Məhkəmə qərarları › İş №2(102)-2204/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2204/2024

13.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2204/2024 13.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 qarşı iş üzrə QƏRARİ Kateqoriya: iş üzrə icraata xitam verilməsi, iş mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinə və A zərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4rşı kompensasiyanın ödənilməsi, əmlakın verilməsi və ya dəyərinin ödənilməsi tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1040/2024 nömrəli, 2 aprel 2024-cü il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 (bundan sonra X13) 9 saylı Ərazi Məşğulluq filialı ilə İddiaçı arasında bağlanmış 6 sentyabr 2021-ci il tarixli “özünəməşğulluğa kömək göstərilməsinə dair” 142 nömrəli müqaviləyə əsasən filial təh vil – təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünəməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünə məşğulluğun təşkili üçün biznes–planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.6-cı bəndinə əsasən iddiaçı istifadəsinə verilmiş əmlakda hər hansı bir qüsur aşkar olunacağı təqdirdə həmin qüsurları təsdiq edən sənədlərlə birlikdə əmlakı təhvil aldığı gündən etibarən 30 gün müddətinə filiala təqdim etməyi öhdəsinə götürmüşdür. 2. 6 sentyabr 2021-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktına əsasən, filial 20 yeşik arı, bal süzən avadanlıq və xüsusi geyimləri təhvil vermiş, özünəməşğulluğa cəl b olunmuş şəxs İddiaçı isə həmin əmlakı özü imzalayaraq təhvil aldığını təsdiq etmişdir. 3. 6 sentyabr 2021-ci il tarixli müqaviləyə 2 nömrəli əlavəyə əsasən İddiaçı “Arı ailələrinin saxlanılmasına dair” təlimat təqdim olunmuşdur.

4. İddiaçı 27 sentyabr 2021-ci il tarixdə X7 9 saylı Ərazi Məşğulluq filialına ərizə ilə müraciət edərək çatışmazlıqların aradan qaldırılmasını xahiş etmişdir. 5.

5. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə İddiaçı arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, M/H-0006 nömrəli xidmətin göstərilməsinə dair müqaviləyə və həmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən mərkəz sifarişçiyə parazitoloji xəstəliyə görə diaqnostik müayinə göstərməyi, sonuncu isə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

6. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (bundan sonra Aqrar Xidmətlər Agentliyi) 27 yanvar 2022-ci il tarixli MİHO/1.2.1-2-2022-164 nömrəli məktubuna əsasən iddiaçının təsərrüfatında 18 yanvar 2022-ci il tarixində səlahiyyətli şəxslərin iştirakı ilə baxış keçirilmiş və tərtib edilmiş akta əsasən iddiaçıya arıların bəslənmə və saxlanma qaydalarına düzgün riayət etməsi tövsiyə olunmuşdur. Daha sonra baxış zamanı arı pətəklərindən nümunələr götürülmüş və aidiyyəti üzrə Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertizası və X1 Laboratoriyasına parazitlərə qarşı müayinə üçün göndərilmişdir. Sözügedən laboratoriyanın 21 yanvar 2022-ci il tarixli M\H 220017 nömrəli Sınaq Protokoluna əsasən aparılan parazitol oji müayinə zamanı parazitlər aşkar edilməmişdir.

7. Aqrar Xidmətlər Agentliyinin 27 yanvar 2022-ci il tarixli MİHO/1.2.1-2-2022-164 nömrəli məktubuna əsasən mütəxəssislər tərəfindən aparılan araşdırmaya əsasən arıların zəifləməsi və tələf olmasına səbəb baxımsızlıq və arı ailəsinin qışa hazırlanmasının düzgün həyata keçirilməməsi olmuşdur.

8. Sumqayıt İnzibati Məhkəməsinin 28 sentyabr 2022-ci il tarixli, e-2-1(118)2227/2022 nömrəli qərardadına əsasən İddiaçı Aqrar Xidmətlər Agentliyinə və X10rşı kompensasiyanın ödənilməsi və digər tələblərə dair iddiası mümkün sayılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehlər Aqrar Xidmətlər Agentliyinə və X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2suz hərəkətləri və ya hərəkə tsizliyi tələbinə dair kompensasiya olaraq ümumilikdə 16.26 manat pul vəsaiti, 800 kq bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi, çəkilən məhkəmə xərclərinin xeyrinə ödənilməsi barədə öhdəliyin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 3 yanvar 2021-ci il tarixindən X8 Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” alt sistemində iş axtaran vətəndaş kimi qeydiyyata alınmış, həmçinin, arıçılıq üzrə X3 cəlb edilmək üçün 28 yanvar 2021-ci il tarixində qeydiyyata alınmışdır. 6 sentyabr 2021-ci il tarixində X15 tərəfindən X6 çərçivəsində iyirmi pətəkdən ibarət arı ailəsi ilə təmin edilmişdir. Lakin, arı ailələrinə baxış zamanı onların faktiki olaraq lazımi standartlara cavab vermədiyi məlum olmuşdur. Bu səbəbdən, 27 sentyabr 2021-ci il tarixində təqdim edilmiş təsərrüfatla yanaşı, onunla bağlanan 142 saylı müqavilənin 3.2.6-cı bəndinə uyğun olaraq X7 9 saylı Filialına etiraz məktubu ünvanlamışdır. Müraciətdə təqdim edilmiş təsərrüfatın yararsız olması və acınacaqlı durumu barədə məlumat verməklə, müvafiq baxışın keçirilməsi, çatışmazlıqların aradan qaldırılması və hər-hansı xoşagəlməz hadisədən qorunmaq üçün verilən təsərrüfatın sığortalanmasını xahiş etmişdir. X15 tərəfindən X6 çərçivəsində verdiyi yararsız arı ailələrinə baxış keçirilərək yenilənməsi üçün 9 saylı Quba Məşğulluq filialına etdiyi rəsmi müraciətə rəsmi cavabı ala bilməmiş, yalnız şifahi olaraq bildirilib ki, arıçı baytar tərəfindən rəsmi rəy verilməsini özü təşkil etməlidir. Lakin, Quba rayonunda yerləşən X18 Mərkəzinə müraciət etsə də, əvvəlcə ona bildirilmişdir ki, mərkəzdə rəsmi rəy verə biləcək arıçı baytar yoxdur. Həmçinin, apardığı müəyyən araşdırmalardan sonra məlum olmuşdur ki, ümumiyyətlə, şimal bölgəsində belə bir mütəxəssis olmayıb və ondan tələb edilən rəsmi rəy verə biləcək arıçı baytar yoxdur. Bu məsələyə dair bəzi mənbələrin etirafını nəzərə alaraq, ehtimal etmişdir ki, X13 qəsdən müddəti ötürmək və vətəndaşların haqlı tələbinə maneə yaratmaq məqsədi ilə müqaviləyə belə bir şərt əlavə ediblər. Bu yolla vətəndaşın tələbinin təmin edilməsini mümkünsüz hala gətiriblər. Bu səbəbdən Aqrar Xidmətlər Agentliyinin qaynar xəttinə müraciət etm iş, təsərrüfata baxış keçirilməsi təmin olunaraq rəsmi rəy təqdim edilmişdir. Ona təqdim edilən rəydə şikayətinin əsaslı olduğu qeyd edilmiş və təsdiqlənmişdir. 27 sentyabr 2021-ci il tarixli etiraz məktubunda arı ailələrinin sığortaya cəlb olunmasını və bunun üçün ödəniş etməyə hazır olduğunu bildirmişdir. Eyni müraciət 7 yanvar 2022 tarixli AR KTN-nin Aqrar Xidmətlər Agentliyinin rəisi Mirzə Əliyevə etməklə bildirmişdir, lakin müraciətlərə baxılmayıb. 18 yanvar 2022-ci il tarixində Aqrar Xidmətlər Agentliyinin tapşırığı əsasında Quba rayon X18 Mərkəzi tərəfindən DMA-nın X6 çərçivəsində 6 sentyabr 2021-ci il tarixli 142 nömrəli müqavilə əsasında təqdim edilmiş təsərrüfata baxış keçirilib və akt tərtib edilib. Akta əsasən arı pətəklərinin qaydalara uyğun yerləşdirildiyi, hava şəraitindən q orunduğu, özünüməşğulluq proqramı çərçivəsində DMA tərəfindən verilən təsərrüfatın qış üçün nəzərdə tutulan bal ehtiyyatının olmadığı üçün, tanınmış arı şirkətlərinə məxsus kifayət qədər müxtəlif çeşidlərdə süni arı yemləri ilə təmin edildiyi, arı xəstəlikləri və zərərvericilərinə qarşı müxtəlif növ gücləndirici vitaminlər, multivitaminlər, dərman vasitələri və sair qabaqlayıcı tədbirlərdən normativlərə uyğun qaydada istifadə etdiyi təsdiqlənir. Həmçinin, 27sentyabr 2021-ci il tarixli DMA-nın 9 saylı Filialına arı ailələrinin birləşdirilməsi ilə bağlı müraciəti və DMA-nın buna icazə verməsi barədə müraciəti, baxış keçirən mütəxəssislər tərəfindən təsdiq edilib və mövcud durumda bu qayda ilə bəsləmə qaydalarına daha düzgün riayət etmək təsdiqlənib. Lakin, yanvar ayında bunu həyata keçirmə yin nisbətən əlverişsiz olduğu, həmçinin ona verilən təsərrüfatın 142 saylı müqavilənin 2.3 və 3.1.2 bəndlərinə uyğun olaraq yalnız 2022-ci ilin 6 sentyabr tarixindən təhvil-təslim aktına uyğun olaraq təsərrüfatın mülkiyyətinə keçəcəyi qeyd edilib. 18 yanvar 2022-ci il tarixində təsərrüfata baxış keçirilərkən, mütəxəssislər tərəfindən Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və X1 Laboratoriyasına göndərilməsi üçün arı nümunələri götürülüb. Bunun üçün 25 manat rüsum ödənilib. Laboratoriyanın xx.xx.2022-ci il tarixli M/H 220017 nömrəli Sınaq Protokuluna əsasən müayinə zamanı parazitlər aşkar edilməmişdir. X12 şübhə ilə yanaşır. Belə ki, 27 sentyabr 2021-ci il tarixli müraciətində arıların qışa hazırlıqsız (bal qidasının olmaması və s.) ilə yanaşı xəstəliklərin olması, hətta vara tozun olduğunu təsdiq edən foto və video qeydlərin olduğu faktlar mövcuddur. Ehtimal etmişdir ki, ümumiyyətlə respublikada arıların diaqnostik müayinəsini həyata keçirə biləcək laboratoriya və arıçılıq üzrə müayinə apara bilən baytar ekspert yoxdur. Şimal bölgəsində rəsmi rəy verə biləcək arıçı baytarın olmaması və bu barədə rəsmi müraciətlərinin dörd ayadək ləngidilməsi buna əyani sübutdur. Həmçinin sığorta şirkətlərinin (Aqrar sığorta də daxil) arıları sığorta etməkdən müxtəlif üsullarla yayınmaları, bu sahə üzrə ekspertlərin və diaqnostik müayinə laboratoriyasının olmaması səbəbindən baş verir və vətəndaşlara sığorta etməkdən imtina edilir. Həmçinin arıların müayinəsinə dair müayinənin növü və qiymət cədvəlini tələb etsə də - həmin cədvəlin olmadığını ehtimal etmişdir. DMA tərəfindən 6 sentyabr 2021-ci il tarixli 142 saylı müqavilə ilə verdiyi təsərrüfata dair həmin müqavilənin 2 saylı əlavəsində qeyd edilən Arı ailəsinin saxlanmasına dair Təlimatında, arı ailəsinin qışa hazırlığı ilə əlaqədar 20 kiloqramlıq bal ehtiyatının saxlanması qeyd edilir. Verilən rəy və tərtib edilmiş AKT-a əsasən təsdiq edilmişdir ki, həmin miqdarda bal ehtiyatı arı ailələrinin heçbirində mövcud deyildir. Ümumiyyətlə arı pətəklərində bal qidası olmadığı təsdiqlənir. Həmin qidanı o öz şəxsi vəsaiti hesabına almaq məcburiyyətində qalmışdır. Süni qidanın kiloqramı hazırkı bazar qiyməti ilə 6 manat civarında təşkil etdiyini nəzərə alsa və hər arı pətəyi üçün 20 kq və pətəklərin sayının 20 ədəd olduğunu nəzərə alaraq: 6 manat x 20 kq. x 20 ədəd = 2400 manat; arı ailələrinin zəif və qışa hazırlıqsız olduğu üçün əlavə diqqət və qayğı tələb etdikləri və bunun üçün vaxt sərf edərək faktiki olaraq digər əmək fəaliyyəti ilə məşğul ola bilməməklə qazancdan məhrum olmuşdur. Bunun üçün Azərbaycan Respublikasının 2022-ci il üçün orta aylıq nominal əmək haqqının 829 manat olduğu nəzərə alaraq, 6 sentyabr 2021-ci ildən başlayaraq on dörd ayı əhatə edən indiki vaxtadək: 14 ay x 829 manat = 1166 manat; arıçılığa dəstək proqramı çərçivəsində dövlət tərəfindən arıçılara hər arı ailəsinə görə verilməli olan 10 manat subsidiya vəsaitinin arı ailələrinin böyük hissəsinin tələf olduğu səbəbindən şamil edilmədiyi üçün, 10 manat x 20 arı pətəyi = 200 manat; əlavə nəqliyyat xərcləri, rayondaxili və Bakı şəhərinə müxtəlif növdə kandi, dərman vasitələri, vitaminlər, multivitaminlər, ləvazimatlar, iyirmi beş manatlıq diaqnostik müayinə, AR KTN yanında Aqrar Xidmətlər Agentliyinə qəbula gəlmək və sair avadanlıqların alınması üçün, digər xərclər qismində 2000 manat; X6 çərçivəsində DMA tərəfindən təşkil edilmiş treninqlərdə birgə tərtib edilmiş biznes plana uyğun olaraq, bu ilin bal mövsümü üçün hər arı ailəsindən 40 kiloqram bal əldə edəcəyini, lakin mövcud vəziyyətdə bunun mümkün olmadığı nəzərə alınaraq, dəyərinin hesablanmasını, 40 kq x 20 ədəd = 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq verilməsi; tələf olmuş 15 ədəd arı ailəsinin arı pətəyi ilə birgə yenilənərək 15 ədəd müasir “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsini; sağ qalan 5 ədəd arı ailəsinin zəif olduğu və beçə vermə qabiliyyətinin olmadığı, ana arının qoca olduğu üçün tələf olma ehtimalının olduğunu və mövsüm ərzində bal məhsulu ala bilmədiyinə görə, 5 ədəd cavan ana arı ilə təmin edilməsini tələb etmişdir. Ümumilikdə kompensasiya olaraq 1626 manat pul vəsaiti; 800 kiloqram bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 (on beş) ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi barədə cavabdehə verdiyi tələb qəbul edilməyib. Göründüyü kimi, Aqrar Xidmətlər Agentliyinin və X7 Özünüməşğulluq Proqramı çərçivəsində 6 sentyabr 2021-ci il tarixli 142 saylı müqaviləyə əsasən təmin etdiyi arıçılıq təsərrüfatının müqavilədə qeyd edilən şərtlərə cavab vermədiyi, onu süründürməçiliyə saldıqları, əlavə qulluğa görə əhəmiyyətli vaxt itkisi ilə üzləşməyi, təqdim edilən təsərrüfatın yararsızlığı səbəbindən əlavə vəsait lər xərcləməli olduğunu, qışa hazırlıqsız və zəif olduqları üçün 75% itki ilə çıxdığı və digər 25%-in zəif və qeyri-məhsuldar olduğuna görə mövsümü gəlir əvəzinə ziyanla və artımsız (itki ilə) başa vurduğu üçün ona dəymiş zərərin yuxarıdakı hesablamaya uyğun kompensasiya edilərək ödənilməsini və tələf olan arı pətəklərinin Dövlət Proqramında olan “X19” ilə təmin olunmasını ədalətli hesab etmişdir.

11. Cavabdeh X7 nümayəndəsi iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək İddiaçı cavabdeh X4rşı “özünüməşğulluq proqramı çərçivəsində arıçılıq təsərrüfatı zərfinə daxil olan aktivlərlə əlaqədar cavabdehin hərəkət və ya hərəkətsizliyi nəticəsində ona dəymiş zərərin əvəzi olaraq kompensasiya qismində 16.26 (on altı min iki yüz altı) manat pul vəsaiti, 800 kq bal və ya dəyərinin bazar qiymətin ə uyğun hesablanaraq ödənilməsi, sığortalanaraq 15 ədəd "Ağıllı arı pətəyi" arı ailəsi və 5 ədəd cavan ana arının verilməsi, habelə çəkilən məhkəmə xərclərinin iddiaçının xeyrinə ödənilməsi öhdəliyinin cavabdeh X7 üzərinə qoyulması” barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında müqavilə bağlanan zaman iddiaçı onun istifadəsinə verilmiş əmlakda yarana biləcək qüsurlarla bağlı hansı şərtlərlə və hansı müddətə Agentliyin aidiyyəti filialına müraciət edəcəyini bildiyi təqdirdə tərəflər arasında razılaşdırılmış müddət ərzində təsdiqedici sənədlərlə müraciət etməmişdir. Belə olduğu təqdirdə də sözügedən aktivlərin həqiqətən qüsurlu olub-olmaması məsələsi aktivlərin sadəcə istifadəçisi olan iddiaçı tərəfindən sübuta yetir ilmədiyi üçün müvafiq aktivlərin yeniləri ilə əvəz edilməsi obyektiv olaraq mümkün olmamışdır.. Müvafiq Təlimata uyğun bəslənmə və saxlanmanın həyata keçirməməsi nəticəsində iddiaçının Aqrar Xidmətlər Agentliyin mülkiyyətində olan arıların tələf olmasına səbəb olması heç bir halda Agentliyin mülki məsuliyyəti olaraq qiymətləndirilə bilməz. İstifadəyə verilən aktivlər maddi xarakterli olmayıb onların bioloji olaraq sağlam olması və istifadəyə yararlılığının davamlılığını təmin etmək üçün onların “Arı ailələrinin saxlanılmasına dair Təlimat”-da nəzərdə tutulan qaydada yemlənməsi və saxlanması özünüməşğulluğa cəlb edilmiş şəxsə münasibətdə bir növ öhdəlik xarakteri daşımaqdadır. Çünki tərəflər arasında qeyd edilən məzmunda yaranan münasibətlərdə Agentlik aktivləri şəxslərin mülkiyyətinə vermə yərək onları sadəcə istifadə və sahiblik üçün şəxslərə təqdim edir. İddia ərizəsinin sadə təhlilindən isə müəyyən olunmuşdur ki, iddiaçı iddia etdiyi maddi zərərlərlə arıların tələf olması arasındakı səbəb-nəticə əlaqəsini əsaslandırmamış, habelə mülkiyyəti Agentlikdə olan heyvanların tələf olmasında Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyək əsassız ittihamlar irəli sürmüşdür.

12. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, müqavilə sentyabr ayında bağlanmış və müqaviləyə əsasən hər hansı qüsur aşkar olunduqda xitam verilməsi nəzərdə tutulmuşdur.

13. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi y anında Aqrar Xidmətlər Agentliyinin nümayəndəsi X17 iddia tələbinə etiraz edərək təmin olunmamasını məhkəmədən xahiş etmişdir.

14. Yasamal Rayon Məhkəməsinin e-2(004)-543/2023 nömrəli iş üzrə 26 aprel 2023cü il tarixli qətnaməsi ilə (hakim Ayaz Məmmədov) iddia təmin edilməmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, 6 sentyabr 2021-ci il tarixli təhvil-təslim Aktına əsasən 9 saylı Ərazi Məşğulluq filialı tərəfindən İddiaçı göstərilən aktivlər təhvil verilmiş və necə qulluq edilməsi göstərilmişdir, lakin aktivlərə baxılarkən İddiaçı özünün təqsiri olduğundan iddia tələbi əsassız olmaqla təmin edilməməlidir.

16. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 21.2 və 1096.1, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1, 77.1, 217.3, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

18. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, tərəflər arasında yaranmış münasibətlər müqavilə münasibətləri olduğundan birinci instansiya məhkəməsi bu münasibətləri nizamlayan normaları tətbiq etməli idi. Cavabdeh tərəfindən lazımi keyfiyyətdə əmlak verilməməsi ilə öhdəliklərini pozmuşdur. Cavabdehin bu pozuntunun nəticələrini aradan qaldıra bilmək imkanı var idi. Birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən işə aidiyyəti olan onunla cavabdeh arasında bağlanmış 6 sentyabr 2021ci il tarixli 142 saylı müqavilə, həmin tarixdə 20 ədəd arı pətəklərinin verilməməsi barədə təhvil təs lim aktı, cavabdehin X9 verdiyi 27 sentyabr 2022-ci il tarixli cavab məktubuna istinad edib. Bundan əlavə işə aidiyyəti olmayan onun başqa qətnamənin icrası ilə bağlı inzibati qaydada həbs olunmağı ilə bağlı məhkəmə qərarlarına istinad etmişdir. Bununla məhkəmə Mülki Prosessual Məcəllənin 80-ci maddəsinin tələblərini pozaraq prosessual pozuntuya yol vermişdir. Məhkəmə ümumiyyətlə işin hallarını müəyyən edərkən bir qayda olaraq cavabdehin ona verdiyi 27 sentyabr 2022-ci il tarixli məktubda və məhkəməyə təqdim etdiyi iddia ərizəsinə etirazda ifadə etdiyi mövqeyini Mülki Prosessual Məcəllənin 88-ci maddəsində nəzərdə tutulduğu qayda hər hansı bir yoxlama aparmadan birmənalı qəbul etmişdir. İşə bir başa aidiyyəti olsa da, birinci instansiya məhkəməsi Aqrar Xidmətlər Agentliyinin təsərrüfata ba xış keçirib 18 yanvar 2022-ci il tarixli akta və Aqrar Xidmətlər Agentliyinin Laboratoriya Ekspertiza və X1 Laboratoriyasının 21 yanvar 2022 tarixli, M/H 220017 nömrəli Sınaq Protokoluna istinad etməmiş və bu sübutların məzmununu qətnamədə ümumiyyətlə əks etdirməmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1040/2024 nömrəli mülki iş üzrə 2 aprel 2024-cü il tarixli qərardadı ilə (hakimlər Fərrux Qasımov (sədrlik edən və məruzəçi),Fuad Abdıyev və Xəyal Sarıyev) apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddiaçının Aqrar Xidmətlər Agentliyinə və X4rşı kompensasiyanın ödənilməsi, əmlakın verilməsi və ya dəyərinin ödənilməsi tələblərinə dair iş üzrə icraata xitam verilmişdir.

20. Apellyasiya instansiya məhkəməsi mö vqeyini əsaslandırarkən qeyd etmişdir ki, işin hallarından görünür ki, mübahisənin predmetini Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2suz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzi kimi kompensasiya olaraq ümumilikdə 16206 manat pul vəsaitinin ödənilməsi, həmçinin, 800 kq bal və ya dəyərinin bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi təşkil edir. Eyni zamanda iddiaçı ərizədə kompensasiyanın ödənilməsi üçün digər əsalarla yanaşı ona istinad edir ki, o, rəsmi müraciətində arı ailələrinin sığortaya cəlb olunmasını və bunun üçün ödəniş etməyə hazır olduğunu bildirsə də, müraciəti nəticəsiz qalmışdır.

21. Cavabdehlər - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 inzibati orqan hesab olunurlar.

22. Mübahisənin düzgün həlli üçün ilk növbədə tərəflər arasında yaranmış münasibətlərin xarakteri düzgün qiymətləndirilməlidir.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarında xüsusi hüquqla ümumi (publik) hüquq münasibətləri belə fərqləndirilmişdir ki, xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərin in tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

24. Hazırkı situasiyada isə iddiaçı və cavabdehlər arasında yaranmış münasibətlərdə tərəflər inzibati orqanlar və fiziki şəxsdir, inzibati orqanlar müqavilələri bağlayarkən qanunla ona həvalə olunmuş inzibati funksiyanı yerinə yetirmişlər, yəni, xüsusi hüquqda olduğu kimi “öz iradəsini ifadə etməkdə sərbəst olma” və “heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməmək” halları mövcud olmamışdır. Başqa sözlə ifadə etsək, bu inzibati orqanlar onlara həvalə olunmuş inzibati funksiyanı yerinə yetirərək bu müqavilələri bağlamışlar. İddiaçı isə həmin hüquqi şəxslərin öz üzərlərinə düşən vəzifələri yerinə yetirmədiyini əsas gətirərək məhz həmin orqanların hərəkəti (hərəkətsizliyi) ilə bağlı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

25. Hal – hazırda ölkədə tətbiq olunan qanunvericilikdə “inzibati müqavilə” anlayışı mövcud deyildir. Azərbaycan inzibati icraat üzrə alman hüququnun nü munəsini qəbul etdiyi üçün bizdə də inzibati müqaviləyə müstəqil institut kimi yanaşma demək olar ki, mövcud deyildir və inzibati müqavilənin imzalanmasına inzibati akt statusu verilmədən hüquqi akt kimi baxılır.

26. Ümumi nəzəriyyədə isə müqavilənin inzibati müqavilə sayılması üçün şərtlərdən biri müqavilənin məzmununun qanunla müəyyənləşdirilmiş məsələ olmasıdır. İnzibati müqavilələrlə mülki hüquq müqavilələri arasında əsas fərq odur ki, inzibati müqavilələrin qanuni əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq, yəni dövlət hüququ (public law) qaydaları təşkil edir. İnzibati orqan müqavilə növündə əqdləri ancaq qanunvericilikdə nəzərdə tutulmuş predmetlərə aid bağlaya bilər.

27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Res publikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında 06 oktyabr 2012-ci il tarixli qərarında bu müqavilə barədə qeyd olunmuşdur ki, inzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir, bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçirilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır.

28. Hazırkı işin hallarını da Konstitusiya Məhkəməsin in Plenumunun qeyd olunan qərarında şərh edilən istiqamətdə qiymətləndirmə apararaq belə nəticəyə gəlinir ki, tərəflər arasında bağlanmış müqavilələr icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə iddiaçı arasında bağlanan müqavilədir, bir tərəf icra funksiyalarını həyata keçirən subyektdir.

29. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilənin bağlnması üçün əsas İddiaçı 23-28 avqust 2021-ci il tarixlərdə təşkil olunmuş təlimlərdə iştirak etməsi və qiymətləndirilmədən uğurla keçərək müvafiq qərar əsasında özünəməşğulluğa cəlb olunmasıdır. Bu xüsusat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X5 filialı tərəfindən İddiaçı göndərilən 27 sentyabr 2022-ci il tarixli cavab məktubunda əksini tapır. Fər z etsək ki, iddiaçı təlimlərdə iştirak edərək qiymətləndirilmədən uğurla keçdikdən sonra müfafiq qərar qəbul olumasa və ya müqavilə bağlamaqdan imtina olunsa idi, cavabdeh inzibati orqan hesab olunduğundan iddiaçı qərarın qəbul olunması və ya müqavilənin bağlanması barədə məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə inzibati qaydada məhkəməyə müraciət etməli idi. İnzibati orqan olan cavabdehə qarşı bu məzmunda iddialar qaldırılarkən işə inzibati icraat qaydasında baxılmalıdırsa, həmin orqanın hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddialara da eyni icraatda baxılmalıdır.

30. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırkı iddiaya mülki məhkəmə icraatı qaydasında yox, inzibati icraat qaydasında baxılmalıdır, şikayətin dəlilləri qismən əsaslı olmaqla qətnamənin ləğvinə əsas verir.

31. Mübahisəyə inzibati, yoxsa mülki qaydada baxılması ilə bağlı X13 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 14 noyabr 2023-cü il tarixli, e-102-452/2023 nömrəli qərarı təqdim olunmuşdur və cavabdeh tərəfindən məhz bu qərarda gəlinən mövqe əsas götürülərək işə mülki qaydada baxılmalı olduğu bildirilmişdir.

32. Lakin həmin qərarı nəzərdən keçirərkən görünür ki, mübahisələrin mahiyyəti tamamilə fərqlidir. Belə ki, həmin iş üzrə X7 cavabdehə qarşı iddiasının predmetini “özünə məşğulluğa kömək göstərilməsinə dair müqaviləyə əsasən istifadəyə verilən aktivlərin aşkarlanmaması səbəbindən cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli əmlakların natura şəklində qaytarılmas ı” təşkil edirdisə, hazırkı iddianın predmetini yuxarıda qeyd olunduğu kimi “inzibati orqanların qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzi kimi kompensasiya olaraq ümumilikdə 16206 manat pul vəsaitinin ödənilməsi, həmçinin, 800 kq bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi” təşkil edir. Bundan başqa qərarda aidiyyatla bağlı mübahisə həll olunarkən kollegiyaların qarışıq tərkbi tərəfindən nəticəyə gəlinsə də, yalnız mübahisəyə kommersiya və ya ümumi məhkəmədə baxılması ilə bağlı məsələlərə aydınlıq gətirilmiş və hazırkı qərarda qeyd olunan məsələlərlə bağlı araşdırma aparılmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, həmin qərarda əks ol unmuş mövqe hazırkı işə də mülki mühakimə icraatı qaydasında baxılması üçün əsas ola bilməz.

33. Beləliklə, mülki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə qanuni və əsaslı olmamışdır, apellyasiya şikayəti qətnamənin ləğvinə əsas verir. Buna görə də apellyasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli, işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməlidir.

34. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2. və 2.2.7-ci maddələrinə, Azərbaycan Respublikasının Nazirlə r Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın 8.1-ci və 14.1.2-ci bənlərinə, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş X7 Nizamnaməsinə, Azərbaycan Respublikası Prezidentinin 21 may 2019-cu il tarixli, 701 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0 və 261.0.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

35. Cavabdeh X13 (Vəkil) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən qəbul edilən 2 aprel 2024 tarixli 2(103)1040/2024 nömrəli qərardadın ləğv edilməsini və iş mahiyyəti üzrə baxılması ilə əlaqədar icraatın davam etdirilməsi məqsədilə apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir.

36. Şikayət onunla əsaslandırılmışdır ki, özünüməşğulluğun təşkili ilə bağlı Agentlik və şəxslər arasında müqavilə bağlandıqdan sonra yaranan münasibətlər yux arıda da qeyd edildiyi kimi mülki hüquqi xarakter daşıyır. Belə ki, sözügedən müqavilə bağlandıqdan sonra istər Agentliyin həmin müqaviləyə əsasən aktivləri təhvil verməsi öhdəliyi, istərsə də şəxslərin həmin aktivlər 1 il müddətinə istifadə etmək, bu müddət ərzində aktivləri öz mülkiyyətləri kimi qorumaq, habelə Agentlik tərəfindən keçirilən monitorinqlərə şərait yaratmaqla bağlı öhdəliklərinin mənbəyi aidiyyəti sahəvi qanunvericilik yox, məhz tərəflərarası müqavilədir. Nəzərə alınmalıdır ki, hüquqi təbiəti baxımından özünüməşğulluğun təşkili ilə bağlı Agentlik və şəxslər arasında bağlanan müqavilə müvafiq aktivlərin 1 il müddətinə şəxslər tərəfindən əvəzsiz istifadəsi ilə əlaqədardır. Burada sözügedən şəxslərin həmin aktivlər üzərində mülkiyyət hüququnun yaranması üçün axtarılan şərt i sə qeyd edilən aktivlərin 1 il ərzində tərtib olunmuş biznes-plana uyğun istifadəsidir. Diqqət edilməli bir digər məqam isə ondan ibarətdir ki, tərəflər arasında müqavilənin bağlanması zamanı Agentlik öz fəaliyyət sahəsinə uyğun olaraq daha üstün mövqeyə malik subyekt qismində çıxış etmir. Belə ki, şəxslər özünüməşğulluğun yuxarıda sadalanan bütün mərhələlərindən uğurla keçsə belə, müqaviləni bağlayaraq aktivlərin əldə edilib-edilməməsi ilə bağlı iradə ifadələrində sərbəstdirlər. Əgər münasibətlər BakıA pellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(103)-1040/2024 nömrəli qərardad ilə müəyyən olunmuş mövqeyəsə əsasən inzibati xarakterli olsa idi, o zaman şəxslərin müvafiq müqavilə imzalamaq öhdəliyi olardı.

37. Məhkəmə tərəfindən işə baxılarkən cavabdeh qismində Agentliyin nümayəndəsi tərəfindən barəsində məlumatlar təqdim edilmiş Azərbaycan RespublikasıAli Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 14 noyabr 2023-cü il tarixli e-2(102)- 4527/2023 nömrəli Qərarının əsas mahiyyəti araşdırılmamış və həmin Qərara formal yanaşılmışdır. Belə ki, müvafiq qərardadda hazırkı işdə Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 14 noyabr 2023-cü il tarixli e-2(102)-4527/2023 nömrəli Qərarında təsbit edilmiş faktiki hallardan bu iş üzrə hansı fərqli məqamların olduğu və həmin Qərarda müəyyən olunmuş mövqedən hansı səbəblərə görə fərqli mövqenin müəyyən olunması ilə bağlı əsaslandırma aparılmamışdır.

38. Nəzərə alınmalıdır ki, məhkəmə aidiyyəti müəyyən olunan zaman özünüməşğulluq proqramını n mahiyyəti və Agentliklə bu proqrama müraciət edən şəxslər arasında yaranmış münasibətlərin dəqiq sərhədlərinin müəyyən olunması daha sonra bu münasibətlərdən doğacaq mübahisələrin məhkəmə aidiyyətinin müəyyən olunması üçün zəruri xarakter daşıyır. Belə ki, şəxslərin özünüməşğulluğa cəlb edilməsi prosesi ümumilikdə həm inzibati, həm də mülki hüquqi xüsusiyyətləri ehtiva edən kompleks bir yanaşma tələb edir. Özünüməşğulluğun təşkili hüquqi təbiəti baxımından 5 əsas mərhələdən ibarətdir. Belə ki, “Məşğulluq haqqında” AR Qanununun 24.1.1-24.1.5-ci maddələrinə əsasən özünüməşğulluğun təşkili: 1) özünüməşğulluğun təşkili ilə bağlıməsləhətlərin və məlumatların verilməsi; 2) əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünü məşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 3) özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 4) seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 5) özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi mərhələlərindən ibarətdir. Özünüməşğulluğun təşkili və bu münasibətlərdən doğan mübahisələrin hüquqi təbiəti müəyyən edilən zaman diqqət edilməli əsas məqam mübahisə predmetinin yuxarıda sadalanan hansı mərhələ ilə əlaqədar olması, daha dəqiq hansı mərhələdə ortaya çıxmasıdır. Çünki ayrı-ayrı mərhələlər üzrə Age ntlik və şəxslər arasında yaranan münasibətlər hüquqi xarakteri baxımından fərqlidir. Belə ki, yuxarıda sadalanan bəzi mərhələlərdə Agentlik və şəxslər arasında yaranan münasibətlər məşğulluqla əlaqədar aidiyyəti sahəvi qanunvericiliyin tələbləri nəzərə alınmaqla və inzibati icraat haqqında qanunvericiliyin müddəalarına əsasən inzibati hüquqi xarakterli olur. Məhz bu səbəbdən özünüməşğulluğun fərqli mərhələləri üzrə mübahisələrin də fərqli olması qaçınılmazdır. Məsələn təlimlərə cəlb edilmə, təlimlərdən keçən şəxslərin aktivlərlə təmin edilməsi kimi məsələlərdə Agentlik inzibati orqan qismində çıxış edərək müvafiq hərəkətləri edir və ya qərarları qəbul edir. Ancaq seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak ) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi mərhələsində Agentlik və şəxslər arasında yaranan münasibətləri inzibati hüquqi münasibət olaraq dəyərləndirmək müqavilə hüquqi ilə əlaqədar əsas anlayışlarla üs-üstə düşməyəcəkdir. Belə ki, müvafiq müqavilənin imzalanması və tərəflərin həmin müqavilə imzalandıqdan sonrakı öhdəlikləri nə aidiyyəti sahəvi qanunvericilikdə, nə də inzibati icraat haqqında qanunvericiliklə müəyyən edilmişdir. Sözügedən öhdəliklərin yaranma əsası və həmin öhdəliklərin konkret məzmunu müəyyən edən mənbə məhz tərəflər arasında imzalanmış müqavilədir

39. Məhkəmə tərəfindən işə baxılan zaman mülki prosessual qanunvericiliyin qeyd edilən əsasın mübahisələndirilən məhkəmə qərardadının ləğvi üçün əsas olması ilə bağlı müddəası nəzərə alınmamışdır. Dolayısı ilə formala şmış məhkəmə təcrübəsinin nəzərə alınmaması nəticəsində mübahisələndirilən məhkəmə qərardadının ləğvi üçün hüquqi əsas yaranmışdır.

40. Bakı Apellyasiya Məhkəməsi tərəfindən hazırkı iş üzrə qəbul olunmuş Qərardadda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan RespublikasıQanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli Plenum Qərarına istinad edilsə belə, həmin Qərarın mahiyyətinə düzgün istinad edilməmişdir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenum Qərarında bildirilir ki, təbii inhisar tərəfindən qəbul edilən bu aktın ilk baxımdan publik xarakterli olduğu nəzərə çarpır. Ona görə ki, birtərəfli qaydada qəbul edilir və qeyribərabər vəziyyətdə olan subyektlər arasında dövlət tərəfindən inzibati funksiyaları həyata keçirmək səlahiyyətinə malik inhisar müəssisəsi tərəfindən tətbiq olunur. Yenə həmin Plenum Qərarında müəyyən olunur ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranırlar və fərdi (xüsusi) xarakter daşıyırlar. Digər tərəfdən nəzərə almaq lazımdır ki, təbii inhisar subyekti də bu növ müqavilələrin bağlanması zamanı tam azad deyildir. Belə ki, “Təbii inhisarlar haqqında” Qanunun 10.3cü maddəsində göstərilmişdir ki, təbii inhisar subyektləri təbii inhisar sahələrinə aid olan əmtəəni istehsal etmək (satmaq) imkanına malik olduqda istehlakçılarla belə əm təənin satışına dair müqavilə bağlamaqdan imtina edə bilməzlər. Bununla da, qanunverici təbii inhisar qarşısında tələbləri (xüsusi tarif qiymətləri, müqavilə bağlamaq məcburiliyi və s.) artıraraq onunla istehlakçılar arasında imkanları eyniləşdirir. Göründüyü kimi sözügedən Plenum Qərarının hazırkı iş üzrə tətbiq etsək, Agentliyin fəaliyyəti baxımdan inzibati orqan statusuna malik olması özünüməşğulluğun təşkili ilə bağlı tərəflər arasında bağlanmış müqavilə və müqavilədən doğan mübahisələri inzibati hüquqi xarakterli müəyyən etmək üçün yetərli olmur. Habelə yenə həmin Plenum Qərarına əsasən, vətəndaşlar müvafiq müqavilələri bağlamaqda azad olsalar belə, Agentlik bütün mərhələləri uğurla keçən şəxslərlə müqavilə bağlamaq öhdəliyi daşıyır ki, bu öhdəlik aidiyyəti sahəvi qanunvericilikdə təs bit edilmişdir. Belə olduğu halda konkret müqavilənin bağlanması və müqavilədən doğan öhdəliklər hissəsində Agentlik və şəxslər arasındakı münasibətlər çərçivəsində imkanlar bərabərləşdirilir. Nəzərə alınmalıdır ki, müqavilə üzrə müəyyən olunmuş 1 illik müddət ərzində Agentlik üstün mövqedən çıxış edərək əsassız qaydada aktivləri geri tələb edə və ya şəxslərin istifadəsinə başqa yollarla məhdudlaşdıra bilməz. Bunun əsas səbəbi isə müqavilə münasibətləri çərçivəsində tərəflərin imkanlarının bərabər olması və hər iki tərəfin bərabərhüquqlu subyekt olaraq çıxış etməsidir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 2 aprel 2024 tarixli 2(103)-1040/2024 nömrəli qərardadında bu mövqeyə formal yanaşmış və hazırkı iş üzrə mövcud olan faktiki hallara sözügedən mövqeyi düzgün tətbiq etməmişdir.

41. Bu Qərar hər nə qədər də Agentlik və həmin iş üzrə cavabdeh şəxs arasında bağlanmış müqaviləyə uyğun yaranmış münasibətlərdən yaranan mübahisənin kommersiya yoxsa mülki məhkəmə icraatı qaydasında baxılması ilə bağlı olsa da, həmin Qərardad Ali Məhkəmənin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibi ilə baxılaraq qəbul edilmişdir. Belə olduğu halda əgər ki, bu kateqoriya mübahisələr inzibati məhkəmə icraatı qaydasında baxılmalı olsa idi, o zaman müvafiq Qərarda müəyyən edilən mövqe buna uyğun olardı. Bakı Apellyasiya Məhkəməsi işə baxan zaman bu məsələyə ümumiyyətlə qiymət verməmiş və qəbul etdiyi müvafiq Qərardadda bununla bağlı əsaslandırma aparmamışdır.

42. Kassasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərar ı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 7.1, 7.2-ci bəndinə, “Məhkəmələr və hakimlər haqqında” Qanunun 79-1-ci maddəsinin birinci hissəsinə, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1.4, 24.2, 24.3-cü maddəsinə, Mülki Prosessual Məcəlləsinin 418.1-ci maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli Plenum Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin 14 noyabr 2023-cü il tarixli e2(102)- 4527/2023 nömrəli Qərarına istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. İddiaçı kassasiya şikayətinə q arşı etirazlar verərək bildirmişdir ki, cavabdehlər X13 ilə mübahisə predmeti müqavilədən irəli gəlsə də, digər inzibati orqan olan Aqrar Xidmətlər Agentliyi ilə hər hansı müqavilə yoxdur və hər iki cavabdeh inzibati orqandır. Bu səbəbdən, inzibati orqana (xüsusilə də iki inzibati orqan) qarşı iddianın mülki məhkəmədə baxılması həm məhkəmə aidiyyatı baxımından, həm də prosessual qanunvericilik baxımından uyğun deyildir. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(103)-1040/2024 saylı qərardadının qüvvədə qalmasını və işin inzibati məhkəməyə göndərilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

44. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənlə şdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

47. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

48. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normala rına uyğun çıxarılmalıdır.

49. Maddə 261.0. Hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir:

50. Maddə 261.0.1. iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə;

51. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən:... 417.1.3. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər;

54. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

55. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ““İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 06 oktyabr 2012-ci il tarixli qərarı 56. “...İnzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir. Bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur. Qeyd etmək lazımdır ki, inzibati müqavilənin əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq qaydaları təşkil edir. Habelə, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçir ilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı:

57. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fizik i və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

58. Bənd

4. İnzibati orq anın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.

59. Bənd 7.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Kassasiya baxışının hədləri

60. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

61. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin qərarı

62. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə məcmu şəklində hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

63. Belə ki, İddiaçı cavabdehlər Aqrar Xidmətlər Agentliyinə və X4rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2suz hərəkətləri və ya hərəkətsizliyi tələbinə dair kompensasiya olaraq ümumilikdə 16.26 manat pul vəsaiti, 800 kq bal və ya dəyərinin (manatla) bazar qiymətinə uyğun hesablanaraq ödənilməsi, 15 ədəd “Ağıllı arı pətəyi” arı ailəsi ilə birgə sığortalanaraq verilməsi, 5 ədəd cavan ana arı ilə təmin edilməsi, çəkilən məhkəmə xərclərinin xeyrinə ödənilməsi barədə öh dəliyin cavabdehlərin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

64. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarına əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 9 saylı Ərazi Məşğulluq filialı ilə İddiaçı arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli “özünəməşğulluğa kömək göstərilməsinə dair” 142 nömrəli müqaviləyə əsasən filial təhvil – təslim aktında (müqaviləyə əlavə 1) göstərilən əmlakı bu müqavilə ilə müəyyən edilmiş qaydada özünəməşğulluğa cəlb olunmuş şəxsə verməyi, həmin şəxs isə 1 il müddətində sözügedən əmlakdan özünə məşğulluğun təşkili üçün biznes – planda nəzərdə tutulan təyinatı üzrə istifadə etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.2.6-cı bəndinə əsasən iddiaçı istifadəsinə veri lmiş əmlakda hər hansısa bir qüsur aşkar olunacağı təqdirdə həmin qüsurları təsdiq edən sənədlərlə birlikdə əmlakı təhvil aldığı gündən etibarən 30 gün müddətinə filiala təqdim etməyi öhdəsinə götürmüşdür. 65. 06 sentyabr 2021-ci il tarixli özünəməşğulluğa cəlb olunmuş şəxsə əmlakın istifadəyə verilməsinə dair təhvil-təslim aktından görünür ki, filial 20 yeşik arı, bal süzən avadanlıq və xüsusi geyimləri təhvil vermiş, özünəməşğulluğa cəlb olunmuş şəxs İddiaçı isə həmin əmlakı özü imzalayaraq təhvil aldığını təsdiq etmişdir.

66. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laborotoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi ilə İddiaçı arasında bağlanmış 18 yanvar 2022-ci il tarixli, M/H-0006 nömrəli xidmətin göstərilməsinə dair müqaviləyə və h əmin müqaviləyə 1 nömrəli əlavəyə əsasən mərkəz sifarişçiyə parazitoloji xəstəliyə görə diaqnoatik müayinə göstərməyi, sonuncu isə xidmət haqqı ödəməyi öhdəsinə götürmüşdür.

67. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı situasiyada isə iddiaçı və cavabdehlər arasında yaranmış münasibətlərdə tərəflər inzibati orqanlar və fiziki şəxsdir, inzibati orqanlar müqavilələri bağlayarkən qanunla ona həvalə olunmuş inzibati funksiyanı yerinə yetirmişlər, yəni, xüsusi hüquqda olduğu kimi “öz iradəsini ifadə etməkdə sərbəst olma” və “heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etməmək” halları mövcud olmamışdır. Başqa sözlə ifadə etsək, bu inzibati orqanlar onlara həvalə olunmuş inzibati funksiyanı yerinə yetirərək bu müqavilələri bağlamışlar. İddiaçı isə həmin hüquqi şəxslərin öz üzərlərinə düşən vəzifələri yerinə yetirmədiyini əsas gətirərək məhz həmin orqanların hərəkəti (hərəkətsizliyi) ilə bağlı ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edir.

68. Hal – hazırda ölkədə tətbiq olunan qanunvericilikdə “inzibati müqavilə” anlayışı mövcud deyildir. Azərbaycan inzibati icraat üzrə alman hüququnun nümunəsini qəbul etdiyi üçün bizdə də inzibati müqaviləyə müstəqil institut kimi yanaşma demək olar ki, mövcud deyildir və inzibati müqavilənin imzalanmasına inzibati akt statusu verilmədən hüquqi akt kimi baxılır.

69. Ümumi nəzəriyyədə isə müqavilənin inzibati müqavilə sayılması üçün şərtlərdən biri müqavilənin məzmununun qanunla müəyyənləşdirilmiş məsələ olmasıdır. İnzibati müqavilələrlə mülki hüquq müqavilələri arasında əsas fərq odur ki, inziba ti müqavilələrin qanuni əsasını xüsusi hüquq qaydaları deyil, inzibati hüquq, yəni dövlət hüququ (public law) qaydaları təşkil edir. İnzibati orqan müqavilə növündə əqdləri ancaq qanunvericilikdə nəzərdə tutulmuş predmetlərə aid bağlaya bilər.

70. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” qərarında 06 oktyabr 2012-ci il tarixli qərarında bu müqavilə barədə qeyd olunmuşdur ki, inzibati müqavilə icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə digər subyektlər arasında bağlanan müqavilədir, bu növ müqavilələrdə bir tərəf mütləq qaydada icra funksiyalarını həyata keçirən subyekt olur, inzibati müqavilələri başqalarından fərqləndirən ən vacib xüsusiyyət idarəetmə orqanının qarşı tərəfdən fərqli olaraq, daha üstün səlahiyyətə malik olması və imtiyazlardan istifadə etməsidir. Belə müqavilələr daha çox inzibati-ərazi vahidlərində idarəçilik funksiyalarının həyata keçirilməsi ilə əlaqədar tabeçilik subyektləri arasında bağlanılır.

71. Hazırkı işin hallarını da Konstitusiya Məhkəməsinin Plenumunun qeyd olunan qərarında şərh edilən istiqamətdə qiymətləndirmə apararaq belə nəticəyə gəlinir ki, tərəflər arasında bağlanmış müqavilələr icra funksiyasının həyata keçirilməsi məqsədilə icra hakimiyyəti orqanı ilə iddiaçı arasında bağlanan müqavilədir, bir tərəf icra funksiyalarını həyata keçirən subyektdir.

72. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilənin bağlanması üçün əsas İddiaçı 23-28 avqust 202 1-ci il tarixlərdə təşkil olunmuş təlimlərdə iştirak etməsi və qiymətləndirilmədən uğurla keçərək müvafiq qərar əsasında özünəməşğulluğa cəlb olunmasıdır. Bu xüsusat Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 X5 filialı tərəfindən İddiaçı göndərilən 27 sentyabr 2022-ci il tarixli cavab məktubunda əksini tapır. Fərz etsək ki, iddiaçı təlimlərdə iştirak edərək qiymətləndirilmədən uğurla keçdikdən sonra müfafiq qərar qəbul olumasa və ya müqavilə bağlamaqdan imtina olunsa idi, cavabdeh inzibati orqan hesab olunduğundan iddiaçı qərarın qəbul olunması və ya müqavilənin bağlanması barədə məcburetmə və ya öhdəliyin icrası haqqında iddia ilə inzibati qaydada məhkəməyə müraciət etməli idi. İnzibati orqan olan cavabdehə qarşı bu məzmunda iddialar qaldırılarkən işə inzibati icraat qaydasında baxılmalıdırsa, həmin orqanın hərəkət və hərəkətsizliyi nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi barədə iddialara da eyni icraatda baxılmalıdır.

73. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə iddiaya inzibati icraat qaydasında baxılmalı olması barədə mövqeyi ilə razılaşmır.

74. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. İşin halı kimi müəyyən edilmişdir ki, tərəflər arasında müqavilələr bağlanmışdır. Azərbaycan Respublikasının qanunvericiliyində “inzibati müqavilə” anlayışı mövcud deyil. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin əsasını xüs usi hüquq qaydalarının təşkil edib-etməməsini, tərəflərin müqavilə bağlayarkən xüsusi hüququn bərabərhüquqlu subyektləri kimi çıxış edib-etməməsini, tərəflər arasında müvafiq müqavilələr bağlandığı halda onlar arasındakı münasibətlərin həmin müqavilə şərtlərinə müvafiq olaraq və həmin şərtlər nəzərə alınmaqla xüsusi hüquq normaları ilə tənzimlənməli olub-olmamasını, inzibati orqanların hakimiyyət səlahiyyətini qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirib-keçirmədiyi məsələlərini kifayət qədər araşdırıb hüquqi qiymət verməmişdir.

75. Halbuki iş üzrə qanuni və əsaslı nəticəyə gəlinməsi üçün göstərilən istiqamətdə kifayət qədər araşdırma aparıldıqdan sonra müəyyən edilən hallara maddi və prosessual hüquq normaları tətbiq edilməklə hüquqi qiymətləndirmə həyata keçirilməli idi.

76. Apellyasiya instansiyası məhkəməsinin araşdırması və hüquqi qiymətləndirməsi prosessual hüquq normalarının tələbinə uyğun olmadığından maddi hüquq normalarının düzgün tətbiq edilməsi qənaətinə gəlmək mümkün deyil.

77. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir.

78. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının birinci bəndində qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya müb ahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.

79. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).

80. Məhkəmə, özü tər əfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarı).

81. Yuaxarıda qeyd edilənlərə görə də cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi nin Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(103)-1040/2024 nömrəli qərardadı ləğv edilməli və iş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir.

82. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işə yenidən baxılarkən şərh edilən nöqsanlar aradan qaldırılımaqla maddi və prosessual hüquq normaların tələbinə uyğun, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul edilməlidir.

83. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2 aprel 2024-cü il tarixli 2(103)1040/2024 n ömrəli qərardadı ləğv edilsin. İş yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar