Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2197/2021 05.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, İddiaçı vəkili X2, Cavabdeh və vəkili Vəkil Qəzənfər oğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul e tdi. İşin halları
1. Bakı şəhəri, Nəsimi rayonu, M.Əbilov küçəsi 114 ünvandakı evin 1-ci mərtəbəsində yerləşən 136.2 kv.m yaşayış, 52.4 kv.m köməkçi sahədən ibarət hissəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur.
2. Həmin evin 12.5 kv.m yaşayış, 7.5 kv.m köməkçi sahədən ibarət hissəsi isə xüsusi mülkiyyət hüququ ilə cavabdehə məxsusdur.
3. İddiaçı ona aid mənzilə cavabdehə məxsus yaşayış sahəsindən suyun axıdılması nəticəsində zərər dəydiyini bildirərək aşağıdakı tələbləri irəli sürmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı ərizə ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurduğu 5000 manat maddi və 3000 manat mənəvi zərərin əvəzinin və ödənilmiş dövlət rüsumunun tutularaq, ona ödənilməsi barədə qət namə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qeyd olunan ünvanda 1 otaqlı mənzilin sahibi, iş üzrə cavabdeh mənzilin üst qatında və 1-ci mərtəbədə özünə məxsus bir otaqlı mənzilinin üst qatında qanunsuz tikililər aparmışdır. 23 sentyabr 2018-ci il tarixdə 08:30 radələrində cavabdehə məxsus mənzildən mənzilinə su axmış, mənzili tam yararsız hala düşmüş və onun əmlakına külli miqdarda maddi, özünə isə mənəvi zərər dəymişdir. Bu fakt həmin ünvanda yaşayan qonşular tərəfindən aktlaşdırılmış və su axma video çəkilişdə qeydə alınmışdır. Hal-hazırda cavabdehin təqsiri üzündən ona 5000 manat maddi və 3000 manat mənəvi zərər dəymişdir.
6. Cavabdeh birinci instansiya məhkəməsindəki icraatda iddiaya qar şı yazılı etiraz təqdim etmiş və iddianın rədd olunmasını xahiş etmişdir.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 21 dekabr 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir.
8. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi və mənəvi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olduğuna dair hər hansı bir mötəbər sübutları təqdim etmir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), E.Mehdiyev və Ş.Məmmədova) 09 sentyabr 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 21 dekabr 2018-ci il t arixli, X saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddianın qismən təmin edilməsi, Cavabdeh İddiaçı xeyrinə 1362 (min üç yüz altmış iki) manat maddi zərər və 5,1 (beş manat on qəpik) manat dövlət rüsumu, cəmi 1367,1 (min üç yüz altmış yeddi manat on qəpik) manat tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manatın 34 (otuz dörd) manatının Cavabdeh, 66 (altmış altı) manatının İddiaçı alınaraq X1 hesaba keçirilməsi qət edilmişdir.
10. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 21-ci, 1096-cı və 1097-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, işin araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdehin evindən iddiaçının evinə su sızması nəticəsində iddia çının mənzilinə və əmlakına maddi zərər dəymişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı hissəsindən görünür ki, cavabdehin iddiaçıya maddi zərər vurmağı barədə iş üzrə nəticəyə gələrkən, cavabdehin mənzilindən 1-ci mərtəbədə yerləşən iddiaçının evinə suyun axıdılmasını təsdiq edən qonşuların tərtib etdiyi akta, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının rəylərinə əsaslanmışdır. Halbuki, 25 dekabr 2019-cu il tarixli məhkəmə tikinti- texniki ekspertiza sının rəyinin tədqiqat hissəsindən görünür ki, iddiaçının mənzilinə su sızmasının texniki səbəbini müəyyən etmək məqsədilə iddiaçının üst mərtəbəsində yerləşən mənim mənzilimə iştirakımla baxış keçirilməsi zamanı həmin mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış su və kanalizasiya boru xətlərinin gözlə görünən hissələrində hər hansı nasazlıq (rütubət, sızma, sıradan çıxma və s.) müşahidə olunmamışdır. Mənzilin mətbəxində və sanitariya qovşağında quraşdırılmış digər kommunikasiya xətləri (su, kanalizasiya boru xətləri) gizli (malalatı) şəkildə olduğundan onların saz və ya nasazlığını müəyyən etmək mümkün olmadığına görə mənzilin sanitar texniki qurğularına müəyyən həcmdə su tökülməklə eksperiment keçirilmiş və müəyyən vaxt keçəndən sonra, iddiaçının mənzilinə baxış keçirilərk ən, mənzilin konstruktiv elementləri üzərində su sızma halları müşahidə olunmamışdır. Tədqiqatın nəticə hissəsindən görünür ki, iddiaçıya məxsus mənzilin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələri olduğuna görə cavabdehin mənzilindən suyun sızması müəyyən olunur. Mülki kollegiya qətnaməsinin əsaslandırıcı hissəsində rəyin tədqiqat hissəsi ilə nəticə hissəsini uyğun olduğunu göstərərək, həmin rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, ekspert rəyinin tədqiqat hissəsi ilə nəticə hissəsi bir-biri ilə ziddiyyət təşkil edir. Göründüyü kimi həmin rəy cavabdehin mənzilindən iddiaçının mənzilinə su axıdılması faktını təsdiq etmədiyi üçün mötəbər sübut hesab edilmir. Bununla da Mülki kollegiya ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi barədə Azərbaycan Respubli kası MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən iş üzrə səhv nəticəyə gəlmişdir. Məhkəmə tikinti- texniki ekspertizasının rəyinin tədqiqat hissəsində həmçinin göstərilir ki, iddiaçıya məxsus mənzil 1 yaşayış otağından, dəhliz və mətbəx tikilisindən ibarətdir. Mənzilə baxış keçirilərkən mətbəx və dəhliz tikilisinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələri, dəhlizin döşəməsinin boya qatının qabarması kimi halları müşahidə olunmuşdur. Lakin ekspert müşahidə etdiyi bu halları təsdiq edən dəhliz və mətbəx tikilisinin həmin hissələrinin fotoşəkillərini çəkib rəyə əlavə etməmişdir. İddiaçının ərizəsinə əlavə etdiyi fotoşəkillər mətbəx və dəhliz tikilisinin tavanı və divarları üzərində sarımtıl su sızma ləkələri olması barədə ekspertin müşahidələrini təsdiq etmir. Hə min şəkillərdə mənzilin tavanı və döşəməsinin göründüyü qədər hissəsi tər-təmizdir. Divar kağızının isə yalnız bir divarın aşağı, döşəməyə bitişdiyi yerdən divarın az bir hissəsinin nəmliyi müşahidə olunur. Bu hal da mənzil və yardımçı tikililərin kifayət qədər isidilməməsi, divarın izolyasiya qatında qüsur olması və şpaklyovka qatının tikinti texnologiyasına uyğun aparılmaması səbəbindən yaranmasına xarakterikdir. Kubinka adlanan bu ərazidə köhnə, tikinti müddəti ötmüş və təmirsiz evlərin hamısının divarlarında nəmişlik müşahidə olunur. Bundan başqa ekspert tədqiqatın nəticə hissəsində su sızma ləkələrinin mənzilin divarı və tavanı üzərində olduğunu göstərsə də, tədqiqat prosesində dəhliz və mətbəx tikilisinin divarı və tavanı üzərində olduğunu qeyd etmişdir. İddiaçının çəkdiyi şəkillərdə n görünür ki, su qabı mənzildə olan çarpayının üstünə və otağın digər yerlərində qoyulmuşdur. Halbuki, rəyin tədqiqat prosesində ekspert mənzilin divarı və tavanı üzərində sarımtıl ləkələrin olmasını göstərməmişdir. Göründüyü kimi ekspert rəyinin tədqiqat hissəsi ilə nəticə hissəsi bir-birinə ziddiyyət təşkil edir. İddiaçının təqdim etdiyi fotoşəkillər və ekspert rəyi biri digərini təkzib edir. İş üzrə obyektin gerçəkliyi əks etdirmədiyi üçün həmin rəy iş üzrə mötəbər sübut hesab edilmir. Həmin rəyin tədqiqat hissəsində daha sonra göstərilir ki, iddiaçının mənzilinə su sızmasının səbəbini texniki cəhətdən müəyyən etmək mümkün olmamışdır. Bunu nəzərə alaraq ekspert iddiaçının mənzilinə suyun sızması cavabdehlə yaşayan sakinlər tərəfindən sudan nəzarətsiz istifadə etməsi nəticəsində baş verə bilməsinin mümkün olmasını qeyd etmişdir. Göründüyü kimi ekspert sudan normal istifadə edilməsi nəticəsində suyun iddiaçının mənzilinə sızmasını qeyrimümkün, yalnız sudan nəzarətsiz istifadə edilməsi nətəcəsində baş verə bilməsini mümkün hesab etmişdir. Apellyasiya məhkəməsinin ilk iclasında iddiaçı mənzilinə suyun sızdığı 23.09.2018-ci il tarixdə mənzildə cavabdehin yaşamadığını təsdiq etmişdir. Cavabdeh hər iki instansiya məhkəməsində 2017-ci ilin əvvəllərindən həmin mənzildə yaşamadığını bildirmişdir. Bundan sonra o, mənzilin təmirinə başlamışdır. İlk növbədə su və kanalizasiya boru xətlərini, sanitar qovşaq avadanlıqlarını dəyişib yeniləmişdir. Mənzilə kombi sistemi çəkdirmişdir. Mebel və digər məişət əşyaları alıb mənzildə yerləşdirmişdir. Bir sözlə mənzili yüksək zövqlə təmir etdi rib 2017-ci ilə qədər cavabdehin ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşamışdır. Bu müddətdə tərəflərin heç bir problemləri olmamışdır. Yalnız 2017-ci ilin əvvəllərində bu ərazidə olan mənzillərin söküntüyə getməsi söhbəti ortaya çıxdıqdan sonra iddiaçı mənzili ucuz satdığını bildirərək cavabdehdən əlavə 15.000- 20.000 manat pul tələb etməyə başladı. Cavabdehin tələbini yerinə yetirmədiyinə görə iddiaçının özü və arvadı cavabdehin və onun ailə üzvlərinin qarşısını kəsib nalayiq sözlərlə təhqir edirdilər. Qonşuların yanında onları hörmətdən salırdılar. Evlərinə rahat girib- çıxa bilmirdilər. Mənzildə rahat yaşamaqlarına imkan vermədiklərinə görə evdən çıxmağa məcbur olmuşlar və 4 ilə yaxın müddətdir kirayədə yaşayırlar. Pul qopartmaq məqsədi ilə cavabdehdən Nəsimi rayon İcra Hakimiyyət inin başçısına, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə, polis orqanlarına şər-böhtan xarakterli ərizələrlə müraciətlər etmişdir. Özbaşına qanunsuz tikilinin sökülməsi tələbinə dair əsassız iddia ilə Nəsimi rayon məhkəməsinə ərizə vermiş, həmin məhkəmənin 24.07.2017-ci İl tarixli qətnaməsi ilə onun iddiası təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 20.08.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Ali Məhkəmənin 28.01.2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu məhkəmə aktları, cinayət işinin başlanmasının rədd edilməsi barədə istintaq orqanlarının qərarları mülki iş materiallarında əlavə olunmuşdur. Həmin əsassız tələblər kimi onun hazırkı iddiası da məndən pul qop ardılması məqsədilə verilmişdir. Bütün su, kanalizasiya boru xətləri yeniləndiyi üçün mənzilimdən iddiaçının evinə su sızması mümkün deyil. Ekspert də mənzilə baxarkən bunları bildirmişdir. Lakin sonradan əsassız və qərəzli rəy vermişdir. Göründüyü kimi 23.09.2018-ci il tarixdə mənzildə cavabdehin ailə üzvləri ilə birlikdə yaşayıb-yaşamamaqları məsələsi işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb etmişdir. Lakin, Mülki Kollegiya ekspertin bu mülahizəsini aydınlaşdırmamış, bununla da qətnamənin əsaslı olmasına dair MPMnin 217.1-ci maddəsinin tələbini pozmuşdur. 30 iyun 2020-ci il tarixli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, 17.06.2020-ci il tarixdə, iddiaçının iştirakı ilə 01.05.2019-cu il tarixli qərardadda göstərilən əşyalara suyun axıdılması barədə tərtib olunan akt dan 2 il sonra baxış keçirilmişdir. Tədqiqat obyekti 01 ədəd çıl-çıraq, “Eurolux” markalı televizor və 3 rulon divar kağızıdır. Ekspert onlara baxış keçirib təxmini bazar qiymətini müəyyən etmişdir. Lakin rəyin tədqiqi hissəsində tədqiqat obyektlərini hansı vəziyyətdə görməsini təsvir etməmiş, onların fotoşəkillərini çəkməmiş və nə üçün televizorun tam qiymətini müəyyən etməsinin səbəbini əsaslandırmamışdır. Çil-çıraqda və televizorda hansı qüsurların olması və onların aradan qaldırılmasının və təmir edilməsini mümkün olub-olmaması həmçinin rəydə göstərilməmişdir. Ekspert əmtəəşünas olduğuna görə televizorda hansı qüsurların olmasını, onun təmir edilib-edilməməsinin mümkünlüyü barədə rəy vermək səriştəsinə malik deyil. İddiaçının məhkəməyə təqdim etdiyi mənzilə su axıdılması zamanı çəkilmi ş fotoşəkillərdən birində otağın vəziyyəti çəkilərkən televizorun işləməsi aydın düşmüşdür. Göründüyü kimi 2 il sonra aparılmış ekspert rəyi iş üzrə həqiqəti əks etdirmir, saxtadır və iş üzrə sübut növü kimi qəbul edilə bilməz. Göründüyü kimi su sızması nəticəsində iddiaçının əşyalarına 620 manat məbləğində ziyan dəyməsi faktı öz təsdiqini tapmır. Bununla da Mülki Kollegiya ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi barədə Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən iş üzrə səhv nəticəyə gəlmişdir. Qonşuların tərtib etdiyi aktdan görünür ki, cavabdehin mənzilindən iddiaçının evinə su axıdılmış, evin təmiri yarasız haldadır, suyun içindədir, oboyları cırılıb divarları suyun içindədir. Lakin iş materiallarında olan fotoşəkillərdən isə görü nür ki, mənzilin döşəməsi və divarları qurudur. Divar kağızının isə yalnız bir divarın aşağı, döşəməyə bitişdiyi yerdən divarın az bir hissəsinin nəmliyi müşahidə olunur. Qalan divar kağızları isə qurudur və divara yapışmış haldadır. Göründüyü kimi aktda göstərilənlər iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkllərlə və cavabdehin izahatı ilə təkzib olunur. Mülki Kollegiya əsassız olaraq həmin aktı sübut növü kimi qəbul edib iddianı təmin etmişdir. Bununla da ədalət mühakiməsinin faktlar əsasında həyata keçirilməsi barədə Azərbaycan Respublikası MPM-nin 9-cu maddəsinin tələblərini pozmuşdur. Bu səbəbdən iş üzrə səhv nəticəyə gəlmişdir. Mülki Kollegiya həmçinin aktı qonşular tərəfindən tərtib-edilib edilməməsini, aktda göstəriləni halları təsdiq edib-etməmələrini, aktda olan imzaların onlara məxsus olub-olmamasını, iddiaçının hansı əşyalarına zərər vurulmasını, həmin vaxt cavabdeh ailə üzvləri ilə birlikdə həmin mənzildə yaşayıb-yaşamamağları məsələsini aydınlaşdırmadan iş üzrə nəticəyə gəlmişdir. Göründüyü kimi Mülki Kollegiya cavabdehin iddiaçıya maddi zərər vurmağı barədə iş üzrə nəticəyə gələrkən, məhkəmə tikinti-texniki və məhkəmə əmtəəşünaslıq ekspertizasının tədqiqat hissələrini oxumamış, rəylərinin yalnız nəticə hissəsinə əsaslanmışdır. Halbuki, həmin rəylərin tədqiqat hissəsi ilə nəticə hissəsi bir-birinə uyğun deyil. Tədqiqat hissəsində ekspertlərin müşahidə etdiyi hallara, qonşular tərəfindən tərtib edilmiş aktın məzmununa və iddiaçının məhkəməyə təqdim etdiyi fotoşəkillərə Mülki Kollegiya müqayisəli şəkildə qiymət verməmişdir. Su sızması barədə tərtib olunmuş ak tda göstərilən qonşuların həmin akta imza etmələri barədə məhkəməyə çağırılıb dindirilməmiş, aktda göstərilən hallan təsdiq-edib-etməmələri, həmin vaxt cavabdehin ailə üzvləri ilə birlikdə mənzildə yaşayıb-yaşamamağları məsələsi aydınlaşdırılmamışdır. Göründüyü kimi Mülki Kollegiya subutlara əlaqəli şəkildə və məcmu halda qiymət verməmiş, ekspert rəylərinin nəticələrinə uyğun hüquq normanı seçmişdir. Mülki Kollegiya sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmadığı üçün tərəflər arasında yaranmış mübahisəyə tətbiq edilməli hüquq normasını düzgün seçməmişdir. Bununla da sübutların qiymətləndirilməsi barədə MPM-nin 88-ci maddəsinin tələbini pozmuşdur. Ekspertiza rəylərinin nəticə hissəsi tədqiqi hissəsinə uyğun olmadığına, akt və şəkillərlə də ziddiyyət təşkil etdiyinə görə iş üzrə h əqiqəti müəyyən etmək üçün yeni apellyasiya baxışı zamanı hər iki ekspertiza cavabdehin iştirakı ilə yenidən keçirilməlidir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur.
14. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh ekspert rəylərinin nəticə hissəsinin tədqiqat hissəsinə uyğunsuzluğunu göstərir. Lakin, cavabdeh şikayətində ekspert rəylərini mötəbər sübut kimi qəbul etmədiyini göstərsə də, qeyd edilən rəylərin qanunvericiliyin hansı tələblərini pozmaqla qəbul edildiyini göstərə bilməmişdir. Halbuki, apellyasiya məhkəməsi tərəfindən qeyd edilən rəylərin qanunvericiliyin tələblərinə cavab verməsi və sübut kimi mötəbərliyi məsələsi araşdırılmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə iclasında iştirak edən cav abdeh və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
16. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə
21. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
18. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
19. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
21. Maddə 1111.2. Əgər zərər binadan nəyinsə atılması və ya düşməsi, yaxud axıdılma sı nəticəsində vurulmuşdursa, məsuliyyəti müvafiq otağı tutan şəxs daşıyır, amma zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin təqsiri üzündən baş verdiyi hallar istisna təşkil edir.
22. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instans iyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
25. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
29. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* saylı çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İbrahim Əbilov küçəsi ev 114 9 otaq y/s- 136.2 kv.m, k/s 52.4 kv.m ibarət olan mənzil 04 iyul 2017-ci il tarixdə İddiaçı, 1 otaq y/s-12,5 kv.m, k/s-7,5 kv.m ibarət olan sahə 21.01.2015-ci ildə Cavabdeh mülkiyyətinə keçmişdir.
30. Qonşular tərəfindən tərtib edilmiş aktdan görünür ki, onlar 23 sentyabr 2018-ci il tarixdə saat 0830-da qonşu Cavabdeh mənzilindən 1-ci mərtəbədə yerləşən iddiaçının evinə suyun axıdılmasını təsdiq edirlər.
31. Məhkəmə-tikinti texnika ekspertizanın 25.12.2019-cu il tarixli, 15264 saylı rəyindən görünür ki, ünvan 1 ünvanda İddiaçı məxsus mənzilin divarı və tavanı üzərində su sızma ləkələrinin olduğunu nəzərə alaraq, Cavabdeh məxsus mənzildən suyun sızması müəyyən edilir. ünvan 1 ünvanda İddiaçı məxsus mənzilinə suyun axması nəticəsində mənzil inin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq təqribən 742,0 manat məbləğində olduğu müəyyən edilir.
32. Məhkəmə-əmtəəşünaslıq ekspertizanın 30.06.2020-ci il tarixli, 9/414 saylı rəyindən görünür ki, su sızması nəticəsində ünvan 1 ünvanında binanın 1-ci mərtəbəsində yerləşən mənzildə ekspert baxışına təqdim olunmuş istifadədə olmuş əşyalara dəymiş ziyan təxminən 620,0 manat müəyyən olunur.
33. Apellyasiya məhkəməsi iddia tələbinin hüquqi əsası Mülki Məcəllənin mülki hüquq pozuntusuna (deliktə) dair normalarına istinad etmişdir (§ 18-21).
34. Qeyd edilən maddələrin tətbiqi üçün aşağıdakı şərtlər mövcud olmalıdır: əməl (hərəkət və ya hərəkətsizlik), həmin əməlin hüquqazidd (qeyri-hüquqi) olması, ş əxsiyyətə və ya əmlaka dəymiş zərər, əməl ilə zərər arasında uyğun səbəbli əlaqə və təqsir. Mülki hüquq pozuntusundan irəli gələn tələbin təmin edilməsi üçün sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir.
35. Apellyasiya instansiyası məhkəməsi hazırkı işin müəyyən edilmiş hallarına mülki hüquq pozuntusu (delikt) aspektindən yanaşaraq bildirmişdir ki, cavabdehin iddiaçı qarşısında delikt normaları çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan şərt mövcuddur.
36. İşin araşdırılmış halları ilə müəyyən olunur ki, cavabdehin evindən iddiaçının evinə su sızması sızması nəticəsində iddiaçının mənzilinə və əmlakına maddi zərər dəyməsi müəyyən olunur.
37. Ekspertiza rəyləri əsasında iddiaçının mənzilinə və əmlakına vurulmuş zərər X manat müəyyən edilməklə id dia tələbi maddi zərər hissəsində qismən təmin edilməlidir.
38. Kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
39. Şikayətin dəlilləri iş üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyinin mötəbər olmaması ilə bağlıdır. Apellyasiya instansiyası məhkəməsi məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizaları üzrə aparılmış tədqiqatlara qiymət verərək bildirmişdir ki, ekspertlərin rəyləri mülki prosessual qanunvericiliyin və Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspertlər qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertlərin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, iş üzrə keçirilmiş kompleks məhkəmə tikinti-texniki və əmtəəşünaslıq ekspertizalarının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir.
40. Kollegiya onu da nəzərə alır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminatın kifayət qədər yüksəkdir. Digər tərəfdən işin faktiki hallarının araşdırlması və sübut olunması, habelə məhkəmə qətnaməsindəki nəticənin işin faktiki hallarına uyğun olmaması kassasiya instansiyası məhkəməsinin səlahiyyət və araşdırma predmetinə daxil deyil.
41. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xnömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.