Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2204/2020 23.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, iddiaçının vəkili X1 iştirakı ilə, Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2020-ci il tarixdə baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.Hacıyev) İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia tələbi təmin edilməmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər S.Qafari (sədrlik edən, məruzəçi), L.Məmmədova və F.Məmmədov, 2(105)-3603/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt şəhər məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi təmin edilmiş, Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” ərazisində yerləşən torpaq sahəsi və üzərindəki mənzilin tikilməsinə sərf edilmiş 30700 (otuz min yeddi yüz) manat pul vəsaitinin ½ pay hissəsinə mülkiyyət hüququnun tanınması, mənzilin tikilməsinə sərf edilmiş 30700 (otuz min yeddi yüz) manat pul vəsaitinin yarısı, 15350 (on beş min üç yüz əlli) manatın Cavabde h alınaraq İddiaçı verilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikah dövründə, yəni xx.xx.2014-cü il tarixində alqı-satqı ilə aldıqları və DƏDRX-də xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmiş Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonunda 0,04 ha torpaq sahəsinin ½ hissəsinə mülkiyyət hüququnun tanınması və birgə nikah dövründə Sumqayıt şəhəri, “Azərbaycan Dəmir Yolu yük həyəti” rayonunda onlara məxsus torpaq sahəsində tikdikləri 1 mərtəbəli, 3 otaqlı, 1 mətbəxli evin tikintisinə sərf edilmiş pul məbləğinin müəyyən edilməsi, həmin məbləğə 1/2 hissədə payının tanınması və Cavabdeh həmin məbləğin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri: Apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı ilə birgə nikah dövründə heç bir əmlak əldə etməmiş və əldə edə bilməzdilər. Onlar ailə həyatı qurduqdan sonra atası XXX məxsus ünvan 1 ünvanında valideynləri ilə birgə yaşamış, orada 3-4 ay yaşadıqdan sonra, atası həmin mənzilin sahibi kimi bina evində olan mənzili sataraq həmin pula torpaq alaraq orada fərdi ev tikmək qərarına gəlmişdir. Atası mənzili satışa çıxarmış və bir müddətdən sonra mənzilə alıcı tapılaraq onunla alq-satqıya dair razılığa gəlmişlər. Tərəfər arasındakı razılaşma 3 saylı Sumqayıt şəhər notariat kontorunda baş tutmuş, xx.xx.2014-cü il tarxli alqı-satqı üzrə mənzilin dəyəri 47000 (qırx yeddi min) manat civarinda olmuşdur. Atası növbəti gün yəni, xx.xx.2014-ci il tarixdə əldə olunan pulun bir hissəsinə, iddiaçının iddia etdiyi Sumqayıt şəhəri, Azərbaycan Dəmir Yolu yük həyəti deyilən ərazidə 0,04 ha torpaq sahəsini satıcı X2 10000 (on min) manata almış və bu zaman alqı-satqı onun adına həyata keçirilmişdir. Atası torpağı hədiyyə olaraq ona vermişdir. Daha sonra atası həmin torpaq sahəsinin üzərində əldə olunan pulun yerdə qalan hissəsinə ev tikməyə başlamış və orada 3 otaqdan ibarət 1 mərtəbəli (tam istifadəyə verilməyən) ev tikmişdir. Evin bir hissəsini yaşayış üçün düzəldərək bir yerdə orada yaşamış, yuxarıda qeyd etdiyi kimi hazırda iddiaçı azyaşlı uşaqalrını götürərək evdən çıxmış, o isə həmin evdə vali deynləri ilə birgə yaşamaqda davam edir. O, ailə həyatı quran vaxtı iş tapmaqda çətinlik çəkmiş və bir müddət işləməmiş, yalnız 2015-ci ilin 2-ci yarısından “xxxx”ASCnin Bakı Qida və Yağ fabrikinin Sumqayıt şəhərində fəaliyyət göstərən filialında fəhlə kimi işə düəzlərək işləmiş və hazırda əmək haqqı 353,60 manat olmaqla orada işləməkdə davam edir. Həyat yoldaşı İddiaçı isə heç zaman işləməmiş və evdar qadın olmuşdur. Ər-arvadın birgə nikah dövründə qazancı yalnız onun maaşından ibarət olmuşdur ki, həmin maaş isə ancaq ailənin dolanışığına çatmış, bu azmış kimi daima valideynlərinin dəstəyi olmuşdur. Prosessual məsələlər: Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili X3 kassasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabde h məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və Apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin Apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Kassasiya şikayəti ilə bağlı məhkəmənin mövqeyi: İşin mübahisə edilməyən faktiki halları bunlardır: İddiaçı Cavabdeh xx.xx.2014-cü il tarixində rəsmi nikaha daxil olmuşlar. Nikahdan sonra ailə Cavabdeh atası XXX məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildə yaşamışlar. XXX həmin mənzili xx.xx.2014-cü il tarxdə satmış, bir gün sonra xx.xx.2014-ci il tarixdə Sumqayıt şəhəri, Azərbaycan Dəmir Yolu yük həyəti deyilən ərazidə 0,04 ha torpaq sahəsi X2 10.000 (on min) manata Cavabdeh adına satın alınmışdır. Həmin torpaq sahəsində 3 otaqlı ev inşa edilmiş və ər-arvad azyaşlı uşaqları ilə, cavabdehin valideynləri köçərək həmin evdə yaşamışlar. 2018-ci ildə ailə münasibətləri pozulmuş və İddiaçı xx.xx.2014-cü il təvəllüdlü azyaşlı qızı ilə evi tərk etmişdir. İşə baxan 1-ci instansiya məhkəməsi belə qənaətə gəlmişdir ki, mübahisəli əmlakların ər-arvadın vəsaiti hesabına alınmasını iddiaçı sübuta yetirə bilmədiyi üçün iddia tələbi təmin oluna bilməz, lakin, Apelyasiya Məhkəməsi hüquqi dəyərləndirməyə fərqli yanaşaraq hesab etmişdir ki, cavabdeh əmlakların ər-arvadın vəsaiti hesabına alınmadığını sübuta yetirə bilmədiyi üçün iddia təmin olunmalıdır. Apelyasiya Məhkəməsi mövqeyini sübutetmə yükünün tərəflər arasında bölüşdürülməsi qaydalarına uyğun olaraq əsaslandırmışdır. Ona görə kassasiya instansiyası qeyd olunan hüquqi məsələ ilə bağlı fikirlərini bildirməyi zəruri hesab edir. Məhkəmə Kollegiya İlk növbədə ər-arvadın ümumi birgə əmlakının mahiyyətinə dair mövcud qanunvericiliyin tələblərini nəzərə çatdırır. Beləki, Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1. maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Göründüyü kimi, əmlakın ər-avrvadın ümumi birgə əmlakı hesab etmək üçün həmin əmlak birgə nikah dövründə və onların vəsaiti (qazancı) hesabına əldə edilməlidir. Hazırkı işdə tələb edən (iddiaçı), birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsini tələb edirsə həmin əmlakın yuxarıda qeyd olunan qanunvericiliyin müddəalarına uyğun olaraq onlara məxsus olmasını sübut etməlidir. Hazırkı işdə iddiaçı hesab edir ki, tərəflərin birgə nikahda olduqları müddət ərzində torpaq sahəsinin alınması və həmin dövrdə ev tikilməsi faktının mövcudluğu ilə sübutetmənin öhdəsindən gəlmişdir. Lakin yuxarıda qeyd olunan normaların dispozisiya şərtlərinin yaranması üçün (MM-225-ci maddə, AM 32-ci maddə) eyni zamanda həmin əmlakların ər-arvadın birgə vəsaiti hesabına alınması da sübut olunmalıdır. İşə baxan Apelyasiya Məhkəməsi torpağın birgə nikah dövründə alınması və evin həmin dövrdə inşa edilməsi barədə iddiaçının irəli sürdüyü faktlarla kifayətlənərək əmlakları ümumi birgə əmlak kimi qəbul etmişdir. Lakin Apelyasiya Məhkəməsi nəzərə almamışdır ki, cavabdeh tərəfin irəli sürdüyü sübutlar iddiaçının istinad etdiyi sübutları şübhə altına aldığından iddiaçının sübutemə vəzifəsi bitməmişdir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblər inin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər b ir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır. 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır. 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır. 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə əldə edilmiş sübutlar bunlardır: Tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikaha daxil olmuşlar, nikahdan sonra ailə Cavabdeh atası XXX məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzildə yaşamışlar. XXX həmin mənzili tərəflərin nikahından 2 ay 02 gündən sonra, xx.xx.2014-cü il tarxdə satmış, bir gün sonra xx.xx.2014-ci il tarixdə Sumqayıt şəhəri, Azərbaycan Dəmir Yolu yük həyəti deyilən ərazidə 0,04 ha torpaq sahəsini X2 10.000 (on min) manata Cavabdeh adına satın alınmışdır. Həmin torpaq sahəsində ev inşa edilmiş, bütün ailə üzvləri, ərarvad, valideynlər köçərək birlikdə yaşamışlar. Cavabdeh rəsmi iş yeri barədə arayış təqdim etmişdir ki, onun aylıq qazancı 353.60 manat təşkil edir. Torpaq sahəsinin alınmasına və evin inşasına çəkilmiş xərclər birlikdə qayınataya məxsus mənzilin satılmasından (mənzil satılmışdı 47.024 manata) əldə edilən vəsaitdən də azdır (torpaq sahəsi 10.000manata alınmışdı, evin tikintisinə 30.700 manat xərclənib). İddiaçı cəmi iki ay nikahda olduqları müddət ərzində torpaq sahəsinin ər-arvadın vəsaiti hes abına alınması ilə bağlı heç bir sübut təqdim etməmişdir. İş materiallarında məhkəmənin fərqli qənaətə gəlməsinə dəlalət edən başqa (məsələn cavabdehin, iddiaçının özünün yüksək gəliri olması, və yaxud iddiaçının qohumlarının hesabına torpağın alınması və.s.) heç bir sübut yoxdur. Lakin qarşı tərəfin təqdim etdiyi rəsmi sübutlar adi qaydada ağlabatan mühakimə ilə dəyərləndirildikdə torpaq sahəsinin mənzilin satılmasından əldə edilən vəsait hesabına alınmasına şübhə qoymur. İddiaçı yeganə etirazını belə ifadə etmişdir ki, cavabdehin qardaşının barəsində hüquq mühafizə orqanlarında cinayət təqibi həyata keçirildiyi üçün mənzil satılmışdır. Lakin bu faktla da bağlı heç bir sübut təqdim edilməmişdir. Qeyd olunanlar belə qənaətə gəlməyə əsas verir ki, Apelyasiya Məhkəməsi cavabdehin təqdim etdi yi işdə olan sübutlara (mənzilin satılması, bir gün sonra torpaq sahəsinin alınması, bütün bunların tərəflər nikaha daxil olduqdan iki ay sonra baş verməsi, orada ev tikilməsi, torpağa və evin tikintisinə sərf edilmiş vəsaitin satılmış mənzilin əvəzi olaraq əldə edilmiş vəsaitə bərabər olması, cavabdehin valideynlərinin də mənzildə tərəflərələ birlikdə yaşamaqda davam etməsi, cavabdehin rəsmi iş yerinin olması və aylıq qazancı ilə bağlı arayış təqdim etməsi) qanunvericiliyin tələblərinə uyğun (MPM-nin 88-ci maddəsi) qiymət verməməsi səbəbindən mübahisənin həlli ilə bağlı maddi hüquq normaları (MM-225-ci maddə, AM-ci 32 maddə) işin faktiki hallarına düzgün tətbiq edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Şərh edilənlərə və Azərbaycan Res publikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdeh kassasiya şikayəti təmin edilsin. Sumqayıt Apelyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin. İşə apelyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2204/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2204/2020
23.06.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver