Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2212/2020 25.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı “xxxx”Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, vəkili X5, Cavabdeh vəkili X6 iştirakı ilə, Cavabdehtərəfindən Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)3216/2019 nömrəli iş üzrə 02 oktyabr 2010-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Sumqayıt Şəhər Məhkəməsinin (hakim Ceyhun Məmmədov) 2(060)-4062/2018 saylı, 20 aprel 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh sığortalıya ödənilmiş 6423 manat pul, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, sənədlərin notarial qaydada təstiqi üçün ödənilmiş 7 manat haqqın, ümumilikdə 6460,40 pulun tutularaq “xxxx”ASC-yə verilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Elman Rəhimov sədrlik edən və məruzəçi, Gülnarə Tağızadə, Telman Quliyev) 23 yanvar 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018ci il tarixli qətnaməsi ləğv edilərək iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kolegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Sənan Hacıyev, Elşanə Vəli yeva) 2(102)-4130/19 saylı, 27 may 2019-cu il tarixli qərarı ilə iddiaçı “xxxx” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının (hakimlər – Aqil Abbasov sədrlik edən və məruzəçi, Telman Məmmədov, Məhəmmədəli Rzayev) 02 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh apelyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 20 aprel 2018-ci il tarixli qətnaməsi Cavabdeh sığortalıya ödənilmiş 6423 manat sığorta ödənişi məbləğinin tutulması hissədə dəyişdirilmiş, Cavabdeh 5348 manat pulun tutulub “xxxx” ASC-yə ödənilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. İşin halları: İddiaçı “xxxx” ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 02.08.2014-cü il tarixdə “Mersedes C180” markalı **-CH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə “xxxx”ASC-də sığortalanmış “Kia Rio” markalı avtomobilinə 6423 manat maddi ziyan vurmuşdur. Zərər vuran şəxsin sahibliyində olan avtomobil hər hansı sığorta şirkəti tərəfindən sığortalanmamışdır. Cavabdeh Azərbaycan Respublikası İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Göstərilənlərə əsasən iddiaçı ASC Cavabdeh sığortalıya ödənilmiş 6423 manat pul, məhkəməyə iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu, sənədlərin notarial qay dada təstiqi üçün ödənilmiş 7 manat haqqın, ümumilikdə 6460,40 pulun tutularaq “xxxx”ASC-yə verilməsi İddiaçı təşkilat iddia tələbinin əsası kimi Mülki Məcəllənin 21, 385.1, 430.1, 448.1, 459.1, 936.1, 936.2, 1096, 1097, 1108 və 1114-cü maddələrinə istinad etmişdir. X4 məxsus olan “Kia Rio” markalı avtomobil “xxxx”ASC tərəfindən 13.05.2014-cü ildən 13.05.2015-ci il tarixdək maddi zərərdən sığortalanmışdır. “xxxx” ASC-nin qüsur aktından görünür ki, qəza nəticəsində sığortalanmış avtomobilə 6823 manat ziyan dəymişdir. “xxxx”ASC tərəfindən verilmuiş 14.10.2014-cü il tarixli sığorta aktından görünür ki, X2 xeyrinə 6423 manat sığorta ödənişi edilməlidir. İş materiallarında olan arayışdan görünür ki, “xxxx” ASC-ti tərəfindən X1na sığorta hadisəsinə görə 6423 manat sığorta ödənişi edilmişdir. Bak ı şəhəri, Sumqayıt DYPŞ-nin 12.08.2014-cü il tarixli inzibati xəta haqqında qərarından görünür ki, Cavabdeh yol nəqliyyat hadisəsi törətmiş və o, 40 manat cərimə olunuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdehkassasiya şikayəti verərək Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 02 oktyabr 2010-cu il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi Cavabdeh qarşı yönəlmiş iddia tələbinin qismən təmin edilməsini onunla əsaslandırmışdır ki, cavabdehin mülki hüquq pozuntusu törətməsində təqsirli olması və nəticədə zərər vurulması işin mübahisələndirilməyən halıdır. Bu səbəbdən məhkəmə hesab etmiş dir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında Cavabdeh tələb edilməsində iddiaçı sığorta şirkəti haqlı olmuşdur. Lakin apeliyasiya instansiya məhkəməsini bu barədə gəlmiş oldğu nəticə səhv olmaqla iş materiallarında olan sübutlarla təsdiq olunmur. Belə ki, Cavabdeh tərəfindən mülki hüquq pozuntusunun törədilməsi iddiaçı tərəfindən onun İnzibati Xətalar Məcəlləsini 151.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi barədə Sumqayıt DYPŞ-nin 02.08.2014-cü il tarixli inzibati xəta haqqında qərarın mövcud olması ilə əsaslandırılmışdır. Halbuki Sumqayıt Şəhər Məhkəməsinin 01.11.2018-ci il tarixli qərarı ilə Cavabdeh barəsində Sumqayıt DYPŞ-nin əməkdaşı tərəfindən tərtib olunmuş CYP 354448 saylı 02.08.2014-cü il tarixli inzibati xəta haqqında qərar ləğv olunmuşdur. Bununla da, Cavabdeh tərəfindən inzibati xəta törədilməsində təqsirli olması istisna olunmuş, başqa sözlə Cavabdeh tərəfindən hər hansı mülki hüquq pozuntusu törədilməsi müəyyən olunmamışdır. İşdə mövcud olan sübutlarla tam təsdiq olunur ki, Cavabdeh tərəfindən hər hansı mülki-hüquq pozuntusu törədilmədiyi halda, o əsassız olaraq pul öhdəliyini icra etməyə məruz qalmışdır və bununla da məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1096.2-ci maddələrinin tələbi pozulmuşdur. İddiaçı “xxxx” ASC məhkəmə kollegiyasının ünvanına kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-3216/2019 nömrəli iş üzrə 02 oktyabr 2010-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Cavabdeh vəkili X10 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçı “xxxx”Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 və vəkili X11 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, işdən göründüyü kimi, iddia tələbi apelyasiya instansiyası məhkəməsi tərəfindən qismən təmin edilmiş, iddia tələbinin rədd edilən hissədə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Ona görə də, iddia tələbinin rədd edilən hissədə qətnamənin maddi və prosessual hüquq normalarının tələblərinə uyğunluğu hazırki kasasiya baxışının həddlərini də təşkil etmir. Qətnamə cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə kasasiya qaydasında yoxlanıldı. Əsaslandırma: Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 02 oktyabr 2010-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, 02.08.2014-cü il il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz” C180 markalı avtomobilin “xxxx”ASC-də sığortalanmış X1nın sahibliyində olan “Kia Rio” markalı avtomobillə to qquşaraq sonuncuya 6823 manat maddi ziyan vurulmuş, həmin ziyanla bağlı “xxxx”ASC zərər çəkmiş şəxsə 6423 manat sığorta ödənişi olunmuşdur. Cavabdeh İXM-nin 151.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Hazırda iddiaçı sığorta şirkəti həmin pulun cavabdehdən tutulmasını tələb edir. Mülki Məcəllənin 936.1 və 936.2-ci maddələrinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onu n verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə də mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi Mülki Məcəllənin yuxarıda qeyd olunan maddələrinə istinad edərək vurulmuş zərərin cavabdehdən tutulmasını qət edərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, cavabdehin mülki hüquq pozuntusu törətməsində təqsirli olması və nəticədə zərər vurması işin mübahisələndirilməyən halıdır. İş materiallarından görünür ki, sığortaçı olaraq “xxxx”ASC sığortalıya sığorta ödənişini həyata keçirmişdir. Bununla da iddiaçı nın faydalanan şəxsə ödədiyi sığorta ödənişi məbləğində pulu subroqasiya qaydasında cavabdehdən tələb etmək hüququ yaranmışdır. Bununla belə, apelyasiya instansiyası məhkəməsi hesab etmiçdir ki, qətnamə cavabdehdən tutulan zərərin məbləği hissəsində dəyişdirilməlidir. Məhkəmə bu qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsindən görünür ki, iddiaçı 6423 manat pul tələbini zərər aktına əsasən dəymiş zərərin 6823 manat olması, 400 manat azadolma məbləği çıxmaqla sığortalıya 6423 manat sığorta ödənişi verilməsi ilə əsaslandırmışdır. Başqa sözlə, 6423 manat məbləğin əsasını 04 avqust 2014-cü il tarixdə tərtib edilmiş zərərin hesablanması aktına əsasən dəymiş zərərin 6823 manat olması təşkil edir. Lakin cavabdeh zərərin 6823 manat olmasını mübahisələndirmişdir. Buna görə də, apelyasiya i nstansiyası məhkəməsi hazırki iş üzrə 17 oktyabr 2018-ci il tarixli qərardadı ilə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 12 dekabr 2018-ci il tarixli, 29267 saylı rəyindən görünür ki, “Kia Rio” markalı **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyişilməli hissələr də daxil olmaqla təmir-bərpa xərci hadisə baş verən tarixə 6052 manatdır, bunun 5062 manatı dəyişilməli hissələrin qiyməti, 990 manatı isə təmir-bərpa işlərinin qiymətidir. Köhnəlmə faizi tətbiq edilməklə isə dəyişilməli hissələrin qiyməti 4758 manat, təmir-bərpa işlərinin qiyməti 990 manat, cəmi 5748 manatdır. Göründüyü kimi, ekspert rəyinə görə dəyişilməli hissələrə aşınma tətbiq edilməklə dəyən zərərin qiyməti 5748 manatdır ki, bu da iddiaçının istinad etdiyi zərər aktında göstərilən məbləğdən azdır. Belə olan halda, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qətnamə cavabdehdən tutulan zərərin məbləği hissəsində dəyişdirilməli, yuxarıda göstərilənlərə əsasən 400 manat azad olma məbləği dəymiş zərərin məbləğindən, yəni 5748 manatdan çıxılmalı, zərərin qalan məbləği olan 5348 manat pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin etirazının əsası kimi istinad etdiyi halı – təqsirli olması barədə inzibati qərarın sonradan məhkəmə qərarı ilə ləğv edilməsini – əsasız saymışdır. Belə ki, məhkəmə qeyd etmişdir ki, cavabdeh apelyasiya şikayətində yol-nəqliyyat hadisəsinin baş verməsi, həmin hadisədə təqsirli olmasını mübahisələndirməmiş, yalnız zərərin məbləği ilə razı olmadığını göstərmiş, hətta şikayətə birinci dəfə ape lyasiya qaydasında baxılarkən zərərin məbləği ilə bağlı ekspertiza keçirilməsi barədə vəsatət vermişdir. Məhkəmənin qərardadı əsasında ekspertiza təyin edilmiş, yalnız rəy alınandan sonra cavabdeh barəsində olan inzibati qərarın ləğv edilməsi barədə Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarına istinad edərək təqsirsiz olmasını bildirmişdir. Bundan başqa apelyasiya instansiyası məhkəməsi Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarını cavabdehin təqsirsizliyini təsdiq edən sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, şəxsin delikt öhdəliyinin yaranmasında təqsirli olmasının sübutu kimi bütün hallarda məhkəmə qərarının olmasına zərurət yoxdur. Delikt törədən şəxsin təqsirini etiraf etməsi də öhdəliyin yaranması üçün əsas hesab oluna bilər. Hazırki işdə də cavabdeh polisə verdiyi izahatında düzgün ara məsafəsi saxlamayaraq qarşısındakı avtomobillə toqquşmasını, yol-nəqliyyat hadisəsində təqsirli olmasını etiraf etmişdir. Hətta inzibati qaydada 40 manat cərimə olunaraq cəriməni də ödəmişdir. (i.v.120, 141) Bundan əlavə, apelyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarında cavabdehin yol-nəqliyyat hadisəsində təqsirli olub-olmaması barədə hər hansı məsələyə qiymət verilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 01 noyabr 2018-ci il tarixli qərarından görünür ki, Cavabdeh barəsində CYP 354448 saylı 02 avqust 2014-cü il tarixli inzibati qərar yalnız prosessual qaydalara əməl edilməməsinə görə ləğv olunmuşdur. Bu isə inzibati xəta hadisəsinin olmaması və ya bu hadisədə Cavabdeh tə qsirsiz olması demək deyil. Bu baxımdan apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, CYP 354448 saylı 02 avqust 2014-cü il tarixli inzibati qərarın ləğv edilməsinə istinadən cavabdehin delikt öhdəliyinin yaranmaması barədə dəlili əsassızdır. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər apelyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və məhkəmə tərəfindən həmin dəlillər tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 02 oktyabr 2010-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kolegiyasının 2(105)-3216/2019 nömrəli iş üzrə 02 o ktyabr 2010-cu il tarixli qətnaməsi cavabdehin kasasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2212/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2212/2020
25.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver