Məhkəmə qərarları › İş №2(102)-2204/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2204/2021

27.05.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2204/2021 27.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı: İddiaçı cavabdeh X5 oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2204/21 (Açar sözlər: müqavilənin etibarsız hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və X1 ibarət tərkibdə, Əzimova Səbinə Yaşar qızının katibliyi, İddiaçı: İddiaçı Vahib oğlunun vəkili Vəkil Məmməd oğlu, Cavabdeh X2 vəkili X3 iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(103)2071/2020 saylı qətnaməsindən İddiaçı Vahib oğlunun kasasiya şikayəti üzrə işə 2 7 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin hallarına görə, İddiaçı məhkəmədə “xxxx” MMC qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü korpus, 3-cü giriş, 1-ci mərtəbədə yerləşən, sahəsi 497,5 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin “xxxx” MMC həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Eyni zamanda Nadir Muradov məhkəmədə İddiaçı qarşı iddia qaldıraraq, ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3-cü korpus, 3-cü giriş, 1-ci mərtəbədə yerləşən, sahəsi 497,5 kv.metr olan qeyri-yaşayış sahəsinə dair İddiaçılə “xxxx” MMC arasında bağlanmış 07 aprel 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi, həmçinin İddiaçı məhkəmədə Nadir M uradova və digərlərinə qarşı qarşılıqlı iddia verərək, həmin qeyriyaşayış sahəsinə dair Nadir Muradovla “xxxx” MMC arasında bağlanmış 15 oktyabr 2015ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 aprel 2014-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim S.R.Səlimova) İddiaçı iddiası təmin edilib. Eyni zamanda Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qətnaməsi ilə Nadir Muradovun ilk iddiası təmin, İddiaçı qarşılıqlı iddiası rədd olunaraq İddiaçılə “xxxx” MMC arasında bağlanmış 07 aprel 2008-ci il tarixli müqaviləsinin etibarsız hesab edilməsi qət edilib. Nadir Muradov apelyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsinin ləğv edilib, İddiaçı iddiasının rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. İddiaçı isə apelyasiya şikayəti verərək iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilib, Nadir Muradovun ilk iddiasının rədd, özünün qarşılıqlı iddiasının təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2020-ci il tarixli qərardadı ilə hər iki mülki iş bir icraatda birləşdirilib. Bundan sonra, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.A.Şirinov sədrlik edən, məruzəçi, F.Ş.Talışinsik i və R.Ə.Eyvazov) Nadir Muradovun apelyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi ləğv edilib, yeni qətnamə qəbul edilməklə İddiaçı “xxxx” MMC qarşı “ünvan 1 ünvanda yerləşən yaşayış binasının 3cü korpus, 3-cü giriş, 1-ci mərtəbədə yerləşən, sahəsi 497,5 kv.metr olan qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi vəzifəsinin “xxxx” MMC həvalə edilməsi” barədə iddiasının rədd olunması qət edilib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 26 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən, İddiaçı apelyasiya şikayəti təmin edilmədən saxlanılıb. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mülki qanunvericiliyə görə, borclu, əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya ü çüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan, əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlard an) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqi əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o, kreditorundur. Hazırki halda mübahisəli qeyri-yaşayış sahəsinin kreditorlardan hansı birinin mülkiyyətinə (sahibliyinə və istifadəsinə) verilməsi görünmür. Belə olan halda, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bu qayda təbii ki, həmin müqavilənin etibarlı əqd olduğu hallara aiddir. O da nəzərə alınmalıdır ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki qanunvericilikdə fərdi müəyyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əskinə Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müqavilələrin hansının etibarlı olduğunu (qanunvericilikdə nəzərə tutulmuş etibarlılıq şərtləri gözlənildiyi halda) göstərir. Normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa və onlardan hansının əvvəl bağlandığı müəyyənləşdirilə bilinmirsə, kim bununla bağlı daha əvvəl iddia irəli sürmüşsə üstünlük ona verilir. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqavi ləyə əsaslanaraq ilk iddia irəli sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, onda məhkəmə qərarı ilə təmin olunmalı bir hüquq da olmaz. Hazırki halda mübahisəli qeyri-yaşayış sahəsinə dair ilkin olaraq 29 noyabr 2007-ci il tarixdə “xxxx” MMC ilə Hikmət Zərgərov arasında müqavilə bağlanıb. Bundan sonra, “xxxx” MMC həmin sahəyə dair 07 aprel 2008-ci il tarixdə İddiaçılə də müqavilə bağlanıb. Bu hal işə əlavə edilmiş sübutlarla da təsdiq olunur. Eyni zamanda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi ilə sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi “xxxx” MMC üzərinə qoyulub və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilib. Bundan sonra, İddiaçı 15 noyabr 2015-ci il tarixli ərizə ilə Reyestr Xidmətinə müraciət e dərək, adına olan sözügedən qeyri-yaşayış sahəsindən Hikmət Zərgərovun xeyrinə imtina edib. Həmin sahənin Hikmət Zərgərovun adına özəlləşdirilməsinə razılıq verib və icra sənədi üzrə olan tələbindən imtina edib və bununla da həmin sahəyə dair onunla “xxxx” MMC arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına alıb. Daha sonra Hikmət Zərgərovun razılıq ərizəsinə əsasən qeyri-yaşayış sahəsinə dair Nadir Muradovla 05 oktyabr 2015-ci il tarixli müqavilə bağlanıb. Apelyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 337.1, 337.3, 452.1-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsində icraat Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kasasiya şikayə tinin dəlilləri İddiaçı kasasiya şikayəti verərək iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib. Kasasiya şikayəti belə əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozub və iş üzrə düzgün olmayan qətnamə qəbul edib. Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı vəkili Vəkil kasasiya şikayətində göstərilənlərə uyğun olaraq izahat verdi. Nadir Muradovun vəkili Əbdül Məhərrəmov məhkəmə iclasında kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb izahatında iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı, cavabdeh “xxxx” MMC, üçüncü şəxs Hikmət Zərgərov və Nadir Muradov məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Həmin Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Həmin Məcəllənin 337.1, 337.3 və 337.4-cü maddələrində göstərilir ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər və mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Prosessual M əcəlləsi: Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kasasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Kasasiya baxışının hədləri Kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pro sessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apelyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş olunduğundan, qətnamənin əsaslılığı kasasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandıma ilə razılaşır və hesab edir ki, apel yasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və kasasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apelyasiya instansiya məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. İddiaçı kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmasını, onun iddia tələblərinin təmin, Nadir Muradovun iddiasının rədd edilməsi üçün əsasların olmasını göstərsə də, kasasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Hikmət Zərgərovla “xxxx” MMC arasında bağlanmış 29 noyabr 2007-ci il tarixli müqaviləyə əsasən, “xxxx” MMC ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 3-cü (4-cü) korpus, 3-cü (5-ci) giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 497,5 kv.metr olan qeyri-yaşayış sahəsini tikib Hikmət Zərgərova təhvil verməyi öhdəsinə götürüb və müqavilənin qiyməti 497.500 manat müəyyən edilib. 29 noyabr 2007-ci il tarixli kassa mədaxil orderinə əsasən Hikmət Zərgərov tərəfindən həmin məbləği “xxxx” MMC tam məbləğdə ödənilib. Eyni zamanda, İddiaçılə “xxxx” MMC arasında bağlanmış 07 aprel 2008-ci il tarixli müqaviləyə əsasən, “xxxx” MMC ünvan 1 ünvanda tikilməkdə olan yaşayış binasının 3-cü korpus, 3-cü giriş, 1-ci mərtəbəsində yerləşən sahəsi 497,5 kv.metr olan qeyri-yaşayış sahəsini tikib İddiaçı təhvil verməyi öhdəsinə götürüb, müqavilənin qiyməti 536.802,50 manat müəy yən edilib. 07 aprel 2008-ci il tarixli kassa mədaxil orderinə əsasən İddiaçı tərəfindən həmin məbləğ tam məbləğdə “xxxx” MMC ödənilib. “xxxx” MMC 12 sentyabr 2014-cü il tarixli arayışına görə, mübahisəli qeyri-yaşayış sahəsinə dair ilkin olaraq 29 noyabr 2007-ci ildə Hikmət Zərgərovla müqavilə bağlanıb və həmin sahə üçün ondan 497.500 manat pul alınıb. Həqiqətən həmin qeyri-yaşayış sahəsi Hikmət Zərgərova satılıb, başqa şəxsə satılmayıb. Cəmiyyətin digər 22 dekabr 2014-cü il tarixli arayışında isə sözügedən qeyri-yaşayış sahəsinin satıldığı şəxslərin sırasında məhz Hikmət Zərgərovun adı qeyd edilib. Bundan sonra Hikmət Zərgərov “xxxx” MMC ünvanladığı 16 dekabr 2015-ci il tarixli ərizəsində sözügedən ünvanda yerləşən qeyri-yaşayış sahəsinin Nadir Muradovun adına sənədləşdirilməsini xahiş e dib və Nadir Muradovla “xxxx” MMC arasında 15 oktyabr 2015ci il tarixli müqavilə bağlanıb və müqavilənin şərtlərinə görə, “xxxx” MMC sözügedən qeyriyaşayış sahəsini tikib Nadir Muradova təhvil verməyi öhdəsinə götürüb, müqavilənin qiyməti 497.000 manat müəyyən edilib. 15 oktyabr 2015-ci il tarixli kassa mədaxil orderinə əsasən, Nadir Muradov tərəfindən həmin məbləğ tam məbləğdə “xxxx” MMC ödənilib. “xxxx” MMC tərəfindən verilmiş digər 18 dekabr 2019-cu il tarixli arayışdan görünür ki, mübahisəli qyeri-yaşayış sahəsi ilkin olaraq 29 noyabr 2007-ci il tarixli müqavilə ilə Hikmət Zərgərova satılıb və həmin qeyri-yaşayış sahəsi 15 oktyabr 2015-ci il tarixədək onun adına olub. 15 oktyabr 2015-ci il tarixdə qeyri-yaşayış sahəsi Hikmət Zərgərovun yazılı razılıq ərizəsinə əsasən Nadir Muradovun ad ına sənədləşdirilib. Apelyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, yuxarıda göstərilən müqavilələrdə mübahisəli qeyri-yaşayış sahəsinin ünvanları fərqli qeyd olunsa da, hazırki mübahisə eyni qeyri-yaşayış sahəsi barədədir. Belə olan halda, “xxxx” MMC mübahisə predmeti olan qeyri-yaşayış sahəsini (eyni əşyanı) müqavilə əsasında bir neçə şəxsə, əvvəl Hikmət Zərgərova, sonradan isə İddiaçı satıb, Hikmət Zərgərov isə həmin qeyri-yaşayış sahəsindən Nadir Muradovun xeyrinə imtina edib. Mülki Məcəllənin 452.1-ci maddəsinə əsasən, fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bil ər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddənin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib qeyd etmişdir ki, sözügedən norma fərdi müəyyən əşyaya iddia edən bir neçə kreditorun olduğu halda həmin əşyanın onlardan hansına məxsus olması qaydalarını dəqiqliklə müəyyən edib. Belə ki, borclu, həmin əşyanı kreditorun mülkiyyətinə vermək öhdəliyini icra etməmişsə və əşya üçüncü şəxsə mülkiyyət hüququ ilə verilməmişsə, kreditor, həmin əşyanın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərl ə ona verilməsini tələb edə bilər. Başqa sözlə, borclu, eyni əşyanı bir neçə şəxsə vermək öhdəliyini üzərinə götürmüşsə, üstünlük əşyaya faktiki sahiblənən alıcıya məxsusdur. Əgər əşya artıq kreditorlardan birinə faktiki olaraq verilmişsə, yəni üçüncü şəxs əşyaya yiyələnmişsə və ona mülkiyyətçi kimi sahiblik edirsə, digər kreditorun (alıcının) həmin əşyanı borcludan tələb etmək imkanı hüquqi baxımdan aradan qalxmış olur. Çünki, borclunun artıq başqasının mülkiyyətinə keçmiş (verilmiş) əşyanı kreditora verməsi obyektiv səbəbdən mümkün deyil. Bu baxımdan, əşyanın üçüncü şəxsin sahibliyinə verilməsi faktı müəyyən edildiyi təqdirdə alıcılardan (kreditorlardan) hansının müqaviləni daha əvvəl bağlamasının hüquqən əhəmiyyəti yoxdur. Çünki, qanun, müqavilələrin tarixini o halda həlledici sayır ki, əşya nə onu tələb edən kreditora, nə də üçüncü şəxsə verilməmiş olsun. Əgər əmlak hələ verilməmişsə, onda öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Hazırki halda mübahisəli qeyri-yaşayış sahəsinin kreditorlardan hansısa birinin mülkiyyətinə (sahibliyinə və istifadəsinə) verilməsi işdən görünmür. Belə olan halda, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur. Bu qayda təbii ki, həmin müqavilənin etibarlı əqd olduğu hallara aiddir. O da nəzərə alınmalıdır ki, fərdi müəyyən əşyanın verilməsinə dair bir neçə müqavilə bağlandıqda yuxarıda qeyd olunan əsaslardan hər hansı birinə uyğun olaraq onlardan birinə üstünlük verilməsi, digər müqavilələrin etibarsızlığı nəticəsini doğurmur. Çünki qanunvericilikdə fərdi müə yyən əşyaların alqı-satqısı baxımından belə bir etibarlılıq şərti nəzərdə tutulmayıb, əskinə Mülki Məcəllənin 452.1-ci maddəsinin son iki cümləsində nəzərdə tutulan müddəalar bu müavilələrin hansının etibarlı olduğunu (qanunvericilikdə nəzərə tutulmuş etibarlılıq şərtləri ödənildiyi halda) göstərir. Qısaca belə izah etmək olar ki, normanın mənasına görə, fərdi müəyyən əşyanın başqasına verilməsinə dair bir neçə şəxslə müqavilə bağlanmışsa və onlardan hansının əvvəl bağlandığı müəyyənləşdirilə bilinmirsə, kim bununla bağlı daha əvvəl iddia irəli sürmüşsə üstünlük ona verilir. Əgər ilk müqavilədən sonra bağlanmış müqavilələr etibarsız olsaydı, belə hesab olunardı ki, məhkəmə etibarsız müqaviləyə əsaslanaraq ilk iddia irəli sürənin tələbini təmin etmişdir. Halbuki, müqavilə etibarsızdırsa, on da məhkəmə qərarı ilə təmin olunmalı bir hüquq da olmaz. Apelyasiya instansiyası məhkəməsi İddiaçı iddia tələbləri ilə razılaşmayıb qeyd etmişdir ki, hazırki mübahisənin düzgün hüquqi həlli üçün ilk növbədə yuxarıda qeyd olunanlar nəzərə alınmaqla sözügedən qeyri-yaşayış sahəsinə dair bağlanmış müqavilələrin etibarlılığı ilə bağlı məsələ həll olunmalıdır. Belə ki, hazırda İddiaçı, mübahisəli qeyri-yaşayış sahəsinin qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə ona məxsus olduğunu iddia edir və Nadir Muradovla bağlanmış 15 oktyabr 2015-ci tarixli müqavilənin etibarsız hesab edilməsini tələb edir. Nadir Muradov isə, İddiaçılə bağlanmış 07 aprel 2008-ci il tarixli müqavilənin uydurma əqd olduğunu və Hikmət Zərgərovun müqaviləsindən sonra bağlandığını bildirərək, onun etibarsız hesab edilməsini tələb edir. Mülki Məcəllənin 337.1, 337.3 və 337.4-cü maddələrinin tələblərinə görə, Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər və mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Apelyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib, işin həqiqi hallarını nəzərə alıb düzgün olaraq qeyd etmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair ilkin olaraq 29 noyabr 2007-ci il tarixdə “xxxx” MMC ilə Hikmət Zərgərov arasın da müqavilə bağlanıb. Bundan sonra, “xxxx” MMC həmin sahəyə dair 07 aprel 2008-ci il tarixdə İddiaçılə də müqavilə bağlamışdır. Lakin, “xxxx” MMC tərəfindən təqdim edilmiş arayışlarda sözügedən qeyri-yaşayış sahəsinə dair ilkin olaraq və yalnız Hikmət Zərgərovla müqavilə bağlandığını göstərib İddiaçı iddia tələblərinə etiraz edir və göstərir ki, sözügedən ünvanda yerləşən binanın birinci mərtəbəsində qeyriyaşayış sahəsinin satıldığı şəxslərin siyahısında yalnız Hikmət Zərgərovun adı vardır və həmin siyahıdı İddiaçı adı yoxdur. Eyni zamanda “xxxx” MMC qanuni təmsilçisi Mahir Kərimovun məhkəmə iclasında verdiyi izahatlarla müəyyən olunur ki, İddiaçılə “xxxx” MMC arasında bağlanmış müqaviləni Cəmiyyətin faktiki sahibinin xahişi ilə imzalayıb. Mübahisəli qeyri-yaşayış sahəsi həqiqətən Hikmət Z ərgərova məxsusdur və İddiaçılə bağlanmış müqaviləni imzalayarkən o, qeyri-yaşayış sahəsinin Hikmət Zərgərova məxsus olduğunu bilib və İddiaçılə müqaviləni başqa əqdi pərdələmək üçün bağlayıb. Belə ki, Cəmiyyətin faktiki sahibinin İddiaçı borcu olduğu üçün sonuncu ilə formal müqavilə bağlamağı tələb edib. Müqavilə yazılı şəkildə İddiaçı verilib və pul verilmədən möhürlənməsi tələb olunub. O da, Cəmiyyətin faktiki sahibinin göstərişi ilə müqaviləni imzalayıb və təsdiq edib. Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən, yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Müqavilə dedikdə, tərəflərin hansısa hüquqi nət icə əmələ gətirmək haqqında birbirinə uyğun olan iradə bəyanları başa düşülür. Sadalanan normalar, qanunda zəruri forma şərti (yazılı sənədin tərtibi, hər iki tərəfin mühüm şərtlər barədə sənəddə əks olunan iradə bəyanları və s.) tələb olunan müqavilələrin həmin formada bağlanmaması (Mülki Məcəllənin 329, 405.1, 406.1-ci maddələri və sair), habelə tərəflərin əslində əmələ gətirmək istədikləri hüquqi nəticədən fərqli əqd sənədləşdirmələri (Mülki Məcəllənin 340.2ci maddəsi) hallarında bağlanmış müqavilələrin etibarsız olmasını nəzərdə tutur. Yalan əqddə tərəflər əslində görünən müqavilədən başqa bir müqavilə barədə razılığa gəlmiş olurlar, lakin görünən əqdlə həmin müqaviləni pərdələyirlər. Beləcə, tərəflər xarici aləmə (üçüncü şəxslərə) qarşı əslində istəmədikləri bəyanları ilə meydana gələ n müqavilə ilə görünməyi, amma gerçəklikdə başqa bir müqavilənin bağlanmasını arzu edir və bu xüsusda anlaşırlar. Bu səbəbdən, pərdələyən əqd əhəmiyyətsizdir və heç bir hüquqi nəticə yaratmır. O da nəzərə alınmalıdır ki, pərdələnən (gizli) müqavilə etibarlılıq şərtlərinə (forma, səlahiyyətli orqanın təsdiqi və s.) cavab vermissə həmin əqd də etibarlı sayılmır (Mülki Məcəllənin 340.2-ci maddəsinin sonuncu cümləsi). İddiaçı isə, qeyd olunanları təkzib edərək, mübahisəli qeyri-yaşayış sahəsinin ona məxsus olduğunu bildirsə də, onun həmin sahənin hüquqi müqəddəratının müəyyən olunmasına yönəlmiş bəzi iradə ifadələri bu qənaətə gəlməyə imkan vermir. Belə ki, işdən görünür ki, Xətai Rayon Məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi ilə sözügedən qeyri-yaşayış sahəsinin İddiaçı təhvil veri lməsi öhdəliyi “xxxx” MMC üzərinə qoyulub və qətnamə qanuni qüvvəsini alaraq icraya yönəlib. Bundan sonra, İddiaçı 15 noyabr 2015-ci il tarixdə ərizə ilə Reyestr Xitdmətinə müraciət edərək, adına olan sözügedən qeyri-yaşayış sahəsindən Hikmət Zərgərovun xeyrinə imtina edir və onun adına özəlləşdirilməsinə etiraz etmir. Eyni zamanda bildirir ki, gələcəkdə bununla bağlı hər hansı maddi iradı və tələbi olmayacaqdır. Daha sonra Xətai rayon İcra Şöbəsinə ünvanladığı 15 dekabr 2015-ci il tarixli ərizəsində İddiaçı Xətai Rayon məhkəməsinin 17 aprel 2014-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədi üzrə olan tələbindən imtina etdiyini bildirir. Göründüyü kimi, İddiaçı, qeyri-yaşayış sahəsinin ona təhvil verilməsi barədə məhkəmə qətnaməsinin icrası mərhələsində tələbindən imtina etməklə və həmin sahənin H.Zərgərovun adına sənədləşdirilməsinə razılıq verməklə, həmin sahəyə dair onunla “xxxx” MMC arasında bağlanmış müqavilənin etibarlılığını şübhə altına almışdır. Apelyasiya instansiyası məhkəməsi İddiaçı kasasiya şikayəti ilə eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, onun nümayəndəsinin məhkəmə iclasında “Hikmət Zərgərovla aralarında razılaşmışlar ki, sonuncu mübahisəli qeyri-yaşayış sahəsini satıb, əldə olunan pulu öz aralarında böləcəklər, lakin Hikmət Zərgərov bu razılaşmaya əməl etməyib, qeyri-yaşayış sahəsini İddiaçı xəbəri olmadan Nadir Muradova satması” barədə verdiyi izahata tənqidi yanaşıb qeyd etmişdir ki, İddiaçı irəli sürdüyü arqumentlərlə bağlı məhkəməyə heç bir mötəbər yazılı sübut növü təqdim etməyib. Halbuki, Azərbaycan Respublik ası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Hazırki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının məzmunu nəzərə alınmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən düzgün müəyyən edilib. Digər tərəfdən, ortada İddiaçı lehinə (mübahisəli sahənin ona təhvil verilməsi barədə) qanuni qüvvəyə minmiş və icra mərhələsində olan məhkəmə qətnaməsinin olduğu bir vaxtda, onun həmin sahənin satılaraq pulunun bölünməsi barədə Hikmət Zərgərovla hər hansı razılığa gəlməsi inandırcı, ağlabatan görünmür. Yəni, mübahisəli qeyri-yaşayış sahəsi bütövlükdə ona məxsus olduğu halda, onun hansı zərurətlə belə bir razılaşmaya gəlməsi aydın deyil və şübhə doğurur. Odur ki, apelyasiya instansiyası məhkəməsi qeyd olunanları nəzərə alıb, Nadir Muradovun apelyasiya şikayətinin dəlillərini əsaslı sayıb haqlı olaraq bu qənaətə gəlmişdir ki, Səbail Rayon Məhkəməsinin İddiaçılə “xxxx” MMC arasında bağlanmış 07 aprel 2008-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi barədə gəldiyi qənaəti əsaslıdır. Apelyasiya instansiyası məhkəməsi, həmçinin Səbail Rayon Məhkəməsinin İddiaçı, Nadir Muradovla “xxxx” MMC arasında bağlanmış 15 oktyabr 2015-ci tarixli müqavilənin etibarsız hesab edilməsi barədə tələbinin rədd edilməsi barədə qənaəti ilə razılaşaraq düzgün olaraq qeyd etmişdir ki, həmin müqavilənin etibarsızlığı ilə bağlı əsaslar müəyyən edilmir. Belə ki, yuxarıda qeyd olunduğu kimi, “xxxx” MMC-nin İddiaçılə müqavilə bağladıqdan sonra eyni əmlakın verilməsinə dair digər şəxslə, yəni Nadir Muradovla müqavilə bağlaması həmin müqavilənin etibarsızlığına səbəb ola bilməz. Çünki, Nadir Muradov qeyri-yaşayış sahəsini Hikmət Zərgərovdan əldə edib. Eyni zamanda, Hikmət Zərgərovun həmin qe yri-yaşayış sahəsinə dair onunla bağlanmış müqavilədən Nadir Muradovun xeyrinə imtina etməsi barədə ərizəsində sonuncu ilə “xxxx” MMC arasında bağlanmış müqavilənin tarixindən (15 oktyabr 2015-ci il) bir gün sonrakı tarixin (16 oktyabr 2015-ci il ) qeyd olunması da, texniki səhv hesab olunmaqla, müqaviləni etibarsız hala gətirmir. Belə olan halda, yəni mübahisə predmeti olan qeyri-yaşayış sahəsinə dair “xxxx” MMC ilə İddiaçı arasında bağlanmış 07 aprel 2008-ci il tarixli müqavilə etibarsız hesab olunduğundan, İddiaçı həmin sahəsinin ona təhvil verilməsi vəzifəsinin “xxxx” MMC həvalə edilməsi barədə tələbi də təmin oluna bilməz. Ona görə də Xətai Rayon Məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Kasasiya instansiyası məhkəməsi yuxarıda qeyd olunanları nəzərə alıb, İddiaçı kasasiya şikayətində göstərdiyi digər dəlilləri də əsassız sayıb hesab edir ki, İddiaçı iddia tələblərini rədd, Nadir Muradovun iddiasını təmin etməklə apelyasiya instansiyası məhkəməsi düzgün nəticəyə gəlib və sadalanan maddi, prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib. Ona görə də iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, İddiaçı kasasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kasasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 28 oktyabr 2020-ci il tarixli, 2(103)-2071/2020 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar