Məhkəmə qərarları › İş №2(102)-2159/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2159/2022

26.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2159/2022 26.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə, Maraqlı şəxs, X5, X1, X4 və X2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1981/2022 nömrəli iş üzrə 31 yanvar 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 26 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinə, Maraqlı şəxs, X1, X5, X4, X2 qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi) ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin ********** qeydiyyat nömrəli, 19.02.2021-ci il tarixli çıxarışının etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1823/2021 saylı, 16 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova) iddia tələbinin təmin edilməməsi qət edilmişd ir. Qətnamədən narazı qalan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 apelyasiya şikayəti ilə müraciət edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinni təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Şeyda Məhərrəmova) 2(103)-1981/2022 saylı, 31 yanvar 2022-ci il tarixli qərardadı ilə apelyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin surəti iddiaçının nümayəndəsi və vəkili Vəkil1 elektron kabinetinə 29 noyabr 202 1-ci il tarixində yerləşdirilməklə rəsmi qaydada təqdim olunmuşdur. Həmçinin iş materiallarından müəyyən olunur ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 həmin qətnamədən verdiyi apellyasiya şikayəti 06 yanvar 2022-ci il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə daxil olmuşdur. Bununla da apelyasiya şikayəti vermə müddəti ötürülmüşdür. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri İddiaçı (vəkili Vəkil1) kasasiya şikayəti verərək, qərardadın ləğv edilərək işin apelyasiya baxışına barədə barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 2(103)1981/2022 saylı qərardadı ilə hüquqları pozulmuş, işin mahiyyəti düzgün araşdırılmamışdır. Be lə ki, çıxarılan qərardad hakim tərəfindən AR MPM-nin 357.1-ci maddəsi ilə əsaslandırılmışdır. Sözü gedən qətnamənin onun (nümayəndə və vəkilin) elektron kabinetinə rəsmi qaydada 29.11.2021-ci il tarixdə yerləşdirilməsini əsas göstərmişlər. Belə ki, iddiaçı fiziki şəxsdir. Onun elektron məhkəmə informasiya sistemində şəxsi kabineti mövcud deyil. Qanunvericlikdə də vətəndaşın apelyasiya məhkəməsində vəkil tutmağı vacib şərt kimi göstərilməmişdir. Belə ki, iş materiallarına əlavə olunmuş vəkil orderinin surətindən görüünr ki, iddiaçı onunla (nümayəndə və vəkillə) şikayət verilən gün, yəni 06.01.2022-ci il tarixdə müqavilə bağlamışdır. Bakı Şəhər Nərimanov Rayon Məhkəməsi tərəfindən sözü gedən qətnamə rəsmi şəkildə 07.12.2021-ci il tarixdə poçt vasitəsi ilə göndərilmiş, iddiaçı tərəfindən qəb ul edilmişdir. Həmçinin qanunvericilikdə də elekton məhkəmə sistemi ilə qətnamənin yerləşdirilməsi onu rəsmi şəkildə alınması kimi nəzərdə tutulmamışdır. Bundan əlavə olaraq qətnamə onun (nümayəndə və vəkilin) elekton ünvanına yerləşdirilmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Maddə 69.1-1. Fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Maddə 73.1. Nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq veril miş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Maddə 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə

360. Apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Maddə 363.1.3. Apelyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfin dən geri qaytarılır. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Maddə

402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri üzrə qeyd edilməlidir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, kassiya şikayətində nümayəndənin elektron kabinetinə qətnamənin yerləşdirilmə tarixindən asılı olmayaraq iddiaçının qətnaməni əldə etmə tarixinə istinad edilib apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv edilməli olduğu göstərilsə də, kasasiya yoxlaması nəticəsində də müəyyən edilmişdir ki, iddiaçı tərəfindən Vəkil1 08.07.2021-ci il tarixində 08.07.2022-ci il tarixinədək etibarnamə verilmiş, etibarnamədə qətnamələrdən şikayət vermək səlahiyyəti öz əksini tapmışdır. Apelyasiya şikayəti verilən zaman etibarnamə qüvvədə olmuş və ləğv edilməmişdir. Nümayəndəlik institutu üzrə nümayəndənin anlayışına nəzər yetirildikdə nümayəndənin təmsil olunan şəxsə münasibətdə hüquq və vəzifələrin həyata keçirilməsində məhdudiyyətlərə məruz qalmaması, əksinə nümayəndə qismində məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətləri etməli olması öz təsdiqini tapır ki, hazırki iş üzrə də iddiaçının nümayəndəsi birinci instansiya məhkəməsinin qətnaməsi onun elektron kabinetinə yerləşdirildikdən sonra məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətl i həlli üçün zəruri olan bütün prosessual hərəkətləri etməmişdir. Statusuna görə mənafeyini təmsil etdiyi şəxslə bərabər olduğu halda (etibarnamə üzrə müəyyən edilmiş səlahiyyətlər üzrə) nümayəndənin hüququndan vaxtında istifadə etməməsi və ya hazırki kasasiya şikayətində iddiaçı tərəfindən qətnamənin əldə edilmə tarixi ilə bağlı istinadı ilə hüququndan sui-istifadə etməsi, mübahisənin digər tərəflərinin hüquqlarının pozuntusuna əsas verə bilməz. Odur ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin 31.01.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1823/2022 nömrəli iş üzrə 31 yanvar 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar