Məhkəmə qərarları › İş №2(102)-2161/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2161/2024

08.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2161/2024 08.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı (X23 və X17 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edildikləri) iş üzrə QƏRARİ Açar sözlər: iddia müddəti, mülki hüquq pozuntusu (delikt), zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), hakimlər Babayev Zəki Baba oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-124/2024 nömrəli mülki iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı və Cavabde h1 tərəfindən ayrı- ayrılıqda verilmiş kassasiya şikayətlərinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 1(088)-10/2017 nömrəli hökmü ilə Cavabdeh1 CM-nin 206.3.1 və 206.3.2-ci maddələri ilə təqsirli bilinərək, 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, tutulduğu, həbsdə və ev dustaqlığında saxlandığı 1 il 9 ay 7 gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 3 il 2 ay 23 gün azadlıqdan məhrum etmə cəzası saxlanılaraq, CM-nin 70-ci maddəsinə əsasən cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsi, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, Cavabdeh2 isə CM-in 308.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 46.2-ci maddəsinə əsasən 1 il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir;

3. Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2018-ci il tarixli, 1(104)304/2018 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-10/2017 nömrəli hökmü Cavabdeh1 münasibətdə dəyişdirilmiş, hökmdən Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş cəzanın həmin Məcəllənin 70-ci maddəsinə əsasən şərti hesab edilməsi ilə bağlı müddəlar çıxarılmış, həmin hökmlə Cavabdeh1 CM-in 206.3.1 və 206.3.2-ci maddələri ilə təyin edilmiş 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasının 3 il 2 ay 23 gün hissəsinin icraya yönəldilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzasının əvvəlinin xx.xx.2018-ci il tarixdən hesablanması qərara alınmışdır. Qərar xx.xx.2019-cu il tarixdə qüvvəyə minmişdir;

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Bank "xxxx" ASC və X13 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının, cavabdeh Bank "xxxx" ASC-dən 10.000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilməmişdir. Qətnamə xx.xx.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir;

5. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə X28 Azərbaycan Respublikası Cin ayət Məcəlləsinin 178.3.2, 32.3,188.1, 32.3,188.2, 206.3.1, 206.3.2, 32.3,222-2.1, 320.1 və 320.2-ci maddələri ilə təqsirli bilinərək CM-nin 178.3.2-ci maddəsi ilə 7 il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.1-ci maddəsi ilə 1 il müddətinə, Cinayət Məcəlləsinin 32.3,188.2-ci maddəsi ilə 2 il müddətinə, Cinayət Məcəlləsinin 206.3.1, 206.3.2-ci maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3,222-2.1-ci maddəsi ilə 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əs asən Azərbaycan Respublikası CM-nin 320.1 və 320.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə cəza təyin edilməmiş, Azərbaycan Respublikası CM-nin 66.3 və 66.4-cü maddələrinə əsasən təyin edilmiş azadlıqdan məhrum etmə növündə əsas və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibatitəsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə X24 təyin edilmiş 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına tətbiq olunan 2 il sınaq müddəti ilə şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən X24 hazırkı hökmlə təyin olunan 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 9 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına Bakı Ağır cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü üzrə təyin edilmiş 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası qismən birləşdirilməklə cəza çəkməsi üçün ona qəti olaraq 1 il müddətinə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında, dövlət və bəl ədiyyə müəssisə, idarə və təşkilatlarında təşkilatisərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirmə hüququndan məhrum edilməklə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, məhkəməyədək icraat mərhələsində xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlanıldığı 2 gün ona təyin olunan azadlıqdan məhrum etmə cəzasına hesablanmaqla çıxılsın və cəza çəkməsi üçün üzərində qəti olaraq 9 il 11 ay 28 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır;

6. Hökmə əsasən X28 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasını təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli tarixli hökmlərinə əsasən məhkum edilmiş Cavabdeh1, Gəngə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən məhkum edilmiş X23, həmçinin X22 və şəxsiyyətləri araşdırılmaqda davam etdirilən qeyriləri ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək İddiaçı tərəfindən Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində 2012ci il buraxılışlı “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsində yer ləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib İddiaçı etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan “Mir” avtomobil satış mərkəzində satıcı işləyən X13 həmin dövrün məzənnəsi ilə 22.355,4 manat təşkil edən 28.500 ABŞ dollarını ödəyərək İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialından götürdüyü 88032 manat kreditin qalıq məbləğini bir ay müddətində banka ödəyəcəklərinə inandırmaqla aldadıb Qismət Əhədova Bakı şəhəri 19 saylı notariat kontorunda İddiaçı tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 17 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 2 X18 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Cavabdeh1 təhvil vermiş, Cavabdeh1 də öz növbəsində hmin avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yolu ilə çıxarmaq məqsədi ilə 25 sentyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyya t ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Cavabdeh2 qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan elektron imza kartı ilə 25 sentyabr 2014-cü il tarixdə saat 02:52 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Cavabdeh1 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səla hiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 100.000 ABŞ dolları məbləğində avtomobilin dəyəri, 30000 ABŞ dolları məbləğində dəymiş maddi zərər, 10000 ABŞ dolları məbləğində dəymiş mənəvi zərər, cəmi 140000 ABŞ dolları məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.

8. İddia belə əsaslandırılmışdır ki, iddiaçı banka olan öhdəliyini vaxtından əvvəl tamamilə ödəmək üçün mülkiyyətində olan “Lexus LX 570” markalı JTJHY00W304103094 ban nömrəli, 2012-ci il buraxılışlı, **-RO-*** dövlət qeydiyyat nömrəli avtomobili 2014-cü ilin sentyabr ayında Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən, X16 tərəfindən istifadə edilən “MİR” avtosalonunda 100000 ABŞ dolları məbləğində satışa qoymuşdur. Razılığa əsasən X3 həyata keçirmək üçün etibarnamə vermişdir. Onunla birlikdə Bank "xxxx" ASC-nin “Premium” filialına getmiş, avtomobilin “MİR” avtosalonunda satışa qoyduğunu bildirərək, həmin nömrənin avtomobilin üzərindən çıxarılması üçün DYP-yə məktub vermələrini xahiş etmiş, bank tərəfindən məktub verilmiş və nömrə dəyişdirilərək **-VD-*** olmuşdur. Av tosalon avtomobili 100000 manata satıb, bankın borcunu və salonun 2% çıxmaqla qalan vəsaiti iddiaçıya qaytarmalı idi. Yəni bankdakı öhdəlikləri yeni alıcıya keçməsini tənzimləməklə, qalan vəsaiti iddiaçıya verməli idi. Lakin bir müddətdən sonra salondan bildirmişlər ki, bir alıcı gələrək avtomobil almaq istədiyini bildirmiş, avtomobili həyətdə sürərək yoxlamaq adı ilə sürüb aparmış və qaytarmamışdır. İddiaçı tərəfindən dərhal polisə məlumat verilmişdir. Uzun müddət axtarışdan sonra məlum olmuşdur ki, Cavabdeh1 iddiaçının mülkiyyətində olan avtomobili ələ keçirərək tanışı, Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük idarəsinin “Sərhəddə icazə blanklarının verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 vasitəsilə, əlbir olaraq qaçaqmalçılıq yolu ilə Gürcüstan Respublik asına keçirərək satmışlar. Bunun nəticəsində iddiaçıya 100.000 ABŞ dolları dəyərində maddi ziyan dəymişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə iddiaçıdan ümumilikdə cəmi 65223.42 manat pul vəsaiti tutularaq Bank "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Cavabdeh1 və Cavabdeh2 onun mülkiyyətində olan nəqliyyat vasitəsinin oğurlanaraq qaçaqmalçılıq yolu ilə Gürcüstana keçirilməsində təqsirli bilinmişlər. “Mir” Avtosalonu (“Avtoinvest" MMC) sözügedən hadisə ilə bağlı onu məlumatlandırsaydı, mülkiyyətində olan avtomobilin qaçaqmalçılıq yolu ilə ölkə xaricinə çıxarılaraq satılmasının qarşısını ala bilərdi. Bu müddət ərzində əldə edə biləcəyi gəlirlərdən məhrum olmuş, ona maddi və mənəvi zərər dəymişdir. «Mir» Avtosalonundan keçirdiyi iztirablara görə 100 00 ABŞ dolları mənəvi zərərə görə vəsait tutularaq ona ödənilməlidir. Cavabdehlər avtomobili sataraq, onu 100000 ABŞ dollarından məhrum etməklə həmin vəsaiti 6 il istifadə etdiklərindən xeyli miqdarda zərər vurmuşlar. Belə ki, X37 faiz dərəcəsi 2018-ci ildə 109.75%, 2019-cu ildə 9.25-7.5% arasında dəyişmiş, 2020-ci il tarixdə 7.25-6.25% arasında dəyişmişdir. Qeyd olunan faiz dərəcələrinin ən aşağı həddini götürməklə, 100.000 X 5%= 5000 ABŞ Dolları X 6 il= 30 000 ABŞ dolları iddiaçıya ödənilməlidir.

9. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, onun məqsədi avtomobilini satmaq və özünə yeni avtomobil almaq olmuşdur. Qismət Əhədovu daha öncədən də tanımış, ondan bir neçə dəfə özü üçü n avtomobil alıb-satmışdır. Cavabdehin qeyd etdiyi 2008-ci il tarixdə verilmiş etibarnaməni isə o işi ilə əlaqədar daima xaricdə olduğu üçün adına olan bir avtomobilin satışı zamanı girovdan çıxarılması məqsədi ilə vermişdir. Bütün əmlakların idarə olunmasının qeyd olunması barədə onun məlumatı olmamış, ona bu şəkildə etibarnamənin verilməsinin zəruriliyini məhz Qismət Əhədov bildirmişdir. Belə ki, həmin avtomobilin girovdan çıxarılması zərurəti olduğundan etibarnamə bu şəkildə verilməli idi. Həmin etibarnamə məhz həmin əməliyyatların aparılması üçün verilmiş, sonradan onun gözü önündə Qismət Əhədov tərəfindən cırılaraq atılmışdır. Cavabdehin nümayəndəsinin dediyi kimi həmin etibarnamə hazırkı mübahisə predmeti olan avtomobilin satılmasından ötəri verilə bilməzdir. Çünki həmin etibarnamə v erildikdə ümumiyyətlə həmin avtomobil olmamış, həmin nəqliyyat vasitəsini o 2013-cü il tarixdə almışdır. O, istər Qismət Əhədovu, istərsə də sonuncunun qardaşını tanıdığını danmamışdır, lakin onlarla hər hansı bir şəxsi dostluğu, yaxın münasibətləri olmamış, sırf avtosalon işlədən və nəqliyyat vasitəsi satan şəxslər kimi tanımışdır. O, daima işləri ilə bağlı xaricdə olduğu üçün avtomobil satıldıqda əldə edilmiş pul vəsaitinin bir hissəsinin banka ödənilməsini, qalan hissəsinin isə ona ödənilməsini qeyd etmişdir. “Range Rover” avtomobilinə gəldikdə isə, onun belə bir avtomobil almaq istəyi olmuş, avtomobili qaçırıldıqdan sonra da həmin salona yaxınlaşaraq onlarda olan “Range Rover” markalı avtomobilin ona nisyə satılmasını istəmiş, avtosalon, yəni Qismət isə istədiyi avtomobilin satışa qoyu lmasını və qaçırılmış “Lexus” markalı avtomobildən daha bahalı olduğunu bildirərək, avtomobili ona verməkdən imtina etmişlər. Əslində isə onlar alacağı avtomobilin pulunun qaçırılmış avtomobilin pulu ilə əvəzləşdirilərək, onlara pul ödəməyəcəyindən qorxduqları üçün ona verməmişlər. Avtomobilin qaçırılması barədə ona bank məlumat verdikdən sonra, dərhal Qismət ilə əlaqə saxlamış və sonuncuya nəyə görə ona bu barədə vaxtında məlumat verilməməsini soruşduqda, Qismət ona avtomobilin qaçırılmasında cavabdeh özlərinin olması, bu problemin də onların probleminin olduğundan özləri tərəfindən həll ediləcəyini bildirmişdir. Hətta avtomobilin qaçırılması ilə bağlı polisə ərizəni də avtosalondan adından Qismət özü vermişdir. Daha sonra isə avtomobilin mülkiyyətçisi o olduğu üçün polis rəsmi qaydada on un da ərizəsini almış və iş üzrə zərərçəkmiş qismində tanımışdır. O, Qismətdən ödənilmiş 28000 ABŞ dollarını bu illər ərzində dəfələrlə tələb etdikdə, onların nağd şəkildə pullarının olmaması, ödənilmiş bütün məbləğlərin dövriyyədə olan və salonda satışa qoyulmuş avtomobillərə yatırılmasını, bu səbəbdən də hazırda onun pulunu ödəyə bilməyəcəklərini bildirmişdir. Onun Qismətə qarşı iddia qaldırması, bank ona qarşı kredit borcunun tutulması ilə bağlı iddia qaldırdığından, o da həmin dövrdə vurulmuş ziyanın Qismətdən tutularaq ödənilməsi barədə iddia qaldırmağa məcbur olmuşdur. Belə ki, həmin dövrdə məhkəmə araşdırılması tamamlanmamış və yekun məhkəmə hökmü çıxarılmamışdır. Bundan başqa avtosalonun üzərində “Mir” Avtosalon yazıldığından o da Qismətin həmin salonun işçisi zənn etdiyindən hər y erdə bütün axtarışını “Mir” Avtosalon kimi axtarmış, lakin Dövlət Vergi Xidmətində də “Mir” Avtosalonun hüquqi şəxs kimi qeydiyyatına rast gəlmədiyindən və o da yalnız Qisməti tanıdığından iddianı ona qarşı qaldırmağa məcbur olmuşdur. Həmin avtosalonun üzərində “Mir” Avtosalonu yazılsa da, hazırkı Cavabdeh3 MMC-yə məxsus olması və Qismətin də Cavabdeh3 MMC-nin əməkdaşı olaraq məsul şəxs kimi həmin avtosalonu işlətməsi ona çox-çox sonradan vəkil araşdırmasının nəticəsində məlum olmuşdur.

10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili hüquqlarını təmsil etdiyi şəxsin iddia tələblərini müdafiə edərək onun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, dəymiş zərər məhz müvafiq hökmlə müəyyən olunduğundan, belə iddialara pul tələbinə dair olan iddia müddətini n tətbiq edilməsi yolverilməzdir. Eyni zamanda bildirmişdir ki, onlara dəymiş ziyana görə “Range Rover” markalı avtomobilinin təklif edilməsi absurd olmuşdur. Çünki, onlara belə bir təklif edilməmişdir. Hətta bunun əksinə olaraq Qismət tərəfindən avtosalona ümumilikdə dəymiş ziyanın, avtomobilin əvəzi olaraq “Range Rover” markalı avtomobilin verilməsi təklif edilsə də, həmin salondan əvəzləşdirilməsi təklif edilmiş nəqliyyat vasitəsinin iddiaçıya məxsus nəqliyyat vasitəsindən daha bahalı olduğu bildirilmiş və bu səbəbdən də bundan imtina edilmişdir. İddiaçı son ana kimi ona dəymiş ziyanla bağlı ödənişin veriləcəyini gözləmiş, lakin bu baş tutmamışdır. Bu səbəbdən də hökm yuxarı instansiyada qüvvədə qaldıqdan sonra hazırkı iddia tələbini qaldırmışdır. 11. “Avtoinvest" MMC-nin nümayəndəsi iddianın MMC-yə münasibətdə əsassız olması barədə məhkəməyə təqdim etdiyi yazılı etirazda qeyd etmişdir ki, qüvvədə olan məhkəmə qətnamə, qərar və hökmləri ilə Qismət Əhədov iddiaçıya ziyan vurmaqda təqsirli bilinməmiş və Qismət Əhədovun hərəkətlərində iddiaçının hüquqlarını pozan hər hansı qəsd və ehtiyatsızlıq müəyyən edilməmişdir. Belə ki, iddiaçı Qismət Əhədova qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbinin əsası və predmeti hazırkı iddia tələbinin əsası və predmeti ilə eyni olmuşdur. Həmin iş üzrə cavabdeh olan Qismət Əhədov isə Cavabdeh3 MMC-nin işçisi olmuşdur. Belə ki, xx.xx.2013-cü ildən Qismət Əhədov Cavabdeh3 MMC-də nəzarətçi vəzifəsində işləmişdir. İşin ədalətli həll edilməsi üçün iddiaçı ilə Qismət Əhədov arasında olan məhk əmə mübahisəsi əhəmiyyət kəsb etdiyindən bununla bağlı müəyyən edilmiş faktlar birbaşa bu işdə tətbiq edilməlidir. Əmək kitabçasından da göründüyü kimi Qismət Əhədov Cavabdeh3 MMC-də işə qəbul edilməmişdən əvvəl xx.xx.2008-ci ildən xx.xx.2011-ci ilədək “MİR” avtosalonu kimi tanınan qardaşı X8 avtosalonunda menecer vəzifəsində işləmişdir. X14 fərdi sahibkar kimi (VÖEN **********) fəaliyyət göstərmiş və əmək kitabçasında da həmin VÖEN qeyd edilmişdir. İddiaçı Qismət Əhədova qarşı qaldırdığı iddia ərizəsində qeyd etmişdir ki, “Göründüyü kimi mən avtomobili “Mir” Avtosalonun sahibinin qardaşı X13 şifahi razılaşmaya əsasən satmışam”. Deməli, iddiaçı ən azı 2008-ci ildən “MİR” avtosalonun sahibi kimi Məhərrəm Əhədovu, Qismət Əhədovu “MİR” avtosalonun meneceri kimi tanımış və dost olmuşlar, uzun illərdir bir-birlərinə etimad edərək aralarında ticarət münasibətləri olmuşdur və aralarında avtomobillərin alğı-satqısı olmuşdur. Məhz buna görə də, iddiaçı hələ xx.xx.2009-cu il tarixində 5 il müddətinə (Qismət Əhədovun qardaşının “MİR” avtosalununda işlədiyi dövrdə) Qismət Əhədova etibarnamə verərək, ona özünün “bütün daşınar əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi” və digər səlahiyyətləri vermişdir. İddiaçı Qismət Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə “X38” markalı avtomobili almışdır. Qismət Əhədov da iddiaçıdan aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında X6 ona iddiaçının adından xx.xx.2014-cü il tarixində etibarnamə vermişdir. Məhz buna görə də, 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edildikdə, bu barədə Bakı şəhər Yasamal RPİnə xx.xx.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs iddiaçı deyil, Qismət Əhədov olmuşdur. Qüvvədə olan 2(011)-7758/2019 nömrəli, xx.xx.2019-cu il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə aşağıdakı faktlar müəyyən edilmişdir: “həmçinin, iddiaçı həmin avtosalondan “X38” markalı avtomobil götürərək, ilkin ödəniş kimi 28.000 ABŞ dolları məbləği ilə əvəzləşdirmişdir (qətnamə: səh. 3, abz. 1); ƏN-İ 472589 nömrəli xx.xx.2014-cü il tarixli etibarnamənin surətindən görünür ki, etibar edənlər İddiaçı və X16 daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X18 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir (qətnamə: səh. 3, abz. 6); ƏN-İ 188500 nömrəli xx.xx.2009-cu il tarixli etiba rnamənin surətindən görünür ki, İddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X13 etibar etmişdir, etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur (qətnamə: səh. 3, abz. 7); Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı və X16 eyni vaxtda daşınar əmlakı idarə etmək, onun üzərində sərəncam vermək və s. səlahiyyətləri X18 etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir (qətnamə: səh. 4, abz. 2); İddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatı olmuşdur (qətnamə: səh. 4, abz. 2); Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100.000 ABŞ dolları pul və mənəvi zərərə görə 10.000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin sayılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehləri təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Qismət Əhədovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmadı (qətnamə: səh. 4, abz. 2); Belə olan halda məhkəmə hesab edir ki, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X18 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X11 dəymiş ziyana görə təqsiri müəyyən olunmadığından və avtomobilin faktiki sahibliyindən çıxması barədə İslamov ilə əlaqələndirildiyindən iddia tələbi cavabdeh Qismət Əhədova münasibətdə təmin oluna bilməz. Həmçinin məhkəmə hesab edir ki, cavabdeh Qismət Əhədova qarşı yönəlmiş iddia tələbi üzrə mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin tapşırıq müqaviləsinə dair normalarına uyğun həll edilməli, bununla yanaşı iddia tələbi əsassız olduğuna görə iddia müddəti də tətbiq olunmalıdır (qətnamə: səh. 4, abz. 3). Qüvvədə olan 2(011)-7758/2019 nömrəli xx.xx.2019-cu il tarixli Bakı şəhər Xətai Rayon Məhkəməsinin qətnaməsi ilə iddia tələbi təmin edilməmiş və yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi zərərçəkmiş şəxs kimi tanınma haqqında xx.xx.2017-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi üzrə İddiaçı maddi ziyan dəydiyindən zərərçəkmiş şəxs kimi tanınmışdır. Bundan başqa iddiaçının məhkəməyə təqdim etdiyi 1(088)-10/2017 nömrəli xx.xx.2017-ci il tarixli Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə zərərçəkmiş şəxs olan iddiaçı öz ifadəsində aşağıdakıları göstərmişdir: “2014-cü ilin sentyabr ayınd a həmin avtomobili yeni “X38” markalı avtomobilə dəyişmək qərarına gəlmişdir.” (hökm: səh. 43, abz 5); “X1 satmışdır.” “18 sentyabr 2014-cü il tarixində Q.S.Əhədov onun ***-***-**-** mobil nömrəsinə zəng vurub “Lexus LX 570” markalı avtomobili satması barədə məlumat vermişdir” (hökm: səh. 44, abz 1); Avtomobili satarkən avtoservislə alğı-satqı müqaviləsi bağlamamışdır (hökm: səh. 44, abz 2); Həmin avtomobil isə X23 və X28 birlikdə X19 və X20 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən işindən ayrıca cinayət işi ayrılmışdır (hökm: səh. 79, abz 6); Hökmdən göründüyü kimi iddiaçı onun Q.Əhədova verdiyi etibarnamə əsasında avtomobili satmış və bu barədə iddiaçıya hələ 18 sentyabr 2014-cü ildə məlumat vermişdir. Həmin vaxtdan iddiaçı avtomo bilinin satıldığını bilmiş və buna dair hər hansı etirazı olmamışdır. Yəni iddiaçının hər hansı hüquqları pozulmuş olsaydı belə, bundan artıq 7 il əvvəl məlumatı var idi. Deməli iddiaçı tərəfindən həm də iddia müddəti ötürülmüşdür və məhkəmə tərəfindən iddia müddəti də tətbiq edilməlidir. Cavabdeh olaraq Cavabdeh3 MMC iddia müddətinin tətbiq edilməsini xahiş edir. Həmin hökmə və 1(104)-304/2018 nömrəli xx.xx.2018-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının qərarına əsasən, Cavabdeh1 və Cavabdeh2 törətdikləri əməllərə görə təqsirli bilinmişlər. Hökmdən həmçinin aydın olur ki, iddiaçı ilə "xxxx" MMC arasında yazılı müqavilə bağlanmamışdır. Cavabdeh3 MMC-nin və onun rəhbərliyinin bütün bu proseslərdən ümumiyyətlə məlumatı olmamışdır. Deliktə əsaslanan zərərin əvəzinin ödə nilməsi ilə bağlı iddia tələbləri dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız etmişdir.

12. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-6082/2021 nömrəli iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia qismən təmin edilərək, Cavabdeh3 MMC-dən 47600 manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği), cavabdehlər Cavabdeh1 və Cavabdeh2 22400 manat, eləcə də, mənəvi zərərin əvəzi olaraq 2000 manat məbləğində pul vəsaitinin müştərək qaydada tutularaq iddiaçıya verilməs i, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb etməsə də, həmin qətnamədə əksini tapmış müəyyən hallar hazırkı iddianın əsaslılığına hüquqi qiymət verilməsi üçün zəruridir.

14. Belə ki, həmin iş üzrə cavabdeh X11 İddiaçı «Mir» avtosalondan “X38” markalı avtomobili götürərək, ilkin ödəniş kimi 28.000 ABŞ dolları məbləğ ilə əvəzləşdirməsini bildirməsi faktı heç bir sübutla təsdiq edilməmiş, bu halın mövcudluğu da sözügedən qətnamə ilə müəyyən edilməmişdir. Belə ki, qətnamədə bu halı yalnız X11 nümayəndəsi izahatında bildirmişdir ki, izahat da, məhkəmənin həmin faktı müəyyən edilməsi k imi qiymətləndirilmir.

15. Hazırkı iş üzrə “Avtoinvest" MMC-nin nümayəndəsi də, İddiaçı Q.Əhədova satdığı “Lexus LX 570” markalı avtomobilin əvəzində isə “X38” markalı avtomobili almasına istinad etsə də, bu faktın mövcudluğunu təsdiq edən hər hansı sübut növünü məhkəməyə təqdim etməmişdir.

16. Məhkəmə həmçinin hesab etmişdir ki, cavabdehin iddiaya etirazında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmündə zərərçəkmiş şəxs olan İddiaçı öz ifadəsində 2014-cü ilin sentyabr ayında həmin avtomobili yeni “X38” markalı avtomobilə dəyişmək qərarına gəlməsini göstərməsinə istinad etməsi də əsassızdır. Belə ki, iddiaçı hazırkı məhkəmə iclasında da belə bir niyyəti olmasını gizlətməmişdir, lakin qiymətləri sərf etmədiyi üçün məhz avtosalon tərəfindən bunun həyata keçirmədiyini və avtomobili ona vermədik lərini bildirmişdir.

17. Məhkəmə cavabdehin iddiaya olan etirazının əsası kimi iddiaçının bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmasına istinad etməsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, işin araşdırılmış hallarından da məlum olur ki, həqiqətən də, iddiaçıya avtomobilinin satılması barədə məlumat verilmiş, buna görə də o, bu barədə ona Qismət Əhədovun məlumat verməsində qeyri-adi hər hansı hal görməmişdir. Lakin iddiaçının həm məhkəmədə, həm də hökmdə olan izahatından görünür ki, 2015-ci ilin fevral ayında ona "xxxx" bankın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra X13 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyin i vəd etmişdir. Sonradan şəxsi tanışlıqları hesabına **-VD-*** dövlət nömrə nişanlı avtomobilin Anar adlı şəxsin Azərbaycan Respublikasının ərazisindən çıxardığını öyrənmişdir. İşin materiallarından görünür ki, cavabdehin də etirazında etiraf etdiyi kimi 2015-ci ilin fevral ayında avtomobilin oğurlanması faktı aşkar edildiyi üçün bu barədə Bakı şəhər Yasamal RPİ-nə xx.xx.2015-ci ildə ərizə ilə ilk müraciət edən şəxs iddiaçı deyil, Qismət Əhədov özü olmuşdur. Bu isə avtomobilin məhz cavabdeh MMC-nin əməkdaşı olan Qismət Əhədov tərəfindən satılmasının və bu barədə də iddiaçıya məlumat verməsinin bir daha təsdiqidir.

18. Həmçinin sözügedən qanuni qüvvəsini almış qətnamədən də görünmüşdür ki, X16 (onun nümayəndəsinin izahatı) iddiaçının ona etibarnamə verməsini, sonuncunun isə həmin etibarnamə əsasında iddiaçının iradəsini yerinə yetirməsini göstərmişdir. Cavabdeh tərəfin hazırkı iş üzrə iddiaya etirazında da göstərdiyi kimi, Qismət Əhədov da iddiaçıdan aldığı avtomobili ona verilmiş həmin etibarnamə əsasında mübahisəli avtomobili X6 ona iddiaçının adından xx.xx.2014-cü il tarixində etibarnamə vermişdir.

19. Cavabdeh MMC iddiaçının adından avtomobilin satılması ilə bağlı etibarnamə üzrə verilən səlahiyyətlər həddində Qismət Əhədovun müəyyən hərəkətlərinin etməsini etiraf etmişdir. Qismət Əhədovun isə həmin vaxtı cavabdeh MMC-nin əməkdaşı olması işin mübahisəsiz halı olmuşdur.

20. Məhkəmə iddiaya olan etirazın dəlilləri ilə bağlı həmçinin qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il tarixli hökmünün məzmununda Cavabdeh3 MMC-nin və onun rəhbərliyinin idd iaçının mülkiyyəti olan avtomobilin MMC-nin əməkdaşı olan X16 tərəfindən satılması ilə müşayət olunan proseslərdən ümumiyyətlə məlumatı olmamasına dair hər hansı qeyd olmamışdır.

21. Həmçinin məhkəmə cavabdeh tərəfindən MMC-nin bütün bu proseslərdən xəbərdar olmamasına dair qeydlərin olması ilə bağlı irəli sürülən dəlilləri də inandırıcı saymır. Ən azından ona görə ki, iddiaya etirazdan da görünür ki, sözügedən avtosalonun sahibi X11 qardaşı, fərdi sahibkar X10r (VÖEN **********).

22. Cavabdeh MMC-nin əməkdaşı iddiaçının mülkiyyətində olan avtomobili onun adına verilmiş etibarnamədən istifadə etməklə ilkin olaraq 28000 ABŞ dollarını alması və hazırkı vaxta kimi də həmin məbləğin iddiaçıya qaytarılmaması ilə onun hesabına əsassız varlanmışdır. Odur ki, məhrum olanın tələbi ilə əldə etdiklər ini qaytarmalıdır.

23. Məhkəmə hesab etmişdir ki, iddiaçının cavabdehlər Bank "xxxx" ASC və X13 qarşı avtomobilin dəyəri olaraq 100.000 ABŞ dollarının tutulmasına dair iddiasının rədd edilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qərarlarının olmasına, həmin qətnamə ilə mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Qismət Əhədovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamasına, mübahisəli avtomobilə dair vəkalət iddiaçı tərəfindən X18 verildiyindən, məhkəmə tərəfindən cavabdeh X11 dəymiş ziyana görə təqsiri müəyyən olunmamasına və avtomobilin faktiki sahibliyindən çıxmasının birbaşa R.İslamovla əlaqələndirildiyindən iddia tələbinin cavabdeh Qismə t Əhədova münasibətdə təmin oluna bilməməsinə baxmayaraq, işin araşdırılmış halları ilə müəyyən edilmişdir ki, X16 məhz Bakı Avtomobil satışı mərkəzindəki «Mir» avtosalonu adı altında fəaliyyət göstərən avtosalonu “Avtoinvest" MMC avtosalonunun əməkdaşı olmaqla işlədərək, iddiaçının mülkiyyətində olan mübahisəli avtomobili etibarnamə əsasında 2014-cü ilin sentyabr ayında X4 və buna görə ondan ilkin olaraq 28000 ABŞ dolları alması faktı tam təsdiq edilir. Bu halların mövcudluğu isə satışla bağlı alınmış 28000 ABŞ dolları məbləğinə münasibətdə Qismət Əhədovun işçisi olduğu cavabdeh MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımasının birbaşa təsdiqidir.

24. Başqa sözlə, alğı-satqı ilə bağlı iddiaçı ilə cavabdeh MMC arasında hər hansı sənədləşdirmənin aparılmaması, MMC-nin əməkdaşı olmuş Q ismət Əhədovun avtosalona satış üçün qoyulmuş avtomaşını satmaqla ilkin olaraq 28000 ABŞ dollarını alması faktının mövcudluğu fonunda MMC-nin iddiaçı qarşısında mülki məsuliyyət daşımamasını istisna etmir.

25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququ Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 1(104)304/2018 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 1(088)-10/2017 nömrəli hökmü qanuni qüvvəsini aldığı andan hesablandığından onun tərəfindən qeyd edilən normada təsbit edilmiş müddət buraxılmamışdır.

26. Məhkəmə iddia tələblərinə hüquqi qiymət verməyə davam edərək daha sonra qeyd etmişdir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il tarixli 1(088)-10/2017 nömrəli hökmündən gör ünür ki, Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, 16587 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli avtomobilin 25 sentyabr 2014-cü il tarixə dəyəri 70000 manat müəyyən edilir.

27. Məhkəmə hesab etmişdir ki, avtomobilin “Avtoinvest" MMC-nin satış salonundan satılmasından sonra baş verən hadisələrin axarı cinayət əməlləri ilə müşayiət olunmasına baxmayaraq hazırkı mövcud durumda avtosalon tərəfindən onun əməkdaşının vasitəsilə salonda olmuş və oradan da satılan avtomobilə görə alınmış 28000 ABŞ dolları məbləğində pula münasibətdə MMC iddiaçı qarşısında mülki məsulliyət daşıyıcısıdır və həmin məbləğ Azərbaycan manatının ABŞ dollarının məzənnəsinə uyğun (28000 x 1.70 manat=46000 manat) olaraq MMC-dən iddiaçının xeyrinə tutulmalıdır.

28. Məhkəmə qeyd edilən hallarla yanaşı eyni zamanda hesab etmişdir ki, avtomobilin müəyyən edilmiş dəyərinin digər 24000 manat hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalıdır.

29. Belə ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il tarixli 1(088)10/2017 nömrəli hökmü ilə müəyyən edilmişdir ki, mübahisəli avtomobil 25 sentyabr 2014cü il tarixdə saat 02:52-də Tovuz Gömrük İdarəsinin «Sınıq Körpü» gömrük postunda Azərbaycan Respublikası gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilmişdir. Avtomobilin Azərbaycan Respublikası DİN-nin BDYPİ-dən alınmış 016-39958-1215 nömrəli, xx.xx.2015-ci il tarixli məktubuna əsasən iddiaçının mülkiyyətindədir. İddiaçı ilə Bank "xxxx" ASC-nin Premium filialı arasında AKL-006/12P nömrəli, xx.xx.2012-ci il tarixli ipoteka müqaviləsi əsasında həmin avtomobi l ipoteka ilə yüklü edilmişdir. Həmin avtomobil isə X23 və X28 birlikdə X19 və X20 aldadaraq Qismət Əhədovdan ələ keçirilmiş, sonuncu əməllə bağlı ibtidai istintaq orqanı tərəfindən cinayət işindən ayrıca cinayət işi ayrılmışdır. Cavabdeh1 isə qeyd olunan avtomobili Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etmişdir. Həmin xüsusat cinayət işində olan və tədqiq edilmiş telefon danışıqları, SMS mətnləri ilə sübuta yetirilir.

30. Hökmlə daha sonra müəyyən edilmişdir ki, Cavabdeh1 və Rəşad Dadaşovla yanaşı bu cinayət əməlinin törədilməsində xüsusi subyekt - Tovuz Gömrük İdarəsinin «Sərhəddə icazə blanklarının verilməsinə nəzarət» şöbəsinin əməkdaşı Cavabdeh2 iştirakı müəyyən edilmişdir.

31. Belə ki, həmin iş üzrə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla müəyyən edil mişdir ki, Cavabdeh2 həmçinin mübahisəli avtomobilin rəsmiləşdirilməsini aparmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, yəni, həmin avtomobillərdən rəsmiləşdirməsini Cavabdeh1 xahişi əsasında onun verdiyi məlumatlar əsasında həyata keçirmişdir. Belə ki, Cavabdeh1 güşədə ona yaxınlaşaraq avtomobillərə dair məlumatları şifahi deyərək avtomobillərin sənədlərini təqdim etməmiş, həmin məlumatları yoxlamaq vəzifəsi olan Cavabdeh2 isə qulluq mənafeyi tələb etdiyi halda bu səlahiyyətindən istifadə etməyib rəsmiləşdirmə aparmaqla hərəkətsizlik edib vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir.

32. Hökmdə əksini tapmış Dövlət Gömrük Komitəsinin “X7 Sistemi”-nə baxış keçirilməsi haqqında xx.xx.2016-cı il tarixli protokoldan görünür ki, mübahisəli avtomobili 25 sentyabr 2014-cü il tarixdə, saat 02:52-də “Sınıq Körpü” gömrük postunda 365 nəzarət müddəti qoyulmaqla müvəqqəti ixrac gömrük prosedurunda rəsmiləşdirməklə Azərbaycan Respublikası ərazisindən çıxarılmışdır. Rəsmiləşdirmə inspektor Cavabdeh2 tərəfindən həyata keçirilmişdir.

33. Bununla yanaşı məhkəmə mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələblərinə də qiymət verərək qeyd etmişdir ki, mənəvi zərərin vurulmasının sübut edilməsinin kifayət qədər mürəkkəb olması mübahisəsizdir. Bu növ iddialarda şəxs maddi deyil, mənəvi aləmində, şüurunda baş vermiş mənfi halları, sarsıntını, yaşamaq eşqinin azalmasını və s. məhkəmə qarşısında sübut etməlidir.

34. Məhkəmə hesab etmişdir ki, sözügedən avtomobilin Cavabdeh1 Azərbaycan Respublikasından qanunsuz keçirilməsini təşkil etməsi və Cavabdeh2 da vəzifə səlahiyyətlərin dən sui-istifadə etməklə buna müəyyən şərait yaratması nəticəsində iddiaçının faktiki olaraq mülkiyyətindən qanunsuz məhrum edilməsi, bununla da həmçinin banka olan kredit borcunun təminatı da əldən çıxması bu hərəkətlərindən sonra iddiaçının şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, mənəvi sarsıntı, iztirab vermişdir. Göstərilənlər məhkəməyə iddiaçıya mənəvi ziyan vurulması qənaətinə gəlməsinə kifayət qədər əsas verir.

35. Lakin məhkəmə iddianın mənəvi ziyan tutulması hissəsinin qismən, yəni, qeyd edilən cavabdehlərə münasibətdə təmin edilməsini mümkün sayır.

36. Məhkəmə hesab etmişdir ki, “Avtoinvest" MMC tərəfindən onun əməkdaşı vasitəsilə sözügedən avtomobilin yalnız satışı ilə bağlı 28000 ABŞ dolları alınması ilə bağlı hərəkətlər həyata keçirilmiş, hadisələrin sonrakı gedişatında baş vermiş cinayət əməllərinin sözügedən cavabdehə aidiyyəti hüquq mühafizə orqanları vasitəsilə və məhkəmə hökmü ilə müəyyən olmadığı üçün onun iddiaçı qarşısında mənəvi ziyanla bağlı məsuliyyəti yaranmamışdır.

37. Məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziyanın məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 1000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2000 manatın müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini ədalətli və məqsədəmüvafiq saymışdır.

38. Məhkəmə iddiaçının cavabdehlərdən 30000 ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması barədə tələbini əsassız hesab etmi şdir. Belə ki, iddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də, hər hansı sübutlarla öz təsdiqini tapmamışdır.

39. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1091, 1092, 1095-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 saylı Q ərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat

40. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın tam təmin olunmasını xahiş etmişdir.

41. Apellyasiya şikayətinin bir sıra dəlilləri iddia ərizəsinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq qeyd edilmişdir ki, ona 60000 ABŞ dolları məbləğində zərər dəymişdir. Məhkəmə yalnış olaraq 60.000 ABŞ dolları məbləğində, eləcə də 40.000 ABŞ dolları dəyərində avtosalon digər verəcəyi avtomobilə görə nəzərə alınacaqdı ki, bu da baş vermədiyindən 40000 ABŞ dolları da dəymiş zərər hesablanmaqla, ümumilikdə 100000 ABŞ dollarına qarşı 47600+22400 zərər hesablamışdır. Birinci instansiya məhkəməsi iddiaçıya dəymiş maddi və mənəvi zərərin həcminin cavabdehlər tərəfindən mülki q anunvericiliyə uyğun olaraq tam ödənilməsini təmin etməyərək işin faktiki halları araşdırılmadan qətnamə qəbul edilmişdir.

42. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan Cavabdeh3 MMC ondan apellyasiya şikayəti verərək, qətnamənin MMC-dən 47600 manat məbləğində pul vəsaitinin (qətnamə çıxarılan tarixə 28000 ABŞ dollarının Azərbaycan manatının məzənnəsinə uyğun olan məbləği) tutularaq iddiaçıya verilməsi hissəsində ləğv edilməsi və iddia tələbinin MMC-yə dair hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

43. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının Qismət Əhədov və onun qardaşını 2014-cü ilə qədər çox əvvəllər tanıması barədə etirafını, onlar arasında olan münasibətləri, iddiaçı ilə MMC arasında hər hansı müqavilə münasibətinin olmaması nı, etibarnamə ilə bağlı qanuni qüvvədə olan məhkəmə qətnamələrinin müəyyən edilmiş hallarını, iddiaçının uydurması mübahisəsiz fakt kimi qəbul olunmuş, 28000 ABŞ dollarının MMC tərəfindən alınmamasını, Qismət Əhədovun iddiaçıya zərər vurmasını, o cümlədən 28000 ABŞ dollarının alınması ilə bağlı təqsirinin olmamasını, MMC-nin işçisi Qismət Əhədovun təqsiri olmadığı halda MMC-nin məsuliyyət daşımamasını məhkəmə nəzərə almamış, həmçinin iddia müddətinin tətbiqində uydurma xx.xx.2018-ci il tarixli Gəncə Apellyasiya Məhkəməsinin qərarına istinad etmiş, iddiaçının hüquqlarının pozulması ilə bağlı fakt və hallara əhəmiyyət verməmişdir.

44. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məhərrəmova sədrlik edən və məruzəçi, M.Məmmədov və R.Həsənov) 2(103)-2502/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin - MMC-yə münasibətdə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının MMC-yə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiasının rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

45. Apellyasiya instansiyası məhkəməsi ilk olaraq MMC-nin apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, birinci instansiya məhkəməsi avtomobilin məhz MMC-nin əməkdaşı olan Qismət Əhədov tərəfindən satılması barədə gəldiyi nəticə yalnış olmaqla, işin faktiki hallarını əks etdirməmişdir. Belə ki, iddiaçı tərəf avtomobilin məhz MMC-yə təhvil verməsi, həmin MMC ilə avtomobilin satılması barədə razılığa gəlməsi barədə mötəbər sübutları təqdim etməmiş, həmin hallar iş materialları ilə öz təsdiqini tapmamışdır. Bununla yanaşı iş materialları ilə müəyyən edilmişdir ki, xx.xx.2009cu il tarixli ƏN-İ 188500 nömrəli etibarnamə ilə iddiaçı bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi X13 etibar etmiş və etibarnamə 5 il müddətinə verilərək xx.xx.2014-cü ilədək qüvvədə olmuşdur. X5 MMC ilə 7 yanvar 2013-cü il tarixdə əmək müqaviləsi bağlamışdır (1-ci cild, i.v 183).

46. İddiaçı ilə X16 arasında olan münasibətlər 2009-cu ildən yaranmış və həmin ildə iddiaçı X13 5 il müddətinə etibarnamə vermiş, X11 isə MMC ilə 7 yanvar 2013-cü il tarixdən əmək münas ibətləri başlamışdır. Həmçinin iş materiallarından görünür ki, iddiaçı və X16 öz növbələrində daşınar əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri X18 xx.xx.2014-cü il tarixli ƏN-İ 472589 nömrəli etibarnamə ilə etibar etmişlər və etibarnamənin qüvvədə olmasının son müddəti xx.xx.2014-cü il tarixidir.

47. İddiaçı cavabdehlər Bank "xxxx" ASC və X12 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək və daha sonra tələbini dəqiqləşdirərək cavabdeh X9 avtomobilin dəyəri olaraq 100000 ABŞ dollarının, cavabdeh Bank "xxxx" ASC-dən 10000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 10 dekabr 2019-cu il tarixli, 2(011)-7758/2019 n ömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmin qətnamədən apellyasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə müəyyən edilmişdir ki, iddiaçı bankda girovda olan avtomobilin satılması barədə 2015-ci ilin fevral ayında məlumatlı olmuşdur. Bununla belə, cavabdehlər tərəfindən iddiaçıya 100000 ABŞ dolları pul və mənəvi zərərə görə 10000 manat məbləğində ziyan dəyməsi, o cümlədən mübahisəli avtomobilin satılması ilə iddiaçıya dəymiş ziyana görə cavabdehlərin təqsirliliyi, həmçinin vəkalət əsasında tapşırığın düzgün icra olunmamasında Qismət Əhədovun qəsdi və ya kobud ehtiyatsızlığı halları məhkəmə tərəfindən müəyyən olunmamışdır.

48. Beləliklə müəyyən edilmişdir ki, X11 avtomobilin satılmasına dair ilkin olaraq 28000 ABŞ dollarını MMC-nin işçisi kimi alması, həmin məbləğdə pul vəsaitinin MMC-də qalması sübuta yetirilmir, çünki avtomobilin MMC-nin sahəsinə daxil olması, eləcə də orada satışa qoyulması barədə təhvil-təslim aktı olmasına dair, eyni zamanda həmin halın təsdiq edilməsi barədə iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, X11 MMC-nin işçisi qismində iddiaçıdan avtomobili qəbul edərək, məhz həmin avtosalonda satışa qoyulması işin qeyd olunan halları ilə təkzib edilmişdir. İddia tələbinin MMC-yə qarşı hissəsində dəlilləri öz təsdiqini tapmamaqla, əsassız olmuşdur.

49. Bununla yanaşı məhkəmə kollegiyası qeyd etmişdir ki, MMC-yə münasibətdə iddia tələbi üzrə iddia müddəti də keçmiş, iddia müddətinin tətbiqi barədə MMC birinci instansiya məhkəməsi baxışı zamanı ərizə vermiş, lakin birinci instansiya məhkəməsi əsassız olaraq iddia müddətinin tətbiqindən imtina etmişdir. Belə ki, iddiaçının həm hazırkı iş üzrə birinci instansiya məhkəməsində, həm də hökmdə olan izahatından görünür ki, iddiaçı 28000 ABŞ dollarını Qismətə ödənilməsindən və Qismətin həmin pulu banka qaytarmamasından 2015-ci ilin fevral ayında ona "xxxx" Bankın problemli kreditlər şöbəsindən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra bilmiş və o, X13 zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir.

50. İddiaçı 2015-ci ilin fevral ayından avtomobilə görə Qismətə ödənilmiş pulun sonuncu tərəfindən banka qaytarmadığından məlumatlı olmuşdur. Bununla da müəyyən edilir ki, iddiaçı öz hüqu qlarının pozulmasını həmin andan bilmişdir. Birinci instansiya məhkəməsi isə yalnış olaraq iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məhkəmə hökmünün qanuni qüvvəsini aldığı tarixdən hesablamışdır, halbuki mülki qanunvericiliyində istinad edilən normalarına əsasən iddia müddətinin axımı məhz şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanması ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, MMC-nin ərizəsi nəzərə alınmaqla, iddia tələbinin ona aid hissədə iddia müddəti tətbiq edilməlidir.

51. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibətdə isə qeyd etmişdir ki, iddiaçı onun xeyrinə tutulmalı olan vəsaitin məbləğini mübahisələndirsə də, iş materiallarında olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il tarixli hökmünə əsasən Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2015-ci il tarixli, 16587 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli avtomobilin 25 sentyabr 2014-cü il tarixə dəyəri 70000 manat müəyyən edilir. İddiaçı isə avtomobilin dəyərinin daha yüksək olması barədə hər hansı mötəbər sübutlara istinad edə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçıya vurduğu mənəvi ziynan məbləğini müəyyən edərkən onların məhkumluqlarını, maddi vəziyyətlərini və işin digər diqqətəlayiq hallarını nəzərə alaraq bu məbləğin sözügedən cavabdehlərin hər biri üçün 1000 manat məbləğində müəyyən edilməklə, mənəvi ziyanın əvəzi olaraq cavabdehlərdən 2000 manatın müştərək qaydada tutularaq iddiaçıya ödə nilməsini ədalətli və məqsədəmüvafiq hesab etməklə düzgün nəticəyə gəlmişdir. Bununla yanaşı iddia tələbi - cavabdehlərdən 30000 ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması hissəsində də əsassız olmuşdur, belə ki, iddiaçı bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər həm ağlabatan, həm də, hər hansı sübutlarla öz təsdiqini tapmamışdır. Göründüyü kimi iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmuşdur, birinci instansiya məhkəməsi iddia tələbinin qeyd olunan hissələrində işin faktiki hallarını düzgün müəyyən edərək, maddi və prosessual hüquq normalarının tələblərini pozmamışdır.

52. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377, 1091, 1095-ci maddələrinə istinadla əsa slandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

53. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

54. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası məhkəməsindən fərqli olaraq qanunverici hüquqi şəxsin öz işçisinin törətdiyi mülki hüquq pozuntusuna görə məsuliyyət daşıdığını imperativ norma kimi müəyyən etmişdir. Əhədov Qismətə qarşı məhkəmə aktlarında cavabdeh «Mir» avtosalonun deyil, şəxsi münasibətlərə görə verilmiş etibarnamə əsasında iddiaçının adından hərəkət etdiyini bildirmişdir. «Mir» avtosalonu ayrıca hüquq şəxs olmamışdır. «Mir» avtosalonun Cavabdeh3 MMC-yə məxsus olması yalnız hazırkı iş üzrə iddia qaldırılmadan öncə müəyyən ed ilmişdir. Avtomobili təhvil alan şəxsin şəxsi münasibətlərə görə verilmiş etibarnamə əsasına iddiaçının adından hərəkət etdiyini bildirdiyi (Xətai Rayon Məhkəməsinin qüvvədə olan qətnaməsinin 2-ci vərəqəsi və 2-ci abzası) halda və həmin qətnamə qanuni qüvvəyə mindiyi halda şəxsi münasibətlərə görə verilmiş etibarnamə əsasında iddiaçının adından hərəkət etdiyini bildiyi, «Mir» avtosalonun, xüsusilə avtosalonun Cavabdeh3 MMC-yə məxsusluğunu gizli saxladıqları halda iddianı nə vaxt hazırkı cavabdehin əsassız varlanması barədə məlumat əldə etmişdir. Zərər mülki mübahisə üzrə olmamışdır. Cinayət əməli nəticəsində baş vermişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 16 may 2017-ci il tarixli hökmü Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişdirilmiş, Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanmışdır. Lakin avtomobili Qismət Əhədovdan satın alan şəxslər həmin hökmlə məsuliyyətə cəlb olunmamışlar. Avtomobili «Mir» avtosalonundan satın alan 28500 ABŞ dolları ödəyən və avtomobili qaçırıb sonrakı öhdəliklərini icra etməyən şəxslər hal-hazırda həbs edilərək məsuliyətə cəlb edilmişlər və iş məhkəmənin icratındadır. İddiaçının bu qədər zərər gördüyü halda, bank qarşısında öhdəliyinin qalması halında ona məxsus pul vəsaiti cavabdehə hədiyyə edilməməlidir.

55. Ali Məhkəmənin Mülki Kollegiyasının (hakimlər V.Həsənov - məruzəçi, Ə.Əhmədov və İ.Şəfiyev) 2(102)-5192/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və i ş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

56. Kassasiya instansiyası məhkəməsinin qərarının əsaslarına görə, apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayətində göstərdiyi kimi Qismət Əhədovun MMC-nin işçisi olması, məhz avtomobilin ona təhvil verilməsi, onun tərəfindən satılması, avtomobilin dəyərinin bir hissəsini alması, həmin məbləğin iddiaçıya verilməməsi ilə bağlı işin hallarına düzgün hüquqi qiymət verilməmişdir.

57. Bununla yanaşı avtomobilə görə iddiaçı ilə MMC və ya onun əməkdaşı arasında hər hansı əvəzləşdirmənin (iddiaçı iddia edir ki, avtomobilə görə hər hansı digər bir avtomobil verilməmiş, cavabdeh tərəf isə belə bir avtomobilin verilməsini göstərir) aparılıbaparılmasının, alınmış pul məbləğinin Qismət Əhədovda qalmasının hüquqi əsasları, qaytarılmasının mümkünsüz olması qənaətinə gəldikdə isə dəymiş zərərin qalan hissəsinin ödənilməli olub-olmaması, məhz zərərə görə məsuliyyətin kimin üzərinə qoyulmalı olması aydınlaşdırılmadan qalmışdır.

58. Apellyasiya instansiyası məhkəməsi ayrılmış cinayət işinin hazırkı işlə bağlı olmasını nəzərə almamış, işin icraatının dayandırılmasının mümkünlüyünü müzakirə etməmiş, nəticədə isə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq MMCyə münasibətdə iddianı rədd edərək Azərbaycan Respublikası MPM-in 88-ci maddəsinin tələblərini pozmuş və bu prosessual pozuntular iş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.

59. Hazırkı işin halları baxımından məhkəmələrin iddiaçının iddiasında göstərdiyi kimi ona zərərin vurulub-vurulmaması və ya cavab dehin iddiaçının hesabına varlanıbvarlanmaması müəyyən olunmalı, məhz bundan sonra müvafiq maddi hüquq normalarının tətbiqi müzakirə edilməli, eyni zamanda müəyyən olunmuş münasibətlərə iddia müddətinin tədbiqinin mümkünlüyü, mümkün olduğu təqdirdə isə müddətinin axımının hansı vaxtdan başlanılması müzakirə edilməlidir.

60. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 372, 373, 377, 375, 1091, 1095, 1096, 1097, 1099-cu maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli, Azərbaycan Respublikas ı Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli Qərarlarına istinadla əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

61. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər M.Rüstəmli - sədrlik edən və məruzəçi, A.İsgəndərov və V.Sadıqov) 2(103)-124/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı və MMC-nin apellyasiya şikayətlərinin qismən təmin olunması, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən – MMC-dən pulun tutulması ilə bağlı hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçının MMC-yə qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə iddia tələbinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin q ətnaməsinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilin dəyərinə və mənəvi zərərə görə tutulan məbləğlə bağlı hissədə dəyişdirilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nəqliyyat vasitəsinin dəyərinə görə 47.644,6 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində pulun müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, qətnamənin iddiaçı tərəfindən mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

62. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamış, nəticədə işin hallarına uyğun olmayan qətnamə qəbul edilmişdir. İddiaçı özün ə məxsus mübahisəli nəqliyyat vasitəsini satılması üçün 2014-cü ilin sentyabr ayında həmin vaxt Cavabdeh3 MMC-nin işçisi Qismət Əhədova təqdim etmişdir. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarından müəyyən edilmişdir ki, X28 iddiaçının Bank "xxxx" ASC tərəfindən ipoteka ilə yüklü edilmiş 70000 manat dəyərində nəqliyyat vasitəsinin Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib həmin mərkəzdə satıcı işləyən X13 həmin dövrün məzənnəsi ilə 22.355,4 manat təşkil edən 28.500 ABŞ dolları məbləğində ödəniş etmiş, qalan məbləği isə bir ay müddətində banka ödəyəcəyinə vəd vermiş, lakin hazırkı iş üzrə iddiaçılar və digər üçüncü şəxslər cinayət əlaqəsinə girərək həmin nəqliyyat vasitəsini ölkə hüdudlarından çıxarmağa nail olmuşlar və bununla da iddiaçıya maddi zərər vurmuşlar. Məhkəmə aktları ilə müəyyən edilmişdir ki, iddiaçıya məxsus nəqliyyat vasitəsi Cavabdeh3 MMC-yə məxsus satış salonunda satışa qoyulmuş, daha sonra iddiaçının vermiş olduğu etibarnamə əsasında Qismət Əhədov tərəfindən satılmışdır.

63. Kollegiya hesab etmişdir ki, MMC-nin öz satış salonunda yerləşən iddiaçıya məxsus nəqliyyat vasitəsindən məlumatlı olmaması inandırıcı deyil və iddiaçı ilə MMC arasında sonuncunun işçisi Qismət Əhədov vasitəsilə bağlanmış şifahi tapşırıq müqaviləsindən irəli gələn münasibətlər olmuşdur. Nəqliyyat vasitəsinin dəyərinin bir hissəsini təşkil edən 28.500 ABŞ dolları məbləğində vəsait Qismət Əhədov tərəfindən götürülmüş, lakin həmin vəsaitin iddiaçıya ödənildiyi və ya əvəzind ə digər nəqliyyat vasitəsinin verildiyi barədə MMC tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim edilməmişdir. Beləliklə, MMC tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borclu olduğuna baxmayaraq bunu etməmişdir. Bununla belə, iddiaçının MMC-yə qarşı pul tələbinə dair iddiası iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir.

64. Belə ki, iddiaçı öz hüquqlarının pozulduğunu 2015-ci ilin fevral ayında ona Bank "xxxx" ASC-dən zəng vurub kredit ödənişlərinin gecikdirilməsini bildirəndən sonra bilmiş və o, Q.Əhədova zəng vuraraq narazılığını bildirmiş, sonuncu cavab olaraq avtomobilin tapılması istiqamətində hərəkətlər edəcəyini vəd etmişdir. 2015-ci ilin fevral ayından artıq iddiaçı hüququnun pozulduğunu bilmiş, iddia müddətinin axımı həmin vaxt başlamış, lakin iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etməklə mülki qanunvericilikdə müqavilə tələbləri üzrə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.

65. Hələ 2019-cu ildə iddiaçı cavabdehlər "xxxx" ASC və X12 qarşı cavabdeh X9 avtomobilin dəyəri olaraq 100000 ABŞ dollarının, cavabdeh "xxxx" ASC-dən 10000 manat dəymiş zərərin tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbi ilə çıxış etmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsi ilə, həmçinin iddia müddəti tətbiq olunmaqla iddia rədd edilmişdir. Qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. X16 xx.xx.2013cü il tarixdən MMC-yə qeyri-ərzaq malları üzrə satıcı nəzarətçi-kassir vəzi fəsinə təyin edilmiş və iddiaçı (onun nümayəndəsi və vəkili) tərəfindən aidiyyəti dövlət qurumlarına sorğu verilməklə bu məlumatın əldə edilməsi mümkün olmuşdur.

66. Məhkəmə kollegiyası digər cavabdehlərə münasibətdə belə qənaətə gəlmişdir ki, qətnamə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 avtomobilin dəyərinə və mənəvi zərər görə tutulan məbləğlə bağlı hissədə dəyişdirilməli, nəqliyyat vasitəsinin dəyərinə görə 47.644,6 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində pul müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Cinayət işi üzrə iddiaçıya məxsus nəqliyyat vasitəsinin dəyəri 70.000 manat müəyyən edilmiş və həmin məbləğdən X28 tərəfindən X13 həmin dövrün məzənnəsi ilə 22.355,4 manat təşkil edən 28.500 ABŞ dolları məbləğində ödəniş edilmişdir (70.000-22.355,4=47.644,6 manat).

67. İd diaçıya qarşı cinayət əməli (mülki hüquq pozuntusu) tək cavabdehlər tərəfindən deyil, həmçinin məhkəmə kollegiyası tərəfindən iş üzrə müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər tərəfindən törədilmişdir. Bununla belə, mülki qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən iddiaçı (kreditor) öz arzusu ilə ona qarşı cinayət əməlini törətmiş istənilən şəxsdən (borcludan) həm tam, həm də hissəhissə icranı tələb edə bilər.

68. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddiaçıya cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə müəyyən edilmiş məbləğlə razılaşmayaraq hesab etmişdir ki, iddiaçı yüksək dəyərə malik əmlakından məhrum olduğuna görə ona dəymiş mənəvi zərərin məbləği 5000 manat məbləğində müəyyən edilməlidir.

69. Kollegiya həmçinin he sab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq iddiaçının cavabdehlərdən 30000 ABŞ dolları məbləğində dəymiş maddi zərər tutulması barədə tələbini əsassız hesab etmişdir. Belə ki, iddiaçının bu tələbinin əsaslandırılması ilə bağlı irəli sürdüyü dəlillər hər hansı sübutlarla öz təsdiqini tapmamışdır.

70. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377, 500, 501, 777-779, 782, 1096, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 aprel tarixli Qərarlarına istinadla əsasl andırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətlərinin dəlilləri

71. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

72. Kassasiya şikayətinin dəlillərinə görə, Ali Məhkəmə tərəfindən qoyulan sualların nəqliyyat vasitəsinin MMC-nin işçisi Qismət Əhədova təqdim edilməsi kollegiya tərəfindən təsdiq edilməklə iddiaçıya MMC tərəfindən zərərin vurulması öz təsdiqini tapmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi iddia müddəti ilə bağlı yalnış nəticəyə gəlmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 dekabr 2019-cu il tarixli, 2(011)-7758/2019 nömrəli qətnaməsində, həmin qətnamənin qüvvədə qalmasını təsdiq edən apellyasiya və kassasiya instansiyalar ının məhkəmə aktlarında, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündə Cavabdeh3 MMC-nin adı keçməmişdir. Həmin məhkəmə aktlarında “MİR” avtosalonu və Qismət Əhədovun adı keçmişdir. Yasamal rayonu ərazisində yerləşən avtomobil bazarında çoxlu sayda adlı satış obyektlərinin, xidmət qurumlarının sənəd üzrə Cavabdeh3 MMC adı altında fəaliyyət göstərdiyini müəyyən etmək mümkün olmamışdır. İddiaçı ona kimlərin zərər vurmasını müəyyən edə bilməmişdir. Qismət həmin vəsaiti aldığını inkar etmişdir. Cinayət Prosessual qanunvericilik zərərçəmiş şəxsə cinayət prosesi davam edərkən və ya müstəqil şəkildə təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq hüququnu tanıyır və cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddətinin tətbiq edilmədiyini imperativ qaydada müəyyən edir.

73. Cavabdeh1 da kassasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

74. Kassasiya şikayətinin dəlillərinə görə, birinci instansiya məhkəməsinin qətnaməsi əsaslı olmuşdur. Həmin qətnaməni ləğv və dəyişdirməkdə apellyasiya instansiyası məhkəməsi səhv nəticəyə gəlmişdir. Belə ki, 28000 ABŞ dolları məblğində pulun MMC-nin işçisi tərəfindən alınması həmin servisin iddiaçı qarşısında öhdəlik daşımasını təsdiq etmişdir. Həmin pulu MMC və onun işçisi X16 almasından asılı olmayaraq, məsuliyyət həmin cavabdehlərin üzərində olmuşdur. Belə olan halda qeyd edilən məbləğin Cavabdeh1 və digər cavabdeh tərəfindən ödənilməsi ilə bağ lı mövqe anlaşılan olmamışdır.

75. Apellyasiya instansiyası məhkəməsinin mənəvi ziyanın məbləğini artıraraq 5000 manat müəyyən etməsi də əsaslı olmamışdır. Məhkəmə tərəfindən mənəvi ziyanın artırılmasında hər hansı bir əsaslı fikir ortaya qoyulmamışdır. Avtomobilin əldən çıxmasında iddiaçının məsuliyyəti az olmamışdır. Əgər iddiaçı məyusluq və stress keçirmişdirsə bu birinci növbədə onun özünün hərəkətləri nəticəsində baş vermişdir. Belə ki, avtomobilin alğı-satqısı ilə bağlı məsələləri qanuna uyğun həll etmədiyi üçün qeyd edilən hadisə baş vermişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

76. MMC kassasiya şikayətlərinə qarşı etiraz təqdim edərək, şikayətlərin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbu l edilməsini xahiş etmişdir.

77. Etirazın dəlillərinə görə, iddiaçı müddətin ötürülməsi faktını onunla əsaslandırmağa çalışmışdır ki, guya uzun müddət MMC-nin adını müəyyən edə bilməmişdir. Halbuki, iddiaçının MMC-nin adını bilməməsi iddia müddətinin ötürülməməsi üçün heç bir halda üzrlü səbəb ola bilməz. Digər tərəfdən iş materiallarında olan məhkəmə hökmləri, qərarlar, sübutlar və faktlar ilə təsdiq edilmişdir ki, iddiaçı ona məxsus avtomobilinin xx.xx.2014-cü tarixində satıldığını və 2015-ci ilin fevral ayından isə kredit üzrə ödənişlərinin həyata keçirilmədiyini bilmişdir. Lakin, MMC-yə qarşı iddia ərizəsini xx.xx.2021-ci il tarixdə vermişdir. İddia ərizəsinin xx.xx.2021-ci il tarixdə verildiyi nəzərə alında bütün mümkün iddia müddətlərinin ötürülməsi müəyyən olunardı. Belə ki, iddia x x.xx.2021-ci il tarixdə verildiyindən iddia müddəti: - xx.xx.2014-cü il tarixindən götürülsə - 7 il; - 2015-ci ilin fevral ayından götürülsə - 6 il 7 ay; - Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmündən götürülsə - 4 il 4 ay keçmişdir. Bundan başqa iddiaçı iddia müddətinin ötürülməsi faktını inkar edə bilmədiyi üçün, həmçinin, Cinayət Prosessual Məcəllənin 179.4-cü maddəsini əsas götürərək qeyd etmişdir ki, “Cinayət Prosessual qanunvericilik zərərçəmiş şəxsə cinayət prosesi davam edərkən və ya müstəqil şəkildə təqsirləndirilən şəxsə qarşı mülki iddia qaldırmaq hüququnu tanıyır və cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddətinin tətbiq edilmədiyini imperativ qaydada müəyyən edir.” İddiaçı isə özünün zərəçəkmiş şəxs olaraq iştirak etdiyi cinayət mühakimə icraatında mülki iddia qaldırmamışdır. İddia müddəti şamil edilmədiyi hallar Mülki Məcəllənin 384-cü maddəsində konkret olaraq müəyyən edilmişdir. İddiaçının istinad etmiş olduğu CPM-in 179.4-cü maddəsinin hazırkı mülki iş üzrə icraata aidiyyəti olmamış və apellyasiya instansiyası məhkəməsi tərəfindən CPM-in 179.4-cü maddəsinin tətbiq edilməməsində də heç bir pozuntu olmamışdır.

78. Cavabdehin kassasiya şikayətinə münasibətdə qeyd edilmişdir ki, cavabdeh şikayətində “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi”nin pozulduğunu göstərsə də, məhkəmə tərəfindən konkret olaraq hansı maddi normanın pozulmasını qeyd etməmişdir. Cavabdeh iddiaçıya və digər şəxslərə qarşı etdiyi ə məlinə görə təqsirli bilinmiş və barəsində qanuni qüvvədə olan məhkəmə qərarı olmuşdur. Lakin bu faktı cavabdeh unutmuş və təqsirli olduğu halda özünü mülki məsuliyyətdən azad etməyə çalışmışdır. İş materiallarında olan cinayət işləri üzrə məhkəmə aktlarından göründüyü kimi nə MMC barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilməmiş, nə də Qismət Əhədov cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bu hissədə də apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normasının pozuntusuna yol verilməmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Mülki Məcəlləsi

79. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

80. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla ba ğlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

81. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

82. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

83. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır.

84. Maddə 500.2. Birgə öhdə lik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

85. Maddə

501. Kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissəhissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır.

86. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

87. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

88. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verən ə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

89. Maddə 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur.

90. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

91. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

92. Maddə 1097.1.Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlak ına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

93. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir

94. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

95. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

96. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

97. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

98. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

99. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

100. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessu al hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

101. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

102. Məhkəmə kollegiyası, qətnaməni tərəflərin mübahisələndirdikləri hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə MPM-nin 416.1-ci maddəsinə uyğun olaraq kassasiya şikayətlərində göstərilən dəlillər və şikayətlərin həddi ilə bağlıdır.

103. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyiş dirilməsi üçün əsas yoxdur.

105. Mübahisəyə mahiyyəti üzrə baxan apelyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, iddiaçının cavabdeh MMC-yə qarşı müqavilədən irəli gələn tələb hüququ olsa da, iddiaçı qanunla müəyyən edilmiş iddia müddəti ərzində tələb irəli sürmədiyi və həmin cavabdeh iddia müddətini tətbiq etdiyi üçün iddia MMC-yə münasibətdə müddətin keçməsi ilə əlaqədar rədd edilməlidir.

106. Məhkəmənin qənaətinə görə, iddiaçı, artıq 2015-ci ilin fevral ayından hüququnun pozulduğunu bilmiş, iddia müddətinin axımı həmin vaxt başlamış, lakin iddiaçı hazırkı iddia tələbi ilə birinci instansiya məhkəməsinə xx.xx.2021-ci il tarixdə müraciət etməklə mülki qanunvericilikdə müqavilə tələbləri üzrə nəzərdə tutulmuş üç illik iddia müddətini ötürmüşdür.

107. Kassasiya m əhkəməsi hesab edir ki, iddia müddətinin yuxarıda göstərilən vaxtdan hesablanması işin müəyyən edilmiş faktiki hallarına və yuxarıda qeyd edilən hüquq normalarına uyğun olduğu üçün əsaslıdır, iddiaçının kassasiya şikayətində göstərilən dəlillər iddia müddətinin sonrakı tarixdən hesablanmasına əsas vermir.

108. Bununla belə, apelyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn öhdəlik üzrə iddiaçı qarşısında nəqliyyat vasitəsinin dəyərinə görə 47.644,6 manat və mənəvi zərərə görə 5.000 manat məbləğində digər cavabdehlə müştərək qaydada məsuliyyət daşıyır.

109. Kassasiya məhkəməsi Cavabdeh1 kassasiya şikayətinin dəlillərini qətnamənin ona aid hissədə ləğv edilməsi üçün əsas hesab etmir, ona görə ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya q anunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir (§ 90-92).

110. Kassasiya məhkəməsi qeyd edir ki, deliktdən irəli gələn zərərin əvəzinin ödənilməsi tələbinə baxan məhkəmə, mülki hüquq pozuntusunun yuxarıda sadalanan şərtlərini müəyyənləşdirməklə mübahisəni həll etmək səlahiyyətinə malikdir.

111. Baxılan iş üzrə iddiaçının əmlakının talanaraq ölkə sərhəddindən qanunsuz çıxarılmasında Cavabdeh1 iştirakının Gəncə Ağır Cinayətlə r Məhkəməsinin xx.xx.2017-ci il tarixli və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmləri ilə təsdiq olunduğu işə mahiyyəti üzrə baxan məhkəmələr tərəfindən müəyyən olunmuşdur. Sonuncu hökmə əsasən, X28 özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq dələduzluqla ələ keçirərək qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasını təmin etmək məqsədi ilə tanışları Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il və xx.xx.2019-cu il tarixli tarixli hökmlərinə əsasən məhkum edilmiş Cavabdeh1 və başqaları ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Bakı şəhərində yerləşən müxtəlif banklarda girov qoyulmuş avtomobilləri ucuz qiymətə alıb ölkədən çıxarmaqla Rusiya Federasiyasında satışını təşkil etmək barədə razılığa gələrək İddiaçı tərəfindən Ba nk "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialı ilə bağlanılmış AKL-008/12P nömrəli kredit müqaviləsinin təminatı olaraq banka girov qoyulmuş 70.000 manat dəyərində 2012-ci il buraxılışlı “Lexus LX 570” markalı **-VD-*** dövlət qeydiyyat nişanlı avtomobilin İddiaçı tərəfindən Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən “Mir” avtomobil satış mərkəzinə satışa qoyulması barədə məlumat əldə edib İddiaçı etibarnamə üzrə təmsil etmək hüququna malik cinayətə aidiyyəti olmayan “Mir” avtomobil satış mərkəzində satıcı işləyən X13 həmin dövrün məzənnəsi ilə 22.355,4 manat təşkil edən 28.500 ABŞ dollarını ödəyərək İddiaçı Bank "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Premium” filialından götürdüyü 88032 manat kreditin qalıq məbləğini bir ay müddətində banka ödəyəcəklərinə inandırmaqla aldadıb Qismət Əhə dova Bakı şəhəri 19 saylı notariat kontorunda İddiaçı tərəfindən etibar edilmiş səlahiyyətlərin başqa şəxsə verilməsi də istisna edilməməklə daşınmaz əmlakdan başqa bütün əmlakı idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hüquqların 17 sentyabr 2014-cü il tarixdə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti 24a ünvanında yerləşən ünvan 2 X18 verilməsinə nail olaraq avtomobili etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirib zərərçəkmiş şəxs İddiaçı 70.000 manat külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etdikdən sonra cinayətkar niyyətlərini davam etdirib avtomobili əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətin digər iştirakçısı Cavabdeh1 təhvil vermiş, Cavabdeh1 də öz növbəsində hmin avtomobili Azərbaycan Respublikası ərazisindən kənara qaçaqmalçılıq yo lu ilə çıxarmaq məqsədi ilə 25 sentyabr 2014-cü il tarixdə tanışı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tovuz Gömrük İdarəsinin “Sərhəddə icazə blankların verilməsinə nəzarət” şöbəsinin baş müfəttişi vəzifəsində işləyən Cavabdeh2 xidmətdə olduğu Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun nəqliyyat ixrac xəttində gömrük nəzarətindən keçən avtomobillərin sıxlığına görə sənədləri təqdim etmədən növbədən kənar rəsmiləşdirmə aparmasını xahiş edib avtomobilin öz mülkiyyətində olması barədə yalan məlumatları verərək vəzifəli şəxs Cavabdeh2 qulluq mənafeyi tələb etdiyi halda gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən nəqliyyat vasitələrinin sənədlərini yoxlamaq və digər qulluq səlahiyyətlərindən istifadə etməyərək avtomobilin sənədlərini tələb edib yoxlama aparmadan e lektron imza kartı ilə 25 sentyabr 2014-cü il tarixdə saat 02:52 dəqiqədə Dövlət Gömrük Komitəsinin “Vahid avtomatlaşdırılmış idarəetmə sistemi” informasiya resursuna həmin məlumatları yalan olduqlarını bilmədən daxil etməklə avtomobili Cavabdeh1 adına “müvəqqəti ixrac” gömrük prosedurunda rəsmiləşdirərək vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona verdiyi qeydiyyat kodu əsasında avtomobili həmin tarixdə və saatda Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Gürcüstan istiqamətinə Azərbaycan Respublikası gömrük sərhədindən sənədlərdən və gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə xeyli miqdarda keçirib qaçaqmalçılıq etmişdir.

112. Belə olan halda, iddianın Cavabdeh1 aid hissədə yuxarıda göstərilən həcmdə təmin edilməsi qanuni və əsaslı olmuşdur.

113. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, heblə iddiaçının və Cavabdeh1 dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

114. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq e dilib-edilmədiyini yoxlayır.

115. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

116. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

117. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-124/2024 nömrəli iş üzrə 5 fevral 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar