Məhkəmə qərarları › İş №2(102)-2213/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2213/2024

25.06.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2213/2024 25.06.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: hərracın nəticələrinin etibarsız hesab olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı ("xxxx" Açıq Səhmdar Cəmiyyəti və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil t ələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “hərracın yekunları barədə protokolun etibarsız hesab edilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1614/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsindən İddiaçı (vəkil Nümayəndə1) tərəfindən verilmiş kassasiya şikayətinə 25 iyun 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-316/2022 nömrəli, 24 noyabr 2022-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin iddiası qismən təmin edimiş, cavabdehlər X5 və X2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə 26 yanvar 2015-ci il tarixli kredit müqaviləsi üzrə 23.981,51 ABŞ dolları əsas, 17.946,5 ABŞ dolları faiz, 600 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 2.792,65 ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 45.320,66 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat məbləğində xidmət haqqının iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, borc öhdəliyinin təminatı kimi tutmanın İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m. ümumi, 38,71 kv.m. yaşayış, 27,3 kv.m. yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömr əli mənzilinə yönəldilməsi, həmin yaşayış evinin açıq hərrac yolu ilə realizə edilməsi, həmin yaşayış evinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin cavabdeh İddiaçı verilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80.000 manat müəyyən edilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalana məbləğin cavabdehlər Nəriman Sultanov və Rübabə Əzizovadan müştərək qaydada iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, cavabdehlər İddiaçı, Rübabə Əzizovanın, Fərid Sultanovun və Əmir Sultanovun Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m. ümumi, 38,71 kv.m. yaşayış, 27,3 kv.m. yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə olan isti fadə hüquqlarının itirilmiş hesab edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m. ümumi, 38,71 kv.m. yaşayış, 27,3 kv.m. yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzil açıq hərracdan satıldıqdan sonra 1 ay ərzində cavabdehlər İddiaçı, Rübabə Əzizovanın, Fərid Sultanovun və Əmir Sultanov tərəfindən boşaldılaraq "xxxx" ASC-yə təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manatın cavabdehlər Rübabə Əzizovadan və Nəriman Sultanovdan müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri 200 manat cavabdehlər Rübabə Əzizovadan və Nəriman Sultanovdan müştərək qaydada tutularaq X1 hesabına köçürülməsi qət edilmişd ir

2. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1447/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin qismən təmin olunması, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinin cərimə kimi 600 ABŞ dolları və müqavilə müddəti bitdikdən sonra 5 faizlə hesablanmış məbləğ kimi 2.792,65 ABŞ dolları tutulması hissəsində ləğv edilməsi və həmin tələblərin təmin edilməməsi, qətnamənin tutulmalı olan ümumi borcun məbləğinə aid hissədə dəyişdirilərək ümumi borcun məbləğinin 41.928,01 ABŞ dolları müəyyən edilməsi, qətnamənin qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

3. Həmin iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən borc öhdəliyinin təminatı hesab edilən İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m. ümumi, 38,71 kv.m. yaşayış, 27,3 kv.m. yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilin likvid qiyməti (ilkin satış qiyməti) 80.000 manat müəyyən edilmişdir.

4. Cavabdeh MMC (hərrac təşkilatçısı) tərəfindən təqdim olunmuş hərrac işindən müəyyən edilir ki, qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin 2(103)1447/2023 nömrəli, 17 fevral 2023-cü il tarixli qətnaməsi əsasında 07 iyun 2023-cü il tarixdə icra vərəqəsi verilmiş və icra edilməsi üçün Sabunçu rayon İcra şöbəsinə göndərilmişdir. İcra məmurunun sifarişi və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında verilmiş icra vərəqəsi əsasında hərrac mərkəzi tərəfindən hərrac keçirilmişdir. Eyni zamanda hərrac işindən görünür ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – İddiaçı sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan – iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 1 ünvanına göndərilmişdir. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. İlkin hərrac baş tutmadığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. Təkrar hərrac baş tutmadığından hərrac mərkəzi tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az qiymətə (51.000 manata) ipoteka saxlayan - "xxxx" ASC-yə təklif edilmiş, ipoteka saxlayan həmin təklifi qəbul etmiş və bu barədə hərrac mərkəzi ilə bank arasında 24 avqust 2023-cü il tarixli X8 barədə 208/23 saylı protokol imzalanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı (bundan sonra iddiaçı) nümayəndəsi və vəkili Nümayəndə1 Cavabdeh MMC-yə (bundan sonra cavabdeh və ya MMC) ("xxxx" ASC və Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m. ümumi, 38,71 kv.m. yaşayış, 27,3 kv.m. yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinə dair qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, həmin mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyər inin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyinin Sabunçu rayon İcra şöbəsinə həvalə edilməsi, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli, 208/23 saylı hərracın nəticələrinin yekunları barədə protokolunun etibarsız hesab edilərək hərracın nəticələrinin yekunlarının ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

6. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixə və xx.xx.2023-cü il tarixə təyin edilmiş hərracların vaxtı və yeri barədə, eləcə də keçirilmə qaydası haqqında ona bildiriş göndərilməmişdir. Bundan başqa, üçüncü şəxs "xxxx" ASC-yə bildiriş göndərildiyi təqdirdə o, ilkin açıq hərracda və təkrar hərracda iştirak etməmişdir. Cavabdeh MMC ilə üçüncü şəxs "xxxx" ASC “bi r-biriləri ilə əməkdaşlıq” edərək hərracın keçirilməsinin və nəticəsinin ssenarisini yazmışlar. Belə ki, "xxxx" ASC onun hərracda iştirak etməyəcəyindən əmin olduğundan (bildiriş göndərilmədiyi üçün) qəsdən hərracda iştirak etməyərək ipoteka predmetini ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə əldə etməyi planlaşdırmışdır. "xxxx" ASC-nin bu planında cavabdeh Banka yaxından köməklik göstərmişdir. Nəticədə "xxxx" ASC xx.xx.2023-cü il tarixli, KBD 6895 saylı məktubla ipoteka predmetini təklif edilən 51.000 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Razılığa əsasən xx.xx.2023-cü il tarixdə hərracın yekunları barədə 208/23 saylı protokol tərtib edilmişdir. Bundan başqa, ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatı il ə 80.000 manat müəyyən edilmiş və əmlak hərraca çıxarılanadək əmlakın qiyməti xeyli artmışdır. Lakin bu hal Sabunçu rayon İcra şöbəsi tərəfindən nəzərə alınmamış və əmlakın qiymətləndirilməsi keçirilməmişdir. Hazırda həmin əmlakın likvid dəyəri 150.000 manatdan yuxarıdır. Buna görə də, əmlakın dəyəri hərraca çıxarılan zaman yenidən qiymətləndirilməli və ədalətli şəkildə hərrac təşkil edilməli idi. Lakin İcra şöbəsi 1 il 9 ay sonra hərracın təşkil olunmasını nəzərə almamış və əmlakın hazırki dəyərinin öyrənilməsi üçün heç bir tədbir görməmişdir.

7. Cavabdeh MMC iddia ərizəsinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Sabunçu Rayon İcra Şöbəsindən MMC-yə ünvanlanmış 701134359/26 saylı, xx.xx.2023-cü il tarixli (daxil olma xx.xx.2023-cü il) sifariş məktubun dan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 1447/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən, ilkin satış dəyəri 80.000 manat olmaqla, İddiaçı mülkiyyətində olan, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.metr ümumi, 38,71 kv.metr yaşayış, 27,3 kv.metr yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilinin açıq hərracda satılması MMC-yə sifariş olunmuşdur. Sözügedən hərrac sifarişi üzrə ilkin hərracın keçirilməsi 01 avqust 2023-cü il tarixinə, saat 10:00-a (növbəlik qaydasında) təyin edilmiş və bu barədə sifarişçi icra şöbəsinə, tələbkar "xxxx" ASC-yə, o cümlədən borclular Nəriman Sultanova, İddiaçı, Rübabə Əzizovaya, Əmir Sultanova və Fərif Sultanova 1413/23 saylı, xx.xx.2023-cü il tarixli bildiriş gö ndərilmişir. İlkin hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan eyni zamanda hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. “Hərracın baş tutmamasına dair” 01 avqust 2023-cü il tarixli protokolun surətindən görünür ki, yuxarıda göstərilən tarixə təyin edilmiş hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. 01 avqust 2023- cü il tarixinə təyin edilmiş hərrac baş tutmadığından həmin mənzil ilkin satış qiymətindən 15% aşağı qiymətə, yəni 68.000 manata olmaqla, 21 avqust 2023-cü il, saat 10:00-da (növbəlik qaydasında) təkrar açıq hərraca çıxarılmış və təkrar hərracın keçirilməsi ilə bağlı elan xx.xx.2023-cü il ta rixində kütləvi informasiya vasitəsi olan “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) dərc olunmuş və həmin elan həmçinin hərrac təşkilatçısının rəsmi internet səhifəsində də (“E-herrac.com”) yerləşdirilmişdir. Eyni zamanda, sözügedən tarixə təyin edilmiş ilkin hərrac hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Hərracın təşkilatçısı tərəfindən xx.xx.2023-cü il tarixə, saat 11:00-a (növbəli qaydasında) təyin edilmiş hərracın baş tutmaması barədə məlumat “Birjanyus” X3 (Portalında) (www.birjanews.az) və hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) dərc olunmuşdur. “Təkrar hərracın keçirilməsinə dair” xx.xx.2023-cü il tarixli, 1685/23 saylı bildirişin surətindən görünür ki, təkrar hərrac barədə tərəflərə müvafiq məlumat verilmişdir. “Hərracın baş tut mamasına dair” 21 avqust 2023-cü il tarixli protokolun surətindən görünür ki, 21 avqust 2023-cü il tarixinə təyin edilmiş təkrar açıq hərrac da hərracın iştirakçısı olmaması səbəbindən baş tutmamışdır. Təkrar hərracın baş tutmamasına dair məlumat xx.xx.2023-cü il tarixində kütləvi informasiya vasitəsində dərc edilməklə, bu məlumat hərracın təşkilatçısının rəsmi internet səhifəsində də (“Eherrac.com”) yerləşdirilmişdir. xx.xx.2023-cü il tarixli, 1811/23 saylı “ipoteka predmetinin əldə olunmasına dair” təklifdən görünür ki, yuxarıda göstərilən ipoteka predmeti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təkrar hərracdakı satış qiymətindən 25% aşağı qiymətə ipoteka saxlayana təklif olunmuşdur. İpoteka saxlayan "xxxx" ASC 23 avqust 2023-cü il tarixli, K.BD 68 95 nömrəli məktubla ipoteka predmetini təklif edilən 51.000 manat məbləğində əldə edilməsinə razı olduğunu bildirmişdir. Qeyd olunan razılığa əsasən “X4” nəzdində Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 208/23 saylı “X8 barədə Protokol” tərtib edilərək təsdiq olunmuş və həmin protokol növbəti tədbirlərin təmin edilməsi məqsədilə Cavabdeh MMC-nin 1827/23 saylı, xx.xx.2023-cü il tarixli məktubuna qoşma ilə (surəti məlumat üçün tələbkar və borcluya ünvanlanmaqla) sifarişçi icra Şöbəsinə göndərilmişdir. Hərracın keçirilməsi zamanı hər hansı qanun pozuntusuna yol verilməmiş, hərracın vaxtı, yeri və s. barədə tələbkara, eləcə də borcluya onun hərrac sifarişində, eləcə də iddiaçının hazırkı iddia ərizəsində göstərilən ünvanına (yəni ünvan 3iq bildirişlərin göndərilməsi hərracın təşkil atçısı tərəfindən təmin olunmuşdur.

8. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) e-2(004)-4716/2023 nömrəli, 23 noyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia rədd edilmiş, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun iddiaçıya aid edilməsi qət olunmuşdur.

9. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrindən göründüyü kimi, iddiaçıya məxsus mənzilin hərraca çıxarılacaq ilkin satış qiyməti (ipoteka qoyulmuş əmlak) "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirilmə hesabatı əsasında 80.000 manat məbləğində müəyyən edilmişdir. Hər iki instansiya məhkəməsi qiymətləndirmə hesabatına hüquqi qiymət verərək, hesabatın kifayət qədər əsaslandırılmış old uğunu göstərmişlər.

10. Məhkəmə hesab etmişdir ki, ipoteka əmlakının hərraca çıxarılmış ilkin satış qiyməti qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, yəni qətnamə məcburi olduğundan, eyni zamanda İcra şöbəsi üçün məcburi olduğundan məcburi olan məhkəmə qərarı ilə hüquqi qiymət verilmiş iddiaçının mənzilinə dair qiymətləndirmə hesabatı etibarsız hesab edilə bilməz və mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyi İcra şöbəsinə həvalə edilə bilməz. Odur ki, iddiaçının mənzilinə dair qiymətləndirmə hesabatının etibarsız hesab edilməsi, mənzil barəsində yenidən əmlakın real bazar və likvid dəyərinin müəyyən edilməsi üçün qiymətləndirilmə aparılmasının təşkil edilməsi öhdəliyin in Sabunçu Rayon İcra Şöbəsinə həvalə edilməsi tələbləri əsassızdır və rədd edilməlidir.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyan – iddiaçıya sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İpoteka qoyan - iddiaçıya bildiriş onun rəsmi qeydə alındığı (iddia ərizəsində də iddiaçı tərəfindən göstərilmiş) ünvan 1 ünvanına göndərilmişdir. İlkin hərracın iştirakçısı olmadığından hərrac baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. İlkin hərrac baş tutma dığından təkrar hərrac təyin edilmiş və bu barədə hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirmiş və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərmişdir. İlkin hərrac baş tutmadığından ipoteka əmlakı ilkin satış qiymətindən 15 faiz aşağı qiymətə təkrar hərraca çıxarılmışdır. Təkrar hərracda baş tutmamış və bu barədə hərracın təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir. Təkrar hərrac baş tutmadığından hərrac mərkəzi tərəfindən ipoteka predmeti təkrar hərracdakı satış qiymətindən 25 faiz az qiymətə (51.000 manata) ipoteka saxlayan - "xxxx" ASC-yə təklif edilmiş, ipoteka saxlayan həmin təklifi qəbul etmiş və bu barəd ə hərrac mərkəzi ilə bank arasında 24 avqust 2023-cü il tarixli X8 barədə 208/23 saylı protokol imzalanmışdır. Odur ki, tədqiq olunmuş sübutlarla hərracın “İpoteka haqqında” Qanunla müəyyən edilmiş qaydalara əməl edilməklə keçirildiyi müəyyən olunmuşdur.

12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 416-cı, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 41.2, 42.3, 42.4, 42.5, 42.6, 42.7, 42.8, 43.1, 43.2, 43.3, 43.4, 43.5, 43.6, 43.7, 43.8, 43.9, 44-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

13. Qətnamədən iddiaçının nümayəndəsi vəı vəkili Çinar Kərimov apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsini n ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.

14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, MMC hərracın keçirilməsi və s. prosessual hərəkətlərlə bağlı bildirişlər tərəfindən alınmadığından mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m. ümumi, 38,71 kv.m. yaşayış, 27,3 kv.m. yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilə dair cavabdeh tərəfindən həyata keçirilən hərəkətlərdən xəbərsiz olmuşdur. MMC-nin məhkəməyə təqdim etdiyi poçt qəbzlərindən də aydın görünür ki, hərracın keçirilməsi ilə bağlı iddiaçıya göndərilən bildirişlər çatmamışdır. Həmçinin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində araşdırılan mülki iş üzrə "xxxx" MMC tərəfindən təqdim edi lən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən borc öhdəliyinin təminatı hesab edilən iddiaçıya məxsus olan mənzilin likvid qiyməti (ilkin satış qiyməti) 80.000 AZN müəyyən edilmişdir. Həmin tarixdən etibarən iki ilə yaxın müddət keçdiyindən və mənzildə yaxşılaşdırma işləri aparıldığından mülkiyyətində olan əmlakın hazırki bazar qiyməti və eləcə də, likvid dəyəri qat-qat yüksəlmişdir. Bu səbəbdən əmlakın xx.xx.2022-ci il tarixdə qiymətləndirilməsi əsas götürülərək dəyərindən çox aşağı məbləğdə satılması ədalətli deyildir və iddiaçının maddi vəziyyətini əhəmiyyətli dərəcə pisləşdirir.

15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1614/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakim Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Mə həmməd Rüstəmli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı hərracın keçirilməsindən məlumatlı olmadığına istinad etmişdir. İş materiallarından görünür ki, bildirişlər iddiaçının iddia ərizəsində göstərilən və ipoteka predmeti olan mülkiyyətindəki ünvana göndərilmişdir. İddiaçının apellyasiya şikayətində istinad etdiyi bildirişlərin çatmamasına dair poçt qəbzləri isə iddiaçının ünvanı üzrə deyil, Nəriman Sultanovun ünvanı (ünvan 4ası ilə bağlı poçt qəbzləridir. Digər tərəfdən “Borc tələbi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki işin yekunlaşması həmin iş üzrə icra sənədənin verilməsinə və nəticədə borc öhdəliyini təmin etmiş evin açı q hərracdan satışa çıxarılmasına səbəb olması iddiaçıya qabaqcadan məlum olmuşdur və o özü də ən azı evin talehinə biganə qalmamaqla icra prosesi və hərracların təşkili və keçirilməsi ilə yaxından maraqlana bilərdi. Ona görə də kollegiyanın gəldiyi nəticə ondan ibarətdir ki, hərracın keçirilməsi barədə iddiaçının məlumatı olmuşdur. Qanunvericiliyin tələblərinə uyğun olaraq hərracların keçirilməsi ilə bağlı hərrac təşkilatçısı hərracın keçirilməsinə dair elanın verildiyi mediada və özünün rəsmi internet saytında məlumat dərc etdirilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən səbəblərdən bu halla bağlı hərracın nəticələrinin etibarsız hesab edilməsi üçün əsas yoxdur. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyasısı həmçinin qeyd etm işdir ki, əksi sübut edilməyincə, mübahisələndirən hərracın nəticələri haqqında protokolun həqiqiliyi prezumpsiyası qəbul edilməlidir. İpoteka predmetinin ilkin satış qiyməti qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə müəyyən edildiyindən, bununla bağlı qeyd edilənlər də əsassızdır. Düzdür, qətnamə ilə ipoteka predmetinin ilikin satış qiyməti müəyyən edildikdən sonra, qətnamənin icrası zamanı bunun üçün əsas olduqda (məsələn, qətnamə çıxarıldıqdan sonra onun icraya yönəldilməsinədək uzun müddət keçdikdə), onun ilkin satış qiymətinin yenidən müəyyən edilməsi qətnamənin icrasının üsul və qaydasının dəyişdirilməsi qaydasında mümkündür. Hazırki işdə isə belə hal müəyyən olunmur, iddiaçı göstərilən məsələ ilə bağlı həmin icra icraatı zamanı müraciət edə bilərdi, ipoteka predmetinin ilkin satı ş qiymətinin yenidən müəyyən edilməsi məsələsinə yeni iddia qaydasında baxıla bilməz. Göstərilən arqument qanuni keçirilmiş hərracın nəticələrinin etibarsız sayılması üçün əsas deyil. Beləliklə, hərracın keçirilməsində qanunların pozulmasını iddia edən iddiaçı öz tələbini əsaslandıra və sübuta yetirə bilməmişlər. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.

18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 415.2, 416.1, 416.2-ci, “İpoteka haqqında” Azərbayc an Respublikası Qanununun 36.1, 41.2, 41.3, 42.1, 43.7, 43.8, 44-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

19. Qətnamədən iddiaçı (Vəkil Nümayəndə1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddianın təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayəti təmin olunmamış, maddi və prosessual normaların tələbləri pozulmaqla qətnamə çıxarılmışdır. Hesab edirlər ki, iddia təmin olunmalıdır. Belə ki, MMC hərracın keçirilməsi və s. prosessual hərəkətlərlə bağlı bildirişlər iddiaçı tərəfdən alınmadığından iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, məhəllə 4090/94-də yerləşən, 3 otaqlı, 66,01 kv.m. ümumi, 38,71 kv.m. yaşayış, 27,3 kv.m. yardımçı sahədən ibarət 1/1 nömrəli evin 33 nömrəli mənzilə dair cavabdeh tərəfindən həyata keçirilən hərəkətlərdən iddiaçı xəbərsiz olmuşdur. Birinci instansiya mhkəməsində mülki iş araşdırılan zaman cavabdeh MMC-nin məhkəməyə təqdim etdiyi poçt qəbzlərindən də aydın görünür ki, hərracın keçrilməsi ilə bağlı iddiaçıya göndərilən bildirişlər ona çatmamışdır. Həmçinin, birinci instansiya mhkəməsində araşdırılan mülki iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatına əsasən bor c öhdəliyinin təminatı hesab edilən iddiaçıya məxsus olan mənzilin likvid qiyməti (ilkin satış qiyməti) 80.000 AZN müəyyən edilmişdir. Lakin həmin tarixdən etibarən iki ilə yaxın müddət keçdiyindən və mənzildə yaxşılaşdırma işləri aparıldığından iddiaçının mülkiyyətində olan əmlakın hazırki bazar qiyməti və eləcə də, likvid dəyəri qat-qat yüksəlmişdir. Bu səbəbdən əmlakın xx.xx.2022-ci il tarixdə qiymətləndirilməsi əsas götürülərək dəyərindən çox aşağı məbləğdə satılması ədalətli deyildir və iddiaçının maddi vəziyyətini əhəmiyyətli dərəcə pisləşdirir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

21. Maddə 415.1. Auksionlar və müsabiqələr açıq və qapalı ola bilər. Açıq auksionda və açıq müsabiqədə istənilən şəxs iştirak edə bilər. Qapalı auksionda və qapalı müsabiqədə ya lnız bu məqsəd üçün dəvət olunan şəxslər iştirak edirlər.

22. Maddə 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Əgər hərracın predmeti müqavilə bağlamaq hüququdursa, qarşıdakı hərrac barəsində bildirişdə bunun üçün verilən müddət göstərilməlidir.

23. Maddə 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. “İpoteka haqqında” Az ərbaycan Respublikasının Qanunu.

24. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda işti rak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.

25. Maddə 42.2. Hərrac baş tutmadıqda, habelə keçirilməsindən imtina edildikdə hərracın təşkilatçısı behləri 7 təqvim günü müddətində geri qaytarmalıdır.Hərracı udan, lakin bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini ödəməyən şəxsin behi qaytarılmır. Həmin beh bu Qanunun 47-ci maddəsində nəzərdə tutulmuş qaydada istifadə edilir.Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin de behi 7 təqvim günü müddətində geri qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda onun verdiyi behin məbləği alış qiymətinə daxil edilir.

26. Maddə 42.6. Hərracı udmuş şəx s və hərracın təşkilatçısı auksionun keçirildiyi gün hərracın nəticələri haqqında müqavilə qüvvəsinə malik olan protokol imzalayırlar. Protokolun imzalanmasından imtina edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 415-ci maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.

27. Maddə 42.7. Hərracı udmuş şəxs hərrac qurtardıqdan sonra ən geci 7 təqvim günü ərzində iştirak üçün verdiyi behi çıxmaqla alış qiymətini ödəməlidir. Əgər alış qiyməti hərracı udmuş şəxs tərəfindən həmin müddət ərzində ödənilməzsə ipoteka predmetini hərracda ikinci ən yuxarı qiymət təklif etmiş şəxs həmin qiymətə ala bilər. Bu məqsədlə hərrac təşkilatı həmin şəxsə müraciət edir, sonuncu ipoteka predmetini almağa yazılı razılıq verdikdə hərracı udmuş şəxs statusu qazanır. Alış qiymətinin ödənilməməsi bu Qanunla müəyyən edilmiş nəticələrə səbəb olur.

28. Maddə 43.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər; Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.

29. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

30. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.

31. Mad də 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.

32. Maddə

44. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu.

33. Maddə 53.2. Borclunun əmlakı, Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əmtəə birjaları nəzdində yaradılan və bu cür əməliyyatlar aparmaq hüququna malik olan ixtisaslaşdırılmış müəssisələr tərəfindən hərrac yolu ilə satılır. Dəyəri 500 manatdan artıq olmayan daşınar əmlak icra xi dmətinin müəyyən etdiyi ticarət şəbəkələrində müvafiq müqavilə əsasında satıla bilər.

34. Maddə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana qaytarılır.

35. Maddə 61.1. Borclunun əmlakının satılması üzrə hərraclar, bu Qanunun 53.2-ci maddəsində göstərilən ixtisaslaşdırılmış müəssisələr tərəfindən müvafiq müqavilə əsasında təşkil edilir və keçirilir.

36. Maddə 61.2. İxtisaslaşdırılmış müəssisələr hərracı məhkəmə icraçının sifarişi əsasında keçirirlər. Həmin sifarişdə hərraca qoyulan əmlakın ilkin qiyməti göstərilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

37. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

38. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

39. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 217.4. Məhkəmə öz qə tnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikay ətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

46. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

47. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:

48. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəm ələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin bütövlükdə yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının kassasiya şikayəti ilə eyni məzmunda olan apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırma aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verilmişdir. Bu səbəbdən də həmin dəlilləri təkrar araşdırmağa lüzum olmadığından, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə razılaşmır.

52. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlil lər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

53. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan b ütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

54. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.

55. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötə bərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

56. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

57. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kolle giyasının 2(103)-1614/2024 nömrəli, 27 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar