Məhkəmə qərarları › İş №2(102)-2170/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2170/2023

13.06.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2170/2023 13.06.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: daşınar əşyaya münasibətdə mülkiyyət hüququnun müəyyən edilməsi, zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədova Mehparə Tofiq qızı, Əliyev Ələsgər Əliabbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X6 İdarəsinə qarşı “şəxsə məxsus və qanunsuz balansa keçirilmiş əmlakın geri alınması və vurulmuş ziyana görə pul” tələbinə dair mülki iş üzrə Şirvan Ap ellyasiya Məhkəməsinin Mülki kollegiyasının 07 fevral 2023-cü il tarixli, 2(106)-324/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə 13 iyun 2023-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ağcabədi rayon Aqrar İslahat Komissiyasının 30 aprel 1998-ci il tarixli, 05 saylı qərarı ilə İddiaçı (bundan sonra – iddiaçı) və ailə üzvlərinin mülkiyyətinə Ağcabədi rayonunun Aran kəndi ərazisindən 2,55 ha torpaq sahəsi verilmişdir. 2. 25 oktyabr 1999-cu il tarixli, 247 saylı əmlakdan pay haqqının verilməsi barədə akta əsasən, 2500 metr uzunluğunda dəmir borular pay haqq kimi X10 verilmişdir. 3. 02 iyun 2020-ci il tarixli daşınar əmlakın alqı-satqı müqav iləsinə əsasən, X13 tərəfindən 25 oktyabr 1999-cu il tarixli, 247 saylı əmlakdan pay haqqının verilməsi barədə akt əsasında ona verilmiş 2500 metrdən ibarət dəmir boruları 5000 manata iddiaçıya satılmışdır.

4. Azərbaycan Meliorasiya və Su təsərrüfatı ASC-nin X6 İdarəsinin 28 iyul 2020-ci il tarixli, 179 nömrəli məktubuna əlavə edilmiş ərizə və inventar akta əsasən, nasos stansiyası, subartezian quyusu, RTS-250 min tipli borulardan quraşdırılmış boru kəməri və 10 kilovatlıq elektrik veriliş xətti ümumillikdə 10381 manat qalıq dəyəri ilə Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X6 İdarəsinin (bundan sonra – cavabdeh) balansına verilmişdir. 30 noyabr 2006-cı il tarixli inventar aktına əsasən, 2200 metr uzunluğunda boru xətti idarənin balansına verilmiş, onun 350 metr hissəsində əsas lı təmir işləri aparılmışdır.

5. Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli. 2(017)-1020/2020 nömrəli qətnaməsi ilə İddiaçı Azərbaycan Meliorasiya və X19 Səhmdar Cəmiyyətinin X6 idarəsinə qarşı dəmir su borularından istifadəyə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması, su borularından istifadəyə qanunsuz müdaxilənən cavabdehə qadağan edilməsi tələbi təmin edilməmişdir.

6. Ağcabədi RİHB-nin Aran kənd İƏD-si üzrə nümyəndəsi tərəfindən verilmiş 05 mart 2021-ci il tarixli, 84 saylı arayışa əsasən, Ağcabədi rayonunun Aran kəndi ərazisində iddiaçının icarəsində və mülkiyyətində 22.50 ha torpaq sahəsi var. 2000-ci ildə həmin torpaq sahəsini suvara bilmədiyi üçün 2500 metrlik sink tərkibli dəmir borunu öz şəxsi vəsaiti hesabına almış və suvarma suyu işini aparmışdır. İş üzrə qə bul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin X6 idarəsindən, özünə məxsus ümumilikdə 20.000 manat dəyərində 500 ədəd diametri 250 mm olan 2500 metr uzunluğunda sink tərkibli dəmir su borularını, torpaq sahələrini suvarmaqdan ötrü 8000 ABŞ dolları dəyərində su nasosunu (motorunu), transformatoru və dinamosunu, həmçinin 2019-2021-ci illər ərzində sahibliyində olan 22,55 ha torpaq sahəsində yonca biçimində hər il üzrə 25 min manat olmaqla, maneələr nəticəsində ona vurulan zərərə görə əldən çıxmış fayda kimi 50.000 manat miqdarında pul kompensasiyasının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi işin yuxar ıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh özünün mövqeyindən sui-istifadə edərək onun şəxsi mülkiyyəti olan həm 500 ədəd 250 mm-lik 2500 metr uzunluğunda sink tərkibli dəmir borularını qanunsuz onun razılığı olmadan özbaşına ələ keçirərək mənimsəmiş, sahələri suvarmaqdan ötrü öz şəxsi vəsaiti ilə, yəni 8000 ABŞ dollarına satın aldığı su nasosunu (motorunu), transformatoru, dinamosu ilə birgə qanunsuz olaraq öz balansına keçirmiş, həm də onun əkin sahəsinə su vurmadığına görə 2019-2021-ci illər ərzində əldə edə biləcəyi gəlirdən, yəni hər il yonca biçimindən əldə etdiyi 25000 manatdan onu məhrum etməklə ona zərər vurmuşdur. Belə ki, torpaq sahəsinin su ilə təmin edilməsi məqsədilə məcbur olub öz şəxsi vəsaiti hesabına, yəni 10.000 manat müqab ilində Beyləqan rayon Təzəkənd kənd sakini X8 özünə məxsus 2500 metr uzunluğunda olan 500 ədəd sink tərkibli dəmir su boruları alıb sahədə yerləşdirmişdir. Su borularını Beyləqandan Ağcabədi rayon Aran kəndinə daşınmasını hazırda Aran kəndində məskunlaşmış Ağdam rayon sakini X2 məxsus traktoru və dayısı X4 traktoru vasitəsilə həyata keçirmişdir. Həmin vaxt ona bu işdə dayısı uşaqları və kənd sakinləri, o cümlədən qonşu torpaq sahibləri Qaçay, Elvin, Yaqub və digər şəxslər kömək etmişlər. Əlavə olaraq fəhləyə günəmuzd zəhmət haqqı ödəməklə torpağı suvarmaq üçün dəmir boruları yerləşdirmişdir. Su borusunu 2000ci ildən 2005-ci ilin sentyabr ayına kimi yanacaq motorundan istifadə etməklə həm onların, həm də qonşu pay torpaqlarının su ilə təmin edilməsini həyata keçirmişdir. 2005-ci ildə yanaca q nasosu Aran kənd sakinlərinin yaşayış evlərinə yaxın olduğu üçün traktorun səsi kənd sakinlərini naharat etdiyi üçün həm də torpağın suvarılmasının asanlaşdırılması üçün elektrik nasosunu öz vəsaiti ilə 8000 ABŞ dollara (o vaxt manatın dollara məzənnəsi ilə 5.600 manata) alıb Xan qızı kanalının 5 metrliyində yerləşdirərək su borusuna birləşdirmişdir. Həmin vaxtdan da cavabdehin yaratdığı qanunsuz müdaxiləyə kimi su nasosundan istifadə etmişdir. Hətta borunu birləşdirdiyi su nasosunun işlək vəziyyətdə olmasının təmin edilməsi üçün işləyən işçi X3 da aylıq zəhmət haqqını özü öz vəsaiti ilə ödəmiş, nasosun və borunun qırılan hissələrinin dəyişdirilməsinin bütün xərcini də o, özü çəkmişdir. Ümumilikdə həmin su borularının, elektrik matorunun, dinamonun və digər ləvazimatların alınaraq işlək hala gətirilməsinə 20000 manat məbləğində xərci çıxmışdır. Onun həmin bu boruları 2000-ci ildən əldə edərək yəni Beyləqan rayonundan gətirib pay torpaq sahələrində suvarmaya yerləşdirdiyini şahidləri də təsdiq edərlər. Bu barədə akt tərtib edilmişdir. Hazırda özünə məxsus su borularından, nə də su nasosundan istifadə edə bilmir. Bu səbəbdən də 2019-2021-ci illər üçün torpaqda əkin işləri də aparılmamış və torpaqdan əldə edə biləcəyi qazancdan da məhrum olmuşdur. O, məsələnin həll edilməsi üçün X6 İdarəsinə ərizə ilə müraciət etmiş, lakin həmin idarə Aran-1 su nasos stansiyasının xx.xx.2006-cı il tarixdən idarənin balansında olmasını bildirmişdir. Ona məxsus su borularına hansı səbəbdən maneə yaratmasına isə aydınlıq gətirməmişdir. Yəni, cavabdeh su borularının ona məxsus olmasını bilə-bilə qeyd edilən qanunsuz müdaxiləni yaratmış və həmin boruları qanunsuz olaraq ələ keçirmək niyyətini güdmüşdür. İddiaçı, onlara məxsus torpaq sahəsində əkin işləri aparmaqla ailəsinin maddi tələbatını əldə etdiyi qazancın hesabına ödəyir. 2000-ci ildən torpaqların suvarılmasını da ona məxsus həmin dəmir su boruları vasitəsilə həyata keçirmişdir. Cavabdehin su borularını ələ keçirməsi nəticəsində isə o, və ailə üzvləri 2019-2021-ci illər üçün əldə edə biləcəyi gəlirdən də məhrum olmuşdur. Torpaq sahəsində əkdiyi yoncanın biçilərək bağlamalarla satılmasından hər il 25000 manat qazanc əldə edirdi və ailə-uşaqlarının dolanışacağını təmin edirdi.

9. Məhkəmə icraatı zamanı şahid qismində dindirilən X13 bildirmişdir ki, əmlak payı kimi ona verilən 2500 metr uzunluğunda dəmir boruları 2020-ci ildə i ddiaçıya satmışdır.

10. Digər şahidlər X11 və X9 iddiaçının evinə su boruları apardıqlarını təsdiq etmişlər.

11. Digər şahid X1 bildirmişdir ki, o, cavabeh idarədə işləyir. Həmin mübahisəli su boruları və avandanlıqlar su idarəsinin balansına keçirilmiş, Ağcabədi rayonunun Aran kəndində «Aran-İ» su nasos stansiyası avadanlıqları ilə birlikdə (nasos, su boruları, transformator, elektrik xətləri və s.) 30 noyabr 2006-cı il tarixdə Ağcabədi rayonunun Aran Bələdiyyəsinin rəsmi müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2006-cı il tarixli, 83 nömrəli qərarına uyğun qaydada sənədləşdirilərək X6 idarəsinin balansına qəbul edilmiş və həmin vaxtdan onun istismar-təmir xərcləri idarə tərəfindən ödənilmişdir.

12. Ağcabədi Rayon Məhkəməsinin (bundan sonra – birinci insta nsiya məhkəməsi) 2(017)-1073/2022 nömrəli, 22 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim: Sulduz Ləzimov) iddiа qismən təmin edilmiş, cavabdehdən 500 ədəd 250 mm diametrli 2500 metr uzunluqda sink tərkibli dəmir su borularının və ya onların dəyəri olan 10.000 manat, su nasosu (matoru), transformatoru və dinamosu və ya onun dəyəri 5.600 manat, əldən çıxmış faydaya görə 2000 manat və dövlət rüsumuna görə ödənilmiş 142 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Birinci instansiya məhkəməsi işin faktiki hallarına tətbiq edilməli olan qanun normalarına uyğun qiymət verərək hesab etmişdir ki, iddiaçının iddia tələbi qismən edilməli, cavabdehdən 10.000 manat, su nasosu (matoru), transformatoru və dinamosu və ya onun dəyəri 5.600 manat, əldən çıxmış faydaya görə 2000 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi qanuna müvafiqdir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 157.2, 159, 162, 164.1, 164.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4, 233.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

15. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia edilən su boruları Suvarma Sistemləri idarəsinin əmlakı kimi 2006-cı ildən balansındadır, borular, eləcə də su nasosu, transformator vətəndaşlarının torpaqlarının suvarılmasına xidmət edir. Belə ki, bu əmlak iddiaçıya aid deyil, həmin əmlak idarənin qanuni sahibliyindədir. Həmçinin, su boruları ilə bağlı əvvəllər də tərəflər arasında məhkəmə mübahisəsi olmuş, hazırki iş üzrə iddiaçının cavabdehə qarşı mülkiyyətində olan dəmir su borularından istifadəyə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması, su borularından istifadəyə qanunsuz müdaxilənin cavabdehə qadağan edilməsi tələbi təmin edilməmişdir. Həmin qətnamə ilə iddiaçının iddia etdiyi su borularına mülkiyyət hüququnun olmadığı müəyyən edilmişdir.

17. Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 07 fevral 2023- cü il tarixli, 2(106)-324/2023 saylı qətnaməsi ilə (hakimlər: İlham Əsədov (sədrlik edən və məruzəçi), Samir Mayılov və Tofiq Heydərov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddiaçının cavabdehə qarşı şəxsə məxsus və qanunsuz balansa keçirilmiş əmlakın geri alınması və vurulmuş ziyana görə pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

18. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməsə də, birinci instansiya məhkəməsi iddianı əsassız olaraq təmin etmişdir.

19. Belə ki, birinci instansiya məhkəməsi 2500 metr uzunluqda sink tərkibli dəmir su boruları ilə yanaşı, su nasosunun (motorunun), transformatorun və dinamonun cavabdehdən alınıb verilməsini təmin et sə də, cavabdehin etirazından və iş materiallarından göründüyü kimi, Ağcabədi rayonunun Aran kəndində «Aran-İ» su nasos stansiyası avadanlıqları ilə birlikdə (nasos, su boruları, transformator, elektrik xətləri və s.) 30 noyabr 2006-cı il tarixdə Ağcabədi rayonunun Aran Bələdiyyəsinin rəsmi müraciəti əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 2006-cı il tarixli, 83 nömrəli qərarına uyğun qaydada sənədləşdirilərək X6 idarəsinin balansına qəbul edilmiş və həmin vaxtdan onun istismar-təmir xərcləri idarə tərəfindən ödənilmişdir. Həmin avadanlıqlar cavabdehin qanunsuz sahibliyində olmamışdır və hazırda da qanunsuz sahibliyində deyil. Digər tərəfdən, su nasosuna (motoruna), transformatora və onun dinamosuna iddiaçının mülkiyyət hüququnun olduğu, hər bir halda müəyyən edilmi r.

20. Həmçinin, apellyasiya instansiyası məhkəməsi su borularına münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin su borularını alqı-satqı yolu ilə 2020-ci ildə əldə etdiyini iddia etdiyi halda, Suvarma Sistemləri idarəsinin 2006-cı ildən qanuni sahibliyində və balansında olan əmlakın hansı qaydada satılması bəlli deyil. Halbuki, hazırki halda su borularının satılması real olaraq balansdan çıxarılmaqla və həmin əşyaların verilməsi ilə mümkün idi. Satıcı real olaraq öz mülkiyyətində olan əmlakı sata bilərdi. İddia edilən su borularının satıcı S.İmanovun real mülkiyyətində olması və ya əvəzsiz verdiyi halda həmin əmlakını onun geri alması müəyyən edilmir.

21. Eyni zamanda, əgər iddiaçı həmin su borularını traktora yığıb aparıbsa, onda həmin əmlakın cavabdehin qanunsuz sahibliyində olduğunu iddia etməsinin əsası yoxdur.

22. Bundan əlavə, iddiaçının iddia etdiyi su borularına mülkiyyət hüququnun olmadığı müəyyən edən qətnamə hazırda qanuni qüvvədədir və preyudisial qüvvəyə malikdir.

23. Məhkəmə kollegiyası o cümlədən hesab etmişdir ki, iddiaçı ona məxsus (fərdi müəyyən edilməyən əşya olaraq) su borularını balansa götürüb istifadə etməklə cavabdeh idarənin əsassız varlandığını iddia etsə də, hazırki halda iddiaçının tələbinin təmin edilməsi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinin dispozitiv şərtləri müəyyən edilmir. Cavabdeh iddiaçının hesabına varlanmamışdır. Bu baxımdan da iddianı təmin etmək üçün əsas yoxdur.

24. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, vurulmuş ziyanla bağlı iddia tələbi təmin edilə bilməz. Çün ki iddiaçıya məxsus əmlakın cavabdehin qanunsuz sahibliyində qalması, cavabdehin hərəkəti (hərəkətsizliyi) nəticəsində cavabdehə ziyan vurulması, ümumiyyətlə cavabdehin hər-hansısa ziyana düşməsi faktı müəyyən edilmir.

25. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1091.1, 1092.1, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 77.1, 82.3-cü maddələrinə və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin "Mahmudov Rusiyaya qarşı" iş üzrə 26 iyul 2007-ci il tarixli, "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarlarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək apelly asiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qeyri-obyektiv, cavabdehin maraqlarını birtərəfli qaydada müdafiə edən, habelə iddiaçının birinci instansiya məhkəməsində təqdim etdiyi sübutları, şahid ifadələrini, Ağcabədi rayon Aran Bələdiyyəsinin sədri olmuş X5 izahatını nəzərə almamaqla qətnamə qəbul etmiş, bununla da iddiaçının hüquqlarını pozaraq ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur.

28. Digər tərəfdən, qannvericilik eyni predmet və eyni əsas üzrə işlərin təkrar baxışına yol verməsə də, hazırki işdə tərəf eyni olsa belə, predmet vətəndaşın şəxsi mülkiyyəti, əsas isə mülkiyyətdəki əmlakın geri qaytarılması və belə hərəkətlər nəticəsində ona vurulmuş ziyanla bağlı əldən çıxmış faydanın tələb edilməsidir.

29. Kassator şikayətini Azərbaycan Respublikası Konstitusiyasının 13, 26, 29, 60, 71-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 157.2, 159, 164.1, 164.2, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 88, 217.1, 217.2, 217.3, 372-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

31. Maddə 13 (hissə 1). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

32. Maddə 13 (hissə 3). Mülkiyyət dən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

33. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə b ilər Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

35. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

36. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbayc an Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol veril mir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş material larında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırki kassasiya şikayətində iddiaçı tərəfindən qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərəfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun huquqi qiymət verilmişdir, məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kolle giyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 fevral 2023-cü il tarixli, 2(106)-324/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar