Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2185/2024 23.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: dəymiş ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-569/2024 nömrəli mülki iş üzrə 27 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 20 may 2 018-ci il tarixdə tərəflər arasında yaşadıqları binanın həyətində mübahisə baş vermiş, mübahisə zamanı Cavabdeh İddiaçı döyməklə ona xəsarət yetirmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2018-ci il tarixli, 1(101)947/2018 saylı hökmü ilə Cavabdeh əməlinə hüquqi qiymət verilmiş və o, AR Cinayət Məcəlləsinin 126.1 və 315.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinərək ümumilikdə 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. 2. 20 oktyabr 2018-ci il tarixli ərizədən görünür ki, İddiaçı Cavabdeh qarşı hazırda və gələcəkdə heç bir şikayət, maddi tələb və mülki iddiası yoxdur və olmayacaq.
3. Tibbi-Sosial Ekspertiza Müayinəsindən çıxarışdan görünür ki, İddiaçı İİ qrup əlillik almışdır, əsəb gərginlik tələb olunmayan işlə rdə çalışa bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun tərəfindən çəkilmiş əməliyyat xərclərinə görə 13.328 manat, əmək qabiliyyətinin itirilməsinə və ömürlük əlil olması ilə bağlı 56.970 manat, vurulmuş mənəvi zərərə görə - 10.000 manat, hüquqi yardım xidmətinə görə 850 manat, vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat olmaqla, ümumilikdə 81.348 manat və dövlət rüsumuna görə 335 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tərəflər Bakı şəhəri, Nəsimi rayonu, Ak. H.Əliyev küçəsi, 1061-ci məhəllədə yerləşən yeni yaşayış binas ında qonşu olmuşlar və onlar arasında həmin yaşayış binasının avtodayanacağında avtomobillərin parklanması ilə bağlı mübahisə olmuşdur. 20 may 2018-ci il tarixində, saat 00:30 radələrində cavabdeh iddiaçını yumruqla vurub yerə yıxmış, sonra isə yerdə yıxılmış vəziyyətdə olan onun baş nahiyəsindən təpiklə zərbə vurub ona başın sağ gicgah-təpə nahiyəsinin qançır-şişkinliyi və sağ təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah-təpə sümüklərinin xətti sınığı, sol gicgah-təpə-alın paylarının səthində subdural hematoma, hər iki beyin yarımkürəsinin subaraxnodial qansızmaları, beyin toxumasının sağ təpə və hər iki gicgah paylarına qansızmalar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, sol göz qapaqları və gözaltı nahiyənin həmin gözün ağlı qişasına qansızma ilə müşayi ət olunan qançırları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt yaxınlıqda olan şəxslərin köməkliyi ilə o, xəstəxanaya çatdırılaraq həyatını xilas etmək mümkün olmuşdur. Cavabdehin ailə üzvləri tərəfindən iddiaçının xəstəxana və əməliyyat xərcləri ödənilmiş, aralarında olan qonşuluq münasibətlərinin düşmənçiliyə çevrilməməsi məqsədilə iddiaçı cavabdehlə barışdığını və ondan şikayətçi olmadığını bildirərərək məhkəməyə ərizə təqdim etmişdir. 2022-ci ilin əvvəlində iddiaçı baş gicgah sümüyündə çürümə prosesinin getdiyi məlum olmuşdur. Verilmiş analizlər və həkim müayinələri 2018-ci ildə baş vermiş yuxarıda qeyd olunan hadisə zamanı iddiaçının aldığı xəsarətin nəticəsi olaraq onun baş sümüyündə çürümə prosesinin getd iyi və təcili əməliyyat olunaraq kəllə sümüyünün bir hissəsi xüsusi metalla əvəz olunmalı olduğu müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı Rusiya Federasiyasının Moskva şəhərinə gedərək üçüncü dəfə əməliyyata girmiş və onun baş sümüyünün bir hissəsi metalla əvəz olunmuşdur. Beləliklə, cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya qarşı törədilmiş cinayətin nəticəsində iddiaçı külli miqdarda maddi və mənəvi ziyanla qarşılaşmışdır. Cavabdehlə əlaqə saxlamağa çalışsalar da bu bir nəticə verməmiş, əlaqəyə cavabdehin atası çıxmışdır. Cavabdehin atası ilə görüş təşkil olunmuş və bütün çəkilmiş xərclərlə bağlı məlumat diqqətinə çatdırılmışdır. Cavabdehin atası tərəfindən heç bir köməklik göstərilə bilməyəcəyi bildirilmişdir. Qeyd olunan əməliyyat və işin məhkəmə müstəvisinə çıxarılması prosesi zamanı iddiaçı aşağıdakı xərcləri çəkmişdir. xx.xx.2022-ci il tarixdə Minsk şəhəri vasitəsi ilə iki nəfərlik Bakı-MoskvaBakı aviabileti 2054 manat, xx.xx.2022-ci il “Buta clinic”-də verilmiş “Covid-19" analizləri - 80 manat, Moskva şəhərində qalarkən yemək xərcləri - 9115 rubl - 215 manat, Moskva şəhərində daxili yol xərcləri, ümumilikdə - 4248 rubl - 100 manat, N.N.Burdenko adına Moskva Şəhər Xəstəxanasında əməliyyat xərci, ümumilikdə 459000 rubl - 10805 manat, Xəstəxana tərəfindən verilmiş “Kəllə sümüyünün Titan metalla əvəz olunma 3d” sənədinin notariusda tərcümə və təsdiqi - 50 manat, 62 vərəq sənədlərin kserosurəti - 6,20 manat, Vəkilə etibarnamə verilməsi, notarial xidmət rüsumu - 18 manat, ümumilikdə - 13.328 manat, hüquqi yardım xərci - 850 manat, Vəkillə bağlanılmış müqavi lə - 200 manat. Eyni zamanda, cavabdeh tərəfindən 2018-ci ildə iddiaçıya qarşı törədilmiş cinayətin nəticəsində iddiaçı “ikinci dərəcəli əlillik” dərəcəsi almış, sağlamlıq imkanı məhdudlaşmış və ömürlük olaraq fiziki və mənəvi travmalarla əmək qabiliyyətini qismən itirmişdir. Nəticədə maddi və mənəvi zərərlə qarşılaşmışdır. İddiaçı 2018-ci ildə yazdığı ərizədə cavabdehdən şikayətçi olmayacağını bildirsə də, qeyd olunan hadisənin nəticəsinin davam etdiyi, iddiaçının sağlamlığında yeni problemlərin əmələ gəlməsini, əmək qabiliyyətini itirməsini, ömürlük əlillik statusunda qalmasını və yeni maddi zərərlə üzləşdiyini (gələcəkdə üzləşəcəyini) nəzərə alaraq mülki qaydada cavabdehə qarşı iddia qaldırmaq zərurəti yaranmışdır.
6. Məhkəmə tərəfindən işin tam, hərtərəfli və obyektiv araşdırılmasına k ömək göstərilməsi üçün işə mütəxəssis qismində Azərbaycan Tibb Universitetinin neyrocərrahiyyə kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru X5 izahatında bildirmişdir ki, iddiaçının səhhətində yaranan problem səhv icra edilmiş əməliyyat nəticəsində baş vermiş olsaydı, o, 2 ildən sonra yox, daha tez üzə çıxardı. Odur ki, ikinci əməliyyatın keçirilməsinin səbəbi 2018-ci ildə alınmış xəsarətin nəticəsində baş verməsi istisna edilmir.
7. Məhkəmə iddiaçı tərəfindən ikinci dəfə əməliyyat keçirməsinə səbəb olan halları araşdırmaq məqsədilə iş üzrə ekspertiza təyin etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsi tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli rəydən görünür ki, X3 iddiaçının adına tərtib edilm iş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2018-ci il tarixdə ağır kəllə-beyin travması ilə hospitala daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Travmatik subdural qansızma. Epidural qansızma. Baş beynin travmatik ödemi. Kəllə tağının sınığı” diaqnozu təyin edilmiş və diaqnoza uyğun olaraq tibbi göstərişlə təcili olaraq üzərində “Sol tərəfli dekompressiv trepanasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi X1 iddiaçının adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə mərkəzə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Solda alın-təpəgicgah nahiyəsinin əməliyyatdan sonrakı deformasiyası və qüsuru. Solda alın-təpə-gicgah nahiyəsində sümük loskutununrezorbsiyası” d iaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində cərrahiyyə əməliyyatının icrasına göstəriş olmuş və xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Rezorbsiya olunmuş natamam sümük loskutunun çıxarılması. Solda alın-təpə-gicgah nahiyəsində nəhəng sümük qüsurunun fərdi titan implantı ilə eyni anlıq mikrocərrahi rekonstruksiyası qabaqcadan kompüter və stereolitoqrafik modelləşdirilmə ilə” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı onun almış olduğu travmanın ağırlığı ilə əlaqədar olmuşdur. Tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən İddiaçı 2018-ci il tarixdə almış olduğu xəsarətlər nəticəsində yaranmış patologiyalar xx.xx.2022-ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı ilə aradan qaldırılmışdır.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi) 2(011)-2073/2023 saylı, 22 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim-Aygün Həsənova) iddia qismən təmin edilərək, cavabdehdən iddiaçının çəkdiyi əməliyyat xərcinə görə 13.328 manat, mənəvi zərərə görə 1.000 manat, hüquqi yardım xidmətinə görə 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat vəsaitin tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 2018-ci ildə baş vermiş dava nəticəsində iddiaçı xəsarət almış, 2018-ci ildə müəyyən əməliyyat və müalicələr alsa da, 2022-ci ildə ikinci dəfə əməliyyat keçirmək məcburiyyətində qalmışdır. İş üzrə keçirilmiş ekspertiza nə ticəsində hadisələr arasında səbəbli əlaqənin olduğu müəyyən edilmişdir.
10. Məhkəmə cavabdeh tərəfin etirazının əsasını təşkil edən 20 oktyabr 2018ci il tarixli notarial təsdiqli ərizəyə münasibətdə qeyd etmişdir ki, iddiaçı ərizəni təqdim etdiyi zaman onun həmin dövrə olan vəziyyəti məqbul olduğundan və səhhətində hər hansı problem olmadığından ərizəni vermişdir. Belə ərizənin mövcudluğu sonradan iddiaçının səhhətində cavabdehin hərəkətləri nəticəsində aldığı xəsarətdən yaranmış fəsadın aradan qaldırılmasını tələb etmək hüququnu məhdudlaşdıra bilməz. Məhkəmə araşdırması zamanı iddiaçı notarial qaydada ərizəni təqdim etdikdən sonra ona verilmiş 51.000 manatı 2018-ci ildə xəstəxananın reanimasiya şöbəsində 33 gün ərzində qalması ilə bağlı yaranmış xəstəxana xərclərinə sərf etdiyini bildirm iş və bununla bağlı sübutları məhkəməyə təqdim etmişdir.
11. Məhkəmə cavabdehdən tutulacaq məbləğin miqdarını müəyyən edərkən qeyd etmişdir ki, iddia ərizəsində istinad olunan əməliyyatın keçirilməsi üçün sərf olunmuş 13.328 manat məbləğində vəsait tam olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinə əsasən 13.328 manat tələbə daxildir: xx.xx.2022-ci il tarixdə Minsk şəhəri vasitəsi ilə iki nəfərlik Bakı-Moskva-Bakı aviabileti - 2054 manat, xx.xx.2022-ci il “Buta clinic”-də verilmiş “Covid-19" analizləri - 80 manat, Moskva şəhərində qalarkən yemək xərcləri - 9115 rubl - 215 manat, Moskva şəhərində daxili yol xərcləri, ümumilikdə - 4248 rubl - 100 manat, N.N.Burdenko adına Moskva Şəhər Xəstəxanasında əməliyyat xərci, ümumilikdə - 459000 rubl 10805 manat, Xəstəxana tərəfind ən verilmiş “Kəllə sümüyünün Titan metalla əvəz olunma 3d” sənədinin notariusda tərcümə və təsdiqi - 50 manat, 62 vərəq sənədlərin kserosurəti - 6,20 manat (tələb olunan məbləğlər iş materiallarına əlavə edilmiş qəbzlər və digər sənədlərlə öz təsdiqini tapır). Məhkəmə iddia tələbinin iddiaçının əmək qabiliyyətini itirməsi və ömürlük əlil olması ilə bağlı tələb etdiyi 56.970 manat pulun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçının məhkəmədə verdiyi izahatlardan onun əlil olması səbəbindən heç bir yerə işə qəbul olunmaması, xəsarət almamışdan əvvəl informasiya texnologiyaları sahəsində çalışmasını, lakin xəsarət aldıqdan sonra çalışa bilmədiyini məhz ikinci dərəcəli əlil olduğuna görə onu işə qəbul etmədiklərini bildirsə də məhkə mə istinad olunanları iddianın təmin olunması üçün yetərli hesab etmir. Belə ki, Azərbaycan Respublikası qanunvericiliyinə əsasən hər hansı şəxsin əlilliyinə görə işə qəbul edilməsindən imtina edilməsi qanunla qadağandır. İddiaçı aldığı xəsarətdən sonra işə götürülmədiyini qeyd etsə də, həqiqətən də harasa müraciət etməsi, oradan xəstəliyi ilə əlaqədar imtina alması ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir.
12. Eyni zamanda məhkəmə hesab etmişdir ki, iddiaçı tələb etdiyi məbləğin keçmiş dövrdə qazanması ilə bağlı hesablamalar apararaq bu məbləği tələb etmişdir. Lakin həqiqətən də iddiaçının istinad etdiyi məbləğlərin onun tərəfindən alınması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Qeyd olunanlardan əlavə məhkəmə hesab etmişdir ki, müasir dövrdə informasiya texnologiyalarının inkişaf etdiyi şəraitdə bu sahədə çalışan işçinin işsiz qalması ağlabatan deyil. Belə ki, istinad olunan sahədə fəaliyyət göstərən mütəxəssislərə tələbat çoxdur. İnformasiya texnologiyaları sahəsində fəaliyyət göstərən mütəxəssislər dünya üzrə elan edilmiş pandemiya nəticəsində kütləvi qapanmalardan sonra əsasən fəaliyyətini evdən işləməklə həyata keçirmişlər. İddiaçının təqdim etdiyi ekspertizanın çıxarışdan da görünür ki, iddiaçının əsəb gərginliyi tələb olunmayan işlərdə çalışmasına icazə verilmişdir. Məhkəmə iddia tələbinin hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat hissəsinə münasibətdə qeyd etmişdir ki, hər bir şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilir. İddiaçı m əhkəməyə müraciət etmiş, bununla da əlavə xərc çəkmişdir. Məhkəmə iddianın mənəvi zərərin tutulması hissəsinə qiymət verərək belə hesab etmişdir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, ikinci keçirdiyi əməliyyat nəticəsində iddiaçının kəllə sümüyünün bir hissəsinin xüsusi metalla əvəz olunması onun gündəlik həyatına təsir etməyə bilməz. Odur ki, belə hallar insan kütləsində ona əlavə marağın oyanmasına səbəbdir. İstinad olunanlara əsasən baş vermiş hadisə nəticəsində iddiaçının mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir. Odur ki, mənəvi zərərin məbləği 1.000 manat məbləğində müəyyən olunmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir.
13. Məhkəmə gəldiyi nət icəni Mülki Məcəllənin 21, 1096.1, 1118.1, 1119.1 və 1119.3-cü maddələrinə, “İnsan Hüquqlarının və X2 haqqında Konvensiya”nın 41-ci maddəsinə, eləcə də “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2002-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının ikinci dəfə əməliyyat olunması zərurəti aldığı xəsarətlə deyil, birinci dəfə keçirdiyi əməliyyatla əlaqədar yaranmışdır. İddiaç ı 2018-ci ildə xəstəxanada olduğu zaman cavabdeh tərəfindən ona dəymiş ziyan bütövlükdə ödənilmiş və bunun əvəzində iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdehə qarşı hər hansı tələbinin olmadığını bildirmişdir. İşin halları Xətai Rayon Məhkəməsinin nəzərinə çatdırsa da, məhkəmə fakta əsaslanmadan sadə mülahizələr əsasında iddiaçının iddiasını təmin etmişdir. Mülki iş üzrə cavabdeh tərəfindən sübut qismində verilmiş sənədlərə düzgün hüquqi qiymət verilməmişdir, yalnız iddiaçının əsassız sübutlarına və sadə mülahizələri əsasında qətnamə çıxarılmışdır. Belə ki, qeyd olunan iş üzrə çıxarılmış qətnamə yalnış praktikanın formalaşmasına və bu tipli əsassız iddia tələblərinin çoxalmasına gətirib çıxara bilər. Həm prosessual, həm də faktiki yanaşma baxımından araşdırma düzgün ap arılmamış, beləliklə də əsassız qətnamənin çıxarılmasına gətirib çıxarmışdır.
16. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinin araşdırılması ilə bağlı cavabdehin vəsatəti əsasında xx.xx.2023-cü il tarixli qərardadı ilə əlavə məhkəmə tibbi ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsi tərəfindən xx.xx.2024-cü il tarixli 977/KEŞ saylı ekspert rəyi təqdim olunmuşdur.
17. Ekspert rəyindən görünür ki, Rusiya Federasiyası Səhiyyə Nazirliyinin Milli Tibbi X1 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2022-ci il tarixdə mərkəzə daxil olmuş və aparılmış müvafiq müayinələrdən sonra ona “Solda alın-təpəgicgah nahiyəsinin əməliyyatdan sonrakı deformasiyası və qüsuru. Solda alın-təpə-gicgah nahiyəsində sümük loskutununrezorbsiyası” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoza uyğun olaraq xəstənin üzərində cərrahiyyə əməliyyatının icrasına göstəriş olmuş və xx.xx.2022-ci il tarixdə xəstənin üzərində “Rezorbsiya olunmuş natamam sümük loskutunun çıxarılması. Solda alın-təpəgicgah nahiyəsində nəhəng sümük qüsurunun fərdi titan implantı ilə eyni anlıq mikrocərrahi rekonstruksiyası qabaqcadan kompüter və stereolitoqrafik modelləşdirilmə ilə” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı üzərində xx.xx.2022ci il tarixdə icra edilmiş cərrahiyyə əməliyyatı onun almış olduğu travmanın ağırlığı ilə əlaqədar olmuşdur. X3 İddiaçı adına tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə əsasən o, xx.xx.2018-ci il tarixdə ağır kəllə-beyin travması ilə ho spitala daxil olmuşdur. Aparılmış müvafiq müayinələrdən sonra ona “Travmatik subdural qansızma. Epidural qansızma. Baş beynin travmatik ödemi. Kəllə tağının sınığı” diaqnozu təyin edilmiş və diaqnoza uyğun olaraq tibbi göstərişlə təcili olaraq üzərində “Sol tərəfli dekompressiv trepanasiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. İddiaçı X3 göstərilmiş tibbi xidmət səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-569/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22 sentyabr 2 023-cü il tarixli, 2(011)-2073/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
19. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının təkrar əməliyyat olunması zərurəti aldığı xəsarətlə bağlı olduğundan birinci instansiya məhkəməsinin iddia tələbinin əməliyyatın keçirilməsi üçün sərf olunmuş 13.328 manat tutulması ilə bağlı nəticəsini qanuni və əsaslı sayır. Belə ki, əməliyyatın keçirilməsi tələb olunan məbləğin 13328 manat olması iş materiallarına əlavə edilmiş qəbzlər və digər sənədlərlə öz təsdiqini tapmışdır.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ikinci keçirdiyi əməliyyat nəticəsində iddiaçının kəllə sümüyünün bir hissəsinin xüsusi metalla əvəz olunmasının onun gündəlik həyatına təsir etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 1.000 manat məbləğində müəyyən olunmasına dair qənaəti ilə də razılaşmışdır. Belə ki, iddiaçının başında olan xüsusi metal hissə ilə yaşaması, cəmiyyət arasına çıxarkən mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir.
21. İddia tələbinin hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat hissəsinə birinci instansiya məhkəməsinin verdiyi qiymətlə də kollegiya razılaşmışdır. İşə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri ehtiva edir ki, işin materiallarından görünür ki, iddiaçı da məhkəməyə müraciət etmiş, bununla da əlavə xərc çəkmişdir.
22. Məhkəmə kollegiyası apellyasiy a şikayətinin dəlilləri ilə razılaşmayaraq bildirmişdir ki, cavabdehin iddiaçının ikinci dəfə əməliyyat olunması zərurətinin aldığı xəsarətlə deyil, birinci dəfə keçirdiyi əməliyyatın qüsurlu aparılması əlaqədar olması, iddiaçıya 2018-ci ildə xəstəxanada olduğu zaman cavabdeh tərəfindən ona dəymiş ziyan bütövlükdə ödənilməsi və bunun əvəzində iddiaçı notarial qaydada təsdiq olunmuş ərizə verərək cavabdehə qarşı hər hansı tələbinin olmadığını bildirməsi, buna görə də hazırkı iddianın cavabdehə münasibətdə əsassız olmasına dair dəlilləri hazırki qətnamənin ləğvi üçün əsas yaratmır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mülk i işin yenidən araşdırılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
27. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnmə si (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
28. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
29. Maddə 1118.1. Fiziki şəxsə xəsarət yetirilərkən və ya onun sağlamlığı başqa şəkildə pozularkən zərərçəkənin malik olduğu, yaxud yəqin ki, malik ola biləcəyi və itirdiyi qazancın (gəlirin), habelə sağlamlığının pozulması ilə bağlı əlavə çəkdiyi xərclərin, o cümlədən müalicəyə, əlavə qidalanmaya, dava-dərman alınmasına, protezləşdirməyə, başqasının qulluğuna, sanatoriya-kurort müalicəsinə, xüsusi nəqliyyat vasitələri əldə edilməsinə, başqa peşəyə hazırlanmaya çəkdiyi xərclərinin əvəzi ödənilir, bu şərtlə ki, zərərçəkənin həmin yardım və qulluq növlərinə möhtac olduğu və bunları pulsuz almaq hüququnun olmadığı müəyyənləşdirilsin.
30. Maddə 1119.1. Zərərçəkənin itirdiyi və əvəzi ödənilməli qazancın (gəlirin) miqdarı onun xəsarətdən və ya sağlamlığının başqa şəkildə pozulmasından və ya əmək qabiliyyətini itirməsindən əvvəlki orta aylıq qazancından (gəlirindən) faizlər şəklində müəyyənləşdirilir. Bu faizlər zərərçəkənin professional əmək qabiliyyətini itirməsi dərəcəsinə, professional əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətini itirməsi dərəcəsinə uyğun gəlməlidir.
31. Maddə 1119.3. Zərərçəkənin orta aylıq qazancı (gəliri) onun sağlamlığının pozulmasında n əvvəlki on iki aylıq qazancının (gəlirinin) ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda orta aylıq qazanc (gəlir) sağlamlığın pozulmasından əvvəlki faktikişlənilmiş aylar üçün qazancın (gəlirin) ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda hesabdan çıxarılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
34. Maddə
88. Məhkəmə s übutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəl i sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
41. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
42. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən iddianın təmin olunan hissəsində mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı kassasiya şikayətinin dəlilləri hüdudlarında yalnız mübahisələndirilən hissədə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
43. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
44. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın tam rədd edilməsi üçün əsasların olduğunu göstərsə də kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
45. Belə ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsində gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının təkrar əməliyyat olunması zərurəti aldığı xəsarətlə bağlı olduğundan birinci instansiya məhkəməsinin iddia tələbinin əməliyyatın keçirilməsi üçün sərf olunmuş 13.328 manat tutulması ilə bağlı gəldiyi nəticəsini qanuni və əsaslı hesab etmişdir. Belə ki, əməliyyatın keçirilməsi tələb olunan məbləğin 13.328 manat olması mülki iş materiallarına əlavə edilmiş qəbzlər və digər sənədlərlə öz təsdiqini tapmışdır.
46. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin ikinci keçirdiyi əməliyyat nəticəsində iddiaçının kəllə sümüyünün bir hissəsinin xüsusi metalla əvəz olunmasının onun gündəlik həyatına təsir etməsini nəzərə alaraq mənəvi zərərin məbləğinin 1.000 manat məbləğində müəyyən olunmasına dair qənaəti ilə də razılaşmışdır. Belə ki, iddiaçının başında olan xüsusi metal hissə ilə yaşaması, cəmiyyət arasına çıxarkən mənəvi sarsıntı keçirməsi, arzuolunmaz mənəvi-psixoloji vəziyyətə düşməsi, bu halın onun şüurunda mənfi psixi reaksiyaya səbəb olması mübahisəsizdir.
47. İddia tələbinin hüquqi yardım xidməti ilə bağlı ödənilmiş 850 manat və vəkillə müqavilə bağlayarkən ödədiyi 200 manat hissəsinə birinci instansiya məhkəməsinin verdiyi qiymətlə də razılaşaraq apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxılması ilə bağlı məsrəflər özündə hüquqi məsləhətlər, iddia ərizəsinin tərtibi, məhkəmədə təmsil olunmaq və sair geniş prizmadan hərəkətləri özündə ehtiva edir və iddiaçı həqiqətən bu barədə xərc çəkmişdir.
48. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şi kayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının ikinci dəfə əməliyyat olunmasını aldığı xəsarətlə bağlı deyil, birinci dəfə keçirdiyi əməliyyatın qüsurlu aparılması ilə bağlı olduğunu göstərsə də onun bu dəlili mülki iş materiallarına əlavə edilmiş sübutlarla, o cümlədən ekspertin rəyi ilə təkzib olunur.
49. Göstərilənlərə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə mülki iş materiallarına tam uyğundur və apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri araşdırılaraq onlara düzgün hüquqi qiymət ver ildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən, cavabdehin kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır.
50. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 fevral 2024-cü il tarixli, 2(103)-569/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.