Məhkəmə qərarları › İş №2(102)-2196/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2196/2020

16.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2196/2020 16.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi) Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 16 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1600/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı çıxarışın ləğv edilməsi və qeyri-yaşay ış binasına mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası təmin olunmamış, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir (hakim A.B.Sadıqov). Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən, məruzəçi), S.Qafari və F.Məmmədov, 2(105)-3674/2019 saylı mülki iş) hazırki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-1600/2019 saylı, xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh adına işlənmiş Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, **********38-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın lə ğv edilməsi və həmin əmlaka özünün mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: İddiaçı kassasiya şikayəti verərək, bildirmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, mərhum atası X1 1992-ci ildə evlərinin qabağında yerləşən boş torpaq sahəsini almaq üçün keçmiş 1 nömrəli sovxozun rəhbərliyinə müraciət etdikdən sonra, sovxoz rəhbərliyi ilə belə razılaşmışdılar ki, qeyd olunan boş torpaq sahəsini atası öz adına deyil, əmisi oğlu olan Cavabdeh adına alsınlar. Çünki, həmin vaxt atası aptek işlədirdi, torpaq sahəsini alıb orada ticarət obyektini öz adına tiksəydi onun üçün müəyy ən problemlər yarana bilərdi. Bu səbəbdən də ümumi razılaşma əsasında Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1992-ci il tarixli, 19 nömrəli qərarına müvafiq olaraq Xaçmaz rayonu, Hacıəlibəy kənd sakini Cavabdeh fərdi dükan tikmək üçün Yergüc sovxozunun ərazisindən Xaçmaz Quba yolunun cənubunda yerləşməklə 0,04 ha torpaq sahəsinin ayrılması qərar alınmışdır. Müvafiq qərar alındıqdan sonra orada həqiqətən də 41,7 kv metr ümumi sahədən ibarət qeyri-yaşayış binası, yəni mağaza binası inşa edilmişdir. Həmin mağaza binası daimi olaraq ailənin istifadəsində olmuşdur. Bu yaxınlarda qeyd olunan obyekti sənədləşdirmək istədikdə məlum olmuşdur ki, ondan xəbərsiz olaraq Cavabdeh öz adına 10 dekabr 1998-ci il tarixdə obyektə qeydiyyat vəsiqəsi almış, xx xxxxxx 2017-ci il tarixdə yeni Texniki pasp ort və daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX, ******* nömrəli, **********38-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli Çıxarış almışdır. Cavabdeh bütün bu hərəkətləri gizli surətdə etmiş, bizimlə üz-üzə gəlməmək üçün xeyli müddətdir ki, Rusiyaya getmiş və orada qalır. Yuxarıda göstərildiyi kimi həmin torpaq sahəsi düz evlərinin qabağında yerləşir, təbii ki ora heç kim, o cümlədən cavabdeh girib torpaq sahəsi ala bilməzdi, özü də həmin vaxt onun buna imkanı da yox idi. Bütün bu işlər mərhum atası tərəfindən razılaşma əsasında və atasının vəsaiti əsasında əmələ gəlmişdir. Prosessual məsələlər: Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə koll egiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kim i qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisəyə məhkəmə aidiyyəti qaydaları pozulmaqla baxıldığından aşağıdakı əsaslarla görə iş üzrə məhkəmə qərarları ləğv edilməli işin icraatına xitam verilməlidir. Ona görə ki, hazırkı tələb ilk növbədə inzibati orqanın qəbul etdiyi qərarın, bunun əsasında verilmiş çıxarışın ləğv edilməsi və inzibati aktın qəbulu ilə bağlı tələb olduğ undan həmin tələbə inzibati icraatda baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 25.1-ci maddəsinə əsasən mülki məhkəmə icraatı qaydasında mülki, ailə, əmək, mənzil, torpaq münasibətləri, təbii ehtiyatlardan istifadə olunması və ya ətraf mühitin qorunması, vergi və digər münasibətlərdən əmələ gələn mübahisələr üzrə tərəflərdən heç olmasa biri fiziki şəxsdirsə və onun fərdi sahibkar statusu yoxdursa və ya belə statusu olsa da, mübahisə onun sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə əlaqədar yaranmamışsa, həmin mübahisələr üzrə işlərə ümumi məhkəmələr baxır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli, **********38-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışın ləğv edilməsi və həmin əmlaka özünün mülkiyyət hüququnun tanınmasını tələb edir. İddiaçının ləğv olunmasını tələb etdiyi Çıxarışın əsasını iddiaçının özünün dediyi kimi Xaçmaz rayon XDS Rəyasət Heyətinin xx xxxxxx 1992-ci il tarixli, 19 nömrəli qərarı təşkil edir. Əslində tələb həmin qərarın və onun əsasında verilmiş Çıxarışın ləğv edilməsidir. Məhz bundan sonra əmlaka hüquqlarla bağlı məsələ həllini tapa bilər. Həmin qərarın və Çıxarışın ləğv edilməsi tələbi isə cavabdeh fiziki şəxsə qarşı yönələ bilməz. Həmin tələbə cavab verməli orqanlar inzibati orqanlardır- Xaçmaz rayon XDS Rəyasət Heyəti (indiki hüquqi varisi) və hüquqları qeydə alan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1. və 2.2.2. madddələrinə əsasən şəxsin hüquq və vəzifələri ilə b ağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4No-li qərarının 15.4. bəndinə əsasən inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, Mülki Prosessual Məcəlləsinin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə ic raatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1. maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyilsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Həmin iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi, Xaçmaz Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, həmin tələblə inzibati məhkəmə icraat ı qaydasında mübahisə aça bilər. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar