Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2172/2025 09.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icra qeydinin ləğv edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), X2 və Zaur Əli oğlu Əliyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı notariat ofisinə qarşı “icra qeydinin ləğv edilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2025-ci il tarixli, 2(105)-419/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 09 sentyabr 2025-ci il tarixdə Ali Məhkə mənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Borc münasibətlərindən irəli gələn mübahisəyə əsasən, İddiaçı Cavabdeh1 ASC ilə bağladığı kredit müqaviləsinə əsasən, Cavabdeh1 ASC tərəfindən İddiaçı 50000 manat kredit xətti açılmışdır.
2. Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024- cü il tarixli, 8İ-4440 reyestr nömrəli icra qeydi əsasında, Cavabdeh1 ASC-nin (VÖEN: **********) xeyrinə İddiaçı DCLT00273626-03 saylı müqaviləyə əsasən, müddət üçün vaxtında ödənilməmiş 53696,52 manat pul vəsaitinin tutulması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Cavabdeh1 ASC və Abşeron rayon 1 saylı Notariat Ofisinə qarşı icra qeydinin ləğv edilməsi tələbinə dair iddia əri zəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin qanunsuz olduğundan ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə 2022-ci ilin sentyabr ayında onlayn qaydada müraciəti əsasında 33.800 manat məbləğində kredit ona rəsmiləşdirilmişdir. Həmin krediti vaxtında ödəyə bilməmişdir. Buna baxmayaraq, bank ondan süni şişirdilmiş əsassız faiz və cərimə rəqəmləri ilə kredit borcunu tələb edərək, Abşeron rayon 1 saylı Notariat Ofisinə müraciət edərək, 6254.57 manat məbləğində cərimə pensiyası, cəmi 59976.09 manat pul vəsaitinin tutulmasını xahiş etmişdir. İcra qeydində DCLT00273626-03 nömrəli müqaviləyə istinad olunsa da, müqavilənin tarixi göstərilməmişdir. Burdan belə anlaşılır ki, Abşeron rayonu 1 saylı Notariat Ofisi rəsmi müqavilə olmadığı üçün mücərrəd və mübahisəli rəqəmlərlə iddiaçı bankın tələbini qeyrimüəyyən formada təmin edərək icra qeydi vermişdir. Cavabdeh Abşeron rayonu 1 saylı Notariat Ofisinə müraciət edərək xx.xx.2024-cü il tarixli icra qeydi almış və Abşeron rayon İcra Şöbəsinə göndərmişdir. Aşağıda qeyd olunanlara əsasən hesab edir ki, Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024- cü il tarixli icra qeydinə əsasən tələb olunan 59976.09 manat məbləğində tələb Cavabdeh1 Açıq Səhmdar Cəmiyyəti tərəfindən öz maraqlarını nəzərə almaqla hesablandığı və həqiqətə uyğun olmadığı üçün və onun əsasında qanunsuz və əsassız verilmiş icra qeydi ləğv olunmalıdır. Barəsində Abşeron rayonu 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli icra qeydinin mövcud olduğunu, xx.xx.2024-cü tarixində Abşeron rayon İcra şöbəsinin icra məmurundan götürdükdən sonra məlumatı olmuşdur. Beləliklə, cavabdehlə aralarında bağlanmış onlayn kredit müqaviləsinə əsasən, iddiaçıdan 6254.57 manat məbləğində cərimə pensiyası, cəmi 59976.09 manat olmaqla borcu tələb edilir. Hesab edir ki, rəqəmlər arasında olan ziddiyyəti Cavabdeh1 ASC tərəfindən öz maraqlarını nəzərə alaraq hesablanmış və həqiqətə uyğun deyil. Borclu kimi maraqlarına toxunan Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən mübahisəli rəqəmləri əks etdirən verilmiş olan xx.xx.2024-cü il tarixli icra sənədi bu qayda da icra e dilə bilməz və onun icrası “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 17.1.4-cü maddəsinin tələblərinə uyğun olaraq məcburi dayandırılmalıdır.
5. Məhkəmə iclasında Cavabdeh1 ASC-nin nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı özünün qeyd etdiyi ünvana Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi ünvanına bildiriş göndərilmiş, lakin ünvanda olmaması səbəbi ilə bildiriş iddiaçıya çatdırılmamışdır. İddiaçının öz ünvanını səhv qeyd etməsinə görə Cavabdeh1 ASC cavabdehlik daşımır. Bildirişdən sonra qanunvericiliklə nəzərdə tutulmuş müddətdən sonra icra qeydi verilmişdir. Odur ki, icra qeydi tam qanunidir və ləğvi üçün əsas yoxdur.
6. Abşeron Rayon Məhkəməsinin (hakim H.Əhmədov) xx.xx.2024-cü il tarixli, e2(012)-2932/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.
7. Məhkəmə bildirmişdir ki, Abşeron rayon 1 saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli icra qeydindən müəyyən olunur ki, notarius “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən, borcludan 53696.52 manat borcun tutulması barədə icra qeydi vermişdir. Müqavilə üzrə borcun geri qaytarılmaması tələbkarda onun ərizəsi əsasında müqaviləyə dair icra qeydinin verilməsi üçün əsas yaratmışdır. Belə ki, İş materiallarında olan Cavabdeh1 ASC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, PBOUT00669-2024 nömrəli bildirişdən göründüyü kimi borcun 20 gün müddətində ödənilmədiyi halda “Notariat haqqında” Qanunun 76-cı maddəsinin tələblərinə əsasən, tələbkar qarşısında icra edilməmiş öhdəliyin icrasını təmin etmək üçün y aranmış borc məbləği barəsində notarius tərəfindən icra qeydi aparılacağı bildirilmişdir. Poçt xidmətləri aparan Courier Service tərəfindən Cavabdeh1 ASC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan göründüyü kimi Cavabdeh1 ASC tərəfindən xx.xx.2024-cü il tarixində 845164 saylı qaimə ilə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi Ə/D, Aşağı Güzdək qəsəbəsi ünvanına İddiaçı məktubun göndərilməsi sifariş edilmiş, göstərilən ********** saylı telefon nömrəsi ilə heç bir əlaqə yaratmaq mümkün olmamışdır. Bu səbəbdən məktub geri qaytarılmışdır. Məktuba bu faktı təsdiq edən qəbz də əlavə edilmişdir. Odur ki, iş materiallarından göründüyü kimi tələbkar tərəfindən borcluya ödəniş etməsi barədə bildiriş göndərilmiş, lakin borclunun ünvanına gedilməsinə baxmayaraq borclu ilə əlaqə saxlamaq mümkün olm amış, bildiriş borcluya çatmamış və bu barədə bildirişdə qeyd aparılmış, daha sonra isə icra qeydi verilmişdir. Bu səbəbdən də icra qeydi “Notariat haqqında” Qanunun 76-cı maddəsinə, “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın bəndlərinə uyğun və qanuni şəkildə aparılmışdır.
8. Məhkəmə hesab etmişdir ki, iddiaçının iddia tələbində istinad etdiyi hallar icra qeydinin ləğv edilməsi üçün əsas ola bilməz və icra qeydi notarius tərəfindən verilərkən qanunvericiliyin tələbləri pozulmamış, qanunla nəzərdə tutulmuş qaydada verilmişdir.
9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445, 739.1, 739.2, 324.1, 329.2, 331.1, 334.1-ci maddələrinə, Azərbaycan Respublikası “Notariat haqqında” qanunun 76, 78, 79-c u maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 161, 162-ci bəndlərinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddiaçının apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə analoji məzmunda əsaslandırılmış, əlavə olaraq bildirilmişdir ki, mübahisələndirilən icra qeydində tərəflər arasında bağlanan onlayn kredit müqaviləsinə əsasən, iddiaçıdan 6254.57 manat məbləğində cərimə peniyası daxil olmaqla cəmi 59976.09 manat borc tələb edilir. Göründüyü kimi rəqəmlər arasında olan ziddiyət Cavabdeh1 ASC tərəfindən öz maraqlarına uyğun hesablanmış və həqiqətə uyğun deyil. Bu səbəbdən Abşeron rayon 1 saylı Notariat Ofisi tərəfindən əsassız verilmiş xx.xx.2024-cü il tarixli icra sənədi icra edilə bilməz. Məhkəmə qətnaməsində qeyd edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Tələbkar tərəfindən icra qeydi aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlu matına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Məhkəmə bu hala istinad etsə də işin hallarını tam araşdırmamış, qeyd olunan hissədə qanunvericiliyin və təlimatın tələblərinə riayət edilib-edilməməsinə qiymət verməmişdir. Məhkəmənin qətnaməsində əlaqələndirdiyi sübutlar bir-birinə ziddir. Məhkəmə ziddiyyətli sübutları və halları rəhbər tutaraq iddianı rədd etmişdir.
12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Ayaz Mahmudov (sədrlik edən və məruzəçi), Səyyad Qafari və Afiq Hüseynzadə) 7 aprel 2025ci il tarixli, 2(105)-419/2025 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Abşeron Ray on Məhkəməsinin e-2(012)-2932/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
13. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq, iddiaçının icra qeydi verilən kredit xətti müqaviləsi üzrə borcunun daha az olması barədə dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, bu istiqamətdə iddiaçının dəlilləri formal mülahizələrdən irəli keçməmişdir.
14. İddiaçının dəlillərindən biri ondan ibarətdir ki, sonuncu Bank tərəfindən göndərilmiş bildirişin ona çatmadığını, bildirişdə qeyd olunan mobil telefon nömrəsinin neçə vaxtdır işləmədiyini bildirir. Kollegiyanın araşdırması zamanı da iddiaçının nümayəndəsi və vəkili iddiaçının neçə vaxtdır həmin ünvanda yaşamadığını, Bakı şəhəri 20 Yanvar ərazisində kirayədə qaldığını bildir mişdir.
15. Apellyasiya şikayətinin bu dəlili ilə razılaşmayan kollegiya bildirmişdir ki, iddiaçı özü Bankla müqavilə bağlanan zaman həmin ünvanı (Abşeron rayonu, Güzdək qəs. Ərazi dairəsi, Aşağı Güzdək qəs.) və mobil telefon nömrəsini vermiş, nümayəndəsi məhkəmə iclasında bu halı təsdiq etmişdir.
16. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, bu kimi hallarda borclunun ünvanını dəqiqləşdirmək kreditorun yox, məhz məlumat vermək vəsifəsi borclunun üzərinə düşür. Yəni kreditorun borclu qarşısında belə bir öhdəliyi yoxdur. Əks halda, bu borclunun hər dəfə müxtəlif ünvanlar göstərməklə tələbdən (ödənişdən) yayınması hallarına gətirib çıxarar. Digər tərəfdən, iddiaçı borcun çox hesablandığını bildirsə də bununla bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmiş, əksinə iş materia llarında olan sənədlərdən (i/m 8) müəyyən edilir ki, sonuncunun gecikmə günlərinin sayı 294 gün təşkil edir.
17. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, borclu iddiaçı kreditor (cavabdeh) qarşısında pul öhdəliyinin olmasını bilir və bunu inkar etmir, hətta iddiaçının nümayəndəsi və vəkili yaranmış müəyyən çətinliklərə görə pulu ödəyə bilmədiklərini, lakin yaxın vaxtlarda ödənişə başlayacaqlarını da bildirir.
18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının niyyəti ödənişləri bir qədər də uzatmaq məqsədi daşıyır ki, bu da kredit verənin mənafeyinə uyğun olmamaqla, ümumi prinsiplərinə ziddir. Çünki, bu kimi yayınmalar kredit institutunun mahiyyətinə zidd olmaqla ədalətli hesab edilə bilməz. Bu cür münasibət ayrı-ayrı şəxslər tərəfindən kredit institutlar ına və Banklara olan inamın və etibarın itirilməsi ilə nəticələnə bilər. Nəticədə isə, bu inamın və etibarın itirilməsindən ən çox Banklar (kredit təşkilatları) zərər çəkə bilər. Çünki, cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd iddiaçının hüququnu həyata keçirməsi və aralarında yaranmış mülki hüquq münasibətlərini nəzərə almaq istəməməsi yalnız və yalnız hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilər.
19. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozuntusu hallarının olduğu müəyyən edilmir və birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir.
20. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 425.1, 442, 445,739.1,739.2-ci maddələri nə, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 6.1.4.-cü maddəsinə, “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76,79-cu maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”a və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin” Siyahısına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instans iyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000- ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” 161-ci bəndinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli 156 nömrəli Qərarının tələbləri pozulmuşdur. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun bo rcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. Apellyasiya instansiya məhkəməsi bu qaydaların pozulmasını aşkar vəziyyətdə araşdırma zamanı müəyyən etsə də bu hallara əhəmiyyət verməyərək qanunun müddəalarını kobud şəkildə pozmuşdur.
23. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normaları ilə bağlı qanunun normalarını yanlış təsvir etməklə səhv nəticəyə gəlmiş, mülki işin materialları ilə müəyyən e dilmiş faktlara və tərəflərin izahatlarına, işdə olan yazılı sübutlara düzgün hüquqi qiymət verməmişdir, çəkişmə prinsipini pozmuş, birinci instansiya məhkəməsinin buraxdığı pozuntuları təkrarlayaraq qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə kollegiyasının gəldiyi nəticə tamamilə yanlış və absurddur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. Cavabdeh "xxxx" ASC kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-419/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi iş materialları ətraflı araşdırılmaqla, mövcud vəziyyət düzgün qiymətləndirməklə, qanunvericiliyin bütün aidiyyəti normaları nəzərə almaqla qəbul edilmişdir. Bu səbəbdən də sadalanan, eləcə də məhkəmə proseslərində araşdırıl araq sübuta yetirilmiş hallar nəzərə alındıqda, kassasiya şikayətinin təmin edilməsinə, istinad olunan qətnamənin hər hansı formada ləğv edilməsinə və dəyişdirilməsinə əsas yoxdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
26. Madddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surə tdə, beləşərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə
445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o icranı xatırlatma üzrə gecikdirmiş sayılır.
29. Madddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
30. Madddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
31. Maddə 6.1.4. Notariusun icra qeydləri icra sənədi sayılır. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə
76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
33. Maddə
79. İcra qeydinin aparılması barədə ərizə müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sisteminə və ya fiziki şəxsin yazılı ərizəsi notariat ofisinə daxil olduqdan sonra notarius bir iş günü müddətində icra qeydini aparır və icra qeydini müvafiq icra hakimiyyəti orqanının Elektron notariat informasiya sistemi vasitəsilə “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra olunması üçün müvafiq icra hakimiyyəti orqanının Elektron icra informasiya sisteminə göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respubli kasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”
34. Bənd
161. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “ Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. İcra qeydinin aparılması üçün tələbkar borclunun olduğu yer üzrə notariat ofisinə müraciət etdikdə, notarius depozit hesabları vasitəsilə həmin borcun qaytarılıb qaytarılmamasını yoxlayır. Bu abzasın birinci cümləsi borcun depozit hesabı vasitəsilə verildiyi hallara şamil edilir. İcra qeyd i ilə bağlı notariat işinin içərisində olan sənədlərdən məlum olmuşdur ki, bildiriş xüsusi kuryer poçtları tərəfindən göndərilmiş olsa da, onun borclu tərəfindən alınmasını təsdiq edən hər hansı bir mötəbər sənəd əldə edilməmişdir. Mülki işin materiallarından göründüyü kimi bildiriş geri qayıtmışdır. Tələbkar bank icra qeydi verilməmişdən öncə problemli şöbə dəfələrlə borclu İddiaçı banka dəvət edərək söhbətlər aparmışdır. Dəfələlərlə istifadə etdiyi mobil nömrəsinə zənglər aparılmışdır. Lakin bildiriş borclunun ünvanına düzgün göndərilməmişdir. Belə olan halda notariat icra qeydi verə bilməzdir. Bu cür prosessual pozuntulara məhkəmə kollegiyası heç bir qiymət verməmişdir. Hazırki normaya məhkəmə kollegiyası istinad etməkdə hesab edirik ki, haqlı olmamışdır. Belə ki, qanunda bildirişin alı nmasında söhbət gedirsə borclunun bildirişi alması iş materialları ilə müəyyən edilməmişdir. Göndərilmə də düzgün icra edilməmişdir. Bununla bağlı da tələbkar bank yuxarıda qeyd olunan qanunun müddəalarına istinad etməklə haqlı olmamışdır.
35. Bənd
162. İcra qeydləri aşağıdakı hallarda aparılır: 1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq edirsə; 2) tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçməmişdirsə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələns in və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhk əmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
44. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, mübahisələndirilən icra qeydi verilərkən həm kreditor bank tərəfindən, həm də notariat orqanı tərəfindən qanunun və A zərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın tələblərinə əməl edilmiş, hər hansı pozuntuya yol verilməmişdir.
45. Kassasiya şikayətində qeyd edilmiş dəlil (iddiaçının icra qeydi ilə bağlı əvvəlcədən xəbərdar edilməməsi) eyni zamanda apelyasiya şikayətinin dəlili ilə eyni olmuş, həmin dəlillə bağlı məhkəmə araşdırma apararaq müəyyən etmişdir ki, iddiaçı hazırda Bakı şəhəri 20 Yanvar ərazisində kirayə yaşadığını bildirsə də, faktiki yaşadığı ünvan barədə kreditor banka məlumat verməmiş, bankla müqavilə bağlanan zaman təqdim etdiyi ünvanda (Abşeron rayonu, Güzdək qəs. Ərazi dairəsi, Aşağı Güzdək qəs.) yaşamadığı üçün bildirişlər çatma mışdır. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsində də iddiaçı öz ünvanı kimi yaşamadığı bu ünvanı qeyd etmişdir. Belə olan halda icra qeydinin ləğv edilməsi üçün qanuni əsasların olmadığına dair məhkəmənin hüquqi mövqeyinin düzgün olduğu müəyyən edilir.
46. Kollegiya qeyd edilənlərə əsasən hesab edir ki, qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 aprel 2025-ci il tarixli, 2( 105)-419/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.