Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2201/2019 15.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X1 iştirakları ilə açıq məhkəmə iclasında, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2(103)10408/2018 saylı qətnaməsindən cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti üzrə işə bax araq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli, 2(011)-3547/2018 saylı qətnaməsi ilə (sədrlik edən, hakim N.Ə.Misirzadə) iddiaçı X3 və digərlərinin cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddiası təmin edilərək, Bakı şəhəri, xxx rayonu, xxx prospekti 42 saylı evin 6/7 saylı mənzilinə dair 01 avqust 2017-ci il tarixli, Bakı şəhəri, xxx rayonu, xxx prospekti 40 saylı evə dair 01 avqust 2017-ci il tarixli, Bakı şəhəri, xxx rayonu, xxx küçəsi 12 saylı evin 30 saylı mənzilinə dair 01 avqust 2017-ci il tarixli “hərracın yekunları haqqında” protokolların, Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış Bakı şəhəri, xxx rayonu, xx x prospekti 42 saylı evin 6/7 saylı mənzilinə dair 01 avqust 2017-ci il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin, Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış Bakı şəhəri, xxx rayonu, xxx prospekti 40 saylı evə dair 01 avqust 2017-ci il tarixli “hərracın yekunları üzrə alqısatqı müqaviləsi”nin və Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında imzalanmış Bakı şəhəri, xxx rayonu, xxx küçəsi 12 saylı evin 30 saylı mənzilinə dair 01 avqust 2017-ci il tarixli “hərracın yekunları üzrə alqı-satqı müqaviləsi”nin etibarsız hesab olunması qət edilib. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2(103)10408/2018 saylı qətn aməsi ilə (hakimlər E.M.Həsənov sədrlik edən, məruzəçi, X.A.Mərdanova və İ.S.Şirinov) apellyasiya şikayəti təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai rayon məhkəməsinin 07 iyun 2018-ci il tarixli qətnaməsi Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna münasibətdə dəyişdirilmədən saxlanılıb. Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu qətnamədən kassasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür ki, iddiaçılar məhkəmədə cavabdeh təşkilata və digərlərinə qarşı “hərracın nəticələrinin etibarsız hesab edilməsi” barədə iddia qaldırıb və tələblərini onunla əsaslandırıblar ki,Bakı şəhəri, Xətai rayon məhkəməsinin 14 oktyabr 2013- cü il qətnaməsi ilə “xxxx” Şirkəti və Cavabdeh2 ASC arasında bağlanmış 06 avqust 2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, “xxxx” LTD Şirkətindən 20 dekabr 2012-ci tarixə olan əsas kredit borcu üzrə 1.222.222,16 manat, faiz borcu üzrə 11.645,18 manat, dəbbə borcu üzrə 626,55 manat, cərimə üzrə 10.000 manat, ödənlmiş dövlət rüsumuna görə 17,80 manat pulun tutulub bankın xeyrinə ödənilməsi, tutmanın iddiaçı xxxa məxsus Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 0.0072 ha torpaq sahəsində, 2 mərtəbəli, 40 saylı binada yerləşən, 7 otaqlı, ümumi sahəsi 169,5 kv.metr olan 18 və 20 saylı mənzillərə, xxx rayonu, xxx küçəsi, 12 saylı evin, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 74,65 kv.metr, yaşayış sahəsi 53,85 kv.metr olan 30 saylı mənzilinə, eləcə də İddiaçı2 məxsus xxx rayonu, xxx prospekti, 42 saylı evin 1-ci mərtəbəsində yerləşən, 6 otaqlı, ümumi sahəs i 145,3 kv.metr, yardımçı sahəsi 47,3 kv.metr olan 6/7 saylı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, iddiaçıların ən geci bir ay müddətində mənzillərdən çıxarılmaları, mənzillərin satışından əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq artıq qalan hissəsinin iddiaçılara qaytarılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2014-cü il tarixli qətnaməsi ilə “xxxx” Şirkətinin apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə əsas borc üzrə pulun tutulması hissəsində dəyişdirilmiş, “xxxx” Şirkətindən 20 dekabr 2012-ci il tarixə olan əsas kredit borcu üzrə 696.193,06 manat, cəmi kredit borcu üzrə 718.464,79 manat pulun tutularaq banka ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilib. Həmin qətnamə onların xəbəri olmadan icraya yönəldilib, icra vərəqəsi əsasında Cavabdeh1 MMC tərəfindən onlara məlumat vermədən və xəbərləri, iştirakları olmadan qanunazidd və əsassız hərrac keçirilib və hərracın yekunları haqqında 01 avqust 2017-ci il tarixli protokollar tərtib edilib. Həmin protokolların surətlərini Bakı şəhəri, xxx rayon məhkəməsində 28 fevral 2018-ci il tarixdə əldə ediblər. Qeyd olunan hərracların yekunları haqqında Cavabdeh2 ASC və Cavabdeh1 MMC arasında Bakı şəhəri, xxx rayonu, xxx prospekti, 42 saylı evin 6/7 saylı mənzilinə dair 01 avqust 2017-ci il tarixli müqavilə, xxx rayonu, xxx prospekti 40 saylı evə dair 01 avqust 2017-ci il tarixli müqavilə, xxx rayonu, xxx küçəsi 12 saylı evin 30 saylı mənzilinə dair 0 1 avqust 2017-ci il tarixli müqavilələr imzalanıb. Həmin müqavilələr bağlanarkən onların mənzillərə olan mülkiyyət hüquqları kobud şəkildə pozulub, hərraclar qanunvericiliyin tələbləri pozulmaqla keçirilib, hərracların keçirilməsi barədə onlara heç bir məlumat verilməyib. Eləcə də yüksək dəyərə malik olan əmlaklar dəyərindən olduqca az məbləğdə qiymətləndirilməklə satılıb. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılıb ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhvə nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kassasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin q ətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. İddiaçılar xxx və İddiaçı2 kassasiya şikayətinə dair etiraz ərizəsində kassasiya şikayətinin təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması xahiş olunub. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili xxx məhkəmə iclasında kassasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. İddiaçılar xxx, İddiaçı2, cavabdehlər Cavabdeh1 MMC və Bakı şəhəri, xxx rayon İcra və Probasiya Şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kassasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kassasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, apellyasiya instansiyası məhkəməsinin maddi, prosessual hüquq normalarının tələblərini düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiy a instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən, apellyasiya şikayətini təmin edilmədən saxlayarkən, ipoteka predmetinə dair hərracın mülki qanunvericiliklə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilməsinə, iddia ərizəsini təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməsinə istinad edib və hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2, 416-cı maddəsinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tə tbiqində və təfsirində səhvə yol verməyib və işdə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün prosessual əsaslar yoxdur. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Bakı şəhəri, Xətai rayon məhkəməsinin 14 oktyabr 2013- cü il qətnaməsi ilə “xxxx” Şirkəti və Cavabdeh2 ASC arasında bağlanmış 06 avqust 2009-cu il tarixli kredit müqaviləsinin ləğv edilməsi, “xxxx” LTD Şirkətindən 20 dekabr 2012-ci tarixə olan əsas kredit borcu üzrə 1.222.222,16 manat, faiz borcu üzrə 11.645,18 manat, dəbbə borcu üzrə 626,55 manat, cərimə üzrə 10.000 manat, ödənlmiş dövlət rüsumuna görə 17,80 manat pulun tutulub bankın xeyrinə ödənilməsi, tutmanın iddiaçı xxxa məxsus Bakı şəhəri, x xx rayonu, xxx prospekti, 0.0072 ha torpaq sahəsində, 2 mərtəbəli, 40 saylı binada yerləşən, 7 otaqlı, ümumi sahəsi 169,5 kv.metr olan 18 və 20 saylı mənzillərə, xxx rayonu, xxx küçəsi, 12 saylı evin, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 74,65 kv.metr, yaşayış sahəsi 53,85 kv.metr olan 30 saylı mənzilinə, eləcə də İddiaçı2 məxsus xxx rayonu, xxx prospekti, 42 saylı evin 1-ci mərtəbəsində yerləşən, 6 otaqlı, ümumi sahəsi 145,3 kv.metr, yardımçı sahəsi 47,3 kv.metr olan 6/7 saylı mənzilinə yönəldilməsi, həmin mənzillərin açıq hərracdan satılması, iddiaçıların ən geci bir ay müddətində mənzillərdən çıxarılmaları, mənzillərin satışından əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə borcun ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq artıq qalan hissəsinin iddi açılara qaytarılması qət edilib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 iyun 2014-cü il tarixli qətnaməsi ilə “xxxx” Şirkətinin apellyasiya şikayəti qismən təmin olunaraq qətnamə əsas borc üzrə pulun tutulması hissəsində dəyişdirilmiş, “xxxx” Şirkətindən 20 dekabr 2012-ci il tarixə olan əsas kredit borcu üzrə 696.193,06 manat, cəmi kredit borcu üzrə 718.464,79 manat pulun tutularaq banka ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilib. Eyni zamanda işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qətnaməsi 04 dekabr 2014-cü il tarixdə icraya yönəldilib və ipoteka predmeti olan əmlaklar Bakı şəhəri xxx rayon İcra şöbəsinin sifarişi əsasında Cavabdeh1MMC tərəfindən hərraca çıxarılıb və Fəridə Məmmmədhəsənovaya məxsus Bakı şəhəri, xx x rayonu, xxx prospekti 42 saylı evin 6/7 saylı mənzilinin ilkin hərrac qiyməti 550.000 manat, təkrar hərracda ilkin satış qiyməti 467.000 manat, “İpoteka haqqında” Azərbycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiyməti 350.625 manat; xxxa məxsus Bakı şəhəri, xxx rayonu, xxx prospekti 40 saylı evin ilkin hərrac qiyməti 253 000 manat, təkrar hərracda ilkin satış qiyməti 215 050 manat, “İpoteka haqqında” Azərbycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25% aşağı olan qiyməti 161 287 manat; Bakı şəhəri, xxx rayonu, xxx küçəsi 12 saylı evin 30 saylı mənzilinin ilkin hərrac qiyməti 105.000 manat, təkrar hərracda ilkin satış qiyməti 89.250 manat, “İpoteka haqqında” Azərbycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiyməti 66.937 m anat qiymətləndirilmiş, Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 avqust 2017-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən Fəridə Məmmmədhəsənovaya məxsus Bakı şəhəri, xxx rayonu, xxx prospekti 42 saylı evin 6/7 saylı mənzili 350.625 manata; Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 avqust 2017-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən xxxa məxsus Bakı şəhəri, xxx rayonu, xxx prospekti 40 saylı ev 161287 manata; Cavabdeh2 ASC ilə Cavabdeh1 MMC arasında bağlanmış 01 avqust 2017-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilə”yə əsasən isə X2 məxsus Bakı şəhəri, xxx rayonu, xxx küçəsi, 12 saylı evin 30 saylı mənzili 66 937 manata Cavabdeh2 ASC-nə satılmışdı r. İddiaçılar, hərracların onlara xəbər verilmədən keçirildiyini iddia edərək hazırkı apellyasiya baxışının predmeti olan iddia tələblərini irəli sürdüklərindən kollegiya, onların bildirdikləri faktiki halların iddia tələblərinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşıbuzlaşmadığına qiymət verməyi zəruri hesab edir; çünkühər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri i lə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. İş materiallarından göründüyü kimi, Cavabdeh1MMC,xxx rayon İcra şöbəsinin sifarişi əsasında qətnamənin icrası istiqamətində hərrac proseduruna başlamışdır; bununla belə iş materiallarında, keçirilmiş hərraclar barədə iddiaçılara məlumat verildiyini, həmçinin hərraclarla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş elanların qəzetlərdə (KİV-də) yerləşdirildiyini təsdiq edən heç bir sübut mövcud deyildir. İşə birinci instansiya məhkəməsində baxıldığı dövrdə, həmçinin apellyasiya baxışı zamanı dəfələrlə Cavabdeh1MMC-nə məhkəmə bildirişləri ünvanlansa da, cavabdeh yalnız hərrac protokollarının və hərracların yekunları üzrə alqı-satqı müqavilələrinin surətlərini məhkəməyə göndərmiş, nümayəndəsinin də iştirakını təmin etməyərək digər sənədləri təqdim etməmişdir. Digər tərəfdən iş materiallarından aydın olur ki, Bakı şəhəri xxx rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi birinci instansiya məhkəməsində verdiyi izahatda, keçirilmiş hərracdan İcra və Probasiya şöbəsinin məlumatı olmadığını göstərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415.2-ci maddəsinə görə, qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci 30 gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericilikdə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Həmin Məcəllənin 319.5-ci maddəsinə əsasə n, əgər birinci hərracın keçirilməsi zamanı əşyanın ilkin satış qiymətinin yetmiş faizinə çatan təklif olmazsa, hərrac yenidən keçirilməlidir. Təkrar hərrac, təkrarən keçirilməsinə istinad edilərək, birinci hərracın formasında elan edilməli və həmin qaydada keçirilməlidir. Təkrar hərrac zamanı ipoteka predmetinin ən aşağı satış qiyməti heç olmasa hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olmalıdır. Bu baş verməzsə, hərrac keçirilmir. Hərrac üzrə xərclər mülkiyyətçinin üzərinə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı hərracın keçirilməsinə dair küt ləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinə ən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: hərraca iki nəfərdən az alıcı gəldikdə; hərracın iştirakçısı olmadıqda; hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın. Həmin Qanunun 43.3-cü, 43.4-cü, 43.5-ci, 43.6-cı və 43.7-ci maddələrinə görə isə, hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərrac təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı q iymətlə hərraca çıxarır. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. İşin müəyyən olunan hallarından görünür ki, iddiaçılar hərraclar barədə məlumatlandırılmamış, hərracların keçirilməsi barədə ümumiyyətlə elanlar verilməmiş (bununla bağlı məhkəməyə heç bir sübut təqdim olunmamışdır), həmçinin “İpoteka haqqında” Qanunun 43.3-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiymətinə alması üçün müqavilənin bağlanması ilə əlaqə dar heç bir tədbir görülməmiş, hərraclar barədə bildirişlərin göndərilməsi və elanların dərc olunması qaydalarına da əməl edilməyərək əmlakılar ilkin satış qiymətindən 25% aşağı qiymətə tələbkar banka verilmişdir. Kollegiya xüsusilə qeyd edir ki, “İpoteka haqqında” Qanun, təkrar hərracın keçirilməsini “ipoteka saxlayanın ipoteka predmetini ipoteka qoyandan müqavilə əsasında ilkin satış qiyməti ilə alması üçün müqavilənin baş tutmaması” faktından asılı etmişdir – bu müqavilənin bağlanmasına isə cəhd belə edilməmişdir. Mülki Məcəllənin 416-cı maddəsinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb haqlı olaraq qeyd etmişdir ki, ki, əmlaklarının satılması ilə bağlı keçirilmiş hərracların vaxtı, yeri, forması, keçirilmə qaydası barədə iddiaçılara yazılı bildirişlərin göndərilməməsi, hərracların onlardan xəbərsiz keçirilməsi barədə onların arqumentləri öz təsdiqini tapmışdır və birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmuşdur. Bu qənaətə gələrkən apellyasiya instansiyası məhkəməsi həmçinin tədqiq olunmuş sübutlara əsasən gəldiyi daxili inamı rəhbər tutaraq həm də onu nəzərə almışdır ki, Mülki Məcəllənin 1.2-ci maddəsində öz əksini tapmış bu Məcəllənin əsas vəzifələrindən birinin mülki hüquq subyektlərinin hüquqları nın və qanuni mənafelərinin müdafiə edilməsinin yerinə yetirilməsi olduğu unudulmamalı, eyni zamanda tərəflərin hüquq və vəzifələrinin mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənərək ədalət, insaf və mənəviyyat tələblərinin nəzərə alındığı diqqətdən qaçırılmamalıdır. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş faktiki halları, tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara sadalanan maddi, prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütü n faktiki halları tam, hərtərəfli və obyektiv araşdırdırıb. Ona görə də kassasiya instansiyası məhkəməsi kassatorun kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozması, düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığından, iş üzrə apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: Cavabdeh Ləğv prosesində olan Cavabdeh2 ASC ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 oktyabr 2018-ci il tarixli, 2(103)-10408/2018 saylı qətnaməsi kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2201/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2201/2019
15.10.2019 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver