Məhkəmə qərarları › İş №2(102)-2184/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2184/2022

11.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2184/2022 11.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş kasasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçı cavabdehlər Cavabdeh1 və Abdullayeva (Əbilova) Səbinə Yaşar qızına qarşı “maddə və mənəvi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Abdullayeva (Əbilova) Səbinə Yaşar qızından maddi zərərə görə 28000 manatın və mənəvi zərərə görə 5000 manatın, ödənilmiş 30 manat dövlət rüsumunun, ümumilikdə 33030 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)-3163/2021 nömrəli qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 18000 manatın və Cavabdeh1 9000 manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, ödənilmiş dövlət rüsumunun əvəzi olan 30 manat məbləğində pulun 20 manatının Cavabdeh2, 10 manatının isə Cavabdeh1 İddiaçı xeyrinə tutulması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər birgə apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İlham Kərimli - sədrlik edən və məruzəçi, Akif İsgəndərov, Elşən Kazımov) 14.12.2021-ci il tarixli, 2(103)-8022/2021 saylı qətnam əsi ilə apelyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli 2(004)-3163/2021 nömrəli qətnaməsinin dəyişdirilməsi, Cavabdeh1 İddiaçı xeyrinə tutulan pul məbləğinin 2588 manat məbləğində müəyyən edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2021-ci il tarixli, 2(103)-8022/2021 nömrəli qətnaməsindən birgə kasasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az ol an əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apelyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kasasiya şikayəti verilə bilər. İşə baxmış apelyasiya kollegiyası MPM-nin 402-ci maddəsinin tələblərini nəzərə almadan (qətnamə Cavabdeh1 münasibətdə dəyişdirilib ondan tutulmalı pul 2588 manat müəyyən edilmişdir) birgə kasasiya şikayətini baxılması üçün Ali Məhkəməyə göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 408.1.1-ci maddəsinə əsasən, kasasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, ha belə kasasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, birgə kasasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-nin 404-1.1 və 404-1.2-ci maddələrinə görə, kassasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində kassasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə kassasiya qaydasında baxmaq üçün prosessual əsasların olması daxildir. İşə kasasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli v ə mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və MPM-nin 404-1.1, 404-1.2, 407.1, 408.1, 408.1.1, 408.1.7ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.12.2021-ci il tarixli, 2(103)-8022/2021 nömrəli qətnaməsindən verdiyi birgə kasasiya şikayəti qeyri-mümkün hesab edilsin və mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar