Məhkəmə qərarları › İş №2(102)-218/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-218/2025

15.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-218/2025 15.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə QƏRARI Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5468/2024 nömrəli, 3 oktyabr 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayət inə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cəlilabad rayon İcra Hakimiyyəti Boyxanlı kənd İnzibati-ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2012-ci il tarixli 01 nömrəli sərəncamı ilə Cəlilabad rayonun Məşədilər kəndində 1987-ci ildə inşa edilmiş 3 otaqlı 1 mərtəbəli evin həyət tikililərinin 3500 kv.m torpaq sahəsi X1 (hazırkı iş üzrə iddiaçının əmisi) adına təsdiqlənməsi qərara alınmışdır. “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportu”na görə, həmin yaşayış evi və həyət tikililərinin sahibi X2r.

2. İddiaçı - Məşədilər kənd sakini İddiaçı 2007-ci ildən 10 oktyabr 2022-ci il tarixə kimi həmin evdə yaşamıdır. 10 oktyabr 2022-ci il tarixdə həmin evdə yanğın baş vermiş və FHN DYNX tərəfindən yanğın spndürülmü şdür.

3. FHN DYNX-nin Cənub regional DYNİ-nin DYNŞ-nin inspektoru, daxili xidmət leytenantı X17, Cəlilabad rayon Məşədilər kənd sakinləri İddiaçı və X9 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli “Yanğın haqqında akt”da göstərilmişdir ki, 10 oktyabr 2022ci il tarixdə Cəlilabad rayonun Məşədilər kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evində yanğın baş vermiş, yanğın nəticəsində İddiaçı və ailəsinə məxsus bütün əşyalar, sənədlər və qızıl zinət əşyaları yanaraq yararsız hala düşmüşdür. İddiaçı verdiyi məlumata görə 11000 manat pulu da yanğın zamanı yanmışdır. Hadisə yerinin müayinəsindən və alınmış izahatlardan güman edilmişdir ki, yanğın hadisəsinin baş verməsinə səbəb evin daxilinə çəkilmiş elektrik naqillərinə baş vermiş qısaqapanma olmuşdur.

4. Baş vermiş yanğın hadisəsi il ə bağlı FHN Əməliyyat-İstintaq İdarəsi tərəfindən yoxlama aparılmıdır. Təhqiqat zamanı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10/7210 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən, X10 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğının mənbəyi, evin ikinci mərtəbəsinin dəhlizinin tavan hissəsində olmuşdur. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlmək olar ki, yanğın mənbə zonasının yaxınlığında olan elektrik xətlərində yaranmış qəza halında baş verməsi üçün xarakterikdir. Yanğının baş vermə səbəbi ilə bağlı verilmiş ehtimalı nəticə təhqiqat orqanı tərəfindən digər sübutlarla təsdiq edildiyi halda, baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraşdırılması Qayda sı”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10-cu bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs tərəfindən pozulmuşdur. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş fərdi yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra isə mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə, “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə elektrik sayğacının quraşdırılmasını təmin etmiş qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuşdur. Təhqiqatçı tərəfindən yoxlama materiallarının aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2023-cü il tarixli qərar qəbul edilmiş, toplanmış materiallar, elektrik sayğacını quraşdırılmasını təmin et miş qurumun əməkdaşlarının tərəfindən yol verilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın pozuntularına qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilmişdir.

5. Cəlilabad rayon prokurorluğunda aparılan araşdırma zamanı əlavə məhkəmə yanğın-texniki ekspertizası keçirilmiş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10/2993 nömrəli, xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X3 məxsus, İddiaçı yaşadığı və istifadəsində olan fərdi yaşayış evində baş vermiş yanğın mənbə zonasının yaxınlığında olan elektrik xətlərində yaranmış qəza (qısaqapanma, artıq yüklənmə, yüksək keçid müqaviməti və s.) halında baş verməsi üçün xarakterikdir. Baş vermiş hadisə ilə əlaqədar “Elektrik qurğularının quraş dırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10, 7.1.5.7-ci bəndlərinin tələbləri pozulmuşdur ki, bu da Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsinə gətirib çıxarmışdır. Fərdi yaşayış evinin elektrik xətlərini mövcud norma və qaydaların tələblərinə uyğun olmayan üsulla, yəni yanar materialların birbaşa üzəri ilə çəkdiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 2.1.1.14, 2.1.1.15, 2.1.2.10-cu bəndlərinin tələbləri fərdi yaşayış evinin daxilində elektrik xətlərini çəkən şəxs (lər) tərəfindən pozulmuşdur. Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən hadisə baş vermiş yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə “Elektrik qurğularının quraşdırılması Qaydası ”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə mühafizə aparatının quraşdırılmasını təmin etməli olan qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuşdur.Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X10 məxsus, İddiaçı yaşadığı fərdi yaşayış evində baş vermiş yanğının səbəb və şəraitini, həmçinin mühafizə aparatının təyinatını nəzərə aldıqda, elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmaması ilə həmin evdə yanğın hadisəsinin baş verməsi ilə nəticələnən hadisə arasında səbəbli əlaqə mövcud olmuşdur.

6. Cəlilabad rayon prokurorunun müstəntiqi tərəfindən xx.xx.2023-cü il tarixli qərarla cinayət işi başlanması rədd edilmiş, eyni zamanda “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci b əndinin “bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır” kimi tələbini pozan "Azərişıq” ASC-nin Cənub RETSİ Sayğac quraşdırma və Uçota nəzarət sektorunun aparıcı mühəndis vəzifəsində işləyən X6, "Azərişıq” ASC-nin məsul şəxs(lər)inin və "xxxx" ASC-nin Cənub RETSİ X4 rəhbər işçilərinin və digər məsul şəxslərin (aparıcı mühəndis, ərazinin ustası və s.) müəyyən edilərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü "xxxx" ASC-yə təqdimat verilməsi qərara alınmış, habelə Cabbar Həsənova 9828 manat, İddiaçı 9730 manat maddi ziyan dəyməsi faktı ilə bağlı zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir.

7. Həmin qərardan "xxxx" ASC-nin verdiyi apellyasiya şikayəti Şirvan Apellyasiya Məhkəmə sinin Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə təmin edilmiş, Cəlilabad rayon prokurorluğunun müstəntiqi X13 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli 44C-23 nömrəli material üzrə qəbul edilmiş “Cinayət işi başlanmasının rədd edilməsi haqda qərar”ın 2-ci bəndi qanunsuz hesab olunmuş, yəni “Elektrik qurğularının quraşdırılması Qaydaları”nın 7.1.5.7-ci bəndinin bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır kimi tələbini pozan "xxxx" ASC-nin Cənub RETSİ Sayğac quraşdırma və Uçota nəzarət sektorunun aparıcı mühəndisi vəzifəsində işləyən X7, "xxxx" ASC-nin məsul şəxsləri və "xxxx" ASC-nin Cənub RETSİ X4 rəhbər işçiləri və digər məsul şəxslərin (aparıcı mühəndis, ərazinin ustası və s.) müəyyən edilərək intizam məsuliyyətinə cəlb edilməsi ndən ötrü "xxxx" ASC-yə təqdimat verilsin” hissəsində qərar ləğv edilmişdir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş üzrə təhqiqat və ibtidai istintaq aparılmadığına görə ilkin araşdırmanın nəticələrinə görə Azərbaycan Respublikası CPM-nin 221.1-ci maddəsinin tələbinə uyğun təqdimt verilməsi üçün prosessual əsas olmamışdır.

8. İddiaçı məxsus Məşədilər kəndində yerləşən yaşayış evindən 17849426 nömrəli sayğac xx.xx.2022-ci il tarixdə çıxarılaraq əvəzində **********27 nömrəli sayğac quraşdırılmışdır.

9. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən fərdi yaşayış evinə tikinti üzrə dəymiş maddi ziyan 9828 manatdır.

10. Ədliyyə Nazirliyinin Məh kəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, 10 oktyabr 2022-ci il tarixdə Cəlilabad rayonunun Məşədilər kəndində yerləşən fərdi yaşayış evində baş vermiş yanğın nəticəsində əmtəə üzrə dəymiş ziyanın məbləği 9730 manatdır.

11. Cəlilabad rayon İcra Hakimiyyəti Başçısının Aparatının İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli məktubda göstərilmişdir ki, 10 oktyabr 2022-ci il tarixdə baş vermiş yanğınla əlaqədar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin X15 Xidməti Cənub regional X15 İdarəsinin Dövlət Yanğından Nəzarət Şöbəsi tərəfindən tərtib olunmuş aktda yanğının baş verməsində təqsirli şəxsin müəyyənləşdirilmədiyi göstərilmişdir. Həmçinin iddiaçıya müvəqqəti yaşayış çadırının verilməsi üçün rayon fövqəladə hallar komissiyasının sədr i tərəfindən Fövqəladə Hallar Nazirliyinin X12 müraciət edilmişdir. 12. "xxxx" ASC-nin İddiaçı ünvanladığı xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”nın 9.1. bəndinin tələblərinə uyğun olaraq, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına məsuliyyət daşıyır.

13. İddiaçı mərhum qardaşı X11 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuş, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailəsinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, X11 "Şəhid”, onun ailəsi “Şəhid ailəsi” hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

14. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən mənəvi ziyana görə 10000 manat, maddi ziyana görə 20730 manatın alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cəlilabad rayonun Məşədilər kəndində yerləşən fərdi yaşayış evi əmisi X3 məxsus olmuş, 15 ildir əmisinin razılığı ilə həmin evdə yaşamışdır. Təxminən 8 il bundan qabaq əmisi vəfat etdikdən sonra əmisi oğlu X14 həmin evdə yaşamasına icazə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində fərdi yaşayış evinin yaxınlığında həyat yoldaşı ilə birlikdə su motorunu təmir edərkən səs eşitmiş və bu zaman evin yandığını görmüşlər. Dərhal hadisə yerinə gedərək qonşularla birlikdə yanğını söndürməyə çalışmış, lakin söndürə bilməmişlər. Bir müddətdən sonra yanğınsöndürənlər yanğını söndürmüşlər. Evin və içərisindəki əşyalar yanaraq yararsız hala düşmüşdür. Hadisə zamanı xəsarət alan olmamışdır. Hadisədən 3-4 gün əvvəl Cəlilabad rayon Elektrik Şəbəkəsinin işçiləri yaşadığı ünvana gələrək, evin elektrik sayğacının yeni, "smart" tipli elektrik sayğacı ilə əvəz olunacağını bildirmişlər. O, yeni sayğacın elektrik açarı ilə təmin olunacağı barədə soruşduqda ona dəqiq cavab verməmişlər. 9 oktyabr 2022-ci tarixdə axşam saatlarında evə qayıdan zaman dəmir qutunun içərisinə artıq yeni “smart” tipli elektrik sayğacının quraşdırıldığını, dəmir qutunun açarla bağlı ol duğunu görmüşdür. X4 işçisi ilə əlaqə saxlayaraq elektrik sayğacının "smart” kartının harada olduğunu soruşduqda, şəbəkənin işçisi cavabında elektrik sayğacının "smart" kartının qutunun içərisində elektrik sayğacının yanında olduğunu demiş, qonşulardan açarı götürməsini, hamısının eyni olduğunu ona bildirmişlər. Qutunu açdıqda sayğacın elektrik xətlərinin açıq vəziyyətdə, yəni üzərində izolyasiya qatının olmadığını və sayğacın elektrik avtomat açarı ilə təmin olunmadığını görmüşdür. Bu barədə elektrik şəbəkəsinin işçisinə telefonla bildirdikdə ona qeyd olunan işləri özünün etməli olduğunu demişlər. Yaşadığı evin elektrik sayğacı yeni, “smart” tipli sayğac ilə əvəz olunarkən onunla hər hansı sənədləşmə işləri aparılmamış, yeni “smart' tipli elektrik sayğacı ona təhvil verilməmişdir. Yalnı z yanğın hadisəsindən 20 gün sonra elektrik şəbəkəsi tərəfindən yeni sayğaca elektrik avtomat açarı quraşdırılmışdır. Hadisəyə səbəb X4 işçiləri tərəfindən hadisədən bir gün əvvəl yaşadığı evin elektrik sayğacını yeni, "smart” tipli sayğac ilə əvəz edərkən sayğacda elektrik avtomat açarının quraşdırılmaması və sayğacın elektrik xətlərinin izolyasiya olunmaması nəticəsində elektrik xəttlərində əmələ gəlmiş qısaqapanma olmuşdur. Hal-hazırda yaşamağa öz evi yoxdur. Bundan əlavə, baş vermiş hadisə nəticəsində həmin evdə onun 11000 manat pulu da yanmışdır. Baş vermiş yanğın hadisəsi ilə bağlı Cəlilabad rayon Prokurorluğu tərəfindən araşdırma aparılmışdır. Baş vermiş hadisə nəticəsində mənəvi sarsıntı keçirmiş, bu da onun səhhətində ciddi problemlərin yaranmasına səbəb olmuşdur. Göstərilən səbəb lərdən də o, ağır maddi vəziyyətə düşmüş, ona maddi zərərlə yanaşı, mənəvi zərər dəymiş və hüquqları pozulmuşdur. Hazırda ailəsi ilə birlikdə çadır quraraq yaşayır. Ailəsi ilə birlikdə ona dəyən mənəvi ziyanı 10 000 qiymətləndirir, həmçinin maddi ziyan kimi evdə olan 11 000 manat pulu yanmış, əşyalarına dəyən ziyan isə 9730 manatdır. Əşyalarına dəyən ziyan qərarda da öz əksini tapmışdır.

16. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, Cəlilabad rayonu Məşədilər kəndində yaşayan İddiaçı istifadəsində olan “Smart” tipli sayğacın quraşdırılması elektrik enerjisi haqqında qüvvədə olan normativ tələblərə uyğun həyata keçirilmişdir. İddiaçının yaşadığı evdə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatı quraşdırılmalıdır. Lakin həmin mühafizə aparatının quraşdı rılması "xxxx" ASC-nin səlahiyyətinə aid edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”-nın 1.6.2.1-ci bəndinə əsasən, enerji təchizatı müəssisəsinin elektrik enerjisi istehlakçıları ilə hesablaşması üçün olan sayğacları enerji təchizatı müəssisəsi ilə istehlakçı şəbəkənin ayrılma sərhəddində (balans mənsubiyyəti üzrə) quraşdırmaq tövsiyə olunur. “Elektrik qurğularının quraşdırılması” Qaydası”nın 7.1.5.7-ci bəndinə əsasən, bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır. Əgər sayğacdan sonra mühafizə aparatları tərəfindən təchiz olunan bir xətt ayrılırsa, ümumi mühafizə aparatının qurulması tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci i l 18 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”nın 5.3-cü yarımbəndinə əsasən, enerjitəchizatı müəssisəsi ilə abonent arasında gərginliyi 1000 kV-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət hava budaqlanmasında - binada, xüsusi yaşayış evində və ya dayaqda bərkidilmiş birinci izolyatorda, kabellə daxil olduqda - binanın, xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarında müəyyən edilir. Həmin “Qaydaların” 3.4-cü bəndinə əsasən xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşür. Yuxarıda qeyd edilən “Qaydalar”ın tələblərindən göründüyü kimi, enerjitəchizatı müəssisəsi ilə abone nt arasında gərginliyi 1000 kV-a qədər olan elektrik qurğularının texniki vəziyyətinə və onlara xidmətə görə məsuliyyət xüsusi yaşayış evinin və ya mənzilin girişindəki qidalandırıcı kabelin uclarına qədər müəyyən edildiyindən yaşayış evlərinə quraşdırılmış elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmasında və xüsusi yaşayış evlərinin elektrik xətlərinin və elektrik avadanlıqlarının texniki vəziyyətinə və düzgün istismarına görə cavabdehlik onun mülkiyyətçisinin üzərinə düşdüyündən enerjitəchizatı müəssisəsi yaranmış qüsur və baş vermiş hadisələrə görə məsuliyyət daşımır. Bu səbəbdən də, Cəlilabad rayonu, Məşədilər kəndində yerləşən X10 məxsus İddiaçı olğunun yaşadığı fərdi yaşayış evində baş vermiş yanğın hadisəsi ilə əlaqədar "xxxx" ASC-nin əməkdaşları məsuliyyət daşımır.

17. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-1964/2024 nömrəli, 27 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin qismən təmin edilməsi, "xxxx" ASC-dən maddi ziyanın əvəzi qismində 9730 manat, mənəvi ziyanın əvəzi olaraq 2000 manat məbləğdə pulun tutulub İddiaçı ödənilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

18. Məhkəmə iddia tələbinin qismən əsaslı olduğunu qeyd edərək müəyyən etmişdir ki, şəxsə ziyan vurulması ilə nəticələnən yanğın hadisəsində hansı təqsirli əməlin bu nəticəyə səbəb olması iş üzrə aparılmış təhqiqat zamanı müvafiq ekspert rəyi ilə tam müəyyən edilmişdir.

19. Birinci instansiya məhkəməsi əlavə məhkəmə yanğın-texniki ekspertizasının 10/2993 nömrəli, xx.xx.2023-cü il tarixli rəyini əsas tutaraq hesab etmişdir ki, hazır kı iddia həmin iddiaya cavab verməli olan cavabdehə qarşı düzgün olaraq irəli sürülmüşdür. Cavabdehin Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına istinad etməklə sanki həmin qərarla "xxxx" ASC-nin məsuliyyətinin aradan qalxmasını əsas gətirməsi və qeyd edilən məhkəmənin qərarı ilə cinayət təqibi orqanının qərarının bir hissədə ləğv edilməsi təqsirli şəxsləri müəyyən edən adı çəkilən ekspert rəyinin mötəbərliyini aradan qaldırmır.

20. Məhkəmə bu qənəatə gəlmişdir ki, işin faktiki halları və təqdim edilmiş sübutlar İddiaçı 9730 manat məbləğində ziyan vurulmasını tamamilə sübuta yetirir.

21. Məhkəmə iddia tələbinin yanğın zamanı yanması irəli sürülən 11000 manat pul məbləğinə münsaibətdə isə qeyd etmişdir ki, həmin hal nəinki cinayət təqibi orqanında aparılan araşdırma z amanı, həmçinin hazırkı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, iddiaçı qeyd etdiyi 11000 manatın yanğın hadisəsi zamanı yanması ilə bağlı mötəbər sübutlar təqdim etməmişdir.

22. Məhkəmə iddia tələbinin 10000 manat məbləğində mənəvi zərərin ödənilməsi hissəsi ilə bağlı isə bildirmişdir ki, iddiaçıya baş vermiş hadisə nəticəsində mənəvi zərər dəyməsi faktdır, 2008-ci ildən ailəsi ilə yaşayaraq yeganə yaşayış sahəsi olan evin və istifadəsində olan daşınar əmlakların yanması nəticəsində iddiaçının ailəsi ilə birlikdə yaşayışını təmin etmək üçün keçirdiyi mənəvi iztirab danılmazdır. Lakin məhkəmə bu məbləğin 2000 manat həddində müəyyən edilməsini ədalətli kompensasiya hesab edir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25, 26, 125-ci, Mülki Məcəllənin 21.1, 21.2, 23.1, 1096, 1097.1, 1099.1, 1099.2, 1108.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli 40 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”nın təsdiq edilməsi haqqında qərarının 2.1.1.14, 2.1.1.15, 2.1.2.10, 7.1.5.7-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

24. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuş, sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddiaçının hər hansı mənəvi ziyana məruz qaldığı sübuta yetirilməmişdir.

26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5468/2024 nömrəli, 3 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər - Elnur Həsənov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Xumar Mərdanova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

27. Məhkəmə kollegiyası hesab etmişdir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndində təsbit olunan vəzifə həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanları daha yüksək olan cavabdehin üzərinə qoyulmalı, əgər zərər bu vəzifənin yerinə yetirilməməsi səbəbi ndən ortaya çıxmışdırsa, zərərdən məhz o məsuliyyət daşımalıdır.

28. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, zinaynın ödənilməsini tənzimləyən Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

29. Zərər vurmaq faktını mülki hüquq pozuntusu kimi qəbul etmək üçün lazımi şərtlərin olması vacibdir ki, həmin şərtlər qanunda göstərilmişdir. Qanunun müəyyən etdiyi şərtlə rə cavab verməyən zərər vurmaq (delikt) faktı mülki hüquq pozuntusu hesab edilə və belə halda delikt məsuliyyəti tədbiri, yəni zərəri ödəmək formasında mülki-hüquqi sanksiya tətbiq oluna bilməz. Qanunun müəyyən etdiyi həmin şərtlər Mülki Məcəllənin 1096-cı maddəsində göstərildiyi kimi, zərərvuranın hüquqa zidd əməli; hüquqa zidd əməl ilə zərər arasında səbəbli əlaqə; və zərər vuranın təqsiridir. Göstərilən üç hal birləşərək zərər vurma faktını mülki hüquq pozuntusu (delikt) kimi qiymətləndirməyə imkan verir və həmin şərtlər əsas delikt anlayışının məzmununa daxildir. Başqa sözlə, bu hallar deliktə görə məsuliyyətin ümumi şərtlərini müəyyən edir.

30. Qanunvericilikdə delik məsuliyyətinin yaranması və tətbiq edilməsi üçün ümumi prinsip kimi yuxarıda qeyd edilən 3 şərtin olması tələb edilsə d ə, bəzi hallarda məhdud delikt məsuliyyəti də yarana bilir. Bu, təqsirsiz delik məsuliyyəti adlanır ki, onun da ən bariz nümunəsi Mülki Məcəllənin 1108-ci maddəsidir. Həmin normada nəzərdə tutulan delikt məsuliyyətinin subyekti kimi yüksək təhlükə mənbəyinin sahibi çıxış edir. Yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxs həmin mənbənin sahibi sayılır və onun vurduğu zərərin əvəzini ödəməyə borcludur. Qanun zərərin əvəzini ödəmək vəzifəsini məhz onun üzərinə qoyur.

31. Məhkəmə kollegiyası hesab etmişdir ki, elektrik enerjisi yüksək təhlükə mənbəyi olduğundan “Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndində təsbit ol unan vəzifə həmin mənbənin satıcısı olan və həmin mənbə üzərində nəzarət imkanları daha yüksək olan cavabdehin üzərinə qoyulmalı, əgər zərər bu vəzifənin yerinə yetirilməməsi səbəbindən ortaya çıxmışdırsa, zərərdən məhz o məsuliyyət daşımalıdır.

32. Baxılan mübahisə üzrə tədqiqat aparmış ekspert də belə nəticəyə gəlmişdir ki, hadisə baş vermiş yaşayış evinə qoşulmuş elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılması təmin edilmədiyinə görə "Elektrik qurğularının quraşdırılması Qaydası”nın 7.1.5.7-ci bəndinin tələbləri fərdi yaşayış evinə mühafizə aparatının quraşdırılmasını təmin etməli olan qurumun (vəzifə təlimatının tələblərinə əsasən) həmin funksiyanı həyata keçirilməli olan əməkdaş(ları) tərəfindən pozulmuş,... elektrik sayğacından sonra mühafizə aparatının quraşdırılmamas ı ilə həmin evdə yanğın hadisəsinin baş verməsi ilə nəticələnən hadisə arasında səbəbli əlaqə mövcud olmuşdur.

33. Qeyd olunanlara əsasən kollegiya o qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq yanğın hadisəsi nəticəsində iddiaçının məruz qaldığı ziyandan məhz "xxxx" ASC-nin məsuliyyət daşıdığı barədə düzgün nəticəyə gəlmişdir.

34. Məhkəmə kollegiyası, iddia tələbinin əsaslandırıldığı faktiki hallar nəticəsində iddiaçının mənəvi sarsıntı və iztirab keçirmiş olması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edərək qeyd etmişdir ki, hadisənin iddiaçının onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olduğu, narahatlıq, məyusluq hissləri, stress yaratdığı şübhəsizdir.

35. Məhkəmə kollegiyası bildirmişdir ki, İnsan Hüquqları üzrə A vropa Məhkəməsinin Rusiya Federasiyasına qarşı çıxarılmış qərarlarının icrası ilə bağlı xx.xx.2009-cu il tarixli Aralıq qətnaməsində qeyd olunmuşdur ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. Həmin Məhkəmənin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir, həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amillər - inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır.

36. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 14.2.6, 21, 386.1, 1096.1, 1097.1, 1099.1, 1108.1, 1108.2, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”na istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

37. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmaması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

38. Kassasiya şikayəti iddia ərizəsinə etirazın və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır.

39. Kassator şikayətini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X5 Qaydaları”nın 3.4, 5.3,5.3.1 və 5.3.2-ci bəndlərinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

40. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

41. Maddə 14.2.6. Başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır.

42. Maddə

21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin a di mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

43. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

44. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

45. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvur an tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

46. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

47. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəz ini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

48. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahi bliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər.

49. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 11 fevral tarixli Qərarı ilə təsdiq edilmiş “Elektrik qurğularının quraşdırılması Qaydası”

50. Bənd 2.1.1.14. Binaların və tikililərin konstruktiv elementləri, qapalı kanallar və naqillərin, kabellərin çəkilməsi üçün istifadə olunan boşluqlar yanmaya n olmalıdırlar.

51. Bənd 2.1.1.15. Naqillərin və kabellərin damarlarının birləşmələri, budaqlanmaları və damarların uclanması müəyyən olunmuş qaydada təsdiq olunmuş, qüvvədə olan təlimata uyğun, presləmə, qaynaq, lehimləmə vasitəsi ilə və ya sıxaclar (vintli, boltlu və s.) vasitəsi ilə aparılmalıdır.

52. Bənd 2.1.2.10. Yanan materiallardan örtükləri olan mühafizə olunmuş naqillərin (kabellərin) və mühafizə olunmamış naqillərin qapalı taxçalardan, tikinti konstruksiyalarının boşluqlarından (məsələn, divarla divar üzlüyü arasında), şırımlardan və s., yanan konstruksiyalar mövcud olan yerlərdən gizli çəkilmələr aparılarkən, naqilləri və kabelləri hər tərəfdən yanmayan materialdan olan bütöv qat ilə mühafizə edilməlidir.

53. Bənd 7.1.1.1. Qaydanın bu bəndi məişət binalarına şamil olunur.

54. B ənd 7.1.5.5. Mənzillərin hesabat sayğaclarını mühafizə aparatları ilə (qoruyucular, avtomatik açarlar) birlikdə quraşdırmaq tövsiyə olunur. Mənzil sayğaclarını mənzilin kandarında yerləşdirdikdə sayğaclar, bir qayda olaraq, bu lövhəciklərdə quraşdırılır. Sayğacların mərtəbə lövhələrində qurulmasına da icazə verilir.

55. Bənd 7.1.5.7. Bilavasitə şəbəkəyə qoşulan sayğacdan sonra mühafizə aparatı quraşdırılmalıdır. Əgər sayğacdan sonra mühafizə aparatları tərəfindən təchiz olunan bir xətt ayrılırsa, ümumi mühafizə aparatının qurulması tələb olunmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

56. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi isti nad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiy ası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

63. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüq uqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

66. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdi qi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

67. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

68. Həmçinin qeyd olunmalıdır ki, kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradı ldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

70. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5468/2024 nömrəli, 3 oktyabr 2024cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar