Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2162/2020 08.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X4, vəkili X3 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “iştirakçının hüquqlarının təmin edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli 2(103)-11468/2019 nömrəli qətnaməsindən Cavabdeh MMC-nin kassasiya şikayəti üzrə mülki işə açıq məhkəmə iclasın da baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 20162018-ci illər üzrə illik maliyyə hesabatlarının ona təqdim edilməsi və Cavabdeh MMC-nin nizamnamə kapitalındakı 20 faizlik iştirak payına uyğun olaraq, 2016-2018-ci illər üçün ona mənfəətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3522/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh MMC-nin üzərinə Cavabdeh MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 2016-2018-ci illər üzrə illik maliyyə hesabatlarının İddiaçı təqdim edilməsi vəzifəs inin qoyulması, iddianın Cavabdeh MMC-nin üzərinə Cavabdeh MMC-nin nizamnamə kapitalındakı 20 faizlik iştirak payına uyğun olaraq, 2016-2018-ci illlər üçün mənfəətin İddiaçı ödənilməsi vəzifəsinin qoyulması hissəsində rədd edilməsi qət edilmişdir. (hakim Təhminə Xəlilova) Bakı Apellyasiya Məhkəməsinin 2(103)-11468/2019 saylı, xx xxxxxxxx 2019-cu iltarixli qətnaməsi ilə Cavabdeh MMC-nin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(004)-3522/2019 nömrəli qətnaməsi Cavabdeh MMC-nin üzərinə Cavabdeh MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 2016-2018-ci illər üzrə illik maliyyə hesabatlarının “İddiaçı təqdim edilməsi vəzifəsiqoyulsun” hissəsində dəyişdirilmiş və “İddiaçı tələbi ilə auditor yoxlanış ını aparan auditə təqdim edilməsi vəzifəsi qoyulsun” kimi müəyyən edilməsi, qətnamənin Cavabdeh apellyasiya şikayəti üzrə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Elşən Kazımov (sədrlik edən və məruzəçi) Tofiq Səmədov, İkram Şirinov) Cavabdeh MMC kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilərək işin baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul edilmişdir. Mülki Məcəllənin 91.3.3-cü maddəsinə əsasən cə miyyətin illik hesabatlarını və mühasibat balanslarını təsdiq etmək, onun mənfəətini və zərərini bölüşdürmək məhdud məsuliyyətli cəmiyyət iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aid edilmişdir və ümumiyyətlə məhkəmə baxışının predmeti ola bilməz. Qanunvericiliyin tələbinə görə cəmiyyətin iştirakçısının cəmiyyətin maliyyə hesabatının nə özünə verilməsini, nə də audit aparan auditora verilməsini tələb etmək hüququ yoxdur. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-nin nümayəndəsi X6 və vəkili X1 şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında İddiaçı vəkilsiz iştirak etdiyi üçün MülkiProsessual Məcəllənin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq kassasiya baxışında onun izahatı dinlənilmədi. HÜQUQİ MƏSƏLƏLƏR Mülki-Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş, apelyasiya instansiyası məhkəməsi cavabdehin şikayəti üzrə qətnaməni iddianın təmin edilən hissəsində dəyişdirmişdir. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən yalnız cavabdeh kassasiya şikayəti vermişdir. Buna görə də məhkəmə kollegiyası apelyasiya məhkəməsinin qətnaməsini kassatorun şikayəti üzrə yoxlayır. Məhkəmə kollegiyasıcavabdehin nümayəndəsini və vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh MMC-nin kas sasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş mübahisəsiz halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-nin təsisçilərindən biri olmaqla, onun MMC-nin Nizamnamə kapitalında 20 faiz payı var. İddiaçı Cavabdeh MMC-yə müraciət edərək MMC-nin maliyyə hesabatının audit yoxlanışının həyata keçirilməsi üçün 2016-2018-ci illər üzrə illik maliyyə hesabatlarının 3 iş günü ərzində ona təqdim edilməsini xahiş etmişdir. Cavabdehin etirazına görə işin mübahisəli halı iddiaçının cəmiyyətin illik maliyyə hesabatlarının ona təqdim edilməsini tələb etmək hüququnun olub-olmaması ilə bağlıdır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən auditor yoxlanışının Cəmiyyətin 20 faiz payının iş tirakçısı olan iddiaçının tələbi ilə aparıla bilməsini, bu halda auditor yoxlanışınin həmin iştirakçı hesabına aparılmalı olması nəticəsinə gələrək, audit yoxlanışının həyata keçirilməsi üçün 2016-2018-ci illər üzrə illik maliyyə hesabatlarının təqdim edilməsi vəzifəsinin MMC-nin üzərinə qoyulması hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün saymış, eyni zamanda auditor yoxlanışını auditor həyata keçirdiyi üçün illik maliyyə hesabatının da auditora ona təqdim edilməli olmasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qətnaməsini yuxarıda göstərilən qaydada qismən dəyişmiş və gəldiyi nəticəni də Mülki Məcəllənin 91.4-cü maddəsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normasını düzgün tətbiq etmişdir. İddia tələbindən görünür ki, tələb məhdud məsuliyyətli cəmiyyətin idarə edilməsində iştirakdan doğan təsisçisinin hüquqlarının müdafiəsi ilə bağlıdır. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halı ondan ibarətdir ki, İddiaçı Cavabdeh MMC-nin təsisçilərindən biridir, onun həmin MMC-nin Nizamnamə kapitalında 20 faiz payı var. Apelyasiya instansiyası məhkəməsinin tətbiq etdiyi maddi hüquq norması da məhdud məsuliyyətli cəmiyyətin təsisçisinin cəmiyyətin idarə edilməsində iştirak hüququnu nizamlayan normadır. Belə ki, Mülki Məcəllənin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidi r (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. Göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə Mülki Məcəllənin 91.4-ci maddəsini düzgün tətbiq etmişdir. Həmçinin apelyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88-ci maddəsrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlillər i əsassızdır. Kassasiya şikayətində istinad edilən digər dəlillər apelyasiya şikayətinin dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apelyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddə sinə görə kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, Cavabdeh MMC-nin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxxx 2019-cu il tarixli, 2(103)-11468/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2162/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2162/2020
08.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver