Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2193/2024 28.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: icarə müddəti, maddi zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin qüvvədə olunması hesab edilməsi, təmir xərclərinin ödənilməsi və sair” tələb inə dair, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “təmir xərclərinin ödənilməsi, vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyanın tələbi” barədə mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5471/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən Cavabdeh3 ünvan 1 ünvanında yerləşən mənzili aylıq icarə haqqı 550 manat olmaqla iddiaçıya icarəyə vermişdir. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulma sına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Müqavilənin 9ci bəndinə əsasən “icarəçi”-lər “icarəyə verən”(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməz. 2. xx.xx.2022-ci il tarixli AN-İ seriyalı ******* saylı Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 120.6 kv/m olan qeyri-yaşayış sahəsini Cavabdeh1 satmışdır. 3. xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 4. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli Daş ınmaz əmlakın qiymətləndirilməsi barədə ekspert rəyinə əsasən ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsində olan əşyaların hazırki bazar qiyməti 147000 manat təşkil edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “icarə müqaviləsinin qüvvədə olunması hesab edilməsi, təmir xərclərinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir üçün xərclənilən 147.000 manat pulun, qiymətləndirmə üçün ödənilən 300 manat rüsumun, məhkəmə üçün ödənilən 439 manat dövlət rüsumunun, vəkil üçün ödənilən 500 manat dövlət rüsumunun, cəmi 148.239 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq id diaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 01 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94.2 kv/m, 5 otaq olan ərazini aylıq 550 manat icarə haqqı ödənilməklə daha 1(bir) il müddətinə qüvvədə olunması hesab edilməsi, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir üçün xərclənilən 147.000 manat pulun, qiymətləndirmə üçün ödənilən 300 manat rüsumun, məhkəmə üçün ödənilən 439 manat dövlət rüsumunun, vəkil üçün ödənilən 500 man at dövlət rüsumunun, cəmi 148.239 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, 1 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında bağlanmış müqavilə əsasında cavabdehlərin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş 20.000 manat ziyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94.2 kv/m, 5 otaq olan ərazini xx.xx.202 0-ci il tarixə qədər aylıq 550 manat icarə haqqı ödənilməsinə dair icarə müqaviləsi bağlanmışdır. 1 oktyabr 2017-ci il tarixdə ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir edilmişdir. Əsaslı təmir işləri 1 oktyabr 2017-ci il tarixdə başlamış, 1 yanvar 2018-ci il tarixə qədər davam etmişdir. Əsaslı təmir briqada tərəfindən həyata keçirilmişdir. ünvan 1 ünvanında yerləşən “41 Karaoke” kluba aid biznesin möhkəmləndirilməsi üçün “Yelobank”-la İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə 1314,57 manat aylıq ödəməklə 20.000 manat, “Accessbank”-la İddiaçı arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1042 manat ödəməklə 20.000 manat və “Accessbank”-la İddiaçı arasında bağlanmış 28 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1032 manat ödəməklə 20.000 manat pul vəsaiti İddiaçı verilmişdir. Hal-hazırda aylıq kredit ödənişləri “41 Karaoke Klub” işlədiyi üçün vaxtında ödənilir. Cavabdeh2 10 may 2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-İ№1049797 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 990.000 manata satmışdır. İstər alqı-satqı müqaviləsindən qabaq, istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, alqı-satqı müqaviləsi mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi anlamına gəlir. Cavabdeh2 10 may 2022-ci il tarixdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 120.6 kv/m olan mənzil i 10 may 2022-ci il tarixli AN-İ№1049798 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 180.000 manata satmışdır. Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyri-yaşayış sahəsini alır, amma bir dəfə də olsun sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamır. Halbuki İddiaçı sözügedən obyektin təmirinə 300.000 manat (hal-hazırda olan bazar qiyməti 147.000) pul xərcləmişdir. Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. "xxxx" MMC tərəfindən təqdim olunan 27 may 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilən əşyaların və təmirin likvid dəyəri 147.000 manat təşkil edir. Odur ki, “41 Karaoke” kluba çəkilən 147.000 manat təmir xərclini cavabdehlərdən müştərək qaydada tələb etmişdir.
8. Cavabdehlər məhkəməyə iddiaçının iddia ərizəsinə etiraz təqdim edərək etirazını onunla əsaslandırmışdır ki, ünvan 5 ünvanda yerləşən, ümumi sahəsi 94,2 kv.m, yaşayış sahəsi 74 kv.m olan 5 otaqlı mənzil, xüsusi mülkiyyət hüququ ilə Cavabdeh3 məxsus olmuş və Bakı şəhəri 1 saylı Notariat kontorunda bağlanmış 20 iyul 2018-ci il tarixli icarə müqaviləsi (qeydiyyat Jfe 3M-193) əsasında “icarəyə verən” Cavabdeh3 tərəfindən “icarəçi” İddiaçı icarəyə verilmişdir. İcarə müqaviləsinin 3-cü bəndinə görə icarə müddəti xx.xx.2020-ci il tarixə kimi müəyyən edilmiş və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilmişdir. Tə rəflər həmin müqavilənin icarə müddətinin bitməsinə 1 (bir) ay qalmış onun pozulması barədə heç bir təklif irəli sürməmiş və müqavilənin şərtinə görə icarə müddəti avtomatik olaraq daha 1 (bir) il müddətinə, yəni xx.xx.2021-ci il tarixə kimi uzadılmışdır. Yəni müqavilənin şərtinə görə həmin icarə müqaviləsi üzrə icarə müddəti 20 avqust 2021-ci il tarixdə bitmişdir. İcarə müqaviləsinin 9cu bəndinə görə də “İcarəçi" - yəni İddiaçı tərəfindən “İcarəyə verən” - yəni Cavabdeh3 razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri aparıla bilməz. Tərəflər arasında bağlanmış həmin 20 iyul 2018-ci il tarixli İcarə müqaviləsinin müddəti 20 avqust 2021-ci il tarixdə bitməsinə baxmayaraq “İcarəçi” tərəfindən icarəyə götürülmüş ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m, yaşayış sahəsi 7 4 kv.m olan 5 otaqlı mənzil, “İcarəyə verən”-ə - yəni onun mülkiyyəçisi Cavabdeh3 qaytarılmamışdır. Sonra da ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 94,2 kv.m, yaşayış sahəsi 74 kv.m olan həmin 5 otaqlı mənzil bağışlama müqaviləsi əsasında Cavabdeh3 həyat yoldaşı Cavabdeh2 mülkiyyətinə keçmiş və Bakı şəhəri 51 saylı Notariat Ofisində bağlanmış 10 may 2022-ci il tarixli alqısatqı müqaviləsi (qeydiyyat nömrəsi 4Ə-861) əsasında Cavabdeh2 tərəfindən Cavabdeh1 satılaraq, Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın dövlət reyestrindən qeydiyyat nömrəsi - **********, qeydiyyat tarixi - xx.xx.2022 olan çıxarışla (daşınmaz əmlakın reyestr nömrəsi **********95-05101-093003) xüsusi mülkiyyət hüququ ilə tam pay olmaqla Cavabdeh1 adına qeydiyyata alınmışdır. İddia ərizəsində göstərilmişdir k i, "...1 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94,2 kv/m, 5 otaq olan ərazini xx.xx.2020-ci il tarixə qədər aylıq 550 manat icarə haqqı ödənilməsinə dair icarə müqaviləsi bağlanmışdır. 1 oktyabr 2017-ci il tarixdə ünvan 5 ünvanında yerləşən ümumi sahəsi 94,2 kv/m, yaşayış sahəsi əsaslı təmir edilmişdir. Əsaslı təmir işləri 1 oktyabr 2017-ci il tarixdə başlamış, 1 yanvar 2018-ci il tarixə qədər davam etmişdir...”. İddia ərizəsinin məzmunundan göründüyü kimi ərizədə göstərilən həmin hallar ziddiyyətli olmaqla biri- birini təkzib edir. Belə ki ərizəd ə mübahisə predmeti olan mənzilin iddiaçının icarəsinə verilməsinə dair müqavilənin 22 iyul 2018-ci il tarixdə bağlanması göstərildiyi halda iddiaçı müqavilə bağlanmazdan təxminən 10 ay qabaq, yəni 1 oktyabr 2017-ci il tarixdə həmin mənzildə əsaslı təmir işləri aparmağa başladığını iddia edir. Halbuki həmin dövrdə mənzilin mülkiyyətçisi Cavabdeh3 İddiaçı ilə tanışlığı belə olmamış və İddiaçı, Cavabdeh3la 2018-ci ildə qeyd olunan mənzili icarəyə götürdüyü iyul ayından bir müddət qabaq, məhz həmin mənzili icarəyə götürmək istəməsi ilə əlaqədar tanış olmuş, ona görə də 2017-ci ilin oktyabr-dekabr aylarında qeyd olunan mənzildə İddiaçı tərəfindən təmir işlərinin aparılması sadəcə mümkün deyildi. İddia ərizəsində daha sonra göstərilir ki. “...ünvan 5 ünvanında yerləşən “41 Karaoke ” kluba aid b iznesin möhkəmləndirilməsi üçün “Yelobank”-la İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən 18 ay müddətinə 1314,57 manat aylıq ödəməklə 20.000 manat, “Accessbank”-la X8 arasında bağlanmış 10 avqust 2021-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1042 manat aylıq ödəməklə 20.000 manat və “Accessbank”-la İddiaçı arasında bağlanmış 28 fevral 2022-ci il tarixli müqaviləyə əsasən 24 ay müddətinə aylıq 1032 manat aylıq ödəməklə 20.000 manat pul vəsaiti İddiaçı verilmişdir. Hal-hazırda aylıq kredit ödənişləri “41 Karaoke Klub” işlədiyi üçün vaxtında ödənilir...” İddia ərizəsində İddiaçı tərəfindən müxtəlif banklardan kredit götürülməsi barədə deyilənlərin isə hazırkı mülki işi üzrə mübahisənin predmetinə, eləcə də cavabdehlərə heç aidiyyəti yoxdur və bu İddiaçı şəxsi işidir. Bundan başqa qeyd olunan mənzilin İddiaçı icarəyə verilməsinə dair müqavilənin müddətinin bitməsindən sonra İddiaçı tərəfindən qeyd olunan banklardan kredit götürülməsi üçün ona heç bir aidiyəti olmayan ünvan 5 ünvanında yerləşən mənzilin “41 Karaoke” klubu adı ilə adlandırılıb biznesin möhkəmləndirilməsi üçün qeyd edilməsi əsassız və qanuna ziddir. İddia ərizəsində sonra da göstərilmişdir ki, “...Cavabdeh2 10 may 2022-ci il tarixdə ünvan 6 ünvanında yerləşən, ümumi sahəsi 94,2 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN1X91049797 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 990.000 manata satmışdır. İstər alqı-satqı müqaviləsindən qabaq, istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keç irməmiş, alqı-satqı müqaviləsi mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi anlamına gəlir. Əlavə olaraq qeyd edim ki. Cavabdeh2 10 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev-41 b yerləşən, ümumi sahəsi 120,6 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-LNe1049798 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 180.000 manata satmışdır. Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyriyaşayış sahəsini alır, amma bir dəfə də olsun sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamır. Halbuki, İddiaçı sözügedən obyektin təmirinə 300.000 manat (hal-hazırda bazar qiyməti 147.000) pul xərcləmişdir. Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir...”. Cavabdeh2 tərəfindən xüsusi mülkiyyətində olan mənzillərin Cavabdeh1, eləcə də hər hansı başqa bir şəxsə nə vaxt, hansı qiymətə satılmasının hazırkı mülki iş üzrə İddiaçı, həmçinin hazırkı işə heç bir aidiyyəti yoxdur və xüsusi mülkiyyətində olan əmlaklar barəsində sərəncam vermək, onları özgəninkiləşdirmək Cavabdeh2 mülkiyyətçi kimi müstəsna hüququdur. İddia ərizəsində “...istər alqı-satqı müqaviləsindən qabaq, istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirməmələri, alqı-satqı müqaviləsinin mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi anlamına gəlməsi...“...Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyri-yaşayış sahəsini alması, amma bir dəfə də ols un sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamaması...” və “...Cavabdeh3 və onun yaxın qohumlarının adma olan islər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsinin formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilməsi..." barədə qeyd olunanlar İddiaçı fərziyyələridir və onların hazırkı mülki işə heç bir aidiyyəti yoxdur. Eləcə də Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 Gli oğlu daşınmaz əmlaka dair alqı-satqı müqavilələri bağlamaqda sərbəstdirlər, həmin vaxt alqısatqı müqaviləsinin predmeti olan əmlakların rəsmi qaydada yüklü olub-olmadığını yoxlamaq notariat orqanının borcudur və belə bir yüklülük olmuşdursa bu hal daşınmaz əmlakın dövlət reyestrində mütləq qeydə alınardı, əks halda da alqı-satqı müqaviləsinin bağlanması sadəcə müm kün deyildir. İddia ərizəsində daha sonra da göstərilmişdir ki, “...Legal Prime MMC tərəfindən bizə təqdim olunan 27 may 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilən əşyaların və təmirin likvid dəyəri 147.000 (bir yüz qırx yeddi min) manat təşkil edir. Odur ki, "41 Karaoke " kluba çəkilən 147.000 manat təmir xərclərini cavabdehlərdən müştərək qaydada tələb edirəm...” İddia ərizəsində istinad olunan Legal Prime MMC tərəfindən verilmiş 27 may 2022-ci il tarixli mütəxəssis rəyinin surəti təqdim olunmadığına görə həmin rəyin detalları barədə fikir bildirə bilmir. Lakin bununla bərabər hesab etmişdir ki, qeyd olunan mənzil İddiaçı tərəfindən icarəyə götürüldükdən, yəni 22 iyul 2018-ci il tarixdən sonra və ümumiyyətlə orada əsaslı təmir işləri aparıla bilməzdi. Belə ki, mənzilin icarəyə ver ilməsinə dair müqavilənin 9-cu bəndi, “İcarəçi" - yəni İddiaçı tərəfindən “İcarəyə verən" - yəni Cavabdeh3 razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işlərinin aparılmasını istisna edir və “icarəyə verən "-yəni Cavabdeh3 tərəfindən də belə bir razılıq verilməmişdir.
9. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “təmir xərclərinin ödənilməsi, vurulmuş ziyanın ödənilməsi, maddi və mənəvi ziyan” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi əsaslı təmir üçün xərclənilən 350.000 manat pulun, əldən çıxmış fayda olaraq 30.000 manat pul məbləğinin, vurulmuş ziyana görə 50.000 manat, maddi və mənəvi ziyana görə 150.000 manat, cəmi 570.000 manat pulun cavabdehlərdən müştərək qaydada tutularaq X3 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1 saylı Notariat Ofisi tərəfindən 22 iyul 2018-ci il tarixdə Bakı şəhərində Cavabdeh3 (icarəyə verən) ilə İddiaçı (icarəçi) arasında ünvan 3 ünvanında yeleşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsi 74 kv/m olan 5 otaqlı mənzilin tam mülkiyyət üzrə on(lar)a məxsus hissəsində tam hissə, 94.2 kv/m, 5 otaq olan ərazini xx.xx.2020-ci il tarixə qədər aylıq 550 manat icarə haqqı ödənilməsinə dair icarə müqaviləsi bağlanmışdır. İddiaçı ilə sözügedən mənzildə əsaslı təmir işlərinə başlamamışdan qabaq X5 və Cavabdeh3 ilə şifahi razılığa gələrək sözügedən mənzilə d air təmir xərcləri və digər avadanlıqların alınmasına dair ödənişlər X5 tərəfindən həyata keçiriləcək, sonradan mənzil iaşə obyekti kimi işlədilərək X5 tərəfindən təmir və digər avadanlıqlar üçün ödənilən ödənişlər geri qaytarılacaqdır. İddiaçı həmin mənzil fəaliyyətini dayandırana qədər (faktiki olaraq iaşə obyekti) administrator vəzifəsini icra edirmiş. X2 həmin mənzilə (faktiki iaşə obyektinə) çəkdiyi ümumi xərc 350.000 manatdır. Hal-hazırda cavabdehlərin qanunazidd hərəkətləri nəticəsində X5 iaşə obyektini işlədə bilmir, X3 xeyli miqdarda ziyan dəymişdir. X5 Cavabdeh3 və İddiaçı ilə razılıqları 2017-ci il tarixdə əldə edilmişdir. Hətta sübut olaraq 2017-ci il tarixdə sözügedən iaşə obyektində olarkən çəkdirdikləri fotoşəkili də məhkəməyə təqdim etmişdir. Cavabdeh2 10 may 2022-ci il l arixdə ünvan 7 ünvanında yerləşən, ümumi sahəsi 94.2 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN- İNö1049797 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 990.000 manata satmışdır. İstər alqı-satqı müqaviləsindən qabaq istərsə də alqı-satqı müqaviləsindən sonra cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qeyd edilən qeyri-yaşayış sahəsinə baxış keçirməmiş, alqı-satqı müqaviləsi mülkiyyətçinin adının formal olaraq dəyişdirilməsi mənasına gəlir. Cavabdeh2 10 may 2022-ci il tarixdə Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev.41b ünvanında yerləşən, ümumi sahəsi 120.6 kv/m olan mənzili 10 may 2022-ci il tarixli AN-İ 049798 saylı alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 180.000 manata satmışdır. Cavabdeh1 1.170.000 manat pul ödəyərək, qeyri-yaşayış sahəsini alır, amma bir dəfə də olsun sözügedən obyekti icarə müqaviləsi əsasında işlədən İddiaçı ilə, istərsə də şəriki olan X5 ilə əlaqə (şifahi və ya rəsmi olaraq) saxlamır. Halbuki, sözügedən obyektin təmirinə 350.000 manat pul xərcləmişdir. Cavabdeh3 və onun yaxın qohumlarının adına olan istər daşınar, istərsə də daşınmaz əmlakların xeyli hissəsi formal olaraq Cavabdeh1 adına rəsmiləşdirilmişdir. Odur ki, “41 Karaoke" kluba çəkilən 350.000 manat təmir xərci və digər xərcləri cavabdehlərdən müştərək qaydada tələb etmişdir.
11. Cavabdeh3 iddia ərizəsinə etiraz edərək izahatında bildirmişdir ki, 1994-cü il tarixdə həmin obyekt mənzil idi. Birinci mərtəbə olduğu üçün oranı obyekt qismində istifadə etdi. Həmin obyekti türklərə icarəyə vermişdir. Mübahisəli hissə 74 kv-dir. 2018-ci il tarixdə qeyd edilən obyekti İddiaçı icarəyə vermişdir. 2018-ci il tarixdən əvvəl oranın icarəçisi Gəncəli Məmmədov idi. Gəncəli Məmmədovdan qabaq da oranı türk işlədirmiş. 1994-cü il tarixdən obyekt karaoke-pub kimi istifadə edilir. Qeyd edilən obyekti Gəncəli Məmmədov təxminən 7-8 il işlətmişdir. İddiaçı icarəyə götürməklə bağlı özü ona müraciət etmiş və oranı iddiaçıya icarəyə vermişdir. Əvvəllər iddiaçını tanımamışdır. Broker vasitəsilə iddiaçını tanımış və may ayında iddiaçı müraciət etmişdir. 20 iyul tarixdə 1 saylı Notariat Ofisində icarə müqaviləsi bağlamışlar. Orada iddiaçı tərəfindən təmir-tikinti işləri aparılmamışdır, ola bilsin ki, onu məlumatı olmadan iddiaçı orada kosmetik işlər aparmışdır. Obyektin üz hissəsinə Gəncəli Məmmədov aqlay vurdurmuşdur. İddiaçı ödənişləri ya kart vasitəsilə edirdi, ya da qohumları gedib gö türürdü. Orada hər kəs iddiaçının problemli insan olduğunu deyirmişlər. İddiaçı ilə aralarında hər hansı mübahisə olmamışdır. İddiaçı ilə 2 il üçün müqavilə bağlamışdı, daha sonra 1 il də uzatmışlar. Daha sonra yenidən müqavilə bağlamaq istəyəndə obyekti satacağını bildirmişdir. İddiaçı bundan sonra həmin obyekti ona satmasını istəmişdir. Cavabdeh1 da broker vasitəsilə tanımışdır. Mənzilin zirzəmisi arvadının, yuxarı hissəsi isə onun mülkiyyətində idi. Daşınmaz əmlakı satmaq üçün bir şəxsin mülkiyyətinə keçirmişlər. Həmin daşınmaz əmlakı satanda on dörd min manat vergi ödəmişdir. İddiaçı onu müqavilə bağlamağa məcbur edirmiş. 2022-ci ilin mart aprel və may ayları, formula yarışları zamanı və pandemiya dövründə iddiaçıdan ödəniş almadığını və tələb etmədiyini bildirmişdir. Həmin daşınmaz əm lakın iddiaçı özünün vasitəsilə satılmasını istəyirdi. Daha sonra iddiaçı onunla görüşən zaman ona kömək etməyi üçün ondan müəyyən məbləğdə pul istəmiş, ona beş min manat məbləğində pul verə biləcəyini bildirmişdir. Lakin o, on min manat istədi. Cavabdeh1la alqı-satqı edən zaman Cavabdeh1 iddiaçı ilə müqavilə bağlamasını xahiş etmişdir. Lakin o, iddiaçı ilə müqavilə bağlamaq istəməmişdir. Daha sonra iddiaçı reklamları götürmək və pandemiya vaxtı işləmədiyini bildirərək ona pul verməyini tələb etmiş və iyirmi min manatla bağlı razılığa gəlmişlər. Alqı-satqı olduqdan 3 gün sonra iddiaçıya on min manat pul vermişdir. Daha sonra isə dörd min manat vermişdir. İddiaçı obyektin açarını ona vermədi və qalan altı min manatı ona qaytardıqdan sonra açarı ona verəcəyini bildirdi. 20 may tarixində qapı nı açmaq istəyəndə iddiaçı ona icazə verməmiş və onu polisə şikayət etmişdir. İddiaçı obyekti təmir etdirməmişdir və orada bir kondisoneri vardır. Üç kondisoner onundur. İddiaçı oraya bir səsgücləndiricilər gətirmiş və orada kosmetik işlər görmüşdür.
12. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, iddiaçı dostudur və 8 ildir ki, tanıyır. İş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs Ceyhun Ağayevi 8 ildir tanıyır. Cavabdehlərdən Cavabdeh3 qeyd edilən obyektin mülkiyyətçisi kimi tanıyırdı. Qeyd edilən mübahisəli obyekt pandemiyadan əvvəl, yəni 2018-ci ildən əvvəl “PUB” kimi fəaliyyət göstərirdi və oranı iddiaçıdan əvvəl “Gəncəli” deyilən başqa adam işlədirdi. İddiaçı oranı təxminən 5 ildən çox müddətdə işlədirdi. İddiaçı orada demontaj işləri aparmışdır, lakin tarixi dəqiq yad ında deyil. İddiaçı ilə Cavabdeh3 arasında olan ödənişlərdə dəfələrlə iştirak etmişdir. Ödənişlər Cavabdeh3 və ya onun sürücüsünə edilirdi. Ödənişlər üç min manat, beş min manat və digər məbləğlərdə olub. Lakin aylıq ödənişin miqdarını dəqiq bilmir. Pandemiya vaxtı iddiaçı təxminən məndən üç min – üç min beş yüz manat borc pul almış və iştirakı ilə həmin pulu Cavabdeh3 vermişdir. Karantin vaxtının müəyyən vaxtları ödənişlər olurdu. Qeyd edilən obyektdə demontaj işləri aparılarkən obyektə iddiaçı dostu olduğuna görə gedib-gəlmişdir. Obyekt hazırda fəaliyyət göstərir. Karantin vaxtı isə obyekt fəaliyyət göstərməmişdir. Obyekt 2022-ci il tarixdə həm karantinə, həm də tərəflər arasında mübahisə olduğuna görə fəaliyyət göstərmirdi. Karantin ərəfəsində Cavabdeh3 obyektin işıqlarını kəsmişdir.
13. Məhkəmə iclasında şahid X7 izahatında bildirmişdir ki, iddiaçını müştəri kimi iş əsnasında tanımışdır. Tikinti işi ilə məşğuldur. Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iddiaçının yanında görmüşdür. Qeyd edilən qeyri-yaşayış sahəsi təmirsiz idi və oranı təmin etdirmək üçün iddiaçı onunla razılaşmış və ödəniş əsasında həmin yeri təmir etmişdir. Təmir işləri təxminən 2017-ci ilin yay aylarında idi. Birinci söküntü işi aparmış, daha sonra təmir etmişdir. Söküntü-təmir işləri təxminən 5-6 ay davam etmişdir. Cavabdeh3 tanımadığını, onun adını eşitdiyini qeyd etmişdir. İddiaçı ödənişləri ona nağd, lakin bəzi ustalara kart vasitəsilə edirmiş. Bəzi materialları şəxsən aldığını, bəzilərini isə iddiaçının aldığını bildirmişdir. Tikintiyə heç kim müdaxilə etməmişdir. Təmirlə bağlı sifarişi iddia çı vermişdir.
14. Məhkəmə iclasında şahid X12 izahatında bildirmişdir ki, iddiaçı ilə münasibəti yoxdur. Elektrik işi ilə məşğuldur. İddiaçının obyektində işləmişdir. İddiaçı ona beş min manat pul ödəmişdir. Cavabdeh3 tanımadığını bildirmişdir. Ödənişi nağd formada almışdır. Təmir işləri bitdikdən sonra ora qonaq kimi getmişdir. Təxminən 2017-ci ilin ortaları təmir işləri həyata keçirilmişdir. Elektrik işi üzrə təmir işləri 2 ay müddət olmuşdur. İşləri qurtardıqdan sonra da digər təmir işləri davam edirmiş. Oraya nə qədər pul xərcləndiyi barədə məlumatlı deyildir.
15. Azərbaycan Respublikasinin Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 saylı ekspert rəyinə əsasən Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) baxış zamanı əsaslı təmir işlərinin aparıldığı müəyyən olunmuşdur. Lakin təmir-tikinti işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin ünvanda yerləşən mənzildə aparılmış təmir-tikinti işlərinin 1 oktyabr 2017-ci il tarixdən 1 yanvar 2018-ci il tarixədək dövrlər ərzində aparılıb-aparılmaması müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda iş materiallarında olan “Look" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) aparılmış təmir-tikinti işlərinin dəyəri 30900,0 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində qeyd edilmiş və ekspert baxışına təqdim olunmuş malların “Look" MMC-nin mütəxəssis rəyinə əsasən orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 116035,0 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir.
16. Məhkəmə yerində müayinə keçirmiş və obyektə baxış keçirilərkən qeyri-yaşayış sahəsinin 75C ünvanında yerləşməsi, obyektin çöl hissəsində pəncərələrin olması, obyektin giriş hissəsinin çöldə metaldan olan iki ədəd şir heykəlinin olması, giriş hissəsində çöl tərəfdən solda kondisonerin olması, obyektin üzərində “41 Karaoke” yazısının olması, birinci mərtəbəsinin giriş hissəsinin çöl tərəfindən zirzəmiyə pilləkənlər vasitəsilə girişin olması, obyektə daxil olarkən kvadrat formasında dəhlizin olması, dəhliz ilə zal arasında qapı və arakəsmələrin olması, foyedən əsas zala giriş, zalın qarşısında bar, barın sağ tərəfində sanitar qovşağı və barın sol tərəfində isə mətbəxə girişin olması, mətbəxə baxış keçirilən zaman mətbəxin tavan hissəsində rütubətdən dolayı ləkələr və tavanın bəzi hissələrinin üzlük hissəsinin qopması, mətbəxdən bloka çıxış üçün dəmir qapının olması, zalda on iki ədəd televizor və on dörd ədəd kameranın olması, barın içərisində elektron avadanlıqları, əsas zalda tüstü işıq və səs gücləndiricilər divan və stolların olması, zirzəmidə stollar, qapılar, mətbəx avadanlıqları, televizor, aparat, kondisoner yeşikləri, butulkalar, köhnə havalandırma sistemi qab-qacaqların olması faktları müəyyən edilmişdir.
17. Nəsimi Rayon Məhkəməsinin 2 iyun 2023-cü il tarixli, 2(006)-237/2023 nömrəli qətnaməsi ilə (hakim A.İbadzadə) iddia tələbi qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 94.2 kv/m, yaşayış sahəsində yerləşən siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169- 9/8982 nömrəli ekspert rəyində göstərilən ümumi dəyəri 116035,0 manat olan əmlakların daşına bilən hissəsi İddiaçı geri qaytarılması, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərləri hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, yaşayış sahəsinin əsaslı təmir xərclərinə görə 16900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumu Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsinin rədd edilməsi qət edilmişdir.
18. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 məhkəmə baxışı iclasında verdiyi izahatında obyektin iddiaçı tərəfindən təmir olunmadığını bildirmiş, sonra sübutların yerində müayinəsi zamanı keçirilmiş məhkəmə iclasındakı izahatında iddiaçının obyekti təmir etdirmək üçün 2 ay müddət istəməsini, lakin təmir işlərinin başa çatmamasını və bundan sonra 1 ay da müddət istəməsini bildirmişdir. Göründüyü kimi Cavabdeh3 izahatlarında ziddiyyətli hal aşkarlanmışdır.
19. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 məhkəmə baxışı iclasındakı izahatında iddiaçıya 20.000 manat pul verəcəyini vəd etdiyini, həmin pul məbləğindən 14.000 manatı ödədiyini bildirmişdir. Cavabdeh sübutların yerində müayinəsi zamanı keçirilmiş məhkəmə iclasında 20.000 manat məbləği iddiaçıya kompensasiya qismində verdiyini, bu təmir-tikinti işləri ilə bağlı olmadığı nı və dost kimi (halallıq üçün) verdiyini bildirmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, cavabdehin iddiaçıya 14.000 manat məbləğində pulun dost kimi verilməsi barədə izahatını özünümüdafiə xarakteri daşıyır. Çünki pulun verilmə vaxtını (obyekt satıldıqdan sonra), pulun məbləğini, iddiaçı ilə cavadeh arasında icarə münasibətlərinin olmasını və münasibətlərdən əvvəl aralarında hər hansı dostluq münasibətlərinin olmamasını nəzərə aldıqda məhkəməyə belə bir nəticəyə gəlməyə əsas vermişdir.
20. Məhkəmə cavabdehlərin iddia ərizəsinə etirazında müqavilənin 9-cu bəndinə istinadına münasibətdə qeyd etmişdir ki, müqavilənin 9-ci bəndinə əsasən “İcarəçi”-lər “İcarəyə verən”(lər)-in razılığı olmadan icarəyə götürülən sahədə təmir-tikinti işləri apara bilməməsi qeyd olunsa da, sözügedən bənddə razılığın yazılı və ya şifahi formada verilməsi nəzərdə tutulmamışdır. Bundan başqa cavabdehin yuxarıda qeyd olunan izahatından göründüyü kimi təmir işlərindən məlumatı olmuş, hətta təmirə görə iddiaçıya ümumilikdə 3 ay müddət vermişdir ki, bu hal iddiaçı tərəfindən obyektin təmir-tikinti işlərinin cavabdeh tərəfindən susmaq və ya şifahi formada bildirilməklə razılığı əsasında aparılmışdır. Buna görə də məhkəmə hesab etmişdir ki, iddianın rədd edilməsi üçün cavabdehlərin müqavilənin 9-cu maddəsinə istinad etməsi əsassızdır.
21. Məhkəmə qeyd etmişdir ki, iddiaçı obyektlə bağlı çəkilmiş xərclərin (həm zəruri xərclərin, həm də yaxşılaşdırmaların) əvəzini mülkiyyətçidən, yəni icarəyə verəndən tələb etmək hüququ vardır. Əks halda cavabdeh iddiaçının hesabına əsassız varlanmış olar. Bunun üçün c avabdehin razılığının olub-olmaması, cavabdehin obyektin təmir xərcinin ödənilməsi ilə bağlı hər hansı bir öhdəlik götürüb-götürməməsi əhəmiyyət kəsb etmir. İddiaçının bu tələbinin əsası qanundan irəli gəlir.
22. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən icarəyə götürülmüş obyektdə aparılmış təmir-tikinti işlərinin dəyəri 30900,0 manat məbləğində, eyni zamanda həmin obyektdə iddiaçıya məxsus malların ümumi dəyəri təxminən 116035,0 manat müəyyən olunmuşdur. Məhkəmə hesab etmişdir ki, obyektdə aparılmış təmir-tikinti işlərinin dəyəri ekspert rəyində göstərilən məbləğdə müəyyən edilməldir. Belə ki, həmin rəyin əsassız olmasına əsas verən halların mövcudluğu məhkəmə tədqiqatı zamanı müəyyən edilməmiş, iş üzrə tərəflər həmi n rəyi şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim edə bilməmişlər. Lakin məhkəmə qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilən məbləğdən Cavabdeh3 tərəfindən iddiaçıya ödənilmiş 14000 manat çıxılaraq qalan 16900 manat (30900 – 14000 = 16900) məbləğ cavabdehdən tutularaq iddiaçıya ödənilməklə iddia göstərilən hissədə qismən təmin edilməlidir.
23. Məhkəmə iddiaçıya məxsus olan və obyektdə yerləşən ümumi dəyəri təxminən 116035,0 manat olan mallara münasibətdə qeyd etmişdir ki, göstərilən malların siyahısı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 saylı ekspert rəyində göstərilmişdir. Həmin siyahıdan görünmüşdür ki, həmin malların bəziləri daşınar bilən əmlak, bəziləri isə obyektin tərkib hissəsi olmaqla, o ndan ayrılacağı təqdirdə yararsız olacaq mallardır. Buna görə də məhkəmə hesab etmişdir ki, obyektdə iddiaçıya məxsus daşınar bilən mallar iddiaçıya geri qaytarılmalı, obyektin tərkib hissəsi olmaqla, ondan ayrılacağı təqdirdə yararsız olacaq malların isə ekspert rəyində göstərilən dəyərləri hesablanmaqla Cavabdeh3 tutularaq iddiaçıya ödənilməlidir.
24. Məhkəmə iddiaçının iddia tələbinin müqavilə öhdəliklərini pozması nəticəsində iddiaçıya vurulmuş 20.000 manat ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı həmin hissədə iddia tələbinin əsası kimi istinad etdiyi halları təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən həmin hissədə iddia əsassız olmaqla rədd edilməlidir.
25. İddia tələbinin müqavilənin 1 (bir) il müddətinə qüvvədə olunması hesab edilməsi hissə sinə münasibətdə məhkəmə qeyd etmişdir ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi müqavilənin müddəti 1 il müddətinə uzadılma nəzərə alınmaqla xx.xx.2021-ci il tarixədək olduğundan və həmin müqavilə üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdiyinə görə xitam verildiyindən iddia göstərilən hissədə təmin edilə bilməz.
26. İddiaçının iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissədə məhkəmə hesab etmişdir ki, iddia əsassızdır. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, iddiaçı ilə adıçəkilən cavabdehlər arasında hər hansı öhdəli k münasibətləri yaranmamış, icarə müqaviləsi iddiaçı ilə Cavabdeh3 arasında bağlanmaqla müqavilə tərəfləri deyildirlər. Ona görə də iddiaçının iddia tələbi cavabdehlər Cavabdeh2 və Cavabdeh1 aid hissələrdə təmin oluna bilməz.
27. Məhkəmə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair bağlanmış xx.xx.2018-ci il tarixli icarə müqaviləsində icarəçi qismində müstəqil tələb irəli sürən üçüncü şəxs X5 deyil, İddiaçı çıxış etdiyindən, yəni müstəqil tələb irəli sürən üçüncü şəxs X5 həmin müqavilənin tərəfi olmadığından sözügedən müqavilədən irəli gələn tələbi irəli sürmək üçün subyektiv hüquqa malik deyildir.
28. Əlavə olaraq məhkəmə bildirmişdir ki, müstəqil tələb irəli sürən üçüncü şəxs X5 q eyri-yaşayış sahəsinə xərclərin onun tərəfindən çəkildiyini bildirsə də, qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsi onunla bağlanmadığından müstəqil tələb irəli sürən üçüncü şəxs qeyri-yaşayış sahəsinə sahiblik etməsi üçün qanuni və ya müqavilə əsasının olmamasını bilirdi və ya bilməli idi. Bu baxımdan müstəqil tələb irəli sürən üçüncü şəxs qeyri-yaşayış sahəsinin vicdanlı sahibi kimi qəbul edilməsi üçün əsas yoxdur və belə olan halda sonuncunun vicdanlı sahib kimi sahiblik etdiyi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması da iş materialları ilə təsdiq edilməmişdir. Digər tərəfdən müstəqil tələb irəli sürən üçüncü şəxsin belə bir hüquqa malik olması ehtimal edilsə belə, sonuncu qeyri-yaşayış sahəsində onun vəsaiti hesabına təm ir işlərinin yerinə yetirilməsi faktını, eləcə də həmin işlərin növlərini, həcmini və dəyərini təsdiq edən mötəbər sübutları da məhkəməyə təqdim etməmişdir.
29. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi (vəkili) Vəkil2, İddiaçı və X5 tərəfindən qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma əməllərinin törədilməsi hallarına hüquqi qiymət verilməsi üçün xüsusi qərardad çıxarılması barədə vəsatətinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tələb üzrə adıçəkilən şəxslərin əməllərində cinayətin əlamətləri müəyyən edilməmiş, eyni zamanda həmin şəxslərin əməllərində cinayətin əlamətlərinin olması barədə hər hansı bir sübutu məhkəməyə təqdim edilməmişdir.
30. Birinci instansi ya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157.2, 157.5-157.7, 689.1, 700.1, 1091.1, 1091.2, 1094, 1096, 1097-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 121.1, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyun 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və onun iddiasının “müqavilənin 1 il müddətinə qüvvədə olunması hesab edilməsi” hissəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
32. Əsasları İddiaçı iddiasının əsasları ilə eynilik təşkil edən bu apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, İddiaçı cavabde hin sürücüsünə 9 aylıq icarə haqqını əvvəlcədən ödəməklə 5.000 manat pul vermişdir. Bu fakt müqavilə öhdəliklərinin tərəflər arasında davam etdiyini təsdiq etmişdir. Lakin həmin faktı təsdiq edən videoyazı məhkəməyə təqdim edilməsinə və sübut kimi qəbul edilməsinə baxmayaraq qətnamədə münasibət bildirilməmişdir. Məhkəmə qətnamənin mübahisə edilən hissəsində sübutları tam araşdırmamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.
33. İş üzrə üçüncü şəxs Ceyhun Ağayev də qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini və müstəqil iddianın təmin edilməsini xahiş etmişdir.
34. Məzmunu müstəqil iddianın məzmununa və iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun olan üçüncü şəxsin apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə iş üzrə gəldiyi mövqedə yalnız Məhkəmə Ekspertiza Mərkəzinin verdiyi rəyə əsaslanmışdır. Digər təqdim edilən sübutlar araşdırılmamışdır.
35. Qətnamə ilə razılaşmayan Cavabdeh3 da həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin iddiaçının iddiasının qismən təmin edilməsi və məhkəmə xərclərinin cavabdehə aid edilməsi hissəsində ləğv edilməsini və iddianın həmin hissədə də rədd edilməsini xahiş etmişdir.
36. Dəlilləri iddialara qarşı etirazın dəlilləri ilə eyni olan bu apellyasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, “icarə müqaviləsi”-nin müddətinin xx.xx.2021-ci il tarixdə bitməsinə baxmayaraq, İddiaçı mənzili onun mülkiyyətçisi Cavabdeh3 qaytarmayaraq həmin sahədən istifadəni davam etdirm iş və o, “icarə müqaviləsi”-nin müddəti bitdikdən sonra onun uzadılmasını xahiş etmişdir. Cavabdeh3 İddiaçı mənzili satmaq fikrində olduğunu bildirdikdə, İddiaçı xahiş etmişdir ki, alıcını özü tapacaq və həmin alıcı ilə icarə münasibətlərini davam etdirəcək. Cavabdeh3 bununla razılaşsa da, iddiaçı mənzilə alıcı tapa bilməmişdir. Bundan sonra mənzil əvvəlcə bağışlama yolu ilə Cavabdeh2 adına keçirilmiş, sonra da alğı-satqı yolu ilə Cavabdeh1 satılmışdır. Cavabdeh1 İddiaçıla icarə münasibətlərinin davam etdirilməsində maraqlı olmamış və Cavabdeh3 mənzilin boşaldılıb ona təhvil verilməsini tələb etmişdir. “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi”-nin 11-ci bəndinə əsasən alğı-satqı predmeti olan daşınmaz əmlakı alıcıya təhvil vermək satıcının öhdəliyi olduğundan Cavabdeh3 mənzilin tezliklə b oşaldılmasını İddiaçı xahiş etmiş, sonuncu imkanının olmadığını bildirərək, Cavabdeh3 bunun üçün müəyyən məbləğdə maddi yardım göstərməsini xahiş etmiş, Cavabdeh3 da mənzilin tez boşaldılaraq alıcıya təhvil verilməsi məqsədilə İddiaçıla son nəticədə 20.000 manata razılaşmış, bunun 14.000 manatını hissə-hissə iki dəfəyə İddiaçı verilmiş, qalan 6.000 manatın isə mənzil boşaldıldıqdan sonra veriləcəyi bildirilmişdir. Lakin İddiaçı vədinə əməl etməyərək mənzili boşaltmamış, mənzilin qapısını Cavabdeh3 üzünə açmamış, əksinə polisə şikayət edərək Cavabdeh3 tərəfindən hədələndiyini bildirmiş və mənzili boşaldaraq onun yeni mülkiyyətçisi Cavabdeh1 təhvil verməkdən imtina etmişdir. Qətnaməsinin nəticə hissəsində də qeyri-müəyyənliklər var. Belə ki, qətnamədə Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi qət edilmiş pul məbləğlərinin cəmi göstərilməmişdir. Qətnamənin “ekspert rəyində göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilən hissəsinin İddiaçı geri qaytarılmasını, daşına bilinməyən hissəsinin isə həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi” hissəsi isə ümumiyyətlə qeyri-müəyyən olmaqla, cavabdehdən tutulmalı olan pulun məbləği dəqiq müəyyən deyildir. Rayon Məhkəməsi nəzərə almamışdır ki, Cavabdeh3 artıq mənzilin mülkiyyətçisi deyil və bugünə kimi yeni mülkiyyətçi ilə bərabər mənzilə daxil ola bilmirlər. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “Qiymətləndirmə hesabatı”-na əsasən qiymətləndirilən əşyaların yerləşdiyi yer cavabdehlərə məxsus mənzil deyil, tamam başqa ünvan olan ünvan 8in “41 Karaoke klubu” adlı qeyri-yaşay ış sahəsinin, orada yerləşən əşyaların cavabdehlərə heç bir aidiyyəti yoxdur. Odur ki, həmin “Qiymətləndirmə hesabatı” mənzildə 147.000 manat dəyərində təmir işlərinin aparılmasını təsdiq edən sənəd deyil. Tədqiqatın aparıldığı ünvan səhv yazılmış olsa da “Qiymətləndirmə hesabatı”, eləcə də onun əsasında verilmiş, daha doğrusu üzü köçürülmüş ekspertiza rəyi iş üzrə mötəbər sübut hesab oluna bilməz. İş üzrə ifadə vermiş şahidlər də iddiaçıya yaxın, onunla birlikdə iş görən şəxslər olduğundan onların ifadəsi mötəbər sübut kimi qəbul edilə bilməz. Rayon Məhkəməsi Cavabdeh3 verdiyi izahatları təhrif etmiş, cavabdehin mənafeyinə uyğun olmayan şəkildə şərh etmişdir. İddiaçıya 3 ay möhlət verilməsi halı da icarə haqqının ödənilməsi ilə bağlı olmuş və bunun təmir-tikinti işlərinin aparılması və ya buna razılıq verilməsi ilə heç bir əlaqəsi yoxdur.
37. İddiaçı vəkili (nümayəndəsi) Vəkil1 və İddiaçı özü, cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, özləri tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdirlər. Onlar öz izahatlarında əlavə olaraq bildirmişdirlər ki, İddiaçı tərəfindən Cavabdeh3 edilmiş ödəniş Rayon Məhkəməsi tərəfindən nəzərə alınmamışdır. Cavabdeh tərəf "xxxx" ASC və "xxxx" ASC ilə olan müqavilələri ləğv etmişdir. Sonradan həmin müqavilələr gec bərpa olunmuşdur. Buna görə obyektə 20.000 manat ziyan dəymişdir. Mənzildə elə əşyalar var ki, onları götürüb aparmaq mümkün deyildir. Məsələn, səsboğucu qurğu divara yerləşdirilir, onu aparmaq mümkün deyil. Havalandırıcını aparmaq olmur. Çöl pəncərəni İddiaçı qoymuşdur. İddiaçıya 200.000 m anat verilməli idi, lakin cəmi 14.000 manat verilmişdir
38. Üçüncü şəxs Ceyhun Ağayev cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, özünün verdiyi apellyasiya şikayətinin dəlillərini müdafiə etmişdir. O, öz izahatında əlavə olaraq bildirmişdir ki, ona Cavabdeh3 15.000 manat verəcəyi təqdirdə mənzildən çıxmağın, mübahisənin barışıq yolu ilə həll edilməsinin mümkün olması barədə deyilmişdir. Bundan başqa, sözügedən mənzildə obyektin fəaliyyətində İddiaçıla şərik olmalarına baxmayaraq, özü hərbi qulluqçu olduğu üçün müqavilənin yalnız İddiaçıla bağlamasına razılıq vermişdir. Təmir-tikinti işlərini İddiaçı aparmış, özü də işlərinin gedişi ilə mütəmadi maraqlanmışdır. Xərcləri şərik olduqları üçün hər ikisi çəkmişdir.
39. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 vəkili (nümayəndəsi) öz izahatında əlavə olaraq bildirmişdir ki, cavabdeh mənzildə təmir-tikinti işlərinin görülməsinə icazə verməmişdir. İddiaçı 3 ay möhlət istəməsi kimi bir hal da olmamışdır. Möhlət icarə haqqının ödənilməsi ilə bağlı olmuşdur. İddiaçının 200.000 manat istəməsi barədə dedikləri həqiqətə uyğun deyil. Pəncərələr isə əvvəldən mənzildə olmuşdur. İddiaçı iddia tələbi qeyri-müəyyəndir və iddia müddətinin “daha bir il müddətinə” dedikdə konkret olaraq hansı müddətdə “qüvvədə olunması hesab edilməsi” göstərilmir. İddia ərizəsində, eləcə də apellyasiya şikayətində iddia tələbinin yeganə əsası və sübutu kimi qeyd olunur ki, məhkəməyə təqdim edilmiş videoyazıda Cavabdeh3 sürücüsünə 9 aylıq icarə haqqının əvəzi olaraq 5.000 manat pul verilmişdir. Cavabdeh3 sürücüsü müqavilə üzrə tərəf deyil və qeyd ol unan videoyazının kim tərəfindən, nə vaxt və harada, hansı əsasla qeydə alınması məlum deyildir. İş materiallarından da göründüyü kimi tərəflər arasında həmin icarə münasibətlərinin davam etdiyi dövrdə pandemiya ilə əlaqədar icarə haqqının ödənilməsinə güzəşt edilməsi, bir neçə aylıq icarə haqqının bir dəfəyə ödənilməsi, eləcə də onların birbirinə borc verib qaytarmaları halları mövcud olmuşdur. Bundan əlavə, notarial qaydada bağlanmış müqaviləyə dəyişiklik edilməsi də notarial qaydada olmalıdır.
40. Cavabdeh1 vəkili (nümayəndəsi) öz izahatında bildirmişdir ki, Cavabdeh1 obyektlə iki dəfə tanış olmuşdur. Ona mənzilin icarədə olduğu bildirilmişdi. Əvvəlki mülkiyyətçi demişdi ki, icarəçi onundur, bu məsələni də özü həll edəcəkdir. Cavabdeh1 əmlak əşyaları ilə birgə satılmışdır.
41. Bakı Apel lyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5471/2023 nömrəli, 03 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), A.İmanov və F.Talışınski) İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X2 apellyasiya şikayəti təmin edilməmiş, Cavabdeh3 apellyasiya şikayəti təmin edilmiş, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qismən, yəni İddiaçı iddiasının qismən təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiası təmin edilməməsi, hazırkı mülki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılması, İddiaçı və müstəqil tələb irəli sü rən üçüncü şəxs X2 iddiaları əsassız olduğundan iddia ərizələrinin və apellyasiya şikayətlərinin verilməsi üçün onlar tərəfindən ödənilmiş dövlət rüsumları onların özlərinə aid edilməsi, Cavabdeh3 apellyasiya şikayəti verilməsi üçün ödəmiş olduğu dövlət rüsumunun əvəzi olaraq 212 manat məbləğində pulun İddiaçı tutularaq Cavabdeh3 ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləğinin İddiaçı, qalan 50 manat məbləğinin isə müstəqil tələb irəli sürən üçüncü şəxs X1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
42. Məhkəmə apellyasiya şikayətlərinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab etmişdir ki, işin mürəkkəbliyi və tələblərin müxtəlifliyi nəzərə al ınaraq Rayon Məhkəməsinin qətnaməsi hər bir tələb üzrə gəldiyi hüquqi mövqeyə ayrı-ayrılıqda qiymət verilməklə yoxlanılmalıdır. Bunun üçün ilk öncə nəzərə alınmalıdır ki, hazırki məhkəmə prosesinin iştirakçıları arasında bundan əvvəl aralarında olan icarə münasibətlərindən irəli gələn və mənzildən istifadə ilə bağlı başqa məhkəmə mübahisələri olmuş və qanuni qüvvəsini almış yekun məhkəmə aktları ilə müəyyən edilmiş əhəmiyyətli faktlar olmuşdur, hansı ki MPM-nin 82.3-cü maddəsinin tələbinə görə həmin faktların hazırki iş üzrə yenidən sübut edilməsi mümkün deyil. Çünki MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut e dilmir.
43. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3478/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddiaçılar İddiaçı və Ceyhun Ağayevin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi barədə” ilk iddiasına, Cavabdeh1 iddiaçılar İddiaçı və Ceyhun Ağayevə qarşı “mənzil sahəsinin boşaldılaraq təhvil verilməsi tələbi barədə” qarşılıqlı iddiasına dair iş üzrə iddiaçıların verdiyi apellyasiya şikayətinin təmin edilməməsi, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-821/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
44. Həmin qətnamədən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegi yası iş üzrə qəbul etdiyi 2(102)3795/2023 saylı, xx.xx.2023-cü il tarixli qərar ilə kassasiya şikayətinin təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qərara almışdır.
45. Qanuni qüvvəyə minmiş həmin məhkəmə aktları ilə müəyyən edilmişdir ki, Cavabdeh3 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 41 saylı evin 19/21 saylı mənzil (hazırki iş üzrə mübahisə predmeti olan mənzil) İddiaçı icarəyə verilmişdir. xx.xx.2021-ci il tarixdə icarə müqaviləsinin müddəti bitmişdir. Bundan sonra Cavabdeh3 obyekti satmaq istədiyi üçün icarə münasibətlərini davam etdirməmişdir. 2022-ci ilin yanvar ayında Cavabdeh3 obyekti arvadı Cavabdeh2 bağı şlamış, sonuncu da 2022-ci ilin may ayında obyekti Cavabdeh1 satmışdır.
46. İddiaçı tərəfindən mübahisəli obyekt yaşayış sahəsi kimi kirayəyə götürülməmiş və yaşayış otağı kimi istifadə edilməmişdir, iaşə obyekti – “karaoke” kimi fəaliyyət göstərmişdir. Ona görə də İddiaçı Mülki Məcəllənin 699.3-cü maddəsinin tələbinə uyğun olaraq satın almaqda üstünlük hüququ olmamışdır. İddiaçı mübahisəli obyektin alğı-satqısı zamanı hər hansı hüququ olmamışdır. Mübahisələndirilən alqı-satqı müqaviləsi bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır, müqavilənin etibarsız hesab edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar yoxdur.
47. İddiaçı obyekt satılan ərəfədə Cavabdeh3 təmir xərcinə görə 14.000 manat aldığını, lakin sonuncu təmirə çəkilmiş xərcin qalan hissəsini vermədiyinə görə obyek ti boşaltmaqdan imtina etdiyini bildirməklə, obyektin satılmasından məlumatlı olduğunu və təmir xərci ödəniləcəyi təqdirdə heç bir mübahisə etmədən obyekti boşaltmaq niyyətində olduğunu etiraf etmiş olur. Yəni İddiaçı izahatından belə aydın olur ki, obyektin satılması ona məlum olmuş və o, obyekti boşaltmaq üçün Cavabdeh3 təmirə çəkdiyi xərci istəmiş, sonuncu da iki dəfəyə 14.000 manat ödədikdən sonra qalan vəsaiti ödəmədiyi üçün obyekti boşaltmaqdan imtina etmişdir. Buradan belə nəticə hasil olur ki, tərəflər arasında yaranmış mübahisə obyektin başqa şəxsə - Cavabdeh1 satılması ilə yox (satın almaqda üstünlük hüququndan istifadə), obyektin təmirinə çəkilmiş xərcin məbləği ilə bağlı yaranmışdır ki, həmin mübahisə də başqa mülki işin predmeti olmaqla, hazırda baxılmaqdadır.
48. İcarə müqavi ləsinin müddəti bitdikdən sonra Cavabdeh3 obyekti satmaq qərarına gəldiyini İddiaçı bildirdikdə, sonuncu yeni mülkiyyətçi ilə icarə münasibətlərində qalmaq üçün özünün münasib müştəri tapmasını xahiş etmiş, lakin belə müştəri tapa bilmədiyi üçün Cavabdeh3 (arvadı Cavabdeh2) obyekti Cavabdeh1 satmışdır. 49. 2022-ci ilin aprel ayında İddiaçı tərəfindən Cavabdeh3 Müşfiq adlı sürücüsü vasitəsilə 5.000 manat 9 ay qabaqcadan olmaqla kirayə haqqının ödənilməsi barədə birinci instansiya məhkəməsində heç bir sübut təqdim edilməməsi ilə yanaşı, həmin hal işin yuxarıda göstərilən halları ilə də təkzib olunur. Yəni İddiaçı 2022-ci ilin elə aprel-may aylarında iki dəfəyə 14.000 manat pul aldığı halda Cavabdeh3 9 ay qabaqcadan icarə haqqı ödəməsi real və inandııcı görünmür. İcarə münasibətlərinin davam etməsinə gəldikdə isə, qeyd olunmalıdır ki, iddiaçıların mübahisəli obyektdən hazırki vaxtadək istifadə etməsi bu istifadənin qanuni olması anlamına gəlmir.
50. Qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş halları nəzərə alan Məhkəmə hazırki mübahisənin həlli ilə bağlı qeyd edir ki, İddiaçı birinci tələbi “Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41 ünvanında yerləşən 19/21 saylı mənzilə (bundan sonra – mənzil) dair onunla Cavabdeh3 arasında bağlanmış və Bakı şəhəri 01 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinin” aylıq 550 manat icarə haqqı ödənilməsi şərtilə daha 1 il müddətinə qüvvədə olunması hesab edilməsi”, yəni daha dəqiq ifadə olunsa “uzadılmış hesab edilməsi” barədədir. Çünki həll edilməli olan mübahisənin mahiyyətindən, işdə olan sənədlərdən və tərəflərin izahatlarından bu qənaətə gəlmək olar ki, tərəflər müqavilənin müddətinin bitib-bitməməsi ilə bağlı fikir ayrılığına gəlmişlər.
51. İddiaçı bu tələbini irəli sürərkən Cavabdeh3la aralarında bağlanmış və Bakı şəhəri 01 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsinin” 3-cü bəndinə istinad etmiş və xx.xx.2022-ci il tarixli “Alğı-satqı müqaviləsinin” formal müqavilə olması, mənzilin sonuncu alıcısının gəlib əmlaka baxış keçirməməsi, ona alğı-satqı barədə məlumat verilməməsi, “İcarə müqaviləsinin” 3-cü bəndinə əsasən müqavilənin müddətinin bitiminə daha 1 il müddət qalması ilə əsaslandırmışdır.
52. Rayon məhkəməsi həmin tələbi əsassız hesab edərək öz mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilir və onun bitməsinə 1 ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 il müddətinə uzadılmış hesab edilir. Göründüyü kimi müqavilənin müddəti 1 il müddətinə uzadılma nəzərə alınmaqla xx.xx.2021-ci il tarixədək olduğundan və həmin müqavilə üzrə hüquq münasibətlərinə müqavilənin bağlandığı müddət bitdiyinə görə xitam verildiyindən iddia göstərilən hissədə təmin edilə bilməz.
53. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, başqa iş üzrə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə “İcarə müqaviləsinin” müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyi müəyyən edilmişdir. İddiaçının bu faktı hazırki iddianı irəli sürməklə başqa məhkəmə prosesində mübahisələndirməsi və yenidə n sübut edilməsi yolverilməzdir. Belə olan halda, müqavilənin müddətinin uzadılmış hesab edilməsi və ya iddia ərizəsində qeyd edildiyi ifadə ilə “qüvvədə olunması hesab edilməsi” tələbi əsassız hesab edilir. Rayon məhkəməsi həmin tələbi təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. İddiaçı apellyasiya şikayəti əsassızdır.
54. İddiaçı ikinci tələbi “mənzilin əsaslı təmiri üçün xərclənən vəsaitin əvəzi olaraq 147.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması” tələbi ilə bağlıdır.
55. İddiaçı xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mənzildə əsaslı təmir işləri apardığını bildirir. İddiaçının təqdim etdiyi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli “Daşınmaz əmlakın qiymətləndirilməsi barədə rəy” adlı qiymətləndirmə hesabatında mənzildə görülmüş işlərin si yahısı və ayrı-ayrılıqda dəyəri qeyd edilmiş, əşyaların hazırki bazar qiyməti 147.000 manat müəyyən edilmişdir.
56. Rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə mənzildə xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək dövrlər ərzində hər hansı əsaslı təmir-tikinti işlərinin aparılıb-aparılmamasının, əgər aparılmışdırsa buna çəkilmiş xərclərin, habelə mənzildə yerləşən əşya və avadanlıqların hazırki dövr üçün orta bazar qiymətinin müəyyən edilməsi məqsədilə iş üzrə kompleks məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və "xxxx" MMC-nin mütəxəssis rəyi və iddiaçının təqdim etdiyi fotoşəkillər nəzərə alınmaqla ekspertizaların aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir.
57. Məhkəmə Eks pertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli 10/81699/8982 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) baxış zamanı əsaslı təmir işlərinin aparıldığı müəyyən olunmuşdur. Lakin təmir-tikinti işlərinin müddətinin müəyyən olunmasına dair metodika olmadığından, həmin ünvanda yerləşən mənzildə aparılmış təmir-tikinti işlərinin 01 oktyabr 2017-ci il tarixdən 01 yanvar 2018-ci il tarixədək dövrlər ərzində aparılıb-aparılmaması müəyyən etmək mümkün olmadı. Eyni zamanda iş materiallarında olan “Look" MMC-nin mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Səbail rayonu, Xaqani küçəsi, ev 41, 19/21 saylı mənzildə (hazırda qeyri-yaşayış sahəsi kimi istifadə olunur) aparılmış təmir-tikinti işlərinin dəyəri 30.900 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların “Look" MMC-nin mütəxəssis rəyinə əsasən orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 116.035 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatlarının dəyəri 100 manat təşkil etmişdir.
58. İddiaçının vəsatəti əsasında mənzildə təmir işlərinin aparılması faktı ilə bağlı rayon məhkəməsi tərəfindən şahidlərin ifadələri dinlənilmişdir.
59. Rayon məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur və 8 ildir ki tanıyır. Ceyhun Ağayevi 8 ildir tanıyır. Cavabdehlərdən Cavabdeh3 qeyd edilən obyektin mülkiyyətçisi kimi tanıyırdı. Qey d edilən mübahisəli obyekt pandemiyadan əvvəl, yəni 2018-ci ildən əvvəl “Pub” kimi fəaliyyət göstərirdi və oranı iddiaçıdan əvvəl Gəncəli adlı şəxs işlədirdi. İddiaçı oranı təxminən 5 ildən çox müddətdə işlədirdi. İddiaçı orada demontaj işləri aparmışdır, lakin tarixi dəqiq yaxdında deyil. İddiaçı ilə Cavabdeh3 arasında olan ödənişlərdə dəfələrlə iştirak etmişdir. Ödənişlər Cavabdeh3 və ya sonuncunun sürücüsünə edilirdi. Ödənişlər 3.000 manat, 5.000 manat və digər məbləğlərdə olub. Lakin aylıq ödənişin miqdarını dəqiq bilmir. Pandemiya vaxtı iddiaçı ondan (şahiddən) təxminən 3.000-3.500 manat borc pul almış və onun iştirakı ilə həmin pulu Cavabdeh3 vermişdir. Karantin vaxtının müəyyən vaxtları ödənişlər olurdu. Qeyd edilən obyektdə demontaj işləri aparılarkən obyektə iddiaçı dostu olduğuna görə gedib-gəlmişdir. Obyekt hazırda fəaliyyət göstərir. Karantin vaxtı obyekt fəaliyyət göstərmirdi. Obyekt 2022-ci il tarixdə həm karantinə, həm də tərəflər arasında mübahisə olduğuna görə fəaliyyət göstərmirdi. Karantin ərəfəsində Cavabdeh3 obyektin işıqlarını kəsmişdi.
60. Rayon məhkəməsi tərəfindən şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, İddiaçı müştəri kimi iş əsnasında tanımışdır. Tikinti işi ilə məşğuldur. Müstəqil tələb irəli sürən üçüncü şəxs Ceyhun Ağayevi iddiaçının yanında görmüşdür. Qeyd edilən qeyri-yaşayış sahəsi təmirsiz idi və oranı təmin etdirmək üçün iddiaçı onunla razılaşdı və ödəniş əsasında həmin yeri təmir etdi. Təmir işləri təxminən 2017-ci ilin yay aylarında idi. Birinci söküntü işi aparmış, daha sonra təmir etmişdir. Söküntü-təmir işləri təxmin ən 5-6 ay davam etdi. Cavabdeh3 tanımırdı, daha sonra onun adını eşitmişdir. İddiaçı ödənişləri ona nağd, lakin bəzi ustalara kart vasitəsilə edirdi. Bəzi materialları şəxsən alırdı, bəzilərini isə iddiaçı alırdı. Tikintiyə heç kim müdaxilə etmirdi. Təmirlə bağlı sifarişi iddiaçı verib.
61. Rayon məhkəməsi tərəfindən dindirilmiş şahid X12 göstərmişdir ki, Cavabdeh3 tanımır. İddiaçı ilə şəxsi münasibəti yoxdur. Elektrik işi ilə məşğuldur. İddiaçının obyektində işləmişdir. İddiaçı ona 5.000 manat pul ödəyib. Ödənişi nağd formada almışdır. Təmir işləri bitdikdən sonra ora qonaq kimi getmişdir. Təxminən 2017-ci ilin ortaları təmir işləri həyata keçirilib. Elektrik işi üzrə təmir işləri 2 ay müddət oldu. İşləri qurtardıqdan sonra da digər təmir işləri davam edirdi. Oraya nə qədər pul xərcləndiy i barədə məlumatı yoxdur.
62. Göründüyü kimi mənzildə təmir işlərinin 2017-ci ildə görüldüyü şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
63. Rayon məhkəməsi tərəfindən sübutun yerində müayinəsi ilə bağlı mübahisə predmeti olan obyektə baxış keçirilərkən qeyri-yaşayış sahəsinin 75C ünvanında yerləşməsi, sahənin çöl hissəsində pəncərələrin olması, sahənin giriş hissəsinin çöldə metaldan olan iki ədəd şir heykəlinin olması, sahənin giriş hissəsində çöl tərəfdən solda kondisionerin olması, sahənin üzərində “41 Karaoke” yazısının olması, sahənin birinci mərtəbəsinin giriş hissəsinin çöl tərəfindən zirzəmiyə pilləkənlər vasitəsilə girişin olması, sahəyə daxil olarkən kvadrat formasında dəhlizin olması, dəhliz ilə zal arasında qapı və arakəsmələrin olması, qeyd edilən foyedən əsas zala giriş, zal ın qarşısında bar, barın sağ tərəfində sanitar qovşağı və barın sol tərəfində isə mətbəxə girişin olması, mətbəxə baxış keçirilən zaman mətbəxin tavan hissəsində rütubətdən dolayı ləkələr və tavanın bəzi hissələrinin üzlük hissəsinin qopması, mətbəxdən bloka çıxış üçün dəmir qapının olması, zalda on iki ədəd televizor və on dörd ədəd kameranın olması, barın içərisində elektron avadanlıqları, əsas zalda tüstü işıq və səs gücləndiricilər divan və stolların olması, zirzəmidə stollar, qapılar, mətbəx avadanlıqları, televizor, aparat, kondisioner yeşikləri, butulkalar, köhnə havalandırma sistemi qab-qacaqların olması faktları müəyyən edilmişdir.
64. Göstərilənləri nəzərə almış Rayon Məhkəməsi hesab etmişdir ki, İddiaçı mənzili icarəyə götürdükdən sonra gördüyü yaxşılaşdırma işlərini, onların dəyərini və işlərin icarə müddətində görüldüyünü sübuta yetirmişdir.
65. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçının irəli sürdüyü tələblər baxımından mövqeyi bir-biri ilə ziddiyyət təşkil etməklə anlaşılmazdır. İddiaçı həm “İcarə müqaviləsinin” müddətinin bitmədiyini və icarə münasibətlərinin davam etdiyini bildirərək müqavilənin müddətinin uzadılmış hesab edilməsini tələb edir, həm də icarə obyektinə çəkmiş olduğu xərclərin əvəzini tələb edir. Hər iki tələbin eyni vaxtda təmin edilməsi mümkün deyil. Lakin artıq müqavilə müddətinin uzadılmış hesab edilməsi tələbinin əsassız olduğu müəyyən edildiyindən Məhkəmə hazırda müzakirə edilən tələbə də qiymət verməyi zəruri hesab edir.
66. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı mənzili icarəyə götürdükdən sonra mənzili yaxşılaşdırmaq üçün çəkdiyi xərclərin əvəzini o zaman tələb edə bilər ki, bu yaxşılaşdırmaları mənzilə zərər vurmadan ayırmaq mümkün olmasın.
67. Məhkəmə Ekspertizası Mərkəzinin iş üzrə verdiyi xx.xx.2023-cü il tarixli, 10/81699/8982 saylı rəyindən görünür ki, mənzildə əsaslı təmir-tikinti işləri aparılmışdır. "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, mənzildə aparılmış təmir-tikinti işlərinin dəyəri 30.900 manat məbləğində müəyyən olunmuşdur. İddia ərizəsində qeyd edilən və ekspert baxışına təqdim olunmuş malların həmin MMC-nin mütəxəssis rəyinə əsasən orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 116.035 manat müəyyən olunur.
68. Rəyin tədqiqat hissəsində göstərilmiş 3.900 manat dəyərində laminat, 4.000 manat dəyərində çöl şüşələr və 23.000 manat dəyərində təmir xərcləri (mat erial, usta pulu, elektrik, kabel, internet və s. xərclər) olmaqla ümumi dəyəri 30.900 manat olan təmir-tikinti işlərinin mənzilə zərər vurulmadan ayrıla bilməyən yaxşılaşdırmalar olduğu müəyyən edilir. Ümumi dəyəri 116.035 manat qiymətləndirilmiş mallar isə daşınar əşyalar olduğundan onların mənzildən zərər vurmadan ayrılması mümkündür.
69. Belə olan halda ümumi dəyəri 116.035 manat müəyyən edilmiş həmin əşyaları iddiaçı özündə saxlaya bilər. Bu səbəbdən iddiaçı həmin əşyalara görə çəkilmiş xərcin əvəzini tələb edə bilməz.
70. Rayon məhkəməsinin “ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilən hissəsinin İddiaçı geri qaytarılması, daşına bilinməyən hissəsinin isə ekspert rəyində göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi” barədə gəldiyi nəticə dəq iq deyil. Çünki gəldiyi nəticədə Rayon Məhkəməsi əmlakın hansı hissəsinin qaytarılmalı, hansı hissəsinin isə dəyərinin ödənilməli olduğunu, habelə ödənilməli məbləği dəqiq ifadə etməli idi.
71. Bundan başqa, rayon məhkəməsi belə nəticəyə gəlməklə zərurət olmadan iddia tələbindən kənara çıxmış və prosessual hüquq normasının tələbinin pozulması halına yol vermişdir. Çünki iddiaçı ayrıla bilən əmlakının qaytarılması barədə hazırki iş üzrə tələb irəli sürməmiş, yalnız əmlakının dəyərinin ödənilməsini xahiş etmişdir.
72. Odur ki, göstərilənləri nəzərə alan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ümumi dəyəri 116.035 manat qiymətləndirilmiş mallar daşınar əşyalar olduğu üçün onların daşınmaz əmlaka zərər vurmadan ayrılması mümkün olduğundan çəkilmiş xərcin əvəzinin ödənilməsi barəd ə İddiaçı tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir.
73. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, 30.900 manat ayrıla bilməyən yaxşılaşdırma xərclərinin 23.000 manat təmir xərcləri (material, usta pulu, elektrik, kabel, internet və s. xərclər) hissəsinin iddiaçı tərəfindən tələb edilməsi əsassızdır. Çünki iddiaçı həmin sahəni icarəyə götürdükdən sonra oradan qeyri-yaşayış sahəsi “Karaoke klub” kimi istifadə etmiş və bu məqsədlə mənzildə təmir işləri aparmışdır. İcarə müddətində cavabdeh tərəf iddiaçıya bu fəaliyyətində hər hansı maneçilik törətməmişdir. Ona görə də, iddiaçının tələbi 23.000 manat təmir xərci hissəsində də əsassızdır. Əks yanaşma olsa, o halda tərəflər arasındakı münasibətlər düzgün müəyyən edilmiş olmaz. Çünki tərəflər arasında icarə münasibətləri olmuşdur, təmir işlərinin görülməsi ilə bağlı podrat münasibətləri olmamışdır ki, iddiaçı gördüyü təmir işlərinin əvəzini Cavabdeh3 tələb etsin. Başqa cür ifadə etsək Cavabdeh3 mənzili İddiaçı ona görə verməmişdir ki, orada Cavabdeh3 üçün onun hesabına təmir işləri görsün.
74. Lakin apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ekspert rəyinin tədqiqat hissəsində göstərilmiş 3.900 manat dəyərində laminat və 4.000 manat dəyərində çöl şüşələr iddiaçıya məxsusdur və mənzilə zərər vurulmadan ayrıla bilməyən yaxşılaşdırmalardır. Buna görə iddiaçının həmin əşyaların 7.900 manat ümumi dəyərini tələb etməyə haqqı çatır. Lakin yuxarıda qeyd edilmiş artıq qanuni qüvvəsini almış məhkəmə aktları ilə Cavabdeh3 iddiaçının mənzildə gördüyü yaxşılaşdırma işlərinə görə ona 14.000 manat pul vermə si müəyyən edilmişdir. Belə olan halda, iddiaçının 7.900 manat pul tələbi təmin edilə bilməz.
75. Beləliklə, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı “mənzilin əsaslı təmiri üçün xərclənən vəsaitin əvəzi olaraq 147.000 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutulması” tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Rayon məhkəməsi həmin hissədə gəldiyi nəticə səhv, Cavabdeh3 apellyasiya şikayətinin dəlilləri isə əsaslıdır.
76. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, İddiaçı iddiası əsassız hesab edildiyindən “mənzilin təmiri üçün xərclənən vəsaitin hazırki bazar dəyəri barədə qiymətləndirmə rəyinin alınması üçün ödənilmiş xidmət haqqının əvəzi olaraq 300 manat, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 439 man at, vəkilin hüquqi yardımının müqabilində ödənilmiş haqqın əvəzi olaraq 500 manat məbləğində pulun ödənilməsi” tələbləri də əsassız hesab edilərək təmin edilməməlidir. Rayon Məhkəməsinin müzakirə edilən hissədə gəldiyi nəticə düzgün deyil. Cavabdeh3 apellyasiya şikayəti həmin hissədə əsaslıdır.
77. Apellyasiya instansiyası məhkəməsi üçüncü şəxs Ceyhun Ağayevin apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etmişdir ki, Ceyhun Ağayevin icarəçi olması iş materialları ilə təsdiq olunmur. O, mübahisəli mənzilə dair bağlanmış xx.xx.2018-ci il tarixli “İcarə müqaviləsində” icarəçi qismində çıxış etmir, həmin müqavilənin tərəfi deyil.
78. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, təmirə çəkilmiş xərclərin ödənilməsinə dair hazırkı iddia tələbinə icarə verənə qarşı icarə müqaviləsinə əsaslanaraq irəli sürülmüş tələb kimi qiymət verildiyi və həmin tələbə icarə müqaviləsindən irəli gələn mülki hüquq normalarını tətbiq edildiyi təqdirdə həmin tələbin müstəqil tələb irəli sürən üçüncü şəxsin subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi hissəsində Rayon Məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır.
79. Digər tərəfdən rayon məhkəməsi onu da qeyd etmişdir ki, təmirə çəkilmiş xərclərin ödənilməsi barədə hazırkı iddia tələbinə əşya və əmlak hüququnun normaları (Mülki Məcəllənin 157.6 və 157.7-ci maddələrini) tətbiq edilərsə belə, həmin iddia əsaslı hesab edilə bilməz.
80. Hazırkı halda Ceyhun Ağayev mənzilə xərclərin onun tərəfindən çəkildiyini bildirsə də, mənzilə dair “İcarə müqaviləsi” onunla bağlanmadığından mənzilə sahiblik etməsi üçün qanuni və ya müqavilə əsasının olmamasını bilirdi və ya bilməli idi. Bu baxımdan Ceyhun Ağayevin mənzilin vicdanlı sahibi kimi qəbul edilməsi üçün əsas yoxdur və belə olan halda sonuncunun vicdanlı sahib kimi sahiblik etdiyi əmlakı yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olması da iş materialları ilə təsdiq edilmir.
81. Digər tərəfdən Ceyhun Ağayev mənzildə onun vəsaiti hesabına təmir işlərinin yerinə yetirilməsi faktını, eləcə də həmin işlərin növlərini, həcmini və dəyərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
82. Odur ki, üçüncü şəxsin iddiasının əsası kimi istinad etdiyi hallar – qeyri-yaşayış sahəsində təmir işlərinin onun hesabına aparılması, eləcə də həmin işlərə 350.000 manat məbləğində pul xərclənməsi iş materialları ilə öz təsdiqini tapmadı ğından təmir xərclərinin ödənilməsi tələbinə dair hissədə iddia əsassız hesab edilir.
83. Ceyhun Ağayevin iddiasının “vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi” hissəsinə münasibətdə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddia həmin hissədə də üçüncü şəxs tərəfindən sübuta yetirilmədiyindən təmin edilə bilməz.
84. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1-21.3, 157.2, 157.5-157.7, 1091.1, 1091.2, 1094-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 218.3, 384, 392, 393, 405-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə” 30 iyun 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
85. İddiaçı (Vək il1) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.
86. Kassasiya şikayəti iddia ərizəsi və apellyasiya şikayətinə uyğun olaraq əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə yalnız bir tərəfin təqdim etdiyi sübutlara qiymət verərək işi araşdırmış, ədalət mühakiməsinin çəkişmə və tərəflərin bərabərliyi prinsipinə əməl etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
87. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
88. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
89. Maddə 21.2. Zə rər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
90. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
91. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
92. Maddə 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibl iyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəm əyə borclu deyildir.
93. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.
94. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.
95. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
96. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qa zandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
97. Maddə 1094. Əsassız varlanmış şəxsin heç bir hüquqi əsas olmadan əldə etdiyi əşyaya çəkilən xərclərin qaytarılması bu Məcəllənin 157.6-cı və 157.7-ci maddələri ilə müəyyən edilmiº qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
98. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
99. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
100. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
101. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
102. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
103. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş pros essual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
104. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
105. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmi ş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
106. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023cü il tarixli qətnamənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli rəydə göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilinməyən hissəsinin həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, mənzilin əsaslı təmir xərclərinə görə 16.900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsinə dair hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının təmin edilməməsinə dair hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
107. Məhkəmə kollegiyası hesab edir ki, yoxlanılan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
108. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək s əlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən yoxlanılan hissə üzrə işdəki sübutlar araşdırılmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin yoxlanılan hissədə iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
109. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi yoxlanılan hissədə işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaratdığından və onların dəlillərinə hüquqi qiymət verdiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
110. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli rəydə göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilinməyən hissəsinin həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, mənzilin əsaslı təmir xərclərinə görə 16.900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsinə dair hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılmalıdır.
111. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 3 noyabr 2023-cü il tarixli 2(103)-5471/2023 nömrəli qətnaməsi Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2023-cü il tarixli qətnamənin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/8169-9/8982 nömrəli rəydə göstərilən ümumi dəyəri 116.035 manat olan əmlakların daşına bilinməyən hissəsinin həmin rəydə göstərilən dəyərlərinin hesablanmaqla Cavabdeh3 tutularaq İddiaçı ödənilməsi, mənzilin əsaslı təmir xərclərinə görə 16.900 manat, qiymətləndirmə üçün ödənilmiş 300 manat, vəkilin göstərdiyi yardıma görə 500 manat və ödənilmiş 439 manat məbləğində dövlət rüsumunun Cavabdeh3 tutularaq İddiaçı ödənilməsinə dair hissəsində ləğv edilməsi və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, İddiaçı iddiasının təmin edilməməsinə dair hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.