Məhkəmə qərarları › İş №2(102)-2193/2022

Ali Məhkəmə Qərardad — İş №2(102)-2193/2022

05.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-2193/2022 05.03.2022 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimləri Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1313/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş maddi və mənəvi ziyana görə 10.000 manat pulun və ödədiyi rüsumun cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 a vqust 2021-ci il tarixli 2(011)-1201/2021 saylı qətnaməsi ilə iddia rədd edilmiş, İddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu onun özünə aid edilmiş və İddiaçı keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul vəsaitinin alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi müəyyən edilmişdir. İddiaçı apellyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10313/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1201/2021 saylı iş üzrə 19 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı qızı (Vəkil) həmin qətnamədən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apellyasiya m əhkəməsinə göndərilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)10313/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməmiş və kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayətinin geri qaytarılmasına səbəb iddiaçının şikayətdə maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməməsi, Mülki Məcəllənin 21.1, 21.2 və 752.1-ci maddələrinin pozulmasına yalnız ümumi şəkildə istinad etməklə kifayətlənməsi, bununla da şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməməsi ol muşdur. Hazırda İddiaçı qızı (Vəkil) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-10313/2021 nömrəli, 15 noyabr 2021-ci il tarixli qətnaməsindən təkrar kassasiya şikayəti vermişdir. Kassasiya şikayətindən görünür ki, iddiaçı təkrarən kassasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət 3 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, iddiaçı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 yanvar 2022-ci il tarixli qərardadında şərh edilən nöqsanları aradan qaldırmamış, şikayətə yalnız Mülki Məcəllənin 21.1, 21.2 və 752.1-ci maddələrinin məhkəmə tərəfindən nəzərə alınmaması barədə ifadəni əlavə etməklə kifayətlənmiş, qeyd edilən maddələrin məhkəmə tərəfindən nəzərə alınmamasının nədə ifadə edilməsini şikayətd ə şərh etməmişdir. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarına istinad edilməklə kifayətlənilməməli, həmin normaların düzgün tətbiq edilməməsinin nədən ibarət olması mütləq şəkildə şərh edilməli, göstərilmiş hər bir normanın pozuntusunun və ya düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna və bu halların nə ilə nəticələndiyinə dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Bu baxımdan, təkrar verilən kassasiya şikayəti də bu tələblərə cavab vermir. Mülki Prosessual Məcəllənin 408.1.1-ci maddəsinə görə, kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən hesab edir ki, hazırk i iş üzrə kassasiya şikayətinin mümkünlüyü üçün əsaslar mövcud olmadığından, onun icraata qəbulundan imtina edilməli, kassasiya şikayətinin qaytarılması məsələsinin həlli üçün mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 408.5-ci maddəsinə görə bu Məcəllənin 408.1.1408.1.5 və 408.1.7-ci maddələrində göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra, şikayəti verən şəxs yenidən ümumi qaydada kassasiya şikayəti ilə müraciət edə bilər. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 407, 408.1.1 və 408.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1313/2021 nömrəli, 15 noyabr 2021ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti icraata qəbul edilməsin və kassasiya şikayətinin qaytarılması məs ələsinin həlli üçün mülki iş Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar