Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-220/2024 10.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin X5 İdarəsinə qarşı QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr, işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, sənədlərin saxtalaşdırılması və mənəvi ziyana görə təzminat) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “işdən azad edilmə barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma m üddəti üçün əmək haqqının ödənilməsi, sənədlərin saxtalaşdırılması və mənəvi ziyana görə təzminat” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04.*0.2023-cü il tarixli, 2(*06)-908/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi.. İşin halları
1. İddiaçı *997-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsinin Ağcabədi şəhəri, Uşaq İncəsənət Məktəbinin direktoru vəzifəsində işləmişdir. Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsi onunla 2*.*2.20*8-ci ildə bir ilədək, 20.*2.20*9-ci ildə bir ilədək əmək müqaviləsi bağlamışdır.
2. İddiaçı xx.xx.*956-cı il təvəllüdlüdür və dövlət büdcəsindən mali yyələşən müəssisələrdə çalışmanın yaş həddinə *7.04.202*-ci ildə çatmışdır.
3. İddiaçı ilə Cavabdeh arasında sonuncu əmək müqaviləsi *5.09.202*-ci ildə bağlanıb. Həmin əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınmış, elektron informasiya sistemində əmək müqaviləsinin müddəti *7.04.2022-ci il qeyd olunmuşdur.
4. Lakin X5 İdarəsi İddiaçı ilə əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli, *6* saylı əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin qurtarmasına) əsasən, 2* oktyabr 202*-ci il tarixdən xitam vermişdir.
5. İddiaçı əmək kitabçası 27.*0.202*-ci il tarixdə təhvil verilmişdir.
6. X5 İd arəsi *5.*0.202*-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı *7 aprel 202*-ci ildə tamam olduğuna görə, *7 oktyabr 202*-ci ildən İddiaçı ilə yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş etmişdir.
7. Mədəniyyət Nazirliyi 25.*0.202*-ci il tarixli məktubla X5 İdarəsinə cavab verərək, İddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayılmadığını bildirmişdir.
8. İddiaçı əmək müqaviləsinin surətini təsdiqləmək üçün Ağcabədi regional «ASAN Xidmət» Mərkəzində notariat ofisinə müraciət etmiş, lakin onun adına olan 040**66 №- li əmək kitabçasının 57-ci səhifəsində pozulma olduğu üçün notarius əmək kitabçasının surətini təsdiq etməkdən imtina etmişdir.
9. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*5 Xidməti Bərdə Regional ərazi Şöbəsinin İddiaçı ünvanladığı ** yanvar 2022-ci il tarixli, 22*3000522* saylı məktubunda göstərilir: Çalışmanın yaş həddi 202*-ci ilin sentyabr ayından 2022-ci ilin aprel ayına kimi uzadılmışdır. Bu barədə əmək müqaviləsi elektron informasiya sistemində qeydiyyata alınmışdır. X5 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə 08.*2.202*-ci il tarixli 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, iddiaçı ilə *5.09.202*-ci ilin sentyabr ayından *7.*0.202*-ci il tarixə kimi müddətli əmək müqaviləsi bağlanmış, lakin həmin müqavilə sabiq baş mühasib tərəfindən elektron informasiya sisteminə düzgün daxil edilməmişdir. Sabiq mühasib X6 izahat verərək bildirmişdir ki, əmək müqaviləsini sistemə daxil edərkən texniki s əhv olaraq * ay əvəzinə 6 ay uzadıldığını qeyd etmişdir. İdarənin kargüzarı X3 təqdim etdiyi izahatda isə işdən çıxmağınız barədəki əmr əmək kitabçanıza işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir. Araşdırma zamanı həmçinin əmək müqavilənizə xitam verilərkən, sizə mövcud qanunvericiliyə uyğun olaraq son haqq hesabın hesablanıb ödənilmədiyi məlum olmuşdur.Yol verilmiş nöqsanlarla əlaqədar X5 İdarəsinin rəisi Nümayəndə2 barəsində İnzibati Xətalar Məcəlləsinə müvafiq 23.*2.202*-ci il tarixli *053*70 saylı İnzibati xəta haqqında protokol tərtib edilmişdir. Şikayət tələbi ilə əlaqədar məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir”
10. Azərbaycan Respublikası Mədəniyyət Nazirinin birinci müavini Elnur Əliyevin 2* iyun 2022-ci il tarixli, **/04-*574/202 2 saylı məktubuna əsasən, Cavabdeh tabeliyində fəaliyyət göstərən Üzeyir Hacibəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində Nazirlik tərəfindən xidməti araşdırma aparılmış, araşdırma nəticəsində cinayət əməlləri olan hüquqpozmalar aşkar edilmişdir. Qeyd olunanları nəzərə alaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.3.*-ci maddəsinə uyğun olaraq sözügedən müəssisədə aparılmış araşdırma ilə bağlı sənədləri hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir.
11. Cavabdeh xx.xx.2022-ci il tarixli, *90 saylı məktubuna əsasən, Ü.Hacıbəyli adına Şəhər uşaq incəsənət məktəbinin keçmiş direktoru İddiaçı son haqq-hesabı 400,65 manat hesablanmış, hesablanmış son haqq-hesabdan (gəlir vergisi 28,09 manat, sosial sığorta haqq ı 3 faiz -*2,02 manat, işsizlik 0,5 faiz - 2,0 manat, tibbi sığorta - 8,0* manat və YAP üzvülük haqqı - 4,0* manat) cəmi - 54,*3 manat tutulmaqla kart hesabına 24 dekabr 202*ci il tarixdə 346,52 manat köçürülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi X5 İdarəsinə (bundan sonra X5 İdarəsi və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 İdarəsi rəisinin 2*.*0.202*-ci il tarixli, *6* №-li əmrinin ləğv edilməsi, onun Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi, 2*.*0.202*-ci ildən əvvəlki vəzifəyə bərpa ediləcəyi günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutulmaq la ödənilməsi, ona məxsus əmək kitabçasına, X5 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntuları *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * (bir) ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması, işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00.000 manat məbləğində pulun cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə Heydər Əliyev və Yaşat fonduna köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə belə əsaslandırılmışdır ki, elektron imza ilə təsdiq olunmuş xxxxxx x000208 №-li əmək müqaviləsi bildirişinə əsasən bağlanmış əmək müqaviləsinin müddəti *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək dövrü əhatə etmişdir. X5 İdarəsinin rəisi Nümayəndə2 hüquqa zidd nəticələrə səbəb olan hərəkətlər etmişdir. Belə ki, *5.09.202*-ci ildən *7.04.2022-ci ilədək müqavilə bağlanması razılaşdırıldıqdan sonra, içərisi doldurulmamış 2 nüsxə əmək müqaviləsi onun tərəfindən imzalanaraq, idarənin əməkdaşı R.Əmirovaya verilmiş və heç nədən şübhələnmədən əmək fəaliyyətini davam etdirmişdir. 2*.*0.202*-ci il tarixdə iş günü başa çatdıqdan sonra idarənin rəisi Nümayəndə2 idarənin əməkdaşı Rövşanə Əmirovanı məcbur edərək, onun işdən azad olunması barədə əmr və * ay əvvəlki müddətə, yəni * ay müddəti olan müqavilə hazırlamağı tapşırmışdır. Eyni zamanda yeni müqaviləyə məktəbin dire ktoru, yəni onun imza etdirməyəcəyi təqdirdə onu işdən azad edəcəyini bildirmişdir. Həmin anda qüvvədə olan *5.09.202*-ci ildən xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin mövcud olan * nüsxəsini onun gözləri önündə cıraraq məhv etmişdir. Sonradan işdən çıxarılma təhdidi altında olan R.Əmirova təsadüfən qovluğun arasında imzalanmış, lakin içərisi tam yazılaraq doldurulmamış əmək müqaviləsi blankının ikinci nüsxəsini Nümayəndə2 göstərmiş və onun təhriki ilə müəyyən pozuntular aparılmaqla qanunsuz olaraq tərtib etmişdir. Mübahisəli əmrin, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumatların surətini 26 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasının Ə mək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*5 Xidməti Bərdə Regional ərazi Şöbəsinə vəkil vasitəsi ilə sorğu ilə müraciət olunaraq əldə edilmişdir. Beləliklə, Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin tərkibi süni surətdə, əslində ciddi qanun pozuntusuna yol verilməklə yaradılmışdır. Göründüyü kimi *5.09.202*-ci ildən *7.04.2022- ci ilədək bağlanmış əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasına dair məlumat portalda mövcud olmuş və məlumat əmək kitabçasına daxil edilmiş *5.09.202*-ci il tarixli 93 №-li əmrlə imzalanmışdır. Ona məxsus əmək kitabçası sonradan tərtib edilmiş, *5.09.202*-ci ildən 2*.*0.202*-ci il tarixədək * ay müddətinə saxta müqavilənin tarixləri dəyişdirilmişdir. X5 İdarəsinin əmr kitabında portalda mövcud olan *5.09.202*-ci ildən *7.04.2 022-ci ilədək olan 7 ay müddətli əmək müqaviləsi qeydiyyatının yazılışda pozularaq saxtakarlıq edilmişdir. Əmr kitabından əmək kitabçasına köçürülərkən edilən bu pozuntular virtual olaraq mövcud deyilsə, bu o deməkdir ki, əmr kitabı bütövlükdə dəyişdirilərək, 202*-ci ilin dekabr ayının sonlarında yenidən yazılmışdır. Yuxarıda göstərilən halların ekspertiza edilməsi, “Azercell” mobil operatoru vasitəsi ilə 22.*0.202*-ci il, 23.*0.202*-ci il, 26.*0.202*-ci il, 27.*0.202*-ci il tarixlərdə R.Əmirovaya məxsus 050-529-42-*7 nömrəli mobil telefonu ilə aparılan danışıqlar idarə rəisinin tabeliyində olan R.Əmirovanın saxtakarlığa təhrik edilməsinin sübutudur. Onunla əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinin kobud şəkildə pozulması ilə baş verm işdir. Yəni 7 ay müddətinə mövcud olan əmək nüqaviləsi ciddi saxtakarlıq edilərək, müdaxilə edilməklə müddətin birtərəfli qaydada azaldılması ciddi qanun pozuntusu olmaqla yol verilməzdir.
13. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçının işlədiyi müəssisə dövlət büdcəsindən maliyyələşir. Onun müqaviləsinə xitam verilərkən artıq dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatmışdı. Qanunvericilik burada müqavilə müddətinin uzadılmasını müəyyən edilmiş şərtlərlə ehtiva etmişdir. Yəni burada sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır. Həmin razılıq isə məhkəməyə tədim etdiyi sənədlərdən də göründüyü kimi, Mədəniyyət Nazirliyi tərəfindən verilməmişdir. Qanunvericiliyin tələblərinə əsasən, əsaslı olaraq müqav ilə müddətinin uzadılmasından imtina edilmişdir. İddiaçı ilə müqavilənin * ay kimi qısa müddətə uzadılmasına səbəb isə, nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır. Həmçinin müqaviləyə işəgötürənin təşəbbüsü ilə xitam verilmədiyi üçün bu məsələdə işəgötürənin hansısa məsuliyyəti mövcud deyil, yəni əmrin ləğv olunması üçün hər hansı bir hüquqi əsas yoxdur. Göründüyü kimi iddiaçının müqaviləsinin * aylıq müddətinə uzadılmasına səbəb onun həmin ərəfədə bu vəzifəyə təyin olunmağı və nazirlikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi olmuşdur. Həmin müqavilə müddətinin elektron informasiya ehtiyatında çox göstərilməsi yalnız texniki səhvdir. İddiaçı özü də elektron informasiya qeydiyyat sistemində iddia e tdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu bilməmişdir. Əgər bilsə idi, ondan çalışma müddətinin artırılması ilə bağlı Mədəniyyət Nazirliyinə məktub göndərilməsini xahiş etməzdi. Bu faktlar da elektron informasiya qeydiyyat sistemində 2022-ci ilin aprel ayına qədər yazılmış məlumatın texniki səhv olduğunu təsdiq edir. İddiaçı elektron informasiya qeydiyyat sistemində iddia etdiyi kimi 2022-ci ilin aprel ayına qədər müqaviləsi olduğunu sonradan bilmiş və özü əmək kitabçasında bu barədə qaralama aparmışdır. İddiaçının çalışma müddətinin 2022-ci ilin aprel ayına qədər uzadıldığı barədə idarənin əmrlər kitabında heç bir qeydiyyat aparılmamışdır. O cümlədən, iddiaçının iddia etdiyi kimi əmrlər kitabının dəyişdirilməsi mümkün deyildir, çünki o, 202*-ci ilin avqust ayından vəzi fəyə təyin edilmiş, əmrlər kitabı isə onun təyinatından 4 ay öncə tərtib edilmiş, əvvəlki rəhbərlik tərəfindən təsdiq edilmiş, möhürlənmiş və may ayından avqust ayına qədər olan əmrlər əvvəlki rəhbərliyin imzası ilə əmrlər kitabına işlənmişdir. İddiaçı ona son haqq hesabın ödənmədiyi barədə də Əmək Müfəttişliyinə müraciət etmişdir. İddiaçının işdən azad edilməsi barədə əmrdə qeyd edilmişdir ki, əmrin surəti mühasibatlığa verilsin. Ona son haqq-hesabın verilib-verilməməsi mühasibatlığın öhdəsindədir. Baş mühasib Namizəd Muxtarov izahatında bildirmişdir ki, iddiaçıya son haqq hesabı oktyabr ayının 28-29-u verməyi planlaşdırdığını, lakin özünün noyabr ayının *-dən işdən azad edildiyi üçün verə bilməmişdir. İddiaçı özü isə məqsədli şəkildə ona son haqq hesabın verilməsini tələb etməmişdir. B undan başqa, iddiaçı əmək kitabçasında qaralama olduğunu bildirmişdir. İdarənin kargüzarı Rövşanə Əmirova qaralamanın texniki səhv olduğu barədə həm idarənin rəisinə, Əmək Müfəttişliyinə bu barədə məlumat vermişdir. Sonradan məlum olmuşdur ki, iddiaçının özü tərəfindən əmək kitabçasında qaralama aparılmışdır. İdarənin kargüzarı Rövşanə Əmirova bunu bildikdən sonra demişdir ki, o əmrdə tarixlərin dəyişdirilməsi məqsədi ilə heç bir qaralama aparmamışdır. Belə ki, iddiaçı idarənin müvafiq jurnalına imza ataraq, əmək kitabçasını təhvil almış, hər hansı bir qaralama olduğu barədə heç bir qeyd etməmişdir. Bu da bir daha onu deməyə əsas verir ki, iddiaçının özü tərəfindən əmək kitabçasında qaralamalar aparılmış və əmək kitabçasını təhvil alarkən əmək kitabçasında heç bir qaralama olmamışdır. Eyni zamanda o, iddia edir ki, guya əmək müqaviləsinə oxumadan boş şəkildə imzalamışdır. İddiaçı kimi təcrübəli bir vəzifəli şəxsin onun özü üçün bu qədər həssas bir mövzuda guya bu cür davranması başa düşülən deyil. X5 İdarəsinin baş kargüzarı Rövşanə Əmirova ərizə ilə X5 İdarəsinin rəisinə və Xocavənd Rayon Məhkəməsinə müraciət edərək, *5.09.202* tarixdən *7.*0.202* tarixə qədər müddəti əhatə edən əmək müqaviləsini iddiaçının iki nüsxəsini də onun xidməti otağında oxuduğunu, imza etdiyi və bir nüsxəsini iddiaçının götürdüyü barədə yazılı məlumat vermişdir. Digər tərəfdən iddiaçı bildirir ki, onunla 2022-ci ilin aprel ayına qədər baş kargüzar Rövşanə Əmirova tərəfindən doldurulub imzalanmış, onun tərəfindən imzalanmış və möhürlənmiş müqavilə olmuşdur. Göründüyü kimi belə bir müqavilə heç vaxt mövcud olmamışdr. 20.09.202*-ci tarixdə aktla elektron imzanı keçmiş baş mühasib N.Muxtarova təhvil vermiş və 0*.**.202*-ci il tarixdə elektron imzanı geri təhvil almışdır.
14. Xocavənd Rayon Məhkəməsinin 2(069)-*43/2022 nömrəli, *7 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim İlqar Əliyev) iddia rədd edilmişdir.
15. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, əmək hüquq nəzəriyyəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisədə əmək müqaviləsi ilə çalışan 65 yaşa çatmış işçinin çalışma müddətinin uzadılması müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinin və nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsin hüququdur, vəzifəsi deyil. İş materiallarındakı sənədlərdən görü ndüyü kimi, cavabdeh idarənin rəisi Nümayəndə2 iddiaçı ilə *5.09.202*-ci il tarixdən *7.*0.202*-ci il tarixədək öz hüququndan istifadə edərək * ay müddətli əmək müqaviləsi bağlamış, həmin müddət ərzində təqdimatla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət etmiş, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri Vüqar Məmmədov isə öz hüququndan istifadə edərək iddiaçı ilə müddətli əmək müqaviləsinin bağlanmasını əsaslı hesab etməmişdir.
16. Həmçinin, birinci instansiya məhkəməsi mənəvi zərərlə bağlı hesab etmişdir ki, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına xəsarət yetirilməsi öz təsdiq ini tapmadığından iddianın mənəvi zərərin ödənilməsinə dair hissəsi də əsassızdır və təmin oluna bilməz.
17. Bundan başqa, birinci instansiya məhkəməsi bildirmişdir ki, tərəflər arasında müqavilə bağlanan zaman qanun pozuntusuna yol verilməsi, iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir.
18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25.*, 35.2, 35.4, 60.*, 7*-ci maddəsinin *, 2-ci hissələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2*.2, 2*.3-cü, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, *0-*.*, *0-*.2, 68.*, 70-ci maddəsinin “e” bəndinə, 73.*, 288, 292.*, 292.2, 294.*, 296.*, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəl ləsinin *4.2, 77.*, 88, *06.*, 2*7.4, 265.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsində birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(*06)2*30/2022 nömrəli qətnaməsi ilə (hakimlər Zeynal Zeynalov (sədrlik edən və məruzəçi), Tofiq Heydərov və Tale Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
21. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normaları nın düzgün tətbiq və təfsir edilməsi ilə qəbul edildiyindən qanuni və əsaslıdır, bu baxımdan məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması və sübutlara obyektiv qiymət verilməməsi ilə qətnamə qəbul edilməsi barədə dəlillər əsassız sayılmışdır.
22. Bundan başqa, məhkəmə kollegiyası tərəfindən işə baxan məhkəmənin iddiaçının yaş həddinə münasibət bildirsə də, onun xüsusi statusuna münasibət bildirməməsi, hüquqi qiymət verməməsi barədə apellyasiya şikayətinin dəlilləri işin hallarına uyğun olmadığından əsassız hesab edilmişdir.
23. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, əmək müqaviləsi bağlanması barədə məlumatın Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin e-sisteminə texniki səhv olaraq daxil edilməsi iddianın təmin edilmə si üçün əsas hesab edilə bilməz.
24. Apellyasiya instansiya məhkəməsi bildirmişdir ki, iddiaçının saxta hesab etdiyi əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən sonradan xəbərdar olması, bununla bağlı heç bir bildirişi almaması barədə apellyasiya şikayətinin dəlilləri də əsassızdır.
25. Digər tərəfdən iddiaçı onunla bağlanmış başqa əmək müqaviləsini təqdim edə bilməmiş, bildirməsinə görə onunla iki əmək müqaviləsi bağlanması, əmək müqaviləsinin cırılaraq atılması, cavabdeh təşkilatda başqa əmək müqaviləsi olması barədə sübut təqdim edə bilmədiyi üçün dəlilləri əsassız hesab edilmişdir. Belə ki, cavabdehin dəlillərindən görünür ki, iddiaçı ilə yalnız *5 sentyabr 202*-ci il tarixdə bir əmək müqaviləsi, * ay, yəni *5 oktyabr 202*-ci il tarixədək bağlanmaqla imz alanmışdır.
26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * (bir) ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddət fərqi və digər sənəd saxtakarlıqları Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılması barədə iddiaçının dəlilləri işin faktiki və hüquqi hallarına uyğun olmadığından əsassız hesab edilmişdir.
27. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi iddiaçının onunla *5 sentyabr 202*-ci il tarixdən *7 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz x itam verilməsi barədə dəlillərinə münasibətdə bildirmişdir ki, əmək müqaviləsi elektron informasiya sistemində 7 ay, *7 aprel 2022-ci il tarixədək uzadılmasının qeydiyyata alınmasına baxmayaraq, iddiaçının *7 aprel 202*-ci ildə 65 yaşı tamam olmaqla çalışmanın yaş həddinə çatdığından iddiaçı ilə 2* oktyabr 202*-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur
28. Həmçinin, cavabdehin təqsirli hərəkətləri nəticəsində iddiaçının fəal ictimai həyat tərzindən məhrum olması, işgüzar nüfuzunun ləkələnməsi, mənəvi sarsıntı keçirməsi və sağlamlığına zərər yetirilməsi öz təsdiqini tapmadığından iddianın mənəvi zərərin ödənilm əsi hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
29. Məhkəmə kollegiyası iddiaçı tərəfindən apellyasiya şikayətinə əlavə edilmiş imza ekspertiza mərkəzinin 4 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilənlərlə və 04 noyabr 2022-ci il tarixli ərizədə və vəsatətdə göstərilmiş kargüzar R.Əhmədovanın cəlb edilərək izahat verməsi və qanunsuz hərəkətləri barədə prokurorluq orqanlarına göndərilməsi barədə dəlillərlə bağlı qeyd etmişdir ki, işdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X*5 Xidməti Bərdə Begional ərazi Şöbəsinin İddiaçı ünvanladığı ** yanvar 2022-ci il tarixli məktubu ilə müəyyən edildiyi kimi, X5 İdarəsinin Bərdə Regional ərazi Şöbəsinə 08.*2.202*-ci il tarixli 353 saylı məktubu ilə təqdim etdiyi sənədlərdən məlum olmuşdur ki, cavabdeh idarənin kargüzarı X** izahatında iddiaçının işdən çıxmağı barədəki əmr əmək kitabçasına işlənilərkən tərəfindən texniki səhv olaraq qaralamaya yol verildiyini bildirmişdir.
30. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 25.*, 35.2, 35.4, 60.*, 7*-ci maddəsinin *, 2-ci hissələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 9-cu maddəsinin “b” bəndinə, *0-*.*, *0-*.2, *0-*.3, 45ci maddəsinin 4-cü hissəsinə, 47-ci maddəsinin “f” bəndinə, 68.*, 70-ci maddəsinin “e” bəndinə, 7*.3, 73.*, 73.2, 76, 288, 296.2, 296.3-cü, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin *4.2, 77.*, 88, *06.*, 2*7.4, 265.4-cü maddələrinə və “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəf indən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 2-ci bəndinə istinad etməklə əsaslandırmışdır. c)Kassasiya instansiyası məhkəməsində birinci icraat
31. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya əmək münasibətlərinin xitamı ilə bağlı hər hansı bir xəbərdarlıq edilməmişdir. Bundan başqa, iddiaçının xəbəri olmadan əmək müqaviləsi tərtib olunmuşdur. Belə ki, * aylıq əmək müqaviləsi iddiaçıdan xəbərsiz tərtib edilmiş və xitam verilmişdir. İddiaçının saxta əmək müqaviləsindən və onun əmək müqaviləsinə xitam verilməsi barəd ə əmrdən sonradan xəbəri olmuş, bununla bağlı heç bir bildiriş almamışdır. Yol verilmiş nöqsanlarla əlaqədar cavabdehə Əmək Müfəttişliyi tərəfindən cərimə tətbiq edilmişdir. Həmin qərar qüvvəyə minmiş və icra olunmuşdur. Beləliklə, cavabdeh iddiaçının razılığı olmadan əmək müqaviləsini saxtalaşdırmış və əmək münasibətlərinə xitam verərək qərar qəbul etmişdir. Lakin bu qərarla iddiaçını tanış etməmiş, üstəlik əmək kitabçasına müdaxilə edilmişdir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi sübutların düzgün qiymətləndirilməsi üçün ekspertiza təyin etməmiş, Əmək Məcəlləsinin müvafiq maddələrinin cavabdeh tərəfindən kobud şəkildə pozulmasını diqqətə almamışdır. Həmçinin, cavabdeh qanunsuz hərəkətlərin iddiaçı tərəfindən edildiyini bildirsə də, iddiaçının apellyasiya şikayətinə əlavə etdi yi ekspert rəyi vasitəsilə cavabdeh ifşa olunmuşdur.
33. Kassator kassasiya şikayətinə əlavə təqdim edərək bildirmişdir ki, saxtalaşdırmanın əsas icraatçısı olan idarənin baş kargüzarı R.Əmirova ilə 22.*0.202*, 23.*0.202*, 26.*0.202*, 27.*0.202*-ci il tarixli telefon danışıqları qeyd edilmiş yaddaş kartı hər iki instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq, araşdırılmamış, ekspertizaya göndərilməmiş, verilən vəsatətlərə baxmayaraq R.Əmirova məhkəməyə çağırılmamışdır. O cümlədən, *5.09.202*-ci il tarixdə istər 7, istərsə də saxta * aylıq əmək müqaviləsi bağlanması zərurəti araşdırılarkən bundan əvvəlki əmək müqaviləsinin başa çatıb-çatmaması araşdırılmamışdır. Digər tərəfdən, Regional Mədəniyyət İdarəsinin tabeliyində olan musiqi məktəbinin direktoru ilə müqavilə imzalamaq Mədəniyyət Nazirliyinin deyil, Nümayəndə2 müstəsna səlahiyyətidir. Əgər o, bu məqsədlə * aylıq müqavilə bağlamışsa, Mədəniyyət Nazirliyinə müraciət saxta müqavilə müddətinin başa çatmasına 2 gün qalmış deyil, müqavilə imzalanan ərəfədə müraciət edilməli idi. Müraciətin əslində bəhanə olduğunu sübut edən digər amil isə işdən çıxma tarixinin 2*.*0.202*-ci il, Mədəniyyət Nazirliyinin məktubunun isə 25.*0.202*-ci il tarixli olmasıdır.
34. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (X7, X*6 və X9) 2(*02)-***0/2023 saylı, *4.03.2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(*06)-2*30/2022 nömrəli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. 3
5. Kollegiya qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən xitam verilmişdir. Həmin norma əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsinin mümkünlüyünü müəyyən edir.
36. Bu halda mübahisənin düzgün həlli (əmək müqaviləsinə xitam verilməsi zamanı qanunun tələbinə əməl olunmasının yoxlanması) üçün ilk növbədə əmək müqaviləsi müddətinin müəyyən edilməsi zəruridir.
37. İşçinin işə qəbul olunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir. Belə ki, Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-ci hissəsinə görə, əmək müqaviləsi (kontraktı) – işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
38. Həmin Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsində deyilir ki, Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.
39. Həmin Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinin d) bəndinin tələbinə görə, əmək müqaviləsində mütləq əmək müqaviləsinin müddəti göstərilməlidir.
40. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır (Əmək Məcəlləsinin 44-cü maddəsinin 3-cü hissəsi).
41. İddiaçı onda əmək müqaviləsinin nüsxəsinin olmadığını bildirib. Cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surəti ndə isə müqavilə müddəti *7.*0.202*-ci ilədək qeyd olunub və işə baxmış məhkəmələr də həmin müqaviləni sübut kimi qəbul ediblər.
42. Lakin iddiaçı onunla *5.09.202*-ci ildə bağlanmış əmək müqaviləsi ilə müqavilə müddətinin *7.04.2022-ci ilədək müəyyən edildiyini bildirir. Cavabdeh isə, bu dəlili rədd edir və müqavilə müddətinin *7.*0.202*-ci il tarixədək müəyyən edildiyini iddia edir.
43. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün sübut kimi onunla bağlanmış əmək müqaviləsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində əksini tapmış məlumatlara istinad edir və əmək müqaviləsi bildirişini təqdim edir. Həqiqətən də elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı qeyd olunmuşdur.
44. Bu qeydin baxılan iş üzrə müba hisəli hallara aydınlıq gətirilməsi baxımından əhəmiyyəti və mötəbərliyi ilə bağlı məsələyə gəldikdə qeyd olunmalıdır ki, əmək müqaviləsi bildirişi - əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-*-ci hissəsi).
45. Əmək Məcəlləsinin 7-ci maddəsinin ikinci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sistem inə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. 46. “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.3.9 və 4.3.*0-cu bəndlərinə əsasən, “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən başqa məlumatlarla yanaşı əmək mü qaviləsinin növü (müddətli və ya müddətsiz) və müddətli əmək müqaviləsinin müddətinin qurtardığı tarix barədə məlumatlar da sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir.
47. Həmin qaydaların 8.*-ci bəndində deyilir ki, bilavasitə işəgötürənin özü və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilən məlumatlar həqiqi və düzgün olmalıdır.
48. Göründüyü kimi əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar vardır. Həmin bildirişə daxil edilən məlumatlar işəgötürən tərəfindən, əmək müqaviləsi əsasında tərtib olunur və elektron imza vasitəsilə təsdiq olunur. Başqa sözlə, əmək müqaviləsi bildirişi əmək müqaviləsində ola n məlumatları əks etdirməklə yanaşı, hüquqiliyi və mötəbərliyi şübhə doğurmur.
49. Bundan başqa, Əmək Məcəlləsinin 87-ci maddəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
50. İşçilərin əmək kitabçasının tərtibi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin *996-cı il 26 dekabr tarixli, *86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları” ilə tənzimlənir.
51. Bu Qaydaların 3.2-ci bəndində deyilir ki, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:... İşçinin işə götürülməsi, bir işdən ba şqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verən əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.
52. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən, işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılır aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır.
53. Əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır” (Qaydaların 3.6-cı bəndi).
54. İddiaçının əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı həmin düzəlişin də işəgötürənin işçisi – kargüzar X** tərəfindən icra edildiyini bildirmişdir. İddiaçı bunu təsdiq edən sübut kimi Əmək Müfəttişliyinin ona ünvanladığı **.0*.2022-ci il tarixli məktubunu təqdim etmişdir (səh *8). Həmin məktubda göstərilir ki, X** izahatında iddiaçının əmək kitabçasına düzəliş etdiyini bildirmişdir.
55. Göründüyü kimi iddiaçının əmək kitabçasında da əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən pozuntu ilə dəyişdirilmişdir.
56. Lakin apelyasiya instansiyası məhkəməsi cavabdehin təqdim etdiyi əmək müqaviləsinin surətinə, habelə Mədəniyyət Nazirliyi X5 İdarəsində əvvəllər mühasib işləmiş X* məhkəməyə ünvanladığı yazılı izahata istinad etməklə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış *5.09.202*-ci il tarixli əmək müqaviləsində müqavilə müddəti *7.*0.202*-ci ilədək müəyyən olunmuşdur.
57. Halbuki, MPM-nin 89.3-cü maddəsi yazılı sübutlar ın əsli və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim edilməsini tələb edir. Ancaq əmək müqaviləsinin əsli təqdim olunmamışdır. Həmçinin işə əlavə olunmuş əmək müqaviləsi işəgötürən tərəfindən təsdiq olunsa belə, işin halları, araşdırmanın obyektiv aparılması üçün müqavilənin əsli əsasında tədqiqat aparılmasını tələb edirdi.
58. Bundan başqa, X* məhkəməyə ünvanladığı yazılı izahata sübut kimi istinad edilməsi də qanunauyğun olmamışdır. Belə ki, MPM-nin 62.*-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
59. Şahidin ifadəsi MPM-nin 83 və 84-cü maddələrinə uyğun alındıqda da sübut kimi tədqiq oluna bilər. Qanunvericilikdə şahidin dindirilməsi üçün xüsusi qaydalar müəyyən olunmuşdu r (MPM-nin *95 və *96-cı maddələri). Yalnız prosessual qaydalara uyğun alınmış ifadə sübut kimi qəbul oluna və həmin məlumatlata istinad oluna bilər. Lakin apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi X* yazılı izahatı bu qaydalarla əldə edilməmişdir. Ümumiyyətlə həmin izahatda olan imza notariat qaydada təsdiq edilməmişdir. Məhkəmənin X* həqiqətən də Mədəniyyət Nazirliyi X5 İdarəsində əvvəllər mühasib işləməsi barədə nəticəyə nəyin əsasında (əmək müqaviləsi, işə qəbul əmri) gəldiyi də əsaslandırılmayıb.
60. Məhkəmənin bu araşdırması Azərbaycan Respublikası MPM-nin *4-cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.
61. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *8.03.20*9-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
62. Bundan əlavə, apellyasiya instansiyası məhkəməsi, iddiaçının onunla *5 sentyabr 202*-ci il tarixdən *7 aprel 2022-ci il müddətinədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* №-li əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən qanunsuz xitam verilməsi barədə dəlillərinə münasibət bildirəndə qeyd edib ki, əmək müqaviləsi elektron informasiya sistemində 7 ay, *7 aprel 2022-ci il tar ixədək uzadılmasının qeydiyyata alınmasına baxmayaraq, iddiaçının *7 aprel 202*-ci ildə 65 yaşı tamam olmaqla çalışmanın yaş həddinə çatdığından iddiaçı ilə 2* oktyabr 202*-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndinə əsasən əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilməsi barədə mübahisələndirilən əmr qanuni və əsaslı olmuşdur.
63. Məhkəmənin bu əsaslandırması ziddiyyətlidir. Çünki, iddiaçı ilə əmək müqaviləsinə əmək müqaviləsi müddətinin bitməsi (Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b) bəndi) əsası ilə xitam verilmişdir. Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması isə, əmək müqaviləsinə xitam verilməsi üçün müstəqil əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bə ndində müəyyən edilmişdir.
64. Bundan başqa, cavabdeh iddia tələbinə qarşı izahatında bildirmişdir ki, iddiaçının 65 yaşı tamam olduqdan sonrakı gedişat yuxarı orqan olan Mədəniyyət Nazirliyinin razılığından asılıdır, həmin razılıq isə məhkəməyə tədim etdiyi sənədlərdən də göründüyü kimi, Mədəniyyət Nazirliyi tərəfindən verilməmişdir.
65. Lakin işin hallarından görünür ki, cavabdeh *5.*0.202*-ci il tarixli 242 saylı məktubla Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə müraciət edərək, iddiaçının 65 yaşı *7 aprel 202*-ci ildə tamam olduğuna görə, *7 oktyabr 202*-ci ildən onunla yeni əmək müqaviləsi bağlanmasına münasibət bildirilməsini xahiş edib. Mədəniyyət Nazirliyi cavabdehə 25.*0.202*-ci il tarixli məktubla cavab verərək, iddiaçı ilə əmək müqaviləsinin uzadılmasının məqsədəuyğun sayı lmadığını bildirib. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən cavabdeh Mədəniyyət Nazirliyinin cavabını gözləyirdi və Mədəniyyət Nazirliyinin 25.*0.202*-ci il tarixli cavab məktubu cavabdeh X5 İdarəsinə 02.**.202*-ci ildə daxil olmuşdur. İddiaçı ilə əmək müqaviləsinə isə artıq həmin cavab gələnədək – 2*.*0.202*-ci ildə xitam verilmişdi.
66. Yəni, cavabdehin iddiaçı ilə əmək müqaviləsinə, əmək müqaviləsi müddətinin bitməsi əsası ilə xitam verdiyi mübahisəsizdir.
67. Əmək Məcəlləsinin 76-cı maddəsinin birinci hissəsinin imperativ tələbinə görə, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
68. Göründüyü kimi məhkəmənin iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə sini həm də onun dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin çalışmanın yaş həddinə çatması ilə əsaslandırması həm işin hallarına, həm də qanuna (Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə) ziddir.
69. Cavabdehin iddiaçı ilə sonuncu əmək müqaviləsini bir ay müddətinə bağlanmasını təsdiq etmək üçün irəli sürdüyü dəlillərdən biri ondan ibarətdir ki, «İddiaçı ilə müqavilənin * ay kimi qısa müddətə uzadılmasına səbəb, nazirlikdən rəsmi cavab məktubunun gözlənilməsi olmuşdur. Bu rəsmi cavabı 6-7 ay gözləmək isə heç bir məntiqə sığmır.... Göründüyü kimi iddiaçının müqaviləsinin * aylıq müddətinə uzadılmasına səbəb onun həmin ərəfədə bu vəzifəyə təyin olunmağı və nazirlikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi olmuşdur».
70. Lakin iddiaçının bu dəlili də işin halları baxımından ziddiyyətlidir. Belə ki, Nazirlikdən rəsmi cavab məktubunun alınması üçün vaxtın gözlənilməsi məqsədi ilə iddiaçı ilə əmək müqaviləsi müddəti bir ay müəyyən etdiyi halda, cavabdeh iddiaçı ilə əmək müqaviləsinin bağlanmasına münasibət bildirmək üçün Mədəniyyət Nazirliyinə *5.*0.202*-ci il tarixli məktubla, yəni əmək müqaviləsi bağlandığı bir ayın tamamında müraciət etmişdir.
71. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
72. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. ç)Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
73. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə* apellyasiya şikayətini müdafiə etdiyini qeyd etmiş və bildirmişdir ki, iddiaçı onun bacısıdır. İddiaçı ilə X5 İdarəsi arasında *5 sentyabr 202*-ci il tarixində sonuncu əmək müqaviləsi 7 ay müddətinə bağlanılmış, müqavilənin müddəti *7 aprel 2022-ci ilədək müəyyən edilmişdir. Həmin vaxt əmək müqaviləsi 2 nüsxədə tərtib olunmuş, həmin nüsxələrdən biri doldurulmaqla tərtib edilmiş, digərin də isə müqavilənin tarixi kimi məlumatlar boş buraxılmışdır. İddiaçı hər iki nüsxəni imzalamışdır. Onda olan əmək müqaviləsi nüsxəsində müqavilənin *7 aprel 2022-ci ilədək olması qeyd edilmişdir. Digər nüsxə isə sonradan saxtalaşdırılaraq müqavilənin *7 oktyabr 202*-ci ilədək bağlanıldığı qeyd edilmişdir. Lakin hazırda iddiaçıya verilmiş *7 aprel 2022-ci ilədək nəzərdə tutulmuş əmək müqaviləsi iddiaçıda deyil və həmin müqavilə idarənin rəisi Nümayəndə2 tərəfindən cırılmışdır. Həmçinin, iddiaçının əmək kitabçasının üzərində düzəlişlər edilməklə saxtakarlığa yol verilmişdir. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Eyni zamanda bildirdi ki, həqiqətən də Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində aşkar edilmiş faktlarla bağlı Ağcabədi Rayon Prokuro rluğunda cinayət işi açılmışdır. O əmindir ki, həmin cinayət işi üzrə araşdırmanın yekununda iddiaçının hər hansı bir təqsirinin olmaması öz təsdiqini tapacaqdır. Həmin cinayət işi üzrə araşdırma zamanı cavabdeh idarənin müdiri Nümayəndə2 və həmin idarənin əməkdaşlarının yol verdikləri saxtakarlıqlarla bağlı da müvafiq sənədlər təqdim ediləcək və inanır ki, cavabdeh idarənin işində yol verilmiş nöqsanlara görə onların təqsiri sübut olunacaqdır.
74. Apellyasiya məhkəməsinin *2 iyul 2023-cü il tarixli iclasında iştirak edən iddiaçının vəkili Nümayəndə3 çıxış edərək bildirmişdir ki, iddiaçı ilə bağlanılmış əmək müqaviləsi və onun əmək kitabçası saxtalaşdırılmışdır. Əslində iddiaçı ilə cavabdeh arasındakı sonuncu əmək müqaviləsinə əsasən iddiaçı *7 aprel 2022-ci ilədək işləməli idi. O, apellya siya şikayətinin təmin edilməsini xahiş etmişdir.
75. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, iddiaçının əmək müqaviləsinə xitam verilməsi tam qanuni şəkildə olmuşdur. Belə ki, *5 sentyabr 202*-ci il tarixində bağlanılmış əmək müqaviləsində müqavilənin bitmə tarixi kimi *7 oktyabr 202*-ci olaraq qeyd edilmişdir. Bu halı təsdiq etmək üçün həmin əmək müqaviləsinin əslini də təqdim etmişdir. Həmçinin qeyd etdi ki, iddiaçı dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın son yaş həddinə çatdıqdan sonra onunla əmək müqaviləsinin müddəti 2 dəfə uzadılmışdır. Bununla yanaşı bildirdi ki, iddiaçının hələ idarədə işlədiyi dövrdə mənimsəməyə və yeyintiyə yol verməsi faktı ilə bağlı Ağcabədi Ra yon Prokurorluğunda cinayət işi açılmışdır. Odur ki, o, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
76. Apellyasiya məhkəməsinin iclaslarında iştirak edən cavabdehin vəkili Vəkil2 apellyasiya şikayətinə etiraz etdiyini bildirmiş və onun təmin edilməməsini xahiş etmişdir.
77. Apellyasiya məhkəməsinin *2 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X** çıxış edərək bildirmişdir ki, o, 20*7-ci ilin aprel ayından X5 İdarəsində “Baş kargüzar” vəzifəsində çalışır. İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. O bildirmişdir ki, ağardıcının üzərindən qeyd edilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdur. Lakin ağardıcının altındakı ilkin yazı da “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” yazısı kimi onun tərəfindən icra olunmuşdur. Ağardıcı ilə düzəlişin hansı şəraitdə əmələ gəlməsinə dair hər hansı izah verə bilmir.
78. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *2 iyul 2023-cü il tarixli, 2(*06)-908/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə sənədlərin texniki ekspertizası təyin edilmiş, ekspert qarşısında İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin 2-ci sətrindəki “*7 oktyabr 202*-ci” və 3-cü sətrindəki “* (bir)” sözlərinin hər hansı bir dəyişikliyə, pozuntuya və ya düzəlişə məruz qalıbqalmamasına, əgər qeyd edilən yazılar dəyişikliyə, pozuntuya və ya düzəlişə məruz qalmışdırsa, onl arın əvvəlki məzmununun necə olmasına dair suallar qoyulmuş, əmək kitabçasının əsli ekspertin sərəncamına təqdim edilmişdir. 79. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022-ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir. Aparılmış tədqiqatın dəyəri 70 manat təşkil edir.
80. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X*7 (sədrlik edən və mər uzəçi), X*8 və X*2) 2(*06)-908/2023 saylı, 04.*0.2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır.
81. Kollegiya qeyd etmişdir ki, iş materialları ilə müəyyən olunur ki, xx xxxxx *956-cı il təvəllüdlü İddiaçı Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsində çalışmış, *5 sentyabr 202*-ci il tarixli, 93 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə əsasən *5 sentyabr 202*-ci il tarixdən onun əmək müqaviləsinin müddəti *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə uzadılaraq müqavilə bağlanmışdır. 20.09.202*-ci il tarixdə sistemə daxil edilmiş əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişində isə müddətli əmək müqaviləsin in qurtardığı tarix *7.04.2022-ci il kimi qeyd edilmişdir. Bundan sonra, 2*.*0.202*-ci il tarixli, *6* nömrəli əmrlə iddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən 2* oktyabr 202*-ci il tarixdən işdən azad edilmişdir. İddiaçı əmək kitabçasını 27.*0.202*-ci il tarixində kitaba imza etməklə təhvil almışdır.
82. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir.
83. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi göstərilmişdir.
84. Bu halda mübahisənin düzgün həlli (əmək müqaviləsinə xitam verilm əsi zamanı qanunun tələbinə əməl olunmasının yoxlanması) üçün ilk növbədə əmək müqaviləsi müddətinin müəyyən edilməsi zəruridir.
85. İşçinin işə qəbul olunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir.
86. İddiaçı tərəf əmək müqaviləsinin nüsxəsinin onda olmadığını bildirmiş, həmin nüsxənin cavabdeh idarənin rəisi Nümayəndə2 tərəfindən cırıldığını qeyd etmişdir. Cavabdeh idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində isə müqavilənin müddəti *5.09.202*-ci ildən *7.*0.202*-ci ilədək qeyd olunmuşdur. Lakin iddiaçı tərəf iddiaçı ilə *5.09.202*-ci ildə bağlanmış əmək müqaviləsində müqavilə müddətinin *7.04.2022-ci ilədək müəyyən edildiyini bildirmiş, qeyd etmişdir ki, əmək müqaviləsi 2 nüsxədə tərtib olunmuş, həmin nüsxələrdən biri doldurulmaqla tərtib edilmiş, digərində isə müqavi lənin tarixi kimi məlumatlar boş buraxılmışdır. İddiaçı hər iki nüsxəni imzalamışdır. İddiaçıya verilmiş, lakin sonradan idarənin rəisi tərəfindən cırılmış nüsxədə müqavilənin müddəti *7.04.2022-ci ilədək olmuş, digər nüsxə isə sonradan saxtalaşdırılaraq müqavilənin *7.*0.202*-ci ilədək bağlanıldığı qeyd edilmişdir. Cavabdeh tərəf isə bu dəlili rədd edərək müqavilənin *7.*0.202*-ci ilədək bağlandığını qeyd etmişdir.
87. İddiaçı öz mövqeyini əsaslandırmaq üçün sübut kimi onunla bağlanmış əmək müqaviləsi barədə mərkəzləşdirilmiş elektron informasiya sistemində əksini tapmış məlumatlara istinad etmiş, əmək müqaviləsi bildirişini təqdim etmişdir. Həqiqətən də, elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı qeyd olunmuşdur.
88. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5-*-ci hissəsinə əsasən, əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir.
89. Həmin Məcəllənin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müq aviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.
90. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 iyun 20*4-cü il tarixli, *83 nömrəli ilə qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 4.3.9-cu və 4.3.*0-cu bəndlərinə əsasən, “Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişi” elektron informasiya sisteminə daxil edilərkən gücləndirilmiş elektron imzaya əsasən başqa məlumatlarla yanaşı, əmək müqaviləsinin növü (müddətli və ya müddətsiz) və müddətli əmək müqaviləsinin qurtardığı tarix barədə məlumatlar da sistem tərəfindən avtomatik rejimdə müəyyən olunur və əmək müqaviləsi bildirişinə daxil edilir.
91. Göründüyü kimi əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar var. Həmin bildirişə daxil edilən məlumatlar işəgötürən tərəfindən əmək müqaviləsi əsasında tərtib olunur və elektron imza vasitəsilə təsdiq olunur.
92. İş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 20.09.202*-ci il tarixində sistemə daxil edilmişdir. İşdəki 20.09.202*-ci il tarixli və 0*.**.202*-ci il tarixli aktlardan isə göründüyü kimi, X5 İdarəsin in rəisi X*3 məxsus 00204630*572 seriyalı Elektron imza 20.09.202*-ci il tarixindən 0*.**.202*-ci il tarixədək Regional idarənin sabiq baş mühasibi X2 idarənin elektron imza ilə görüləcək işlərinin aparılması üçün verilmişdir. Namizəd Muxtarovun məhkəmə iclasında şahid qismində dindirilməsi baş tutmasa da, onun notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi alınmış, Namizəd Muxtarov X5 İdarəsinin rəisi Nümayəndə2 ilə Ağcabədi rayon Uşaq İncəsənət məktəbinin sabiq direktoru İddiaçı arasında imzalanmış əmək müqaviləsinin *5 sentyabr 202*-ci il tarixindən *7 oktyabr 202*-ci il tarixinə qədər olan müddəti əhatə etdiyini, bu müqavilənin bitmə tarixini elektron informasiya sisteminə texniki səhv olaraq 2022-ci ilin aprel ayı olaraq daxil etdiyini bildirmişdir. Namizəd Muxtarovun cavabdeh idarə də vəzifəyə təyin edilməsi və dövlət qulluğuna xitam verilməsinə dair 649-k saylı, 28.*2.20*6-cı il tarixli və 5**-k saylı, 0*.**.202*-ci il tarixli əmrlər iş materiallarına əlavə olunmuşdur.
93. Bundan başqa, iddiaçı əmək kitabçasında düzəlişlərin edilməsinə də istinad edərək, əmək kitabçasının əslini təqdim etmişdir. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, X8 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022-ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırı laraq indiki yazı icra edilmişdir.
94. Əmək Məcəlləsinin 87-ci maddəsinin *-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
95. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr *996-cı il tarixli, *86 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 3.2-ci bəndinə əsasən, işəgötürənlər tərəfindən əmək kitabçasında aşağıdakı qeydlər aparılır:... İşçinin işə götürülməsi, bir işdən başqa işə keçirilməsi və işdən azad edilməsi haqqında məlumat tarixi (gün, ay, il) göstərilməklə bu qeydləri aparmağa əsas verə n əmək müqaviləsinə, əmrə, sərəncama (tarixi və nömrəsi göstərilməklə, uyğun aparılır.
96. Həmin Qaydaların 3.5-ci bəndinə əsasən, işə qəbul, daimi başqa işə keçirmək barəsində səhv və qeyri-dəqiq yazılar aşkar edildikdə düzəliş işəgötürən tərəfindən aparılır.
97. Həmin Qaydaların 3.6-cı bəndinə əsasən, əmək kitabçasında və onun əlavə içliyində “İş haqqında məlumat” bölməsində qeydin dəyişdirilməsi zəruri olduqda, onda müvafiq sıra nömrəsi və qeydin yazılma tarixi göstərilməklə 3-cü qrafada belə yazılır: “......” nömrəli qeyd etibarsızdır”. 98. *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı da həmin düzəlişin cavabdehin işçisi kargüzar X** tərəfindən icra edildiyini bildirmişdir. Təkrar apellyasi ya baxışı zamanı şahid qismində dindirilmiş X** bildirmişdir ki, o, 20*7-ci ilin aprel ayından X5 İdarəsində “Baş kargüzar” vəzifəsində çalışır. İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. Ağardıcının üzərindən qeyd edilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdur. X4 cavabdeh idarədə işləməsi ilə bağlı X5 və Turizm İdarəsi üzrə 69 nömrəli, 05.04.20*7-ci il tarixli və *96 nömrəli, 3*.07.20*7-ci il tarixli əmrləri iş materiallarına əlavə olunmuşdur.
99. MPM-in 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.
100. MPM -in 89.3-cü maddəsinin tələbinə uyğun olaraq işin hallarının obyektiv araşdırılması üçün müqavilənin əsli əsasında tədqiqat aparılmışdır. *5 sentyabr 202*-ci il tarixində bağlanmış əmək müqaviləsinin (kontraktının) əslindən görünür ki, X5 İdarəsi ilə İddiaçı arasında bağlanmış həmin müqavilənin müddəti *5 sentyabr 202*-ci il tarixdən *7 oktyabr 202*-ci il tarixədək * (bir) ay müddətinə nəzərdə tutulmuşdur. Məhkəmə kollegiyası qanunvericilikdə nəzərdə tutulmuş əmək müqaviləsi bildirişindəki və əmək kitabçasındakı məlumatların doldurulmasının əmək müqaviləsinə uyğun aparılmalı olması ilə bağlı qaydanı nəzərə alaraq belə hesab edir ki, iddiaçı ilə bağlanmış *5.09.202*-ci il tarixli müddətli əmək müqaviləsinin tarixi həqiqətən də *7.*0.202*-ci ildə bitmişdir. Bu barədə elektron informasiya s isteminə daxil edilmiş əmək müqaviləsi bildirişində və əmək kitabçasında texniki səhvlərə yol verilməsi və ya düzəlişlərin edilməsi əmək müqaviləsində nəzərdə tutulmuş müddətin fərqli müəyyən edilməsini düşünmək üçün əsas vermir. Odur ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müddətin qurtarmasına görə xitam verilməsi qanuni və düzgün olmuşdur. Ona görə də X5 İdarəsinin 2* oktyabr 202*-ci il tarixli, *6* saylı əmrinin ləğv edilməsi üçün hər hansı əsas müəyyən edilmir və birinci instansiya məhkəməsi həmin hissədə iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
101. İddia tələbinin iddiaçının Ağcabədi şəhər Ü.Hacıbəyli adına Uşaq İncəsənət məktəbinin direktoru vəzifəsinə bərpa edilməsi və 2*.*0.202*-ci ildən əvvəlki vəzifəsinə bərpa ed iləcəyi günədək məcburi işburaxma müddəti üçün əmək haqqının ştat cədvəlinə uyğun olaraq cavabdehdən tutularaq ona ödənilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası bildirir ki, həmin hissələrdə tələb bilavasitə 2*.*0.202*-ci il tarixli, *6* saylı əmrin ləğv edilməsi ilə bağlı olduğundan, həmin əmrin ləğv edilməsinə dair hissədə isə tələb təmin edilmədiyindən, birinci instansiya məhkəməsi işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi ilə bağlı hissələrdə də iddia tələbini rədd etməkdə haqlı olmuşdur.
102. Bundan başqa, iddiaçı işdən azad olunması nəticəsində vurulmuş mənəvi ziyana görə *00000 manatın cavabdehdən tutularaq bərabər nisbətdə bölünməklə X28 və “Yaşat” Fonduna köçürülməsini tələb etmişdir.
103. Əmək Məcəlləsinin 290-cı maddəsinin 3-cü hissəsinə əsasən, işə götürən əmək münasibətləri prosesində işçiyə vurduğu mənəvi ziyana görə maddi məsuliyyət daşıyır. Mənəvi ziyan vurulduğunu iddia edən işçi həmin ziyana görə iddiasının məbləğini ərizəsində göstərməlidir. İşçiyə dəyən mənəvi ziyanın pul hesabı ilə məbləği onun ərizəsi əsasında vurulan mənəvi ziyanın ictimai təhlükəlilik dərəcəsinə, işçinin və işəgötürənin şəxsiyyətinə, işin faktik hallarına və ədalətli qərar qəbul edilməsi üçün zəruri olan digər obyektiv hallara uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir.
104. Əmək Məcəlləsinin 290-cı maddəsinin “Qeyd” hissəsinə əsasən, bu maddənin üçüncü hissəsində işçiyə vurulmuş mənəvi ziyan dedikdə, işəgötürən və ya onun tabeçiliyində olan vəzifəli şəxs tərəfindən hər hansı üsulla işçinin şərəf və ləyaqətinin ləkələnməsi, alçaldılması, ona böhtan at ılması, şəxsiyyətinin təhqir edilməsi, kollektiv arasında gözdən salınması məqsədi ilə barəsində həqiqətə uyğun olmayan, yalan məlumatlar yayması, habelə mənəviyyatına, əxlaq normalarına, milli qürur hissinə, etiqadına zidd olan digər əməllər və hərəkətlər başa düşülməlidir.
105. İddiaçı həmin hissədə tələbini əsaslandırarkən bildirmişdir ki, 24 ildən çox məktəbin direktoru vəzifəsində qüsursuz çalışmaqla kollektivdə və ictimaiyyətdə nüfuz qazanmış, rəhbərlik etdiyi kollektiv üzvləri dəfələrlə respublika və beynəlxalq müsabiqələrdə laureat adı almış, Mədəniyyət nazirinin əmri ilə 20*5-ci ildə “Fəxri mədəniyyət işçisi” adına layiq görülmüş, 20*8-ci ildə Prezidentin Fərmanı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adı və medalı ilə təltif edildiyi halda, bu cür saxta və qeyri-etik qaydada işdən azad olunması ciddi iztirab keçirməsinə, işgüzar nüfuzuna və ləyaqətinə ağır zərbə olmuşdur.
106. Məhkəmə kollegiyası bildirmişdir ki, iddiaçının işdən azad olunması Əmək Məcəlləsinin tələblərinə uyğun həyata keçirildiyindən, cavabdeh tərəfindən ona hər hansı mənəvi ziyanın vurulması ağlabatan deyil. Belə ki, iddiaçının işdən azad olunması ilə bağlı cavabdehin qanunsuzluğa yol verməsi müəyyən edilmir. Odur ki, birinci instansiya məhkəməsi iddia tələbinin mənəvi ziyana dair hissəsində də iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
107. İddiaçı həm də ona məxsus əmək kitabçasına, X5 İdarəsinə məxsus əmr kitabına müdaxilə və pozuntular, *5.09.202*-ci ildən 2*.*0.202*-ci ilədək * ay müddəti olan saxta müqavilə, bu müqavilədə iddiaçının imzası ilə onun tərtib olunması arasındakı müddə t fərqi və digər sənəd saxtakarlıqlarının Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.*, 3*3 və 320-ci maddələrinin təsiri altına düşdüyü üçün xüsusi qərardad çıxarılmasını xahiş etsə də, məhkəmə kollegiyası bildirir ki, həmin hissədə də tələb təmin edilə bilməz. Belə ki, hazırkı iş materiallarında olan Ağcabədi Rayon Prokurorluğunun 22 iyul 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərarından görünür ki, Üzeyir Hacıbəyli adına Ağcabədi şəhər Uşaq İncəsənət məktəbində törədilmiş cinayət xarakterli hüquqpozmalara dair rayon prokurorluğunda araşdırma aparılaraq fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin *79.3.2-ci maddəsi ilə 2302360** nömrəli cinayət işi başlanmışdır. Məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyd etdiyi xüsusatların həmin cinayət işi üzrə araşdırılması mümkün olduğundan hazırda həmin hallarla bağlı xüsusi qərardadın çıxarılmasına zərurət yoxdur.
108. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarının müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Odur ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
109. Kollegiya öz mövqeyini əsaslandırarkən 43, 44, 68, 87, 290, MPM-in *4.2, 77.*ci maddələrinə istinad etmişdir. Kassa siya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
110. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(*06)-908/2023 saylı, 04.*0.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkil Nümayəndə3) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
111. Kassator kassasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, məhkəmə tərəfindən sübutlara düzgün qiymət verilməmişdir. Belə ki, iş üzrə keçirilmiş iki ekspertiza rəyində də baş vermiş qanunsuzluq halları öz təsdiqini tapsa da, Şirvan Apellyasiya Məhkəməsi sübut qismində müəyyən edilmiş ekspert rəylərinə düzgün hüquqi qiymət verməmiş, qərəzli qətnamə qət etmişdir. Şahid ifadələrindən və təqdim olunan sənədlərdən də aydın olur ki, əmək müqaviləsinə əsassız və qanunsuz müdaxilə olunmuş, sənəd saxtalaşdırılması baş vermişdir. Lakin məhkəmə Əmək Məcəlləsinin müvafiq maddələrinə istinad etməklə kifayətlənərək iş üzrə əlaqələndirə bilməmiş, işin hallarını nəzərə alaraq əsaslı və qanuni qətnamə qət etməmişdir. Qəbul edilmiş qətnamə formal xarakter daşıyır, mıəhkəmənin gəldiyi nəticə qətnamənin təsviri-əsaslandırıcı hissəsinə, o cümlədən, iş üzrə toplanmış sübutlara və inkar edilməsi mümkün olmayan faktlara uyğun gəlmir. Maddi hüquq normaları düzgün tətbiq olunmamışdır.
112. Kassator daha sonra bildirmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin *2- ci maddəsi işəgötürənin əsas vəzifələri və məsuliyyətini özündə ehtiva edir. Əmək münasibətləri sahəsində işəgötürənin vəzifələrindən biri də, bu Məcəllənin və əmək qa nunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdir. Belə ki, İddiaçı Cavabdeh 25 il müddətinə direktor vəzifəsində çalışmış və peşə fəaliyyəti müddətində heç bir nöqsana yol verməmişdir. Lakin, *5 sentyabr 202*-ci ildən-*7 aprel 2022-ci ilədək bağlanmış əmək müqaviləsinə 2* oktyabr 202*-ci il tarixli *6* nömrəli əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”bəndinə əsasən-əmək müqaviləsinin müddətinin bitməsi səbəbiylə xitam verilmişdir. Nəzərə alsanız ki, İddiaçı 20*8-ci il tarixində Prezident tərəfindən “Əməkdar Mədəniyyət işçisi” fəxri adı ilə təltif edilmişdir. Azərbaycan Respublikası fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin *999-cu il *4 may tarixli fərmanına əsasən, “Əməkdar mədəniyyət işçisi” fəxri adı mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turistekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyəti darələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilir. İddiaçı əmək fəaliyyəti müddətində peşəkarlıq göstəriciləri layiqincə qiymətləndirilməyərək, onunla bağlanmış olan müqavilə saxtalaşdırılaraq,65 yaşına çatmasını əsas göstərərək xitam verilmişdir. Nəzərə alsanız ki, Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddinə çatmış işçinin çalışma müddətinin 5 ildən artıq uzadıl masına yol verən elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında xüsusi xidmətlərin meyarlarının təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.20**-ci il tarixli qərarına, çalışma müddətinin uzadılmasına dair meyarlardan biri də məhz, Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmədir. Nəticədə, qanunvericiliyin normaları və tələbləri işəgötürən tərəfindən nəzərə alınmayaraq, İddiaçı 70 yaşına qədər olan müddətdə icra edə biləcəyi fəaliyyətinə qəsdən son verilərək, Əmək Məcəlləsinin *2-ci maddəsinin“b” bəndinin pozuntusunun tərkibi işə götürən tərəfindən yaradılmışdır. Hətta, Xocavənd Rayon Məhkəməsi tərəfindən *7 avqust 2022- ci il tarixli qətnamə çıxarılmış, İddiaçı “işdən azad olunma barədə əmrin ləğvi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, sənədlərin saxtalaşdırılması əsası ilə mənəvi ziyana görə təzminat” tələbinə dair iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə iddianı təmin etməmə səbəbini onunla açıqlamışdır ki, əmək hüquq nəzəriyyəsinə əsasən, dövlət büdcəsində nmaliyyələşən müəssisədə əmək müqaviləsi iləçalışan 65 yaşa çatmış işçinin çalışma müddətinin uzadılması müvafiq sahə üzrə mərkəzi icra hakimiyyətinin orqanının rəhbəri və nizamnaməsinə uyğun olaraq, rəhbərlik edən müvafiq şəxsin hüququdur, vəzifəsi deyildir. Görünən odur ki, Məhkəmə Əmək Məcəlləsinin *2-ci maddəsinin tələblərinə lazımi diqqəti yetirməyərək, İddiaçı əməkdar mədəniyyət işçi olması faktına isə heç bir münasibət bildirməmişdir. AR ƏM-nin *95-ci maddəsi a) əmək müqaviləsinə qanunsuz və əsassız xitam verilmə si nəticəsində məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olduqda; Göründüyü kimi iddiaçıya maddi –mənəvi zərər dəymişdir. b) əmək mübahisələrinin həlli zamanı işçiyə dəyən maddi və ya mənəvi ziyanın məbləği məhkəmənin qətnaməsi (qərarı) ilə müəyyən edildikdə; vurulmuş zərərin hesablanması qaydaları müəyyən edilmişdir. Apellyasiya məhkəməsinin *2 iyul 2023-cü il tarixli iclasında şahid qismində dindirilmiş X** çıxış edərək bildirmişdir ki, o, 20*7-ci ilin aprel ayından X5 İdarəsində “Baş kargüzar” vəzifəsində çalışır. İddiaçı məxsus İT-İ 040**66 seriya nömrəli əmək kitabçasının 56-57-ci səhifələrində olan saxtalaşdırıldığı iddia edilən əmək müqaviləsinin *7 oktyabr 202*-ci il tarixədək olmasına dair qeyd onun tərəfindən icra edilmişdir. O bildirdi ki, ağardıcının üzərindən qeyd ed ilmiş “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” sözləri də onun tərəfindən icra olunmuşdur. Lakin ağardıcının altındakı ilkin yazı da “*7 oktyabr 202*-ci il” və “* (bir) ay” yazısı kimi onun tərəfindən icra olunmuşdur. Ağardıcı ilə düzəlişin hansı şəraitdə əmələ gəlməsinə dair hər hansı izah verə bilmir.
2. Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınması barədə * iş günündən gec olmayaraq sistem vasitəsilə işəgötürənə elektron qaydada məlumatgöndərilir.49-cu maddənin tələbinə əsasən, elektron qaydada bağlanmış əmək müqaviləsi barəsində ən geci * gün müddətində işəgötürənə məlumat verilməlidir. Nəzərə alsanız ki, həmin müddətə, yəni*5.09.202*-ci ildən-*7.04.2022-ci ilədək qüvvədə olacaq əmək müqaviləsi il ə işəgötürən biləvasitə tanış olmuşdur, lakin həmin müqavilənin saxtalaşdırılaraq * aya endirilməsi ilə bağlı nümayəndəsi olduğum İddiaçı xəbəri olmamışdır. Əmək Məcəlləsinin 45-ci maddəsinin tələbinə görə, əmək müqaviləsi müddətli və müddətsiz bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Halbuki, İddiaçı ilə işəgötürən arasında 7 aylıq müqavilə bağlanmasına baxmayaraq, işəgötürən guya iddia edir ki bağlanmış əmək müqaviləi 7 ayı əhatə etmir və bu əməkdaşın elektron portalda buraxdığı səhv nəticəsində baş vermişdir. Lakin, *5.09.202*-*7.04.2022-ci ilədək qüvvədə olacaq əmək müqaviləsinin portala daxil olmasə ilə əlaqədar *5.09.202*-ci il tarixli 93 nömrəli əmr vardır. Məlum olduğu kimi, işəgötürən əvvəlcə İddiaçı ilə müddətli əmək müqaviləsini qarşılıqlı razılığa əsasən bağlasa da, daha sonra qanuna zidd olaraq əmək müqaviləsinin xitamına tək tərəfli iradə ifadəsi bildirərək, İddiaçı 65 yaşına çatmadan işdən azad etmişdir. Azərbaycan Respublikası konstitusiyasının *27-ci maddəsinin İİ-ci hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ-ci maddəsinə əsasən məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Lakin hazırki qətnamədən məlumolur hakim bu prinsiplərdən uzaq bir qiymətləndirmə aparmaqla əsassız qətnamə qəbul etmişdir. Belə ki, müqavilənin saxtalaşdırılması ilə əlaqədar olaraq, heç bir ekspertiza keçirilməmiş, faktiki olaraq dövlət hesabına maliyyələşən icra orqanının gəldiyi hüquqi nəticələrlə razılaşılmış və məhkəmə pozunt unun həmin orqan tərəfindən törədilməsini dolayı yollarla təsdiq etmişdir. Beləliklə, iş üzrə ekspertiza təyin olunmalı və kimin tərəfindən bu əməlin törədilməsinə münasibət bildirilməlidir. Eyni zamanda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Prokurora məlumat verilməsi vəzifəsinin icrasından yayınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
113. Maddə 35 (2-ci hissə). Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. 114.
115. Maddə 35 (4-cü hissə). Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
116. Maddə 9 (bənd “b”). Əmək müqaviləsi üzrə işçinin əsas hüquqlarından biri əmək mü qaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etməkdir.
117. Maddə *0-*.*. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir.
118. Maddə *0-*.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər.Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir.
119. Maddə *0-*.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun *0-*.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artı q uzadıla bilər.
120. Maddə *2 (birinci hissə) Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır:... c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq;
121. Maddə 43, 2-ci hissəsinin “d” bəndi; əmək müqaviləsində mütləq əmək müqaviləsinin müddəti göstərilməlidir.
122. Maddə 44 (*-ci hissə). Əmək müqaviləsi yazılı formada bağlanır.
123. Maddə 44 (3-cü hissə) Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
124. Maddə 45. (4-cü hissə). Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyə n edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
125. Maddə 47. (bənd “f”). Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlana bilər.
126. Maddə 68 (*-ci hissə)Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
127. Maddə 68 (2-ci hissə, bənd “b”). əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə xitam verilə bilər.
128. Maddə 70 (bənd “e”). Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir.
129. Maddə 7* (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin lə ğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
130. Maddə 73. müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir.Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
131. Maddə
76. İşəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqa viləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz.
132. Maddə 87 (*-ci hissə). İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
133. Maddə
288. Əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi zamanı yaranan fərdi əmək mübahisələrin həlli Əmək Məcəlləsi ilə nizama salınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
134. Maddə *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
135. Maddə 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hal ları sübut etməlidir.
136. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
137. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
138. Maddə 4*6.*. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır.
139. Maddə 4*6.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 4*8.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
140. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiym ətləndirilməməlidir.
141. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
142. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına yol verildiyindən, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin iş üzrə qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına göndərilməlidir.
143. Belə ki, işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişlərindən biri tədqiqatın əmək müqaviləsinin əsli əsasında aparılmalı olduğu ilə əlaqədar olmuşdur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işçinin işə qəbul o lunduğu müddəti müəyyən edən əsas sənəd əmək müqaviləsidir. İddiaçı tərəf əmək müqaviləsinin nüsxəsinin onda olmadığını bildirmiş, həmin nüsxənin cavabdeh idarənin rəisi Nümayəndə2 tərəfindən cırıldığını qeyd etmişdir. Cavabdeh idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində isə müqavilənin müddəti *5.09.202*-ci ildən *7.*0.202*-ci ilədək qeyd olunmuşdur. Lakin iddiaçı tərəf iddiaçı ilə *5.09.202*-ci ildə bağlanmış əmək müqaviləsində müqavilə müddətinin *7.04.2022-ci ilədək müəyyən edildiyini bildirmiş, qeyd etmişdir ki, əmək müqaviləsi 2 nüsxədə tərtib olunmuş, həmin nüsxələrdən biri doldurulmaqla tərtib edilmiş, digərində isə müqavilənin tarixi kimi məlumatlar boş buraxılmışdır. İddiaçı hər iki nüsxəni imzalamışdır. İddiaçıya verilmiş, lakin sonradan idarənin rəisi tərəfindən cırılmış nüsxədə müqavilənin müddəti *7.04.2022-ci ilədək olmuş, digər nüsxə isə sonradan saxtalaşdırılaraq müqavilənin *7.*0.202*-ci ilədək bağlanıldığı qeyd edilmişdir. Cavabdeh tərəf isə bu dəlili rədd edərək müqavilənin *7.*0.202*-ci ilədək bağlandığını qeyd etmişdir.
144. Kassasiya kollegiyası qeyd edir ki, cavabdeh idarənin təqdim etdiyi əmək müqaviləsinin əslində müqavilənin hansı müddətə bağlandığı və neçə il (ay) müddətinə bağlandığının qeyd edildiyi hissələrdə də düzəlişlər edilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən həmin düzəlişlərin edilməsi səbəbi lazımi şəkildə araşdırılaraq hüquqi qiymət verilməmişdir.
145. Eləcə də apellyasiya instansiyası məhkəməsi, həqiqətən də, elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2 022-ci ilədək bağlandığı qeyd olunduğunu, əmək müqaviləsi bildirişinə daxil edilmiş məlumatların həqiqiliyinə kifayət qədər hüquqi təminatlar olduğunu, həmin bildirişə daxil edilən məlumatların işəgötürən tərəfindən əmək müqaviləsi əsasında tərtib olunduğu və elektron imza vasitəsilə təsdiq olunduğunu qeyd etmişdir.İşə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibiniun göstərişlərindən biri də bu barədə olmuşdur.Lakin apelyasiya instansiyası məhkəməsi həmin məlumatların həqiqiliyini qəbul etməmiş və bunu onunla əsaslandırmışdır ki, iş materiallarından görünür ki, iddiaçının əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişi 20.09.202*-ci il tarixində sistemə daxil edilmişdir. İşdəki 20.09.202*-ci il tarixli və 0*.**.202*-ci il tarixli aktlardan isə göründüyü kimi, X5 İdarəsinin rəisi X*3 məxsus 00204630*572 seriyalı Elektron imza 20.09.202*-ci il tarixindən 0*.**.202*-ci il tarixədək Regional idarənin sabiq baş mühasibi X2 idarənin elektron imza ilə görüləcək işlərinin aparılması üçün verilmişdir. Namizəd Muxtarovun məhkəmə iclasında şahid qismində dindirilməsi baş tutmasa da, onun notarial qaydada təsdiq edilmiş yazılı ərizəsi alınmış, Namizəd Muxtarov X5 İdarəsinin rəisi Nümayəndə2 ilə Ağcabədi rayon Uşaq İncəsənət məktəbinin sabiq direktoru İddiaçı arasında imzalanmış əmək müqaviləsinin *5 sentyabr 202*-ci il tarixindən *7 oktyabr 202*-ci il tarixinə qədər olan müddəti əhatə etdiyini, bu müqavilənin bitmə tarixini elektron informasiya sisteminə texniki səhv olaraq 2022-ci ilin aprel ayı olaraq daxil etdiyini bildirmişdir.
146. Məhkəmə kollegiy ası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi elektron informasiya sistemində iddiaçı ilə *5.09.202*-ci il tarixli əmək müqaviləsinin *7.04.2022-ci ilədək bağlandığı barədə qeydin həqiqi olmamasına dair qənaətini kifayət qədər əsaslandıra bilməmişdir. X* məhkəməyə ünvanladığı yazılı izahata sübut kimi istinad edilməsi də qanunauyğun olmamışdır. Belə ki, MPM-nin 62.*-ci maddəsinə görə məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər.
147. Şahidin ifadəsi məhkəmə tapşırığının icrası qaydasına (MPM-in 84-cü maddəsi), sübutların təmin edilməsi qaydasına (MPM 85-87-ci maddələr) uyğun alındıqda da sübut kimi tədqiq oluna bilər. Qanunvericilikdə şahidin dindirilməsi üçün xüsusi qaydalar müəyyən olunmuşdur (MPM-nin *95 və *96-cı maddələri). Yalnız prosessual qaydalara uyğun alınmış ifadə sübut kimi qəbul oluna və həmin məlumatlata istinad oluna bilər. Lakin apelyasiya instansiyası məhkəməsinin istinad etdiyi X* yazılı izahatı bu qaydalarla əldə edilməmişdir.
148. İşə əvvəllər kassasiya qaydasında baxmış məhkəmə tərkibinin biri də onunla əlaqədar olmuşdur ki, iddiaçının əmək kitabçasında düzəliş edilmişdir. İddiaçı həmin düzəlişin də işəgötürənin işçisi – kargüzar X** tərəfindən icra edildiyini bildirmişdir. İddiaçı bunu təsdiq edən sübut kimi Əmək Müfəttişliyinin ona ünvanladığı **.0*.2022-ci il tarixli məktubunu təqdim etmişdir (səh *8). Həmin məktubda göstərilir ki, X** izahatında iddiaçının əmək kitabçasına düzəliş etdiyini bildirmişdir. Göründüyü kimi iddiaçının əmək kitabçasında da əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən pozuntu ilə dəyişdirilmişdir.
149. İş apelyasiya instansiyası məhkəməsi tərəfindən təkrar baxılarkən müvafiq ekspertiza təyin edilməklə alınmış *0 avqust 2023-cü il tarixli, 5/*027 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X8 adına İT-İ 040**66 nömrəli əmək kitabçasının 56-57-ci səhifələrinin ikinci sətrindəki “*7 oktyabr 202*-ci” yazısının yerində əvvəlcə “*7 aprel 2022-ci” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir, “* (bir)” yazısının yerində əvvəlcə “7 (yeddi)” yazısı olub, sonradan üzərinə ağardıcı boya çəkilərək və əlavə cizgiləri artırılaraq indiki yazı icra edilmişdir.
150. Təkrar apelyasiya baxışı zamanı şahid qismində ifadəsi alınmış X** ağardıcı bo ya üzərindəki xəttin ona aid olduğunu, ağardıcıdan isə məlumatı olmadığını bildirməklə düzəlişin səbəbinə aydınlıq gətirməmişdir.
151. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi tərəfindən işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri tam icra edilməmiş, apelyasiya instansiyası məhkəməsinin araşdırması Azərbaycan Respublikası MPM-nin *4cü maddəsində əksini tapmış işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.
152. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin *8.03.20*9-cu il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə iş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir.
153. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərkibinin göstərişləri tam icra edilmədən və işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
154. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
155. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən şərh olunan nöqsanlar aradan qaldırılmaqla bərabər, işə əvvəl kassasiya qaydasında baxmış məhkəmə tərklibinin göstərişləri də nəzərə almalı, maddi və prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Eləcə də apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılaraq müvafiq məhkəmə aktı qəbul edilərkən iddiaçı ilə əmək müqaviləsin in *7 aprel 2022-ci il tarixədək bağlanmasının müəyyən ediləcəyi təqdirdə həmin müddətin başa çatması məsələsini də araşdıraraq mübahisəyə hüquqi qiymət verməlidir.
156. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4*6, 4*7 və 4*9-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2023-cü il tarixli 2(*06)-908/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş yenidən baxılmaq üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.