Məhkəmə qərarları › İş №2(102)-2163/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2163/2024

23.07.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2163/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin Cavabdeh və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: mənzilin satışından əldə edilən vəsaitin və mənzilin təmir xərclərinin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5106/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Qafarlı (Budaqova) Arzu Rahib qızı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2024-cü i l tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları 1. "xxxx" Mənzil Tikinti Kooperativi ilə Qafarlı (Budaqova) Arzu Rahib qızı arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, "xxxx" Mənzil Tikinti Kooperativi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” massivi, bina 1, 14-cü mərtəbə 106 nömrəli ümumi sahəsi 98,2 kv.m olan, 3 otaqlı mənzili (bundan sonra- mübahisəli mənzil) tikib Qafarlı (Budaqova) Arzu Rahib qızına təhvil verməyi, sonuncu isə mənzilin dəyəri olan 130.115 manat məbləğində pulu MTK və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – Bank) arasında bağlanacaq üç tərəfli daşınmaz əmlakın ipoteka müqaviləsinə əsasən aldığı kredit vəsaitinin hesabına tam şəkildə ödəməyi öhdəsinə göt ürmüşdür (müqavilənin 1.2 və 2.4- cü bəndləri).

2. Müqavilənin şərtlərinə görə “Payçı” tərəfindən bu müqavilənin şərtləri pozulduqda və ya Bankla aralarında imzalanmış mənzilin alışını nəzərdə tutan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmədikdə və yaxud lazımınca yerinə yetirmədikdə, Bankın rəsmi bildirişi əsasında MTK birtərəfli olaraq bu müqaviləni ləğv edib mənzilin sahibi ola bilər. Bu halda MTK Bank və “Payçı” arasında imzalanmış Zaminlik müqaviləsindən irəli gələn “Payçı”nın öhdəliklərini yerinə yetirməlidir (bənd 4.2.7).

3. Cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra mənzilin qalıq borcu bağla nılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ “Payçı”ya qaytarılır (bənd 8.1). 4. “Payçı” tərəfindən Bank ilə imzalanmış kredit müqaviləsi üzrə təqdim olunmuş ödəniş cədvəlinə əsasən kredit üzrə ödənişlər, əsas və faiz borcu ayrıayrılıqda 2 ay müddətində aparılmadıqda və ya lazımınca aparılmadıqda “Payçı” qeyd olunan müqavilənin predmeti olan mənzili boşaltmalıdır (bənd 8.11).

5. Bank 31 avqust 2016-cı il tarixli Təminatlı kredit müqaviləsi ilə "xxxx" Mənzil Tikinti Kooperativi ilə Qafarlı (Budaqova) Arzu Rahib qızı arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin predmeti olan mənzilin alınması üçün sonuncuya 240 ay müddətinə, illik 10%-lə, aylıq ödəniş 1.255,70 man at olmaqla 130.115 manat məbləğində kredit vermişdir.

6. Eyni tarixli zaminlik müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativi Bank tərəfindən Qafarlı (Budaqova) Arzu Rahib qızına verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi Bank qarşısında birgə cavabdehliyi öhdəsinə götürmüşdür.

7. Qafarlı (Budaqova) Arzu Rahib qızı 31 avqust 2016-cı il tarixli kredit müqaviləsinin şərtlərini pozmuş və aylıq ödənişləri gecikdirilmiş, nəticədə onun Banka borcu yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin boşaldılması və 30 avqust 2016-cı il tarixl i, ********* saylı payçı müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı işin yuxarıda sadalanan hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, cavabdehə dəfələrlə kreditin ödənilməsi barədə xəbərdarlıq etməsinə baxmayaraq, cavabdeh ödəmə qabiliyyətində olmadığını bildirmiş, həmçinin bank tərəfindən cavabdehə rəsmi bildiriş göndərilmişdir. Cavabdeh müqavilə üzrə öhdəliyini yerinə yetirməmiş və mənzilin könüllü olaraq təhvil verilməsindən imtina etmişdir.

10. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ipoteka haqqında qanunun normalarına əsasən mübahisəli mənzilin hərracda satılması, satışdan əldə edilən 25.000 manat və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş et mişdir.

11. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, COVİD-19 pandemiyası səbəbindən kredit müqaviləsi üzrə ödəmələrdə gecikmələr olmuşdur. Mənzilə onun tərəfindən təmir xərcləri çəkilmişdir. Onun yaşamağa başqa yeri yoxdur və himayəsində azyaşlı uşağı vardır.

12. Məhkəmə tərəfindən keçirilmiş məhkəmə-tikinti texniki və əmtəəşünaslıq ekspertizasının 17 iyul 2021-ci il tarixli rəyinə əsasən, mübahisəli mənzilin daxilində istilik xətti çəkilmiş, yalnız eyvanda kombi avadanlığı quraşdırılaraq mətbəxin daxilində istilik sistemi çəkilmiş və həmin istilik sistemi çəkilməsinin ümumi dəyəri (zəhmət haqqı və material ilə birlikdə) 1395 manat təşkil etmişdir. Mənzildə payçının vəsaiti hesabına mətbəxin daxilində 25 mm ölçüdə plastmas boru ilə istilik xətti çəkilmiş, 2,7x5,0 ölçüdə dekor divar kağızı vurulmuş, mətbəx mebelinin arxasına kafel vurulmuş, eyvanın daxilində plastik materialından şkaf və kombi aparatı quraşdırılmış, mətbəxin, dəhlizin, uşaq otağının tavanı boya ilə rənglənmiş, yaşayış otağının və dəhlizin döşəməsinin haşiyəsi dəyişdirilmiş, hamamın daxilində 0,45x2,5 m ölçüdə rəngli plastik qapı və hamam-ayaqyolunda havalandırma quraşdırılmış, görülən təmir və quraşdırılma işlərinin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyəri təqribən 2514,5 manat məbləğində müəyyən olunmuşdur.

13. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddialar rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, borcun qaytarılmasına dair öhdəliyi cavabdeh bank qarşısında gö türmüş və həmin mənzilə dair ödənişləri bankın hesabına ödənilməsi barədə tərəflər razılığa gəlmişlər. Bank ilə iddiaçı arasında isə zaminlik müqaviləsi bağlanmış və həmin müqavilə üzrə zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşımışdır.

15. İddiaçı cavabdehin bank qarşısında yaranmış öhdəliyinə əsasən, cavabdehlə aralarında bağlanmış payçı müqaviləsinin ləğvini tələb edə bilməz. Belə ki, cavabdeh iddiaçı qarşısında başqa öhdəlik, Bank qarşısında isə başqa öhdəlik götürmüşdür. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdehin bank qarşısında üzərinə götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əsas ola bilməz.

16. Qarşılıqlı iddia ərizəsinin dəlilləri ilə bağlı məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının cavabdehə və 3-cü şəxsə qarşı ilkin iddia tə ləbi təmin olunmadığından qarşılıqlı iddianın təmin olunmasına zərurət qalmır. Belə ki, cavabdeh həmin mənzilə dair mənzilin hərracda satılmasını, satışdan əldə edilən 25000 manat pulun və mənzilin təmirinə xərclənən pulun hesablanıb ona ödənilməsini xahiş edir.

17. Məhkəmə hesab etmişdir ki, mənzilin boşaldılması və payçı müqaviləsinin ləğvi tələbi təmin olunmadığından qarşılıqlı iddia tələbi də rədd olunmalıdır.

18. Məhkəmə öz hüquqi mövqeyini Mülki Məcəllənin 6, 109.1, 110, 269.1, 307.1, 307.3, 307.6, 307.7, 324.1, 331.1, 385.1, 433.1, 448.1, 470.1, 472.1, 472.2, 739.1, 739.2, 741-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.1, 59.3-cü maddələrinə, habelə Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119, 217.2 və 217.4cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat

19. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ilk iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, ilk iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə bankın təminatlı kredit müqaviləsi üzrə cavabdehə verdiyi kredit məbləğinə görə MTK-nın külli miqdarda əmlakı və pul vəsaitləri bankın girovunda olduğunu nəzərə almamışdır. Bundan başqa, MTK-nın həmin kredit məbləğinə görə bank qarşısında zaminliyi də vardır. Bank cavabdehə həmin krediti məhz MTK-nın bu təminatlarına görə vermişdir. MTK isə bu təminatı Banka payçı müqaviləsi üzrə cavabdehin MTK qarşısında üzərinə götürdüyü, yuxarıda qeyd edilmiş öhdəliyi nəzərə alaraq v ermişdir. İşə baxan birinci instansiya məhkəməsi isə işi lazımi səviyyədə araşdırmamış və qətnamədə mübahisəli mənzili yanlış olaraq Bankın girovunda olan mənzil kimi qiymətləndirmişdir.

21. Məhkəmə nəzərə almamışdır ki, mübahisəli mənzil bank qarşısında ipoteka ilə yüklü edilməmişdir. Belə olan halda isə tərəflər arasında bağlanmış müqavilə şərtlərinə uyğun olaraq, payçı müqaviləsinin ləğvi barədə MTK-nın cavabdehə qarşı iddia qaldırmaq hüququ vardır. Lakin məhkəmə bu halları və müqavilə şərtlərini nəzərə almamış, nəticədə tamamilə qanunsuz və əsassız olan qətnamə çıxarmışdır.

22. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2 021-ci il tarixli, 2(010)35/2021 saylı qətnaməsi ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilməklə ilkin iddia tələbi təmin edilmiş, qətnamə qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi tam deyil, yalnız ilk iddianın təmin edilməsi hissəsində mübahisələndirildiyindən, apellyasiya baxışının predmetini ilkin iddianın təmin edilməyən hissəsi təşkil edir.

24. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı 31 avqust 2016-cı il tarixli zaminlik müqaviləsinin şərtlərinə uyğun olaraq borclu cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış borcunu tam ödəmişdir və ha zırda həmin kredit müqaviləsi üzrə Bank qarşısında icra edilməmiş öhdəlik qalmamışdır. Cavabdeh tərəfindən ümumilikdə 18169,79 manat ödəniş aparılmış, habelə onun tərəfindən mübahisəli mənzildə 2514 manat dəyərində müəyyən təmir işləri həyata keçirmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, iddiaçı cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, cavabdeh ilə aralarında bağlanmış 30 avqust 2016-cı il tarixli “Payçı müqaviləsi”nin ləğv edilməsini, habelə cavabdehin mübahisəli mənzili boşaltmasını tələb etmək hüququ yaranmışdır. Ona görə də, MTK cavabdehə qarşı hazırkı iddianı qaldırmaqda haqlı olmuşdur.

26. Lakin birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını nəzərə almamış, tərəflər arasında bağlanmış müqavilənin şərtlərini düzgün təfsir etməm iş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, bu səbəbdən hazırkı mülki iş üzrə mübahisələndirilən hissədə səhv nəticəyə gəlmişdir.

27. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 421.1, 423.1, 423.2, 567, 598.1, 598.2, 598.4, 646.2, 648.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat

28. Cavabdeh kassasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, ilk iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçı və bank qarşısında üzərinə müxtəlif öhdəliklər götürmüşdür. Bank qarşısında götürdüyü öhdəliyi icra etməməsi payçı müqaviləsinin ləğvi üçün əs as ola bilməz. Ona müqavilənin ləğvi ilə bağlı bildiriş gəlməmiş, ödəniş gecikdirilən ərəfədə maliyyə çətinliyi olmuşdur. Həmçinin iddiaçı özü müqavilənin şərtlərini pozmuş, mənzili müqavilədə müəyyən olunmuş müddətdə təhvil verməmiş, mənzilin təmiri natamam olmuş, mərkəzi istilik sistemi quraşdırılmamışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)3144/2022 nömrəli iş üzrə 20 iyun 2022-ci il tarixli qərarı ilə cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiaysının 14 yanvar 2022-ci il tarixli, 2(103)-606/2022 saylı qətnaməsi qarşılıqlı iddiaya apellyasiya qaydasında baxılmaması hissəsində ləğv edilmiş, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişd ir.

31. İşi təkrar məhkəmə baxışına göndərən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq “Payçı müqaviləsi”nin 2.4, 4.2.7, 8.1, 8.11-ci bəndlərinə istinad etməklə hesab etmişdir ki, MTK zamin olaraq cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yaranmış öhdəliyini icra etməklə, onun 30 avqust 2016-cı il tarixli müqavilənin ləğv edilməsini, habelə mübahisəli mənzilin boşaldılmasını tələb etmək hüququ yaranmış və iddiası haqlı olmuşdur. Bu hissədə apellyasiya məhkəməsi tərəfindən maddi və ya prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir.

32. Bununla belə Məhkəmə kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya baxışının hədləri ilə bağlı prosessual hüquq n ormalarının pozulmasına yol verilmişdir.

33. Belə ki, cavabdeh qarşılıqlı iddia ilə faktiki olaraq ilk iddianın təmin ediləcəyi təqdirdə, mənzilə çəkilmiş xərclərin ona ödənilməsini tələb etmiş və birinci instansiya məhkəməsi tərəfindən həmin tələb üzrə araşdırma aparılaraq müvafiq ekspertiza keçirilmiş, son nəticədə hər iki iddia rədd edilmişdir.

34. Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı yalnız o əsasla rədd etmişdir ki, mənzilin boşaldılması və müqavilənin ləğv edilməsi tələbinə dair ilk iddia təmin olunmadığından, qarşılıqlı iddia datəmin oluna bilməz. Göründüyü kimi, qarşılıqlı tələb ilk tələbin qarşılıqlı ödənilməsinə yönəldilmiş və hər iki iddia təmin olunmadığı üçün cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) ondan apellyasiya şikayəti verməmişdir.

35. Lakin iddiaçının apelly asiya şikayəti üzrə işə baxan apellyasiya instansiyası məhkəməsi işin qeyd olunan hallarını nəzərə almayaraq apellyasiya baxışının predmetini müəyyən edərkən birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız ilk iddianın təmin edilməyən hissəsini yoxlamış və müvafiq qərar qəbul etmişdir. Qarşılıqlı tələbin ilk tələbin ödənilməsinə yönəldilməsi, yəni mübahisənin predmetinin bölünməz olduğu nəzərə alınmamış və qarşılıqlı iddia apellyasiya qaydasında yoxlamadan kənarda qalmaqla, qarşılıqlı iddiaçı həmin tələbi təkrarən irəli sürmək hüququndan da məhrum olunmuşdur.

36. Apellyasiya instansiya məhkəməsi apellyasiya baxışının həddini yalnız ilk iddianın təmin edilməyən hissəsi ilə məhdudlaşdırdığını müəyyən etdiyi və birinci instansiya məhkəməsinin qətnaməsini həmin hissədə ləğv etməklə iddia nı təmin etdiyi halda, qətnamənin nəticə hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini qalan hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlamaqla ziddiyyətli nəticəyə gəlmişdir. d)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

37. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2(103)- 5994/2022 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-35/2021 nömrəli, 30 avqust 2021-ci il tarixli qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə, yəni qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, qarşılıqlı iddia qismən təmin edilmiş, mübahisəli mənzil iddiaçı tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mən zilin alınmasına görə ödənilmiş 25.000 manat, mənzildə istilik sisteminin quraşdırılmasına və təmir işlərinə sərf olunmuş 3.909,5 manat pulun iddiaçıdan tutulub cavabdehə ödənilməsi qət edilmişdir.

38. İddiaçı tərəfindən apellyasiya instansiya məhkəməsinə təqdim olunmuş 15 oktyabr 2022-ci il tarixli, 157 saylı arayışa əsasən, cavabdeh tərəfindən mənzilə görə 26.435 manat ödəniş edildiyi müəyyən edilmişdir.

39. Məhkəmə tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 4.2.7-ci, 8.1-ci və 8.11-ci bəndlərinə istinad edərək belə qənaətə gəlmişdir ki, mübahisəli mənzil hərrac yolu ilə deyil, məhz MTK tərəfindən istənilən qaydada satılması nəzərdə tutulmuşdur. Buna görə də mənzilin hərracda satılması tələbi əsassızdır.

40. Məhkəmə hesab etmişdir ki, mübahisəli mənzil iddiaçı t ərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilə görə ödənilmiş 25.000 manat (iddia tələbi həcmində) və ekspert rəyi ilə müəyyən olunmuş, mənzilin təmirinə sərf olunmuş 2514,5 manat və mənzildə istilik sisteminin çəkilməsinə sərf olunmuş 1395 manat, cəmi 3909,5 manat pul iddiaçıdan tutulub cavabdehə ödənilməlidir. e)Kassasiya instansiyası məhkəməsindəki ikinci icraat

41. İddiaçı (vəkil X1) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən, qarşılıqlı iddia tələblərinin təmin edildiyi hissədə ləğv edilməsi və qarşılıqlı iddia tələblərinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir

42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəməyə təqdim edilmiş rəsmi arayışlardan göründüyü kimi mübahisəli mənzilə görə Ba nka ümumilikdə 188881,29 manat məbləğində pul vəsaiti ödənilmiş, bundan 130.115 manat əsas borc, 58766,29 manat isə faiz borcudur. Qeyd olunan mənzilə görə MTK tərəfindən Banka cəmi 163.881,29 manat pul ödənilmişdir, cavabdehin mənzilinə görə MTK zamin olaraq 60.842 manat kredit ödəmişdir. Həmin ödənişin 9510 manatı əsas borca hesablanmış, 51.332 manat isə faizə silinmişdir. Mənzilin qalıq 103.039,29 manat krediti MTK tərəfindən zaminlik müqaviləsinin şərtlərinə əsasən tam bağlanmışdır. Bununla da, cavabdeh öhdəliklərini lazımınca icra etməməsi səbəbindən MTK-ya əlavə olaraq 60.842 manat ziyan vurmuşdur. Bununla da, cavabdeh öhdəliklərini lazımınca icra etməməsi səbəbindən MTK-ya əlavə olaraq 60.842 manat ziyan vurmuşdur. Yəni, payçı banka ümumi olaraq 25.000 manat ödədikdən sonra, qalan m əbləği banka ödəyə bilmədiyi üçün, yəni öhdəliyini vaxtında və lazım qaydada icra edə bilmədiyinə görə müqavilə şərtlərinə uyğun olaraq mənzili vaxtında MTK-ya təhvil versə idi, MTK da həmin vaxt banka cəmi 103.039,29 manat ödəmiş olardı. Hazırkı halda isə məhz payçının müqavilə öhdəliklərini icra etməməsi, eləcə də bu halı qəsdən uzatması nəticəsində onun təqsirindən MTK-ya əlavə 60.842 manat ziyan dəymişdir. Göründüyü kimi işə baxan apellyasiya instansiya məhkəməsi payçı tərəfindən Banka ödənilmiş faiz borcunu da MTK-dan tutmaqla kobud qanun pozuntusuna yol vermişdir. İşə baxan məhkəmə tərəflər arasında bağlanmış payçı müqaviləsinin 8.1-ci bəndinə istinad edərək “mənzil MTK tərəfindən satıldıqdan sonra cavabdeh tərəfindən mənzilə görə ödənilmiş 25000 manat ödənilməsini” qeyd etsə də, g örünür diqqətsizlikdən həmin istinad etdiyi, payçı müqaviləsinin 8.1-ci bəndində nəzərdə tutulan digər şərtə, yəni “mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğin Payçıya qaytarılmalı olmasını” əsassız və qanunsuz olaraq nəzərə almamışdır. Cavabdehə iddiaçı tərəfindən dəfələrlə bildiriş göndərilməsinə və onunla danışıq aparılmasına baxmayaraq bildirmişdir ki, onun mənzili qaytarmaq fikri yoxdur, pulu ödəyəcək. Məhz bu səbəbdən də, müxtəlif əsassız bəhanələrlə məhkəmə prosesinin uzadılmasına və mənzilə görə banka olan faiz borclarının artmasına səbəb cavabdeh özü olmuşdur.

43. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)1704/2023 nömrəli iş üzrə 06 iyun 2023-cü il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 noyabr 2022-ci il tarixli, 2(103)- 5994/2022 saylı qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

44. İşi təkrar məhkəmə baxışına göndərən kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və məhkəmə aktlarının tərtib olunmasına dair prosessual qanunvericiliyin sadalanan tələblərinə riayət olunmamış, qətnamədə ümumiyyətlə hər hansı maddi hüquq normasına istinad edilməmişdir.

45. Qarşılıqlı iddia ərizəsində cavabdeh mübahisəli mənzilin hərracda satılması, satışdan əldə edilən 25.000 manat və mənzilin t əmirinə xərclənən pulun hesablanıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

46. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ondan ibarət olmuşdur ki, cavabdeh bankdan aldığı vəsait hesabına mübahisəli mənzilin dəyərini iddiaçıya tam ödəmiş, sonradan banka olan kredit borcunun 25.000 manat hissəsini qaytarmışdır. Qarşılıqlı iddia ərizəsində iddiaçının tələb etdiyi həmin 25.000 manat vəsaitin bir hissəsi əsas borca, bir hissəsi isə faiz borcuna ödənilmişdir.

47. İşə baxmış apellyasiya instansiyası məhkəməsi cavabdehin Bank qarşısında kredit müqaviləsi üzrə yerinə yetirdiyi öhdəliyi (25000 manatı) və mübahisəli mənzilin təmirinə xərclənmiş 3.909,5 manatı iddiaçıdan cavabdehin xeyrinə hansı qanuni əsasla tutduğunu, habelə iddianı qalan hissədə təmin etmədiyini qətnamə də əsaslandırmamışdır.

48. Halbuki Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır

49. Digər tərəfdən apellyasiya instansiyası məhkəməsinin öz qətnaməsində istinad etdiyi tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 8.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır. f)Apellyasiya instansiyası məhkəməsində üçüncü icraat

50. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-5106/2023 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 avqust 2021-ci il tarixli, 2(010)-35/2021 saylı qətnaməsi qismən – qarşılıqlı iddianın rədd olunan hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, Cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativinə qarşı “mənzilin hərracda satılması, satışdan əldə olunan məbləğdən onun tərəfindən mənzilə görə ödənilmiş və təmirə xərclənən pul vəsaitinin ödənilməsi” barədə qarşılıqlı iddianın rədd e dilməsi qət olunmuşdur.

51. Apellyasiya instansiya məhkəməsi öz hüquqi mövqeyini onunla əsaslandırmışdır ki, tərəflərin 30 avqust 2016-cı il tarixli müqavilədə hazırkı situasiya, yəni, ödənişlərin gecikdirildiyi və müqaviləni ləğv olunduğu halda yuxarıda qeyd olunan məbləğlərin tutulması ilə bağlı müəyyən etdikləri bənd müqavilənin 8.1-ci bəndidir. Həmin bənddə qeyd olunmuşdur ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıy a qaytarılır. Kassasiya instansiyası məhkəməsinin qərarın 77-ci bəndində qarşılıqlı iddia ilə bağlı müqavilənin məhz bu bəndinə istinad etmişdir.

52. Qeyd olunan bəndin məzmununa görə payçıya hər hansı məbləğdə pul vəsaitinin qaytarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: MTK-nın mənzili digər şəxsə satması, satışdan əldə olunan vəsait hesabına mənzilin qalıq borcunun bağlanılması, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclərin ödənilməsi və bundan sonra qalan məbləğin payçıya qaytarılması.

53. Lakin hal – hazırda qeyd olunan ilkin şərt, yəni, mənzilin MTK tərəfindən digər şəxsə satılması şərti mövcud olmadığından payçıya bank qarşısında kredit müqaviləsi üzrə yerinə yetirdiyi öhdəliyi və mübahisəli mənzilin təmirinə xərclənmiş vəs aitin ödənilməsi üçün əsas mövcud deyildir və buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, qarşılıqlı iddia rədd olunmalıdır.

54. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Mülki Məcəllənin 386.1, 399.1, 421.3, 424.4, 424.5-ci maddələrinə, habelə Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 217.3, 372.7, 384, 385, 386, 387 və 420-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

55. Cavabdeh (Vəkil3) kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5106/2023 saylı, 24 oktyabr 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

56. Kassasi ya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi əsassız olmuş, iş üzrə əhəmiyyətli olan hallar düzgün araşdırılmamış, sənəd və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilən hallar üzrə ona bildiriş gəlməmişdir. Həmin ərəfədə ödəniş gecikən ərəfədə müvəqqəti maliyyə çətinliyi olduğu vaxtda, MTK-ya bildirilmişdir ki, borc ödəniləcək və ödənilmişdir. O, hissə-hissə borcu ödəmişdir. Sonra yenidən banka və MTK-ya hissə-hissə pul ödənilmiş və ödənişlərlə bağlı qəbzlər vardır. Sonra banka olan borc tam ödənilmişdir. Mübahisəli mənzili "xxxx" MTK-dan alanda o, MTK ilə şifahi razılaşmışdır. Sonra MTK tez sənədləri hazırlayıb, ona tələsik imza etdirmişdir. O, müqaviləni oxumadan imza etmişdir. Bundan başqa MTK payçı müqaviləsinin pozulmasını iddia edirsə, əksinə MTK özü həmin müqavilənin şərtlərini pozub. Belə ki, 30 avqust 2016-cı il tarixli, ********** saylı payçı müqaviləsinin 1.1-ci bəndi qeyd edilir ki, MTK sözügedən mənzili tikib, payçının mülkiyyətinə verir. Bina və sözügedən mənzil müqavilədə qeyd olunan müddətə təhvil verilməyib, çox gecikib. Payçı müqaviləsinin 3.2-ci və 4.2.3-cü bəndlərində qeyd edilir ki, binanın bünövrəsi qoyulduqdan sonra 12 ay müddətinə MTK payçıya mənzili təmir edib təhvil verir. Mənzil isə nəinki 12 ay, heç 24 ay müddətinədə təhvil verilmədi. Payçı müqaviləsinin 3.1-ci və 4.2.2-ci bəndi isə MTK tərəfindən pozulmuşdur. Belə ki, təmir vaxtında və tam olmamışdır. Çoxlu sayda nöqsanlar vardır. Protokol 01-ə əsasən təmir işləri yarımçıq ol muşdur. Həmin protokolun 7-ci bəndinə əsasən mərkəzi istilik sistemi quraşdırılmalı idi. Lakin quraşdırılmamışdır. Sakinlər özləri istilik sistemini quraşdırmışdır. 8-ci bəndə əsasən həyətin abadlaşdırılması həmin ərəfədə olmamışdır. 9-cu bəndə əsasən telefon isə çəkilməmişdir. Payçı müqaviləsinin digər şərtlərinə əsasən yəni müqavilənin 8.8-ci bəndi qeyd edir ki, maliyyəarayışlarını yalnız ABBASC-nin rəsmi razılıq məktubu olduğu təqdirdə təqdim olunmalıdır. ABBASC-nin isə maliyyə arayışlarını MTK olmadan Cavabdeh təqdim etmişdir. Payçı müqaviləsinin 1.2-ci bəndinə əsasən mənzil üzrə tələb olan bütün ödənişləri, payçı MTK-ya ödənilməsini öhdəsinə götürür. Cavabdeh bütün ödənişləri etmişdir. Sonra isə şirkətin nümayəndəsi maliyyə məsələlərinə baxan Kamran vasitəsilə pul ödənilirdi və bununl a bağlı qəbzlər mövcuddur. Bakı Apellyasiya məhkəməsinin "xxxx" MTK-nın iddiasının haqlı olmasını onunla əsaslandırmışdır ki, guya payçı müqaviləsinin 2.4, 4.2.7, 8.1, 8.11-ci bəndləri pozulub. Cavabdeh tərəfindən payçı müqaviləsinin heç bir bəndi pozulmamışdır. Belə ki, payçı müqaviləsinin 2.4-cü bəndinə əsasən kredit vəsaiti hissə-hissə tam ödənilmişdir. Payçı müqaviləsinin 4.2.7-ci bəndinə əsasən payçı öhdəliyi yerinə yetirmədikdə MTK müqaviləni birtərəfli qaydada ləğv edib, evi geri ala bilər. Payçı müqaviləsi həmin ərəfədə ləğv olunmamışdır, çünki şirkətə pul ödənişi olumuşdur. Biz pul ödədiyimizə görə həmin müqavilə bugünədək qüvvədədir. Həmçinin həmin müqavilənin 4.2.7-ci bəndinə əsasən, MTK payçının öhdəliyini yerinə yetirərsə, həmin mənzilə göz dikibsə payçının ödədiyi vəsaiti və təmir işlərinə xərclənən pullarını geri qaytarmalıdır. Payçı isə öz öhdəliyini yerinə yetirib (yəni Cavabdeh). Payçı müqaviləsinin 8.1-ci bəndi də pozulmayıb, çünki həmin bəndə əsasən ödəniş 2ay gecikərsə, ev digər şəxsə satılır. Bu isə olmamışdır. Belə ki, razılıq və ödəniş olmuşdur. Payçı müqaviləsinin 8.11-ci bəndinə əsasən ABB ASC-nin kredit ödənişi 2 ay gecikərsə və ya ödənilmədikdə payçı həmin mənzili boşaltmalıdır. Bu hal isə olmamışdır. Yəni ev boşaldılmayıb. Çünki ABB-yə hissə-hissə ödəniş olmuşdur. Bu barədə ABB-nin xx.xx.2022-ci il tarixli arayışın əslini məhkəməyə təqdim etmişdir. Ona görə də müqavilənin bu bəndi də öz qüvvəsini itirmiş hesab olunur. Bundan başqa o, sözügedən yəni Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, D massivi, bina 1, mərtəbə 14-cu, 106 nömrəli ümumi sahəsi 98,2 kvm.olan 3 otaqlı mənzildə təmir işlərini tamamlayaraq nöqsanları aradan qaldıraraq təmirə çoxlu vəsait sərf etmişdir. Qiymətləndirmə eksperti isə az vəsait xərcləndiyi barədə rəy vermişdir. O buna etirazını bildirmişdir. Əslində MTK ona ciddi ziyan vurmuşdur: MTK ilə onun arasında bağlanan müqaviləyə əsasən MTK mənzili ona vaxtında təhvil versəydi o kirayə pulu verməzdi. Bir ildən çox o əlavə kirayə pulu ödəmişdir. O, mənzildə yaşayan zaman MTK qanunsuz və əsassız onun işıq və suyunu kəsmiş, yəni kommunal xidmətdən məhrum olmuşdur. Beləliklə bir il əvvəl yəni 12 ay, 4 il sonra, yəni 48 ay kirayə pulu 500 manatdan ümumi 60 ay=500 m=30000 (otuz min) manat şirkət ona ziyan vurmuşdur. Bundan əlavə hal-hazırda sözügedən mənzil tam təmirli və yüksək səviyyədədir. O, MTK-ya bildirmişdir ki, əgər mənzili başqa şəxsə satırlarsa, onun mənzilə görə ödədiyi pulu və çəkdiyi xərci geri versin MTK isə ona dəyən zərəri ödəməmişdir. b)Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

57. Kassasiya şikayətinə etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

58. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

59. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

60. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol v erildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

61. Maddə 424.4. Əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərininqaytarılmasını tələb edə bilməzlər.

62. Maddə 424.5. Əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

63. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

66. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

67. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına isti nad etməyə yol verilmir.

68. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

69. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları a raşdırması kimi qiymətləndirilməməlidir.

70. Hazırkı iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı cavabdehin kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

71. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

72. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxar kən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, qarşılıqlı iddianın təmin edilməsi üçün əsasların olduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.

73. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdıraraq qeyd etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisəli məsələ əslində onlar arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 8.1-ci bəndi ilə bağlıdır.

74. Həmin bənddə qeyd olunmuşdur ki, cədvəl üzrə ödənişlərin iki ay müddətindən artıq gecikdirildiyi halda MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisy on, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır.

75. Göründüyü kimi qeyd olunan bəndin məzmununa görə payçıya hər hansı məbləğdə pul vəsaitinin qaytarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır: MTK-nın mənzili digər şəxsə satması, satışdan əldə olunan vəsait hesabına mənzilin qalıq borcunun bağlanılması, mənzil üzrə hesablanan faiz, cərimə, kommunal borcları, komisyon, bank xərcləri və digər xərclərin ödənilməsi və bundan sonra qalan məbləğin payçıya qaytarılması.

76. Lakin hal- hazırda qeyd olunan ilkin şərt, yəni, mənzilin MTK tərəfindən digər şəxsə satılması şərti mövcud olmadığından, payçıya bank qarşısında kredit müqaviləsi üzrə yerinə yetirdiyi öhdəliyi və mübahisəli mənzilin təmirinə xərclənmiş vəsaitin ödənilməsi üçü n əsas mövcud deyildir və buna görə də apellyasiya instansiyası məhkəməsi bu qənaətə gəlmişdir ki, qarşılıqlı iddia rədd olunmalıdır.

77. Beləliklə, hazırkı mülki işə apellyasiya qaydasında baxan apellyasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək qeyd etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qismənqarşılıqlı iddianın rədd olunan hissədə ləğv olunmalı, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə qarşılıqlı iddia rədd olunmalıdır.

78. Əvvəla, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, cavabdeh bankdan aldığı vəsait hesabına mübahisəli mənzilin dəyərini iddiaçıya tam ödəmiş, sonradan banka olan kredit borcunun 25.000 manat hissəsini qaytarmışdır. Qarşılıqlı iddia ərizəsində cavabdeh in tələb etdiyi həmin 25.000 manat vəsaitin bir hissəsi əsas borca, bir hissəsi isə faiz borcuna silinmişdir.

79. Mülki Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

80. Digər tərəfdən, tərəflər arasında bağlanmış 30 avqust 2016-cı il tarixli müqavilənin 8.1-ci bənidinə görə, cavabdeh cədvəl üzrə ödənişləri iki ay müddətindən artıq gecikdirdiyi halda, MTK müqaviləni bir tərəfli olaraq ləğv edə bilər və həmin mənzili digər şəxsə satmaq hüququna malikdir. Bu halda MTK mənzili digər şəxsə satdıqdan sonra, mənzilin qalıq borcu bağlanılır, mənzil üzrə hesablanan faiz, cərimə, kommun al borcları, komisyon, bank xərcləri və digər xərclər çıxıldıqdan və ya ödənildikdən sonra yerdə qalan məbləğ payçıya qaytarılır.

81. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində gəldiyi nəticə tərəflər arasında bağlanmış sözügedən müqavilənin şərtlərinə uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan qarşılıqlı iddia ərizəsinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, cava bdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.

82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh Qafarlı (Budaqova) Arzu Rahib qızının kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 24 oktyabr 2023-cü il tarixli, 2(103)-5106/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar