Məhkəmə qərarları › İş №2(102)-2184/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2184/2024

28.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2184/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Şixan oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuiyyətli Cəmiyyətinə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə ("xxxx" X3 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsızlığı) Kateqoriya: Hərracın nəticələrinin mübahisələndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Şamayev Elşad Yaquboviç və Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Şixan oğlunun cavabdehlər "xxxx" Məhdud Məsuiyyətli Cəmiyyətinə və Bakı şəhəri Nəsimi Rayon İcra Şöbəsinə qarşı ("xxxx" X3 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun və alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1522/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 noyabr 2022-ci il tarixli, 2(103)-4305/2022 saylı icra vərəqəsi ilə tələb üzrə tutma cavabdeh İddiaçı Şixan oğluna məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 a saylı evin, 32 saylı mənzilinə yönəldilmiş, əmlakın ilkin satış qiyməti 236.000 manat müəyyən edilmişdir.

2. Nəsimi rayon İcra şöbəsi tərəfindən Bakı Apellyasiya Məhkəməsinin 2 (103)4305/2022-saylı, xx.xx.2022-cu il tarixli İcra vərəqəsi üzrə borclu İddiaçı məxsus Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilin satışının təmin olunması "xxxx" MMC-yə sifariş edilmişdir. 3. "xxxx" MMC-nin açıq hərracın keçiri lməsinə dair 11 avqust 2023-cü il tarixli 211/23 nömrəli bildirişin surətinə ədən görünür ki, Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair hərracın keçirilməsi 07 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir.

4. Sifarişli poçt zərfinin surətinə əsasən İddiaçı keçiriləcək ilkin hərracın vaxtı və yeri barədə göndərilmiş bildiriş zərfi çatdırılmış və xx.xx.2023-cü il tarixdə imzalanaraq təhvil alınmışdır. İkinci həraacın vaxtı və yeri barədə göndərilmiş bildiriş isə zərfdə tarix göstərilməsə də, imza edilməklə təhvil alınmışdır. 5. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətinə əsasən ilkin satış qiyməti 236000 manat ol an Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair açıq hərracın keçirilməsinin 07 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. 6. "xxxx" MMC-nin açıq hərracın keçirilməsinə dair 08 sentyabr 2023-cü il tarixli 211/23 nömrəli bildirişin surətinə əsasın Nəsimi rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar hərracın keçirilməsi 27 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilmişdir. 7. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətinə əsasən təkrar hərracın satış qiyməti 200600 manat olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) kü çəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar açıq hərracın keçirilməsinin 27 sentyabr 2023-cü il tarixə, saat 11:00-a təyin edilməsi barədə elan dərc edilmişdir. “Market” qəzetinin xx.xx.2023-xx.xx.2023-cü il tarixli buraxılışının surətinə əsasən 27 sentyabr 2023-cü il tarixdə keçirilən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair təkrar hərrac baş tutmamışdır 8. "xxxx" MMC-nin 26 oktyabr 2023-cü il tarixli Hərracın nəticələri haqqında yekun protokoluna əsasən, Bakı şəhəri Nəsimi rayon icra şöbəsinin 8934-160799/2023-5-34 saylı xx.xx.2023-cü il tarixli sifariş məktubuna əsasən İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48 a saylı evin 32 saylı mənzilin ilkin satış qiyməti 236000 manat olmaqla hərraca çıxarılmışdır. Əmlak 150450 manata "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlərə qarşı ("xxxx" X3 Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə) iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə mürciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilə dair keçirilmiş hərracların nəticəsi olan 211/23 saylı, xx.xx.2023-cü il tarixli hərracın yekun protokolunun, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsızlığı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-cu il tarixli, 2 (103)-4305/2022 saylı İcra vərəqəsinə əsasən cavabdeh X1 xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı kredit razılaşması üzrə 163 894,78 (bir yüz altmış üç min səkkiz yüz doxsan dörd manat 78 yetmiş səkkiz qəpik) məbəğində kredit borcu 30 manat Məhkəməyə verilmək üçün ödənilmiş dövlət rüsumu və DƏDRX-nə çəkilmiş 40 manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin xeyrinə ödənilməsi və qeyd edilən borc tələbinin ipoteka predmeti olan İddiaçı Şixan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 ada yerləşən 32 saylı m ənzilinə yönəldilmişdir. İpoteka predmeti olan İddiaçı Şixan oğluna məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə 236000 (iki yüz otuz alt min) manat ilkin satış qiyməti qoyulmuşdur. Həmin qətnamə əsasında əmlakın yerləşdiyi və borcluların qeydiyyatda olduğu ünvan üzrə icra vərəqəsi verilmiş və icrasının təmin edilməsindən ötrü Nəsimi rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində № 8934-160799/2023-5-34 saylı məktubla İpoteka predimeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a- da yerləşən 32 saylı mənzili, Açıq hərrac vasitəsi ilə realizə edilərək tələbkar "xxxx" Kommersiya Bankı ASC-nin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş verilmişdir. Məlum iqtisadi kriz nəticəsində manatın devalivasiya olaraq məzənnəsinin düşməsi, yaranmış işsizilik, maddi sıxıntılar və borclunun ani səhhəti ilə əlaqədar olaraq yaranmış vəziyyət səbəbi ilə qeyd edilən borc öhdəliyinin icrasında məhkəməyə qədər və məhkəmə prosesləri zamanı çətinliklər yaranmış və bu haqda "xxxx" Kommersiya Bankı ASC-yə təsdiqedici sənədlərlə Birlikdə dərhal məlumat verilsə də heç bir ortaq razılığa gəlinilməsinə dair cəhdlər Bank tərəfindən qarşılanmamışdır. Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixində № 8934-160799/2023-5-34 saylı məktubla İpoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzili, Açıq hərrac vasitsəi ilə realizə edilərək tələbk ar "xxxx" Kommersiya Bankı ASC-nin kredit borcunun qaytarılması üçün "xxxx" MMC-yə sifariş vermişdir. Bundan savayı Sifariş məktubunda “ipoteka haqqında” qanunda qeyd edilən ipoteka predmetinə məxsus əmlaklar barədə məlumatlar (Elanda və bildirişdə hərracın vaxtı, veri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, təmir vəziyyəti, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat dolğun göstərilməmiş və bu da alıcı kütləsinin olmamasına, naraqsızlığa və alıcının hansı əmlakı almalı olduğu barədə təsəvvürsüzlüy ə gətirib çıxarmaqla nəticələnib. Hesab edir ki, bu sifariş üzrə dolğun olmayan məlumat olduğu üçün etibarsiz hesab edilməli və 2(103)-4305/2022 saylı, xx.xx.2022-cu il tarilxi İcra Vərəqəsinə uyğun olaraq əmlakın identifik əlamətləri alıcı kütləsinin çoxluğu üçün dolğun tərtib edilməli və tərəflərin istəyinə uyğun başqa hərrac təşkilatına göndərilməlidir. Natamam poçt qəbzi əldə etmişdirlər ki, burada da qəbul edilmə vaxtı qeyd edilməyib. Verilmiş sifariş əsasında ixtisaslaşdırılmış hərrac təşkilatı olan "xxxx" MMC, sifarişi “İpoteka haqqında” Azərbaycan Respubliksının qanunun və digər qanunvercilik aktlarının tələblərinin kobud pozulması ilə icra etmişdir. Bunlarla yanaşı ipoteka qoyan olaraq konstition hüquqlarından məhrum edilmişdir. “İpoteka haqqında” ARsının qanunun 42-ci maddəsinə əsasən “Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişinin alındığı gündən isə 30 təqvim günündən gec olmayaraq keçirilir” KİV də və öz saytlarında elanlar verilməli olduğu halda öz saytlarında heç bir elan verilməmişdir. İlk hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-da olmuş amma elanları (keçirimə və baş tutmama barədə) olmamışdır. Təkrar hərrac xx.xx.2023-cü il tarixində saat 11:00-da olmuş amma elanları (keçirimə və baş tutmama barədə) olmamışdır. Hərrac Mərkəzinə keçirilmiş hər iki hərraclar barədə və alıcı olubolmaması barədə sorğu verilmiş və xx.xx.2023-cü il tarixli, 211/23 saylı cavab məktublarına əsasən hərracın keçirildiyini və alıcı olmadığı üçün artıq hərracın yekunlaşdığı barədə rəsmi cavab vermişlər. “İpoteka ha qqında” AR-nin qanunun 43.2-ci maddəsinə əsasən bu qanunun 43.1.1-43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 (üç) təqvim günü gec olmayaraq dərc etdirilir. Buna baxmayaraq hec bir hərracın baş tutmaması barədə elan belə verilməmişdir ki, qeyd edilən qanunun 43.2-ci maddəsinin tələbi kobud pozulmuşdur. Təkrar hərrac barədə məlumatsız olmuşdur. Həmçinin hərrac bildirşlərinin ipoteka qoyana göndərilmə qəbul haqqında hər hansı qəbz olmamışdır. Beləki hərracın açıqlığı ilə yanaşı konstition hüquqları pozulmuşdur. Əgər birinci hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə elanın verildiyi kütləvi informasiy a vasitəsində və özünün rəsmi internet saytında məlumat Hərrac Mərkəzi tərəfindən dərc etdirilməli olduğu halda dərc etdirlməmişdir. Xüsusən qeyd edir ki, qeyd etdikləri ilə yanaşı ona və ünvanına hec bir hərrac keçirilməsi ilə bağlı bildiriş, hər hansı sənəd, məktub daxil olmamışdır. Nəsimi rayonu İcra və probasiya şöbəsindən edilmiş müraciətlə ondan xəbərsiz ona məxsus əmlakın guya banka satılacağını demişlər, “Gələcəyi kim bilər ki, əmlak satılmayacaq”. Bu yanaşmadan bəlli olur ki, bank əmlakın alıcı kütləsi olmamasında və ucuz qiymətə almasında bununla da borclunun əlavə yüklənməsində maraqlıdır. Əmlak yüksək qiymətə alınsa borc da bağlanacaq və mülkiyyətçiyə əlavə fərq də ödəniləcək. Göstərilənlərə və qanunvericilik normalarına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə dair "xxxx" MMC tərəfindən keçirilmiş hərracların nəticələri qanunvericiliklə müəyyənləşdirilmiş qaydaların pozulması ilə keçirildiyindən, hərracların hazırlanması, müddətləri və keçirilmə qaydası pozulduğundan, ipoteka saxlayana məlumat verilmədən keçirildiyindən, birinci hərrac və təkrar hərracların baş tutmaması barədə elanlar verilmədiyindən keçirilmiş xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli hərraclar və nəticələri etibarsız sayılmalıdır.

11. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) e-2(004)-5066/2023 nömrəli iş üzrə 5 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (sədrlik edən-Kərim Xudayev) iddia təmin edilməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, İddi açı hazırkı iddiası əsassızdır. İddiaçı iddiasını əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz hüquqi təsdiqini tapmamışdır. İddiaçı iddia ərizəsində hərracın keçirilməsi barədə ona məlumat verilməməsini qeyd etsə də, iş materiallarında olan sənədlərlə hərracın keçirilməsi barədə hərrac təşkilatı tərəfindən hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirilməsi və bu barədə iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə həmçinin iddia ərizəsində də göstərilən hüquqi ünvanı üzrə bildiriş göndərilməsi təsdiq edilir. Həmçinin, iş materiallarına əsasən təsdiq edilir ki, İddiaçı mülkiyyətində olan əmlakın ilkin satış qiymət 236000 manat olma qla hərraca çıxarılmış və keçirilən 2 hərrac baş tutmadığına görə alıcı "xxxx" X3 Səhmdar Cəmiyyəti tərəfindən 150450 manata alınmışdır. Odur ki, "xxxx" MMC tərəfindən hərrac “İpoteka haqqında” Qanunla və Mülki Məcəllə ilə müəyyənləşdirilmiş qaydalara əməl edilməklə həyata keçirilmişdir, hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün iş üzrə qanuni əsaslar mövcud deyildir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 317.1, 317.2, 414.2, 414.3, 414.5, 416.1, 416.2-ci maddələrinə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 42.6, 44-cü, “İcra haqqında” Qanunun 51.1, 53.2, 61.1, 61.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3-cü maddələrinə istinadla əsaslandırmışdır. a ) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, "xxxx" MMC tərəfindən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc edilməmiş, (qəzet elanları tam deyil) “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin tələbləri pozulmuşdur. İpoteka bildirşləri ipoteka qoyana çatdırılmamışdır. Hərrac təkilatı mənbəsi müəyyən olunmayan, naməlum hazırlanmış bir siyahi təqdim etmiş və sənəddə bildirişin göndərilməsi məlum olmamış, hətta poçtun SS (məktubun izlənması) kodu belə olmamışdır. Bu isə sifarişl i poçt üsulu ilə deyil, məktubun ipotekasaxlayana gondərilməməsini təsdiqləyir. Hərraclar faktiki keçirilməməklə yanaşı formal olsa belə, düzgün səndləşmə olmamışdır. Belə ki, ipotekasaxlayan əmlakını özü ala bilər və ya alıcı tapıb yüksək qiymətə satıb borcunu bağlatdırmaqla qalıq fərqlə özünə yaşayış imkanı yarada bilərdi. Bu hal ipotekasaxlayana və hərraca əmlakın 15% və 25%-lə aşağı realizəsi maraqlı olmuşdur. Bu haqda birinci instansiya məhkəməsinə müşayətedici sənədlər, vəsatətlər və ərizələr təqdim edilsə də araşdırılmamışdır. X2 tərəfindən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac keçirilməli olduğu halda icra və hərrac prosesləri kobud pozulması ilə hərrac keçirib yekunlaşdırmışdır. Bununla da “İcra haqqında” Azərbaycan Respublikasının Qanu nun 62-ci maddəsinin tələbləri də kobud və aşkar olaraq pozulmuşdur. Birinci instansiya məhkəməsi proses zamanı Nəsimi rayon İcra və Probasiya şöbəsindən və Bakı Hərrac Mərkəzindən sənədləri istədikdə müəyyən olmuşdur ki, Nəsimi rayon icra şöbəsinin qərarları və sənədləşməsində prosesual qaydalar pozulmuş və ipoteka qoyan məlumatsız qalmışdır. Hərrac Mərkəzi və Nəsimi rayon İcra və Probasiya Şöbəsi hərracın keçirilmə qaydasını dəfələrlə, açıq və kobud formada pozmuşdur. Hərrac Mərkəzi tərəfindən ilkin hərracın və təkrar hərrac baş tutmaması da və baş tutmama elanı, səbəbi verilməmiş, ipotekasaxlayan olaraq onların israrından sonra bütün nöqsanlar ortaya çıxmışdır. Hər dəfə aşkar pozuntularla hərrac keçirilmiş və hərrac təşkilatı və İcra şöbəsi prosesəsə gəlməmiş və hərracın etibarsızlığı b arədə iddia tələbi təmin edilməmişdir.

16. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1522/2024 nömrəli, 28 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Fərrux Qasımov) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya insytansiyası məhkəməsi mövqeyini əsaslandırarkən qeyd etmişdir ki, “F.Cavadov və V.Aslanovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinin məzmununda nəzərdə tutulan bildiriş ümumiyyətlə hüquqi tə biətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur.

18. Qanunvericiliyin normalarına əsasən hərracın keçirilməsinə məsul olan təşkilat hərrac iştirakçısının yaşadığı ünvanı axtarıb tapmaq və bildirişləri borclunun bu ünvanına göndərmək, habelə onun özünü şəxsən taparaq bildirişi ona təqdim etmək və ya hərrac barədə özündə məlumatları əks etdirən qəzetləri göndərmək öhdəliyi daşımır. Qanunverici hərrac təşkilatının üzərinə hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirmək, ipoteka saxlayana və ipoteka qoyana bildiriş göndərmək v əzifəsi qoymuşdur. Hərrac təşkilatı qeyd edilən şəxslərə bildiriş göndərməklə və qəzetlərdə elan dərc etdirməklə üzərinə qoyulmuş öhdəliyi yerinə yetirmiş sayılır.

19. Apellyasiya insytansiyası məhkəməsi qeyd etmişdir ki, 07 sentyabr 2023-cü il tarixdə keçirilən ilkin hərracda alıcı olmadığına görə bu hərrac baş tutmamış, təkrar hərrac xx.xx.2023-cü il tarixə təyin edilmiş və əmlak 15% aşağı qiymətə təklif olunmuşdur.

20. İddiaçının hərracın keçirilməsinə dair bildirişlərin ona göndərilməməsi ilə bağlı dəlilinə münasibətdə kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi, "xxxx" MMC tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, ev 48 a-da yerləşən 32 saylı mənzilinə bildiriş göndərilmiş, bildirişlər həmin ünvandan qəbul edilmişdir. Bununla yanaşı hərracın k eçirilməsi ilə bağlı elan “Market” qəzetində elanlar dərc olunmuşdur.

21. Alıcı olmadığına görə təkrar hərrac da baş tutmamış, bu barədə “Market” qəzetində elan verilmişdir. Bundan sonra Hərrac Mərkəzi hər iki hərracda əmlaklar satılmadığına görə ipoteka saxlayan "xxxx" Kommersiya Bankı ASC-yə “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə əsasən ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25% az olmayan qiymətlə, yəni 150450 manata almağı təklif etmişdir.

22. Göründüyü kimi, iddiaçının keçirilən hərraclar barədə ona bildiriş göndərilməməsi, hərracın keçirilməsindən məlumatsız olması ilə bağlı dəlilləri əsassız olmaqla, məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, habelə özündə qanunvericiliklə m üəyyən edilmiş digər məlumatları əks etdirən bildirişlər iddiaçıya göndərilmiş və həmin bildirişlər qəbul edilmiş, o cümlədən hərracla bağlı qəzetlərdə elanlar verilmişdir.

23. Kollegiya qeyd edir ki, əmlakın satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə bildirişlərin göndərilməməsinə dair iddiaçının dəlilləri öz təsdiqini tapmamışdır.

24. Apellyasiya insytansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər əsassız olmaqla heç bir mötəbər sübutla öz təsdiqini tapmır. Buna görə də kollegiya hesab edir ki, hazırkı iddia əsassız olmaqla məhkəmə qətnaməsinin icrasını gecikdirməyə yönəlmişdir.

25. Apellyasiya insytansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə r azılaşmış və hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

26. Məhkəmə öz mövqeyini Mülki Məcəlləsinin 337.1, 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.1, 42.3, 43.1, 43.4, 43.5, 43.7, 43.7-1, 43.8, 44-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. Cavabdeh (vəkil Nümayən də1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, açıq hərracın keçirilməsinə dair ipoteka qoyana bildirşlərin göndərilməsi ipotekaqoyanın bilavasitə iştirak üçün, hərracın keçirilməsi/baş tutmaması haqqında KİV-lərində /saytlatında elanlar isə keçiriləcək hərracın açıqlığı, hər kəsin iştirakı ( yüksək qiymətə imkan yaradılması)üçün nəzərədə tutulub ki, qanun normalarıı imperativ olaraq müəyyən edib. Bakı Hərrac Mərkəzi MMCtərəfindən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc edilməmiş, (qəzet elanları tam deyil) “İpoteka haqqında ” Azərbaycan Respublikasının Qanunun 42-cimaddəsinin tələbləri pozulmuşdur. İpoteka bildirşləri ipotekaqoyana çatdırılmamışdır. Belə ki hərrac təkilatı mənbəyi müəyyən olunmayan, naməlum hazırlanmış bir siyahi təqdim etmiş və sənəddə bildirişin göndərilməsi məlum deyil, hətta poçtun SSN (məktubun izlənməsi kodu) kodu belə yoxdur. Bu isə sifarişli poçt üsulu ilə deyil məktubun ipotekasaxlayana gondərilməməsini təsdiqləyir. Görünür ki bu hərraclar faktiki keçirilməməklə yanaşı formal olsa belə düzgün səndləşmə olmamışdır. Belə ki, ipoteka saxlayan əmlakını özü ala bilər və ya alıcı tapıb yüksək qiymətə satıb borcunu bağlatdırmaqla qalıq fərqlə özünə bir yaşayış imkanı yarada bilərdi. Görünür ipotekasaxlayana və hərraca əmlakın 15% və 25%-lə aşağı realizəsi maraqlı olmuşdur. Bu haqda məhkəməl ərə müşayətedici sənədlər, vəsatətlər və ərizələr təqdim edilsə də araşdırılmamışdır. Hesab edirik araşdırılsaydı hətta xüsusi qərardad üçün əsas da yaranardı. X2 tərəfindən icra məmurundan müvafiq sifarişin alındığı gündən ən geci iki ay müddətində hərrac keçirilməli olduğu halda icra və hərrac prosesləri kobud pozulması ilə hərrac keçirib yekunlaşdırmışdır. Bununla da “İcra haqqında” Azərbaycan Respublikasının Qanunun 62-ci maddəsinin tələbləri də kobud və aşkar olaraq pozulmuşdur. Belə ki, Hərrac mərhələsi də İcra mərhələsinə aiddir. Nəsimi rayon İcra və Probasiya şöbəsindən və Bakı Hərrac Mərkəzindən sənədləri istədikdə məhkəmələrdə müəyyən olmuşdur ki, Nəsimi rayon icra şöbəsinin qərarları və sənədləşməsində prosesual qaydalar pozulmuş və ipoteka qoyan məlumatsız qalmışdır. Qeyd edil ən pozuntular ilə bağlı hərracın keçirilməsi barədə sifarişdə göstərilmiş və hərrac da pozuntularla keçirilmişdir. İcra sənədi üzrə əmlakın hərrac təşkilatında açıq hərracda realizə olunması Azərbaycan Respublikasının “İpoteka haqqında” qanunu ilə müddətlər, elanlar, elanların verilmə proseduru, bildirşlərin belə göndərilmə üsulunun göstərilməsi ilə intizamlı fəaliyyəti tənzimlənir. Əgər xx.xx.2022-ci il tarixli ilkin hərrac və xx.xx.2022-ci il tarixli təkrar hərrac baş tutmamışdırsa, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirməlidir. ( “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 43.1 və 43.2-ci maddələrinin imperativ tələbləri) (6 dəfə KiV/qəzetlərdə elanlar olmal ıdır) Hərrac Mərkəzi və Nəsimi rayon İcra və Probasiya Şöbəsi hərracın keçirilmə qaydasını dəfələrlə, açıq və kobud formada pozmuşdur. Hərrac Mərkəzi tərəfindən ilkin hərracın və təkrar hərrac baş tutmaması da və baş tutmama elanı/səbəb i verilməmiş, ipotekasaxlayan olaraq bizimisrarımızdan sonra bütün nöqsanlar ortayaçıxmışdır 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. Elanlar və keçirilmə ardıcıllığında müddətlər pozulmuşdur.

29. Bakı Apellyasiya Məhkəməsi Nəsimi rayon icra və probasiya şöbəsindən və hərrac təşkilatından sənədləri istəmiş və göndərilən sənədləri ar aşdırarkən işi ətraflı araşdırmadığını hesab edirik. Belə ki, Mülki Prosesual Məcəllənin, İpoteka haqqında qanunun, İcra haqqında qanunun, Mülki Məcəllənin və bir çox tənzimləyici normaların kobud pozulması göndərilən sənədlərlə də əksini tapmışdır. Hesab edirlər ki, Bakı Apellyasiya Məhkəməsi maddi və prosesual hüquq normalarını yuxarıda qeyd etdiyikləri nüansları/faktiki və hüquqi halları nəzərə almadan düzgün tətbiq etməyib. Hər dəfə aşkar pozuntularla hərrac keçirilmiş və hərrac təşkilatı və İcra şöbəsi prosesə gəlməmiş və hərracın etibarsızlığı barədə iddia tələbləri təmin edilməmişdir

30. Kassator şikayətini Mülki Məcəllənin 415.1-ci, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42, 43, 43.2, 44, Azərbaycan Respublikasının MPM-in 77.1, 88, 217.1, 217.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri b) Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır.

32. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bil dirişdə bunun üçün verilən müddət göstərilməlidir.

33. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

34. Maddə 416.2. Yalnız hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununu:

35. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərrac ın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.

36. Maddə 42.1.Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir.Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, il kin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir

37. Maddə 42.3. İstənilən şəxs, o cümlədən ipoteka saxlayan və ipoteka qoyan hərracda alıcı qismində iştirak edə bilər. Hərracı sifariş edən icra qurumunun və hərrac təşkilatının əməkdaşlarının, habelə əmlakın qiymətləndirilməsini həyata keçirən şəxslərin birbaşa və ya dolayı yolla hərracda alıcı qismində iştirak etməsinə yol verilmir.

38. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan b iri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən o olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı və həmin müddət uzadılmasın.

39. Maddə 43.4.İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

40. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42 -ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

41. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

42. Maddə 43.7-1.Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

43. Maddə 43.8.İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.

44. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-c ı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

51. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

52. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməmə lidir.

54. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

57. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

58. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasə n və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı Şixan oğlu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 28 fevral 2024-cü il tarixli 2(103)-1522/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar