Məhkəmə qərarları › İş №2(102)-2172/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2172/2020

30.06.2020 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2172/2020 30.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakim Dəmirov İlqar Kamal oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, ilkin iddia üzrə İddiaçı, vəkili Vəkil1, ilkin iddia üzrə Cavabdeh, vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın geri qaytarılması tələbinə dair ilkin, iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13444/2019 saylı, 04 noyabr 2019cu il tarixli qətnaməsindən ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2451/2019 saylı, 22 iyul 2019cu il tarixli qətnaməsi ilə (sədrlik edən hakim A.N.Novruzova) ilkin iddianın qismən təmin edilməsi, İddiaçıya məxsus 583 əyar, 131.3. qram olan 6 ədəd üzük, 2 cüt sırğa, 2 ədəd sep, 1 ədəd saat, 1 ədəd qolbağ, 750 əyyar, 20,7 qram olan 1 ədəd sep; 916 əyar, 2,8 qram 1 ədəd klon; 750 əyar, 42,2 qram olan 2 ədəd sep və 1 ədəd qolbağın Cavabdeh alınaraq İddiaçı verilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, cavabdeh İddiaçı 5.830 manat (beş min səkkiz yüz otuz) məbləğində pulun tutularaq iddiaçı Cavabdeh verilməsi, qarşılıqlı iddia nın qalan hissədə təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13444/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), A.Ə.Hüseyn və R.Ə.Qurbanov), iddiaçı Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsinin qismən yəni, ilkin iddia tələbinin təmin edilən - çəkisi 42,2 qram olan 750 əyyarlı 2 ədəd sepin və 1 ədəd qolbağın Cavabdeh alınaraq İddiaçı verilməsi hissəsində ləğv edilməsi, həmin hissədə iddia tələbinin təmin edilməməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ər izəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus olan qızıl-zinət əşyaları: 583 əyyar, ümumən 131.3 qram olan 6 ədəd üzük, 2 cüt sırğa, 2 ədəd sep, 1 ədəd saat, 1 ədəd qolbağ; 750 əyyar, 20,7 qram olan- 1 ədəd sep; 916 əyyar, 2,8 qram 1 ədəd kulon; 750 əyyar, ümumən 42,2 qram olan 2 ədəd sep və 1 ədəd qolbağın - alınaraq ona verilməsi, habelə mənəvi zərər olaraq Cavabdeh 10.000 manatın alınaraq, ona ödənilməsi, maddi ziyan olaraq, məhkəmə xərclərinin 30 manat dövlət rüsumunun, 150 manat vəkilə ödənilmiş pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində 210 qram miqdarında qızıl-zinət əşyaları olmuşdur. Həmin qızıl-zinət əşyalarının bir qismi ona qayınatasından qalmış, toy nişan vaxtı ona gələn qızıllar olmuş, bir qismi anasından yadigar qalmış, bir qismini isə yaşadığı dövrdə əldə etmişdir. Bu qızıllar onun üçün yadigar olduğundan misilsizdir. Cavabdeh onun qızının tanışı olmuşdur. Ona məxsus olan qızılları o bacısının adına xxxxa girov qoyub, 8.000 manat pul götürmüşdü. Çox hissəsini ödəmiş, sonradan ödəyə bilməmiş, qızıllar bankda qalaraq faiz artmışdır. Qızıllar batmaq üzrə idi. Qızılları bankdan çıxarmaq üçün Könül və onun tanışı olan Dilarə adlı qadın ona kömək etmək istəmişlər. Buna görə də Könül demişdir ki, bankda çox qarışıq işləri var, ona görə də Dilarəni ona qoşaraq qızılları bankdan çıxarmaq üçün hərəkətlər etməyə başlamışdır. Buna görə də Dilarə onunla bir neçə dəfə xxxxa gedib, onun işini həll etməyə başlamışdır. Belə qərarlaşdı ki, bank müt əxxəsisi olan Osman qızılların təhvil alınması barədə akt tərtib edərək, qızılları azad etsinlər. Buna görə də Osman Baş İdarədən qızılları onunla birlikdə götürmüş, Könül də tez-tez onunla əlaqə yaradaraq, onları Əcəmidə yerləşən lombardda gözləmişdir. Onlar qızlları alıb mütəxəssislə birlikdə Könülün tanışı olan Əcəmidə yerləşən lombarda gəlmişdir. Orada Könülün tanışlığı və tapşırığı ilə həmin qızılları Əcəmidəki lombarda Könülün adına qoyub, 6500 manat pul götürmüşdür. Həmin pulu xxxxın mütəxssisi olan Osmana vermişdir. Bununla da xxxxa olan borcu bağlanmışdır. Könül ona demişdir ki, lombardda faiz çoxdur, bu səbəbdən qoy bir aylıq qızıllar qalsın, sonra ona kömək edər, burdan çıxarıb faizlər az olsun deyə tanışları olan banka yenidən girova qoyarlar. Bununla da guya ona kömək edəcək i di. Bununla razılaşdı. Əcəmidəki lombardda qızıllar 1 ay qalmış, o həmin lombarda 1000 manat pul ödəmiş, 400 manat isə faiz pulunu, ümumnilikdə 1400 manat pul ödəmişdir. Yəni 6500 manat puldan 1000 manat azaltmış, onun borcu artıq 5500 manat təşkil edirdi. Bundan təxminən 10-15 gün sonra Könül onun məlumatı olmadan 5500 pul taparaq, lombarda ödəmiş, qızılları girovdan azad edib aparmışdır. Bu barədə o təxminən 20-25 gündən sonra xəbər tutmuşdur. Belə ki, təxminən fevral- mart ayları axır çərşənbəyə yaxın Könül axşam saat təxminən 7-yə işləmiş iş yerinə gəlmiş, ona qızılları Əcəmidəki lombarddan çıxarıb, başqa lomborda aparıb qoyduğunu bildirmişdir. O buna etiraz etmiş, cavabdehlə bir neçə dəfə telefon vasitəsi ilə əlaqə saxlamasına baxmayaraq, cavabdeh yeni lombardın yeri barədə məlumat ve rməmişdir. Daha sonra cavabdeh ilə ümumiyyətlə əlaqə yarada bilməmişdir. O, polisə ərizə ilə müraciət etmiş, müxtəlif instansiyalara ərizələr yazmış, lakin hamısı faydasız olmuşdur. Nəsimi Rayonu 19-cu Polis Bölməsində araşdırma aparılmış, Könülün və onun izahatları alınmışdır. Lakin polis orqanları qeyd edilən məsələninin mülki xarakterli olmasını, buna görə də, məhkəməyə müraciət etməyi tövsiyə etmişlər. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona və cavabdehə məxsus zinət əşyalarının girovdan çıxarılmasına görə 5830 manat, əldən çıxmış fayda kimi 2000 manat, hüquqi yardıma görə nümayəndəyə ödənilmiş 100 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun cavabdeh İddiaçı tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh q arşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, 2013-cü ilin əvvəllərində cavabdehin qızı Ülkər ondan 2.200 manat dəyərində 50 qram çəkidə qızılzinət əşyaları götürərək altı ay ərzində pulunu ona verməyi vəd etmişdir. Lakin cavabdeh, vədinə əməl etməyərək götürdüyü zinət əşyalarına görə razılaşdıqları 2.200 manat məbləğində pulun 1900 manatını uzun müddət ərzində ona qaytarmamış, onunla görüşlərdən çəkinmiş, telefon zənglərinə cavab verməmiş, üzərinə düşən öhdəliyi yerinə yetirməkdən yayınmış, ondan götürdüyü qızılları anasına, cavabdeh İddiaçı verdiyini ona deyərək yoxa çıxmışdır. Çox büyük çətinliklə cavabdeh İddiaçı iş yerini tapıb, məsələnin həlli ilə bağlı ona müraciət edib, qızıllarını, ya da onun dəyərini qaytarmasını tələb etmişdir. Bütün səylərinə baxmayaraq, Ülkər və cavab deh İddiaçı hissəs-hissə ona 300 manat verib onlarda olan qalan qızıllarına görə verəcəkləri 1900 manat pulunu verməmiş, həmişə ona yalançı vədlər verməklə 4 il ərzində onu əmlakından məhrum etmişlər. 2016-cı ilin sonlarında ona məlum olmuşdur ki, Ülkər ondan götürdüyü 50 qram çəkidə olan qızılzinət əşyalarını anasına verdikdən sonra, sonuncu həmin qızlları özünə məxsus qızıllarla birlikdə bacısı Kəmalə Əliəsgərovanın adına "xxxx" ASC-də girov qoyaraq 8.000 manat pul götürüb öz ehtiyacları üçün istifadə etmişlər. Cavabdehin bacısı kredit borcunu vaxtında qaytarmaq imkanı olmadığından üstünə böyük faizlər gəlmiş, qızılların tam batmaq təhlükəsi yaranmışdır. Həmin vaxt, cavabdehin kredit müəssisəsində girov qoyduğu ona məxsus qızılların qaytarılmasına nail olmaq üçün cavabdeh onun belə bir t əklifini qəbul etmişdir ki, bankdan qızılları götürüb aylıq faizi aşağı olan lombardda girov qoyub əldə olunan pula cavabdehin bacısı K.Əliəsgərovanın bankdakı borcu bağlansın, daha sonra isə cavabdeh pul tapıb qızılları lombarddan çıxarsınlar. Bu qaydada onlar kredit müəssisəsinin razılığı ilə cavabdehin bacısının adına "xxxx" ASC-də olan qızılları götürüb Z.E.Əliyevə məxsus lombardda girov qoymuş, 6.500 manat pul əldə edib banka ödəmişdir. Cavabdehin təkidi ilə lombardda qızıllar onun adına girov qoyulmuşdur. Həmin vaxt o 42,2 qram qızılı özünə aid edib GJN № 071040 girov bileti əsasında, qalan hissəni isə GJN № 071041 girov bileti əsasında öz adına girov qoymuşdur. Ona məxsus qızıllara görə lombard 1800 manat, cavabdehin qızıllarına görə 4700 manat, cəmi 6500 manat pul vermişdir. Qızıll arın bu qaydada lombardda girov qoyulmasından cavabdehin məlumatı var idi və ona vəd etmişdir ki, ona aid qızıllara görə ödəniş edib girovdan çıxaracaq. 2016-cı ilin dekabr ayında cavabdeh GJN № 071040 girov bileti əsasında götürülmüş 1800 manat əsas borcdan 1000 manat ödəyərək lombarda olan ümumi borcu 5500 endirmiş, aylıq faiz borcuna görə isə 390 manat pul ödəmişdir. 2016-cı ilin yanvar ayının 17-də cavabdehlə birgə razılığına əsasən Z.E.Əliyevə məxsus lombarda 5500 manat ödəyib girov qoyulmuş qızılları götürüb aylıq faizi aşağı olan başqa bir lombardda onların bir hissəsini girov qoymuşdur. Razılıqlarına əsasən aylıq faizi cavabdeh ödəməli idi. Həmin vaxt o Zəhra adlı tanışından 4700 manat alıb əlavə olaraq 800 manat öz pulunu ona əlavə edib Z.E.Əliyevdəki krediti bağladığı üçün GJN № 071040 girov bileti əsasında qirov qoyduğu özünə aid zinət əşyaları özünə götürmüş, cavabdehə aid zinət əşyalarını isə ikinci dəfə lombarda girov qoymuşdur. Lakin cavabdeh 17 yanvardan 17 fevral 2017-ci ilədək lombarda aylıq faizi ödəməmişdir. Məcbur olub onun yerinə lombarda 330 manat aylıq faiz pulu ödəmişdir. Beləliklə, o girov qoyulmuş zinət əşyaslarının bir qismini girovdan azad etmək üçün cavabdehin yerinə ödədiyi 800 manatdan əlavə onun əvəzinə 330 manat aylıq faizi də ödəmişdir. Növbəti ödənişin 17 mart 2017-ci idlə olduğunu cavabdehə dəfələrlə bildirərək ödəniş etməsini, yaxud da əvvəlcədən vəd etdiyi kimi 5500 ödəyib qızılları girovdan çıxarılamasını dəfələrlə deməsinə baxmayaraq, İddiaçı heç bir ödəniş aparmadığından qızıllar lombard tərəfindən satılmış, qızıllara görə verilmiş kredit bağlanmışdır. Odur ki, hesab edir ki, məhkəmə ilkin iddia tələbini təmin edəcəyi təqdirdə cavabdeh İddiaçı 5830 manat məbləğində pul vəsaiti tutularaq ona verilməsi barədə qətnamə qəbul etməlidir. Həmçinin, cavabdeh 4 il ərzində həmin dövrdə dəyəri 1900 manat olan zinət əşyalarını yuxarıda qeyd olan qaydada qaytarmamaqla ona 2000 manat dəyərində ziyan vurmuşdur. Hesab edir ki, əldən çıxmış fayda kimi cavabdeh İddiaçı 2000 manat məbləğində pulun tutulub ona verilməsi barədə də qətnamə qəbul etməlidir. Bundan başqa, hazırkı məhkəmə prosesinə ona hüquqi yardım göstərdiyinə görə nümayəndəyə xərclədiyi 100 manat pul və dövlət rüsumu kimi büdcəyə ödədiyi 30 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutulub ona verilməlidir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qərarları qəbul edilmişd ir. Apellyasiya instansiyası məhkəmə kollegiyasının iş üzrə qətnaməsindən narazı qalaraq ilkin iddia üzrə İddiaçı həmin qətnamədən Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti vermiş və kassasiya şikayətində apelyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsinin ləğv edilib işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri: İlkin iddia üzrə İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə apellyasiya qaydasında baxan məhkəmə instansiyası işə qeyri-obyektiv yanaşmış, işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvəd ə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə İddiaçı və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Ali Məhkəmənin Mülki Kollegiyasının iclasında ilkin iddia üzrə Cavabdeh və vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Hüquqi məsələlər: Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə məruzəçi hakimin məruzəsini, ilkin iddia üzrə İddiaçı, vəkili Vəkil1, ilkin iddia üzrə Cavabdeh və vəkili Vəkil2 izahatlarını dinləyib hesab edir ki, aşağıdakılara əsasən ilkin iddia üzrə İddiaçı kassasiya ş ikayəti təmin olunmamalı, iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinin tələbinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Ali Məhkəmənin Mülki Kollegiyası Azərbaycan Respublikasının MPM-nin 416-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsinın yoxlanılması ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, hər bir halda kassasiya instansiyası məhkəməsi, baxılan mübahisəyə maddi və prosessual hüquq normalarının faktlar əsasında düzgün tətbiq olunubolunmamasına əsasla nıb apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının düzgün müəyyən edilib edilməməsini də yoxlamalıdır və bu yeni faktların müəyyən edilməsi kimi qiymətləndirilməməlidir. İş materiallarında olan GJN seriyalı, 071040 nömrəli girov biletinin surətindən görünür ki, Cavabdeh tərəfindən 2 sep və 1 qolbağ (42,2 qram) 01 dekabr 2016-cı il tarixdə girov qoyulmuş, girov predmetlərinin qiyməti 1.800 manat müəyyən edilmiş, girov qoyana 1.800 manat ssuda verilmiş, girovun çıxarılması vaxtı 01 yanvar 2017-ci il müəyyən edilmişdir. İşdə olan GJN seriyalı, 071041 nömrəli girov biletinin surətindən məlum olur ki, Cavabdeh tərəfindən 6 üzük, 2 cüt sırğa, 2 sep, 1 saat və 1 qolbağ (131,3 qram), 1 sep (20,7 qram) və 1 kulon (2,8 qram) 01 dekabr 2016-cı il tarixdə girov qoyulmuş, girov p redmetlərinin qiyməti 4.700 manat müəyyən edilmiş, girov qoyana 4.700 manat ssuda verilmiş, girovun çıxarılması vaxtı 01 yanvar 2017-ci il müəyyən edilmişdir. İş materiallarında olan 07.06.2019-cu il tarixli, 195270 nömrəli mədaxil qəbzinə əsasən Cavabdeh tərəfindən 100 manat məbləğində pul ödənilmişdir. İş materiallarına əlavə edilmiş 07 mart 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan 02 iyul 2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı Cavabdeh məhkəməyə müraciət etmək üçün 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, tərəflərin qarşılıqlı razılğı əsasında İddiaçı «xxxx» ASC qarşısında olan öhdəliklərin icra edilməsi və ona məxsus olan və bank qarşısında öhdəliklərin icrasının təminatı qismində girov qoyulmuş qızıl-zinət əşyaların griovdan azad edilməsi məqsədi ilə Cavabdeh şəxsi vəsaiti hesabına İddiaçı bank qarşısında öhdəlikləri icra edilmiş və qeyd edilən qızıl-zinət əşyaları lombardda girov qoyularaq, girov qoyulmuş əşyalar müqabilində verilmiş ssuda məbləği hesabına Cavabdeh şəxsi vəsaitindən xərclədiyi pul məbləği qaytarılmışdır. Cavabdeh İddiaçı bu işlərin görülməsində vasitəçi olmuş və nəticədə İddiaçı məxsus olan qızıl-zinət əşyaları Cavabdeh adına lombarda girov qoyulmuşdur. Daha sonra Cavabdeh tərəfindən 5.830 manat məbləğində pul vəsaiti ödənilərək mübahisə predmeti olan qızıl-zinət əşyaları girovdan azad edilmişdir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişd ir ki, ilkin iddia tələbini mübahisələndirilən hissədə təmin etməkdə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Çəkisi 42,2 qram olan 750 əyyarlı 2 ədəd sepin və 1 ədəd qolbağın Cavabdeh alınaraq İddiaçı qaytarılması ilə bağlı tələb üzrə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsaslanan həmin iddianın təmin edilməsi üçün maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Bu cür tələblər üzrə qanunverici sübutetmə yükünü tərəflər arasında bölüşdürmüşdür. Bel ə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini çəkisi 42,2 qram olan 750 əyyarlı 2 ədəd sepin və 1 ədəd qolbağın Cavabdeh alınaraq İddiaçı qaytarılması hissəsində təmin edərkən, qeyd olunan qızıl-zinət əşyalarının Cavabdeh onda olmasını etiraf etməsinə istinad etmişdir. Halbuki işin faktiki halları ilə Cavabdeh belə bir etiraf etməsi müəyyən edilməmişdir. Belə ki, sonuncu, birinci instansiya məhkəməsi baxışı zamanı izahatında eləcə də qarşılıqlı iddiasında girov qoyulan qızıl-zinə t əşyaların bir hissəsinin ona məxsus olmasını bildirmişdir. Sübutetmə yükünün bölüşdürülməsi qaydasına dair göstərilən yanaşma baxımından apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı sadaladığı çəkisi 42,2 qram olan 750 əyyarlı 2 ədəd sepin və 1 ədəd qolbağın ona məxsus olmasını mötəbər dəlillərlə sübut edə bilməmiş, hər hansı mötəbər sübutla dəstəklənmədiyi halda isə yalnız şifahi bildirilənlərə əsasən onun həmin tələbini əsaslı hesab etmək mümkün deyildir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Cavabdeh iddiaçının qızı X1 üçün özünə məxsus qızıl-zinət əşyaları vermişdir. Qeyd edilən qızıl-zinət əşyalarının satışından əldə olunacaq məbləğdən 2.200 manat X2 Könül Əsgərağa qızına ödəməli idi. Lakin razılaşdırılan məbləğdən cəmi 300 manat ödənilm işdir. İş materiallarında olan kassa mədaxil order qəbzlərindən və 01.12.2016-cı il tarixli, 071040№-li girov biletindən görünür ki, həmin iki ədəd sep və bir ədəd qolbağı ayrıca girov bileti ilə özünə məxsus əşyalar kimi Cavabdeh tərəfindən girov kimi qoyulub, ssuda götürülmüşdür. Həmin ssuda Cavabdeh tərəfindən ödənilmişdir. Göründüyü kimi İddiaçı - çəkisi 42,2 qram olan 750 əyyarlı 2 ədəd sepin və 1 ədəd qolbağın mülkiyyətçisi olmasını və həmin əşyaların qanunsuz olaraq Cavabdeh olmasını sübut edə bilməmişdir. Həmçinin həmin hallar işin faktiki halları ilə müəyyən edilməmişdir. Apelyasiya instansiyası məhkəməsi ilkin iddianın təmin edilən - çəkisi 42,2 qram olan 750 əyyarlı 2 ədəd sepin və 1 ədəd qolbağın Cavabdeh alınaraq İddiaçı qaytarılması hissəsi ilə bağlı birinci instansiya məhk əməsinin gəldiyi nəticə ilə razılaşmasa da qarşılıqlı iddianın rədd edilən hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Apelyasiya instansiyas ı məhkəməsi qeyd etmişdir ki, Cavabdeh əldən çıxmış fayda olaraq 2.000 manat pul məbləğinin onun xeyrinə tutulmasını tələb etsə də, real olaraq belə bir gəlirin əldə edilməsinin mümkünlüyünü təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim etməmişdir. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini və işə qeyriobyektiv yanaşıldığını qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Ali Məhkəmənin Mülki Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəmə kollegiyasının gəlmiş olduğu nəticəni işin faktiki halları ilə müqayisəli tərzdə öyrənib, həmin nəticənin qanunauyğun olması qənaət inə gəlir və hesab edir ki, işə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün baxılmış, mübahisəli hüquq münasibətlərinə faktlar nöqteyi nəzərincə və tərəflərin qarşılıqlı münasibətləri zəminində düzgün hüquqi qiymət verilməklə iş üzrə qanunauyğun və əsaslı nəticəyə gəlinmişdir. Məhkəmə Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən gəlinən nəticənin ləğv edilməsi üçün kassasiya şikayətində göstərilən xüsusatların yetərli olmadığını qeyd edir və hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi kassasiya şikayətində göstərilən formal mülahizələr baxımından ləğv edilə bilməz və ona görə də kassasiya şikayəti təmin olunmadan saxlanılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 417.1.1-ci və 419-cu maddələrinə əsasən məhkəmə kollegiyası Qərara aldı: İlkin iddia üzrə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmasın. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13444/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar