Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2189/2021 17.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Əmirov Zahid Zahid oğluna, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2189/21 (Açar sözlər: öhdəliyin icrası ilə bağlı pul vəsaitinin, işgüzar fəaliyyəti ləkələyən məlumatların yayılması ilə bağlı ziyanın ödənilməsi, apellyasiyanın hədləri ) Bakı şəhəri, 17 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev E lşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, iddiaçılar İddiaçı3, İddiaçı4, İddiaçı1, İddiaçı2 və Vəkil1, cavabdeh Cavabdeh2 vəkili XXX Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X3 nümayəndəsi və vəkili XXX iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(103)-7945/2020 nömrəli qətnaməsindən Cavabdeh2 verilmiş kassasiya şikayətləri üzrə işə 17 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar traktorçudurlar.
2. Cavabdeh2 Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı xidmət müqaviləsinə əsasən, XXX adlanan ərazidə Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus torpaq sahələrində iddiaçıların şum işlərini görməsini təşkil etmişdir.
3. İddiaçılar 2019-cu ilin 10 sentyabrına qədər qeyd edilən ərazidə şum və mala işləri aparmışlar.
4. Mübahisə görülmüş işlərin dəyərinin ödənilməsi barədədir. a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçılar tərəfindən görülmüş mala işinə görə ödəməli olduğu 32900 manat, şum işinə görə ödəməli olduğu 2200 manat olmaqla, cəmi 35100 (otuz beş min bir yüz) manat məbləğində pul vəsaiti, 2019-cu ilin dekabr ayından ödənilmədiyinə görə iddiaçıların hər birinə dəymiş zərərə görə 3000 manat olmaqla, cəmi 12000 manat zərərin, yalandan və əsassız olaraq cinayət (oğurluq) etmələri ilə bağlı onların işgüzar fəaliyyətlərinə ləkə gətirdiklərinə görə isə 40000 (qırx min) manat məbləğində mənəvi ziyanın cavabdeh tərəfdən tutularaq iddiaçılara ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçılar 2019-cu ilin 10 sentyabrına qədər XXX Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətə məxsus ərazidə lizinqə götürülmüş traktorlarla şum işləri aparıblar. İşləri görməyi Cavabdeh1 MMC ilə xidmət müqaviləsi olan Cavabdeh2 iddiaçılra sifariş etmişdir.
7. Aralarındakı müqaviləyə əsasən hər bir hektar torpaq sahəsini şumlamaq işinə görə iddiaçılara ödənilməli olan 25 (iyirmi beş) manat məbləğində pul vəsaitin dən 50 qəpik hissəsini işi düzəldən Cavabdeh2 ödəməklə qalan 24,50 manat hissəsi iddiaçılara ödənilməliir. Hesablanmış pul vəsaitinin əksər hissəsini alsalar da, 2200 manat hissə iddiaçılara ödənilməyib.
8. Bundan sonra, 2019-cu ilun oktyabr ayında Cavabdeh2 iddiaçılara mala işləri aparılmasını və qalan borclarını da ödəyəcəyini vəd etmişdir.
9. İddiaçılar Cavabdeh2 təklifi ilə Ağcabədi rayon ərazisində həmin Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus 3290 hektar sahədə, hər hektarı 10 manat olmaqla mala işləri aparılmasına razılaşmışdılar. Cavabdeh2 bununla bağlı müqaviləyə imza etdirsə də, müqavilənin işin sonunda verəcəyini vəd etdiyindən iddiaçılar ona inanmış və buna görə də müqavilə Cavabdeh2 qalmışdır.
10. İddiaçılar 3290 hektar torpaq sahəsində işi tam başa vurduqdan sonra MM C-nin baş aqranomu işi təhvil almışdır.
11. İddiaçılar gördukləri işə görə 32900 manat və şum işinə görə ödənilməmiş 2200 manat məbləğində pullarının ödənilməsini tələb etsələr də, Cavabdeh2 iddiaçılara hər hektara görə 4 manatdan pul ödəyəcəyini, ödənilməmiş 2200 manat məbləğində pul vəsaitini isə xərclədiyinə görə verməyəcəyini bildirmişdir
9. Ümumiyyətlə, iddiaçı şəxslərin onlara məxsus torpaq sahəsində
12. İddiaçılara işləmələri və müvafiq müqavilənin onlara verilməyəcəyi bildiriləndə iddiaçılar başa düşüblər ki, belə bir müqavilə heç bağlanmamışdır. İddiaçılar məcbur olub müxtəlif instansiyalara müraciətlər etsələr də, heç bir əhəmiyyəti olmamışdır.
13. Bunun əksi olaraq, Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X1 Eldar Nazim oğlunun guya 402 manat dəyərində “Til t” (pas əleyhinə) 6 ədəd dərman preparatlarını oğurlamağı barədə polisə şikayət etmişdir.
14. Ağcabədi Rayon Polis Şöbəsində aparılan araşdırma zamanı oğurluq faktı öz təsdiqini tapmamış və İddiaçı1 barəsində cinayət işinin başlanmasının rədd olunması barədə 07 fevral 2020-ci il tarixdə qərar qəbul olunmuşdur.
15. Beləliklə, mala işələrinə görə 32900 manat məbləğində pul vəsaiti və şum işindən qalan 2200 (iki min iki yüz) manat məbləğində pul vəsaiti iddiaçılra ödənlməyib. Həmin vəsait 2019-cu ilin dekabr ayından ödənilmədiyinə görə iddiaçıların hər birinə 3.000 manat olmaqla, cəmi 12000 manat məbləğində zərər dəyib. Üstəlik, yalandan və əsasız olaraq guya cinayət (oğurluq) etmələri ilə bağlı işgüzar fəaliyyətlərinə ləkə gətirdiklərinə görə isə iddiaçılara 40.00 (qırx min) manat məbləğində ziyan vurulmuşdur.
16. İddiaçılar tələbin hüquqi əsası kimi Mülki Məcəllənin 21, 23, 443, 445, 448, 449, 453 və 456-cı maddələrinə istinad etmişlər.
17. Cavabdeh2 iddiaya etirazında göstərib ki, 1755 hektar sahədə şum işi aparılıb və nəticədə iddiaçılara hər hektarı 25 manat olmaqla, ümumilikdə 43875 manat pul hesablanıb. 34777 manat miqdarında xərclər çıxıldıqdan sonra 9098 manat pul şəxsən İddiaçı2 verilib, bu barədə İddiaçı2 imza edib. Bununla da şum işinə görə hər hansı borc qalmayıb. Bundan başqa, iddiaçılar hər hektarı 8 manatdan 2 dəfə mala işi aparıb. Birinci malada 2640 hektar, yəni 21120 manatlıq iş görülüb. İkinci malada 797 hektar iş görülüb, bunun da dəyəri 3188 manatdır. Ümumilikdə mala işlərinin dəyəri 24308 manatdır. Bu məbləğin 20119 manatı xərclərdir, qalan 4189 manatı i ddiaçılar hər zaman gəlib ala bilərlər.
18. Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X3 nümayəndəsi və vəkili iddia tələbini qəbul etməyərək bildirmişdir ki, MMC əməkdaşlıq çərçivəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs Cavabdeh2 ilə (icraçı) 01 iyun 2019-cu il tarixdə 10/25 nömrəli xidməti müqaviləsi bağlamışdır. İcraçı tərəfindən 2.640 ha torpaq sahəsində mala, 797 ha sahədə isə təkrar mala işləri görülmüşdür. Tələb olunan məbləğ Cavabdeh2 ödənilmişdir. Çünki müvafiq işlərin görülməsinə dair Cəmiyyətlə məhz XXX arasında xidmət müqaviləsi bağlanmış və bununla bağlı qeyd edilən müqavilə tərəfləri arasında 10 dekabr 2019-cu il tarixli akt imzalanmışdır.
19. Nərimanov Rayon Məhkəməsinin 2(005)-1719/2020 saylı, 21 avqust 2020-ci il ta rixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh2 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 xeyrinə tutulması qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. (hakim Gültəkin Əsədova)
20. Birinci instansiya məhkəməsi işdəki sübutları qiymətləndirib müəyyən etmişdir ki, icraçı olaraq Cavabdeh2 ilə sifarişçi olaraq Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsi var, bu müqaviləyə əsasən, icraçı sifarişçiyə təhkim olunmuş ərazidə müqaviləyə əlavə olunmuş razılaşma protokolunda göstərilən kənd təsərrüfatı işlərini, icraçıya məxsus onun istifadəsində olan kənd təsərrüfatı texnikaları ilə razılaşdırılmış müddət də, həcmdə və keyfiyyətdə yerinə yetirməyi öhdəsinə götürür, sifarişçi icraçı tərəfindən yerinə yetirilmiş işin dəyərini icraçı ilə razılaşdırılmış tariflərə uyğun nağd və nağdsız qaydada icraçıya ödəməyi öhdəsinə götürür, icraçı tərəfindən qeyd edilən müddətlərə uyğun yerinə yetirilən işlər təhvil-təslim aktı ilə rəsmiləşdirilir.
21. Həmçinin birinci instansiya məhkəməsi müqavilə tərəfləri arasında tərtib edilmiş 10 dekabr 2019-cu il tarixli akta əsasən müəyyən etmişdir ki, müəssisənin uzun müddətli icarəsində olan sahələrdə 2019-cu ilin payızında 2020-cu ilin məhsulu üçün 2.640 ha şum malası və 797 ha sahədə təkrar mala işləri aparılmışdır. Razılaşdırılmış müqavilə üzrə şum malasının dəyəri 1 hektarın qiyməti 8 manat olmaqla, 2.640 ha sahə üçün 21.120 manat, təkrar mala işi zamanı 1 hekt arın qiyməti 4 manat olmaqla, 797 ha sahə üçün 3.188 manat hesablanmışdır. Ümumilikdə, “İmişli” şəxsi dəstəsinin şum malası və səpin işləri üçün 24308 manat məbləğində pul məbləği hesablanmışdır. Şum malası və təkrar mala işləri zamanı “İmişli” şəxsi dəstəsi tərəfindən 1 litrinin qiyməti 60 qəpik olmaqla, cəmi 21176 litr, 12706 manat dəyərində dizel yanacağı istifadə olunmuşdur. Şum malası və səpin işlərinə görə hesablanmış vəsaitdən istifadə olunmuş dizel yanacağının dəyəri və əvvəlcədən ödənilmiş 4.235 manat avans çıxıldıqdan sonra ödəniləcək məbləğ 7367 manat olmuşdur.
22. Məhkəməsi araşdırması zamanı tərəflərin izahatı ilə də müəyyən edilmişdir ki, iddiaçıların tələb etdikləri 32900 manat məbləğində pul vəsaitindən 10 dekabr 2019-cu il tarixli akta əsasən 12706 manat dəyərində dizel yanacağı iddiaçılara ödənilmişdir.
23. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş bu hallarına əsasən hesab etmişdir ki, tələb edilən pul məbləğindən qalıq vəsait, yəni 20194 manat (32.900 – 12.706 = 20.194) məbləğində pul vəsaiti iddiaçı şəxslərin xeyrinə tutulmalıdır.
24. Tutulmalı 20194 manat məbləğlə bağlı birinci instansiya məhkəməsinin mövqeyi belə olub ki, bu məbləğ məhz Cavabdeh2 tutulmalıdır. Çünki Cavabdeh2 ilə sifarişçi olaraq Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X9 arasında bağlanmış 01 iyun 2019-cu il tarixli 10/25 nömrəli xidmət müqaviləsinə və ona əlavə edilmiş müvafiq akta əsasən müqavilə tərəfləri arasında razılaşdırılmış işlərin görülməsi və onların xidmət haqlarının ödənilməsi həyata keçirilmiş, məhz “İmişli” şəxsi dəstəsinin adından Cavabdeh2 müqa vilə tərəfi olaraq iştirak etmiş, buna görə də iddiaçı şəxslərə müəyyən edilmiş pul məbləğinin verilməsi də məhz sonuncunun cavabdehliyindədir.
25. İddia tələblərini qalan hissədə təmin etməyən birinci instansiya məhkəməsi bunu iddiaçıların həmin hissədə iddia tələblərini sübut edə bilməmələri ilə əsaslandırmışdır.
26. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 21.1, 21.2, 21.3, 324, 329, 385.1, 443, 445, 448, 1096.1, 1097.1-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
27. Cavabdeh2 qətnamədən apellyasiya şikayəti verib, qətnamənin ləğv, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olub ki, şum işinə görə iddiaçılara bütün məbləğlər ödənilmişdir, mala işinə görə ümumilikdə 24308 manat hesablanmış, öncədən iddiaçılara ümumi 4152 manat avans ödənilmişdir. Avans ödənilməsini iddiaçılar özləri də etiraf etmişlər. Hesablanmış məbləğdən 12705 manat yanacaq üçün, 976 manat isə ehtiyat hissələrinə görə çıxılmış, 618,1 manat yanacaq daşıyan maşının xərci, 1667 manat yeməkxana xərcləri çıxıldıqdan sonra, nəticədə 4189 manat ödənilməmiş pul qalmışdır. İddiaçılar həmin pulu istənilən vaxt ala bilərlər. Bundan başqa, iddiaçıların ona 7500 manat borcları var. İddiaçı tərəf təqdim edilən məbləğlərlə bağlı məhkəmə iclasında etiraflar etsələr də, məhkəmə qətnaməsində bunların heç biri nəzərə alınmamışdır.
29. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-7945/2020 saylı, 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər i Nərimanov Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi iddianın təmin olunan hissəsində, yəni Cavabdeh2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 xeyrinə 20.194 (iyirmi min bir yüz doxsan dörd) manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmiş və həmin məbləğin 16042 (on altı min qırx iki) manat müəyyən olunması qət edilmişdir. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi) İlham Kərimli, Elşən Kazımov, Telman Quliyev )
30. Apellyasiya məhkəməsi qeyd edib ki, Cavabdeh2 apelyasiya şikayətində iddiaçılara cəmi 4189 manat ödənilməmiş borcu qaldığını, qalan borcların avans və xidmət haqqı kimi ödənildiyini göstərmişdir. Cavabdeh2 iddiaçılarla rəsmi müqavilə bağlamasa da, iddiaçılar qarşısında Cavabdeh1 MMC-nin deyil, məhz onun öhdəlik daşıdığını və 4189 manat ödənilməmiş borcu qaldığını etiraf etmiş və bununla da iddianı qismən qəbul etmişdir.
31. Apellyasiya məhkəməsi hesab edib ki, iddiaçılarla Cavabdeh2 arasında podrat müqaviləsindən irəli gələn öhdəliklər olmuşdur və Cavabdeh2 bir sifarişçi kimi Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələrinin tələbinə müvafiq olaraq podratçıya şərtləşdirilmiş muzdu ödəməyə borclu olub.
32. Apellyasiya məhkəməsi vurğalyıb ki, apellyasiya şikayətinin dəlillərindən biri Cavabdeh2 tərəfindən xidmət haqqı ilə əlaqədar iddiaçılara avans ödənilməsi və bunun məhkəmə tərəfindən nəzərə alınmaması barədə olub. Bu dəlilə qiymət verən apellyasiya məhkəməsi qeyd edib ki, həqiqətən də məhkəmə iclasında izahat verərkən iddiaçılardan İddiaçı3 1350 manat, İddiaçı1 1678 manat, İddiaçı4 520 manat və İddiaçı2 604 manat avans aldıqlarını etiraf etmişlər.
33. Apellyasiya məhkəməsi cəmi 4152 manat avans ödənilməsi faktının öz təsdiqini tapdığından birinci instansiya məhkəməsinin qətnaməsini apellyasiya baxışının predmeti olan mübahisələndirilən hissədə dəyişdirilməsi nəticəsinə gəlib və cavabdehdən iddiaçıların xeyrinə tutulan pul vəsaitinin məbləğinin 16042 manat (20194 – 4152) müəyyən edilməsini qət edib.
34. Apellyasiya məhkəməsi Mülki Məcəllənin 752.1 və 753.1-ci maddələrinə istin ad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh X2 (vəkili Vəkil2 oğlu) qətnamədən kassasiya şikayəti verib, qətnamənin ləğv edilib, yeni qərar çıxarılmasını xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, ümumi mala işinin razılaşırılmış qiyməti 24308 manat olduğu üçün bütün məbləğlər (avans, digər xərclər) 24308 manatdan çıxılmalı idi. Lakin məhkəmələr avansı, bütün xərcləri 32900 manatdan çıxıblar. Halbuki razılaşdırılmış işlərin 32900 manat olması ilə bağlı heç bir sübut yoxdur. İşin 32900 manat dəyərində olması yalnız iddiaçıların iddia ərizəsində göstərdikləri heç nə ilə təsdiqini tapmayan sözdən başqa bir şey deyil. b) Kassasiya şikayətinə qarşı tetirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı iddiaçılar yazılı etiraz veriblər, etirazda kassasiya şikayətinin əsassız, məhkəmə qətnaməsinin əsaslı olması göstərilib. c) Kassasiya icraatı iştirakçılarının izahatları
38. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 vəkili Əhmədli Əsəd Yusif oğlu kassasiya şikayətinin dəlilləri ni müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
39. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinin direktor müavini X3 nümayəndəsi və vəkili XXX kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi.
40. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1, İddiaçı2 və onların Vəkil1 kassasiya şikayətini qəbul etməyərək, kassasiya şikayətinin təmin olunmamasını xahiş etdilər.
41. İddiaçılar İddiaçı3 və İddiaçı4 vəkilsiz iştirak etdiyi üçün Mülki-Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə uyğun olaraq işin kassasiya baxışında onların izahatı dinlənilmədi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətlərində qətnamə iş üzrə cavabdeh tərəfindən tam, mübahisələndirildiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası mə hkəməsinin aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.
46. Apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
47. Hazırki işdə iddiaçılarla Cavabdeh2 arasında kənd təsərrüfa tı işlərinin görülməsi üçün podrat müqaviləsindən doğan münasibətlərin olması, iddiaçıların razılaşdırılmış işi görməsi işin mübahisə edilməyən halıdır. İşin mübahisəli halı görülmüş işlərə görə ödənilmiş (ödəniləcək) muzdun məbləğidir.
48. Apellyasiya şikayətində Cavabdeh2 dəlil kimi yalnız ödənilmiş 4152 manat avans məbləğinin birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmamasına istnad etmiş, apellyasiya məhkəməsi də bu dəlil üzrə araşdırma aparıb, dəlilin əsaslı olmasını, həmin məbləğin həqiqətən də nəzərə alınmamasını müəyyən edərək, birinci instansiya məhkəməsinin qət etdiyi məbləğdən 4152 manatı çıxmışdır.
49. Hazırda Cavabdeh2 kassasiya şikayətində yeni dəlil irəli sürərək, razılaşdırılmış işlərin 32900 manat olması ilə bağlı iddiaçıların heç bir sübutu olmadığı halda, məhk əmələrin 32900 manatı istinad nöqtəsi kimi qəbul etməklə, bütün xərclərin və ödənilmiş vəsaitlərin həmin məbləğdən çıxmasının düzgün olmamasını göstərmişdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə şikayətin dəlilləri həddində baxmış və həmin hissədə də şikayəti əsaslı saymışdır.
51. Məhkəmə kollegiyasının Cavabdeh2 kassasiya şikayətində göstərdiyi bu dəlillə bağlı mövqeyi ondan ibarətdir ki, əvvəla, kassasiya baxışında işə mahiyyəti üzrə baxan məhkəmələrin araşdırma predmeti olmayan yeni dəlillərin irəli sürülməsi MPM-in 407.2 və 416-cı maddəsinin tələblərinə uyğun olaraq istisna edilir. Üstəlik, bu dəlillər işin yeni faktiki hallarının müəyyən edilməsinə yönəlib. Kassasiya icraatı isə yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsinin yoxlanması ilə məhdudlaşır.
52. Bundan başqa, cavabdeh apellyasiya şikayətində razılaşdırılmış işin dəyəri ilə bağlı hər hansı mübahisə olması barədə dəlil irəli sürməmişdir. Belə olan halda, apellyasiya şikayətində irəli sürmədiyi dəlillərin apellyasiya instansiyası tərəfindən araşdırılmaması barədə kassasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Ümumiyyətlə, prosessual hüquq normalarının pozulması istisna olmaqla, işin faktiki halına dair irəli sürülməyən, başqa sözlə, mübahisələndirilməyən hər hansı halın araşdırılması ədalət mühakiməsinin hamının qanun və məhkəmə qarşısında bərabərliyi, dispozitivlik, məhkəmələrdə işlərə tərəflərin çəkişməsi, eləcə də hakimlərin tərəfsizliyi kimi təməl prinsiplərə ziddir. Həmçinin Cavabdeh2 birinci instansiya məhkəməsində iddiaya etira zında da qeyd edilən xüsusatla bağlı hər hansı dəlili olmamışdır ki, apellyasiya məhkəməsinin həmin dəlili yoxlamaq vəzifəsi yaranmış olsun.
53. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
54. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli 2(103)-7945/2020 nömrəli qətnaməsi dəyişdirilmədən