Məhkəmə qərarları › İş №2(102)-2200/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2200/2020

01.07.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2200/2020 01.07.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, X12 və X13 ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı və vəkili X2 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qubadlı Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (V.Y.Ruvinov, iş № 2(028)-156/2019) İddiaçı X7 və üçüncü şəxs “xxxx” QSC-yə qarşı maddi zərərin əvəzi kimi 13.949 ABŞ dolları mə bləğində pulun Azərbaycan manatına olan məzənnəsi ilə onun xeyrinə ödənilməsi tələbinə dair iddiası və X4 İddiaçı Cavabdeh qarşı pul tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən və məruzəçi: T.O.Quliyev, G.F.Tağızadə, E.G.Rəhimov, iş № 2(105)3359/2019)İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə ilkin iddiaçıya münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən ilkin iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı məxsus olmaqla, onun “xxxx” ASC qarşısında öhdəliklərinin t əminatı kimi bankın xeyrinə yüklü edilmişdir. İddiaçı xx xxxxxx 2011-ci il tarixdə daşınar əmlaklarına dair sərəncam vermək hüququ da daxil olmaqla, həmin əmlakları idarə etməyi Cavabdeh etibar etmiş, həmin etibarnamədə qeyd edilən səlahiyyətlərin başqa şəxslərə verilməsi imkanı nəzərdə tutulmuş və etibarnamə 50 il müddətinə verilmişdir. Cavabdeh xx xxxxxx 2011-ci il tarixdə X5 yuxarıda qeyd edilən etibarnamə əsasında İddiaçı məxsus “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etməyi etibar etmişdir. xx xxxxxx 2012-ci il tarixdə X7 “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə həmin avtomobilə zərər dəymişdir. Bakı Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2014-cü il tarixli qət naməsi ilə İddiaçı “xxxx” ASC-nin xeyrinə 13.949 ABŞ dollarının ödəniş gününə manata olan məzənnəsi ilə tutulması və tutmanın İddiaçı məxsus “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılaraq banka olan borcun ödənilməsi qət edilmişdir. Cavabdeh verilmiş xx xxxxxx 2011-ci il tarixli etibarnamə İddiaçı tərəfindən xx xxxx 2016-cı il tarixdə ləğv edilmişdir. xx xxxxxx 2017-ci il tarixdə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə təq dim edərək, avtomobili yararsız vəziyyətə salındığından əmlakına dəymiş zərərin əvəzi kimi 13.949 ABŞ dollarının Azərbaycan manatına ödəniş gününə olan məzənnəsi ilə alınaraq X3 alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qiyabi qətnamə Qubadlı Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərardadı ilə X4 ərizəsi əsasında ləğv edilərək iş üzrə icraat təzələnmişdir. Bundan sonra, X1 Fərhad Rasim oğlu və Cavabdeh qarşı qarşı iddia qaldıraraq İddiaçı 4.800 manat, Cavabdeh 6.200 manat məbləğində pulun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş və qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, o, “Hyundai Elantra” markalı, ** HA *** dövlə t qeydiyyat nişanlı avtomobilə görə Cavabdeh 6.200 manat məbləğində pul vermişdir. Bundan əlavə İddiaçı “xxxx” ASC-də olan kredit öhdəliyi üzrə hər ay 400 manat olmaqla, 12 ay ərzində cəmi 4.800 manat ödəniş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə qarşı etirazlar və məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Kassator şikayətini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində olan avtomobilin cavabdehin təqsirli hərəkətləri nəticəsində yararsız vəziyyətə salınması, bununla da ona maddi ziyan vurulması təsdiqlənsə də, apellyasiya məhkəməsi mübahisəyə düzgün yanaşmamaqla, ziyanın əvəzinin tutulması barədə tələbi əsassız olaraq rədd etməklə qanunvericiliyin tələblərinə zidd olan qətnamə qəbul etmişdi r. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. Qarşılıqlı iddia tələbinin rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilməmiş, apellyasiya instansiyası məhkəməsi MPM-nin 372-ci maddəsinin tələblərinə uyğun olaraq, qətnamənin qanuni və əsaslı olmasını ilkin iddianın rədd edilməsi hissəsində yoxlamışdır. İlkin iddiaçının hazırki tələbinin əsasını əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozul muş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını poz an) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Sadalanan normaların tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, “Hyundai Elantra” markalı, ** HA *** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçının mülkiyyətində olmaqla, cavabdeh Tamerlan Səlimov xx xxxxxx 2012-ci il tarixdə həmin avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və həmin hadisə nəticəsində qeyd edilən avtomobil yararsız vəziyyətə düşmüşdür. Tamerlan Səlimov özü də qeyd edilən halları etiraf etməklə, qarşılıqlı iddia ərizəsində iddiaçıya məxsus avtomobillə qəza törətdiyini, avtomobilin yol polisləri tərəfindən cərimə meydançasına yerləşdirildiyi, avtomobilə dəyən zərərə görə kompensasiya almaq üçün sığorta şirkətinə müraciət etdiyini, lakin bundan imtina edildiyini, bundan sonra Cavabdeh ona sığorta ödənişi almağa kömək edəcəyini vəd etdiyini, lakin sonuncunun vədinə əməl etməməklə onu aldatdığını, ona görə də avtomobilin sonrakı taleyi ilə maraqlanmadığını göstərmişdir. İş materiallarına iddiaçıya məxsus avtomobilin qəzadan sonrakı vəziyyətini əks etdirən fotoşəkillər əlavə edilmişdir. Apellyasiya məhkəməsi işin müəyyən edilən həqiqi hallarına zərərin ödənilməsi əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından hüquqi qiymət verməli olduğu halda, əqdlərdə təmsilçiliyin əsaslarını müəyyən qanunvericilik normalarına istinad edərək, Cavabdeh iddiaçıya məxsus avtomobilə dair ona verilmiş etibarnamə əsasında Tamerlan Səlimova etibarnamə verərkən, bu barədə mülkiyyətçiyə məlumat vermədiyindən, bununla da X11 Məmmədov tərəfindən aldadılması və Tamerlan Səlimovun vicdanlı sahib olması müəyyən edildiyindən onun vurulan zərərə görə məsuliyyət daşımaması və buna görə də ilkin idd ianın rədd edilməsi hissəsində birinci instansiya məhkəməsinin əsassız və qanunsuz qətnaməsini dəyişdirilmədən saxlamışdır. Halbuki, yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi, cavabdehin delikt törətməsi nəticəsində əmlaka zərər vurması müəyyən edildiyi halda, o, vurulmuş zərərə görə məsuliyyət daşımaqla vurulmuş zərərin əvəzinin tam şəkildə ödənilməsi barədə öhdəliyi daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininmülki məhkəmə icraatının vəzifələrini müəyyən edən 2-ci maddəsinin tələblərinə görə, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq o lunmasıdır. Lakin, apellyasiya məhkəməsi tərəfindən ilkin iddia tələbinin maddi hüquqi əsası düzgün müəyyən edilməməklə, maddi və prosessual hüquq normaları pozulmuş, qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası ilkin iddiaçı tərəfindən işin faktiki halları barədə kassasiya şikayətində irəli sürülmüş dəlillərin mahiyyətinə toxunmayaraq hesab edir ki, kassasiya şikayəti təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməklə iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, həmin dəlillər araşdırılmaqla ilkin iddia tələbinin maddi hüquqi əsası müəyyən edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddə lərini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar