Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2212/2024 02.07.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X8, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı ilk, iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbi barədə iş üzrə QƏRARİ (Açar sözlər: maddi və mənəvi ziyanın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərk ibdə, İddiaçı cavabdehlər Cavabdeh1, X3, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, Cavabdeh10, X8, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14 və Cavabdeh15 qarşı “mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 İddiaçı qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-995/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 2 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 10.04.2021-ci il tarixdə Cavabdeh2, Cabbarova Elnarə, Cavabdeh1 və Cavabdeh3 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində "xxxx" MMC-də kiçik mütəxəssis vəzifəsində çalışan İddiaçı heç bir məlumat vermədən və üzrlü səbəb göstərmədən tam iş günü ərzində işə gəlməmişdir.
2. İnsan Resursları şöbəsinin rəhbəri Cavabdeh2 tərəfindən "Buta Traidinq” MMC-in direktoru Cavabdeh14 ünvanlanmış xx.xx.2021-ci il tarixli təqdimatdan görünür ki, xx.xx.2021-ci il tarixində İnsan Resursları şöbəsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 47-ci maddəsinin T bəndinə əsasən (tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə) kargüzarlıq işlərinin görülməsi məqsədilə İddiaçı İnsan Resursları üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Müqavilə 1 (bir) ay sınaq müddə ti olmaqla, 3 ay müddətinə bağlanmışdır. İşçi sınaq müddəti dövründə əmək intizamı qaydalarını kobud şəkildə pozmuş; 1 (bir) ay müddətində 2 gün məlumat vermədən işə gəlməmiş; bir neçə dəfə işçilər arasında nifaq yaradaraq nalayiq davranışlar sərgiləmiş; dəfələrlə şifahi xəbərdarlıq olunmasına baxmayaraq, iş saatında iş yerinin digər otaqlarında oturaraq, öz vəzifə öhdəliklərini layiqincə yerinə yetirməmiş; əmək münasibətlərində etik davranış qaydalarına riayət etməmiş; verilən tapşırıqların tam şəkildə icra edildiyinə dair şöbə rəhbərinə yanlış vermiş; kompyuterin yaddaşında İnsan Resurslarına dair olan bütün məlumatları bərpası mümkün olmayacaq dərəcədə sıfırlamışdır. İşçi sınaq müddəti dövründə iş prosesinə maneələr yaradaraq, nalayiq davranışlar sərgiləmiş, şər-böhtanla şöbə rəhbərini və İnsan Resursları üzrə mütəxəssis Cavabdeh4 təhdid etmişdir. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, İddiaçı sınaq müddətini doğrultmadığı üçün lazımi tədbirlərin görülməsinə icazə verilməsi xahiş edilmişdir. 3. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, xx.xx.2021-ci il tarixli xəbərdarlıq və xx.xx.2021-ci il tarixli sınaq müddəti ərzində işçi dəyərləndirmə forması, işçi İddiaçı görüş iştirakçılarının şahidliyi ilə həm şifahi bildirilmiş, həm də yazılı şəkildə təqdim olunmuşdur. Lakin xx.xx.2021-ci il tarixli yazılı xəbərdarlıqla və xx.xx.2021- ci il tarixdə sınaq müddəti ərzində işçi dəyərləndirmə forması ilə tanış olmaqdan imtina etmiş və etirazını, səs tonunu yüksəldərək mübahisə etmiş, daxili nizam-intizam qaydalarını pozmuş, hətta əməkdaşlara psixoloji təzyiq göstərmişdir. Cavabd eh1, Cavabdeh2 və Cavabdeh4 görüşün keçirilməsində, şifahi və yazılı xəbərdarlığın, həmçinin sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsində iştirak etdiklərini öz imzaları ilə təsdiq etmişlər. Onlarla yanaşı, Cavabdeh15 Cavabdeh8, Cavabdeh13 və Cavabdeh12 işçi İddiaçı etik davranış qaydalarını dəfələrlə pozmasına şahidliklərini öz imzaları ilə təsdiq etmişlər. 4. xx.xx.2021-ci il tarixdə Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4, X2, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh9, X9 və Cavabdeh11 tərəfindən tərtib edilmiş aktdan görünür ki, xx.xx.2021-ci il tarixində işçi İddiaçı əmək müqaviləsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” bəndinə əsasən) xitam verilməsi barədə (xx.xx.2021-ci il tarixli “Xəbərdarlıq” və xx.xx.2021-ci il tarixli "Sınaq müddəti ərzində işçi dəyərləndirmə forması”) təkrar şifahi məlumat verilməsinə baxmayaraq, işçi İddiaçı xx.xx.2021-ci il tarixində israrla, şirkətin direktoru Cavabdeh14 Sain oğlu ilə görüşmək istədiyini bildirmiş, rəhbər ilə görüş həmin tarixdə saat 16:30-da təşkil edilmişdir. Görüş iş vaxtından gec bitməsi səbəbindən rəhbərliyin öncədən alınmış sabit qərarının icrası (işçi İddiaçı əmək müqaviləsinə xitam verilməsi) xx.xx.2021-ci il tarixinə (xx.xx.2021-ci il tarixi ödənişli qeyri iş günü olduğu üçün) keçirilmişdir. Görüş 16:30da başlamış, iş saatından sonra bitmişdir.
5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər idarəsinin İddiaçı ünvanladığı xx.xx.2021-ci il tarixli cavab məktubundan görünür ki, araşdırma zamanı "xxxx" MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş sənədlərdən cəmiyyət ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən qanunvericiliyin tələbləri pozularaq xitam verilmişdir. Eyni zamanda, "xxxx" MMC-nin direktoru Cavabdeh14 Sain oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2021-ci il tarixdə MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmr ləğv edilərək İddiaçı əvvəlki iş yerinə qaytarılması barədə "xxxx" MMC-nin rəhbərliyinə müvafiq məktub ünvanlanmışdır. Razılaşmadığı təqdirdə məhkəməyə müraciə t etmək hüququnun olması ona bildirilmişdir.
6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-1617/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, şikayət qismən təmin edilmiş, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* saylı qərar ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti Bakı şəhər idarəsinə qaytarılmışdır.
7. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4705/2021 nömrəli, 28 sentyabr 2021-ci il tarixli qətnaməsindən görünür ki, Buta Traidinq MMC-nin İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2021-ci il tarixli, BT-İ X-049 saylı əmrinin ləğv edilməsi, İddiaçı "Buta Traidinq” MMC-də insan resursları üzrə kiçik mütəxəssis vəzifəsinə bərpa edilməsi, ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməsi, hüquqi xidmət göstərilməsi üçün ödənilmiş 300 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat məbləğində pulun "Buta Traidinq” MMC-dən tutularaq İddiaçı ödənilməsi, iddianın digər hissədə rədd edilməsi qət edilmişdir.
8. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 4/428-5/343 nömrəli 30 mart 2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 161-ci vərəqində olan "Buta Traiding” MMC ilə İddiaçı adları olan əmək müqaviləsinin 2-ci paraqrafının 2.2-ci bəndində "İşin birinci” yazılarının qarşısındakı "1” rəqəmi - İddiaçı tərəfindən yox, başqa şəxs tərəfind ən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş xx.xx.2021-ci il tarixli əmək müqaviləsinin 2-ci paraqrafının 2.2-ci bəndində yazılmış "1” rəqəmi və həmin müqavilədəki digər əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1135/2022 nömrəli, 27 may 2022-ci il tarixli qətnaməsi ilə cavabdeh "Buta Traidinq” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)4705/2021 saylı, 28 sentyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pulun cavabdeh "Buta Traidinq” MMC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə E kspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5682/2022 nömrəli, 27 dekabr 2022-ci il tarixli qərarı ilə cavabdeh "Buta Traidinq” MMC-in kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 may 2022-ci il tarixli, 2(103)-1135/2022 saylı qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
11. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin xx.xx.2023-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş "Buta Traidinq” MMC tərəfindən "Əmək və məşğulluq” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişlərindən görünür ki, Cavabdeh4 xx.xx.2021-ci ildən xx.xx.2021-ci ilədək, Cavabdeh8 xx.xx.20 21-ci ildən xx.xx.2022-ci ilədək, Cavabdeh7 xx.xx.2021-ci ildən həmin MMC-də işləmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən 5.000 manat olmaqla, ümumilikdə 75.000 manat, hüquqi xidmət göstərilməsi üçün 550 manat, dövlət rüsumu üçün ödənilmiş 317 manat olmaqla, cəmi 75.867 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. İlk iddia tələbi yuxarıda qeyd olunan işin halları ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktları imzalayanların bir qismi "Buta Traidinq” MMC-nin yeni işçiləri olmuş, bir qismi isə İddiaçı ümumiyyətlə tanımam ışlar. Cavabdeh4, Cavabdeh8, Cavabdeh7, Cavabdeh11 xx.xx.2021-ci il tarixdən 2-3 gün əvvəl "Buta Traidinq” MMC-yə işə qəbul olunmuşlar və 2-3 gün ərzində İddiaçı tanımaları mümkün ola bilməzdi. İddiaçı aktı imzalayanlardan Cavabdeh5, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12, Cavabdeh13 ümumiyyətlə görməmişdir, tanımır və onlar da İddiaçı tanımırlar. "Buta Traidinq” MMC öz qanunsuzluqlarını ört-basdır etmək üçün həmin şəxslərdən alət kimi istifadə etmişdir. Aktlarda qeyd edilənlərin heç biri həqiqət deyil və İddiaçı şərəf, ləyaqətinə və işgüzar nüfuzuna zərər vurmuşdur. Sözügedən yalan məlumatlar İddiaçı ağır iztirab keçirməsinə və psixoloji olaraq çökməsinə səbəb olmuşdur. Belə ki, bu aktı imzalayan şəxslər ucbatından 2 ildən artıq müddətdə İddiaçı məhkəmələrdə qalmış və 2 ildən artıq müddətdən s onra yekun məhkəmə qərarı qəbul edilmiş, həmçinin, 2 ildən artıq müddət ərzində heç bir əmək fəaliyyəti ilə məşğul ola bilməmiş və onda olan mənəvi iztirablar daha da ağırlaşmışdır. Kifayət qədər maraqlı məqamdır ki, İddiaçı həmin müəssisədə işlədiyi 1 ay ərzində çox insanı tanımamış və onların da heç bir münasibətləri olmadığı, İddiaçı tanımadıqları halda belə aktı imzalamaqla onun hüquqlarını pozmuşlar. İddiaçı hüquqlarını müdafiə etmək üçün Vəkil1 ilə müqavilə bağlamış və müqaviləyə əsasən vəkilə 550 manat məbləğində ödəniş etmişdir.
14. Qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh14, Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10, Cavabdeh12 və Cavabdeh13 qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı "maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh14 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh3 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh5 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikd ə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 (on yeddi manat iyirmi beş qəpik) manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh6 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh7 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh9 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh10 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh12 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 ma nat, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun; Cavabdeh13 xeyrinə iş vaxtının itirilməsinə görə 700 manat, mənəvi zərər üzrə 1000 manat, vəkilə hüquqi xidmətə görə ödənilmiş 300 manat olmaqla, ümumilikdə 2000 manat və etibarnamənin alınması üçün ödənilmiş 17.25 manat, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün dövlət rüsumuna görə ödənilmiş 40 manat pulun İddiaçı tutularaq onlara ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilk iddiaya əsasən xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktları imzalayan şəxslər tərəfindən İddiaçı yalan bəyanatlar istinad edildiyi qeyd olunaraq həmin şəxslərin hər birindən 5000 manat pul tələb olunmuşdur. Qarşılıqlı iddia üzrə iddiaçılar tər əfindən bu əsassız iddianın geri götürülməsi ilə bağlı təkliflər təqdim olunsa da, İddiaçı tərəfindən bu təkliflərə müsbət cavab verilməmiş və bu da iş vaxtının itirilməsinə və əlavə xərclərin yaranmasına səbəb olmuşdur. İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işçinin məlumat vermədən iki tam iş günü işə gəlməməsi və şöbə rəisi ilə aralarında yaranan mübahisələrdən sonra işçinin əmək müqaviləsinə xitam verilməsi qərara alınmış və bu səbəbdən də İddiaçı xəbərdarlıq məktubu və sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsindən imtina etmiş, bundan sonra mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlar tərtib olunmuşdur. xx.xx.2021-ci il tarixli akt ilə Cavabdeh13 və Cavabdeh12 İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduqlarını təsdiq etmişlər. Həmin akt ilə eyni zamanda şifahi və yazılı xəbərdarlığın, sınaq müddəti ərzində işçi dəyərləndirmə formasının təqdim edilməsində iştirak edildiyi təsdiq edilmişdir. xx.xx.2021-ci il tarixli aktla isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün 16:30-da başlayıb iş saatından sonra bitdiyini təsdiq etmişlər. Həmin aktlar işçinin işdən çıxarılması üçün əsas sənəd olmamış, sadəcə işçinin işdən çıxarılması ilə bağlı başlanmış prosesdən sonra baş vermiş hadisələri təsdiq etmişdir. xx.xx.2021-ci il tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verilmişdir. Sonra məhkəmə qərarları ilə "işçiyə müqavilədə sınaq müddəti tə yin edilmədiyi müəyyən olunmuş və Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” bəndi ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmr ləğv olunmuş və işçi işə bərpa olunmuşdur. Cavabdeh14 "Buta Traidinq” MMCnin direktorudur və İddiaçı ilə bir dəfə işçinin istəyi ilə görüş keçirmiş və işçinin işlədiyi şöbənin rəisi tərəfindən təqdim olunmuş təqdimata əsasən işçinin əmək müqaviləsinə xitam vermişdir. İşçi işdən çıxarılması ilə bağlı iddia vermiş və ona mənəvi ziyan ödənilməsi ilə bağlı qətnamə çıxarılmış və "Buta Traidinq” MMC tərəfindən həmin ziyan ödənilmişdir. Cavabdeh3 "Buta Aqro” MMC-nin direktorudur və Cavabdeh14 ilə eyni binada və mərtəbədə işləyirlər. "Buta Traidinq” MMC-nin əməkdaşı deyil. xx.xx.2021-ci il tarixdə Cavabdeh14 ilə İddiaçı arasında görüş keçirildiyinə şahid olmuş və buna gör ə də aktı imzalamışdır. Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9, Cavabdeh10 xx.xx.2021ci il tarixdə Cavabdeh14 ilə İddiaçı arasında görüş keçirildiyinə şahid olmuş və buna görə də aktı imzalamışlar. Cavabdeh12 və Cavabdeh13 xx.xx.2021-ci il tarixli akt ilə İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğunu təsdiq etmişlər. Bunun səbəbi isə onun iş yerində olan davranışları olmuşdur. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işçinin məlumat vermədən iki tam iş günü işə gəlməməsi, təqdim edilmiş sənədləri qəbul etməməsi həmin faktı təsdiq etməsinin əsası olmuşdur. Hər iki akt İddiaçı əmək müqaviləsinə xitam verilməsinə qərar verildikdən, bunun ona bildirilməsindən sonra tərtib edilərək təsdiq olunmuşdur. Yəni hər iki akt da əmək müqaviləsinə xitam verilməsi üçün əsas olan sənəd olmamışdır. Yenə həmin aktların mötəbərliyini şübhə altına alan və ya etibarsız hesab edilmələri ilə bağlı heç bir sübut da məhkəməyə təqdim edilməmişdir. xx.xx.2021-ci il tarixli akt ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh13 və Cavabdeh12 İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğunu təsdiq etmişlər. İşçinin 2 tam iş günü işə gəlməməsi etik davranış qaydalarının və hətta Əmək Məcəlləsinin tələblərinin pozulması ilə nəticələnir. Sadəcə bu hal aktın həqiqətə uyğun tərtib edildiyini sübut edir. Eyni zamanda, xx.xx.2021-ci il tarixli aktın mətnində kiminsə şərəf və ləyaqətinə münasibətdən nəsə yazılmamış, əmək müqaviləsinə xitam verilməsinə dair qərar qəbul olunduqdan sonra tərtib edilmiş daxili bir sənəd olduğu üçün işgüzar nüfuza zərər vurması da mümkün deyildir. Yenə qeyd olunan akt İddiaçı başqa yerdə əmək fəaliyyəti ilə məşğul olmasına heç bir maneçilik törədə bilməzdi. xx.xx.2021-ci il tarixli aktla isə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün 16:30-da başlayıb iş saatından sonra bitdiyini təsdiq etmişlər. Görüşün başqa vaxt baş tutduğunu iddia edən İddiaçı məhkəməyə bununla bağlı sübut təqdim edə bilməmişdir. Yenə həmin aktın mətnində kiminsə şərəf və ləyaqətinə münasibətdən nəsə yazılmamış, qeyd olunan aktın İddiaçı başqa yerdə əmək fəaliyyəti ilə məşğul olmasına heç bir maneə törətdiyinə dair sübut təqdim edilməmiş və ərizədə əsaslandırılmamışdır. İddiaçı işdən çıxarılmasına əsas olan sənədlər mübahisə predmeti aktlar olmamışdır. İddiaçı əmək müqaviləsinə xitam verilməsinə əsas olan sənəd bu aktlar dan əvvəl, yəni xx.xx.2021-ci il tarixdə tərtib olunmuş "sınaq müddəti ərzində işçi dəyərləndirmə formu” olmuşdur.
16. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia ərizəsinə etiraz təqdim edərək, ilk iddia ərizəsində göstərilənlər halları sadalamış, əlavə olaraq göstərmişdir ki, qarşılıqlı iddia ərizəsində İddiaçı xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixlərində işdə olmaması bildirilir və bu səbəbdən onun əmək müqaviləsinə xitam verildiyi əks olunur. Halbuki, həmin tarixlərdə İddiaçı səhhətində yaranan problemlərə görə işdə olmamış və bunu təsdiq edən sənədlər məhkəməyə və iş yerinə aidiyyatı qaydada təqdim edilmişdir. Həmin sənədlərin iş yerinə təqdim edilməsi və bu barədə heç bir problemin olmaması barədə sübutlar məhkəməyə təqdim edilmişdir. Həmin sübutlardan aydın olur ki, iş yerinin müdiriyyəti bu məsələni normal qəbul etmiş və işçinin səhhətinin vacib olduğu qənaətinə gəlmişdir. Qarşılıqlı iddia ərizəsində qeyd olunan məsələnin əsas gətirilərək əmək müqaviləsinə xitam verildiyi bildirilsə də, bu nüans özü özünü inkar etməkdən başqa bir şey deyil. Belə ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin "a” bəndinə əsasən, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi əmək vəzifələrinin kobud pozulması hesab edilir və bu əsasa görə işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç” bəndi ilə işdən azad edilməli idi. İndiki halda isə işəgötürən İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "d” (sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda) bəndinə əsasən işdən azad etmişdir. Bütün sadalanan bu faktlar İddiaçı həmin iş yerində şər və böhtana məruz qalmasını və cavabdeh qismində adı çəkilən işçilərin də həmin şər və böhtana alət olaraq onun hüquqlarını pozduğunu göstərir. Qarşılıqlı iddia ərizəsində İddiaçı dəfələrlə etik davranış qaydalarını pozduğu əks olunmuşdur. Əgər İddiaçı həqiqətən dəfələrlə etik davranış qaydalarını pozmuşdursa və iş prosesinə maneə yaratmışdırsa, nəyə görə işəgötürən onunla bağlanan əmək müqaviləsinə səhv əsasla xitam vermişdir? Göründüyü kimi, qeyd olunan aktların imzalanmasında əsas məqsəd İddiaçı psixoloji təsir göstərmək, onun şərəf, ləyaqətinə və işgüzar nüfuzuna təsir göstərmək olmuşdur. Qarşılıqlı iddia ərizəsində mülki işin predmeti olan aktlarda yaz ılanlar təsdiqlənsə də, həmin aktlarda qeyd olunanların həqiqətə uyğunluğu barədə heç bir sübut qeyd edilməmişdir. Hazırki işdə cavabdehlər şəxsən məhkəmə iclasına gəlməli və aktlarda qeyd olunan məsələlər sual-cavabla bir daha araşdırılmalıdır. Çünki aktlarda qeyd olunan məsələlər iddiaçını dərindən yaralamış və üstəlik bu aktları imzalayanların qarşılıqlı iddia ilə məhkəməyə müraciət etməsi dərin mənəvi zərərə məruz qoymuşdur. İddiaçı xx.xx.2021- ci il tarixində işəgötürənlə heç bir görüşü olmamış və bunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilmişdir. Apellyasiya instansiya məhkəməsində İddiaçı ilə bağlanmış əmək müqaviləsinin saxtalaşdırılması faktı üzə çıxmışdır. Belə ki, əmək müqaviləsi 3 aylıq müddətə bağlanmış və müqavilənin bitmə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən olunmu ş, heç bir sınaq müddəti qeyd edilməmişdir. Lakin məhkəmə prosesləri zamanı müqaviləni saxtalaşdıraraq 1 ay sınaq müddəti qeyd edilməsi qarşı tərəfdən iddia edilmişdir. Müqavilənin saxtalaşdırılması faktının olub-olmamasını müəyyən etmək üçün apellyasiya instansiya məhkəməsi tərəfindən İddiaçı ilə bağlanmış əmək müqaviləsi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmiş, həmin Mərkəzin xx.xx.2022-ci il tarixli ekspert rəyində tədqiqatın nəticəsi olaraq əmək müqaviləsinin saxtalaşdırılması faktı təsdiq olunmuşdur. Bundan əlavə sözügedən aktların mövcudluğu barədə İddiaçı apellyasiya instansiya məhkəməsində keçirilən proseslərdə xəbər tutmuşdur. Belə ki, o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə şikayət ərizəsi ilə müraciət etdikdən sonra "Bu ta Traidinq MMC özünə bəraət qazandırmaq məqsədilə İddiaçı barəsində müxtəlif aktlar tərtib edərək təqdim etmiş və aktlar apellyasiya instansiya məhkəməsində ona şər və böhtan atmaq məqsədilə istifadə edilmişdir. Yalnız İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin arxivinə müraciət etdikdən sonra həmin aktlarla tanış olmuşdur. Bütün bunlar göstərir ki, xx.xx.2021-ci il tarixli əmr kimi, mülki işin predmeti olan aktlar da qanunsuz şəkildə tərtib edilmiş və nəticədə İddiaçı zərər vurmaqla sonuncunun şərəf, ləyaqətini və işgüzar nüfuzunu zədələmişdir.
17. Qarşılıqlı iddia üzrə iddiaçıların vəkili-nümayəndəsi Vəkil2 ərizə təqdim edərək, qarşılıqlı iddianın 2-ci vərəqinin sonrakı abzaslarında texniki səhv olaraq xx.xx.2021-ci il kimi qeyd olunduğunu bildirmişdir. Qarşılıqlı iddiadakı bu ziddiyəti aradan qaldırmaq məqsədi ilə qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh9 görüşün xx.xx.2021-ci il tarixdə saat 16:30-da başlayıb iş saatından sonra bitdiyini, xx.xx.2021-ci il tarixli aktın onlar tərəfindən imzalandığını və aktlarda qeyd olunanları təkrar təsdiq etdiklərini əlavə etmiş, qeyd olunanların məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir.
18. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-3187/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim X6) ilk iddia və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir.
19. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə zəruri sübutları məhkəməyə təqdim etmək Buta TraidinqMMC-nin hüququ olmuş və MMC öz hüququndan istifadə etmişdir. Bu məsələnin hazırki iş üzrə cavabdehlərə isə aidiyyəti yoxdur, çünki aktlar onlar tərəfindən işəgötürənə təqdim edilmək üçün tərtib edilmiş, qiymətləndirmə forması isə müəssisənin rəhbəri Cavabdeh14 və İnsan resursları şöbəsinin müdiri X10 tərəfindən tərtib edilərək şəxsi işə əlavə edilmiş və hər hansı vasitə ilə ictimailəşdirilməsi, yayılması sübuta yetirilməmişdir.
20. Məhkəmə belə qənaətə gəlmişdir ki, ilkin iddia tələbi “cavabdehlərin hər birindən 5.000 manat olmaqla, ümumilikdə 75.000 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” hissəsində əsassız olduğundan və tələbin dəlilləri müvafiq qaydada sübuta yetirilmədiyindən, tələb bu hissədə təmin edilməməlidir.
21. Məhkəmə qarşılıql ı iddia tələbinin “iş vaxtının itirilməsinə görə 700 manat və mənəvi zərər üzrə 1.000 manat məbləğlərində vəsaitin qarşılıqlı iddia üzrə hər bir iddiaçının xeyrinə qarşılıqlı iddia üzrə cavabdehdən tutulması” hissəsinə münasibətdə bildirmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar ilk iddia üzrə iddiaçının iddiası səbəbindən iş vaxtlarını itirdiklərini və buna görə onların hər birinə 700 manat məbləğində maddi ziyan və eyni zamanda, əlavə olaraq, mənəvi zərər dəydiyini bildirsələr də, onlar bu iddialarını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdirlər. İlkin iddia üzrə iddiaçı qanunla ona verilmiş hüquqdan istifadə edərək məhkəmədə müvafiq qaydada iddia qaldırmış, iddiasının əsaslı olub-olmamasını müəyyən etmək isə məhkəmə araşdırmasının predmeti olmuşdur. İlkin iddia üzrə cav abdeh qismində cəlb edilmiş şəxslər isə məhkəmənin çağırışlarına gəlməyə borclu olmuş, buna baxmayaraq, hazırda qarşılıqlı iddia qaldırıb iş vaxtının itirilməsinə görə zərərin ödənilməsini tələb edən 9 nəfər ilkin iddia üzrə cavabdehlərin heç biri məhkəmə iclaslarına gəlməmiş, öz seçimlərinə görə məhkəmədə vəkil-nümayəndə vasitəsilə təmsil olunmuş və həm iş vaxtının itirilməsinə, həm də qarşılıqlı iddia qaldırmaq üçün çəkdikləri vəkil-nümayəndə xərcinə görə pul tələb etmişlər.
22. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar iş vaxtının itirilməsini və mənəvi zərər çəkmələrini sübuta yetirə və əsaslandıra bilməmişlər. Göstərilənlərə əsasən, onlara maddi (əldən çıxmış fayda) və mənəvi zərər dəyməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 46, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 23, 1096, 1097.1, 1099, 1112, 1115, 425.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 88, 101.3, 103.1, 119.1, 217.2-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2008-ci il 3 noyabr tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tar ixli Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. İlk iddia üzrə İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ilk iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
25. İlk iddia üzrə iddiaçı apellyasiya şikayətini ilk iddia ərizəsinin məzmununa uyğun əsaslandırmışdır, əlavə olaraq göstərmişdir ki, məhkəməyə təqdim edilən sübutlara məhkəmə tərəfindən qərəzsiz, obyektiv münasibət bildirilməmiş, bəzi sübutlara isə ümumiyyətlə qiymət verilməmişdir.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-995/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Sab it Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Elnur Həsənov) birinci instansiya məhkəməsinin 2(006)-3187/2023 nömrəli, 24 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, dövlət rüsumu ilk iddia üzrə iddiaçıya aid edilmişdir.
27. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə, ilk iddia tələbinin “cavabdehlərin hər birindən 5.000 manat olmaqla, ümumilikdə 75.000 manat mənəvi zərərin əvəzinin tutularaq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə iddiaçı cavabdehlərin təqsirli hərəkəti nəticəsində ona mənəvi zərər vurulduğunu bildirsə də, bu faktı təsdiq edəcək mötəbər sübutları məhkəməyə təqdim etməmişdir.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, cavabdehlərin təqsirli hərəkəti dedikdə iddiaçı cavabdehlər tərəfindən imzalanmış xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktları, eyni zamanda, sınaq müddəti ərzində işçi dəyərləndirmə formasını nəzərdə tutaraq, həmin aktlarda və dəyərləndirmə formasında göstərilən məlumatların onun şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirdiyini, aktların və formanın onun işdən çıxarılması üçün əsas olduğunu, bu məlumatların yayılması səbəbindən başqa işəgötürənlərin onu işə götürmədiyini və bütün bunların nəticəsində mənəvi zərərə məruz qaldığını iddia edir. xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli aktları, sınaq müddəti ərzində işçi dəyərləndirmə forması araşdırılarkən həmin aktların və dəyərləndirmə formasının mətnində iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən hər hansı ifadədən istifadə edilməmiş, onun “0” ilə qiymətləndirilməsi müəssisə rəhbərinin və şöbə rəhbərinin subyek tiv yanaşması olmuş, iddiaçının işə bərpa edilməsi barədə çıxarılmış məhkəmə qərarları tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarılmasının əsasını həmin aktlar və dəyərləndirmə forması təşkil etməmişdir. Mübahisələndirilən aktlar və dəyərləndirmə forması iddiaçı barəsində heç bir hüquqi nəticəyə səbəb olmamaqla, məhz faktı təsdiq edən sübut kimi tərtib edilərək şəxsi işə əlavə edilmişdir. Belə ki, adətən, hər kəsə bəlli olan faktları təsdiq etmək üçün hadisənin şahidi olmuş şəxslər akt tərtib edib, aktda göstərilənlərin doğruluğunu öz imzaları ilə təsdiq edirlər. İlkin iddia üzrə iddiaçı tərəf aktların onlarda adı göstərilən şəxslər tərəfindən imzalanmadığını güman etdiklərini bildirərək və aktları etibarsız hesab edərək, əslində öz iddialarına dair ziddiyyətli mövqe sə rgiləyirlər. Belə ki, aktlar həmin şəxslər tərəfindən imzalanmamışsa, ilk iddia üzrə cavabdeh qismində cəlb edilən şəxslərin əslində özlərinin imzalamadıqları akta görə məsuliyyət daşımaları, yəni cavabdeh qismində cəlb edilmələri düzgün deyildir.
29. Məhkəmə kollegiyası “İddiaçı tanımayan, həmin şirkətdə işləməyən şəxslərin akta imza etməsi” dəlilinə münasibətdə qeyd etmişdir ki, akta imza edənlərin həmin müəssisədə işləməməsi hələ hadisənin şahidi olmamalarına dəlalət etmir. Belə ki, burada müxtəlif hallar, məsələn, başqa şirkətin işçisi olub eyni binada işləmək, vakant vəzifə üçün müsahibəyə gəlmək və digər mümkün ehtimallar nəzərə alınmalıdır. Aktların və formanın əvvəlki mübahisə üzrə iş materialı qismində Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi İddiaçı barədə məlumatların yayı lması kimi qiymətləndirilməməlidir. Belə ki, iş üzrə zəruri sübutları məhkəməyə təqdim etmək "xxxx" MMC-nin hüququ olmuş və MMC öz hüququndan istifadə etmişdir. Bu məsələnin hazırki iş üzrə cavabdehlərə isə aidiyyəti yoxdur, çünki aktlar onlar tərəfindən işəgötürənə təqdim edilmək üçün tərtib edilmiş, qiymətləndirmə forması isə müəssisənin rəhbəri Cavabdeh14 və İnsan resursları şöbəsinin müdiri X10 tərəfindən tərtib edilərək şəxsi işə əlavə edilmiş və hər hansı vasitə ilə ictimailəşdirilməsi, yayılması sübuta yetirilməmişdir.
30. Kollegiya mənəvi zərərlə bağlı qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərə f, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusat lar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
31. Məhkəmə kollegiyası qənaətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 23.1, 1096, 1097.1, 1099.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 384.0.1-ci, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" MMC-nin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və on a etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. İddiaçı (Vəkil1) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)995/2024 nömrəli, 14 fevral 2024-cü il tarixli qətnaməsinin ilkin iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
33. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, məhkəmə sübutlara qiymət vermədən ilkin iddia tələbini rədd etməklə səhv nəticəyə gəlmiş və yekunda iddiaçının hüquqlarını pozmuşdur. Bakı Apellyasiya Məhkəməsində keçirilən məhkəmə prosesində ilkin iddia üzrə cavabdehlərdən heç biri gəlməmiş, vəkil və nümayəndə vasitəsilə təmsil olunmamış və heç bir etiraz ərizələri məhkəməy ə təqdim edilməmişdir. Məhkəmə prosesində məhkəmənin iddiaçının xeyrinə işlətdiyi ifadələrə baxmayaraq yekunda belə bir qərarın qəbul edilməsi onun üçün anlaşılmaz olmuş və hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
36. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (re al zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür;
37. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
38. Maddə 1096. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla mü dafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
39. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
40. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyə tinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 29 dekabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 16 iyul 2018-ci il tarixli Qərarı
41. İşçi dedikdə, əmək müqaviləsi əsasında, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxs başa düşülür. İşçinin yalnız əmək müqaviləsində dəqiq müəyyənləşdirilmiş funksiyalarını yerinə yetirərkən törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyəti Mülki Məcəllənin 1099.1-ci maddəsinə uyğun olaraq işəgötürən daşıyır. Əmək Məcəlləsinin 54-cü maddəsinə görə, işəgötürən əmək şəraitini, o cümlədən əməyin mühafizəsini, texniki təhlükəsizlik normalarının gözlənilməsini təmin etməlidir. Buna görə də işçi işlərin təhlükəsiz aparılmasını fi ziki və ya hüquqi şəxsin nəzarəti altında həyata keçirməli olur. Bu halda da Mülki Məcəllənin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs nəzarəti altında olan işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008ci il tarixli Qərarı 42. “Mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurun da müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsianlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin ödənilməsi tələbi iddiaçının şəxsiyyəti ilə əlaqədar olduğu üçün bu tələb üzrə hüquq varisliyinə yol verilmir. Mənəvi zərərin ödənilməsi barədə iddia o hal larda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbi q olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
49. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq norma larının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarına və apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilmiş, gəldiyi nəticəsini qanunvericiliklə əsaslandırmışdır. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
52. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2021ci il və xx.xx.2021-ci il tarixli aktları, sınaq müddəti ərzində işçi dəyərləndirmə forması araşdırılarkən həmin aktların və dəyərləndirmə formasının mətnində iddiaçının şərəf, ləyaqət və işgüzar nüfuzuna xələl gətirən hər hansı ifadədən istifadə edilməmiş, onun “0” ilə qiymətləndirilməsi müəssisə rəhbərinin və şöbə rəhbərinin subyektiv yanaşması olmuş, iddiaçının işə bərpa edilməsi barədə çıxarılmış məhkəmə qərarları tədqiq edilərkən müəyyən edilmişdir ki, iddiaçının işdən çıxarılmasının əsasını həmin aktlar və dəyərləndirmə forması təşkil etməmişdir. Mübahisələndirilən aktlar və dəyərləndirmə forması iddiaçı barəsində heç bir hüquqi nəticəyə səbəb olmamaqla, məhz faktı təsdiq edən sübut kimi tərtib edilərək şəxsi işə əlavə edilmişdir.
53. Apellyasiya məhkəməsini qərarının 39-cu bəndində göstərilənlərin hazırkı işin halları ilə bağlılığı müəyyən olunmur. Məhkəmə kollegiyası nəzərə alır ki, bu fakt məhkəmə aktına hər hansı əsas olmadan yanlış olaraq daxil edilmişdir. Həmin halın isə baxılan işlə hər hansı bağılığının olmaması müəyyən edildiyindən və baxılan iş üzrə irəli sürülən tələbə dair qiymətləndirmə aydın və düzgün olduğundan yol verilmiş yanlışlıq məhkəmə aktının ləğv və dəyişdirilməsi əsası kimi qəbul olunmamalıdır.
54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
56. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsin in gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 fevral 2024-cü il tarixli, 2(103)-995/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Q