Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2165/2022 24.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X3 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2165/22 Açar sözlər: pozulmuş hüquqların bərpası, maddi və mənəvi ziyanın ödənilməsi Hakimlər: Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)8646/2021 saylı qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları: İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı məhkəmədə cavabdeh X1 qarşı iddia qaldıraraq, “pozulmuş hüquqlarının bərpa edilməsi, maddi və mənəvi ziyana görə kompensasiyanın ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş edib.
2. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı qeydiyyatda olduğu mənzildə yaşayış, məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə mənzildə təmir işləri apararkən divarların düzəldilməsi üçün istifadə edilən gips inşaat materialına ehtiyacı yaranıb, internet reklam səhifəsindən həmin məqsədlərə cavab verən “Retartan 200 p” xüsusi kimyəvi qatqısı və “Kmx-2” yapışdırıcısını seçib, hər iki maddənin Azərbaycanda istehsalatının və satışının təşkil edilməsinə dair məlumatın mövcud olmaması səbəbindən onları Rusiya Federasiyasının Moskva şəhərindən sifariş etmək məcburi yyətində qalıb. Buna görə də internet reklam səhifələrində yer almış logistika üzrə təkliflərə üz tutub, diqqətini “Naviqator” və digər internet reklam səhifələrində “Emmyholding”, "xxxx" MMC tərəfindən nəqliyyat vasitəsi ilə göstərilən xidmətlər haqqında verilən məlumat cəlb edib. Həmin məlumat cavabdeh tərəfindən verilib və nəticədə 20 iyul 2017-ci il tarixdə cavabdehə Rusiya Federasiyasından 5 kq-dan yuxarı çəkidə “Retardan 200 p” inşaat materialının və 1 kq “Kmx-2” yapışdırıcının alınıb ona çatdırılmasını sifariş edib. Xidmətin göstərilməsi üçün cavabdehə 200 (iki yüz) manat haqq ödəyib və həmin tarixdə Bakı şəhərində onunla cavabdeh arasında yükün daşınması haqqında sifariş- müqavilə bağlanıb, aralarında öhdəlik-hüquq münasibətləri əmələ gəlib. Cavabdeh həmin məbləği qəbul edərək sifa rişi 30 gün müddətində icra etməyi öhdəsinə götürsə də, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib. Buna görə də 2018-ci ildə cavabdehə qarşı məhkəmədə iddia qaldırıb və iddiası qismən təmin olunub. Ali Məhkəmənin Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərarına və qərara dair verilən 03 aprel 2019-cu il tarixli izaha əsasən cavabdehə qarşı təkrarən məhkəmədə hazırki iddianı qaldırıb.
3. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdehin əməllərinə hüquqi qiymət verilməsini, 20 iyul 2017-ci il tarixli müqavilənin ləğv olunması, hazırkı ərizədə göstərilən faiz məbləğlərinin, qüsurların hər hansı biri üçün dəbbə pulunun cavabdehdən onun xeyrinə tutulması, cavabdehin törətmiş olduğu hüquq pozuntusu nəticəsində ona vurulmuş mənəvi zərərə görə 1.928.000 manat pulun cavabdehdən onun xeyr inə tutulması, cavabdeh öhdəlikləri pozduğuna görə 200 manat maddi ziyanın cavabdehdən onun xeyrinə tutulması, cavabdehin təqsiri üzündən ödənişli tibbi müayinəyə görə ödədiyi 40 manat pulun cavabdehdən onun xeyrinə tutulması, iş qabiliyyətini itirməsi səbəbindən ona vurulmuş maddi ziyana görə 10 avqust 2018-ci il tarixdən başlayan və hazırkı mübahisə üzrə ədalətli məhkəmə qərarı çıxarılacaq tarixədək olan dövr üçün əmək haqqı ilə gəlirinin məhrum olunduğu 50 faiz əvəzinin onun xeyrinə tutulması, hazırkı iddianın hazırlanması ilə bağlı xərclərin əvəzinin ödənilməsi üçün 90 manat və gələcəkdə məhkəməyə təqdim edəcəyi digər zəruri xərclər üzrə məbləğlərin cavabdehdən onun xeyrinə tutulması, məhkəmə qaydasında tutulacaq pul məbləğinin ödənilməsinin geçikdirilməsi üçün müvafiq dəbbə pulunun ca vabdehdən onun xeyrinə tutulması, kompensasiyaların hesablanmasının beynəlxalq ədalət mühakiməsi sistemində qəbul olunan qaydalar əsasında həyata keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş edib.
4. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim F.Mirzəyev) iddia rədd edilib.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, iddiaçı bundan əvvəl də eyni xarakterli və məzmunlu iddia ilə məhkəməyə müraciət edib və onun iddiası qismən təmin edilib.
6. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 14.2, 88, 217.4-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb.
7. İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnam əsinin ləğv edilib, ildianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apellyasiya instansiyası məhkəməsində icraat
8. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər A.İsgəndərov sədrlik edən, məruzəçi, İ.Kərimli və E.Kazımov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 01 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
9. İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edib. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmayıb. Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarına görə, eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsid ir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyasıeyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı). Mülki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
12. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məc əllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 416.2-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
13. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən i rəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
14. İddiaçının kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
15. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, iddiaçının hazırk ı iş üzrə tələbi pozulmuş hüquqlarının bərpa edilməsi və cavabdehdən maddi və mənəvi ziyana görə kompensasiyanın tutulmasından ibarətdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd edib və mövqeyini onunla əsaslandırıb ki, iddiaçı bundan əvvəl də eyni xarakterli və məzmunlu iddia ilə məhkəməyə müraciət edib və onun iddiası qismən təmin olunub. Həmin iş üzrə qanuni qüvvəyə minmiş Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsinin məzmunundan görünür ki, Rasim X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncudan avans üçün ödədiyi 200 manat, həmin pulun qaytarılmaması ilə bağlı geçikdirilmiş hər gün üçün 23 iyul 2017-ci ildən məhkəmənin qərar çıxaracağı günədək 1 faiz məbləğində dəbbə pulunun, ödənişli tibbi müayinənin pulu kimi 40 manat, sənədlərin tərtibatı üçün sərf etdiyi əməyin, vaxtın və pul xərclərinin əvəzi kimi 200 manat, maddi ziyana görə kompensasiya kimi 7.000 manat, mənəvi ziyana görə kompensasiya kimi 500.000 manat, cəmi 507.440 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş edib.
16. Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin 24 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Yaşar Hüseynovdan maddi ziyanın əvəzi kimi 100 ABŞ dollarının tutulub İddiaçı ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilib. Sonradan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə sözügedən qətnamə ləğv edilərək, yeni qətnamə çıxarılmaqla iddia qismən təmin edilib, Yaşar Hüseynovdan maddi ziyanın əvəzi kimi 200 manat, mənəvi ziyana görə 100 manat, cəmi 300 manat pulun İddiaçı xeyrinə tutulması və qalan hissədə iddianın rədd olunması qət edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 mart 2019-cu il tarixli qərarı ilə qeyd olunan qətnamə dəyişdirilmədən saxlanılıb.
17. Həmin işin predmetini İddiaçıla Yaşar Hüseynov arasında bağlanmış və hazırki işin də predmetini təşkil edən 20 iyul 2017-ci il tarixli müqavilə üzrə öhdəliklərlə bağlı yaranmış mübahisə təşkil edir.
18. Apellyasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırki işin predmetini təşkil edən avans üçün ödənilmiş 200 manat, həmin pulun qaytarılmaması ilə bağlı geçikdirilmiş hər gün üçün 23 iyul 2017-ci il tarixdən məhkəmənin qərar çıxaracağı gü nədək 1 faiz məbləğində dəbbə pulunun, ödənişli tibbi müayinənin pulu kimi 40 manat, sənədlərin tərtibatı üçün sərf etdiyi əməyin, vaxtın və pul xərclərinin əvəzi kimi 200 manatın tutulması, eləcə də maddi və mənəvi ziyan tələblərinin əvvəlki iş üzrə məhkəmə baxışının peredmeti olduğunu, həmin tələblər üzrə araşdırma aparıldığını, iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin mövcudluğunu nəzərə alaraq həmin tələblər hissəsində hazırki iddianın rədd edilməli olduğu qənaətinə gəlmiş birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlamaqla düzgün nəticəyə gəlib.
19. Apellyasiya instansiya məhkəməsi eyni zamanda iddianın qalan hissəsinin, o cümlədən iddiaçının istehlakçı hüquqlarına malik olması, cavabdehin davranışına, əməllərinə Cinayət Məcəlləsinin 178, 192, 1193.1, 193- 1, 194 və 314-ci maddələrinin prizmasında hüquqi qiymət verilməsi, onun delikt və cinayət qurbanı olmasının qətnamədə əks etdirilməsi tələblərinin də əsassız olduğu qənaətinə gəlib.
20. Daha sonra, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq ilk növbədə qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 26 sentyabr 2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən maddi ziyanın əvəzi kimi iddiaçının xeyrinə tutulmuş 200 manatın müqavilə məbləği olmaması barədə apelyatorun dəlilləri də əsassızdır. Belə ki, həmin qətnamənin məzmunundan göründüyü kimi, iddiaçı cavabdehdən müqavilə üzrə avans ödədiyi 200 manatın tutulmasını xahiş edib və apellyasiya instansiyası məhkəməsi həmin məbləği maddi ziyanın əvəzi kimi cavabde hdən tutub.
21. Həmin qətnamə ilə iddiaçının maddi ziyanla bağlı digər tələbləri əsassız sayılaraq rədd olunub. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının hazırki tələblərində əvvəlki işdə rədd olunmuş maddi və mənəvi ziyanın sadəcə həcmi artırılıb və cavabdehdən eyni əsaslarla daha artıq məbləğlər tələb olunub. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunub ki, Məcəlləni n bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzib edilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılması na, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).
22. Mülki hüquqda faktlar dedikdə- mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.
23. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb haqlı olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll edib və qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılıb.
24. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sü butları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Göründüyü kimi, MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülüb. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu iləəlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cav abdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
25. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır və qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoyub. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfək kür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni vəəsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.
27. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. M ülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
28. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edib haqlı olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə sübutlar qiymətləndirilərkən birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən tələblərə tam əməl olunub.
29. Bu baxımdan kassasiya instansiyası məhkəməsi iddiaçının kassasiya şikayəti ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən ar aşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 03 noyabr 2021-ci il tarixli, 2(103)-8646/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.