Məhkəmə qərarları › İş №2(102)-2162/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2162/2022

05.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2162/2022 05.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10826/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 5 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qayd asında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları

1. İddiaçı aspirator cihazlarının satışı ilə məşğul olur. İddiaçı bu işdə əməkdaşlıq edən X4 ilə birlikdə Turkiyə Respublikasından aspirator cihazlarının gətirilməsi üçün gömrük rəsmiləşdirilməsini asanlaşdırmaq üçün Cavabdeh1 ilə tanış olmuş, sonuncunun Xətai rayonu ərazisində yerləşən “Ağa center” biznes mərkəzindəki ofisində malların gətirilməsi ilə əlaqədar sifariş vermişlər. Ayrıayrı vaxtlarda YYY 20000 ABŞ dolları və 18000 ABŞ dolları məbləğində ödəniş edərək, Cavabdeh1 vasitəsilə Azərbaycana malların gətirilməsini təmin etmişdir. Üçüncü dəfə X4 13 avqust və 16 avqust 2020-ci il tarixlərdə “Ağa center” biznes mərkəzinə gedərək, müvafiq olaraq 20000 ABŞ dolları və 17100 ABŞ dolları olmaqla ümumilikdə 63000 manat pulu gömrük rəm ilədirilməsi üçün Cavabdeh1 ödəniş etmişdir. Cavabdeh1 pulu aldıqdan sonra ilkin olaraq bank köçürmələrində problemlər olduğunu bildirmiş, daha sonra telefon zənglərinə cavab verməyərək, atasının ölümünü əsas gətirərək məsələnin yaxın zamanda həll ediləcəyini bildirmişdir. 02.10.2020-ci il tarixdə Anar Yaqibov şikayət ərizəsi ilə Xətai rayon Polis İdarəsinə müraciət edərək, Cavabdeh1 ondan aldığı 37000 manat pulu geri qaytarmaması barədə məlumat vermişdir. Onun ərizəsi əsasında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsində araşdırma aparılmışdır. Təhqiqat zamanı izahatı alınmış Cavabdeh1 bildirmişdir ki, Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2 ilə “Kırğın Ankastri” şirkəti arasında müqavilə bağlanmışdır. Müqavilən in şərtlərinə əsasən 2 futluq konteyner aspirator elektrik cihazlarının gətizdirilməsi məqsədilə Türkiyə şirkətinin hesabına 37100 ABŞ dolları pul köçürülməli idi. Qeyd olunan məbləğdə pulu YYYə adlı mühasibə verərək, fiziki şəxs Cavabdeh2 hesabına köçürmüşdür. Daha sonra qeyd olunan məbləğdə pulu Türkiyə şirkətinin hesabına köçürmək istəyərkən Cavabdeh2 fiziki şəxs olaraq üzərinə vergi sərəncamı yaranmış və pulu şirkətə köçürə bilməmiş, hesablarının üzərində sərəncam olmasını və sərəncam ortadan qaldırılan kimi pulu hesaba köçürəcəyini bildirmişdir. Həmçinin xahiş etmişdir ki, pulu hesabda görməyənədək malları Azərbaycana göndərməsinlər. Buna baxmayaraq, Türkiyə şirkəti aralarında olan müqavilədə əks olunan şərtlərə əsaslanaraq qeyd olunan 2 ədəd 20 futluq konteyner aspirator elektrik cih azını Azərbaycan Respublikasına göndərmişlər və İlhamla Anar həmin malları təhvil almışlar. Hal-hazırda fiziki şəxs Cavabdeh2 “Kırğın Ankastri” türk şirkəti qarşısında 37100 ABŞ dolları məbləğində ödəniş öhdəliyi mövcuddur. Türk şirkətinə məlumat verilmişdir ki, ödəniş Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən hesab üzərində qoyulmuş sərəncam ortadan qaldırılarkən ödəniləcəkdir. Bakı şəhəri Xətai rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısının 12 oktyabr 2020ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarla X2 şikayət ərizəsi üzrə toplanmış materialda cinayət hadisəsi olmadığından cinayət işinin başlanması rədd edilmiş, fiziki şəxs Cavabdeh2 Türkiyə Respublikasının Kayseri şəhərində yerləşən “Kırğın Ankastri” fabriki ilə aralarında olan müqavilə münasibətlərindən irəli gələn yaranmış 37100 ABŞ dolları borcu mülki qaydada mübahisələndirmək üçün məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12.10.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda əks olunan Cavabdeh1 və Cavabdeh2 Rahil oğlundan 37100 ABŞ dolları (63070 manat) pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Türkiyədən Azərbaycan Respublikasına aspirator elektrik cihazı gətirmək məqsədilə gömrük rəsmiləşdirilməsi işini bilən şəxs axtararkən LLLlə məsləhətləşmiş, Azər ona belə bir tanış ının olmasını bildirmişdir. LLL adlı şəxs onu və onunla bu işdə əməkdaşlıq edən X1 Cavabdeh1 ilə tanış etmişdir. X4 ilə birlikdə Cavabdeh1 Xətai rayonu ərazisində yerləşən “Ağa center” biznes mərkəzində yerləşən ofisinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında Cavabdeh1la tanış olaraq malların gətirilməsi ilə əlaqədar sifariş vermişlər. Ayrı-ayrı vaxtlarda Anar 20000 ABŞ dolları və 18000 ABŞ dolları məbləğində ödəniş edərək, Cavabdeh1 vasitəsilə Azərbaycana malların gətirilməsini təmin etmişdir. Üçüncü dəfə Anar və İlham gömrüklə bağlı işlərini ona həvalə etdiyi zaman cavabdeh əminliklə bildirmişdir ki, əvvəllər olduğu kimi işi vaxtı-vaxtında, həmçinin köçürmələri də vaxtında edəcək və malları rəsmiləşdirərək, təhvil verəcəkdir. X4 13 avqust və 16 avqust 2020-ci il ta rixlərdə “Ağa center” biznes mərkəzinə gedərək, həmin mərkəzin 7-ci mərtəbəsinin 705 saylı otağında müvafiq olaraq 20000 ABŞ dolları və 17100 ABŞ dolları olmaqla ümumilikdə 63000 manat olmaqla, gömrük rəmiləşdirilməsi üçün Cavabdeh1 ödəniş etmişdir. Həmin məbləği Günay mühasibi kimi özünü təqdim edən YYYə adlı şəxsə vermişdir. Bununla yanaşı qeyd etmişdir ki, bütün bank köçürmələri Cavabdeh2 Rahil oğlunun Cavabdeh1 verdiyi etibarnamə əsasında edilmişdir. Həmin şəxslə əlaqə saxlandıqda isə həqiqətən Cavabdeh1 etibarnamə verdiyini təsdiqləmişdir. Cavabdeh1 pulu aldıqdan sonra ilkin olaraq bank köçürmələrində problemlər olduğunu bildirmiş, daha sonra telefon zənglərinə cavab verməyərək, atasının ölümünü əsas gətirərək məsələnin yaxın zamanda həll ediləcəyini bildirmişdir. Lakin onun bankla əl aqədar təqdim etdiyi sənədlərin saxta olması, ardıcıl olaraq yalan danışması və daha sonra bütün telefon nömrələrini söndürərək, ünsiyyətdən qaçması ciddi şübhələr yaratmışdır. Bakı şəhəri Xətai rayon Polis İdarəsində aparılan araşdırma zamanı məlum olmuşdur ki, həqiqətən də Cavabdeh1 malların dəyərini ödəmək məqsədilə 37100 ABŞ dolları məbləğində pul vəsaitini ondan almış, lakin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ödəniş tapşırığını icra etməmişdir. Birinci instansiya məhkəməsinin iclaslarında cavabdehlər iştirak etməmiş, iddia tələbinə yazılı münasibət bildirməmişdir.

5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-856/2021 saylı, 10 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 37100 (otuz yeddi min yüz) ABŞ dolları məbləəğdə pulun qətnamənin icra edildiyi günə olan manata məzənnəsi ilə tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinə aid olan ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materialları ilə təsdiq olunur ki, İddiaçı üçün Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Girgin Ankastre (“Kırğın Ankastri”) şirkati ilə müqavilə bağlanmışdır. Müqavilə şərtlərinə əsasən Cavabdeh2 həmin müqavilə üzrə gətiriləcək mallara görə Türk şirkətinin hesabına 37100 ABŞ dolları pul köçürülməli olduğundan, həmin məbləğ İddiaçı tərərindən Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 hesabına ödənilmişdir. Daha sonr a qeyd olunan məbləğdə pulu Türk şirkətinin hesabına köçürmək istəyərkən Cavabdeh2 fiziki şəxs olaraq üzərinə vergi sərəncamı yaranmış və o bu pulu şirkətə köçürə bilməmişdir. Malın dəyəri sonradan İddiaçı tərəfindən “Girgin Ankastre (“Kırğın Ankastri” ) şirkatinə ödənilmişdir. Hazırda İddiaçı Cavabdeh2 ödənilmiş pul vəsaitini tələb etməkdə haqlı olduğundan iddiaçının iddia tələbi ona münasibətdə təmin edilməli Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Belə ki, məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə Cavabdeh1 Cavabdeh2 təmsil etmiş, sonuncunu təmsil edərkən köçürməni təyinatı üzrə icra edə bilməməsi onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 359.1, 385.1, 808.1-ci maddələrinə istinad edərək əsaslan dırmışdır.

9. Cavabdeh2 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10.08.2021-ci il tarixli qətnaməsinin ləğv edərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10826/2021) saylı, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər R.Həsənov (sədrlik edən və məruzəçi), M.Məmmədov və Ş.Məhərrəmova) Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 10 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış və qeyd etmişdir ki, tərəflər arası nda şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsi mövcud olmuşdur. Tərəflər mübahisə etmirlər ki, iş üzrə iddiaçı Cavabdeh1 tapşırığın yerinə yetirilməsi ilə bağlı hərəkətləri iddiaçının ona verdiyi etibarnamə əsasında və onun adından həyata keçirmişdir.

12. Cavabdeh2 digər Cavabdeh1 iddiaçı ilə razılaşmaları onun adından aparsa da, bundan xəbərsiz olduğunu, Cavabdeh1 etibarnamənin mühasibatlıq xidmətlərinin göstərilməsi üçün verildiyini, lakin Cavabdeh1 bu etibarnamədən sui-istifadə edərək onun xəbəri və razılığı olmadan fəaliyyət göstərdiyini bildirmişdir. Məhkəmə kollegiyası bu dəlilləri inandırıcı hesab etməmişdir. Məhkəmə kollegiyası qeyd etmişdir ki, həm apellyasiya şikayətində, həm də məhkəmə kollegiyasının iclasında nümayəndəsinin verdiyi izahatdan görünür ki, Cavabdeh2 iddiaçının t ələb etdiyi pulun Cavabdeh1 verilməsini qəbul edir, sadəcə Cavabdeh1 bu pulu mənimsədiyini bildirir. X5 digər Cavabdeh1 onun verdiyi etibarnamə əsasında fəaliyyət göstərməsini və mühasibatlıq xidmətləri göstərməsini bildirir. Müəyyən edilmişdir ki, Cavabdeh1 da, həmin pulun iddiaçı tərəfindən Cavabdeh2 işçisi kimi ona verildiyini, lakin Cavabdeh2 vergi borcunun olması səbəbindən pulun köçürülməsinin mümkün olmadığını bildirmişdir.

13. Məhkəmə kolegiyası hesab etmişdir ki, Cavabdeh1 Cavabdeh2 adından istifadə etməklə iddiaçıdan aldığı 37.100 ABŞ dolları məbləğində pulu mənimsəməsi və bundan Cavabdeh2 xəbərsiz olması ilə bağlı dəlilləri sübut etmək vəzifəsi cavabdehin öz üzərinə düşür. Lakin Cavabdeh2 bununla bağlı məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməmiş, yalnız Cavabdeh1 fəa liyyəti ilə bağlı onlara məxsus müəssisələrdə audit yoxlamasının aparıldığını bildirməklə kifayətlənmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

15. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 9 dekabr 2021-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin Cavabdeh2 aid hissədə təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Kassasiya şikayəti onunla əsaslandırmışdır ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 777.1, 777.2, 779.1-ci maddələrinin, Mülki Prosessual Məcəlləsinin 88, 217.1, 217.3-cü maddələrinin tələbləri üzrə qanun pozuntularına yol vermişdir. Tərəflər arasında tapşırıq müqaviləsinin olması iş materialları və qanunvericiliyin müvafiq normaları ilə təkzib olunur. İlk növbədə nəzərə alınmalıdır ki, iddiaçı özünə məxsus malların Türkiyə Respublikasından gətirilməsi ilə bağlı Cavabdeh2lə hər hansı razılığa gəlməməmişdir. İddiaçı Cavabdeh2 ümumiyyətlə tanımamış, malların gətirilməsi ilə bağlı onunla hər-hansı sövdələşmə aparmamış, malların pulunu ona ödəməmişdir. Qeyd olunan hal iş materialları və iddiaçının ifadələri ilə təsdiq edilir. İddiaçı Cavabdeh2 adını yalnız Cavabdeh1 eşitmişdir. Təsadüfi deyildir ki, malların pulu Cavabdeh1 tərəfindən aidiyyəti üzrə Türkiyə Respublikasına göndərilmədiyi üçün məhz Cavabdeh1 barəsində Xətai rayon Polis İdarəsinə şikayət etmiş və iddia tələbini Cavabdeh2 ilə bərabər Cavabdeh1 qarşı irəli sürmüşdür. Yəni iddiaçı özü də, ona dəymiş ziyanı cinayət təbiqi vasitəsilə Cavabdeh1, daha sonra isə mülki qaydada Cavabdeh2 ilə bərabər Cavabdeh1 tələb etmişdir. Dolayısı ilə iddiaçının hərəkətləri onu bir daha sübut edir ki, onun Cavabdeh2 ilə hər hansı iş birliyi olmamış və özünə məxsus pul vəsaitinin Cavabdeh1 tərəfindən mənimsənildiyini bilmişdir. Eləcə də, nəzərə alınmalıdır ki, iddiaçı ilə Cavabdeh2 fərqli malların satışını təşkil etmişlər. Belə ki, Cavabdeh2 sahibkarlıq fəaliyyəti mebel avadanlıqlarının istehsalı, idxalı və satışını təşkil etməsinə baxmayaraq, iddiaçı aspiratorların idxalı və satışı ilə məşğul olmuşdur.

17. Məhkəmənin Mülki Məcəllənin 777.1, 777.2 və 779.1-ci maddələrinə istinad edərək Cavabdeh2 əleyhinə qətnamə qəbul etməsi maddi hüquq normalarının pozulmasıdır. Eləcə də, məhkəmənin mübahisələndirilən qətnaməsində qeyd olunur ki, (səhifə 5 abzas 3) “Göründüyü kimi, tərəflər arasında şifahi şəkildə bağlanmış tapşırıq müqaviləsi mövcud olmuşdur. Tərəflər mübahisə etmirlər ki, iş üzrə iddiaçı Cavabdeh1 tapşırığın yerinə yetirilməsi ilə bağlı hərəkətləri iddiaçının ona verdiyi etibarnamə əsasında və onun adından həyata keçirmişdir.” Tapşırıq müqaviləsinin şifahi qaydada Cavabdeh2 adından Cavabdeh1 ilə bağlanmasına və qeyd olunan tapşırığın icra edilməsi ilə bağlı Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilməsinə münasibətdə qeyd edilir ki, Cavabdeh1 etibarnamə Cavabdeh2 sahibkarlıq fəaliyyətinə (mebel istehsalı, idxalı və satışı) dair gömrük, vergi və bank xidmətlərinin həyata ke çirilməsi üçün verilmişdir. Sonuncu isə qeyd olunan etibarnamədən öz xeyrinə istifadə edərək, iddiaçıya məxsus pul vəsaitini mənimsəmək niyyəti ilə onunla Cavabdeh2 sahibkarlıq fəaliyyətinə aid olmayan işlərin görülməsi – yəni iddiaçıya məxsus malların gətirilməsi ilə bağlı razılığa gəlmişdir.

18. Cavabdeh1 təhqiqat orqanında "xxxx" MMC-nin icraçı direktoru olduğunu, eyni zamanda Cavabdeh2 ona özünəməxsus biznes fəaliyyəti ilə əlaqədar maliyyə xidmətlərinin, idxal və ixrac əməliyyatlarının aparılması ilə bağlı etibarnamə verdiyini, eləcə də, Azər Nəcəflinin ona müraciət edərək İlham adlı tanışının Cavabdeh2 tərəfindən Azərbaycan Respublikasına idxal etdiyi məişət avadanlıqlarının alınmasında maraqlı olduğunu, daha sonra onlarla özünə məxsus ofisdə malların gətirilməsi ilə bağlı razılaşdığı nı, mübahisə predmeti olan 37100 ABŞ dollarını onlardan özü aldığını və həmin pul vəsaitini 13-16 avqust 2020-ci il tarixlərdə Cavabdeh2 bank hesabına köçürdüyünü, malların pulunun Cavabdeh2 bank hesablarında sərəncam olması səbəbindən vergi borcuna silindiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh1 pul vəsitini aldığını özü etiraf etmiş, lakin həmin vəsaiti bank hesabına köçürdüyünü bildirmişdir. Həmçinin məhkəməyə təqdim edilmiş Cavabdeh2 bank əməliyyatları barədə müvafiq bank hesablarından çıxarışlardan da məlum olduğu kimi 13-16 avqust 2020-ci il tarixlərində Cavabdeh2 bank hesablarına hər hansı vəsait mədaxil edilməmişdir.

19. Eləcə də, məhkəməyə təqdim edilmiş 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 06.12.2021-ci il tarixli **********024100 nömrəli məktubundan məlum olduğu kimi, 16.08.2020-ci il tarixə Cavabdeh2 dövlət büdcəsinə 10510,60 manat vergi borcunun olmuş və həmin məbləğ 02.10.2020ci il tarixdə təqdim edilmiş ƏDV bəyannaməsinə uyğun olaraq aparılmış əvəzləşdirmə əməliyyatı ilə silinmişdir. Beləliklə, Cavabdeh1 ona verilmiş etibarnamədən öz xeyrinə istifadə edərək, iddiaçıya məxsus vəsaitdən qanunsuz yararlanmaq niyyəti ilə həmin vəsaiti almış, onu guya Cavabdeh2 bank hesabına köçürdüyünü və oradan da vəsaitin vergi borcuna silindiyini bildirsə də, reallıqda həmin vəsaiti Cavabdeh2 məxsus bank hesabına köçürməmişdir. Qeyd olunan halları təsdiq edən mötəbər sübutların məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə həmin sübutlara obyektiv qiymət verməmiş, sübutları görməzdən gəlmiş və Cavabdeh2 məhkəməyə hər hansı mötəbər dəlil təqdim edə bilməməsi qənaətinə gələrək qanunsuz və əsassız məhkəmə qətnaməsinin qəbul olunmasına şərait yaratmışdır. MPM-in 88-ci maddəsinin əksinə, Cavabdeh1 iddiaçı ilə sövdələşərək ona məxsus pul vəsaitini guya Cavabdeh2 aid bank hesabına köçürməsi və pulun Cavabdeh2 vergi borcuna görə sərəncamla silinməsinə dair ifadələrinin yalan olmasına dair təqdim edilmiş mötəbər sübutlar - bank hesabından çıxarışlar və 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 06.12.2021-ci il tarixli **********024100 nömrəli məktubu nəzərə alınmamış, həmin sübutlara hüquqi qiymət verilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər

34. Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən, Mülki Prosessual Məcəllənin 10.8-1-ci maddəsinə əsasən kassasiya şik ayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır.

35. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 414.1-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin Maddə

14. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə

359. Əqdlərdə təmsilçilik anlayışı 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

777. Tapşırıq müqaviləsi 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Maddə

808. Komissiya müqaviləsi 808.1. Komis siya müqaviləsinə görə bir tərəf (komisyonçu) digər tərəfin (komitentin) tapşırığı ilə muzd müqabilində öz adından, lakin komitentin hesabına bir və ya bir neçə əqd bağlamağı öhdəsinə götürür. Komisyonçunun üçüncü şəxslə bağladığı əqd üzrə hüquqları, əqddə komitent adlandırılmış olduqda və ya əqdin icrası üzrə üçüncü şəxslə bilavasitə münasibətlərə girdikdə belə, komisyonçu əldə edir və komisyonçu mükəlləfiyyətli olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə

14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəb ərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə

77. Sübut etmə vəzifəsi 77.1.Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apelyasiya instansiyası məhkəməsinə göndərə bilər; Maddə

418. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin və ya qərardadının ləğv edilməsinin əsasları 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cüml ədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

48. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norma larının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

49. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

50. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşd ırması kimi qiymətləndirilməməlidir.

51. Hazırkı kassasiya şikayətlərinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini ehtiva etdiyinə görə məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

52. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən apellyasiya instansiyası məhəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün göndərilməlidir.

53. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materialları ilə təsdiq olunur ki, iddiaçı üçün Türkiyə Respublikasından aspirator elektrik cihazlarının gətirilməsi məqsədi ilə fiziki şəxs Cavabdeh2lə “Girgin Ankastre” şirkəti ilə müqavilə bağlanmışdır.

54. Lakin iş materiallarında bu məzmunda müqavilə aşkar edilmir. Apellyasiya instansiyası məhkəməsinin 09.12.2021-ci il tarixli protokolunda iddiaçının vəkili Vəkil1 tərəfindən satış sözləşməsinin surətinin məhkəmə kollegiyasına təqdim olunması göstərilməsinə baxmayaraq, bu sənəd iş materiallarına əlavə olunmamışdır.

55. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, hazırki mübahisə üzrə Cavabdeh1 Cavabdeh2 təmsil etmiş, sonuncunu təmsil edərkən köçürməni təyinatı üzrə icra edə bilməməsi onun təqsirli hərəkəti nəticəsində baş verməmişdir.

56. Lakin iş materiallarında Cavabdeh1 Cavabdeh2 təmsil etməsi barədə sübut yoxdur. Belə ki, əqdlərdə təmsilçilik qaydaları qanunvericiliklə dəqiq tənzimlənir. Ümumi qaydaya görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər (Mülki Məcəllənin 359.1-ci maddəsi).

57. İddiaçının və birinci instansiya məhkəməsinin sübut kimi istinad etdiyi Cavabdeh1 izahatları, Cavabdeh1 ilə Cavabdeh2 arasında olan münasibətləri kommersiya təmsilçiliyi kimi xarakterizə edir. Mülki Məcəllənin kommersiya təmsilçiliyindən bəhs edən 361-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti sahəsində müqavilələr bağlanarkən sahibkarları daimi və müstəqil surətdə təmsil edən şəxs kommersiy a təmsilçisi sayılır. Kommersiya təmsilçiliyi yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə əsasında, belə göstərişlər olmadıqda isə həmçinin etibarnamə əsasında həyata keçirilir.

58. Mülki Məcəllənin 362.1-ci maddəsində deyilir ki, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

59. Göründüyü kimi təmsilçiliyi təsdiq edən sübut Cavabdeh2lə Cavabdeh1 arasında yazılı formada bağlanmış və təmsilçinin səlahiyyətlərinin göstərildiyi müqavilə, yaxud etibarnamə ola bilər. Ancaq bu cür sübutlar işdə yoxdur.

60. Bundan başqa, məhkəmələrin iddianı təmin edərkən yekdil olaraq əsaslandıqları faktik hal ondan ibarət olmuşdur ki, 37100 ABŞ dolları məbləğdə pul İddiaçı tərəfindən Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 hesa bına köçürülmüşdür.

61. Bu hal da yalnız iddiaçının izahatı ilə təsdiq olunur. Eyni zamanda məhkəmələr bu xüsusatla bağlı Cavabdeh1 təhqiqat zamanı verdiyi izahatına istinad etmişdir.

62. Məhkəmələr 37100 ABŞ dolları məbləğdə pulun Cavabdeh2 hesabına konkret olaraq hansı tarixdə ödənildiyini müəyyən etməsələr də, iddiaçı dəlillərində bildirmişdir ki, bu məbləğ 13 və 16 avqust 2020-ci il tarixlərdə ödənilmişdir.

63. Lakin cavabdeh onun bank hesablarından 2020-ci ilin avqust ayına dair çıxarışları təqdim etmişdir və həmin çıxarışlarda iddiaçının qeyd etdiyi məbləğ əksini tapmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin sübutlara münasibət bildirməmişdir.

64. İddiaçının sübut kimi təqdim etdiyi “Girgin Ankastre sistemleri San. Dis Tic”.LTD STİ şirkətinin 30.11.2020-ci il tarixli məktubun da Cavabdeh2 il “Girin Ankastre” şirkəti arasında 15.08.2020-ci il tarixdə bağlanmış saziş üzrə İddiaçı tərəfindən 37100 ABŞ dolları ödəniş edilməsi qeyd edilmişdir.

65. Lakin həmin məktub kserosurətdir və mülki işin 14-cü səhifəsində olan köçürmə ərizəsi ilə ziddiyyət təşkil edir. Doğrudur ki, köçürmə ərizəsi də təsdiqlənməmişdir və mötəbərliyi araşdırılmalıdır. Lakin iddiaçının təqdim etdiyi bu iki sübut məhkəmələr tərəfindən qəbul edilmiş, mötəbərliyi və ziddiyyətli olması araşdırılmamışdır.

66. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdehin bank hesabına pulun ödənilməsini təsdiq edən sənədlər (köçürmə, mədaxil qəbzi və s.) olmadığı halda məhkəmənin pulun ödənilməsi barədə gəldiyi nəticə kifayət qədər mübahisəlidir və buna görə də məhkəmə gəldiyi nəticəni mübahisə doğurmayacaq dərəc ədə mötəbər olan sübutlara istinadla əsaslandırılmalıdır.

67. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə sübutların obyektiv, hərtərəfli və tam tədqiqinə əsaslanmır. MPM-nin 88-ci maddəsi məhkəmənin sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsini tələb edir.

68. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

69. Sübutlara obyektiv baxılması dedikdə, məhkəmə tərəfindən subyektiv mülahizələrə yol vermədən sübutun məzmununu təşkil edən dəlillərin və faktların qiymətləndirilməsi başa düşülür. Obyektivlik ilk növbədə sübutun məzmununda olan dəlillərin və faktların həqiqi və mötəbər olduğunu yoxlamağı tələb edir. Sübut o halda mötəbər hesab edilir ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatların həqiqətə uyğun olduğu, habelə bu sübutun qanunun bütün formal tələblərinə cavab verdiyi müəyyən edilsin.

70. Sübutların qiymətləndirilməsi zamanı ilk addımlardan biri də sübutun özünün mümkünlüyünün araşdırılmasıd ır. Sübutların mümkünlüyündən bəhs edən MPM-nin 81-ci maddəsində deyilir ki, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

71. Bu baxımdan nəzərə alınmalıdır ki, İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Çünki mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış d igər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

72. Buna görə də iddiaçının və Cavabdeh1 izahatlarında sonuncunun Cavabdeh2 tapşırığı əsasında hərəkət etməsi barədə dəlilləri, habelə pulun bank hesabına ödənilməsi barədə dəlillər başqa mötəbər sübutlarla təsdiq olunmalı idi.

73. Cavabdeh2 apellyasiya şikayətində irəli sürdüyü dəlillərdən biri məhz pulun onun hesabına ödənilməsi barədə iddiaçının və Cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsində istinad olunan izahatlarının doğru olmaması barədə idi və cavabdeh bununla bağlı zəruri bildiyi sübut kimi bank hesabından çıxarışı təqdim etmişdi. Lakin həmin sübutlar araşdırılmamış, məhkəmə nəyə görə bu sübutların qəbul edilmədiyini əsaslandırmamışdır.

74. Məhkəmə kollegiyası qeyd edir ki, ədalətli məhkəmə araşdırması prinsi pi, məhkəmə üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı 19 aprel 1993-cü il tarixli qərarı).

75. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsasla ndırılmamasına dəlalət edir (Hiro Balani İspaniyaya qarşı iş üzrə 9 dekabr 1994-cü il, Kuznetsov və digərləri Rusiyaya qarşı iş üzrə 21 yanvar 2007-ci il tarixli Qərarları).

76. Yerli məhkəmə tərəflərin təqdim etdiyi arqumentləri seçərkən və sübutları qəbul edərkən müəyyən mülahizə sərbəstliyinə malik olmasına baxmayaraq, qərarlarını əsaslandırmaqla öz hərəkətlərinə haqq qazandırmalıdır (Suominen Finlandiyaya qarşı, § 36).

77. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.

78. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10826/2021 nömrəli, 09 dekabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar