Məhkəmə qərarları › İş №2(104)-356/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-356/2024

22.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-356/2024 22.02.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsindən iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin müvəqqəti istifadələrinə verilmiş Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbədə 13 saylı binanın 21 nömrəli mənzilinə dair 1* aprel 2*14-cü il tarixli “13/21” nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlər və onların ailə üzvlərinin 21 nömrəli mənzildən çıxarılmaqla mənzilin boşaldılaraq Komitənin Mənzil İstismar Departamentinə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsi ilə (sədrlik edən hakim F.Fərhadov) iddia təmin edilmiş, Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 iştirakı ilə) xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi, cavabdehlərin mənzildən çıxarılmaqla mənzilin boşaldılıb təhvil verilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, müqavilə şərtlərinin pozulması üçün həmin mənzilin üçüncü şəxslərə kirayə verilməsi mütləq şərt deyildir. Belə ki, müqavilə şərtlərində qeyd edilir ki, kirayəçi mənzili digər şəxsin icarəsinə və istifadəsinə verməmək vəzifəsi daşıyır. Cavabdeh isə məhkəmə iclasında verdiyi izahatında etiraf edir ki, mübahisəli mənzili 1 aylıq müddətə Sərəngiz Heydərovanın istifadəsinə vermişdir. Sözügedən mənzilə ehtiyacın ortadan qalxması iddiaçının təqdim etdiyi aktlarla yanaşı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X4 da ifadəsi ilə təsdiqini tapır. Belə ki, X8 1 il müddətində mübahisəli mənzildə qalmaqla, evin 5-6 aylıq kirayə pulunu Vaqif adlı şəxsə (X5 qardaşıdır) nəğd şəkildə adəmiş, yerdə qalan aylarını isə cavabdehlərdən Cavabdeh3 Online ödəniş etmişdir. İş materiallarında olan abonent kartından görünür ki, X8 mütəmmadi olaraq 7 ay ərzində mübahisəli mənzildə yaşayaraq kommunal xərcləri ödəmişdir. Cavabdehlər iddianı qəbul etməyərək, həmin evin kirayə verilməməsini və orada yaşamağa ehtiyaclarının olmalarını qeyd etsələr də, bunları təsdiq edən sübutu məhkəməyə təqdim etməmişlər. Cavabdeh2 işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında verdiyi izahatında göstərdi ki, 1*.*4.2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə Gəncə şəhəri, Yeni qəsəbə, bina 13-də yerləşən 21 nömrəli, 4 otaqlı mənzil X14 müvəqqəti istifadəsinə verilmişdir. Lakin 16.*1.2*23-cü il tarixli, 21.*2.2*23-cü il tarixli və 16.*3.2*23-cü il tarixli aktlardan görünür ki, həmin mənzilə baxış keçirən zaman aşkar olunmuşdur ki, X22 vəfat etmiş və onun digər ailə üzvləri həmin mənzildə yaşamırlar. Məlum olmuşdur ki, həmin mənzil X2 verilmişdir. 2*.*6.2*22-ci il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən həmin mənzil X1 və istifadəsinə vermişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Sədrlik edənin sualına cavab olaraq bildirdi ki, həmin mənzillə bağlı əvvəlki kirayə müqaviləsi ləğv edilmədən yeni müqavilə əsasında X2 verilmişdir. İddiaçı Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, şəhid bacısıdır. Hazırda nəvəsi ilə birlikdə mübahisəli evdə yaşıyırlar. O, sadəcə həyat yoldaşının müalicəsi ilə əlaqədar Bakıya getdikləri ərəfədə tanışları X7 evə baxması üçün 1 ayllıq müddətinə mənzilə buraxmışalr, lakin mənzili ona kirayəyə verməmişlər. Həyat yoldaşı təxminən 3 ay Bakıda müalicə olunduqdan sonra, 15 yanvar 2*23-cü ildə vəfat etmiş, ərinin yasını Yeni Gəncə qəsəbəsində oğlu Alimin evində verdikdən sonra, X7 evdən çıxararaq, daimi olaraq sözügedən mənzildə yaşamağa davam etmişlər. Bununla belə, ərinin qırxına qədər oğlunun həmin evinə gedib-gəlmişlər və gündüz vaxtı mənzildə ollmaya bilərlər, lakin axşamları mənzildə olmuşlar. Onların sözügedən evdə yaşamamaları ərinin müalicəsi, ölümü və ona yas mərasimi ilə əlaqədar müvəqqəti olaraq başqa yerdə yaşamaları ilə bağlı olmuşdur. Oğlu Alim hazırda Yeni Gəncə qəsəbəsində olan evini satmış və onun ailə üzvləri ilə birlikdə müvbahisəli mənzildə yaşayırlar və onların həmin mənzilə ehtiyacları var. Başqa yaşaylş yerləri yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdeh3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, Nərgiz onun qayınanasıdır, yoldaşı Amil həmin evdə yaşayır. Onların başqa yaşayış yerləri yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X8 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, o, Kəlbəcər rayonundan məcburi köçkün olmaqla, 1993-cü ildən Gəncə şəhəri Hərbi şəhərcikdə məskunlaşmışdır. O, mübahisəli mənzildə 1 ilə yaxın mərhum Asifin qardaşı Vqaifdən ayı 15* manat olmaqla, kirayəyə götürmüş, pulu da Vaqifə vermişdir. Bundan başqa, 2*.*6.2*22-ci il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Mənzil İstismar İdarəsi tərəfindən mübahisə edilən mənzil ona verilmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini, Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını və mənzilin ona verilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Respublikası Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının Başlıbel kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 15.*5.2*23-cü il tarixli A-139 nömrəli arayışdan görünür ki, Cavabdeh1 müvəqqəti olaraq Gəncə şəhəri, 15** ailəlik Yeni qəsəbə, bina 13, mənzil 21 ünvanında qeydiyyatdadır. Vətəndaş hazırda Gəncə şəhəri, X33 Massivi, Mehmandarov-1 ünvanında yaşayır. Ailə tərkibi dörd nəfərdən – 1989-cu il təvəllüdlü oğlu Cavabdeh2, 199*-cı il təvəllüdlü gəlini Cavabdeh3, nəvələri 2*13-cü il təvəllüdlü X2* və 2*15-ci il təvəllüdlü X9 ibarətdir. Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsi Gəncə Şəhəri, Samux, Göygöl, Daşkəsən rayonları üzrə sektorunun Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Gəncə- Göygöl Mənzil Kommunal İstismar Sahəsinə ünvanladığı 15.*5.2*23-cü il tarixli, 32 nömrəli cavab məktubundan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün, Kəlbəcər rayonu, Başlıbel kəndində daimi qeydiyyatda olan Cavabdeh1 məcburi köçkün kimi Gəncə şəhəri ərazisində qeydiyyatdadır və ailə tərkibi dörd nəfərdən - oğlu Cavabdeh2, gəlini Cavabdeh3 (məcburi köçkün statusu yoxdur), nəvələri X2* və X9 ibarətdir. 1*.*4.2*14-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi Gəncə şəhəri, Yeni qəsəbədə 13 nömrəlibinanın 21 nömrəli mənzildə yerləşən, mənzil fonduna aid, ümumi sahəsi 1*8 kv.m-dən, yaşayış sahəsi 63 kv.m-dən ibarət olan 4 otaqlı yaşayış sahəsi haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi X3 və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri - həyat yoldaşı Cavabdeh1, oğlu Cavabdeh2, gəlini Cavabdeh3, nəvələri X2* və X15 müəyyən edilmişdir. 2*.*6.2*22-ci il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən kirayəyə verən – Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar İdarəsi Gəncə şəhəri, Yeni qəsəbədə 13 nömrəli binanın 21 nömrəli mənzildə yerləşən 4 otaqlı yaşayış sahəsini haqqı ödənilməklə (müvafiq dövlət proqramları və ya tədbirlərinin icrası və yardım layihələri əsasında müvəqqəti məskunlaşdırılmış məcburi köçkünlər istisna olmaqla), müvəqqəti yaşamaq üçün Azərbaycan Respublikasının Mənzil Məcəlləsi və bu Müqavilə ilə müəyyən edilmiş şərtlərlə kirayəçi X1 və istifadəsinə verməyi öhdəsinə götürmüş, kirayəçinin ailə üzvləri - oğlu X16, oğlu X1*, gəlini X11, nəvələri X12 və X17 müəyyən edilmişdir. 16.*1.2*23-cü il, 21.*2.2*23-cü il və 16.*3.2*23-cü il tarixli aktlardan görünür ki, 16.*1.2*23-cü il tarixdə ünvan 5 ünvana baxış keçirilərək aşkar edilmişdir ki, 2*14-cü ildə həmin mənzilin kirayə müqaviləsi üzrə kirayəçi X22 vəfat etmişdir, onun digər ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2* və X21 həmin mənzildə yaşamırlar. Azərbaycan Respublikası 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 yanvar 2*23-cü il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X22 15.*1.2*23-cü il tarixdə Gəncə şəhərində “digər və dəqiqləşdirilməmiş qaraciyər sirrozu” səbəbindən ölmüşdür. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1256/2*22 nömrəli, 3*.11.2*22-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Azərbaycan Respublikasının Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin cavabdeh X18 qarşı (üçüncü şəxs X8) “mənzilin boşaldılması və mənzilə köçürülmə” tələbinə dair iddiası təmin edilməmişdir. Gəncə şəhəri, Yeni ünvan 6 ünvanında qeydiyyatda olan X8 ilə bağlanmış su və çirkab xidmət tipli, 11.*8.2*22-ci il tarixli, 46*6*67* nömrəli müqavilə əsasında verilmiş ona məxsus abonent kartından görünür ki, *3.*9.2*22-*3.*4.2*23-cü il tarixləri aralığında cəmi borc 1,8* manat təşkil etmiş, 373* kv.m3 sərfiyyata görə 373 manat ödəniş edilmişdir. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal İstehsalat və Təsərrüfat Birliyi tərəfindən X14 adına açılmış şəxsi hesaba görə 25.1*.2*19- *1.*3.2*23-cü il tarixləri aralığında abonentin ümumi borcu 72 manat təşkil etmişdir. «Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər» haqqında Qanunun 2-ci maddəsinə əsasən xarici hərbi təcavüz, müəyyən ərazilərin işğalı və ya mütəmadi atəş altında saxlanması nəticəsində Azərbaycan Respublikası ərazisində daimi yaşayış yerlərini tərk etməyə məcbur olub ölkə hüdudlarında başqa yerə köçmüş şəxslər bu Qanunun məqsədləri üçün məcburi köçkün hesab olunurlar. Həmin Qanunun 4-cü maddəsinə əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər barəsində aşağıdakı sosial müdafiə tədbirləri tətbiq edilir: Müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi; məşğulluğun təmin edilməsi; sosial təminat;tibbi təminat;təhsil hüququnun təmin edilməsi; nəqliyyat və mənzil-kommunal və digər güzəştləri və s. Azərbaycan Respublikası Konstitusiyasının 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 98.1-ci maddəsinə əsasən, ayrıayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 1**.3-cü maddəsinə görə, kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 82.4-cü maddəsinə görə, kirayəyə verənin tələbi ilə yaşayış sahəsinin sosial kirayə müqaviləsinə məhkəmə qaydasında xitam verilməsinə aşağıdakı hallarda yol verilir: 82.4.1. kirayəçi altı aydan artıq müddətdə yaşayış sahəsinə və (və ya) kommunal xidmətlərə görə haqq ödəmədikdə; 82.4.2. kirayəçi və ya onun hərəkətlərinə cavabdeh olduğu digər şəxslər yaşayış sahəsini dağıtdıqda və ya korladıqda; 82.4.3. kommunal mənzildə birgə yaşayışı qeyri-mümkün edən qonşuların hüquqları və qanunla qorunan mənafeləri müntəzəm olaraq pozulduqda; 82.4.4. yaşayış sahəsindən təyinatı üzrə istifadə edilmədikdə. Həmin şərtlər eynilə 1*.*4.2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində də, nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 1*.*4.2*14-cü il tarixli, 13/21 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə, Gəncə şəhəri, Yeni qəsəbə, bina 13-də yerləşən 21 nömrəli, 4 otaqlı mənzil Azərbaycan Respublikası Qaçqınların və X13 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən cavabdeh X14 və onun ailə üzvlərinin müvəqqəti istifadələrinə verilmişdir. Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 1*6.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı tərəf cavabdehlərin mübahisə edilən mənzildə yaşamamalarını iş materiallarına əlavə edilmiş 16.*1.2*23-cü il, 21.*2.2*23-cü il və 16.*3.2*23-cü il tarixli aktlarla əsaslandırılar. Belə ki, həmin aktlardan görünür ki, 16.*1.2*23-cü il tarixdə ünvan 5 ünvana baxış keçirilərək aşkar edilmişdir ki, 2*14-cü ildə həmin mənzilin kirayə müqaviləsi üzrə kirayəçi X22 vəfat etmişdir, onun digər ailə üzvləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2* və X21 həmin mənzildə yaşamırlar. Məhkəmə kollegiyası həmin aktları tədqiq edərkən, müəyyən olunmuşdur ki, həmin aktların tərtibatı müvafiq MKİS-nin eyni əməkdaşları tərəfindən tərtib edilərək imzalanmış, həmin aktların daha mötəbərliyi üçün qonşuların iştirakı təmin edilməmişdir. Digər tərəfdən, mübahisəli mənzilin kirayədarı olan X22 15.*1.2*23-cü il tarixdə Gəncə şəhərində vəfat etmiş və cavabdehin bildirməsinə görə, mərhumun yası oğlunun başqa ünvanada olan evində təşkil edilmişdir. Ona görə də, cavabdeh tərəfin 16.*1.2*23-cü il tarixdə həmin mənzildə yaşamamaları qəbul edilən haldır və bu baxımdan 16.*1.2*23-cü il tarixili akt əhəmiyyət kəsb etmir. Digər tarixli, yəni 21.*2.2*23-cü il akta gəldikdə isə, bu mərhumun yasının qırxının çıxmadığı dövrə təsadüf edir və cavabdeh həmin ərəfədə gündüzlər oğlunun evinə gedib-gəlməsini göstərmişdir. 16.*3.2*23-cü il tarixli aktla gəldikdə isə, qeyd edilir ki, cavabdehlərin müvəqqəti mənzildə yaşamamaları yaşayış sahəsindən təyinatı üzrə istifadə edilməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdehlər mübahisə edilən mənzildə yaşamaqla, həmin mənzilin təyinatına görə istifadə edirlər və onların başqa yaşayış yerləri yoxdur. İddiaçı iddia edir ki, cavabdehlər sözügedən mənzili üçüncü şəxsə kirayə vermişlər. Lakin cavabdeh tərəf bunu ərinin müalicəsi ilə bağlı Bakı şəhərinə getdikləri üçün, 1 aylıq müddətə X6 vermələrini göstərmiş, sonuncu isə izahatında Vaqif adlı şəxsə kirayə haqqı ödədiyini bildirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, 2*.*6.2*22-ci il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi ilə mübahisəli mənzil X1 və istifadəsinə verildiyi üçün, o, hazırkı işlə bağlı maraqlı şəxsdir və bu baxımdan onun izahatı mötəbər hesab oluna bilməz və iş materialları ilə öz təsdiqini tapmır. Kollegiya hesab edir ki, cavabdehlərin həmin mənzili üçüncü şəxsə kirayə verməklə müqavilə öhdəliklərini pozmaları sübuta yetirilmədiyindən iddiaçının cavabdehlərlə arasında bağlanmış 1*.*4.2*14-cü il tarixli 13/21 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməsi tələbi, eləcə də bu tələbdən törəyən digər cavabdehlərin mənzildən çıxarılması və mənzilin boşaldılıb təhvil verilməsi tələbləri əsassızdır. Məhkəmə bu qənaətə gələrkən həm də onu nəzərə alır ki, cavabdehlər hazırda da həmin evdə yaşayırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətlərinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 4*4-4*7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2*23-cü il tarixli, 2(125)-4784/2*23 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar