Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6036/2020 10.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Humay Məmməd qızı Qurbanovanın katibliyi ilə, Cavabdeh "Cavabdeh1" BOKT ASC-nin etibarnamə əsasında nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1023/2020 nömrəli qətnaməsindən cavabdehlər "Cavabdeh1" BOKT ASC-nin və "Cavabdeh2" MMC tərəfindən verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər "Cavabdeh2" MMC, "Cavabdeh1" BOKT ASC, Xətai rayon İcra və Robasiya Şöbəsi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzilin satışı ilə əlaqədar "Cavabdeh2" MMC tərəfindən keçirilmiş hərracın və onun nəticələrinin etibarsız sayılması, hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə "Cavabdeh2" MMC ilə "Cavabdeh1" BOKT ASC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilənin etibarsız sayılması, həmin mənzilin "Cavabdeh1" BOKT ASC-nin mülkiyyəti kimi qeydiyyata alınmasının etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-794/2017 saylı qətnaməsi ilə iddiaçı "Cavabdeh1" BOKT ASC-nin İddiaçı və X7 qarşı iddiası qismən təmin olunaraq xx.xx.2015-ci il tarixli 2015/00176-01 saylı istehlak krediti müqaviləsi üzrəcəmi 26867 ABŞ dolları borcun və 31 manat dövlət rüsumunun "Cavabdeh1" BOKT ASC-nin xeyrinə, 200 manat xidmət haqqının Daşınar və Daşınmaz Əmlakların Qiymətləndirilməsi Xidməti MMC-nin xeyrinə tutulması, tutmanın ipoteka predmeti olan X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzilə yönəldilməsi, mənzilin ilkin satış qiyməti 75000 manat olmaqla açıq hərracda satılması və satışdan əldə olunmuş pul vəsaiti hesabına borcların ödənilməsi, mənzil satıldıqdan sonra cavabdehlərin həmin mənzildən çıxarılması qət edilmişdir. Qətnamənin icrası Bakı şəhəri Xətai rayon İcra və Robasiya Şöbəsinə həvalə olunmuşdur. İcra şöbəsindən xx xxxx 2019-cu il tarixdə ailəsinə məlumat verilmişdir ki, iddiaçının mülkiyyətində olan mənzil hərraca çıxarılıb və alıcı olmadığı üçün 47812 manata tələbkara satılıb. Hazırda tələbkar ondan evdən çıxarılmasını tələb edir. İpoteka əmlakı iddiaçı ilə X4 birgə nikah dövründə əldə edilmişdir. Hərrac barədə nə iddiaçıya nə də onun əri, yəni ipoteka qoyana bildiriş göndərilməmiş, hərrac onların iştirakı olmadan keçirilmiş, mənzil dəyərindən çox aşağı qiymətə satılmışdır. Qanunvericiliyin tələbinin kobud şəkildə pozulması ilə keçirilən hərracın son nəticələri onun əmlak hüquqlarını pozmuşdur. Qeyd edilənlərdən açıq-aydın görünür ki, iddiaçının sözügedən əmlakının hərracda satılması ilə bağlı qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan hərracın keçirilməsi barədə iddiaçıya heç bir məlumat verilmədiyindən, hərrac iddiaçının xəbəri olmadan keçirildiyindən hərrac və hərracın nəticələri etibarsız hesab edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-1023/2020 nömrəli qətnaməsi ilə iddia ərizəsi təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-794/2017 il tarixli icra sənədinin və Xətai rayon İcra Şöbəsinin xx xxx 2017-ci il tarixli məktubunun icrası ilə əlaqədar X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzilinin "Cavabdeh1" BOKT ASCyə satılması ilə əlaqədar "xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx" MMC tərəfindən tərtib olunmuş hərracınyekunları barədəxx xxxxxx 2017-ci il tarixli, 1004 saylı protokol etibarsızhesabedilməsi, X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzilin alqı-satqısı barədə Cavabdeh2 MMC ilə "Cavabdeh1" BOKT ASC arasında bağlanmış xx xxxxxx 2017-ci il tarixli müqavilə etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzilinin üzərində "Cavabdeh1" BOKT ASC-nin mülkiyyət hüququ və "Cavabdeh1" BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli xx xxxxxxxx 2019-cu il tarixli çıxarış ləğv edilməsi qət olunmuşdur. Qətnamədən narazı qalan cavabdehlər "Cavabdeh1" BOKT ASC və "Cavabdeh2" MMCayrı-ayrılıqda apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Cavabdeh "Cavabdeh1" BOKT ASC apelyasiya şikayətini onunla əsaslandırır ki, İddiaçı qanunla ona verilən hüquqlardan sui-istifadə edərək “hərracın nəticələrinin etibarsız hesab edilməsi” tələbi ilə iddia qaldırmaqla işi əsassız olaraq uzatmağa çalışır. O, hərracın keçirilməsinə dair ona və ailə üzvlərinə məlumat verilmədiyini və hərracın onun xəbəri olmadan keçirildiyini, ipoteka predmetinin ondan gizli satıldığını, bununla da, hərracın qanunvericiliyin tələblərinin pozulması ilə keçirildiyini iddia edir. Lakin iddiaçı məhkəməyə iddia tələbini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. İddia ərizəsinin məzmunu yalnız qanununlardan və iddiaçının hərracın keçirilməsindən məlumatsız olmasına dair mülahizələrindən ibarətdir. Məhkəmə qərarı da sübutlara deyil, həmin mülahizələrə əsaslanaraq çıxarılmışdır. Belə ki, Xətai rayon Məhkəməsinin 2(011)- 794/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsinə əsasən, İddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə cəmi 26867 ABŞ dolları və 31 manat dövlət rüsumu tutulmalıdır. Tələb ipoteka ilə yüklü edilmiş və X4 mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu. Babək prospekti 72 saylı evin 80 nömrəli mənzilinə yönəldilməli, mənzilin ilkin satış qiyməti 75000 AZN olmaqla açıq hərracda satılmalı, satışdan əldə edilən pul vəsaiti Cavabdeh1 BOKT ASC-nə olan borcun qaytarılmasına yönəldilməlidir. Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra ən geci bir ay ərzində X8 və İddiaçı həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmalıdır. Borclu X8 prosessual hüququndan istifadə edərək Xətai rayon Məhkəməsinin 2(011)-794/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti vermişdir. X4 Xətai rayon Məhkəməsinin 2(011)-794/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qətnaməsindən şikayət verməsində də məqsəd məhz qətnamənin icrasını və hərracın keçirilməsini dayandırmaq olmuşdur. X4 qətnaməni rəsmi qaydada əldə etdikdən 4 ay sonra həmin qətnamədən apellyasiya şikayəti verməsi də qeyd edilənləri təsdiqləyir. Xətai rayon Məhkəməsinin 2(011)-794/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadı ilə X4 verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. X8 həmin qərardaddan şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 2(103)-8342/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ilə X8 tərəfindən verilmiş şikayət təmin edilmiş, Xətai rayon Məhkəməsinin 2(011)-794/2017 saylı, xx xxxx 2017-ci il tarixli qərardadı ləğv edilmiş və apellyasiya şikayəti vaxtından verilmiş hesab edilmişdir. Cavabdeh1 BOKT ASC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8342/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadının ləğv olunmasını və apellyasiya şikayəti vermək üçün müddət ötürüldüyünə görə apellyasiya şikayətinin geri qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2( 102)- 7457/2017 saylı. xx xxxxxxx 2017-ci il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-8342/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadı ləğv edilmiş və iş yenidən apellyasiya baxışma qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-13107/2017 saylı, xx xxxxxx 2017-ci il tarixli qərardadına əsasən, X8 tərəfindən verilmiş şikayət təmin edilməmişdir. Göründüyü kimi, məhkəmə mübahisələri xx xxxxxx 2017-ci il tarixinədək davam etmişdir. Cavabdeh1 BOKT ASC isə hərracın yekunlarına dair xx xxxxxx 2017-ci il tarixli, 14 saylı protokola əsasən, mənzilə dövlət reyestrindən çıxarış almışdır. Həmin tarixlərdə keçirilən məhkəmə iclasları zamanı X8 mənzilin hərrac yolu ilə Cavabdeh1 BOKT ASC-nin mülkiyyətinə keçdiyini bilmişdir.Hərracın keçirilməsi ilə bağlı cavabdehlərin ünvanına göndərilən bildirişlər də cavadehlərə rəsmi olaraq çatdırılıb. xx xxx 2017-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişi X8 şəxsən qəbul edib. xx xxxx 2017-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişi İddiaçı şəxsən qəbul edib. Hərracın keçirilmə vaxtı ilə bağlı, “Kaspi” qəzetinin 20-xx xxx 2017-ci il tarixli 089 saylı buraxılışında elan verilib. Cavabdeh2 MMC-nin 2 saylı poçt filialının 106 saylı poçt şöbəsinə ünvanladığı sorğulara cavab olaraq göndərilən teleqramların təsdiq olunmuş surətindən də görünür ki, xx xxx 2017-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişi X8, xx xxxx 2017-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişi isə İddiaçı şəxsən qəbul edib. Qeyd olunan teleqramların əsilləri iddia ərizəsinə etirazlarıına əlavə edilərək məhkəməyə təqdim edilmişdir. Eyni zamanda, teleqramlar məhkəmə iclasında məhkəməyə təqdim edilmiş və bu barədə məhkəmə iclas protokolunda müvafiq qeyd aparılmışdır. Buna baxmayaraq nədənsə məhkəmə qərarında İddiaçı və X4 bildirişləri imzalayaraq qəbul etməsinə dair tərəflərindən heç bir sübutun təqdim edilmədiyi göstərilmişdir. İddiaçı özü də məhkəmə iclası zamanı bir neçə dəfə hərrac barəsində məlumatının olduğunu, hərrac keçirilən dövrdə dəfələrlə icra məmurunun qəbulunda olduğunu bildirmişdir. Lakin məhkəmə İddiaçı etirafını nəzərə almamışdır. İddiaçı və X7 hərracın keçirilmə vaxtı və yeri barəsində bildirişlə məlumat verilmiş və onlar tərəfindən bildirişin alınmasına dair qəbzə imza çəkilməmiş və geri qaytarılmış olsa belə bildirişlər “Poçt haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri pozulmadan çatdırılmışdır. Bu səbəbdən də, hərracın qanunsuz keçirilməsi hesab etmək olmaz. Bundan başqa, mübahsələndirilən qətnamədə qeyd edilmişdir ki. ilkin hərracın baş tutmamasına dair kütləvi informasiya vasitələrində elan dərc edilmədiyindən hərracın nəticələri etibarsız sayılmalıdır. İlkin hərracın baş tutmamasına dair kütləvi informasiya vasitələrində elan dərc edilməməsi səbəbindən hərracın etibarsız hesab edilməsinə gəldikdə isə, ilk növbədə hərracın keçirilməsinə dair elanın kütləvi informasiya vasitələrində hansı məqsədlə dərc olunmasını aydınlaşdırmaq zəruridir. F.Cavadov və V.Aslanovıın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci i! tarixli Qərarında qeyd edilir ki, bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında qeyd edilmişdir ki, hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə yanaşı hərrac barədə məlumatların KİV vasitəsilə elan edilməsi də hərracda iştirakla bağlı məlumatlandırılmaya imkan yaradır. Konstitusiya məhkəməsinin qərarından da göründüyü kimi, məqsəd ipoteka qoyanı və ipoteka saxalayanı hərrac barədə xəbərdar etməkdir. Bir halda ki, X2 və X8 bildiriş vasitəsilə məlumatlandırılmış, və hərracın keçirilməsindən xəbərdar olmuşlar, bu zaman ilkin hərracın baş tutmamasına dair elanın dərc edilməməsi əsassız iddialarını əsas götürərək hərracı etibarsız hesab etmək düzgün deyildir. Elanın dərc olunmamasını rəhbər tutaraq hərracdan xəbərdar olan şəxslərin işi əsassız olaraq uzatmaq məqsədilə verdikləri iddanı təmin etmək “İpoteka haqqında" Qanunun kütləvi informasına vasitələrində elanın dərc edilməsinə dair normasının məqsədinə xidmət etmir. Cavabdeh2 MMC apelyasiya şikayətini onunla əsaslandırır ki, Yasamal Rayon Məhkəməsi mövqeyini əsaslandıraraq qeyd etmişdir ki, İddiaçı X8 ilə mübahisələndirilən mənzilin əvvəlki ümumi birgə mülkiyyətçiləri olduğu üçün (birgə nikah dövründə əldə etmişlər) iddiaçının qeyd olunan iddia üzrə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. Həmçinin məhkəmə qeyd etmişdir ki, birinci hərrac barədə yalnız bir dəfə “Kaspi” qəzetində hərracın keçirilməsinə 29 gün qalmış elan verilmiş, hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilməmişdir. Bundan əlavə birinci hərrac barədə ipoteka qoyan X5 verilməsini təsdiq etmə üsulu kimi bildiriş göndərilməmişdir. Hərrac barədə bildirişin çatdırılmasına dair poçt şöbəsinin cavabından T.İsayevin bildirişin imzalanaraq götürülməsi müəyyən olunmur. Hərrac baş tutmadığı halda bu barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi insormasiya vasitələrində məlumat dərc etdirilməmişdir. Təkrar hərracın keçirilməsinə dair X7 bildiriş göndərilməmiş və kütləvi informasiya vasitələrində elan dərc etdirilməmişdir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırıq ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1023/2020 saylı Qətnaməsi təmamilə əsassızdır. 1. İlk növbədə məhkəmənin nəzərinə çatdırır ki, borcluların icra vərəqəsində qeyd olunan ünvanlarına Cavabdeh2 MMC tərəfindən bildirişlər göndərilmişdir. İcra vərəqəsində hər iki borclunun yaşayış ünvanı eyni ünvan qeyd edilmiş və tərəfimizdən həmin ünvana bildirişlər göndərilmişdir və həmin bildirişlər borclu tərəfindən qəbul edilmişdir. Hərracın keçirilməsinə dair bildirişlərin borclu tərəfindən alınmasını əks etdirən poçt sorğularının cavablarında da bu öz əksini tapmışdır. Qeyd olunan poçt sorğulannın cavablarının məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən sübut olaraq qəbul edilməmiş və işin faktiki halları nəzərə alınan zaman sübut qismində tanınmamışdır. 2. Daha sonra məhkəmənin nəzərinə çatdırıq ki, məhkəmənin qeyd olunan əmlakı İddiaçı X3 birgə nikah dövründə əldə etməsi faktını nəzərə alaraq İddiaçı yalnız subyektiv hüququnun qətnamədə nəzərə alınması obyektiv deyi. Azərbaycan Respublikası qanunvericiliyində də göstərildiyi kimi, ümumi birgə mülkiyyətçilər ümumi birgə əmlaka görə birgə məsuliyyət daşıyırlar. Burdan da məlum olur ki, İddiaçı qeyd olunan əmlak üzrə eyni zamanda öhdəlik daşıyır. Qeyd olunan əmlaka dair öhdəlik daşıdığından, onun qeyd olunan əmlaka borcun yönəldilməsi faktına dair məlumatı var idi. Borcluların qeyd olunan əmlakın hərracının həyata keçirilməsindən xəbərdar olduğu halda hərrac prossesində iştirak etməməsi onu göstərir ki, onlar məqsədli şəkildə hərracda iştirak etməkdən boyun qaçırmışlar. Məqsədli şəkildə hərracdan yayınmışlar. 3. Həmçinin Borclu İddiaçı iddia müddətini ötürməsinə və tərəflərindən iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklərinə baxmayaraq məhkəmə nəzərə almamışdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx/xx-8946/16 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən, "İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 41, 42 və 43-cü maddələrinə istinad edilərək Cavabdeh2 MMC tərəfindən X7 məxsus ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracı təşkil olunmuşdur. Borcluya hərracın keçirilmə yeri və vaxtı barəsində xx xxx 2017-ci il tarxli ilkin hərracın keçirilməsi ilə bağlı və xx xxxx 2017-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Həmçinin “Kaspi” qəzetində ilkin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il və təkrar hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixlərində elanlar verilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbləri nəzərə alınaraq İpoteka predmeti 25% aşağı olan qiymətə tələbkar banka təklif edilmiş və bank tərəfindən əldə edilmişdir. Cavabdeh2 MMC tərəfindən hərracın yekunlarına dair xx xxxxxx 2017-ci il tarixli protokol tərtib olunmuşdur. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prossesual hərəkətlər həyata keçiiriilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır.Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(004)-1023/2020 saylı Qətnaməsi qanunsuz və əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmadan qəbul edildiyindən ləğv edilməlidir. Məhkəmə kolegiyasının iclasında iştirak edən Cavabdeh1 BOKT ASC-nin nümayəndəsiapelyasiya şikayətinə uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv olunaraq, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdirlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onların (nümayəndələrin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kolegiyası iş üzrə materialları, apelyasiya şikayətinin dəlillərini və tərəfin izahatını araşdıraraq hesab edir ki, cavabdehlərinapelyasiya şikayətləri təmin olunmalı və birinci instansiya məhkəməsinin qətnaməsi apellyatorlara münasibətdə ləğv olunmalı və iddia həmin cavabdehlərə münasibətdə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: "Cavabdeh2" MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli, 14 №-li protokolun surətinə əsasən Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-794/2017 saylı icra vərəqəsinin və Xətai rayon İcra Şöbəsinin xx xxx 2017-ci il tarixli sifariş məktubunun icrası ilə əlaqədar X7 məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzilinin hərracda satılması nəticəsində "Cavabdeh1" BOKT ASC qalib olmuşdur. Həmin protokola əsasən əmlakın ilkin hərrac qiyməti 75000 manat, təkrar hərracda ilkin satış qiyməti 63750 manat, son satış qiyməti 47812 manat təşkil etmişdir. Həmin protokol əsasında “hərracın yekunları üzrə əmlakın alqı-satqısı” barədə xx xxxxxx 2017-ci il tarixli müqavilə bağlanmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzilinə "Cavabdeh1" BOKT ASC-nin xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx xxxxxxxx 2019- cu il tarixdə qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 2(011)-794/2017 saylı qətnaməsinin icrası ilə əlaqədar X11 oğluna məxsus Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 72 saylı evin 80 saylı mənzili hərraca çıxarılmış və Cavabdeh2 MMC tərəfindən tərtib olunmuş Hərracın yekunları barədə xx xxxxxx 2017-ci il tarixli protokola əsasən həmin daşınmaz əmlak "Cavabdeh1" BOKT ASC-yə satılmaqla, daşınmaz əmlakın dövlət reyestrində sonuncunun adına yeni çıxarış verilmişdir. İş materiallarından görünür ki, hərracın keçirilməsi ilə bağlı Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx/xx-8946/16 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən, "İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 41, 42 və 43-cü maddələrinə istinad edilərək Cavabdeh2 MMC tərəfindən X7 məxsus ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracı təşkil olunmuşdur. Borcluya hərracın keçirilmə yeri və vaxtı barəsində xx xxx 2017-ci il tarxli ilkin hərracın keçirilməsi ilə bağlı və xx xxxx 2017-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Həmçinin “Kaspi” qəzetində ilkin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il və təkrar hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixlərində elanlar verilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbləri nəzərə alınaraq İpoteka predmeti 25% aşağı olan qiymətə tələbkar banka təklif edilmiş və bank tərəfindən əldə edilmişdir. Cavabdeh2 MMC tərəfindən hərracın yekunlarına dair xx xxxxxx 2017-ci il tarixli protokol tərtib olunmuşdur. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun xx xxxxxx 2017-ci il tarixdə qüvvədə olan redaksiyasının 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, forması, onun predmeti və keçirilmə qaydası, ilkin satış qiyməti, hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi miqdarında beh ödəməlidir. Həmin Qanunun 42.5-ci maddəsinə əsasən ən yüksək qiymət təklif etmiş şəxs hərracı udmuş sayılır. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. (42.6-cı maddə). Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir. (maddə 43.2). Təqdim olunmuş sübutlardan müəyyən olunur ki, hərrac iki dəfə keçirilmiş, birinci hərrac xx xxxx 2017-ci il tarixdə, təkrar hərrac isə xx xxxxxx 2017-ci il tarixdə keçirilmişdir. Hərraclar «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydalara uyğun keçirilmişdir. Belə ki, iş materiallarından görünür ki, borcluların icra vərəqəsində qeyd olunan ünvanlarına Cavabdeh2 MMC tərəfindən bildirişlər göndərilmişdir. İcra vərəqəsində hər iki borclunun yaşayış ünvanı eyni ünvan qeyd edilmiş və MMC tərəfindən həmin ünvana bildirişlər göndərilmişdir və həmin bildirişlər borclu tərəfindən qəbul edilmişdir. Hərracın keçirilməsinə dair bildirişlərin borclu tərəfindən alınmasını əks etdirən poçt sorğularının cavablarında da bu öz əksini tapmışdır. Qeyd olunan poçt sorğulannın cavablarının məhkəməyə təqdim olunmasına baxmayaraq məhkəmə tərəfindən sübut olaraq qəbul edilməmiş və işin faktiki halları nəzərə alınan zaman sübut qismində tanınmamışdır. Halbuki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx/xx- 8946/16 saylı xx.xx.2017-ci il tarixli sifariş məktubunun icrasına əsasən, "İpoteka haqqında” Azərbaycan Respublikası qanunun 41, 42 və 43-cü maddələrinə istinad edilərək Cavabdeh2 MMC tərəfindən X7 məxsus ünvan 1 ünvanında yerləşən əmlakın açıq hərracı təşkil olunmuşdur. Borcluya hərracın keçirilmə yeri və vaxtı barəsində xx xxx 2017-ci il tarxli ilkin hərracın keçirilməsi ilə bağlı və xx xxxx 2017-ci il tarixli təkrar hərracın keçirilməsi ilə bağlı bildirişlər poçt vasitəsilə borclunun qeydiyyatda olduğu, icra vərəqəsində qeyd olunan ünvanına göndərilmiş və qəbul edilmişdir. Həmçinin “Kaspi” qəzetində ilkin hərracın keçirilməsinə dair xx.xx.2017-ci il və təkrar hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixlərində elanlar verilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinin tələbləri nəzərə alınaraq İpoteka predmeti 25% aşağı olan qiymətə tələbkar banka təklif edilmiş və bank tərəfindən əldə edilmişdir. Cavabdeh2 MMC tərəfindən hərracın yekunlarına dair xx xxxxxx 2017-ci il tarixli protokol tərtib olunmuşdur. Cavabdeh2 MMC tərəfindən hərracın keçirilməsi ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş bütün prossesual hərəkətlər həyata keçiiriilmiş, qanunvericiliyin heç bir tələbi pozulmamışdır. Bundan başqa, mübahsələndirilən qətnamədə qeyd edilmişdir ki. ilkin hərracın baş tutmamasına dair kütləvi informasiya vasitələrində elan dərc edilmədiyindən hərracın nəticələri etibarsız sayılmalıdır. F.Cavadov və V.Aslanovıın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2008-ci i! tarixli Qərarında qeyd edilir ki, bildiriş ümumiyyətlə hüquqi təbiətinə görə birtərəfli əqd kimi qeyri-məhdud şəxslər dairəsinə ünvanlanan təklif (oferta) hesab edilir və bu maddədə hərracın keçirilməsini bildirişin yazılı surətdə bilavasitə borcluya, yaxud da tələbkara göndərilməsindən və onların məcburi iştirakından asılı edərək qadağa qoyulmur. Konstitusiya Məhkəməsinin yuxarıda istinad olunan qərarında qeyd edilmişdir ki, hərracın keçirilməsi ilə bağlı bildirişin ipoteka qoyana rəsmi təqdim edilməsi ilə yanaşı hərrac barədə məlumatların KİV vasitəsilə elan edilməsi də hərracda iştirakla bağlı məlumatlandırılmaya imkan yaradır. Konstitusiya məhkəməsinin qərarından da göründüyü kimi, məqsəd ipoteka qoyanı və ipoteka saxalayanı hərrac barədə xəbərdar etməkdir. Kollegiya qeyd edir ki, X2 və X8 bildiriş vasitəsilə məlumatlandırılmış, və hərracın keçirilməsindən xəbərdar olmuşlar, bu zaman ilkin hərracın baş tutmamasına dair elanın dərc edilməməsi iddialarını əsas götürərək hərracı etibarsız hesab etmək düzgün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə görə apelyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qət etdi: Apelyasiya şikayətləri təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 1023/2020 nömrəli qətnaməsi ləğv olunsun. İddia rədd olunsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Şərafət Məmmədova
Məhkəmə qərarları › İş №2(103)-6036/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-6036/2020
10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver