Məhkəmə qərarları › İş №2(102)-2160/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2160/2021

13.04.2021 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2160/2021 13.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 MMC-nin cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka ilə yüklü edilmiş əmlakın İddiaçı1 satış qiyməti ilə bağlı pozuntular) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, vəkili Rəhimova Xəyalə Mirzəmməd qızının iştirakları ilə, İddiaçı1 MMC-nin cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və qeyriləri nə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi, əmlakların İddiaçı1 satış qiymətinin müəyyən edilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7366/2020 nömrəli iş üzrə 21 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binası İddiaçı1 MMCnin, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) İddiaçı2 mülkiyyətində olmuşdur. Həmin əmlaklar İddiaçı1 MMC-nin “xxxx” ASC qarşısında öhdəliklərinin təminatı kimi bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, “ xxxx” ASC-nin tələbi əsasında Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 01 oktyabr 2010-cu il tarixli qətnaməsi ilə həmin əmlaklara tutma yönəldilmiş, qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. İcra və probasiya şöbəsinin 10 sentyabr 2015-ci il tarixli sifariş məktubuna əsasında “xxxx” MMC tərəfindən həmin əmlaklara baxış keçirilmiş və 11 dekabr 2015-ci il tarixli qiymətləndirmə rəylərinə əsasən, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyriyaşayış binası 1.870.000, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsi isə 200.000 manat məbləğində qiymətləndirilmişdir. Həmin əmlaklar açıq hərracdan Cavabdeh2 ASC tərəfindən əldə edilmiş və sonuncunun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. 22 may 2018-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 A SC ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh4 200.000 manata satmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı1 MMC və İddiaçı2 26 dekabr 2017-ci il tarixdə “xxxx” MMC, Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsi, Cavabdeh2 ASC, Cavabdeh4, Bakı şəhəri 12 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinə qarşı 11 dekabr 2015-ci il tarixli qiymətləndirmə hesabatlarının, hərracın, hərracın yekunlarına dair protokolun və əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız hesab edilməsi, əmlaklara dair verilmiş reyestrdən çıxarışların ləğv edilməsi, əmlakların hərracda İddiaçı1 satış qiymətlərinin məhkə mə tərəfindən müəyyən edilməsi tələblərinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, əmlakların İddiaçı1 satış qiyməti həqiqi dəyərindən nəzərəçarpacaq dərəcədə aşağı qiymətləndirilməklə onların mülkiyyət hüquqları pozulmuşdur.

4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(007)-103/2019, hakim M.Q.Sadıqov) iddia təmin olunaraq İddiaçı1 MMC-nin mülkiyyətində olmuş ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının və İddiaçı2 mülkiyyətində olmuş ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) qiymətləndirilməsinə dair “xxxx” MMCnin 11 dekabr 2015-ci il tarixli 680 və 680/1 nömrəli hesabatlarının ləğv edilməsi, həmin əmlaklarla bağlı keçirilmiş hərrac və hərracın yekunları barədə protokolların, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh2 ASC tərəfindən Cavabdeh4 satılmasına dair 22 may 2018- ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nizami rayonu, T.Abbasov küçəsindəki 23/1 nömrəli, 2 mərtəbəli qeyri-yaşayış binasının Cavabdeh2 ASC-nin adına, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) Cavabdeh4 adına mülkiyyət hüququ üzrə qeydə alınmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin 3.934,176 manat məbləğində, ünvan 2 ünvanında yerləşən qeyri-yaşay ış sahəsinin (4 nömrəli mağazanın 4/3 nömrəli filialı) hərracda İddiaçı1 satış qiymətinin 274.674 manat məbləğində müəyyən edilməsi qət edilmişdir.

5. İddia tələbini təmin edən birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 416-cı maddələrinə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4,8-ci maddələrinə istinad etmişdir. a) Apelyasiya instansiyası məhkəməsindəki İ icraat

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-9740/2019, hakimlər R.Ə.Qurbanov, E.Q.Nəbiyev və A.Ə.Hüseyn) Cavabdeh2 ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh4 apellyasiya şikayəti təmin edilmiş, qətnamə qismən, ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə (4 nömrəli mağaz anın 4/3 nömrəli filialı) aid hissədə ləğv edilmiş, həmin hissədə iddia rədd edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

7. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 398, 415, 416, 597-ci maddələrinə istinad etmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki İ icraat

8. Azərbaycan Respublikası Ali Məhkəməsi MK-nın 22 iyul 2020-ci il tarixli qərarı ilə (sədrlik edən hakimlər G.Quliyev, İ.Xələfov və Z.Əliyev, iş No2(102)-3031/20 saylı mülki iş) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 dekabr 2019-cu il tarixli qətnaməsi “birinci instansiya məhkəməsinin qətnaməsinin qalan hissədə dəyişdirilmədən saxlanılması” hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. c) Apely asiya instansiyası məhkəməsindəki İİ icraat

9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-7366/2020, hakimlər Z.Şirinov, F.Talışinski və R.Eyvazov) Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-103/2019 saylı iş üzrə 29 aprel 2019-cu il tarixli qətnaməsi ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiyməti hissəsində dəyişdirilməsi, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiyməti 3.580.000 (üç milyon beş yüz səksən min) manat məbləğində müəyyən edilmiş, qətnamə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasına aid qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri

10. Cavabdeh LPO “xxxx” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apelyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin iddia tələbinin təmin edilmiş hissəsində ləğv edilməsini, ünvan 3 ünvanında yerləşən 1870.3 kv.m sahəsi olan 2 mətrəbəli qeyri-yaşayış binasının İddiaçı1 satış qiymətinin yenidən müəyyən edilməklə baxılması üçün işin apellyasiya instansiyası mhəkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməli və mjjlki iş yenidən baxılması üçün apelyasiya instansiyasına göndəri lməlidir. Belə ki, apellyasiya baxışı zamanı iş üzrə məhkəmə-tikintitexmki ekspertizası təyin edilmiş və “Əmlak Bazarı İştirakçıları” İB tərəfindən 05.11.2019cu il tarixli 62/11-19/E-01-S saylı ekspert rəyi verilmişdir. Həmin rəyə əsasən ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının 2015-2017-ci illər üçün bazar dəyəri 3.580.000 manat, 2019-cu il üçün isə bazar dəyəri 3.870.000 manat təşkil edir. Mütəxəssis tərəfindən əmlakın qiymətləndirilməsi zamanı işin faktiki halları, əmlakın yerləşdiyi ərazi, qiymətə təsir edəcək digər amillər nəzərə alınmamışdır. Belə ki, ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının ikinci mərtəbəsində dövlət mülkiyyətində olan “Uşaq Musiqi Məktəbi” yerləşir. Sözügedən əmlakın daxilində dövlət mülkiyyətində olan belə bir məktəbin m övcudluğu və fəaliyyəti, əmlakın vahid bir əmlak olaraq qiymətləndirilməsinə və onun bazar qiymətinə təsir edəcək əsas amillərdən biridir. Bunda başqa, sözügedən əmlakın daxilində olan 264 kv.m sahə İddiaçı1 MMC-nin mülkiyyətindədir ki, həmin sahə Cavabdeh2 ASC qarşısında ipoteka ilə yüklü edilməmiş və həmin ünvanda yerləşən əmlakın ayrılmaz hissəsidir, faktiki olaraq bölgüsü və ayrılması mümkün deyildir. Hazırda İddiaçı1 MMC həmin hissədə fəaliyyət göstərir. Həmin hallar əmlakın dəyərləndirilməsində əhəmiyyət kəsb etməsinə baxmayaraq mütəxəssis əmlakı qiymətləndirərəkən qeyd olunan halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak ed ən iddiaçının nümayəndəsi Qanuni nümayəndə və iddiaçının vəkili Rəhimova Xəyalə Mirzəmməd qızı kassasiya şikayətini qəbul etməmiş və rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

14. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun:

15. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin İddiaçı1 satış qiymətini göstərməlidir. İddiaçı1 satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndir icinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası İpoteka haqqında Qanun: 16. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən İddiaçı1 satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 17. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən 1.0.9-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinin İddiaçı1 satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişdir.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələbləri baxımından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli təqdimatı əsasında ipoteka predmetinin İddiaçı1 satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxmış və müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın İddiaçı1 satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

23. Maddə 418.1., Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəmə sinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

25. Hazırkı kassasiya icraatının baxış həddi ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış binasının hərracda İddiaçı1 satış qiymətinin müəyyən edilməsi ilə bağlıdır.

26. Apelyasiya məhkəməsi ekspert rəyinə (mülki iş, 2-ci cild, səhifə 112-129) əsaslanaraq həmin əmlakın İddiaçı1 satış qiymətini 3.580.000 manat müəyyən etmişdir. Ekspert rəyinə əsasən qeyd olunan əmlakın 2015-2017-ci illər üzrə bazar dəyəri həmin məbləğ təşkil edir.

27. Apelyasiya Məhkəməsinin bu qənaəti ilə razılaşmaq olmaz. Əvvəla, məhkəmələr 2015-ci ildə keçirilmiş qiymətləndirməni, hərracı və onun nəticələrini ləğv etməklə əmlakın yenidən hərraca çıxarılmasına qərara almışlar. Deməli, əmlakın hazırkı dəyəri əsas götürülərək hərraca çıxarılmalıdır. Əgər hərrac gələcəkdə keçiriləcəksə onda əmlakın 2015-2017-ci illər üzrə dəyərinin İddiaçı1 satış qiyməti kimi götürülməsi əsassızdır. Çünki keçən müddət ərzində əmlakın dəyərində ucuzlaşma və bahala şma hallarının baş verməsi istisna deyil. Hansıki, elə həmin rəydə əmlakın hazırkı bazar dəyərinin artıq olması qeyd edilmişdir.

28. Bundan başqa, əmlakın qiymətləndirilməsinə dair rəy tərtib edilərkən əmlakın dəyərinə təsir göstərə biləcək bütün hallar nəzərə alınmalıdır. Etiraf etmək lazımdır ki, qiymətləndirilən əmlakın ikinci mərtəbəsində dövlət mülkiyyətində olan bir məktəbin mövcudluğu və fəaliyyəti, əmlakın daxilində İddiaçı1 MMC-nin mülkiyyətində 264 kv.m sahənin olması əmlakın vahid bir əmlak olaraq qiymətləndirilməsini istisna etməklə onun dəyərinə təsir edən hallardır. Amma ekspert rəyində həmin halların aydınlaşdırılaraq qiymətləndirmə aparılması görünmür.

29. Eyni zamanda, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən İddiaçı1 satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun istinad edilən 1.0.9-cu maddəsinin məzmunundan göründüyü kimi ipoteka predmetinin İddiaçı1 satış qiymətinin anlayışının verilməsi zamanı onun həmin əmlakın məhz likvid qiymətini ehtiva etməsi aydın şəkildə qeyd edilmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 20 iyul 2020-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsinin tələbləri baxımından verilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2020-ci il tarixli təqdimatı ə sasında ipoteka predmetinin İddiaçı1 satış qiymətinin müəyyən edilməsi ilə bağlı mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədi ilə baxmış və müəyyən edilmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın İddiaçı1 satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir.

31. Məhkəmənin istinad etdiyi ekspert rəyində isə, mübahisəli əmlakın İddiaçı1 satış qiyməti kimi onun bazar qiyməti əsas götürülmüşdür. Əmlakın bazar qiyməti ilə onun likvid qiyməti arasında nəzərəçarpacaq fərqin yaranması istisna deyil. Özü də yükək dəyəri olan əmlakların qiymətləndirilməsi zamanı bu hal daha əhəmiyyətli yer tutur.

32. Qeyd olunanları nəzərə alaraq məh kəmə kollegiyası hesab edir ki, iddiaçının kassasiya şikayətinin dəlilləri əsaslıdır.

33. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 418, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh LPO “xxxx”ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-7366/2020 nömrəli iş üzrə xxxx 2020-ci il tarixli qətnaməsi ipotekanın İddiaçı1 satış qiyməti hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar