Məhkəmə qərarları › İş №2(102)-2163/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2163/2019

16.04.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2163/2019 16.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3 və Maraqlı şəxs2, vəkili Vəkil iştirakları ilə açıq məhkəmə iclasında, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(107)-2568/2018 saylı qətnaməsindən Maraqlı şəxs1, Maraqlı şəxs2 və onların vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Qax rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli, 2(024)-495/2018 saylı qətnaməsi ilə (səd rlik edən, hakim E.H.Məmmədov) İddiaçı Maraqlı şəxs1 və digərlərinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi” barədə iddiası təmin edilməmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(107)-2568/2018 saylı qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov sədrlik edən, məruzəçi, M.A.Əsədli və İ.F.Quliyev) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Qax rayon məhkəməsinin 10 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia ərizəsi təmin edilmiş, X1 adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 17 may 2017-ci il tarixli Çıxarışın ləğv edilməsi qət olunmuşdur. Maraqlı şəxs1, Maraqlı şəxs2 və onların vəkili Vəkil qətnamədən kassasiya şikayəti vermişlər. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçı məhkəmədə Maraqlı şəxs1 və digərlərinə qarşı “hüquqların dövlət qeydiyyatı haqqında Çıxarışın ləğv edilməsi” barədə iddia qaldırmış və tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda 0,06 ha həyətyanı torpaq sahəsində yerləşən, ümumi sahəsi 55,0 kv.metr olan fərdi yaşayış evi X4 tərəfindən inşa edilmişdir. Həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin evdə yaşayır. X4 01 fevral 2003-cü il tarixdə ölmüşdür və sonuncu ölərkən fərdi yaşayış evinin ümumi sahəsi 55,0 kv.metr olmuşdur. Bu yaxınlarda ona məlum olmuşdur ki, fərdi yaşayış evinə dair X4un adına hüquqların dövlət qeydiyyatı haqqında 17 may 2017ci il tarixli Çıxarış verilib. Həmin Çıxarışda daşınmaz əmlakın ümumi sahəsi 212,8 kv.metr göstərilib. 1986-cı ildə evdə öz vəsaiti hesa bına yenidənqurma işləri apararaq evin ümumi sahəsini genişləndirmişdir. Lakin ona məlumat verilmədən ümumi sahəsi 212,8 kv.metr olan evə dair X4un adına hüquqların dövlət qeydiyyatı haqqında Çıxarış verilmişdir. Hazırda həmin evdə onunla birgə bacısı Maraqlı şəxs2 da yaşayır, sonuncunun, o cümlədən anası Maraqlı şəxs1 məqsədi onun öz vəsaiti hesabına tikidiyi hissəni də öz adlarına rəsmiləşdirsinlər. Bununla bağla anası Maraqlı şəxs1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1970-ci ildə tikilmiş 2 otaqlı, ümumi sahəsi 212,8 kv.metr, yaşayış sahəsi 55,0 kv.metr olan evin və evin yerləşdiyi 0,06 ha torpaq sahəsinin 1/8 hissəsinə, həmçinin Dövlət Aktı əsasında verilmiş 0,47 ha pay torpaq sahəsinə vərəsəliyin açılması və mərhum əri Xdan ona düşən payın mülkiyyətinə verilməsi barədə qətna mə qəbul edilməsi xahiş etmişdir. Hazırda həmin mülki iş məhkəmənin icraatındadır. Çıxarışın ləğv edilməsi barədə əvvəl reyestr xidmətinə müraciət etsə də, sonuncu bundan əsassız olaraq imtina etmişdir. Ona görə də iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin faktiki halları üzrə səhv nəticəyə gəlmiş, işə əlavə edilmiş sübutları düzgün hüquqi qiymət verməmişdir. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddia ərizəsinin rədd edilməsi barədə yeni qəra r qəbul edilməsi xahiş olunmuşdur. Kassasiya şikayətinə dair etiraz ərizəsi daxil olmamışdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasında Maraqlı şəxs2 və vəkili Vəkil kassasiya şikayətində göstərilənlərə uyğun olaraq eyni məzmunlu izahatlar vermişlər. İddiaçı, Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs7, Maraqlı şəxs3, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə çıxararkən, mübahisəli evə istifadə hüququ əldə etmiş Xun həmin ev barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və onun üzərində hüququnun dövlət qeyd iyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən ölməsinə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun üzrə vərəsələri tərəfindən təqdim edilmədiyi halda həmin evə dair Xun adına mülkiyyət hüququ barədə Çıxarış verilməsinə və beləliklə də iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarının tələblərini pozmasına istinad etmiş və hüquqi mövqeyini “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1, 2.2, 2.3, 2.4, 8, 22.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxar kən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə əhəmiyyətli olan halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, işdən görünür ki, Qax şəhər ZDS İcraiyyə Komitəsinin 30 yanvar 1970ci il tarixli, 02 saylı protokol-qərarı ilə Xa öz həyətyanı torpaq sahəsində yeni fərdi yaşayış evinin tikintisinə icazə verilmiş və 1970-ci ildə sonuncu orada 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 212,8 kv.metr, yaşayış sahəsi 55,0 kv.metr, köməkçi sahəsi 157,8 kv.metr olan fərdi yaşayış evi tikmişdir. Sonradan Qax şəhər XDS İcraiyyə Komitəsinin 27 mart 1979-cu il tarixli, 07 saylı protok-qərarı ilə Xa bir göz evin tikitisinə icazə verilmiş və 01 fevral 2003-cü il tarixdə o, ölmüşdür. Daha sonra işdən görünür ki, Xun ölümündən sonra ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinə d air reyestr orqanı tərəfindən Xun adına 16 may 2017-ci il tarixli “Texniki pasport” çəkilib verilmişdir. Eləcə də 17 may 2017-ci il tarixli “hüquqların dövlət qeydiyyatı haqqında” Çıxarışa əsasən sözügedən fərdi yaşayış evi mülkiyyət hüququ üzrə Xun adına, evin yerləşdiyi 0,06 ha həyətyanı torpaq sahəsi isə birgə mülkiyyət hüququ üzrə İddiaçı və digərlərinin adlarına qeydə alınmışdır. Hazırda iddiaçı X4un 01 fevral 2003-cü il tarixdə ölməsini, ondan miras qalmış evin ümumi sahəsinin 55,0 kv.metr olmasını, 1986-cı ildə evdə öz vəsaiti hesabına yenidənqurma işləri apararaq evin ümumi sahəsini genişləndirməsini, lakin ona məlumat verilmədən ümumi sahəsi 212,8 kv.metr olan evə dair X4un adına hüquqların dövlət qeydiyyatı haqqında 17 may 2017-ci il tarixli Çıxarış verilməsini, anası Maraqlı şəx s1 məhkəmədə ayrıca iddia qaldıraraq onun öz vəsaiti hesabına tikidiyi hissəni də vərəsəlik qaydasında öz adına rəsmiləşdirmək istəməsini göstərib, evə dair mərhum X4un adına verilmiş Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Həmin Qanunun 8.0.1, 8.0.8-ci maddələrində göstərilir ki, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyəyə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoy ulmasına dair qəbul olunmuş aktlar; bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər və sair daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 22.2-ci maddəsinə əsasən, müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəx həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 oktyabr 2015-ci il tarixli, 319 saylı qərarı təsdiq edilmiş “2 saylı əlavə üzrə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında” Təlimatın 7.1ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına çı xarış tərtib edilir. Həmin Təlimatın 7.2-ci bəndinə əsasən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada çıxarış tərtib edilir. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin və normativ hüquqi aktların təfsirində səhvə yol verərək, mübahisəli ev üzərində istifadə hüququ əldə etmiş Xun hə min ev barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən 01 fevral 2003-cü il tarixdə ölməsinə diqqət yetirmədən, həmin sənədlərin mərhum Xun evin yerləşdiyi yer üzrə notariat orqanı tərəfindən müəyyən edilən qanun üzrə vərəsələri tərəfindən ərazi idarəsinə təqdim edilib-edilməməsini aydınlaşdırmadan, zərurət yarandığı halda ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 212,8 kv.metr olan fərdi yaşayış evinin Xun adına ölümündən sonra qeydə alınmasına əsas olmuş sənədlərin lazımi qaydada təsdiq edilmiş surətlərini məhkəməyə təqdim etməyi Dövlət Reyestr Xidmətinin 12 saylı Ərazi İdarəsinə təklif etmədən, həmin sənədləri işə əlavə edilmiş digər sənədlərlə müqasiəli şəkildə tədqi q edib onlara hüquqi qiymət vermədən, evə dair mərhum Xun adına verilmiş mülkiyyət hüququ barədə 17 may 2017-ci il tarixli Çıxarışı ləğv etməklə işin yuxarıda müəyyən edilmiş faktiki halları üzrə səhv nəticəyə gəlmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Eləcə də həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir. Kassasiya instansiyası məhkəməsi sadalanan maddi hüquq normalarının və normativ hüquqi aktların tələblərini əsas tutub hesab edir ki, Xun mübahisəli ev üzərində istifadə hüququ əldə etməsi mülki iş materialları ilə istisna edilmədiyindən, onun həmin ev barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və onun üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən ölməsi halında, qanunverici onun notarius tərəfindən müəyyən edilən qanun üzrə vərəsələrinin müraciəti əsasında onun adına çıxarış tərtib edilib verilməsini istisna etməmişdir. Digər tərəfdən işdən görünür ki, Maraqlı şəxs1 mərhum Xun arvadıdır və o, sözügedən evi Xla birgə nikahları dövründə, birgə qazancları hesabına əldə etdiyini göstərib iddia tələbinə etiraz etmişdir. Apellyasiya instansiyası məhkəməsi evə dair Xun adına verilmiş 17 may 2017ci il tarixli Çıxarışı iddiaçının tələbinə əsasən ləğv edərkən, evin texniki pasportuna görə on un 1986-cı ildə deyil, 1970-ci ildə tikilməsini, evin iki otaqlı olmaqla ümumi sahəsinin 55,0 kv.metr deyil, 212,8 kv.metr olmasını, 55,0 kv.metr sahənin isə evin yaşayış sahəsini təşkil etməsini nəzərə almamış, evin tikilməsinə və torpaq sahəsinin ayrılmasına dair sənədlərin iddiaçının deyil, mərhum Xun adına olmasına diqqət yetirməmiş və işdə, evin məhz 1986-cı ildə iddiaçının vəsaiti hesabına tikilməsini özündə ehtiva edən heç bir yazılı sübut olmadığı halda, iddiaçının tələbini əsaslı hesab etmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və e tirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Eləcə də “Mahmudovun Rusiyaya qarşı” işi üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qay da olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prinsipi rəhbər tutulur. Əksinə, Qax şəhər XDS İcraiyyə Komitəsinin 20 dekabr 1984-cü il tarixli, 13 saylı protokol-qərarı ilə müəyyən edilir ki, iddiaçı ümumiyyətlə mərhum X4un təsərrüfatından 01 yanvar 1985-ci il tarixdə ayrılmaqla, ayrı təsərrüfatda yaşayır. Eləcə də işdən görünür ki, Maraqlı şəxs1 oğlu İddiaçı qarşı ayrıca birinci instansiya məhkəməsində mərhum əri Xdan miras qalmış əmlaka vərəsəlik hüququnun tanınması və sair barədə iddia qaldırdıqdan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hala da diqqət yetirməmişdir. Bundan başqa işdən görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə iddia icraatı qaydasında müraciət etdiyi halda, iddi a ərizəsində Maraqlı şəxs1 və digərlərini cavabdeh qismində deyil, maraqlı şəxslər kimi göstərmiş, işə baxan məhkəmələr isə bu hala diqqət yetirməmiş, Azərbaycan Respublikası MPM-nin 149, 306.2-ci maddələrinin tələblərini pozaraq, maraqlı şəxslərin xüsusi icraat qaydasında işlərə baxılarkən olmalarını nəzərə almamışlar. Ona görə də işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, işdə iştirak edən şəxslərin prosessual hüquqi statuslarına da aydınlıq gətirilməlidir. Kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da məhkəmələrə məhz bu qaydalara əməl etmələri tövsiyyə olunmuşdur. Kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki hallarını nəzərə alıb, sadalanan maddi, prosessual hüquq normalarının tələblərini əsas tutub, kassasiya şikayətində göstərilən digər dəlilləri də müzakirə edib hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qə tnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmalı, işə yenidən apellyasiya qaydasında baxılarkən sadalanan nöqsanlar aradan qaldırılmaqla yanaşı, araşdırılan sübutlara düzgün hüquqi qiymət verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA A L D İ: Maraqlı şəxs1, Maraqlı şəxs2 və onların vəkili Vəkil kassasiya şikayəti qismən təmin edilsin, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 noyabr 2018-ci il tarixli, 2(107)-2568/2018 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar