Məhkəmə qərarları › İş №2(102)-218/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-218/2023

27.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-218/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı mülkiyyətdə olan qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-99/2022 nömrəli mülki iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsindən cavabdehin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıda kı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. Babək Rayon Dövlət Notariat Ofisində xx.xx.2021-ci il tarixdə 4Ə-XXX reyestr nömrəsi ilə qeyd edilmiş Daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, hədiyyə verən X1 Muxtar Respublikası ünvanndə 0,1006 ha bələdiyyə mülkiyyətində olan torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 100,25 kv.m. olan qeyri-yaşayış binasını hədiyyə alan İddiaçı vermişdir.

2. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa görə, ünvanndə yerləşən ümumi sahəsi 100,25 kv.m. olan qeyriyaşayış binası xüsusi mülkiyyət hüququ üzrə **********26-06301 reyestr, ********** qeydiyyat nömrələri ilə xx.xx.2021-ci tarixdə xüsusi mülkiyyət hüququ üzrə İddiaçı a dına qeydiyyata alınmışdır.

3. Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli 823 inventar nömrəli Daşınmaz əmlakın texniki pasportuna əsasən, ünvanndə yerləşən qeyri-yaşayış binası 1 mətbəx, 1 bar, 4 otaqdan ibarət olmaqla tikintialtı sahə 117,39 kv.m, digər sahələr 889,55 kv.m. olmaqla, sənəd üzrə və faktiki 1.006,94 kv.m. torpaq sahəsi üzərində yerləşir.

4. Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli 2010 0447 nömrəli Əmtəə nişanı şəhadətnaməsinə görə, Cavabdeh xx.xx.2010-cu il tarixdən kafe, restoran xidmətləri, mehmanxanaların idarə olunması və sair xidmətlərin göstərilməsi üçün 35, 42 və 43-cü siniflər üzrə “KÖRPÜ” əmtəə nişanının s ahibi olmaqla, əmtəə nişanı Azərbaycan Respublikası əmtəə nişanlarının dövlət reyestrində qeydə alınmış, xx.xx.2020-ci il tarixə qədər qüvvədə olmuş, xx.xx.2020-ci il tarixli bildirişlə əmtəə nişanının qeydiyyatının qüvvədə olma müddəti xx.xx.2030-cu il tarixə qədər uzadılmış və dövlət reyestrində müvafiq qeydlər aparılmışdır.

5. Babək Rayon Payız Bələdiyyəsinin xx.xx.2013-cü il tarixli XXX nömrəli qərarı ilə Gülşənabad kənd sakini Cavabdeh ərizəsinə baxılaraq, onun istifadəsində olan yeməkxananın yerləşdiyi və əhatə etdiyi 0,12 ha torpaq sahəsi 15 il müddətinə ona icarəyə verilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Naxçıvan Muxtar Respublikası ünvanndə yerləş ən xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsus sahəsi 100,25 kv.m. olan qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddianın əsaslarına görə, cavabdehlə iddiaçı xx.xx.1990-cı il tarixdə nikahlarını rəsmiləşdirib, ailə qurublar. Həmin nikahdan üç övladları doğulmuşdur. Hal-hazırda müəyyən səbəblərdən aralarında olan nikahın pozulması barədə Babək Rayon Məhkəməsində iddia qaldırmışdır. Həmin mülki iş məhkəmənin icraatındadır. Nikahda olduqları müddətdə Naxçıvan Muxtar Respublikası ünvan 100,25 ha torpaq sahəsi alıb, üzərində yeməkxana binası inşa etmişlər. Həmin yeməkxananı bağışlama müqaviləsi əsasında o, qeydiyyatdan keçirib, adına çıxarış almışdır. Lakin boşanma ərəfəsində olduğu əri cavabdeh həmin yeməkxananı onun xəbəri və razıl ığı olmadan başqalarına icarəyə verib, aldığı icarə haqqını özü mənimsəyib, ona vermir və onunla nikahda ola-ola yeməkxanada qeyri-rəsmi saxladığı qadına xərcləyib. Ona və övladlarına həmin aldığı icarə haqqından bir qəpik olsun vermir. Mülkiyyətçi kimi ondan bu kimi hərəkətlərinə son qoyub, mülkiyyətində olan yeməkxananın icarə haqqını ondan dəfələrlə tələb etsə də, bundan boyun qaçırıb, birmənalı olaraq vermək istəmir. Həmin yeməkxananın ½ hissəsi əvvəldən onun mülkiyyətində olub, digər ½ hissəsini isə bağışlama müqaviləsi əsasında hədiyyə kimi əldə etmişdir. Hal-hazırda onun mülkiyyətindədir. Lakin qazancını cavabdeh mənimsəyir. Onun mülkiyyətində olan yeməkxananı istədiyi kimi istifadə edib, işlətməyinə imkan vermir.

8. Babək Rayon Məhkəməsinin 2(079)-183/2022 nömrəli mülki iş üzrə x x.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, cavabdehin ünvanndə yerləşən ümumi sahəsi 100,25 kv.m. olan, Babək rayon Payız Bələdiyyəsinə məxsus 1.006,94 kv.m. torpaq sahəsi üzərində icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması, iddiaçı tərəfindən ödənilmiş 100 manat miqdarda dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya qaytarılması qət edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə araşdırması zamanı mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, ünvanndə yerləşən ümumi sahəsi 100.25 m2 olan, Babək rayon Payız bələdiyyəsinə məxsus 0.1006 ha torpaq sahəsi üzərində icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binası 04 oktyabr 2013-cü ildən etibarən Cavabdeh adına daşınmaz əmlakın dövlət reyes trində qeydiyyata alınmış, sözügedən əmlak xx.xx.2021-ci il tarixdə bağışlama müqaviləsi əsasında mülkiyyətçi Cavabdeh tərəfindən İddiaçı bağışlanmış, əmlak xx.xx.2021-ci ol tarixdə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Eyni zamanda tərəflərin üst-üstə düşən və mübahisə doğurmayan izahatları əsasında müəyyən olunmuşdur ki, qeyri-yaşayış binası hazırda Cavabdeh sahibliyində və istifadəsindədir. Mülkiyyətçi tərəfindən cavabdehə qeyri-yaşayış binasından çıxması barədə dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq çıxmamışdır.”

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəmə sində icraat

11. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

12. Apelyasiya şikayətinin dəlillərinə görə, məhkəmə tərəfindən icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edilərkən obyektin VÖEN-nin ona məxsus olmasının, obyektin vergi ödəyicisinin onun olmağının nəzərə alınmamasını maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirir. Onun yeməkxana sahəsindən çıxarılacağı halda vergi ödəyicisi olmayan iddiaçı oradan istifadə edə bilməyəcəkdir. Həmçinin, yeməkxana sahəsinin yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ ona məxsusdur.

13. Naxçıvan MR Ali Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ə.A llahverdiyev (sədrlik edən və məruzəçi), F.Abbasov və M.Allahverdiyev) 2(108)-99/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə şikayəti təmin edilməmiş, qətnamə dəyişiklik edilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Kollegiya Cavabdeh işə baxan məhkəmənin icarə hüququ əsasında inşa edilmiş qeyri-yaşayış binasından məcburi qaydada çıxarılması barədə qətnamə qəbul edərkən obyektin VÖENin ona məxsus olması, obyektin vergi ödəyicisinin onun olmağının nəzərə alınmamasını tətbiq edilən maddi hüquq normalarının düzgün tətbiq edilməməsi kimi qiymətləndirməsi, onun yeməkxana sahəsindən çıxarılacağı halda iddiaçının oradan istifadə edə bilməyəcəyi, onun vergi ödəyicisi olmaması, bundan əlavə yeməkxana sahəsinin üzərində yerləşdiyi torpaq sahəsi üzərində icarə hüququ ona məxsus olduğundan qətnamənin ləğv olunması ilə əlaqədar dəlillərinə münasibətdə qeyd edir ki, hazırda tərəflərin mübahisələndirdiyi ünvanndə yerləşən ümumi sahəsi 100.25 m2 olan qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. Cavabdehin həmin qeyri-yaşayış sahəsindən istifadə etməsi və vergi ödəyicisi olmaqla VÖEN-in olması, tikilinin yerləşdiyi torpaq sahəsini icarəyə götürməsi iddiaçının mülkiyyətində olan həmin qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun həyata keçirilməsinə maneə, o cümlədən cavabdehin həmin sahədən çıxarılmaması üçün əsas ola bilməz. Eyni zamanda işin araşdırılmış hallarından da göründüyü kimi, iddiaçı cavabdehin Payız bələdiyyəsinə məxsus torpaq sahəsindən deyil, iddiaçının mülkiyyətində olan 100.25 m2 sahəsi olan qeyri-yaşayış binasından çıxarılmasını tələb edir ki, bununda onun icarə müqaviləsi əsasında istifadə etdiyi torpaq sahəsinə aidiyyəti yoxdur. Həmçinin hazırda Naxçıvan Muxtar Respublikası Kommersiya Məhkəməsinin qətnaməsi əsasında 50000 manat məbləğində borcu hissə-hissə ödəməsi və yeməkxananı icarəyə verməsini göstərməsi apellyasiya şikayətinin təmin olunmaqla məhkəmənin qanuni və əsaslı olan qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Kollegiya eyni zamanda qeyd edir ki, iş üzrə Cavabdeh ümumi sahəsi 100.25 m2 olan qeyri-yaşayış binasını Babək Rayon Dövlət Notariat ofisində 4Ə-XXX reyestr nömrəsi ilə qeyd edilmiş xx.xx.2021-ci il tarixli Daşınmaz Əmlakın Bağışlanması müqaviləsinə əsasən İddiaçı adına keçirilməsinə etiraz etməmiş, bununla da könüllü olaraq qeyriyaşayış binasına dai r mülkiyyət və istifadə hüququndan imtina etmişdir.”

15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri

16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir.

17. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyni olmuşdur.

18. Kassasiya şikayəti “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə istinadla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. TƏTB İQ EDİLƏN HÜQUQ 20. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyaya dair Protokol: Maddə

1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdakı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.

21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə

13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tər əfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Maddə

29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlak a (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

23. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Aərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarı: “Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakda n istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.”

24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edi lməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normala rının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ

25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış (müəyyən edilmiş) sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya inst ansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.

27. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Baxıl an iş üzrə apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişiklik edilmədən saxlamaqla işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün nəticəyə gəlmişdir.

29. Kassasiya şikayətinin dəlillərinə münasibətdə qeyd olunmalıdır ki, həmin dəlillər apellyasiya şikayətinin dəlillərini təkrarlamaqla, onlara apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

30. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

31. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tuta raq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(108)-99/2022 nömrəli iş üzrə 25 avqust 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar