Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2162/2024 16.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iş üzrə QƏRARİ Kateqoriya (Açar sözlər): alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında tər tib edilmiş çıxarışın ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızının və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin eti barsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan çıxarışın ləğv edilməsi tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-315/2024 nömrəli, 8 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 16 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 1 may 2019-cu il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi ilə, Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Balayev X16 rayonu Qazma kəndində yerləşən 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini 3000 manata Cavabdeh5 satmış və torpaq sahəsini alıcıya təhvil vermişlər.
2. Cavabdeh5 Balakən rayonu Qazma kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.0057 ha to rpaq sahəsinə mülkiyyət hüquqları **********24 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə xx.xx.2019-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
3. Balakən Rayon Polis X8 təhqiqatçısı X13 16 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı ilə, cinayət hadisəsi olmadığına görə Balakən rayonu Qazma kənd sakinləri İddiaçı1, İddiaçı4, X19 və X9 Balakən rayon prokurlorluğu vasitəsilə araşdırılması üçün Balakən Rayon Polis Şöbəsinə göndərilmiş kollektik müraciətləri əsasında toplanmış NK-1-37 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, İddiaçı1, İddiaçı4, X19 və X11 ərizələrində göstərdikləri xüsusatlarla bağlı aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etmək hüquqlarının olması izah edilmişdir.
4. Qazma kəndi ə razisində yerləşən **********24 reyestr nömrəli çıxarışa əsasən Cavabdeh5 məxsus 1.0057 ha torpaq sahəsinə dair 2020-2021-2022-2023-cü illər üzrə torpaq vergiləri Cavabdeh5 tərəfindən ödənilmişdir.
5. Şəki Apellyasiya Məhkəməsinin 25 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə Balakən Rayon Məhkəməsinin 9 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə çıxarılmış, iddia təmin edilməmiş, həmin qətnamə kassasiya instansiyası məhkəməsi tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 1 mart 2019-cu il tarixli qərarına əsasən).
6. Balakən Rayon Məhkəməsinin 9 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş olmasına baxmayaraq ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsi tərəfindən verilmiş H üquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* nömrəli Çıxarış ləğv edilmədiyindən hazırkı iş üzrə iddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu ıl tarixli qətnaməsi ilə (iş № 2(019)-607/2019) həmin iddia təmin edilərək Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala ərazi idarəsi tərəfindən verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmiş, həmin qətnamə yuxarı instansiya məhkəmələri tərəfindən də dəyişdirilmədən saxlanılmışdır (müvafiq olaraq Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 iyun 2019-cu il tarix li 2(107)2671/2019 saylı qətnaməsinə və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1272/2020 saylı 27 fevral 2020-ci il tarixli qərarına əsasən). İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızı cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi, habelə iddiaçılar tərəfindən ödənilmiş 100 manat rüsumun cavabdeh olan fiziki şəxslərdən tutulub iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər.
8. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Balakən rayon AİK-nın qərarı ilə JN-645 saylı Dövlət Aktı ilə kəndin ərazisindən 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətilərinə verilmişdir. Azyaşlı olduqları üçün həmin torpaq sahəsini qonşuları X3 icarəyə vermişlər. 2014-cü ildə X6, bundan iki il sonra isə anaları X15 vəfat etmişdir. Qeyd edilən J N -645 saylı Dövlət Aktında analarına məxsus olan 0.22 ha torpaq onlara miras qalmışdır. Balayeva Füruzə vəfat etdikdən sonra 1.0057 ha torpaqdan onun oğlu Cavabdeh3 istifadə etmişdir. Ona torpaqdan özlərinin istifadə edəcəklərini desələr də, torpaqdan əl çəkməyərək, oranı özbaşına zəbt etməyə başlamışdır. 2016-cı ildən etibarən yol boyu 100 metr məsafədə uzanan torpağın bir hissəsini mişar daşı ilə, bir hissəsini isə dəmir şiferlə hasara alaraq zəbt etmişdir. 2017-ci ilin əvvəllərindən etibarən qardaşı Mahmud ilə birləşərək mişar daşı ilə hasara alınan hissədə yaşayış evi tikmişlər. Aralarında mübahisə böyümüş, torpaqla bağlı məhkəmə işləri başlamışdır. Qanuni qüvvəyə minmiş məhkəmə aktı olmadığı halda Cavabdeh3 guya ailə başçıları ilə onun anası F.Balayeva arasında alqı-satqı müqaviləsi bağlanmışdır adlı qanuna zidd sənədlə iş üzrə məhkəmə yekunlaşmadığı halda 18 saylı Zaqatala Ərazi İdarəsinin vəzifəli şəxslərinin şəxsi maraqlarını təmin edərək işlə bağlı məhkəmə iclasları davam etdiyi vaxt anasının adına ******* saylı çıxarış əldə etmişdir. Bu Çıxarış 18 saylı Zaqatala Ərazi İdarəsi tərəfindən mövcud olmayan “alqı-satqı müqaviləsi” bağlanmışdır adı ilə verilən heç bir hüquqi əsasa malik olmayan qanuna zidd əhəmiyyətsiz bir sənəd olmuşdur. 18 saylı Zaqatala Ərazi İdarəsi F.Balayevanın adına 23 oktyabr 2018-ci ildə Çıxarış verərkən Cavabdeh3 tərəfindən “alqı-satqı müqaviləsinin bağlanması” tələbi ilə bağlı işin icraatı Şəki Apellyasiya Məhkəməsində davam edirdi. Bu işlə bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 2019-cu il 1 mart tarixində çıxardığı yekun qərarla “alqı-sat qı müqaviləsinin bağlanması” haqda iddia rədd edilmişdir. Deməli 18 saylı Zaqatala Ərazi İdarəsi alqı-satqı müqaviləsi olmadığı halda cinayət tərkibli əməl törədib F.Balayevanın adına qanuna zidd çıxarış vermişdir. Ali Məhkəmənin qərarını əldə etdikdən sonra vəfat etmiş analarının miras əmlakına eyni zamanda JN- 645 nömrəli Dövlət Aktında olan miras əmlaka vərəsəlik açdırmaq üçün Balakən rayon notariat ofisinə etdikləri müraciət əsasında xx.xx.2016-cı ildə ölmüş X10 adına vərəsəlik işi açılmış və notarius xx.xx.2019-cu il tarixli 272 nömrəli məktubu ilə DƏDRX 18 saylı Zaqatala ərazi idarəsinə göndərərək lazım olan sənədləri tələb etmişdir. İddiaçılar eyni zamanda JN-645 saylı Dövlət Aktında göstərilən torpağa Çıxarış almaq üçün Ali Məhkəmənin qərarı ilə birlikdə digər sənədləri ərizə ilə 1 8 saylı Zaqatala Ərazi İdarəsinə təqdim etmişlər. Demək olar ki, 45 gündən sonra idarə tərəfindən təqdim edilən məktubda qeyd edilmişdir ki, JN -645 n-li Dövlət Aktı ilə 1.0057 ha torpaqla bağlı ölmüş X1 adına ******* saylı Çıxarış verilmişdir. Həmin çıxarışın ləğv edilməsi ilə bağlı DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi və Cavabdeh3 cavabdeh olaraq Balakən Rayon Məhkəməsinə müraciət etmişlər. Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə ******* saylı Çıxarış ləğv edilmişdir. Həmin qətnamədən Cavabdeh3 tərəfindən verilən apelyasiya şikayətinə baxan Şəki Apelyasiya Məhkəmsinin Mülki Kollegiyası çıxardığı 16 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə şikayəti təmin etməmiş, Balakən Rayon Məhkəməsinin qətnaməsini dəyişdirmədən qüvvədə saxlamışdır. Apellyasiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən verilən kassasiya şikayətinə baxan Ali Məhkəmənin Mülki Kollegiyası 27 fevral 2020-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmişdir. Amma iş üzrə hər iki cavabdeh birgə hərəkət edərək 1.0057 ha torpaqla bağlı məhkəmə işinin davam etməsinə baxmayaraq, 18 saylı ərazi idarəsi qanuna zidd olaraq F. Balayevanın adına verdiyi ******* nömrəli Çıxarış əsasında F.Balayevanın adına vərəsəlik işinin açılmasında vərəsələrə yaxından köməklik göstərmiş, 1.0057 ha torpaqla bağlı davam edən məhkəmə mübahisəsi haqda notariusa məlumat verməmiş, bu halı gizlətmiş, notarius tərəfindən cavabdeh vərəsələrə 24 aprel 2019-cu il tarixli qanuna zidd vərəsəlik şəhadətnaməsinin açılmasında yardımçı olmuşdur. Qənaətlərinə görə vərəsə olan cavabdehlər, o cüm lədən 18 saylı ərazi idarəsi vicdansız şəxslərdir. İş üzrə cavabdehlər olan Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və X7 24 aprel 2019-cu il tarixli, 2V-207 saylı qanun üzrə vərəsəlik şəhadətnaməsi açan notarius Cavabdeh6 bu vərəsəlik şəhadətnaməsini açarkən Mülki Məcəllənin 1151.1-ci, 1246-cı və 1248.1-ci maddələrin tələblərini pozmuş və qanuna zidd vərəsəlik şəhadətnaməsi açmışdır. Belə ki, vərəsəlik açdığı 1.0057 ha miras əmlakın X1 öldüyü 2014-cü il tarixə onunmu və ya başqa şəxslərinmi əmlakı olduğunu araşdırmamış, 2014-cü ildə ölmüş X4 5 il sonra vərəsəlik işi açmışdır. Xüsusən notarius Cavabdeh6 Mülki Məcəllənin 1248.1-ci maddəsinin tələblərini pozaraq məhkəmənin səlahiyyətinə aid işi mənimsəməklə vəzifə səlahiyyətlərini aşmışdır. Qanuna zidd olaraq notarius tərəfindən açılmış 24 aprel 201 9-cu il tarixli 2V207 saylı vərəsəlik şəhadətnaməsi ilə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi baş verən bütün hadisələri bildiyi halda həmin vərəsəlik şəhadətnaməsi ilə 1.0057 ha torpağa Cavabdeh1, Cavabdeh3, X5 və Cavabdeh4 adına daşınmaz əmlakın reyestr nömrəsi **********24 və ********** qeydiyyat nömrəli xx.xx.2019-cu il tarixli Çıxarış tərtib etmişdir. Bir gün belə keçmədən vərəsə olan cavabdehlər həmin Çıxarış ilə 01 may 2019cu il tarixdə AN-İ N:0754388 saylı alqı-satqı müqaviləsi ilə 1.0057 ha torpağı qonşuları Cavabdeh5 satmışlar. Bir gündən sonra 03 may 2019cu il tarixdə DƏDRX 18 saylı Zaqatala Ərazi İdarəsi 1.0057 ha torpaqla bağlı reyestr nömrəsi **********24 və qeydiyyat nömrəsi ********** olan Çıxarış tərtib etmişdir. Anlamırlar ki, o zamankı 18 saylı ərazi idarəsinin rəhbərliy i Cavabdeh3 nə qədər miqdarda rüşvət alıb ki, qüvvəyə minməyən məhkəmə qərarı ilə F.Balayevanın adına Çıxarış tərtib edərək 3 gün müddətində 2 çıxarış tərtib edib, məhkəmə mübahisəsi olduğu halda altı ay ərzində bir torpaq sahəsi ilə bağlı 6 sayda müxtəlif əməliyyat aparmışdır. Balakən rayon notariusu Cavabdeh6 yuxarıda qeyd edilən qanunların tələblərinə əməl edib 5 ildən sonra cavabdeh vərəsələrə vərəsəlik açmadan, məhkəmənin səlahiyyətini mənimsəmədən onları mirasın qəbulu ilə bağlı Balakən Rayon Məhkəməsinə göndərsə idi, bu hadisələr baş verməzdi. Ona görə ki, həmin vaxt F.Balayevanın ******* saylı Çıxarışın ləğv edilməsi məsələsi ilə bağlı işin icraatı Balakən Rayon Məhkəməsində davam edirdi. Qeyd edilənlərdən aydın olur ki, alqı-satqı müqaviləsi olmadan F.Balayevanın adına Çıxarış ver ilmiş, həmin çıxarış əsasında vərəsələrə vərəsəlik şəhadətnaməsi verilmiş, vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrə əlavə çıxarış verilmişdir. Amma bu sənədlər tam qanuna zidd sənədlər olduğu üçün Balakən Rayon Məhkəməsinin 24 iyun 2019-cu il tarixli qətnaməsi ilə F.Balayevanın adına tərtib edilmiş ******* saylı Çıxarış, bu çıxarış əsasında vərəsələrə açılmış 24 aprel 2019-cu il tarixli 2V207 saylı vərəsəlik şəhadətnaməsi Balakən Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə ləğv edilib, vərəsəlik şəhadətnaməsi əsasında vərəsələrə verilmiş 30 aprel 2019-cu il tarixli **********24 nömrəli X20 Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(107)-82/ ******* nömrəli qətnaməsi ilə ləğv edilmişdir. Çıxarışa dair **********24 qeyd ləğv edilmişdir. Belə olduğu halda satıcı vərəsələrlə, alıcı Cavabdeh5 arasında bağlnmış müqaviləyə əsas olmuş **********24 saylı çıxarış ləğv edildiyi üçün onun əsasında bağlanmış 01may 2019-cu il tarixli alqı-satqı müqaviləsi mövcud qanunvericiliyə görə etibarsız hesab edilməlidir. Bu qanuna zidd sənədlər əsasında vərəsələrlə Cavabdeh5 arasında bağlanmış 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi də qanunvericiliyin tələblərinə uyğun ola bilməz. Bu baxımdan cavabdeh vərəsələrlə Cavabdeh5 arasında bağlanmış 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış yalan əqd olmaqla həm də əhəmiyyətsiz əqddir. Bu cür əqd bağlandığı andan etibarsızdır. Qeyd edilən 01 may 2019- cu il tarixli AN-İ N:0754388 saylı alqı satqı müqaviləsində Tərəflər arasında hesablaşma qaydası nəzərdə tut ulmuşdur: Həmin bəndlərə görə, satıcılar alıcıya 3-cü şəxslərin hüquqlarından azad məhkəmə mübahisəsi olmayan əmlak verilməsini öhdələrinə götürsələr də, bu mümkün olmamışdır, hələ bu günədək alıcıya həmin əmlak akt tərtib edilərək verilməmişdir. Bu mümkün deyil. Torpaqla bağlı mübahisə olduğunu alıcı olan satıcıların qonşusu Cavabdeh5 də bilirdi, bilməmiş olması mümkün deyildi. Həm satıcılar, həm də alıcı vicdansız şəxslər olmuşdur. Notarius Cavabdeh6 bu müqaviləni bağlayarkən 1.0057 ha torpaq sahəsində iddiaçılara məxsus 2016-cı ildə ölmüş analarından qalmış miras əmlakın da alqı-satqısını həyata keçirmişdir. Bağlanmış bu müqavilə qanunların tələbləri pozularaq bağlanmaqla, tərəflər arasında iradə vahidliyini əks etdirməyən görüntü yaradan əhəmiyyətsiz yalan bir əqddir. Məhkəmə tərəfində n etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Müqavilə bağlanan zaman 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində yerləşən daşınmaz əmlak (yeni tikilmiş dəyəri 100 manata olan yaşayış evi və digər tikillər) qeyd edilməmiş, (eyni zamanda 18 saylı ərazi idarəsi tərəfindən vərəsələrə verilən Çıxarışda da yaşayış evi qeyd edilməmiş, qəsdən bilərəkdən bu hərəkət edilmişdir) müqavilənin qiyməti torpaq və onun üzərində olan yaşayış evinin dəyərindən 30-40 dəfə aşağı 3000 manat göstərilmişdir, qiymət və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq etdikləri imzaları yoxdur, 01 may 2019-cu il tarixli alqı-satqı müqaviləsinin (yuxarıda da qeyd edildiyi kimi) 7, 8, 9, 11, 12-ci bəndlərində göstərilən öhdəliklər y erinə yetirilməmiş, satıcılar satdıqları torpaq sahəsini və onun üzərində yerləşdiyi yaşayış evini və sənədləri də alıcıya verməmişlər (Mülki Məcəllə 567 və 568-ci maddənin tələbləri). Göstərilən bu şərtlərin satıcılar tərəfindən və alıcı Cavabdeh5 tərəfindən yerinə yetirilməsi qeyrimümkündür. Bu ağlabatan hal deyil. Heç bir şəxs bir hektardan çox torpaq sahəsini üzərində 100 min manatdan çox dəyəri olan tikililəri 3 min manata heç kimə satmaz. Bu şərtləri yerinə yetirmək mümkün deyil. Ona görə ki, bağlanmış bu müqavilə görünüş üçün bağlanan müqavilə olduğu üçün yalan əqd olmaqla, əhəmiyyətsizdir (satıcılara ödənilən pulun bank qəbzi belə yoxdur). Yuxarıda qeyd edildiyi kimi, alqı-satqı müqaviləsi bağlanmış 1.0057 ha torpaq sahəsində ölmüş analarının miras əmlakı vardır. Bu miras əmlak onu n vərəsələrinə- iddiaçılara qalmış miras əmlakı idi. Onu da bildirməyi vacib bilirlər ki, 1 may 2019-cu il tarixli alqı-satqı müqaviləsi üzrə satıcılar və alıcı məhkəmə iclaslarında iştirak etmirlər, onların nümayəndələri isə məhkəmələrdə həqiqəti əks etdirməyən sənədlərə əsaslanırlar. Həmin şəxslərin mübahisə ilə bağlı müstəqil fikirlərini, zəbt etdikləri torpaqda tikdikləri yaşayış evi və s. haqda gizli olan məqsədlərini aşkar etmək üçün prokurorluq orqanına müraciət etmişlər. Balakən Rayon Polis Şöbəsinin tədqiqatçısı tərəfindən satıcıların nümayəndəsi Cavabdeh3 və alıcı Cavabdeh5 alınan izahatlardan aydın olur: Cavabdeh3 izahatında 1.0057 ha torpaq sahəsini məhkəmənin qərarına əsasən əldə etdiyini göstərir. Torpağı isə Ç.Şahverdiveyə mübahisəli torpaq olduğu üçün 3000 manata satdığını, həmin torpaq sahəsində heç bir ev və ya hasar tikmədiyini, qardaşı Cavabdeh4 məxsus olan yaşayış evi və hasarının Kamilin qeyd etdiyi torpaq sahəsinin qonşuluğunda yerləşdiyini, Çingizə satdığı torpaq sahəsində hazırda heç bir tikilinin olmadığını bildirmişdir. Alıcı Cavabdeh5 izahatında 2019-cu il may ayının 3-də Cavabdeh3 ona və ailəsinə məxsus olan Qazma kəndində yerləşən 1.0057 ha kənd təsərrüfatı təyinanlı torpaq sahəsini 3000 manata aldığını və notariusda alqı-satqı müqaviləsi bağladığını, həmin torpaq sahəsinin istifadəsində olduğunu göstərmiş və həmin torpaq sahəsi ilə bağlı İddiaçı1 ilə Cavabdeh3 arasında mübahisə olduğunu bilmişdir. Cavabdeh3 aldığı torpaq sahəsində hər hansı bir ev, hasar, yaxud tikilinin olmadığını və özünün də orda tikili tikmədiyini bildirmişdir. İddiaçılar JN-645 saylı Dövlət Aktında olan 1.0057 ha torpaq sahəsinə Çıxarış almaq üçün 18 saylı ərazi idarəsinə müraciət etdikdə orada bildirilmişdir ki, torpaq yüklüdür, həmin torpağa X2 adına Çıxarış verilib. Cavabdeh3 və Cavabdeh5 tərəfindən polis şöbəsinə verdikləri izahatlardan məlum olur ki, alıcı Cavabdeh5 torpaqla bağlı mübahisə olduğunu bilib, qonşusu Əfqanın mənafeyini qorumaq üçün (Əfqan tərəfindən zəbt edilmiş və orada qanunsuz yaşayış evinin tikilməsini pərdələyib yayındırmaq üçün) onunla mövcud qanunvericiliyin tələblərinə zidd yalan əqd olan müqavilə bağlamışdır. Cavabdeh5 izahatından aydın olur ki, o, torpağı təhvil almayıb, torpağın heç bir sənədi ona verilməyib, o, aldığı torpağına belə daxil ola bilmir, onlar bu müqavilə ilə öz aralarında belə razılığa gəliblər ki, öz qanunazid d çirkin əməllərini bu bağladıqları yalan əqdlə ört-basdır etsinlər. Torpağın yaşayış evinin tikilisindən kənarda qalan 0.50 ha hissəsi (Cavabdeh5 satılan hissə) Cavabdeh3 tərəfindən kənd sakini Tağıyev Nizaminin istifadəsinə verilmişdir. 1 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi üzrə 4 nəfər vərəsə olan satıcılar və alıcı vicdansız şəxslərdir, ona görə də müqavilənin tələbləri yerinə yetirilməmişdir və bu qeyri-mümkündür. Mübahisə edilən torpaqla bağlı F.Balayevanın adına tərtib edilmiş ******* N-li Çıxarışın, vərəsələrin adına açılmış 2V-207 nömrəli vərəsəlik şəhadətnaməsi və onların adına tərtib edilmiş **********24 saylı Çıxarışın qeydiyyaları məhkəmə qərarları ilə ləğv edidiyi üçün qeydiyyatları əsassız olduğu üçün müvafiq orqanlar tərəfindən reyestrləri ləğv edilmişdir.
9. Məhkəmə iclasında Cavabdeh5 nümayəndəsi vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçı tərəf tələbin əsası kimi mübahisə predmeti olan alqısatqı müqaviləsinin və müvafiq çıxarışın aid olduğu torpaq sahəsinə dair əvvəlki hüquqmüəyyənedici sənədlərin ləğv edildiyini, satıcı ilə alıcı Cavabdeh5 arasında bağlanmış həmin müqavilənin yalan əq olduğunu, torpaq sahəsinin Cavabdeh5 təhvil verilmədiyini, həmçinin guya torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşa edildiyi və bu halda torpaq sahəsinin 3000 manata satılmasının ağlabatan olmadığını göstərmişdir. Eyni zamanda iddia ərizəsində qeyd edilmişdir ki, iddiaçının şikayəti əsasında Balakən Rayon Polis Şöbəsində araşdırma aparılmış və guya Cavabdeh5 izahatında torpaq sahəsini alarkən həmin to rpaq sahəsinin mübahisəli olduğunu, satıcılar ilə iddiaçı arasındakı mübahisədən məlumatı olduğunu bildirmişdir. Hesab edir ki, iddia tələbi əsassızdır və tamamilə fərziyyələrdən ibarətdir. Belə ki, sözügedən torpaq sahəsini Cavabdeh5 1 may 2020-ci il tarixində notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi əsasında satın almışdır. Həmin tarixdə torpaq sahəsinə dair əvvəlki bütün hüquqmüəyyənedici sənədlər iddia ərizəsində qeyd olunanın əksinə qüvvədə olmuşdur (bu hal bundan əvvəlki digər məhkəmə mübahisələrində əksini tapmışdır). Həmçinin daşınmaz əmlakın dövlət reyestrində torpaq sahəsinə dair onun mülkiyyətçisinin sərəncamvermə hüququnu məhdudlaşdıran, eyni zamanda həmin torpaq sahəsi barədə əməliyyat aparılması ilə bağlı hər hansı qadağa qeydi də olmamışdır. Satıcı ilə alıcı Cavabdeh5 arasında bağlanmış həmin müqavilənin yalan əqd olmasına münasibətdə bildirir ki, əvvəla iddiaçı məhkəməyə bu halı təsdiq edən hər hansı mötəbər sübut təqdim etmir. İddiaçı tərəfindən verilən məlumatlar isə ümumiyyətlə həqiqəti əks etdirmir. Satıcı ilə cavabdeh arasında başqa hər hansı əqd və ya razılaşma olmamışdır. Bu halı sübuta yetirmək üçün də iddiaçı tərəfindən hər hansı sübut təqdim edilmir. Bunun əksinə satıcı ilə Cavabdeh5 arasında torpaq sahəsinin alqı-satqısına yönəlmiş qarşılıqlı iradə olmuşdur və cavabdeh 1 may 2020-ci il tarixində torpaq sahəsini satıcıdan almışdır. Bunun məntiqi nəticəsi olaraq da torpaq sahəsi həmin tarixdən etibarən cavabdehin sahibliyində və istifadəsindədir. Baləkən rayonu Qazma Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli məktubundan da görünür ki, 1.0057 ha torpaq sahəsinə dair 2020-2023-cü illərə aid torpaq vergiləri Cavabdeh5 tərəfindən ödənilmişdir. Bu da onu göstərir ki, torpaq sahəsi Cavabdeh5 təhvil verilmişdir və onun istifadəsindədir. Torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşa edilməsinə münasibətdə qeyd olunmalıdır ki, bu hissə də iddiaçının fərziyyələrindən ibarətdir. Belə ki, dövlət reyestrindən çıxarışa və plan ölçü sənədində əsasən torpaq sahəsinin ölçüsü 1.0057 ha, məqsədli təyinatı isə kənd təsərrüfatı təyinatı olaraq göstərilmişdir. Hazırda Cavabdeh5 mülkiyyətində olan torpaq sahəsi də çıxarışa əsasən həmin ölçüdədir və onun üzərində hər hansı fərdi yaşayış evi inşa edilməmişdir. Məhkəmə iclasında iştirak edən satıcı Cavabdeh3 də sözügedən torpaq sahəsində ev inşa edilmədiyini bildirmişdir. Onun bildirməsinə gö rə torpaq sahəsinin qonşuluğunda fərdi yaşayış evi inşa edilmiş və onun da digər şəxsin adına dövlət reyestrindən çıxarışı mövcuddur. Aydın məsələdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi qanunla qadağandır. Əgər tikilsə belə həmin evə dair çıxarışın verilməsi qeyri-mümkündür. Balakən Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı guya Cavabdeh5 torpaq sahəsinin mübahisəli olduğunu bildirməsinə münasibətdə qeyd olunmalıdır ki, iddia ərizəsinə əlavə edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi barədə 16 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Cavabdeh5 izahatında torpaq sahəsinin mübahisəli olduğunu sonradan öyrəndiyini bildirir. Göründüyü kimi, iddiaçı bu hissədə iddia ərizəsində təhrif olunmuş və məhkəməni aldatmağa yönəlmiş məlum at qeyd etmişdir. Bütün yuxarıda qeyd olunanlardan aydın olur ki, satıcı ilə Cavabdeh5 arasında bağlanılmış 01 may 2020-ci il tarixli alqı-satqı müqaviləsinin yalan əqd olmasından, o cümlədən həmin əqdin qanunvericiliklə nəzərdə tutulmuş şərtlərin pozulması ilə bağlanılmış əqd olmasından söhbət gedə bilməz. Bundan əlavə o da qeyd olunmalıdır ki, Cavabdeh5 sözügedən torpaq sahəsini əldə edərkən vicdanlı olmuşdur. Belə ki, o, torpaq sahəsinin mübahisəli torpaq sahəsi olduğunu bilməmişdir. İddiaçı alıcı ilə satıcının qonşu olduğunu bildirsə də, həmin məlumat həqiqəti əks etdirmir. Belə ki, digər Cavabdeh3 məhkəmədə Cavabdeh5lə onların yaşayış ünvanları arasında iki kilometrə yaxın məsafə olduğunu, onunla qohumluq əlaqələrinin və hər hansı münasibətinin olmadığını, aralarındakı yaş fərqinin tə xminən 20 ilə yaxın olduğunu bildirmişdir. Göründüyü kimi, Cavabdeh5 torpaq sahəsinin mülkiyyətçiləri ilə bağlı daşınmaz əmlakın dövlət reyestrindəki qeydə, çıxarışa güvənərək həmin torpaq sahəsini satın almışdır. Alqı-satqı prosesi qanunvericiliyə uyğun olaraq notariat kontorunda rəsmiləşdirilmiş, bu zaman notarius tərəfindən torpaq sahəsinə dair sərəncamverən tərəfin dövlət reyestrinə əsasən bu hüquqa malik olub-olmaması daşınmaz əmlakın təsviri, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış (forma 1) real vaxt rejimində əldə edilməklə yoxlanılmışdır. Cavabdeh5 qanunvericiliyə uyğun olaraq notariat qaydasında alqı-satqı müqaviləsi bağlamaqla satın aldığı sözügedən torpaq sahəsi üzərində, bütün bu hərəkətlərin m əntiqi nəticəsi olaraq, hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmışdır. Bununla bağlı onun adına xx.xx.2020-ci il tarixli **********24 reyestr nömrəli çıxarış tərtib edilmişdir. Bütün bu prosesdə cavabdeh vicdanlı olmuşdur. Belə ki, mülki qanunvericilikdən göründüyü kimi, müqavilə əsasında daşınmaz əmlak əldə edən şəxslərin vicdanlılığı özgəninkiləşdirənin adına reyestrdəki qeydin mövcudluğu, reyestrin məzmununun dəqiqliyi və bu qeydə dair etirazın reyestrə daxil edilməməsi ilə şərtləndirilmişdir. Bu şərtlərin mövcudluğu şəraitində daşınmaz əmlakı əldə edən şəxs vicdanlı hesab edilir. Beləliklə, işin faktiki hallarından və yuxarıda sadalananlardan aydın olur ki, torpaq sahəsinə dair mübahisənin olmasını Cavabdeh5 bilməmişdir və bilmə imkanı da olmamışdır. Bu baxımda n da Cavabdeh5 sözügedən torpaq sahəsinin alqı-satqısı və bununla bağlı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılması vasitəsi ilə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun əldə edilməsinə münasibətdə vicdanlı olmuşdur. Sözügedən torpaq sahəsinə dair Cavabdeh5 adına dövlət reyestrində aparılmış qeydiyyatdan öncəki qeydiyyatlar ləğv edilsə belə, sonuncu vicdanlı üçüncü şəxs olduğundan onun hüquqları qorunmalı, adına aparılmış qeydiyyat öz hüquqi qüvvəsini saxlamalıdır. Digər tərəfdən, bir anlığa sözügedən müqavilənin etibarsızlığı tələbinin əsaslı olduğunu fərz etsək belə, hazırda iddiaçının həmin tələblə çıxış etmək hüququ yoxdur. Bununla bağlı qanunvericilikdə nəzərdə tutulan müddət iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, müqavilənin etibarsızlığına dair tələblərə da ir 1 illik “kəsici müddət” tətbiq edilir. Maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən 1 il ərzində əqdi mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. İşin faktiki hallarından məlumdur ki, hazırda mübahisələndirilən əqd 1 may 2020-ci il tarixində bağlanmış və həmin tarixdən etibarən də iddiaçının bu əqdin mövcudluğundan məlumatı olmuşdur. Lakin iddiaçı tərəfindən cavabdehlərə qarşı müqavilənin etibarsızlığı ilə bağlı olmayan iddialar irəli sürülmüş və məhkəmə çəkişmələri olmuşdur. Bütün bunlar nəzərə alındığında aydın olur ki, 1 illik müddəti keçirdiyinə görə iddiaçı 1 may 2020-ci il tarixli müqavilənin etibarsızlığı ilə bağlı iddia qaldırmaq hüququnu itirmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edilir ki, hazırki iş üzrə iddia tələbi təmin oluna bilən deyil. Odur ki, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
10. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövləti Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsi də iddia ərizəsinə etiraz təqdim edərək, göstərmişdir ki, 18 saylı Zaqatala Ərazi İdarəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün daxil olan müraciətlərlə bağlı görülən iş həcminin artması və eyni zamanda ərazi idarəsinin cavabdeh qismində cəlb edildiyi digər məhkəmə proseslərində nümayəndənin iştirakı ilə əlaqədar olaraq 4 may 2023-cü il tarixində saat 10:10-da baxılacaq e2(019)398/2023 saylı mülki işin məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etmək mümkün olmayacaqdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq nümayəndələrinin iştirakı olmadan işə baxılmasını xahiş edirlər. İddia ərizəsində göstərilən iddia tələbinə etiraz olaraq bildirirlər ki, iddiaçının həmin işdə 18 saylı Zaqatala Ərazi İdarəsini (bundan sonra ərazi idarəsini) cavabdeh kimi göstərməsi qanunsuzdur. İddia predmetindən də göründüyü kimi, ərazi idarəsi məhkəmədə baxılan işdə cavabdehlik daşımır və qeyd olunan mübahisənin yaranmasında ərazi idarəsinin qanunsuz hərəkəti və hərəkətsizliyi olmamışdır. Belə ki, daşınmaz əmlakın dövlət reyestrində qeyd olunan qeydiyyatın aparılmasına əsas notariat qaydasında təsdiq edilmiş müvafiq alqı-satqı müqaviləsi olmuşdur. Bu müqavilənin isə reyestrinin prezumpsiyası vardır və bu sənədlər əsasında yaranmış hüquq-münasibətin dəqiq olub-olmamasının yoxlanılması və ya araşdırılması ərazi idarəsinin vəzifə sələhiyyətlərinə aid deyildir. Buna görə də, məhkəmədə baxılan işdə ərazi idarəsinin cavabdeh qismində göstərilməsi və nəticədə ödənilmiş dövlət rüsumunun həmçinin ərazi idarəsindən tutulmasının qeyd olunması qanunsuzdur (haqlı deyildir). Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia ərizəsində cavabdehlik daşımayan ərazi idarəsini cavabdeh qismində səhv olaraq seçdiyi üçün ərazi idarəsinə aid edilən dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmənin nəzərinə çatdırırlar ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş mövcud hüquqm üəyyənedici sənədlər əsasında aparılır. Odur ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 154-cü maddəsini rəhbər tutaraq, məhkəmədən iş üzrə ərazi idarəsini cavabdeh kimi tərəf olmasından çıxarılması, ərazi idarəsinə aid edilməsi nəzərdə tutulan ödənişləri iddiaçıya aid edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması xahiş edilir.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, həmin torpaq sahəsini əkib-becərmişdir. Torpaq sahəsi kənddə yerləşir. Həmin torpaq sahəsi əvvəllər Balayevlərin olmuş, sonradan Cavabdeh5 həmin torpaq sahəsini almışdır. Çingizlə söhbət edəndə dedi ki, təzə torpaq sahəsi almışdır, təmizləmək lazımdır. O da torpaq sahəsini təmizlədikdən sonra oranı bir neçə il əkmişdir. Hazırda o, həmin torpa q sahəsini əkmir. Torpaq sahəsini Cavabdeh5 özü əkir. Çingiz həmin torpaq sahəsini təmənnasız yalnız bir neçə il əkmək üçün ona vermişdir. Həmin torpaq sahəsinin mülkiyyətçisi Cavabdeh5dir.
12. Balakən Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi)2 iyun 2023-cü il tarixli 2(019)-398/2023 qətnaməsi ilə (hakim Zamin Tahirov) iddia ərizəsinin əsassız olduğundan təmin edilməməsi, 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızının cavabdehlər Balakən regional “Asan xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu Cavabdeh6, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 18 saylı Zaqatala Ərazi İdarəsinə, Cavabdeh3, Cavabdeh1, Xanayeva (Balayeva) Mehriban İdris qızına, Cavabdeh4 və Cavabdeh5 qarşı qanunsuz sənədlər əsasında bağlanmış 01 may 2019-cu il tarixli AN-İ N:0754388 nömrəli alqı-satqı müqaviləsinin yalan və əhəmiyyətsiz əqd olduğundan etibarsız hesab edilməsi və onun əsasında tərtib edilmiş reyestr nömrəsi **********24 olan Çıxarışın ləğv ediməsi tələbinə dair iddiası əsassız olduğundan təmin olunmamalı, hazırki iddianın qaldırılması üçün ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılar İddiaçı1, İddiaçı4, Əzizova (Şütüyeva) Günay Kamil qızı və Layıcova (Şütüyeva) Yeganə Kamil qızına aid edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, İnsan Hüquqlarının və X12 Haqqında Konvensiyanın (Avropa Konvensiyası) 1 saylı Protokolunun 1-ci maddəsi, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 339, 341, 340.1, 340.2, 354.2, 347.1, 139.1, 139.2, 139.3, 146.1, 146.2, 152.1, 140-cı maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3, 119.1, 14.2, 77.1, 217.4cü istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tam ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
16. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, onlar dövlət orqanlarının qanuna zidd hərəkətləri nəticəsində bağlanmış müqavilələrin, çıxarışların və vərəsəlik şəhadətnaməsinin ləğvi üzrə 2018-ci ildən hal-hazıradək bir gün belə ötürmədən qanuni müddətlərə əməl edərək məhkəmələrə müraciət etmişdirlər. O, işə cəlb edilməyən şəxs olaraq şikayətində qanuna zidd sənədlər əsasında bağlanmış yalan və əhəmiyyətsiz müqavilənin etibarsız hesab edilməsi tələbini irəli sürmüşdür və bu halı mübahisələndirmişdir. Balakən Rayon Məhkəməsi ümumiyyətlə bu hala heç toxunmayıb. O və iddiaçılar açıq şəkildə bildirmişdirlər ki, cavabdeh satıcılar ilə, cavabdeh alıcı arasında 1 may 2019-cu il tarixdə bağlanmış alqı-satqı müqaviləsi Mülki Məcəllənin 340-cı maddəsinin tələbləri baxımından hər hansı bir nəticələr yaratmaq niyyəti olmayan yalnış görünüş üçün və başqa əqdi pərdələmək məqsədi ilə bağlanmış müqavilədir. Bağlanmış bu müqavilə səlahiyyətli dövlət qurumlarının iştirakı ilə bilərəkdən və ya bilməyərəkdən tərtib etdikləri qanuna zidd sənədlər əsasında bağlanmış müqavilədir. Bu müqavilə tərəflər arasında iradə vahidliyini əks etdirməyən, görüntü yaratmaq, pərdələmək və 3-cü şəxslərdə yalnış təsəvvür yaratmaq niyyəti ilə bağlanmış müqavilədir. 1 may 2019-cu il tarixli müqavilədə 8,9,11,12-ci bəndlərində göstərilən öhdəlikləri diqqətlə izlədikdə həmin bəndlərin məzmunundan belə bəlli olur ki, bağlanmış müqavilə yalan əqddir. Tərəflər bir çox halları gizlədirlər. Belə ki, 8-ci bəndə görə satıcılar alıcıya 3-cü şəxslərin hüquqlarından azad daşınmaz əmlak verməyi, 9-cu bəndə görə satıcılar həmin daşınmaz əmlakla əlaqədar məhkəmə mübahisəsinin olmadığına təminat vermişlər. Bu halda həm satıcılar, həm də alıcı Cavabdeh5 satıcı Cavabdeh3 tərəfindən torpaqlarını mişar daşı ilə hasara alıb zəbt edərkən, həmin torpağın zəbt edilməsində, mişar daşının elə zəbt edilən torpaqda yonub, tikiliyə imkan yaradan şəxsdir. O vaxtdan Cavabdeh5 torpaqla bağlı o və iddiaçılarla cavabdeh fiziki şəxslər arasında mübahisə olduğunu bilirdi, bilməməsi də mümkün deyildi. 2018-ci il tarixdən etibarən bir gün belə ara vermədən Mülki Məcəllənin torpaqla bağlı məhkəmə mübahisəsinin davam etdiyini alqı-satqı müqaviləsi bağlanan vaxt bilirdi və X2 adına verilmiş ******* saylı Çıxarış ləğv edildikdən 2019-cu ildən davam etdirilən məhkəmə işlərində cavabdeh olaraq məhkəməyə cəlb edilib. Müqavilənin 11-ci bəndinə əsasən satıcılar daşınmaz əmlakı alıcının bəyənib, qiyməti ilə razılaşdığı halda və vəziyyətdə alıcının faktiki sahibliyinə verməyi öhdəsinə götürürlər. İş materiallarında qiymətlə bağlı tərəflərin razılığını və həqiqiliyini təsdiq edən ərizələri yoxdur. “Torpaq sahəsinə dair əqdlərin rəsmiləşdirilməsi qaydası” haqda Torpaq Məcəlləsinin 93-cü maddəsinin 3-cü hissəsinin sonuncu abzasında qeyd olunur ki, əqdin qiyməti və onun həqiqiliyi barədə tərəflərin öz imzaları ilə təsdiq edilmiş ərizələri olmalıdır. Müqavilənin 9-cu bəndində qeyd edilən hal, Daşınmaz əmlakın alıcıya təhvil verilməsinin akt tərtib etməklə rəsmiləşdirilməsinin mümkünlüyü tərəflərə izah edilib. Amma tərəflər torpağın verilməsi ilə bağlı akt tərtib etməmişlər. Bu qeyd edilən hallar özü təsdiq edir ki, bu müqaviləni bağlayan tərəflər arası nda iradə vahidliyi olmamış və bu səbəb üzündən də notariusa satılan əmlak üzərində məhkəmə mübahisəsinin olmadığını, 3-ci şəxslərin mənafelərini pozmadığı haqda notariusu inandırmaqla yalan müqavilənin bağlanmasını həyata keçirmişlər. Balakən Rayon Məhkəməsi bu halı ümumiyyətlə mübahisələndirməmişdir. Kənd təsərrüfatı məhsullarının yetişdirilməsi ilə bağlı verilən torpaqlarda fərdi yaşayış evlərinin tikilməsi və s. qadağan olunmaqla cinayət tərkibli əməldir. Alqı-satqı obyekti olmuş 1.0057 ha kənd təsərrüfatı təyinatlı torpaq üzərində 100 min manat dəyərində ev 2017-ci ildə cavabdehlər tərəfindən zəbt edimiş torpaqda inşa edilmişdir. Alıcı Cavabdeh5 vəkili Nümayəndə məhkəməyə təqdim etdiyi iddia ərizəsinə Etirazda qeyd edərək göstərmişdir ki, Torpaq sahəsi üzərində fərdi yaşayış evinin inşa edilməsinə münasibətdə qeyd olunmalıdır ki, bu hissə də onun fərziyələrindən ibarətdir. Belə ki, dövlət reyestrindən çıxarışa və plan ölçü sənədinə əsasən torpaq sahəsinin ölçüsü 1.0057 ha, məqsədli təyinatı isə kənd təsərrüfatı təyinatlı olaraq göstərilmişdir. Hazırda Cavabdeh5 mülkiyyətində olan torpaq sahəsi də çıxarışa əsasən həmin ölçüdədir və onun üzərində hər hansı yaşayış evi inşa edilməmişdir. Satıcı cavabdeh olan Cavabdeh3 da sözügedən torpaq sahəsində ev inşa edilmədiyini, amma həmin torpaq sahəsinin qonşuluğunda evin inşa edildiyini və o evin digər şəxsin adına olduğunu göstərmişdir. Həmin evin Rusiya vətəndaşı olan qardaşı Mahmuda aid olmadığını qeyd edərək məhkəməyə bildirmiş və demişdir ki, qardaşına məxsus evin sənədlərini çıxarışını və torpaq sahəsinin plan və ölçü sə nədini məhkəməyə təqdim edəcəyinə söz vermişdir, məhkəmə də həmin evin sənədlərinin məhkəməyə təqdim edilməsini Ə. Balayevdən tələb etmişdir. Amma Cavabdeh3 növbəti məhkəmə iclasına gəlmədi və sənədlər də məhkəməyə təqdim edilmədi. Həm Cavabdeh3, həm də Cavabdeh5 polisə verdikləri izahatda eyni məzmunda izahat vermiş, Cavabdeh3 torpağın mübahisəli torpaq olduğu üçün satdığını Ç,Şahverdiyev isə guya torpağı aldıqdan sonra məhkəmə mübahisəsinin olduğunu bildiyini qeyd etmişdir. Vəkil etirazda göstərmişdir ki, aydın məsələdir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evinin tikilməsi qanunla qadağandır. Əgər tikilsə belə həmin evə dair çıxarışın verilməsi qeyri-mümkündür. Belə olduğu halda məhkəmədən cavabdeh alıcının izahat verməsi və soruşulacaq sorğuların olduğu üçün mə hkəmə iclasına gəlməsinin təmin edilməsini xahiş etmişlər. Amma bu xahişi də məhkəmə yerinə yetirmədi. Halbuki, iş üzrə icraatı yekunlaşdırmaq üçün bir aydan çox vaxt var idi. Hakim məzuniyyətə gedəcəyini bəhanə etmişdir. Beləki, tərəflər bağladıqları 1 may 2019-cu il tarixli alqı-satqı müqaviləsini nəzərdə tutduqları görünən əqdə uyğun bağlamışlar. İşin hallarında qeyd etdiyi kimi, əgər məhkəmə həmin müqavilənin 8,9,11,12ci bəndlərində nəzərdə tutulmuş öhdəlikləri qanunun tələbləri baxımından araşdırsa idi orda göstərilən şərtlərin notariusdan gizlətdiklərini, nəticədə tərəflərin həmin müqavilənin bağlanmasında onların həqiqi iradə ifadələrinin və hüquqi niyyətlərinin olmadığını müəyyən edə bilərdi. Qiymətlə bağlı isə məhkəmə mübahisəli əmlaka yerində baxış keçirsəydi mübahisəli kənd təsə rrüfatı təyinatlı torpaq sahəsində 100 min manat dəyərində evin də olduğunu müəyyən etmiş olardı. Məhkəmə tərəfindən qətnamə çıxarılarkən Qazma bələdiyəsinin Cavabdeh5 tərəfindən torpaqla bağlı vergilərin ödənilməsinə dair arayışa istinad etməsi də doğru olmamışdır. Ona görə ki, arayışa vergilərin Ç.Şaverdiyev tərəfindən ödənilməsini təsdiq edən poçt və ya bank qəbzi əlavə edilməmişdir. Cavabdehlərin bu hərəkətindən tam məlum olur ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə yalan müqavilə olmaqla görünüş üçün bağlanaraq onları aldatmaq üçün bağlanılıb.
17. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-315/2024 saylı mülki iş üzrə 8 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Mahir Əsədli (sədrlik edən), Ələddin Məcidov və Elçin Mediyev) apellyasiya şikayəti təmin edil məmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, Cavabdeh5 mübahisəli torpaq sahəsi üçün 3000 manat pul ödəyərək onu almışdır. İş materiallarından müqavilənin uydurma və ya yalan əqd olması müəyyən edilmir. Digər tərəfdən iddiaçı cavabdehlər tərəfindən alqı-satqı müqaviləsini hansı əqdi pərdələmək məqsədi ilə bağladıqlarını əsaslandırmamışlar. İş materiallarında isə mübahisəli həmin torpaq sahəsi ilə bağlı hər hansı bir başqa müqavilə olmamışdır. Cavabdeh5 mübahisəli torpaq sahəsini alarkən vicdanlı alıcı olmuşdur.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, daşınmaz əmlak əldə etmək istəyən şəxs əvvəlki mülkiyyətçinin və s. maraqlı şəxslərin qeydə dair etirazlarının olduğunu müəyyən etdikdə həmin əmlakı əldə etməkdən çəkinə bilər. Lakin işin faktiki hallarından da göründüyü kimi, mübahisəli əmlakları əldə edən şəxs, yəni iş üzrə cavabdehdə belə bir etirazın olması barədə heç bir məlumat olmamış, həmin əmlaklarla bağlı dövlət reyestrini aparan orqanda etiraz, yüklülük və s. barədə heç bir rəsmi məlumat olmamışdır. Həmin torpaq sahələrini əldə edən şəxs (cavabdeh) də məhz daşınmaz əmlakın dövlət reyestrinə üstün əhəmiyyət verərək reyestr qeydiyyatını mötəbər sübut kimi qəbul etmişdir.
20. Kollegiya hesab etmişdir ki, Cavabdeh5 əmlakı əvəzli əldə etdiyindən, o, vicdanlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmamışdır. Apellyasiya şikayətinin dəlili ilə bağlı mötəbər sübut təqdim e dilməmiş və formal mülahizələrdən ibarət olmuşdur.
21. Şikayətin digər dəlili ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən Qazma bələdiyəsinin Cavabdeh5 tərəfindən torpaqla bağlı vergilərin ödənilməsinə dair arayışa istinad etməsi də doğru olmamışdır. Ona görə ki, arayışa vergilərin Ç.Şaverdiyev tərfindən ödənilməsini təsdiq edən poçt və ya bank qəbzi əlavə edilməmişdir. Cavabdehlərin bu hərəkətindən tam məlum olur ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə yalan müqavilə olmaqla görünüş üçün bağlanaraq bizləri aldatmaq üçün bağlanılıb. Kollegiya hesab etmişdir ki, şikayət bu hissədə əsassızdır. Belə ki, Cavabdeh5 tərəfindən torpaqla bağlı vergilərin ödənilib-ödənilməməsi Cavabdeh5 vicdanlı alıcı statusundan məhrum etmir.
22. Şikayətin digər d əlili ondan ibarət olmuşdur ki, cavabdeh polisdə verdiyi izahatında torpağın mübahisəli torpaq olduğunu bilmişdir. Kollegiya hesab etmişdir ki, şikayət bu hissədə də əsassızdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, həmin qərarın aid olduğu işin araşdırılması zamanı Cavabdeh5 izahatında torpaq sahəsinin mübahisəli olduğunu alqı-satqı müqaviləsi bağlanarkən deyil, sonradan bildiyini (öyrəndiyini) bildirmişdir. Bu isə, onun (Cavabdeh5) mübahisəli torpaq sahəsini vicdanla əldə etmədiyi qənaətinə gəlməyə əsas vermir. Nəzərə alınmalıdır ki, əldə edənin vicdanlı sayılması onun əqdin bağlanması anında ona mane olan halların mövcudluğundan xəbərsiz (məlumatsız) olması ilə şərtlənir. Həmin halların əldə edənə sonradan məlum olması vicdanlılıq halına təsir etməməlidir.
23. Şika yətin digər dəlili ondan ibarət olmuşdur ki, mübahisəli torpaq sahəsi kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Üzərində 100 min manatlıq ev var və həmin ev kənd təsərrüfatı təyinatlı torpaq sahəsində tikildiyindən Dövlət qeydiyyatına alına bilməz. Kollegiya hesab etmişdir ki, şikayətin bu hissəsi əsassız olmaqla qəbul edilmiş qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Əvvəla iş materiallarında 100 min manatlıq evin mövcud olması, həmin ev mövcud olmuş olsa belə məhz mübahisəli torpaq sahəsində olması barədə hər hansı bir sübut növü yoxdur. Digər tərəfdən kollegiya qeyd etmişdir ki, həmin fərdi yaşayış evi, onun qeydiyyata alına bilməməsi məsələləri hazırkı məhkəmə araşdırmasının predmeti deyildir.
24. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Mə cəlləsi
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır.
30. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
31. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun hə qiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
32. Maddə 146.1-146.2. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
33. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri oby ektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.
34. Maddə 149.2. Əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır.
35. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 33
7. Əqdlərlə bağlı mübahisələrə baxılarkən tərəflərin bu barədə tələb irəli sürməsindən asılı olmayaraq əqdlərin etibarsızlığı (mübahisə edilən əqdlər istisna olmaqla) aşkar edilərsə, məhkəmələr bunu nəzərə almalıdırlar.
37. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yəni tərəflər həmin əqdi bağlayarkən əslində aralarında bağladıqları başqa əqdi pərdələmək niyyəti güdürlər.
38. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür.
39. Maddə 646.1. Daşınmaz əmlakın alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Azərbaycan Respublikas ı Mülki Prosessual Məcəlləsi
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
42. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur
43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
48. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
49. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədlər
50. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
51. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır Kassasiya instansiya məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
53. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
54. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
55. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilm əmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.
56. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 fevral 2024-cü il tarixli 2(107)-315/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.