Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-218/2022 17.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı ilk, Cavabdeh1 İddiaçı qarşı qarşılıqlı idda tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: mənəvi zərərin tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3181/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə dair işə 17 fevral 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər Cavabdeh1, X1 və Cavabdeh3 qarşı (üçüncü şəxs Xi cəlb edilməklə) iddia ərizəsi və ona əlavə ilə məhkəməyə müraciət edərək, 25.09.2020-ci il tarixində iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv m olan mübahisəli qeyri-yaşayış sahəsinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən boşaldılaraq ona təhvil verilməsi; cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tərəfindən ona vurulmuş 29.11.2017ci il tarixdən 31.12.2019-cu il tarixədək olan dövr ərzində 3750 (üç min yeddi yüz əlli) manat məbləğində, 01.01.2020-ci il tarixdən 24.09.2020-ci il tarixədək o lan dövr ərzində 1361 (bir min üç yüz altmış bir) manat 98 qəpik məbləğində olmaqla, cəmi 5111 (beş min yüz on bir) manat 98 qəpik məbləğində maddi zərər, 15000 (on beş min) manat mənəvi zərər olmaqla, ümumilkdə 20111 (iyirmi min yüz on bir) manat 98 qəpik məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsi, "xxxx" MMC-yə ödənilməmiş 100 (bir yüz) manat xidmət haqqının cavabdehlər tərəfindən tutularaq MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi verərək, X4 iddiasının rədd edilməsi və X2 onun xeyrinə təmir xərclərinə görə 11500 (on bir min beş yüz) manat pul tutulması barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir.
3. İşin mübahisə edilməyən hallarından görünür ki, “İcarəyə verən” X sədrinin 03.06.2010-cu il tarixli, 167 say lı Sərəncamına əsasən 03 iyun 2010-cu il tarixli №1262 saylı Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə ilə Bakı şəhəri, Suraxanı rayonu, H.Quliyev küçəsi, 21 ünvanında yerləşən, ümumi sahəsi 17.5 m2 təşkil edən X, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri-yaşayış sahəsi xidmət məqsədi ilə bir aylıq icarə haqqı 8.75 manat olmaqla “İcarəçi” – Cavabdeh1 müddətli istifadəsinə verilmişdir. 4. 19 sentyabr 2017-ci ildə X8 Auksion Mərkəzində keçirlmiş hərrac nəticəsində ünvan 2 ünvanında yerləşən Bakı şəhər İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı Departamenti, Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin 5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi (17,4 kv.m) 2500 (iki min beş yüz) manat hərrac qi yməti olaraq İddiaçı satılmış, sonuncunun hüquqları 29.11.2017-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmışdır.
5. Bundan sonra Cavabdeh1 Bəhlul oğlu ayrıca icraatda cavabdehlər X qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddia qaldırmışdır.
6. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(05)2222/2018 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 və X5 cavabdehlər X, cavabdeh tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, X tərəfindən Cavabdeh1 Bəhlul oğlunun Bakı şəhəri, Hövsan qəsəbəsi, H.Quliyev küçəsi, ev 21 və X5 ünvan 4 ünvanlarda yerləşən icarədarı olduqları 17,5 kv.metr ölçüsündə olan qeyri-yaşayış sahələrinə dair keçirilmiş hərra cın nəticələri ləğv edilmişdir.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsinə əsasən, iş üzrə üçüncü şəxs olan X, işdə iştirak etməyə cəlb edilməmiş, lakin qəbul edilmiş qətnamənin onların hüquq və vəzifələrinə toxunmasını bildirən şəxslər – AX və X4 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, hazırki mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2018-ci il tarixli qətnamə ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilmişdir. İddiaçılar Cavabdeh1 və X5 cavabdeh X qarşı “hərracın nəticələrinin ləğv edilməsi tələbi barədə” birgə verdikləri iddiaları təmin edilməmişdir.
8. Ali Məhkəmənin 03 iyun 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməs inin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 9. "xxxx" MMC tərəfindən verilmiş 30 mart № 01/252 saylı məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, aparılan təhlil və hesablamalar nəticəsində məlum olmuşdur ki, qiymətləndirilən obyektin orta aylıq icarə haqqı - 2017-ci il üzrə orta aylıq icarə haqqı 150 (bir yüz əlli) manat, 2018-ci il üzrə orta aylıq icarə haqqı 150 (bir yüz əlli) manat, 2019-cu il üzrə orta aylıq icarə haqqı 150 (bir yüz əlli) manat təşkil edir.
10. Modern Hospital tərəfindən verilmiş № 1082 saylı 01 may 2020-ci il tarixli tibbi arayışa əsasən, 1985-ci il təvəllüdlü İddiaçı X həqiqətən 01.05.2020-ci il tarixində “Modern Hospital” klinikasında nevropatoloqun müayinəsində olmuşdur. (saat 13:20-dan 14:45-a qədər). 1
1. Bakı şəhər Baş Səhiyyə İdarəsi 23 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 09 iyun 2020-ci il tarixli arayışa əsasən, Suraxanı rayonu, Hövsan qəsəbəsi, məh 14/15, ev 7/81 yaşayan 1985-ci il təvəllüdlü İddiaçı 01.01.2016 – 01.01.2018-dən 23 saylı şəhər poliklinikasında nevropatoloqa müraciət etməyibdir.
12. İddiaçı bildirir ki, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv.m olan (5 mərtəbəli binanın yarımzirzəmisinin bir hissəsi) mübahisəli qeyri-yaşayış sahəsinin hərrac yolu ilə satılması üçün X tərəfindən 19.09.2017-ci il tarixində keçirilmiş hərracda iştirak edərək hərracın qalibi olmuş və bu barədə 19.09.2017-ci il tarixli, 33/03 nömrəli hərrac protokolu imzalanmışdır. Sonradan qanunvericiliyə uyğun olaraq sözügedən qeyri-yaşayış sahəsini alaraq müvafiq çıxarış sənədini əl də etmişdir. Həmin çıxarış sənədinə əsasən sözügedən mübahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ 29.11.2017-ci il tarixdən etibarən ona məxsus olmasına baxmayaraq, həmin ilin dekabr ayında həmin qeyri-yaşayış sahəsindən istifadə üçün onun yerləşdiyi yerə getsə də, qapısı kilidli olduğu üçün daxil ola bilməmişdir. Cavabdeh1 ilə danışaraq həmin obyektin mülkiyyət hüququnun ona məxsus olduğu üçün ona təhvil verilməli olduğunu bildirsə də, o bundan imtina etmişdir. Həmçinin sözügedən obyektin onun yaxınlığındakı “X” market üçün Cavabdeh2 tərəfindən anbar kimi istifadə edildiyini öyrənərək həmin marketə gedib Cavabdeh2 ilə görüşərək mübahisəli obyektin çıxarış sənədini ona göstərib mülkiyyətçisi olduğunu bildirmişdir və qeyd olunan obyektin boşaldılaraq təhvil verilməsini xahiş etmişdir. Lakin Cavabdeh2 bundan imtina edərək obyekti ona istifadə üçün Cavabdeh1 verdiyini və buna görə də hər ay ona pul ödədiyini bildirmiş və onun razılığı olmadan obyektin ona təhvil verməyəcəyini bildirmişdir. Cavabdeh1 ilə bir daha danışaraq obyektin mülkiyyət hüququnun ona məxsus olduğu üçün ona təhvil verilməli olduğunu bildirsə də, o bundan imtina etmiş, həmin obyekti ondan heç kimin ala bilməyəcəyini bildirmişdir. Sonradan dəfələrlə bu barədə onlarla danışsa da, qeyd olunan obyekti ona təhvil verməyəcəklərini bildirmişdir. Sözügedən münahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ müvafiq çıxarışa əsasən 29.11.2017-ci il tarixdən etibarən ona məxsus olmasına baxmayaraq, həmin obyekt 19.09.2017-ci il tarixdən hal-hazırki vaxtadək olan dövr ərzində Cavabdeh1 tərəfindən qanunsuz olaraq Cavabdeh2 istifadəsinə verilmiş və o da sözügedən obyekti Cavabdeh3 ilə birlikdə həmin obyektin yaxınlığındakı “X market üçün anbar kimi istifadə etmişlər və hal-hazırda onun etiraz və narazılığına baxmayaraq qeyd olunan şəxslər tərəfindən qanunsuz olaraq zəbt olunur. Qeyd olunan obyektin mülkiyyət hüququnun ona məxsus olduğunu və həmin obyekti aidiyyatı üzrə təhvil verməli olduqlarını dəfələrlə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bildirməyinə baxmayaraq, sözügedən obyekti təhvil verməkdən imtina etmişlər və obyekt istifadə və mülkiyyət hüququ ona məxsus olduğu bütün dövr ərzində onun razılığı olmadan onlar tərəfindən qanunsuz olaraq istifadə edilmişdir. Hal-hazırda onlar tərəfindən qanunsuz olaraq zəbt olunur. Bununla əlaqədar olaraq mülkiyyətində olan sözügedən daşınmaz əmlakd an halhazıradək istifadə edə bilməmişdir və nəticə nəinki hal-hazıradək həmin obyektdən əldə edə biləcəyi gəlir və başqa fayda əldə edə bilməmişdir, eyni zamanda obyekti satın almaq üçün ödədiyi lazımi pul məbləğini bank vasitəsilə kredit şərtləri əsasında götürdüyü üçün müfaviq banklara ödədiyi komissiya və illik kredit faizi məbləğində əlavə maddi zərərlə də qarşılaşmışdır. Cavabdehin qanunazidd hərəkətləri nəticəsində, həmçinin bir çox mənfi psixi təsirlərə məruz qalmış, davamlı mənəvi sarsıntı və iztirab keçirmişdir ki, buna görə də, ona maddi zərərlə yanaşı, mənəvi zərər də vurulmuşdur.
13. Cavabdeh1 bildirir ki, 2018-ci ilin yanvar ayında X6 adlı şəxs onlara yaxınlaşaraq icarə müqaviləsinə əsasən onların icarələrində və istifadəsində olan 17.5 kv.m qeyriyaşayış sahəsini hərracda aldı ğını bildirmişdir. Onlar bu faktı araşdırmaq üçün X müraciət etdilər və 30.01.2018-ci il tarixli məktubda bildirilmişdir ki, guya onlar auksionda iştirak etmək hüququndan istifadə etməmişlər. Əslində isə belə bir auksion məlum maraqlar səbəbindən onlardan gizli keçirilmişdir və qəsdən bilərəkdən bu barədə onlara məlumat verilməmişdir. O, 17,5 kv.m qeyri-yaşayış sahəsinə dair Suraxanı rayon MKTB ilə “İstismar yığımı müqaviləsi” bağlamışdır və 03.06.2010-cu il tarixdən X ilə “Dövlət əmlakının icarəyə verilməsi haqqında” icarə müqaviləsi bağlamışdır və bütün icarə haqlarını da ödəmişdir. Beləliklə, faktiki istifadələrində və sahibliklərində olan əmlak qanunsuz və gizli yolla mənimsənilmişdir. Azərbaycan Respublikası MM-in 699.3-cu maddəsinə əsasən əgər kirayəyə verilən əşya yaşayış otağıdırsa və kirayəçiyə verildikdən sonra kirayəyə verən tərəfindən onun ailəsinə mənsub olmayan hər hansı üçüncü şəxsə satılırsa, kirayəçi satın almaqda üstünlük hüququna malikdir. Nərimanov Rayon Məhkəməsində istifadələrində və faktiki sahibliyində olan 17.5 kv.m qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrini ləğv edilməsi barədə iddia qaldırmış və Nərimanov Rayon Məhkəməsi onun iddiasını təmin edərək 17.05.2018-ci il tarixli qətnaməsi ilə hərracın nəticələrini ləğv etmişdir. Lakin Bakı Apellyasiya Məhkəməsi 21.12.2018-ci il tarixli qətnaməsini ləğv edərək onların iddiasını rədd etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 21.12.2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti də təmin edilməmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 03.06.2019-cu il tarixli qətnaməsi ilə d əyişdirilmədən saxlanılmışdır. Bu səbəblərə görə X4 iddiası rədd edilməlidir və eyni zamanda bildirir ki, mübahisələndirilən qeyri-yaşayış sahəsinin təmiri üçün xərclədiyi 11500 (on bir min beş yüz) manat pul vəsaiti X2 alınaraq ona verilməlidir. Belə ki, o, mübahisələndirilən qeyriyaşayış sahəsini öz vəsaiti hesabına təmir etmişdir. Həmin yaşayış sahəsi çirkab suları basmış zirzəmi idi və o, həmin qeyri yaşayış sahəsini təmir etmişdir.
14. Cavabdehlər X3 və Cavabdeh3 işə məhkəmə baxışlarında iştirak etməmiş və işin halları barədə izahat verməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
15. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim N.Rzayeva) 05 oktyabr 2020ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, ünvan 5 ünvanında yerl əşən, ümumi sahəsi 17,4 kv.m olan qeyri-yaşayış sahəsinin Cavabdeh1 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, vurulmuş maddi zərərə görə 2220 manat məbləğində pulun Cavabdeh1 tutularaq İddiaçı verilməsi qət edilmiş, ilkin iddia tələbi qalan hissədə və qarşılıqlı iddia təmin edilməmişdir.
16. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh1 arasında qeyri-yaşayış sahəsinə dair keçirilmiş hərracın nəticələrinin ləğv edilməsinə dair və bunun hüquqi nəticəsi kimi mübahisəli qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun kimə məxsus olması ilə bağlı məhkəmə mübahisələri yaranmışdır. Əvvəlki məhkəmə aktları ilə İddiaçı X ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv.m olan münahisəli qeyri-yaşayış sahəsinə mülkiyyət hüququ tanınmış dır.
17. Cavabdeh2 və Cavabdeh3 münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı mübahisəli əmlakın Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz saxlanılmaqla əmlakdan gəlir əldə edilməsini iddia etsə də, buna dair mötəbər sübutları təqdim edə bilməmişdir. Həmin halların sübuta yetirilməsi məqsədi ilə təqdim olunan video görüntü məhkəmənin mövqeyinə əsasən prosessual qanunvericiliyinin pozulması ilə gizli yolla əldə edildiyindən mötəbər sübut hesab oluna bilməz.
18. Maddi ziyanın ödənilməsi tələbi ilə bağlı məhkəmə qeyd etmişdir ki, işin halları və tərəflərin izahatlarından görünür ki, mübahisəli əmlak qeyd edilən dövrdə, yəni hərracın nəticələri məhkəmədə mübahisələndirilən dövrdə cavabdehdə olsa da, iş materiallarından və yuxarıda qeyd olunan məhkəmə aktlarından, o cümlədə n Bakı Apellyasiya Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarından görünür ki, əmlak İddiaçı tərəfindən əldə edilməmişdən qabaq Cavabdeh1 qanuni istifadəsində olmuşdur. 03 iyun 2010-cu il tarixli №1262 saylı dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsinə əsasən, “İcarəyə verən” Mənzil Kommunal Təsərrüfatı Departamenti, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin 03.06.2010-cu il tarixli, 167 saylı Sərəncamına əsasən Bakı şəhəri, Suraxanı rayonu, H.Quliyev küçəsi, 21 registr № ***-*******6-001) ünvanında yerləşən, ümumi sahəsi 17.5 m2 təşkil edən Suraxanı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansında olan qeyri- yaşayış sahəsini xidmət məqsədi ilə “İcarəçi”nin - Cavabdeh1 müddətli istifadəsinə verir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018ci il tarixli qərarından və Ali Məhkəmənin Mülki Kollegiyasının 03 iyun 2019-cu il tarixli qərarında qeyd edilir ki, (Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi) ilə iddiaçı Cavabdeh1 aralarında bağlanmış 25.02.2013-cü il tarixli “İstismar yığımı müqaviləsi”nə əsasən, ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv.m təşkil edən qeyri-yaşayış sahəsi illik 1 kv m 60 qəpiklə, ümumi olaraq 10,50 manat hesablanmaqla istifadəyə verilmişdir. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, nə qədər ki, hazırki mülki işin predmeti olan əmlaka - ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv.m olan mübahisəl i qəyri-yaşayış sahəsinə dair keçirilmiş həraccın nəticələri və bununla bağlı mülkiyyət hüququnun kimə məxsus olması mübahisələndirilməklə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin baxış predmeti olmuş və bu barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının qərarı 03 iyun 2019-cu il tarixdə qəbul edilmişdir, iddiaçının qeyd olunan mübahisəli əmlakın cavabdehin qanunsuz sahibliyində və istifadəsində olmasına görə vurulmuş maddi zərərin ödənilməsi tələbi yalnız Ali Məhkəmənin qərarının qanuni qüvvəyə mindiyi andan sonrakı dövrü əhatə etməlidir.
19. Məhkəmə qeyd etmişdir ki, əldə edilməmiş gəlirlərin məbləği müəyyən edilərkən zərərçəkmiş şəxsin, hazırki iş üzrə iddiaçının adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi güman etdiyi gəlirlərin reallığı (h əqiqiliyi) müəyyən edilməlidir. Bununla əlaqədar zərərçəkmiş qarşı tərəfin vəzifəsini pozması nəticəsində əldə edə bilmədiyi gəlirin həcmini, bunlar arasında səbəbli əlaqəni sübut etməlidir.
20. İddiaçı məhkəmə iclaslarında həmin qeyri-yaşayış sahəsində internet-klubun açmaq niyyətini və həmin obyekti onun üçün aldığını, cavabdehdə əmlakın saxlanıldığı müddət ərzində internet klubun işlədilməməsindən nə qədər gəlirdən məhrum olunduğunu iddia etsə də buna dair sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin icarə obyekti də ola biləcəyini idda etmişdir.
21. Məhkəmə mübahisəli əmlakın qeyri-yaşayış sahəsi olduğunu və həmin qeyriyaşayış sahəsi iddiaçıda olsaydı icarə obyekti ola biləcəyini iddia etdiyini nəzərə alarkən, adi mülki dövriyyə şəraitində müba hisəli qeyri-yaşayış sahəsinin icarə verilməsindən əldə edə biləcəyi güman etdiyi gəlirləri müəyyən edilməsini məqsədəmüvafiq hesab etməklə, həmin qeyri-yaşayış sahəsi üçün orta aylıq icra haqqının müəyyən edilməsi məqsədi ilə qiymətləndirmə ekspertizasını təyin etmiş, qiymətləndirilən ünvan 8 ünvanında yerləşən, ümumi sahəsi 17,4 kv.m olan obyektin qeyri-yaşayış sahəsinin 2017, 2018, 2019-cu illər üçün orta aylıq icarə haqqı - 2017-ci il üzrə orta aylıq icarə haqqı-150 (bir yüz əlli) manat, 2018-ci il üzrə orta aylıq icarə haqqı 150 (bir yüz əlli) manat, 2019-cu il üzrə orta aylıq icra haqqı 150 (bir yüz əlli) manat təşkil edilməsi müəyyən edilmişdir.
22. Yuxarıda qeyd olunmuş məhkəmə ekspertiza rəyinin nəticəsini nəzərə alaraq və məhkəmənin qənaətinə görə məqsədəmüvafiq hesab olunmuş mad di zərərin ödənilməsi üçün 03 iyun 2019-cu il tarixdən 24 sentyabr 2020-ci il tarixədək əhatə etdiyi dövr ərzində iddiaçının əldən çıxmış faydanın məbləği - 2220 manat məbləğində müəyyən edilməlidir.
23. Mənəvi zərər tələbinə münasibətdə məhkəmə qeyd etmişdir ki, məhkəmə prosesi zamanı iddiaçı tərəfindən mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini (yəni cavabdehin hərəkət və ya hərəkətsizliyinin iddiaçının maddi zərərə məruz qalması, onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmasını, bunun nəticəsində onun maddi ziyana məruz qalmasını, sağlamlığının pozulmasını və fiziki əzab çəkməsini), bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, qanunsuz hərəkət və hərəkətsizliklə iddiaçının istinad etdiyi maddi və mənəvi zərər arasında səbəbli əlaqənin olmasını təsbiq edən heç bir sübut təqdim edilməmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152, 157-ci, Mülki Prossesual Məcəllənin 14.2, 77.1, 80, 82.3, 119.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
25. Birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apellyasiya şikayəti vermişdir.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər E.Mehdiyev sədrlik edən və məruzəçi, R.Həsənov, X.Sarıyev) 2(103)-3181/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 oktyabr 2020-ci il tarixli, 2(010)- 472/2020 saylı qətnaməsi mübahisələndirilən hissədə - il kin iddianın təmin olunmayan hissəsində dəyişdirilmədən saxlanılmışdır.
27. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir.
28. Belə ki, mübahisəli qeyri yaşayış sahəsi əvvəllər Cavabdeh1 qanuni istifadəsində olmuş, iddiaçı həmin əmlakı hərrac vasitəsi ilə əldə etdikdən sonra Cavabdeh1 tərəfindən hərracın nəticələri məhkəmədə mübahisələndirilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(05)-2222/2018 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 Bəhlul oğlunun və X5 cavabdehlər X, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X qarşı hərracın n əticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə AX və X4 ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. Mübahisəli əmlaka dair hüquqlar məhkəmədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq maddi zərərin məbləğinin həmin mübahisə üzrə Ali Məhkəmənin 03.06.2019-cu il tarixli qərarının qəbul edildiyi müddətdən sonra hesablanılmaqla ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə iddiaçı mübahisəli əmlakın Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz saxlanılmaqla əmlakdan gəlir əldə edilm əsini iddia etsə də, buna dair mötəbər sübutları təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclaslarında həmin qeyri-yaşayış sahəsində internet-klubun açmaq niyyətini və həmin obyektin onun üçün aldığını, cavabdehdə əmlakın saxlanıldığı müddət ərzində internet klubun işlədilməsindən nə qədər gəlirdən məhrum olunduğunu, həmçinin mübahisəli qeyri-yaşayış sahəsinin icarə obyekti də ola biləcəyini iddia etsə də, buna dair sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçı mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqənin olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının i zahatları a) Kassasiya şikayətinin dəlilləri
29. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
30. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
31. Cavabdeh1 kassasiya şikayətlərinə qarşı yazılı etiraz verərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apellyasi ya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdilər.
33. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehlər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
34. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallar ına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
36. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
37. Hazırkı kassasiya şikayətində iddiaçı apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
38. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. (maddə 21.1)
39. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (maddə 21.2)
40. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsu s olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda bel ə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Mülki Prosessual Məcəllə
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
43. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır (maddə 217.1)
44. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (maddə 217.3)
45. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəm iyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. (maddə 218.1)
46. Kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. (maddə 417.1.4)
47. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. (maddə 418.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kasasiya şikayəti qismən təmin edilməklə apelyasiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilərək, həmin hissədə iddia qismən təmin edilməli, Cavabdeh1 mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq İddiaçı verilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası aşağıda göstərilən əsaslara görə hesab edir ki, apelyasiya instanisyası məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində qanuni və əsaslı deyildir. (43)
50. Apelyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, mübahisəli qeyri-yaşayış sahəsi ə vvəllər Cavabdeh1 qanuni istifadəsində olmuş, iddiaçı həmin əmlakı hərrac vasitəsi ilə əldə etdikdən sonra Cavabdeh1 tərəfindən hərracın nəticələri məhkəmədə mübahisələndirilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 may 2018-ci il tarixli, 2(05)-2222/2018 saylı qətnaməsinə əsasən iddiaçılar Cavabdeh1 Bəhlul oğlunun və X5 cavabdehlər X, cavabdehin tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X qarşı hərracın nəticələrinin ləğv edilməsi tələbinə dair iddiası təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 dekabr 2018-ci il tarixli qətnaməsi ilə X və X4 ayrıayrılıqda verdikləri apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 17 may 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmi şdir. Mübahisəli əmlaka dair hüquqlar məhkəmədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi haqlı olaraq maddi zərərin məbləğinin həmin mübahisə üzrə Ali Məhkəmənin 03.06.2019-cu il tarixli qərarının qəbul edildiyi müddətdən sonra hesablanılmaqla ödənilməsi barədə düzgün nəticəyə gəlmişdir. Bundan əlavə iddiaçı mübahisəli əmlakın Cavabdeh2 və Cavabdeh3 tərəfindən qanunsuz saxlanılmaqla əmlakdan gəlir əldə edilməsini iddia etsə də, buna dair mötəbər sübutları təqdim edə bilməmişdir. Qeyd edilməlidir ki, iddiaçı məhkəmə iclaslarında həmin qeyriyaşayış sahəsində internet-klubun açmaq niyyətini və həmin obyektin onun üçün aldığını, cavabdehdə əmlakın saxlanıldığı müddət ərzində internet klubun işlədilməsindən nə qədər gəlirdən məhrum olunduğunu, həmçinin mübahisəli qeyri-yaşayış sahə sinin icarə obyekti də ola biləcəyini iddia etsə də, buna dair sübutlar təqdim edə bilməmişdir. Həmçinin iddiaçı mənəvi zərərə məruz qalmasını, mənəvi sarsıntı və iztirab keçirməsini, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsini, səbəbli əlaqənin olmasını təsdiq edən heç bir sübut təqdim etməmişdir.
51. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23 maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona m əxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.
52. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
53. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir kon kret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə Cavabdeh1 İddiaçı mülkiyyətindən istifadə etməsinə yol verməməsi sübut edildiyindən, yəni cavabdeh iddiaçının qanunla qorunan hüquqlarını pozduğundan sonuncunun mənəvi sarsıntı keçirməsi işin sübut edilmiş halı sayılır.
55. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının keçirdiyi mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi nəzərə alınaraq Cavabdeh1 500 manat mənəvi zərər tutulması ədalətli və ağlabatandır.
56. Qətnamənin qalan hissələrinə münasibətdə məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşd ur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
57. Beləliklə işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi, apelyasiya məhkəməsinin qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində qanuni və əsaslı olmamaqla işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərə uyğun əsaslandırılmamışdır.
58. Mülki Prossesual Məcəllənin 417.1.4-cü maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apelyasiya instansiyası məhkəməsində müəyyə n edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər
59. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3181/2021 nömrəli iş üzrə 16 mart 2021-ci il tarixli qətnaməsi mənəvi zərərin tutulmasının rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh1 mənəvi zərərin əvəzi olaraq 500 manat pul tutularaq İddiaçı verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın Qərar qəbul edildiyi andan qüvvəyə minir.