Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2188/2021 16.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh1 BOKT ASC Cavabdeh: Cavabdeh2 MMC Üçüncü şəxs: Bakı şəhəri Cavabdeh3 Üçüncü şəxs: Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi Üçüncü şəxs: X2 iddia tələbi: ipoteka üzrə hərracın nəticələrinin etibarsız hesab edilməsi Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı və vəkili Nağ ıyeva Şəfiqə Abdulqədir qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 sentyabr 2020-ci il tarixli 2(103)-6036/2020 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 16 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 17 avqust 2017-ci il tarixli, 14 №-li protokolun surətindən görünür ki, Xətai Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli ***** saylı icra vərəqəsinin və Xətai rayon İcra Şöbəsinin 05 may 2017-ci il tarixli sifariş məktubunun icrası ilə əlaqədar X1 məxsus X. ünvanında 72 saylı evin 80 saylı mənzilinin hərracda satılması nəticəsində "Cavabdeh1" BOKT ASC qalib olmuşdur.Həmin protokoldan görünür ki, əmlakın ilkin hərrac qiyməti 75000 manat, təkrar hərracda ilkin satış qiyməti 63750 manat, son satış qiyməti 47812 manat təşkil etmişdir. Həmin protokol əsasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə 17 avqust 2017-ci il tarixli müqavilə bağlanmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, X. ünvanında 72 saylı evin 80 saylı mənzilinə Cavabdeh1 BOKT ASC-nin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində 24 sentyabr 2019- cu il tarixdə qeydiyyata alınmışdır. İş materallarından görünür ki, Xətai Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli ***** saylı qətnaməsinin icrası ilə əlaqədar X3 oğluna məxsus X. ünvanında 72 saylı evin 80 saylı mənzili hərraca çıxarılmış və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 17 avqust 2017-ci il tarixli protokola əsasən həmin daşınmaz əmlak "Cavabdeh1" BOKT ASC-yə satılmaqla, daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına yeni çıxarış verilmişdir. İş materallarından görünür ki, “Kaspi” qəzetində ilkin hərracın keçirilməsinə dair 20.05.2017-ci il və təkrar hərracın keçirilməsinə dair 06.07.2017-ci il tarixlərində elanlar verilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbləri nəzərə alınaraq İpoteka predmeti 25% aşağı olan qiymətə tələbkar Cavabdeh1 BOKT ASC-yə təklif edilmiş və onun tərəfindən əldə edilmişdir. Cavabdeh2 MMC tərəfindən hərr acın yekunlarına dair 17 avqust 2017-ci il tarixli protokol tərtib olunmuşdur. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 BOKT ASC, Cavabdeh3 və X.X.X. Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X. ünvanında 72 saylı evin 80 saylı mənzilin satışı ilə əlaqədar Cavabdeh2 MMC tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin etibarsız sayılması, hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında bağlanmış 17 avqust 2017-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin mənzilin Cavabdeh1 BOKT ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmasının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 202 0-ci il tarixli, 2(004)1023/2020 nömrəli qətnaməsi ilə (hakim C.T.Xəlilova) iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 yanvar 2017-ci il tarixli, ***** il tarixli icra sənədinin və Xətai rayon İcra Şöbəsinin 05 may 2017-ci il tarixli məktubunun icrası ilə əlaqədar X1 məxsus X. ünvanında 72 saylı evin 80 saylı mənzilinin Cavabdeh1 BOKT ASC-yə satılması ilə əlaqədar “xxxx” MMC tərəfindən tərtib olunmuş hərracın yekunları barədə17 avqust 2017-ci il tarixli, ****saylı protokolun etibarsız hesab edilməsi, X1 məxsus X. ünvanında 72 saylı evin 80 saylı mənzilinin alqı-satqısı barədə Cavabdeh2 MMC ilə Cavabdeh1 BOKT ASC arasında bağlanmış 17 avqust 2017-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, X. ünvanında 72 saylı evin 80 saylı mənzilinin üzərində Cavabdeh1 B OKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli 24 sentyabr 2019-cu il tarixli çıxarışın ləğv edilməsi qət olunmuşdur. Qətnamədən cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC ayrıayrılıqda apellyasiya şikayətləri vermişlər. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6036/2020 nömrəli, 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) cavabdehlər Cavabdeh1 BOKT ASC və Cavabdeh2 MMC tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli 2(004)-1023/2020 nömrəli qətnaməsinin ləğv o lunması və iddia tələbinin rədd edilməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Cavabdeh1 BOKT ASC kassasiya şikayətinə qarşı etir az təqdim edərək, İddiaçı kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-6036/2020 saylı, 10.09.2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı və vəkili Nağıyeva Şəfiqə Abdulqədir qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iş üzrə cavabdehlər Cavabdeh1 BOKT ASC-nin və Cavabdeh2 MMC-nin nümayəndələri, üçüncü şəxslər Bakı şəhəri Cavabdeh3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən iclasa gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsini rəhbər tutaraq işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 17 avqust 2017-ci il tarixdə qüvvədə olan redaksiyasının 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən a z alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Həmin Qanunun 43.7-ci maddəsinə görə bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmaya n qiymətlə ala bilər. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv e dilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, Xətai Rayon Məhkəm əsinin 13 yanvar 2017-ci il tarixli ***** saylı qətnaməsinin icrası ilə əlaqədar X3 oğluna məxsus X. ünvanında 72 saylı evin 80 saylı mənzili hərraca çıxarılmış və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə 17 avqust 2017-ci il tarixli protokola əsasən həmin daşınmaz əmlak "Cavabdeh1" BOKT ASC-yə satılmaqla, daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına yeni çıxarış verilmişdir. İş materiallarından görünür ki, hərrac iki dəfə keçirilmiş, birinci hərrac 19 iyun 2017ci il tarixdə, təkrar hərrac isə 17 avqust 2017-ci il tarixdə keçirilmişdir. Həmçinin müəyyən edilmişdir ki, hərraclar «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, borcluların icra vərəqəsində qeyd olunan ünvanlarına Cavabdeh2 MMC tərəfindən bildirişlər göndərilmişdir. İcra vərəqəsində hər iki borclunun yaşayış ünvanı kimi eyni ünvan qeyd edilmiş və MMC tərəfindən həmin ünvana bildirişlər göndərilmişdir və həmin bildirişlər borclu tərəfindən qəbul edilmişdir. Hərracın keçirilməsinə dair bildirişlərin borclu tərəfindən alınmasını əks etdirən poçt sorğularının cavablarında da bu öz əksini tapmışdır. İş materiallarından məlum olur ki, qeyd olunan poçt sorğulannın cavablarının məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən sübut olaraq qəbul edilməmiş və işin faktiki halları nəzərə alınan zaman sübut qismində tanınmamışdır. İşdə olan Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin 17/74-8946/16 saylı, 05.05.2017ci il tarixli sifariş məktubunun icrasına əsasən, “İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 41, 42 və 43-cü maddələrinə istinad edilərək Cavabdeh2 MMC tərəfindən X1 məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracı təşkil olunmuşdur. Borcluya hərracın keçirilmə yeri və vaxtı barəsində 20 may 2017-ci il tarxli ilkin hərracın keçirilməsi ilə bağlı və 06 iyul 2017-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Kaspi” qəzetində ilkin hərracın keçirilməsinə dair 20.05.2017-ci il və təkrar hərracın keçirilməsinə dair 06.07.2017-ci il tarixlərində elanlar verilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbləri nəzərə alınara q İpoteka predmeti 25% aşağı olan qiymətə tələbkar banka təklif edilmiş və bank tərəfindən əldə edilmişdir. Cavabdeh2 MMC tərəfindən hərracın yekunlarına dair 17 avqust 2017-ci il tarixli protokol tərtib olunmuşdur. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prossesual hərəkətlər həyata keçirilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Kassasiya kollegiyası qeyd edir ki, kassator kasasiya şikayətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını və işin faktiki hallarına düzgün hüquqi qiymət verilmədiyini, qeyd etsə də, iş materialları ilə bu hallar öz əksini tapmır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hü quq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6036/2020 nömrəli iş üz rə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2188/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-2188/2021
16.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver