Məhkəmə qərarları › İş №2(102)-2160/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2160/2020

18.08.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2160/2020 18.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, X4 və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyeva Günel İnqilab qızının katibliyi, cavabdehin vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı yüksək gərginlikli elektrik transformatorlarının yaşayış binasından çıxarılaraq kənarda yerləşdirilməsi, vurduğu mənəvi zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kasasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, x ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh “xxxx” ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 200 manatın cavabdeh “xxxx” ASC-dən alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın digər hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən A.İmanov, hakimlər A.Hüseynov və V.Sadıqov), cavabdeh “xxxx” ASC-nin apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Nəsimi Rayon Məhkəm əsinin 2(006)-162/2018 saylı iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayəti ilə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019cu il tarixli (sədrlik edən İ.Dəmirov, hakimlər A.İsgəndərov və Ə.Əhmədov) qərarı ilə cavabdeh ”xxxx” ASC-nin kasasiya şikayəti qismən təmin olunmuş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, işin yenidən apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən E.Şamayev, hakimlər M.Məmmədov və Ş.Məhərrəmova), cavabdeh “xxxx” ASC tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsinin qismən, yəni mübahisələndirilən hissədə ləğv edilməsi və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilməklə, iddianın mübahisələndirilən hissədə təmin edilməsi, x ünvanında yaşayış binasının daxilində yerləşən elektrik transformator məntəqəsinin cavabdeh “xxxx” ASC tərəfindən yaşayış binasının daxilindən çıxarılaraq kənarda yerləşdirilməsi, apelyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun cavabdehə aid edilməsi, keçirilmiş məhkəmə ekspertizasının xərci hesabına “xxxx” ASC-dən 200 (iki yüz) manat məbləğində pulun tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” ASC kas asiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” ASC-dən ünvan 1 ünvanlı yaşayış binasının birinci blokunun, birinci mərtəbəsinin birinci mənzilinin 3 otağında yerləşdirilmiş yüksək gərginlikli elektrik transformatorlarının yaşayış binasından çıxarılaraq kənarda yerləşdirilməsi, vurduğu mənəvi zərərə görə cavabdeh tərəfindən onun xeyrinə 100.000 manat məbləğində kompensasiyanın ödənilməsi və məhkəmə xərclərinin cavabdeh “xxxx” ASC tərəfindən ödənilməsi barədə qərar çıxarılmasım məhkəmədən xahiş etmişdir. İş üzrə mübahisə apelyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kasasiya şikayətinin dəlillərini araşdıraraq aşağıda göstərilən əsaslara görə hesab edir ki, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə mühəndis texniki ekspertizasının xx xxx 2018-ci il tarixli rəyinə əsasən ün van 2 ünvanında yerləşən və İddiaçı mübahisələndirdiyi elektrik transformator məntəqəsi (elektrik yarımstansiyası) 4 mərtəbəli yaşayış binasının daxilində tikilməsi (quraşdırılması) “X1 qaydalan”nın 7.1.15-ci bəndinin tələblərinə ziddir. ünvan 2 ünvanında yerləşən elektrik transformator məntəqəsinə əlavə qoşulmaların olub-olmamasını, həmin transformator məntəqəsinin istehlakçılarının qoşulmalarla əlaqədar olan müvafiq sənədlər (texniki şərtlər, istehlakçılarla bağlanmış müqavilələr və s.) təqdim edildikdən sonra müəyyən edilə bilər. Məhkəmə mühəndis texniki ekspertizasının xx xxxxxx 2018-ci il tarixli rəyinə əsasən ünvan 2 ünvanında yerləşən və İddiaçı mübahisələndirdiyi elektrik transformator məntəqəsi (elektrik yarımstansiyası) 4 mərtəbəli yaşayış binasının daxilində tikilməsi (quraşdırı lması) “X1 qaydalarının 7.1.15-ci bəndinin tələblərinə ziddir. ünvan 2 ünvanında yerləşən elektrik transformator məntəqəsinə qoşulmuş istehlakçıların qanuni, yoxsa əlavə yük kimi qoşulmaları yalnız müvafiq texniki sənədlər (texniki şərtlər, istehlakçılarla bağlanmış müqavilələr və s.) üzrə müəyyən edilə bilər. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələləri Tənzimləmə Agentliyi xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yaşayış binasının birinci mərtəbəsində yerləşən xxx nömrəli transformator yarımstansiyasında bir ədəd 1000 kVA gücündə 6/0,4 kV-luq güc transformatoru (yağla) və 6, 0,4 kv-luq kommutasiya avadanlıqları quraşdırılmışdır. Yarımstansiya “xxxx” ASC-nin balansındadır və Nərimanov RETSİ tərəfindən istismar olunur. “X1 qaydaları”nın 7.1.15-ci yarımbəndinə əsasən, yaşayış binalarının daxilində transformator yarımstansiyalarının quraşdırılmasına yol verilmir. Aparılmış araşdırma nəticəsində yarımstansiyanın 1956-cı ildə istismara verildiyi, transformatorun gücünün əvvəllər 320 kVA olduğu, 2007-ci ildə gücü 1000 kVA olan transformatorla əvəz olunduğu müəyyən edilmişdir. Lakin yarımstansiyanın binanın daxilində yerləşdirilməsi və istismarına razılığının alınması barədə Nazirliyə müraciət daxil olmamış və bununla bağlı razılıq sənədi (İstismara buraxılış aktı) verilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin xx xxxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən yaşayış binasının daxilində transformator məntəqəsinin yerləşdirilməsi həmin Xidm ətlə razılaşdırılmamışdır. Qeyd olunan yaşayış binası Bakı şəhəri İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansındadır və tikinti-quraşdırma işləri Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılmadan aparılır. Məktubda qeyd olunan “X1 Qaydaları”nın 7.1.15-ci bəndin tələblərinə uyğun yaşayış binalarının daxilində yarımstansiyaların quraşdırılmasına icazə verilmir, mövcud vəziyyət isə “X1 Qaydalan”nın 7.1.16-cı və 7.2.19cu bəndlərinə uyğun tənzimlənməlidir. Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin xx xxxxxxx 2019-cu il tarixli məktubundan görünür ki, əvvəllər Azərbaycan Dövlət Dəmir Yoluna məxsus olmuş yaşayış binaları, o cümlədən x ünvanında yerləşən 1930-cu ildə inşa edilmiş, 4 mərtəbəli, bir girişli, 11 mənzilli yaşayış binası Azərbaycan Döv lət Dəmir Yolunun xx xxxx 2001 -ci il tarixli əmrinə və Bakı şəhər İcra Hakimiyyətinin xx xxxx 2001-ci il tarixli sərəncamına əsasən mövcud vəziyyətdə balansa qəbul edilmişdir. Binanın daxilində transformator məntəqəsinin (elektrik stansiyasının) yerləşdirilməsi ilə bağlı Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti tərəfindən razılıq verilməmişdir. Azərbaycan Respublikası Nazirlən Kabinetinin xx xxxxxx 2005-ci il tarixli qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydalarının 3.1-ci maddəsinə əsasən dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisələrinin, müstəqil enerji istehsalçılarının, istehlakçılarının, o cümlədən subabonentlərin bütün yeni, yenidən qurulan, istifadə olunmasına icazə verilmiş gücü artırılan və enerjitəchizat sxemini dəyişən elekt rik qurğuları “Elektrik qurğularının quraşdırılması qaydalarına, tikinti normalarına və başqa texniki normativ hüquqi aktlara uyğun yerinə yetirilərək, müəyyən edilmiş qayda üzrə razılaşdırılmış tikinti layihəsi və texniki təhvil-təslim sənədləri ilə təmin edilməlidir. Həmin Qaydaların 3.6-cı maddəsinə əsasən elektrik qurğularının quraşdırılmasında çatışmazlıqlar, qoşulma üçün verilmiş texniki şərtlərdən, “Elektrik qurğularının quraşdırılması qaydalarından və başqa normativ sənədlərdən kənara çıxmalar aşkar edildikdə, yaxud həmin qurğulara xidmət etmək üçün hazırlanmış elektrotexniki heyət olmadıqda, göstərilən çatışmazlıqlar aradan qaldırılmayana kimi onların istismara buraxılmasına icazə verilmir. Həmin Qaydaların 10.21-ci maddəsinə əsasən enerjitəchizatı müəssisəsi “Gərginliyi 1000 volt adək olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları’na və “Gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin mühafizəsi qaydaları’na əsasən ona məxsus elektrik qurğularının qorunmasını, onlara sərbəst keçməyi və yanaşmağı təmin etməli, kabel və hava elektrik verilişi xətlərinin mühafizə zonalarında hər hansı bir obyektin tikintisinə, materialların yığılmasına, kabel və hava xətləri mənsub olan təşkilatın icazəsi olmadan torpaq və tikinti işlərinin aparılmasına yol verməməlidir. “X1 Qaydalarının 7.1.15-ci bəndinin birinci abzasına əsasən yaşayış (mənzil tipli evlərin və yataqxanaların) binaların daxilində və onlara bitişik elektrik yarımstansiyasının (transformator məntəqəsinin) tikilməsinə (quraşdırılmasına) icazə verilmir. Həmin Qaydaların 7.1.15-ci bəndinin ikinci abzasına əsasən yaşayış binalarında quru transformatorlardan istifadə edilməklə binadaxili və yanında tikilmiş yarımstansiyaların yerləşdirilməsinə dövlət nəzarəti orqanları ilə razılaşdırmaqla müstəsna hallarda yol verilir bu şərtlə ki, səsin və titrəmənin mövcud standartlara uyğun məhdudlaşdırılması üçün bütün sanitar tələblərə riayət olunsun. İş materiallarından göründüyü kimi, mübahisələndirilən sahədə yerləşən transformator məntəqəsinin “X1 Qaydalarının 7.1.15-ci bəndinin birinci və ikinci abzaslarına uyğun olmaması öz təsdiqini tapmışdır. Belə ki, ilk olaraq həmin yarımstansiyanın yaşayış binasının daxilində yerləşdirilməsi və istismarı üçün razılığının alınması barədə dövlət nəzarət orqanlarına, o cümlədən Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələləri Tənzimləmə Agentliyinə v ə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət olunmamış və bununla bağlı razılıq sənədi (İstismara buraxılış aktı) verilməmişdir. Digər tərəfdən belə müraciət olunsa belə, yarımstansiyada yerləşən tranformatorun yaşayış binasının daxilində quraşdırılması yuxarıda qeyd edilən Qaydaların 7.1.15-ci bəndinin tələblərinə uyğun deyildir. Belə ki, həmin qaydalara əsasən yalnız quru transformatorların yaşayış binasının daxilində müstəsna hallarda yerləşdirilməsinə yol verilir. Yuxarıda göstərilənləri, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası hesab edir ki, kasasiya şikayəti təmin edilmədən apelyasiya insta nsiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh “xxxx” ASC-nin kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar