Məhkəmə qərarları › İş №2(102)-2204/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2204/2022

18.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2204/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə № 2(102)-2204/22 QƏRARİ (Açar sözlər: apellyasiya şikayətinin mümkünlüyü) Bakı şəhəri, 18 may 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi hakim), X2 və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11403/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadından Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraa tı a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilat olan Cavabdeh ASC-nin işçiləri üzündən ona vurulmuş maddi ziyan hesab etdiyi 10000 manat məbləğin, mülkündəki tikililərə dəymiş ziyanla bağlı ona vurulmuş mənəvi ziyan hesab etdiyi 5000 manat pulun cavabdeh təşkilatdan alınıb onun xeyrinə verilməsi, məhkəməyə ödədiyi məhkəmə xərci olan 30 manat məbləğində dövlət rüsumunun cavabdeh təşkilatdan alınıb, onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-69/2021 saylı, 15 sentyabr 2021ci il tarixli qətnaməsi (O.Məmmədli) ilə iddia ərizəsi qismən təmin edilmiş, Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 8084 (səkkiz min səksən dörd) manat məbləğində pul və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyəri olaraq 100 (yüz) manat məbləğində pul vəsaitinin Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

3. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-11403/2021 nömrəli, 10 noyabr 2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti qeyri-mümkümn hesab edilərək, şikayət geri qaytarılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir.

5. Apellyasiya instansiyası qeyd etmişdir ki, Cavabdeh ASC tərəfindən Nümayəndə məhkəmə aktlarından şikayət vermək kimi digər prosessual hüquqların təsbit edildiyi etibarnamə əlavə olunsa da, apellyasiya şikayətini imzalayan şəxs Nümayəndə əsas iş yerinin Cavabdeh ASC-də olan əmək müqaviləsi bildirişi şikayətə əlavə olunmamışdır. Həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə məhkəmə tərəfindən Nümayəndə hazırki iş yeri barədə sorğu edilmiş və sonuncunun hazırda "xxxx" MMC-də hüquqşünas vəzifəsində işlədiyini müəyyən edilmişdir. Belə olan halda sonuncunun apellyasiya şikayətini imzalmaq üçün hüquqları olmamışdır.

6. Apellyasiya məhkəməsi Mülki Prosessual Məcəllənin 363.1.1, 363.4 və 366.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

7. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi, mülki işin apellyasiya qaydasında baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

8. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nümayəndə əsas iş yerinin cavabdeh təşkilatda olan əmək müqaviləsi bildirişi işə baxılarkən Yasamal rayon məhkəməsinə təqdim edildiyindən apellyasiya şikayətinə yenisi əlavə edilməmişdir. Həmçinin kassasiya şikayətinin cavabdehin nümayəndəsi tərəfindən deyil, hüquqi şəxsin özü tərəfindən verilməsi məqsədəmüvafiq sayılmışdır. Ona görədə hüquqi şəxsin vəkillə bağladığı order kassasiya şikayətinə əlavə olunur. c) Kassasi ya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

10. Maddə 74.2. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir.

11. Maddə 361.2. Apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir.

12. Maddə 363.1.1. Apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.

13. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

14. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya baxışının hədləri

15. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

16. Hazırkı kassasiya şikayətində qərardad iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.

18. Apelyasiya instansiyası müəyyən etmişdir ki, apellyasiya şikayətinə Cavabdeh ASC tərəfindən Nümayəndə məh kəmə aktlarından şikayət vermək kimi digər prosessual hüquqların təsbit edildiyi etibarnamə əlavə olunsa da, apellyasiya şikayətini imzalayan şəxs Nümayəndə əsas iş yerinin Cavabdeh ASC-də olan əmək müqaviləsi bildirişi şikayətə əlavə olunmamışdır. Kassasiya məhkəməsində isə sübut qəbul və tədqiq olunmur.

19. Belə olan halda, apellyasiya şikayətinin geri qaytarması qanunvericiliyə uyğun olmuşdur. Ona görə də kassasiya şikayətində göstərilənlər həmin qərardadın ləğv edilməsi üçün əsas təşkil etmir.

20. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.

21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayə ti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-11403/2021 nömrəli, 11 noyabr 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev İlqar Xələfov Abiddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar