Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-219/2022 11.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı (üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) iş üzrə QƏRARİ (Açar sözlər: muzdun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, X2 oğlunun katibliyi, İddiaçı, onun vəkili Məcidov Meybulla Həbi oğlunun, Cavabdeh1 və onun vəkili Vəkil2 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2 (103)5022/2021 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 11 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 tikinti işləri ilə məşğul olur və iddiaçıya müxtəlif tikinti işləri görməyi tapşırmışır. Tərəflərin arasında görülmüş işlərin ödənilməsi ilə bağlı mübahisə yaranmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC və Cavabdeh1 14050 manat pulun tutulmasını, mənəvi zərərə görə isə 3000 manat pulun tutulub ona verilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslan dırılmışdır ki, iddiaçı 2007-ci ildən Cavabdeh2 MMC şirkətində işləmişdir. Son 9 ildə müdir Cavabdeh1 iddiaçıya iş icraçısı kimi mütəmadi işlər vermiş, iddiaçı ustalar tapıb işlətmiş, onların əmək haqlarını ödəmişdir. Daha sonra cavabdehdən ustaların əmək haqqını tələb edəndə, pullarını verməmiş, hər dəfəsində bildirmişdir ki, pulu almayıb və yaxud pul köçürülməyib. 2018-ci ildə Müşfiq qəsəbəsində yerləşən hərbi hissədə işi icra etdikdən sonra yenə də həmişəki qaydada pulun 70 faizini ödəyib qalanını verməmiş, pulu almadığını, alanda verəcəyini demişdir. Bu zaman iddiaçı ona işdən çıxmaq istədiyini, dükanlara olan, işçilərə olan pulların verilməsini tələb etmişdir. O, isə ona pulun hamısını xərclədiyini, gedib yük maşının sataraq pulu götürməyini bildirmişdir. Sonradan iddiaçıya məlum olmu şdur ki, cavabdeh özü maşını dəyərdəyməzinə satıb ki, ona pul verməsin. Hesablamalarına görə cavabdehin ona 14050 manat borcu var.
4. Nərimanov Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(005)-52/2021 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbi rədd edilmişdir.
5. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı irəli sürdüyü maddi ziyanın ödənilməsi barədə tələbləri əsaslandıra bilməmişdir.
6. Məhkəmə öz mövqeyin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 385.1, 442, 443, 448, 427.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
7. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilməsinin və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
8. Bakı Ap ellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)5022/2021 saylı qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) iddiaçının apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-dən müştərək qaydada 6405 manat məbləğində pulun və 500 manat mənəvi ziyanın əvəzinin tutularaq İddiaçı ödənilməsi qət edilmiş, məhkəmə-fonoskopik ekspertizasının dəyəri olan 300 manat məbləğində puldan ibarət məhkəmə xərci cavabdehlərə aid edilmişdir.
9. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki işin materiallarından müəyyən edilmişdir ki, Cavabdeh1 digər Cavabdeh2 MMC-nin həm təsisçisi hə m də müdiridir. İddiaçının Cavabdeh1 ilə birlikdə işləməsi işin mübahisəsiz halıdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına təqdim edilmiş Bakı şəhəri, Səbail RPİ-nin 41-ci PB-nin materiallarından görünür ki, Cavabdeh2 MMC-nin direktoru Cavabdeh1 izahat verərkən bildirmişdir ki, onun, İddiaçı 6405 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/835 saylı, 16 dekabr 2020-ci il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, ekspertizaya təqdim olunmuş 1 ədəd qara rəngli fləş yaddaş kartında olan mübahisə fonoqramlardakı tədqiqatı tələb olunan danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K1» kimi işarə olunmuş diktorun səsi və nitqi İddiaçı məxsusdur. Ekspertizaya təqdim olunmu ş 1 ədəd qara rəngli fləş yaddaş kartında olan mübahisə fonoqramlardakı danışıq hissələrində montaj əlamətləri müəyyən olunmamışdır.
10. Apellyasiya instansiyası məhkəməsi daha sonra göstərmişdir ki, İddiaçı ilə Cavabdeh1 arasında podrat münasibətləri olmuş və icraçı razılaşdırılmış işin icrasına başlamışdır. Bununla da tərəflər podrat münasibətlərinə dair öz iradə ifadələrini bildirmişlər. Cavabdehin Səbail RPİ-nin 41-ci PB-də verdiyi izahat ilə onun 6405 manat məbləğində borcunun olması müəyyən edildiyindən, iddia tələbi həmin həddə təmin edilməlidir.
11. Apellyasiya instansiyası məhkəməsi eyni zamanda bildirmişdir ki, cavabdehlərin iddiaçıya münasibətdə qanunvericiliyinin tələblərinin pozulması ilə müşayiət edilən mənəvi ziyanın vurulması barədə hallar məhkəmədə müəyyən edildiyindən, ca vabdehlərdən 500 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.
12. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri
13. Cavabdehlərin kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, apellyasiya insyansiyası məhkəməsi sonradan əldə edilmiş sübuta – Səbail RPİ-nin 41-ci PB-nin topladığı materiallara istinad etmiş, bu zaman həmin sübutların birinci instansiya məhkəməsində təqdim olunmasının mümkün olmaması əsaslandırılmamışdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsinin iclası cavabdehin iştirakı olmadan keçirilmiş, sonradan işə əlavə olunmuş sübuta münasibət bildirməsinə şərait yaradılmamışdır. Cavabdehin vəkili “Covid-19” infeksiyasına yoluxduğuna görə məhkəməyə teleqram göndərmək iqtidarında olmamışdır. Bundan başqa, məhkəmənin istinad etdiyi – cavabdehin polis bölməsində 01 iyun 2018-ci il tarixdə izahat verdiyi vaxtdan sonrakı dövrdə cavabdeh 2076 manat pulu iddiaçıya ödəmişdir. Bundan əlavə, cavabdehə məxsus olan “Mitsubishi L 200” markalı avtomobil iddiaçının istifadəsində olmuş və cavabdehin tələblərinə baxmayaraq iddiaçı həmin avtomobili cavabdehə qaytarmamış, qaytaranda isə yarar sız vəziyyətdə olmuş və təmirinə 4401,48 manat xərc tələb olunmuşdur. Məhkəmə bu halları nəzərə almalı idi. b) Kassasiya şikayətinə qarşı etirazların dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Cavabdeh2 MMC-nin rəhbəri Cavabdeh1 və onun vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin olunmasını xahiş etdilər
16. İddiaçı və onun vəkili Məcidov Meybulla Həbi oğlu kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını bildirərək, şikayətin rədd olunmasını xahiş etdilər.
17. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi məhkəmə iclasına gəlmədiyi və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
18. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
19. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəm əsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
20. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya insta nsiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının tam ləğvi xahiş edildiyindən, məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə
21. Zərərin əvəzinin ödənilməsi 21.1. Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə
385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
389. Müqavilə anlayışı 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə
406. Müqavilənin forması 406.1. Müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin Maddə
752. Podrat müqaviləsi 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə
753. Muzd barəsində razılaşma 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üz rə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. Maddə
769. Yerinə yetirilmiş iş üçün muzd ödənilməsi Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə
417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 25.Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş işin hallarından göründüyü kimi, iddiaçı ilə cavabdehin arasında podrat hüquq münasibətləri olmuş, iddiaçı cavabdehin sifarişini icra etmiş, lakin şərtləşdirilmiş muzdu tam ödəməmiş, 6405 manat borclu qalmışdır. Bu məbləğdə borcun qalması iddiaçının 19.09.2018-ci il tarixdə Səbail RPİ-nin 41-ci PB-nə şikayət ərizəsi əsasında araşdırma aparılarkən Cavabdeh1 verdiyi izahatı ilə müəyyən edilmişdir. Həmin izahatında Cavabdeh1 iddiaçıya görülmüş işə görə 6405 manat borcunun qaldığını və bu borcu cədvəl üzrə ona verəcəyini bildirmişdir.
26. Cavabdeh tərəf həmin izahatın mötəbərliyini mübahisələndirməmişdir. Cavabdehin dəlili ondan ibarətdir ki, cavabdeh qeyd olunan izahatı verdikdən, yəni 01 iyul 2018-ci il tarixdən sonra 16 iyul 2018-ci il tarixdə iyun və iyul ayları üçün cəmi 1034,44 manat əmək haqqını (hər ay üçün 519,22 manat), 02 avqust 2018-ci ildə avqust ayı üçün 519,22 manat və son olaraq 28 avqust 2018-ci il tarixdə 519,22 manat - cəmi 2076,88 manat pulu ödəyib. Həmin məbləğ bankomat vasitəsilə iddiaçı tərəfindən çıxarılmışdır.
27. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin bu dəlili əsassızdır. Çünki məhkəmə Cavabdeh1 polis bölməsinə 01 iyul 2018-ci il tarixdə verilmiş izahatına istinad etməmişdir. Ümumiyyətlə iş materiallarında cavabdehin 01 iyul 2018-ci il tarix də izahat verməsi barədə hər hansı sübut yoxdur və cavabdeh də işə baxılan zaman bu izahata istinad etməmişdir. İddiaçının Səbail RPİ-nin şikayət ərizəsi 41-ci PB-də 19.09.2018-ci il tarixdə qeydiyyata alınmış, araşdırma aparılmış, tərəflərin izahatları alınandan sonra – 04.10.2018-ci il tarixdə toplanmış material dəftərxanada işə alınmışdır. Göründüyü kimi kassasiya şikayətində göstərilən ödənişlər cavabdehin iddiaçıya 6405 manat borcu olduğunu bildirən izahat veriləndən əvvələ aiddir.
28. Kassatorun apellyasiya instansiyası məhkəməsində işə onun iştirakı ilə baxılmadığı barədə dəlili də əsassızdır. Çünki apellyasiya məhkəməsinin 01.06.2022-ci il və 29.06.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclaslarında cavabdehin vəkili iştirak etmiş, 13.07.2021-ci il tarixə təxirə salınmış məhkəmə i clasının vaxtı və yeri barədə ona məlumat verilmiş, lakin sonuncu məhkəmə iclasına cavabdeh və ya onun vəkili heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Apellyasiya instansiyası məhkəməsi onun iştirakı olmadan işə baxılmasını haqlı olaraq mümkün hesab etmişdir. Çünki Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə görə işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur.
29. Apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsində təqdim edilməmiş sübutları qəbul edib istinad etməsi badədə dəlil ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, polis şöbəsində aparılmış tədqiqat barədə hətta cavabdeh özü birinci instansiya məhkəməsində bildirmişdir. Lakin birinci instansiya mə hkəməsi MPM-nin 14-cü maddəsinin tələblərini pozmaqla araşdırmanı tam aparmamışdır. MPM-nin 372.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxmaq səlahiyyəti vardır.
30. İddianın mənəvi zərərin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2012-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Zərər yetirmə şəxsin və ya təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
31. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərər çəkənin keçırdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərər çəkənin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
32. Apellyasiya instansiyası məhkəməsi iş üzrə mənəvi zərərin miqdarını bu cür təhlil əsasında müəyyən etmiş, gəldiyi nəticəni əsaslandırmışdır. Buna görə də kassasiya kollegiyası apellyasiya instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır.
33. Kassasiya kollegiyası qeyd edir ki, kassator kassasiya şikay ətində apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarının tam, obyektiv və hərtərəfli araşdırılmadığını, işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verilmədiyini qeyd etsə də, bu hallar iş materialları ilə öz əksini tapmır.
34. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 13 iyul 2021-ci il tarixli, 2(103)5022/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.