Məhkəmə qərarları › İş №2(102)-2164/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-2164/2019

08.04.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2164/2019 08.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 iştirakı ilə, Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 tərəfindən birgə, iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən ayrılıqda Şəki Apellyasiya Məhkəməsi mü lki kollegiyasının 2(107)-2676/2018 mömrəli iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Şəki rayon məhkəməsinin (hakim Elçin Mehdiyev) 21 avqust 2018-ci il tarixli, 2(075)170/2018 nömrəli qətnаməsi ilə ilk iddia qismən təmin edilmiş, iddiaçı «xxxx» ASC ilə Cavabdeh3 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli BK-002-15 USD nömrəli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 38237,62 ABŞ dolları əsas, 13064,13 ABŞ dolları faiz və 500 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 51801,75 ABŞ dolları borcun məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə və 20 manat dövlət rüsumunun tutularaq “xxxx” ASC-nin xeyrinə ödənilməsi, iddiaçı «xxxx » ASC tərəfindən dövlət rüsumu olaraq ödənilmiş 30 manatın 10 manatının iddiaçı «xxxx» ASC-nin özünə aid edilməsi, iddiaçı «xxxx» ASC-nin iddia tələbinin tutmanın Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması, borcun fərdi yaşayış evinin harracdan satışından əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra Ca vabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsi və 5154,98 ABŞ dolları cərimə tələbinin 4654,98 ABŞ dollarına dair hissələri təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh4 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış və Şəki rayon 2 saylı Notariat Kontorunda 3 M-20 reystr nömrə ilə qeydə alınan 23 fevral 2015-ci il tarixli İP-BK-002-15 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh4 qarşılıqlı iddia ilə əlaqədar ödədiyi 10 manat dövlət rüsumunun özünə aid edilməsi, iş üzrə təyin edilmiş məhkəməəmtəəşünaslıq ekspertizası ilə bağlı ödənilməli olan 200 manat ekspertiza xərcinin iddiaçı «xxxx» ASC-dən alınaraq «Əmlak Ekspert Mərkəzi»-nin hesabına ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiy asının (hakimlər Ələddin Məcidov - sədrlik edən və məruzəçi, İnşallah Quliyev, Mahir Əsədli) 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» ASC-nin ləğv edicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikаyətləri qismən təmin edilmiş, Şəki rayon məhkəməsinin 21 avqust 2018-ci il tarixli nömrəli qətnaməsi qismən - iddiaçı «xxxx» ASC-nin iddia tələbinin tutmanın Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması, borcun fərdi yaşayış evinin harracdan satışından əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus ol an ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsinə dair hissələrinin təmin edilməməsi və qarşılıqlı iddianın təmin edilməsi, Cavabdeh4 ilə iddiaçı «xxxx» ASC arasında bağlanmış və Şəki rayon 2 saylı Notariat Kontorunda 3 M-20 reystr nömrə ilə qeydə alınan 23 fevral 2015-ci il tarixli İP-BK-002-15 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, ipotekaya xitam verildiyindən iddiaçı «xxxx» ASC-nin iddia tələbinin tutmanın Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması, borcun fərdi yaşayış evinin harracdan satışından əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsi hissədə rədd edilmişdir. Cavabdeh4 «xxxx» ASC-yə qarşı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı «xxxx» ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 23 fevral 2015-ci il tarixli kredit müqaviləsi üzrə 38237,62 ABŞ dolları əsas, 10599,93 ABŞ dolları faiz, 3636,93 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 52474,48 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi, tutmanın Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması, borcun fərdi yaşayış evinin harracdan satışından əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ö dənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 Şəki şəhəri Hüseynqulu Sarabski küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh3 ilə «xxxx» ASC arasında bağlanmış 23 fevral 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı «xxxx» ASC-nin nümayəndəsi məhkəməyə borcun tutulması hissəsində iddia tələbinin həcmi nin artırılması barədə ərizə təqdim edərək, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada «xxxx» ASC-nin xeyrinə 38237,62 ABŞ dolları əsas, 13064,13 ABŞ dolları faiz və 5154,98 ABŞ dolları cərimə borcu olmaqla, ümumilikdə 56456,73 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh4 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək «xxxx» ASC ilə onun arasında bağlanmış və Şəki rayon 2 saylı Notariat Kontorunda 3 M-20 reystr nömrə ilə qeydə alınan 23 fevral 2015-ci il tarixli İP-BK-002-15 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətlərinin dəlilləri və kassasiya şikayətlərinə qarşı etiraz: Ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası 23 fevral 2015-ci il tarixli, BK-002-15 USD nömrəli ipoteka müqaviləsi üzrə qoyulmuş ipotekaya xitam verməklə apellyasiya şikayətinin predmetindən kənara çıxmışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri bax ımdan şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli Plenum Qərarında birinci instansiya məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsinin yoxlanılması üzrə apellyasiya məhkəməsinin səlahiyyətləri ətraflı şərh edimiş və MPM-nin 371 və 372-ci maddələri ilə müəyyən edilmiş apellyasiya instansiya məhkəməsində işə baxılmanın hədləri müəyyən edilmişdir. Məhkəmə kollegiyası hüquqi qiymətləndirmə zamanı qeyd edilən Plenum Qərarını əsas götürmüş, “iura novit curia” prinsipini səhv şərh edərək, dispozitivlik prinsipini pozaraq tələbdən kənara çıxmış və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir,“Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası 24 noyabr 2005-ci il tarixli Plenum Qərarının tələblərinə uyğun olmayaraq tərtb edilmiş, maddi və prose ssual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması ilə bağlı çıxarılmış qətnamə qətnamə qanuni və əsaslı hesab edilə bilməz. Sözü gedən şikayət üzrə məhkəmə hüquq normalarını düzgün tətbiq etməmiş və səhv nəticəyə gəlmişdir. Belə ki, qətnamənin əsaslandırıcı hissəsində məhkəmə işə aidiyyəti olmayan “İpoteka haqqında” Qanunun 48.1.1-48.1.5-ci maddələrinə toxunmuşdur. Qeyd edilən maddənin təhlili göstərir ki, həmin maddənin tələbləri apellyasiya şikayətinin hallarına uyğun deyildir. Digər tərəfdən qanunun tələbinə görə qətnamə tam və aydın olmalı, anlaşılan ifadələr istifadə etməklə tərtib olunmalıdır. Qətnamənin əsaslandrıcı hissəsi ilə nəticə hissəsi arasında uyğunsuzluq var. Məhkəmənin gəldiyi yekun qərarı formalaşdıran əsas amil və ünsürlərindən bir qətnamənin əsaslandırıc ı hissəsidir. Bu qətnamədən də görünür ki, əsaslandırıcı hissəsi ilə yekun nəticə hissəsi bir birinə zidddir. Bu ziddiyyətdə qətnamənin özü özlüyündə qeyri obyektiv və ədalətsiz olduğuna dəlalət edir. Məhkəmə kollegiyası cərimə borcunun tutulması hissəsində iddia tələbini rədd edərkən, yenə yanlışlığa yol vermişdir. Belə ki, kredit müqaviləsinə əsasən borcun öhdəliyin icrasında gecikdirmə halına yol verərsə ikiqat faizlə cərimə hesablanır. Göründüyü kimi kredit müqaviləsi ilə tələb olunan cərimə borcunun tənasübü müəyyənləşdirilmişdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə tənasübsüz dəbbə pulunu azalda bilər. Lakin müqavilənin şərtlərinə zidd olaraq dəbbə pulunun tutulmasını istisna edən bu və ya digər norma qanunda mövcud deyildir. Cavabdehlər Cavabdeh 3 və Cavabdeh4 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişlər. Məzmunun qarşılıqlı iddia ərizəsinin və apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi yekunda ilk iddia ilə bağlı düzgün nəticəyə gəlsə də, iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində maddi hüquq normalarını düzgün təfsir etmədiyindən və qarşılıqlı iddianın təmin edərkən maddi hüquq normalarının tədbiqində səhvə yol veridiyindən gəldiyi nəyicə qanuni deyildir. Apellyasiya instansiyası məhkəməsinin bu ya naşması düzgün olmamış və nəticədə əsassız olaraq qarşılıqlı iddia tələbini rədd etmişdir. İpoteka qoyan Cavabdeh4 “xxxx” ASC tərəfindən Cavabdeh3 50000 manat kredit verilməsi üçün fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. 23 fevral 2015-ci il tarixli, BK-002-15 USD nömrəli kredit müqaviləsi əsasında isə iddiaçı “xxxx” ASC tərəfindən Cavabdeh3 illik 20 faizlə 30 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23 fevral 2015-ci il tarixli, BK-002-15 USD nömrəli kredit müqaviləsi bağlanarkən ipoteka qoyan Cavabdeh4 heç bir məlumat verilməmiş, onun bu barədə razılığı alınmamışdır. Belə ki, o, 50000 manat kredit verilməsi üçün fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Onun verilən kreditin dollarla olmasından ümumiyyətlə xəbəri olmamış, bu barədə onun razılığı alınm amış, kreditin dollarla verilməsi onun vəziyyətini ağırlaşdırmışdır. Tərəflərin izahatları: İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq cavabdehlərin şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsəl ələr: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qey d edir ki, hazırki kassasiya baxışının hədlərini iddia tələbinin ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti ilə bağlı digər tələblər olan hissəsi, eyni zamanda qarşılıqlı iddia tələbinin rədd edilməsi və cərimə borcunun tutulması hissəsi təşkil edir. Çünki kassasiya şikayətlərinin məzmunundan göründüyü kimi, iddiaçı və cavabdehlər qətnaməni yalnız qeyd edilən hissələrdə mübahisələndirirlər. Məhkəmə kollegiyası məruzəçini, iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil1 izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətlərinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalan ması Fondunun kassasiya şikayəti qismən təmin edilməli, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 07 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin tutmanın Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması, borcun fərdi yaşayış evinin harracdan satışından əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqları nın itirilmiş hesab edilməsi, sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsinə dair hissələrinin təmin edilməməsi hissədə ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə qarşılıqlı iddia tələbinin rədd edilməsi və cərimə pulunun tutulması hissələrdə dəyişdirilmədən saxlanılmalı, cavabdehlər Cavabdeh3 və Cavabdeh4 birgə verdikləri kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki, iddiaçı «xxxx” ASC ilə Cavabdeh3 arasında 23 fevral 2015-ci il tarixdə BK-002-15 USD nömrəli baş kredit müqaviləsi imzalanmış və həmin kredit müqaviləsi əsasında «xxxx” ASC tərəfindən Cavabdeh3 illik faiz dərəcəsi 36 faizdən çox olmamaq şərti ilə 90 ay müddətinə 50000 manat məbləğində kredit ayrılması nəzərdə tutulmuşdur. 23 fevral 2015-ci il tarixli, BK002-15 USD nömrəli kredit müqaviləsi əsasında cavabdeh İslamov Samir Sakit oğlu iddiaçı «xxxx” ASC-dən illik 20 faizlə 30 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Cavabdeh3 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə iddiaçı «xxxx” ASC arasında zaminlik müqavilələri bağlanmışdır. Bundan başqa Cavabdeh3 bank qarşısındakı kredit öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə 23 fevral 2015-ci il tarixdə iddiaçı «xxxx» ASC ilə Cavabdeh4 arasında sonuncunun mülkiyyətində olan Şəki şəhəri, Hüseynqulu Sarabski küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evi ip oteka ilə yüklü edilməsinə dair ipoteka müqaviləsi imzalanmış, Cavabdeh4 ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evini Cavabdeh3 «xxxx” ASC qarşısındakı 23 fevral 2015-ci il tarixli baş kredit müqaviləsi üzrə öhdəliklərinin icrasının təmin edilməsi məqsədi ilə ipoteka ilə yüklü etmişdir. Həmin yaşayış evinin yüklülüyünə dair reyestrdən çıxarış verilmişdir. İddiaçı «xxxx” ASC tərəfindən kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilərək 51000 ABŞ dolları məbləğində kredit Cavabdeh3 verilmişdir. Lakin Cavabdeh3 «xxxx» ASC-yə olan kredit borcunun bir hissəsini bankın hesabına ödəməsinə baxmayaraq kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətlərdə ödəmələri aparmadığından «xxxx» ASC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh4 qarşılıqlı idd ia verərək «xxxx» ASC ilə onun arasında bağlanmış və Şəki rayon 2 saylı Notariat Kontorunda 3 M-20 reystr nömrə ilə qeydə alınan 23 fevral 2015-ci il tarixli İP-BK-002-15 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, “xxxx” ASC tərəfindən Cavabdeh3 50000 manat kredit verilməsi üçün fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. 23 fevral 2015-ci il tarixli, BK-002-15 USD nömrəli kredit müqaviləsi əsasında isə iddiaçı “xxxx” ASC tərəfindən Cavabdeh3 illik 20 faizlə 30 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23 fevral 2015-ci il tarixli, BK-002-15 USD nömrəli kredit müqaviləsi bağlanarkən ipoteka qoyan Cavabdeh4 heç bir məlumat verilməmiş, onun bu barədə razılığı alınmamışdır. Belə ki, o, 50000 manat kredit verilməsi üçün fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Onun verilən kreditin dollarla olmasından ümumiyyətlə xəbəri olmamış, bu barədə onun razılığı alınmamış, kreditin dollarla verilməsi onun vəziyyətini ağırlaşdırmışdır. Birinci instansiya məhkəməsi qarşılıqlı iddia tələbin təmin etmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qarşılıqlı iddia tələbini rədd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu nəticəyə gələrkən qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddənin tələbindən də göründüyü kimi əqd in etibarsız hesab edilməsinin başlıca şərti onun bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmasıdır. Hazırki halda isə 23 fevral 2015-ci il tarixli İP-BK-002-15 nömrəli ipoteka müqaviləsi bağlanarkən hər hansı bir pozuntu halı baş verməmişdir. İpoteka qoyan Cavabdeh4 öz sərbəst iradəsi ilə “xxxx” ASC tərəfindən həmin tarixli baş kredit müqaviləsi üzrə Cavabdeh3 verilməsi nəzərdə tutulan 50000 manat kredit üçün evini ipoteka ilə yüklü etmişdir. Məhkəmə kollegiyası bu hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh müqavilənin etibarsızlığının əsassızlığı kimi o hala istinad etmişdir ki, ipoteka müqaviləsi bağlanarkən o, borculunun 50000 manat kredit borcu üçün evini ipoteka ilə yüklü etmişdir. Lakin kredit müqaviləsi bağlanar kən 51000 ABŞ dolları kredit verilmiş və bu hal onun vəziyyətini ağırlaşdırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, bu hal Cavabdeh4 şərtləri razılaşdırılmış və sonuncu tərəfindən imzalanmış ipoteka müqaviləsini mübahisələndirmək üçün əsas vermir. Cavabdehin narazı qaldığı, qarşılıqlı iddia tələbində göstərdiyi faktiki əsaslar, yəni pulun manatla deyil, dollarla artıq verilməsi və bu halın onun vəziyyətini ağırlaşdırması halları ipoteka müqaviləsində deyil, kredit müqaviləsində mövcud olmuşdur. Cavabdeh isə 51000 ABŞ dollarının verilməsi nəzərdə tutulmuş müqaviləni deyil, 50000 manat borcun təminatı üçün fərdi yaşayış evinin yüklü edilməsi barədə İP-BK-002-15 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir ki, apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia təl əbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir. Cavabdehin göstərdiyi dəlillər İP-BK-002-15 nömrəli ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas deyildir. İddiaçı kassasiya şikayətində cərimə pulunun azaldılmasını mübahisələndirir. Məhkəmə kollegiyası həmçinin Mülki Məcəllənin 467-ci maddəsinə əsasən cərimə pulunun azaldılması hissədə də məhkəmənin gəldiyi nəticəni əsaslı hesab edir. Həmin maddənin tələbinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı «xxxx» ASC-nin cavabdehlərə qarşı hazırkı iddia tələbinin 5154,98 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində apellyasiya instansiyası məhkəməsi hesab etm işdir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Ona görə də, apellyasiya instansiyası məhkəməsi tələb edilən 5154,98 ABŞ dolları cərimə borcunu 500 ABŞ dolarına azaldan birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Məhkəmə kollegiyası bu hissədə iddiaçının kassasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. İddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, müqavilənin şərlərinə zidd olaraq dəbbə pulunun tutulmasını istisna edən norma olmamışdır. Lakin işdən göründüyü kimi, məhkəmə cərimə pulu hissədə iddia tələbini tamamilə rədd etməmiş, cərimə borcunu azaltmışdır ki, bu hal da Mülki Məcəllənin yuxarıda qeyd olunan normasının tələblərinə uyğun olmuşdur. Məhkəmə bu hissədə maddi hüquq normasının tələblərini pozmamışdır. Apellyasiya instansiyası məhkəm əsi iddia tələbinin tutmanın ipoteka predmetinə yönəltməsi hissədə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Аzərbаycаn Respublikаsı Kоnstitusiyа Məhkəməsi Plenumunun 31 may 2018-ci il tаrixli Qərаrına, Mülki Məcəllənin 269.1-ci, 307.4-cü, “İpoteka haqqında” Qanunun 14, 48-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Аzərbаycаn Respublikаsı Kоnstit usiyа Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tаrixli Qərаrına istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə Cavabdeh4 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin 1-ci bəndindən müəyyən edilmişdir ki, Cavabdeh4 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı (ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evini) BK-002-15 USD 23.02.2015-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi “xxxx” ASC-yə ipotekaya vermişdir. Yəni ipoteka qoyan-Cavabdeh4 “xxxx” ASC tərəfindən Cavabdeh3 50000 manat kredit verilməsi üçün evini ipoteka ilə yüklü etmişdir. 23 fevral 2015-ci il tarixli, BK-002-15 USD nömrəli kredit müqaviləsi əsasında isə iddiaçı “xxxx” ASC tərəfindən Cava bdeh3 illik 20 faizlə 30 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit verilmişdir. 23 fevral 2015-ci il tarixli, BK-002-15 USD nömrəli kredit müqaviləsi bağlanarkən ipoteka qoyan-Cavabdeh4 heç bir məlumat verilməmiş, onun bu barədə razılığı alınmamışdır. Məhkəmə kollegiyası ilkin iddia tələbinin ipoteka predmetinə yönəltmənin rədd edilməsi hissədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir. Məhkəmənin gəldiyi nəticə işin hallarına və maddi hüquq normalarının tələblərinə uyğun olmamışdır. İşdə olan «xxxx” ASC ilə Cavabdeh4 arasında bağlanmış 23 fevral 2015-ci il tarixli ipoteka müqaviləsinin 1-ci bəndindən görünür ki, Cavabdeh4 mülkiyyət hüququ ilə ona məxsus olan və bu müqavilənin 3.1-ci bəndində göstərilən əmlakı (ünvan küçəsində yerləşən 10 nömrəli fərd i yaşayış evini) BK-002-15 USD 23.02.2015-ci il tarixli baş kredit müqaviləsinə əsasən yaranmış öhdəliyin təminatı kimi «xxxx” ASC-nə ipotekaya verir. İpoteka ilə təmin edilmiş kreditləşmənin mənbəyi «xxxx” ASC tərəfindən ayrıldığı vəsaitdir. Bu müqavilə üzrə kreditor ipoteka saxlayanın tələbi ilə onun hüquqları borcalan/ipoteka qoyan tərəfindən tərtib edilən və kreditor/ipoteka saxlayana verilən ipoteka kağızı ilə rəsmiləşdirilə bilər. Həmin ipoteka müqaviləsinin 2-ci bəndinə əsasən ipoteka ilə təmin edilmiş öhdəlikləri 50000 manat olan kredit məbləği, 90 ay kreditin qaytarılma müddəti, maxsimum 36 faiz kredit üzrə ödəniləcək illik faiz dərəcəsi, maksimum 72 faiz kreditin qaytarılması gecikdirildiyi halda ödəniləcək illik, aylıq isə 33,3 faiz dərəcəsi təşkil edir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ipoteka müqaviləsi bağlanarkən və fərdi yaşayış evi ipoteka ilə yüklü edilərkən ipoteka qoyan Cavabdeh4 50000 manat kreditin verilməsi ilə bağlı kredit müqaviləsinin təminatı kimi əmlakının ipoteka ilə yüklü edilməsinə razılıq vermiş, 51000 ABŞ dolları kredit verilərkən ipoteka qoyanın razılığı və məlumat olmamışdır. Məhkəmə bu əsasla iddia tələbini həmin hissədə rədd etmişdir. Lakin məhkəmə bu nəticəyə gələrkən nəzərə almamışdır ki, bu hal ipoteka predmetinə tutmanın yönəldilməsi hissədə iddia tələbinin ümumilikdə rədd edilməsi üçün əsas ola bilməz. Çünki cavabdeh – ipoteka qoyan Cavabdeh4 bankla bağlığı ipoteka müqaviləsinə əsasən 50000 manat kreditin 90 ay müddətinə illik 36 faizlə verilməsinə razılığını vermişdir. Ona görə də, Cavabdeh4 bağladığı müqavilə həddində Cavabdeh3 bankdan illik 36% lə götürdüyü kreditin ödənilməməsi üçün məsuliyyət daşımağı öhdəsinə götürmüşür. 51000 ABŞ dollarının verilməsinə dair 23.02.2015-ci il tarixli kredit müqaviləsi həmin tarixli 50000 manat kredit verilməsinə dair baş kredit müqaviləsinin tərkib hissəsidir. Cavabdeh3 illik 20 faizlə 30 ay müddətinə 51000 ABŞ dolları məbləğində kredit verilərkən ipoteka qoyan Cavabdeh4 razılığının alınmaması, onun razılığının alınmadığı hissədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilər. Kreditin verildiyi tarixdə ölkədə birinci devalvasiya baş vermiş və 1 Azərbaycan manatının ABŞ dollarına nisbətdə məzənnəsi 1.05 manat olmuşdur. 51000 ABŞ dolları həmin dövrdə 53500 manata bərabər olmuşdur. Cavabdeh4 isə bağladığı müqavilə ilə 50000 manatın illik 36 faizlə verilməs inə razılığını bildirmişdir. Kredit verilərkən məbləğin dəyişməsi ümumilikdə ipoteka müqaviləsinə tutmanın yönəldilməsini rədd edilməsi üçün deyil, cavabdehin razı olmadığı hissədə tələbin rədd edilməsi üçün əsas ola bilər. Mübahisənin göstərilən qaydda həll olunması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən 28 oktyabr 2014-cü il və 31 may 2018-ci il tarixli qərarlarına zidd deyildir. Ona görə də, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi bu halı müəyyən etməli, tələbin ipoteka predmetinə yönəldilmə hissədə iddia tələbinə qiymət verərkən Cavabdeh4 bağladığı müqavilə həddində borcun tutulmasına ipoteka predmetinə yönəldilməsi məsələsini həll etməlidir. Bundan sonra həmin tələbdən irəli gələn digər məsələləri də həll etməlidir. Аzərbаycаn Respub likаsı Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 317.1-ci mаddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. İpoteka Haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi iddia tələbinin tutmanın Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi hissədə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə həmin hissədə ləğv edilməli və iş ləğv edilən hissədə yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquq i qiymət verməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh ed ilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: İddiaçı ləğv prosesində olan «xxxx» Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-2676/2018 saylı iş üzrə 07 noyabr 2018-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə, yəni iddia tələbinin tutmanın Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin evin hərracda satılması, borcun fərdi yaşayış evinin harracdan satışından əldə olunan vəsait hesabına «xxxx» ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hiss ədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldildikdə və o, satıldıqdan ən geci 1 ay sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 ünvan küçəsində yerləşən 10 nömrəli fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, sonra Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 çıxarılması, həmin evin boşaldılması və banka təhvil verilməsinə dair hissələrinin təmin edilməməsi hissədə ləğv edilsin, iş həmin hissələrdə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə mübahisləndirilən qalan hissələrdə, yəni qarşılıqlı iddia tələbinin rədd edilməsi və cərimə pulunun tutulmasının rədd edilməsi hissələrdə dəyişdirilmədən saxlanılsın. Cavabdehlər Cavabdeh3 və Cavabdeh4 kassasiya şikayəti təmin

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar