Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2177/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı XXX Cavabdeh XXX MMC-yə qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2177/21 (Açar sözlər: pozulmuş hüquqların bərpası, torpaq sahəsinin qaytarılması, sübutetmə yükü) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, Cavabdeh MMC-nin vəkili XXX iştirakı ilə, İddiaçı XXX Cavabdeh XXX MMC-yə qarşı “pozulmuş hüquqların bərpası” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülk i Kollegiyasının 2(103)-624/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Səbail Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 11 mart 1996-cı il tarixli 486a saylı sərəncamı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində (təsdiq edilmiş cizgi əsasında) ticarət obyektinin tikintisi üçün (12.0 x 6.0) m. ölçüdə torpaq sahəsi ayrılmışdır.
2. Ayrılmış torpaq sahəsində tikiləcək ticarət obyektinin X12 rayon memarı tərəfindən təsdiqlənmişdir.
3. İddiaçıya 8 may 2012-ci il tarixində Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən A 440222 saylı kadastr planı verilmişdir.
4. Cavabdeh tərəfindən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Tofiq Məmmədov küçəsində pilot layihə olaraq tikinti işləri aparılır. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh” MMC-yə qarşı iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması, Səbail Rayon İcra Hakimiyyətinin Başçısı tərəfindən 11 mart 1996-cı il tarixli 486a saylı sərəncamı ilə XXX sahəsinin boşaldılaraq ona qaytarılması və 30 (otuz) manat dövlət rüsumunun əvəzinin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçıya ayrılan torpaq sahəsi cavabdeh tərəfindən zəbt edilib, torpaq sahəsində hündürmərtəbəli bina inşa edilir.
7. Qanuni əsaslarla İcra hakimiyyəti orqanı tərəfində n iddiaçıya ayrılmış torpağı cavabdeh zəbt edib, hasarlayıb. Nəticədə iddiaçının həmin sahənin adına mülkiyyət hüququ əsasında qeydə aldırması, bunun üçün zəruri olan mərzçəkmə və digər hərəkətlərin aparılması qeyri-mümkün olmuşdur. Odur ki, cavabdehin qanunsuz hərəkətlərinə son qoyulmalı, mübahisəli sahə cavabdeh tərəfindən boşaldılmalıdır.
8. Cavabdeh MMC -nin apardığı tikinti işləri yalnız həmin şirkətin özünə aiddir, heç bir dövlət və yaxud ictimai ehtiyaclarla bağlı layihə deyil.
9. İddiaçı tələbinin hüquqi əsası kimi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Mülki Məcəllənin 21.1, 21.2, 152.2, 152.3 və 164-cü maddələrinə istinad etmişdir.
10. Cavabdeh Cavabdeh MTK-nın nümayəndəsi iddiaya etiraz edərək göstərmişdir ki, iddia predmeti olan torpaq sahəsi ona 11 mart 1996-cı il tarixli 486a saylı sərəncam əsasında iddiaçıya ayrılmışdır. Sərəncamın məqsədi ticarət obyektinin tikintisi üçün verilmişdir. Həmin Sərəncamın 1 və 2-ci bəndlərində qeyd edilir ki, Badamdar qəsəbəsində T.Məmmədov küçəsində təsdiq edilmiş cizgi əsasında 12,0x6,0 ölçüdə ticarət obyektinin tikintisinə icazə verilmişdir. Lakin İddiaçı Sərəncamın qəbul edildiyi 11 mart 1996-cı il tarixdən hazırkı vaxta qədər 22 il keçməsinə baxmayaraq, tikinti işlərinin nəinki başa çatdırılmasını icra etməmiş, hətta, ümumiyyətlə, tikinti işlərinə başlamamış və torpaq sahəsindən təyinatı üzrə istifadə etməmişdir. Bütün bu faktlar və qanuni əsaslar onu deməyə kifayət edir ki, İddiaçı verilmiş Sərəncam öz hüquqi qüvvəsini itirmişdir.
11. Bakı şəhəri, Səbail rayonu İcra Hakimiyyətinin Başçısının 02 sentyabr 2016-cı il tarixli 119 saylı Sərəncamına əsasən həmin ərazi naturada ayrılaraq 22 sentyabr 2016-cı il tarixli 5 saylı Akt əsasında Cavabdeh MMC-yə təhvil verilmişdir. Cavabdeh MTK-nın adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 30 yanvar 2018-ci il tarixli A226589 nömrəli "Torpaq sahəsinin planı və ölçüsü" tərtib edilmişdir. Daha sonra “xxxx” MMC və Səbail rayon İcra Hakimiyyəti arasında 49 il müddətinə “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” 01 saylı 08.01.2018-ci il tarixli Müqavilə imzalanmış və həmin torpaq sahəsi üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınaraq həmin reyestrdən çıxarışla rəsmiləşdirilmişdir. Göründüyü kimi, mübahisəli torp aq sahəsi qanuni əsaslarla Cavabdeh MTK-nin istifadə və sahibliyindədir.
12. Birinci instansiya məhkəməsinin qərardadı ilə tikinti-texniki ekspertizası təyin edilmişdir.
13. Məhkəmə Ekspertiza Mərkəzinin 10265 nömrəli 07 avqust 2018-ci il tarixli rəyinə əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.03.1996-cı il tarixli 486a saylı sərəncamı ilə İddiaçı adına ayrılmış 72 kv.m (12,0 x 6,0) torpaq sahəsinin koordinatları, elektron baza məlumatlarına əsasən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla (torpaq sahəsinin planı və ölçüsü, reyestr nömrəsi **********66) Cavabdeh MMC-nin adına 49 illik icarəyə verilmiş 0,4683 hektar torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür.
14. Hazırki mübahisəyə baxılan müddət ərzində cavabdeh iddiaçının adına tərtib edilmiş 8 may 2012-ci il tarixli A 440222 saylı “torpaq sahəsinin plan və ölçüsü” sənədini mübahisələndirmiş və məhkəmə qərarı ilə həmin sənəd ləğv edilmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Rəna Qafarova)
16. Məhkəmə toplanmış sübutlara, o cümlədən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3481/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qərarına istinadən müəyyən etmişdir ki, iddiaçının iddiasının əsasını Səbail rayon İcra Hakimiyyəti Başçısının 11.03.1996-cı il tarixli 486a saylı sərəncamı və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş 08.05.2013-cü il tarixli, A 440222 nömrəli torpaq sahəsinin plan və ölçüsü təşkil edir. Lakin q eyd edilən məhkəmə qərarı ilə 08.05.2013-cü il tarixli, A 440222 nömrəli torpaq sahəsinin plan və ölçüsü ləğv edilmişdir.
17. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu halına əsasən hesab edib ki, iddiaçının iddiasının əsasını təşkil edən 08.05.2013-cü il tarixli, A 440222 nömrəli torpaq sahəsinin plan və ölçüsünün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)3481/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qərarı ilə ləğv edilməsi və sözü gedən məhkəmə qərarının qanuni qüvvəyə minmiş olması iddiaçının həmin torpaq sahəsinə dair hər hansı tələbetmə hüququnun olmadığı qənaətinə gəlməyə əsas verir.
18. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki i craat
19. İddiaçı XXX qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin asını xolunmahiş etmişdir.
20. Apellyasiya şikayəti belə əsaslandırılıb ki, işə baxmış məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qətnamə qəbul etmişdir. Həmçinin, birinci instansiya məhkəməsi məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verməmişdir.
21. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3481/2018 saylı, 02 noyabr 2018-ci il tarixli qərarına istinad etsə də, həmin qərar qanuni qüvvədə olmayıb, qərara apelyasiya instansiyası tərəfindən ləğv edilib.
22. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6 24/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-79/2019 saylı, 16 aprel 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş yeni qətnamə qəbul edilərək, İddiaçı Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “pozulmuş hüquqların bərpası, mənəvi zərərin ödənilməsi və sair tələbi barədə” iddiasının təmin olunmaması qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova, Rəşad Həsənov)
23. Apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən müəyyən edib ki, işə baxmış Rayon Məhkəməsinin iddianın rədd edilməsi üçün əsas götürdüyü məhkəmə aktı ləğv edilmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib tam hüquqlu məhk əmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxıb belə nəticəyə gəlib ki, iddiaçının cavabdehə qarşı belə bir tələb irəli sürməyə subyektiv hüququ yoxdur və iddia tələbi iddiaçının subyektiv hüququnun olmaması əsası ilə rədd edilməlidir.
24. Apellyasiya instansiyası müəyyən edib ki, Səbail RİH başçısının 11.03.1996-cı il tarixli, 486a saylı sərəncamına əsasən İddiaçı Səbail rayonu, Badamdar qəsəbəsi, T.Məmmədov küçəsində təsdiq edilmiş cizgi əsasında 12,0 x 6, 0 metr ölçüdə ticarət obyektinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş A 440222 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” İddiaçı 11.03.1996-cı il tarixli sərəncamla ayrılmış torpaq sahəsinin planı və ölçüsü ilə əlaqə dar tərtib edilmişdir. Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən verilmiş 30.12.2004-cü il tarixli “Qeyri-yaşayış sahəsinin texniki pasportundangörünür ki, qeyd edilən ünvanda İddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş 06.07.2018-ci il tarixli mütəxəssis rəyinə əsasən Səbail RİH başçısının 11.03.1996-cı il tarixli 486a saylı sərəncamı ilə İddiaçı ayrılmış 72 kv.metr torpaq sahəsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla cavabdeh MMC-nin adına 49 illik icarəyə verilmiş 0,4683 hektar torpaq sahəsinin hüdudları daxilində yerləşir.
25. Apellyasiya instansiyası Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən mübahisəli sahəyə dair verilmiş 30.12.2004-cü il tarixli “Qeyri-yaşayış sahəsinin texniki pasportunüzərində edilmiş və həmin Komitənin möhürü ilə təsdiq edilmiş 10.05.2005-ci il tarixli qeydə əsasən müəyyən edib ki, Bakı Şəhəri 28-ci Notariat Kontoru tərəfindən 10.05.2005-ci il tarixdə reyestrdə 4Ə-02-197 nömrə ilə qeydə alınmış “xxxxnə” əsasən həmin sahə X5 adınadır.
26. Göstərilən məlumatı və iddiaçının hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik olub-olmamasını araşdırmaq üçün apellyasiya məhkəməsi 10.05.2005-ci il tarixində 4Ə-02-197 nömrə ilə qeydə alınmış “xxxxnin” rəsmiləşdirilməsi ilə bağlı notariat işinin surətini Azərbaycan Respublikası Ədliyyə Nazirli Dövlət Notariat Arxivindən götürmüş və müəyyən etmişdir ki, İddiaçı mübahisəli sahəni 10.05.2005-ci il tarixdə X3, X7 isə həmin sahəni 16.08.2017-ci il tarixli “Daşınmaz əmlakın xxxxn”ə əsasən X4. X10 14.10.2017-ci il tarixində 3M-1025 reyestr nömrəsi ilə qeyd edilmiş “xxxx” ilə mübahisəli sahəni cavabdeh MMC-ya satmışdır.
27. Apellyasiya instansiyası işin müəyyən edilmiş hallarına əsasən belə nəticəyə gəlib ki, mübahisəli sahə artıq iddiaçıya məxsus olmadığından iddiaçı hazırki iddianı irəli sürmək üçün subyektiv hüquqa malik deyil. Çünki Mülki Məcəllənin tələblərinin mənasına görə, yalnız mülkiyyətçi ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir və bu əsasla da mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər.
28. Apellyasiya məhkəməsi mövqeyini Mülki Məcələnin 152.1, 152.5, 157.2-ci maddələr i ilə və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04.05.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı (Vəkil oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın təmin edilməsi barədə yeni qərar çıxarmasını xahiş etmişdir.
30. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, apellyasiya məhkəməsi mübahisəli torpaq sahəsinin iddiaçı tərəfindən X1 və hazırda mülkiyyətçi olmadığı üçün iddiaçının subyektiv hüququnun olmamasına istinad etmişdir. Halbuki iddiaçının 10 may 2005-ci ildə X2 torpaq başqa torpaqdır, həmin torpağın hazırki mübahisəyə aidiyyatı yoxdur. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı
31. Kassasiya şikayətinə qarşı cavabddehlərin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında Cavabdeh MMC-yə vəkili XXX kassasiya şikayətinə etiraz edərək, göstərdi ki, iddiaçı satılan sahənin başqa torpaq sahəsi olduğunu bildirsə də, apellyasiya məhkəməsinə bununla bağlı sübut təqdim etməmişdir. Buna görə də kassasiya şikayəti təmin edilməməlidir.
33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının vəkili teleqram ünvanlayaraq səhhət ində yaranmış problemlə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası teleqramda göstərilən xüsusatla bağlı hər hansı təsdiqedici sənəd olmadığı üçün Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2 Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərini n və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulmasıapellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bil sin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Kassasiya şikayətində iddiaçı apellyasiya məhkəməsinin qətnaməsinin ləğvini tələb etmişdir. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş hallarına uyğun olaraq qanuni nəticəyə gəlmişdir.
38. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir.
39. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan ə mlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
40. Bu iddianın təmin edilməsinin əsas şərtləri bunlardır: iddiaçının əmlakın mülkiyyətçisi olması və cavabdehin həmin əmlaka qanunsuz sahiblik etməsi. Bu şərtlər məcmu halında mövcud olduğu halda, tələbin hüququ əsası kimi Mülki Məcəllənin 157.2-ci maddəsi çıxış edir, yəni mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edir.
41. İşin apellyasiya instansiyası tərəfindən müəyyən edilən halı isə ondan ibarətdir ki, iddiaçı geri qaytarılmasını tələb etdiyi torpaq sahəsinin mülkiyyətçisi deyil, onun həmin torpaqla bağlı hər hansı subyektiv hüququ qalmayıb. Çünki iddiaçı geri qaytarılmasını tələb etdiyi torpaq 10.05.2005-ci il tarixdə X6, X7 isə həmin sahəni 16.08.2017-ci il tarixdə X4. X10 da 14.10.2017-ci il tarixində mü bahisəli sahəni hazırda cavabdeh olan MMC-ya satmışdır.
42. Göründüyü kimi, apellyasiya instansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir. Çünki işin müəyyən edilmiş halları tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərti baxımından iddianın təmin edilməsini istisna etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2008-ci il tarixli Qərarında şərh edilən hüquqi mövqe baxımından da apellyasiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
43. Məhkəmə kollegiyası 10 may 2005-ci ildə satılan torpağın hazırki mübahisəyə aidiyyatı olmayan torpaq sahəsi olması barədə kassasiya şikayətinin dəlillərini qəbul etmir. Bu dəlilləri iddiaçı qeyd edilən sübutlar tədqiq edil ərkən apellyasiya baxışında bildirməsə də, apellyasiya məhkəməsi qeyd edib ki, Dövlət Tikinti və Arxitektura Komitəsi tərəfindən mübahisəli sahəyə dair verilmiş 30.12.2004-cü il tarixli “Qeyri-yaşayış sahəsinin texniki pasportun” üzərində edilmiş və həmin Komitənin möhürü ilə təsdiq edilmiş 10.05.2005-ci il tarixli qeydə əsasən Bakı Şəhəri 28-ci Notariat Kontoru tərəfindən 10.05.2005-ci il tarixdə reyestrdə 4Ə-02-197 nömrə ilə qeydə alınmış “xxxxnə” əsasən həmin sahə X5 adınadır.Həmin texniki pasport da Səbail RİH başçısının 11.03.1996-cı il tarixli, 486a saylı sərəncamına əsasəntərtib edilmişdir. (İİ cild, iş v. 87)
44. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
45. Buna görə də, apelly asiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
46. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
47. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı XXX kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-624/2020 nömrəli, 05 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.