbləğ əsas götürülmüşdür. Məhkəmə Mülki Məcəllənin 1099.1-ci maddəsinə istinadən vurulmuş zərərin Cavabdeh1 MMC-dən tutulmalı olması barədə yalnış nəticəyə gəlmişdir. Məcəllənin 1099.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Hazırki halda, bu normada qeyd olunan şərt faktiki olaraq mövcud deyil. Məhkəmə iddia tələbindən kənara çıxaraq zərərin yalnız bir cavabdehdən tutulmasını qət etmişdir. Tərəflərin izahatları: Cavabdeh1 vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı və digər cavabdeh gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının və digər cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instans iyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kasasiya şikayəti vermiş və iddia tələbinn təmin edilən hissəsini mübahisələndirir. İddiaçı isə qətnamə kasasiya şikayəti verməmişdir. Ona görə də, qətnamə mübahisələndirilməyən hissədə (iddia tələbinin rədd edilən hissələrdə) kasasiya qaydasında yoxlanılmadı. Əsaslandırma: Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 vəkili X2 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh MMC-nin kasasiya şikayətinə əsasən mübahisələn dirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, xx.xx.2019-cu it tarixdə İddiaçı həyat yoldaşı X3 iddiaçıya məxsus olan «Nissan XTrail» markalı **-OZ-*** qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edən zaman, Cavabdeh1 MMC-yə məxsus və etibarnamə əsasında Cavabdeh2 tərəfindən idarə olunan «Mercedes 3332 yük» markalı **-JB-*** qeydiyyat nişanlı yük avtomobili ilə «Mercedes Benz 190» markalı **-SA-*** qeydiyyat nişanlı avtomobili arxa sol tərəfdən vurmuş, nəticədə həmin avtomobil fırlanaraq iddiaçının hərəkətdə olduğu zolağa düşmüş və iddiaçı həmin avtomobilə dəymişdir. Bundan sonra yük avtomobili sağ tərəfə hərəkət etmək əvəzinə sola hərəkət etmiş və id diaçını sağ tərəfdən vuraraq yolu iki yerə bölən arakəsməyə sıxmışdır. TP ******* nömrəli X6 haqqında qərara əsasən Cavabdeh2 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Cavabdehin icbari sığortaçısı “xxxx” Şirkəti tərəfindən iddiaçının avtomobilinə dəymiş maddi zərərin məbləği 23850 manat müəyyən edilmiş və həmin məbləğdən 4168 manat vəsait iddiaçıya sığorta şirkəti tərəfindən ödənilmişdir. İddiaçı “xxxx” Şirkəti tərəfindən müəyyən edilmiş məbləği, 23850 manat və həmin məbləğdən 4168 manatın ödənilməsini nəzərə alaraq avtomobilə dəymiş ziyanın məbləğinin 19682 manatın ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Məhkəmə Ekspretiza Mərkəzinin xx.xx.2019-cu il tarixli, 10366 nömrəli ekspert rəyindən görünür ki, iş mat eriallarında olan, «xxxx» MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktı məlumatlarına əsasən, 2010-cu il buraxılışlı «Nissan X-Trail» minik markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20450,00 manat müəyyən edilir: dəyişilməli hissələrin qiyməti - 17050,00 manat; təmir-bərpa işlərinin qiyməti - 3400,00 manat. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinin tələblərinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldi r (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspert rəyi ilə 2010-cu il buraxılışlı «Nissan X-Trail» minik markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20450,00 (dəyişilməli hissələrin qiyməti - 17050,00 manat; təmi r-bərpa işlərinin qiyməti – 3400,00 manat) manat müəyyən edilmişdir. Məhkəmə gəldiyi nəticə ilə razılaşmayan cavabdeh MMC-nin apelyasiya şikayətində göstərmişdir ki, məhkəmə ekspert rəyini nəzərə almadan, Sığorta Şirkətinin müəyyən etdiyi məbləği əsas götürmüşdür. Avtomobilə dəymiş ziyanın məbləği ilə bağlı apelyasiya instansiyası məhkəməsihesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir. Belə ki, iş üzrə verilmiş ekspert rəyindən görünür ki, “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2010-cu il buraxılışlı «Nissan X-Trail» minik markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 23850 manat müəyyən edilir, o cümlədən d əyişilməli hissələrin qiyməti-20450 manat, təmir-bərpa işlərinin qiyməti 3400 manat. İllik 2% (2-6%) aşınma nəzərə alınmaqla, 9 il (2010-2019) isitsmarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 17050 manat müəyyən edilmiş (24050-2%. 8 dəfə), nəticədə “xxxx” MMC tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli qüsur aktına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla, 2010-cu il buraxılışlı «Nissan X-Trail» minik markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 20450 manat müəyyən edilmişdir. Göründüyü kimi, ekspert tərəfindən rəy verilərkən illik 2% aşınma nəzərə alınmaqla, 9 il (2010-2019) isismarda olmuş dəyişilməli hissələrin qalıq dəyəri təxminən 17050 manat müəyyən edilmişdir. Q eyd olunanlara əsasən apelyasiya instansiyası məhkəməsi eskpert rəyini nəzərə alaraq hesab etmişdir ki,avtomobilə dəymiş ziyanın dəyəri olaraq iddiaçıya ödənilməli olan məbləğ 16282 (20450-4168) manat müəyyən edilməlidir. Belə ki, iş materiallarından görünür ki, “xxxx” Şirkəti tərəfindən iddiaçıya dəymiş ziyan məbləğindən 4168 manat ödəniş edilmişdir, belə olan halda, avtomobilin təmir-bərpa xərci, avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən müəyyən edilmiş 20450 məbləğdən Sığorta Şirkəti tərəfindən ödənilmiş 4168 manat çıxılmalıdır. Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəmə lidir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən, başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Birinci instansiya məhkəməsi sadalanan normalara əsaslanaraq Cavabdeh2 əmək müqaviləsinə əsasən Cavabdeh1 MMC-nin işçisi olmasını, yol-nəqliyyat hadisəsi törədilən zaman da MMC-nin işçisi olması və «Mercedes 3332 yük» markalı **-JB-*** qeydiyyat nişanlı yük avtomobilinin də Cavabdeh1 MMC-yə məxsus olmasını nəzərə alaraq dəymiş ziyan məbləğinin Cavabdeh1 MMC-dən tutulmalı olması qənaətinə gəlmişdir. Eyni zamanda Cavabdeh1 MMC-yə Cavabdeh2 qarşı ödənilmiş əv əz miqdarında geriyə tələb (reqres) hüququnun olduğunu izah etmişdir. Cavabdeh MMC apelyasiya şikayətində Mülki Məcəllənin 1099.2-ci maddəsinə istinad edərək məhkəmənin həmin normanın tələblərini nəzərə almadığını, hazırda 1099.2-ci maddədə göstərilmiş işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərmə və ya fəaliyyət göstərməli olma şərtinin mövcud olmadığını qeyd etmişdir. Mülki Məcəllənin 1099.2-ci maddəsinə əsasən bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Bununla bağlı apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu normanın məzmunundan göründüyü kimi, cavabdeh MMC-nin göstərilən normada istinad etdiyi qeyd olunan şərt (bir şərtlə ki, buzaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun) əmək müqaviləsi əsasında iş görən fiziki şəxsə yox, mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsə aiddir. Ona görə də həmin şərtin əmək müqaviləsi əsasında iş görən fiziki şəxsə, hazırki halda isə Cavabdeh2 aid etmək olmaz. İş yerinə dair arayışdan görünür ki, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında xx.xx.2018-ci il tarixdə xx.xx.2019-cu il tarixədək əmək müqaviləsi bağlanmış və işçinin aylıq əmək haqqı məbləği 819 manat müəyy ən edilmişdir. Apelyasiya instansiyası məhkəməsiqeyd etmişdir ki, cavabdeh MMC-nin qeyd olunanlarla bağlı apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi sadalanan normalara istinad edərək, haqlı olaraq dəymiş ziyan məbləğinin Cavabdeh1 MMCdən tutulmalı olması qənaətinə gəlmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC-yə Cavabdeh2 qarşı ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququnun olduğu izah edilmişdir. Bununla bağlı cavabdeh MMC-nin dəlilləri, o cümlədən MMC ilə Cavabdeh2 arasında bağlanmış əmək müqaviləsinə əlavə hesab olunan xx.xx.2018-ci il tarixli «Tam maddi məsuliyyət haqqında» müqavilənin 1.5-cibəndinin hazırki işin həlli baxımından heç bir əhəmiyyəti yoxdur, çünki göstərilən münasibətlər qanunla tənzimləndiyindən, qanunda nəzərdə tutulanlardan fərq li qaydanın müəyyən olunması əhəmiyyətsizdir, qanunda isə işçinin törətdiyi deliktə görə məhz işəgötürənin məsuliyyət daşıması müəyyən olunmuşdur. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Cavabdeh MMC-nin öz etirazının əsası kimi istinad etdiyi və apellyasiya şikayətində göstərdiyi hallarla kassasiya şikayətində göstərilən dəlillərin eyni o lduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən cavabdehin göstərdiyi dəlillərə hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsinə və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kolegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh1 oğlunun kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəmə si Mülki kolegiyasının 2(103)-11822/2019 nömrəli iş üzrə xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi cavabdeh MMC-nin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2159/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2159/2020
25.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver