Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2172/2021 03.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mülki hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçının vəkili Vəkil1 Ziyəddin oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6532/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli, 1(044)15/2019 saylı hökmü ilə X2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 179.2.2, 179.2.3, 179.2.4, 32.4, 312.1 və 313-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və ona CM-in 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələri ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 3(üç) il 6(altı) aymüddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 32.4, 312.1-ci həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 313-cü maddəsi ilə həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə X4 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nin 66.5-ci maddəsinə əsasən X4 Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli 1(104)-139/2019 saylı qərarı ilə təyin edilmiş 03 (üç) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 7(yeddi) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə X4 qəti olaraq 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifəsi tutma hüququndan məhrum edilməklə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, X4 cəza cinayətlərin məcmusu üzrə təyin edildiyindən və Gəncə Apellyasiya Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 1(104)139/2019 saylı qərarı üzrə nin cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində cəzaçəkməsinin qərara alınmasının nəzərə alınması, ibtidai həbs müddətinin cəzaçəkmə müddətinə daxil edilməsi və cəzaçəkmə müddətinin əvvəlinin tutulduğu tarixdən, yəni 10 aprel 2018-ci il tarixdən hesablanması, hökm qanuni qüvvəyə minənədək X3 barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması, X4 təyin edilmiş 04 (dörd) il müddətinə dövlət və yerli özünüidarə orqanl arında rəhbər vəzifəsi tutma hüququndan məhrum etmə əlavə cəzasının əvvəlinin əsas cəzanın çəkilib qurtardığı andan hesablanması, zərərçəkmiş hüquqi şəxs, eyni zamanda mülki iddiaçı “xxxx” ASC-nin mülki iddiası əsaslı olduğundan tam təmin edilməsi, təqsirləndirilən şəxs X1 13836,15 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” ASC-nə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmiş 20.02.2012-ci il tarixli, 16.04.2012-ci il tarixli, 25.04.2012-ci il tarixli, 14.05.2012-ci il tarixli, 28.06.2012-ci il tarixli və 08.12.2017- ci il tarixli, 10.05.2016-cı il tarixli 501 №-li, 01.07.2017-ci il tarixli, 22.08.2016-cı il tarixli 501 №-li və 29.11.2017-ci il tarixli kassa məxaric orderləri, 26.04.2016-cı il tarixli 500 №- li, 10,05.2016- cı il tarixli 501 №-li, 01.07.2016-cı il tarixli 502 №-li, 22 avqust 2016-cı il tarixli 501 №-li kassa-mədaxil qəbzləri, Elçin Süleymanovun istintaqa təqdim etdiyi səs yazıları qeyd olunmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş cəmi 140 (bir yüz qırx) manat məbləğdə pul vəsaitinin təqsirləndirilən şəxs dən tutularaq Az.MEM-in hesaba keçirilməsi hökm edilmişdir. Hökmlə müəyyən edilmişdir ki, X6 həmin vəzifədə işləyərkən təkrarən Gəncə şəhər sakini İddiaçı «xxxx» ASC-nin Gəncə filialında olan ******************** № li hesabında olan pulu vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib talama məqsədilə, guya İddiaçı tərəfindən hesabında olan pulun məxaric olunması görüntüsü yaratmaq üçün tamah n iyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 29.11.2017-ci il tarixli kassa məxaric orderini Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib, həmin orderlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək sənədlərdə “pulu aldı” qrafasında İddiaçı əvəzindən imzalamaqla, həmin saxta sənəd əsasında bankın Yeni Gəncə şöbəsinin kassasından 29.11.2017-ci il tarixli kassa məxaric orderi ilə 4000 (dörd min) ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6800 (altı min səkkiz yüz) manat pulu götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş «xxxx» ASC-yə məxsus xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə təkrarən vəzifə saxtakarlığı törətmişdir. İş üzrə qəbul edil miş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi ilə məhkəmədə iddia qaldıraraq, cavabdehdən 6800 (manat, o cümlədən 30 manat ödənilmiş dövlət rüsumunun, ümumilikdə 6830 manat pulun tutulub ona ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehdən 4000 ABŞ dolları (6800 manat ekvivalentində) pulun tutulub iddiaçıya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini оnunlа əsаslаndırmışdır ki, cavabdeh onunla aralarında olan müqavilə əsasında öz üzərinə düşən öhdəliyin icrasından qərəzli olaraq, bilərəkdən boyun qaçırır və müqavilə üzrə yaranan öhdəliyini icra etməməklə o na mühüm maddi zərər vurur. Belə ki, iddiaçı 21.09.2017-ci il tarixində “xxxx” ASC-nin Gəncə filialına yaxınlaşaraq cari dollar hesabına 4000 (dörd min) ABŞ dolları məbləğində pul qoymuşdur. Məqsəd Avropa ölkələrinə səfər vizası əldə etmək üçün tələb edilən hesabdan çıxarışla bağlı arayışı bankdan əldə etmək idi. İddiaçı bankdan lazımı arayış alıb, daha sonra viza əldə edib, ölkə xaricinə getdi. Qayıtdıqdan sonra hesabda olan vəsaitini çıxarmaq üçün Banka yaxınlaşdığında iddiaçıya bildiriblər ki, onun hesabında olan 4000 ABŞ dolları məbləğində vəsait özü tərəfindən 29.11.2017-ci il tarixində çıxarılmışdır. Bu halla bağlı iddiaçı cavabdeh “xxxx” ASC-yə yazılı olaraq dəfələrlə müraciət etdi. Bankın rəsmi şəxsləri iddiaçıya problemin qısa müddətdə həll ediləcəyini və vəsaitini rahatlıqla çıxa ra biləcəyini bildirsələr də, hazırki günə qədər bu baş verməmişdir. Daha sonra iddiaçının müraciətləri əsasında Bank cari məsələ ilə bağlı işin araşdırılması üçün aidiyyəti üzrə Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi məsələ üzrə bankın əməkdaşı olmuş X6 barəsində cinayət işi başlamış və cinayət işinə dair iddiaçının izahatı alınmışdır. Cinayət işinin araşdırması nəticəsində aşkar olunmuşdur ki, Bankın əməkdaşı X6 onun «xxxx» ASC-nin Gəncə filialında olan ******************** №li hesabında olan pulu vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən istifadə edib talama məqsədilə, guya İddiaçı tərəfindən hesabında olan pulun məxaric olunması görüntüsü yaratmaq üçün tamah niyyəti ilə biləbilə yalan məlumatlar daxil etdiyi rəsmi sənəd sayılan 29.11.2017-ci i l tarixli kassa məxaric orderini Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsində yerləşən bankın Yeni Gəncə şöbəsinin inzibati binasında tərtib edib, həmin orderlərə tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil edərək, sənədlərdə "pulu aldı" qrafasında İddiaçı əvəzindən imzalamaqla, həmin saxta sənəd əsasında bankın Yeni Gəncə şöbəsinin kassasından 29.11.2017-ci il tarixli kassa məxaric orderi ilə 4000 ABŞ dolları, həmin dövrün məzənnəsi ilə 6800 manat pulu götürüb şəxsi ehtiyaclarına sərf etməklə, ona etibar olunmuş «xxxx» ASC-yə məxsus xeyli miqdarda əmlakı mənimsəmə yolu ilə talamış, tamah niyyəti ilə vəzifə saxtakarlığı törətmişdir. Cari iş üzrə iddiaçı, Bankın əməkdaşının etdiyi ehtimal edilən cinayət əməli faktından və nəticəsindən asılı olmayaraq, özünə məxsus, xüsusi əm lakı olan 4000 ABŞ dolları 6800 manat məbləğindən əsassız olaraq məhrum edilmişdir. Məhkəməyə təqdim olunmuş "xxxx" ASC tərəfindən verilmiş 21.09.2017-ci il tarixli qəbzdən müəyyən edilir ki, İddiaçı hesabında 4000 ABŞ dolları məbləğində pul vardır. "xxxx" ASC tərəfindən verilmiş 29.11.2017-ci il tarixli məxaric orderində qeyd edilmişdir ki, İddiaçı bankdakı hesabından 4000 ABŞ dolları məbləğində pul çıxarmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Rəşid Səmədov) 2(006)-215/20 saylı 10 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə Mülki Məcəllənin 21, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1099.2-ci, Mülki Prosessual Məcəllənin 82.4, 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehin ke çmiş işçisinin iddiaçıya qarşı cinayət əməlini, ona məxsus pulu mənimsəməsi faktı məhkəmə hökmü ilə öz təsdiqini tapmışdır. Ona görə də, iddia tələbi təmin edilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Tofiq Səmədov - sədrlik edən və məruzəçi, X5 Səmədov, İkram Şirinov) 01 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq hesab etmişdir ki, iddianı tələbini təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əs aslar vermir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsini istinad etdiyi məhkəmə hökmündə iddiaçıya məxsus pul vəsaitinin məhkum X6 tərəfindən m ənimsənilməsi müyyən edilmişdir. Ona görə də, həmin pul vəsaitini bank deyil, X6 ödəməlidir. Məhkəmə bu hala əhəmiyyət verməyərk iş ürə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat verilmədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 41 5.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətd iyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Maddə 1099.2. Bu Məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 82.4. Cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Başq a iş üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya hökmü ilə müəyyən olunan faktlar preyudisial faktlar adlanır. Bu zaman göstərilən faktlar mülki iş üzrə iştirakçıların dairəsindən asılı olmayaraq hamı üçün preyudisialdır və bu faktlar heç kim tərəfindən mübahisələndirilə bilməz. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiy ası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyi ndən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işin mübahisələndirilməyən halı ilə cavabdeh bankın işçisinin törətdiyi cinayət əməli nəticəsində iddiaçıya maddi ziyan dəymişdir. İşə baxan məhkəmələr Mülki Məcəllənin mülki hüquq pozuntusu (delikt) ilə bağlı normlaara istinad edərək iddia tələbini təmin etməklə mübahisəyə maddi hüquq normasını düzgün tətbiq etmişlər. Cavabdeh kassasiya şikayətində həmin əməlim mülki hüquq pozuntusu deyil, cinayət əməli olduğunu göstərmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başq a sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyytə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntusunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik) habelə, zidd əməllə onun ictimaitəhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Cavabdehin işçisi törtədiyi cinayət əməli ilə eyni zamanda mülki hüquq pounzutusu da sayılır. Belə ki, həmin əməllə iddiaçıya məxsus pul mənimsənilmiş, iddiaçının əmlakına ziyan dəymişdir. Kassasi ya şikayətinin həmin pulun cinayət işi üzrə təqsirləndirilən şəxsdən tələb etməli olması ilə bağlı dəlilnə münasibətdə məhkəmə kollegiyiası qeyd edir ki, həmin cinayət işi üzrə hökmlə cavabdeh bank mülki iddiaçı qismində tanınmış və hökmlə 13386 manat pulun bankın xeyrinə tutulması müəyyən edilmişdir. Ona görə də, iddiaçı tələbini cavabdeh banka yönəltməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6532/2020 nömrəli iş üzrə 01 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.