Məhkəmə qərarları › İş №2(102)-2164/2024

Ali Məhkəmə Qərardad — İş №2(102)-2164/2024

28.06.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2164/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı və iddiaçı Cavabdeh İddiaçı qarşı birləşdirilmiş iş üzrə Q Ə R A Rİ (Açar sözlər: mülki işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və sair” tələbinə dair və iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsızlığı” tələbinə dai r birləşdirilmiş iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)419/2024 nömrəli 6 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlu tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci iş üzrə:

1. İddiaçı Cavabdeh MMC-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrin ibarət hərəkətlərinə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167.8 kv.m (müqavilə üzrə 4 saylı binanın İ mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə cavabdeh tərəfindən edilən maneələrə son qoyulması və mülkiyyətçinin qeyri-yaşayış sahəsinə buraxılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, 9.9.2022-ci il tarixli qətnaməsi (hakim Pərviz Zamanlı) ilə iddia təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulması, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri -yaşayış sahəsinə buraxılması qət edilmişdir.

3. Qətnamədən cavabdeh və üçüncü şəxs E.Talıbov apellyasiya şikayətləri vermişdir. İkinci iş üzrə:

4. İddiaçı Cavabdeh MMC cavabdeh İddiaçı qarşı“ müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2) olan qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC və İddiaçı arasında bağlandığı bildirilən 21 yanvar 2009-cu il tarixli müqavilə və İddiaçı adına verilmiş maliyyə arayışının etibarsız hesab edilməsi, 21 yanvar 2009-cu il tarixli müqavilədən doğan hüquqi nəticələrin, o cümlədən ünvan 3 ünvanında yerləşən hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerlə şən ümumi sahəsi 177 m2 (çıxarışa əsasən 167,8 m2) olan qeyriyaşayış sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeyd əsasında onun adına verilmiş xx.xx.2014-cü il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, 16.8.2023-cü il tarixli qətnaməsi (hakim Orxan Məmmədli) ilə iddia tələbi təmin edilməmişdir.

6. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6493/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi” tələbinə dair 2(103)-6493/2023 saylı mülki işin İddiaçı Cavabdeh MM C-yə qarşı “mülkiyyətdən istifadə hüququnun həyata keçirilməsinə edilən maneələrdən ibarət hərəkətlərə son qoyulması və qeyri-yaşayış sahəsinə buraxılma” tələbinə dair 2(103)-6077/2023 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.

8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-419/2024 nömrəli 6 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov sədrliyi və məruzəsi ilə, Kamran Əkbərov və Elşən Kazımov) birinci iş üzrə - apellyasiya şikayətləri qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2980/2022 nömrəli, 9.9.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m (müqavilə üzrə 4 saylı yaşayı ş binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri-yaşayış sahəsindən istifadə hüququnun həyata keçirilməsinə Cavabdeh MMC tərəfindən yaradılan maneələrə son qoyulmuş, İddiaçı ünvan 2 ünvanında, 1-ci mərtəbənin 1-ci səviyyəsində yerləşən 167,8 kv.m-dən ibarət (müqavilə üzrə 4 saylı yaşayış binasının 1 mərtəbəsindəki 177 kv.m) qeyri yaşayış sahəsinə buraxılması, ikinci iş üzrə- iddiaçı Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1792/2023 nömrəli, 16.8.2023-cü il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

9. Qətnamədən cavabdeh və üçüncü şəxs tərəfindən kassasiya şikayətləri verilmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 22 m ay 2024cü il tarixli, 2(102)-2164/2024 nömrəli qərardadı ilə birinci iş üzrə Cavabdeh MMC və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlunun kassasiya şikayətləri icraata qəbul edilmişdir.

11. Mülki iş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının icraatında olarkən maraqlı şəxs X2 Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə müraciət edərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2024-cü il tarixli qətnaməsindən işdə iştirak etməyə cəlb olunmayan, qətnamə ilə maraqlarına toxunan şəxs qismində tanınmasını və kassasiya şikayətinə baxılmasını xahiş etmişdir.

12. Ərizəyə kassasiya şikayəti və müvafiq sənədlərin surətləri də əlavə edilmişdir.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iş № 2(102)2389/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qə rardadı ilə X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2024-cü il tarixli qətnaməsi üzrə işdə iştirak etməyə cəlb olunmayan, qətnamə ilə maraqlarına toxunan şəxs qismində tanınmış və X1 (vəkil X3) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 417.1.7. 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.7. kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya ş ikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

15. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-2389/2024 nömrəli, 28 iyun 2024-cü il tarixli qərardadı ilə X2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2024-cü il tarixli qətnaməsi üzrə işdə iştirak etməyə cəlb olunmayan, qətnamə ilə maraqlarına toxunan şəxs qismində tanındığına və X1 (vəkil X3) Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 6 fevral 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikasının MPM-in 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alındığına görə müvafiq prosessual hərəkətlərinin icrası məqsədi ilə birinci iş üzrə Cavabdeh MMC-nin və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlunun kassasiya şikayətlərinin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli, 2(102)2164/2024 nömrəli qərardadı ləğv edilməli və hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

16. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 417.1.7, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Birinci iş üzrə Cavabdeh MMC-nin və üçüncü şəxs Talıbov Elsevər Abbas oğlunun kassasiya şikayətlərinin icraata qəbul edilməsi barə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli, 2(102)-2164/2024 nömrəli qərardadı ləğv edilsin. İş kassasiya baxışından çıxarılsın və X1 Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 6 fevral 2024-cü il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə Azərbaycan Respublikasının MPM-in 407 – 409-cu maddələri ilə nəzərdə tutulmuş tələblərin yerinə yetirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar