Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2214/2023 23.05.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işin mülki məhkəmə icraat qaydasında baxılmalı olmaması, tələbin inzibati icraata aid edilməsi, iş üzrə icraata xitam) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), X1 və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazir liyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı “mülkiyyətdə olan torpaq üzərində özbaşına tikilmiş tikintiyə mülkiyyət hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-184/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qərardadından İddiaçı kassasiya şikayətinə 23 may 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi İşin halları
1. Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən 0.0946 hektar torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmiş, daşınmaz əmlakın dövlət reyestrində 150 nömrəli reyestr kitabının 56 nömrəli vərəqində xx.xx.2022-ci il tarixdə ********** nömrə ilə qeydə alınmışdı r. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı iddia ərizəsi (tələbin dəqiqləşdirilməsi barədə ərizə) ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək Ağdaş rayonu, Nehrəxəlil kəndində, mülkiyyətində olan 0.0946 ha boş torpaq sahəsi üzərində yerləşən 62,08 kv.metrdən ibarət qeyri yaşayış obyektinə mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dö vlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* nömrəli xx.xx.2016-cı il qeydiyyat tarixli çıxarışa əsasən Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən 0.0946 ha boş torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçının mülkiyyətində eyni ilə 0.0946 ha boş torpaq sahəsi mövcuddur. Həmin torpaq sahəsinin bütün texniki sənədləri, o cümlədən texniki pasportu tərtib edilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsində sahibkarlıq obyekti tikdirmişdir. Bu barədə eskiz layihəsi hazırlanmış, qeyri-yaşayış binasının zəruri texniki sənədləri və eskiz planı təsdiqlənmişdir.
4. Torpağın üzərində yerləşən tikintiyə mülkiyyət hüququnun tanınması ilə bağlı iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Çü nki cavabdeh orqan Cavabdeh1 iddiaçının mülkiyyətində olan torpaq sahəsi üzərində rəsmi sənədləşməni aparmağı üçün zəruri qərarı iddiaçıya təqdim etmir.
5. İddiaçının əmlakı iki hissədən ibarət olmaqla 2000-ci ildə o, həmin qeyri yaşayış binası tikmişdir. Ancaq dəfələrlə İcra Hakimiyyətinə müraciətlər etsə də heç bir təsiri olmadığından iddiaçı məhkəməyə müraciət edir. Məsələ ondan ibarətdir ki, Cavabdeh1 mülkiyyətlə bağlı heç bir zəruri sənədi iddiaçıya verməməkdədir.
6. İddiaçı inzibati məhkəməyə bu barədə müraciət edərkən ona Ağdaş Rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə edilmişdir. Çünki həmin orqanın qeyd etdiyi hallar qərarında əks etdirilib.
7. İddiaçı qeyri-yaşayış obyektinin üzərində mülkiyyət hüququnun tanınmasını istəyir. Bu, onun hüququdur. Bu səbəbdən də digər cavabdeh Azər baycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsidir.
8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 180.3-cü maddəsinə istinad edib.
9. Birinci instansiya məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri ondan ibarət olub ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron və xəritə məlumat bazasına əsasən araşdırma aparılmış, aparılan araşdırma zamanı idarənin elektron və kağız üzərin də saxlanılan arxiv məlumatlarında iddiaçının iddia etdiyi “qeyriyaşayış bina”sı ayrıca mülkiyyət kimi yox, hazırda ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinin tərkib hissəsi, yardımçı təsərrüfat binası kimi göstərilmişdir. İddiaçı ayrıca qeyri-yaşayış binası kimi iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb etsə də, mövcud qanunvericiliyin tələbinə əsasən bu, qeyri-mümkündür
10. Ağdaş Rayon Məhkəməsinin 2(014)-1462/2022 nömrəli, 02 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Famil Nəsibov)
11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsinin arxiv məlumatlarına, elektron və xəritə məlumat bazasına əsasən araşdırma aparılmış, apar ılan araşdırma zamanı idarənin elektron və kağız üzərində saxlanılan arxiv məlumatlarında iddiaçının iddia etdiyi “qeyriyaşayış bina”sı ayrıca mülkiyyət kimi yox, hazırda ona xüsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinin tərkib hissəsi, yardımçı təsərrüfat binası kimi göstərilmişdir. İddiaçı ayrıca qeyri yaşayış binası kimi iddia etdiyi daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınmasını tələb etsə də, mövcud qanunvericiliyin tələbinə əsasən qeyri-mümkündür.
12. Birinci instansiya məhkəməsi qeyd edib ki, iddia olunan tikili hazırda iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində yardımçı təsərrüfat binası kimi qeydiyyata alınmışdır. Belə olan halda iddia tam əsassız olduğundan rədd edilməlidir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəlləsinin 180.1, 180.2, 180.3-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1-ci maddələri, “Daşınmaz əmlakın dövlət reyestrinin aparılması Qaydaları” ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
14. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsində maddi və prosessual hüquq normaları pozulmuş, mühüm əhəmiyyəti olan faktiki hallar araşdırılmamış, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
16. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-184/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, mülki iş üzrə icraata xitam verilmiş, iddiaçıya “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq inzibati məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. (hakimlər Ələddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Elçin Mehdiyev)
17. Apellyasiya instansiyası məhkəməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinin apellyasiya şikayətinə etirazının dəlilləri, həmçinin məhkəmə kollegiyasının sorğusuna verilmiş cavabla müəyyən etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsinin elektron və kağız üzərində saxlanılan arxiv məlumatlarında iddiaçının iddia etdiyi “qeyri-yaşayış bina”sı ayrıca mülkiyyət kimi yox, hazırda ona x üsusi mülkiyyət hüququ əsasında məxsus olan fərdi yaşayış evinin tərkib hissəsi, yardımçı təsərrüfat binası kimi göstərilmişdir. Belə ki, xx.xx.2016-cı il tarixli **********66-10301 reyestr nömrəli çıxarışla İddiaçı fərdi yaşayış evi üzərində mülkiyyət hüquqları qeydiyyata alınarkən həmin daşınmaz əmlaka dair tərtib olunmuş texniki pasportda vətəndaşın mülkiyyətində olan 0.15 hektar torpaq sahəsi və orada yerləşən fərdi yaşayış evinin tərkib hissəsi kimi hazırda iddia olunan “yardımçı təsərrüfat binası” göstərilmişdir. 3 mart 2022-ci il tarixli Bölgü Planı ilə iddiaçının mülkiyyətində olan 0.15 ha torpaq sahəsi 0.09 ha və 0.06 ha olmaqla iki hissəyə bölünmüşdür. Həmin bölgü planı əsasında xx.xx.2022-cı il tarixli **********51-10301 reyestr nömrəli çıxarışla Ağdaş rayonu, Nehrəxəlil kəndind ə yerləşən 0.06 ha torpaq sahəsi və həmin tarixli **********60 reyestr nömrəli çıxarışla 0.0946 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətinə verilmişdir. İddiaçı-apellyator Ərazi İdarəsinə müraciət edərək Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən onun mülkiyyətində olan həmin 0.0946 ha torpaq sahəsi üzərində yerləşən 62.08 kv.metrdən ibarət qeyri yaşayış obyektinə ayrıca mülkiyyət hüquqlarını təsdiq edən hüquqların dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi barədə müraciət etmişdir. Vətəndaşa bildirilmişdir ki, sözügedən mübahisə predmeti olan, sonradan bölgü planına əsasən iddiaçının mülkiyyətinə verilmiş 0.09 hektar torpaq sahəsində yerləşən daşınmaz əmlakın qeyri-yaşayış binası kimi vahid daşınmaz əmlak obyekti qismində hüquqların dövlət reyestrində qeydiyyata alınm ası mümkün deyildir.
18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, dövlət orqanları tərəfindən mülkiyyət hüququnun tanınması tələbinə dair iddiaya mülki mühakimə icraatında baxıla bilməz.
19. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iş mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadıqda, iş üzrə icraata xitam verilməlidir. Mülki mühakimə icraatı zamanı işin məhkəmədə baxılmalı olmaması əsası ilə üç halda işin icraatına xitam verilə bilər – iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati və ya inzibati xətalara dair işlər üzrə icraat) baxılmalı olduqda, iş məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olduqda və iş ümumiyyətlə, şəxsin hər hansı hüququnun və qanunla qorunan mənafe yinin pozuntusuna səbəb olmayan hərəkətin (hərəkətsizliyin), aktın və s. mübahisələndirilməsinə yönəlmiş mülki mühakimə icraatı qaydasında baxılmasına yol verilməyən iddianın qaldırılmasına aid olduqda.
20. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının irəli sürdüyü “Ağdaş rayonu, Nehrəxəlil kəndində yerləşən onun mülkiyyətində olan 0.0946 ha boş torpaq sahəsi üzərində yerləşən 62.08 kv.metrdən ibarət qeyri yaşayış obyektinə mülkiyyət hüququnun tanınması” tələbinə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz, birinci instansiya məhkəməsi iddianı icraata qəbul edərək, mahiyyəti üzrə baxarkən prosessual hüquq normalarını pozmuşdur.
21. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, inzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq mün asibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yaranır və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlıdır. Belə hüquq münasibətlərində tərəflərdən biri kimi mütləq qaydada inzibati orqan çıxış edir. Qeyd olunmalıdır ki, inzibati hüquq münasibətlərinin bu əlaməti dövlət idarəetmə fəaliyyətinin mahiyyətinin təzahürüdür. İnzibati hüquq münasibətlərini digər hüquq münasibətlərindən fərqləndirən xüsusiyyətlərdən biri həmin münasibətlərin hakimiyyət tabeçilik prinsipi əsasında qurulmasıdır. Bu isə inzibati orqanların inzibati aktların qəbul edilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı fəaliyyəti üzərində məhkəmə nəzarətinin müəyyən edilməsini tələb edir.
22. Apellyas iya instansiyası məhkəməsi belə nəticəyə gəlib ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə iddia tələbi ilə bağlı qərar qəbul etməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur. Çünki iddiaçı hazırkı iş üzrə inzibati aktın qəbul edilməsini xahiş edir. Belə olan halda da iddianın həmin hissəsi üzrə mülki icraat qaydasında işə baxılması yolverilən hesab edilə bilməz.
23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 261.01, 262.3-cü maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 may 2014-cü il tarixli Qərarı və “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 5.1, 15.4, 17-ci bəndləri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
24. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Kassasiya şikayəti belə əsaslandırılıb: - iddiaçı tikintiyə mülkiyyət hüququnu tanınmasını istəyir. Tikintinin yerləşdiyi torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququ var. Qanunverciliyə görə də belə halda iddiaçını özbaşına tikiliyə mülkiyyət hüququ tan ına bilər. Lakin cavabdeh iddiaçını bu hüququnu tanımır, məhkəmə də iddiaçını hüquqlarını pozub; - məhkəmə iddia tələbinə obyektiv münasibət göstərməyib, qərəzli münasibət nümayiş etdirib. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə kassasiya şikayətinə qarşı etiraz göndərərək, şikayətin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 261.0.1 İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyild irsə, hakim iş üzrə icraata xitam verir. Maddə 262.1. İş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Maddə 262.3. Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüqu q normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyas iya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və y a nəticələnə bilsin. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarı Bənd
2. Nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Bənd 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publ ik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Bənd 5.1. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən i rəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Bənd 15.4. İnzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkə məsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Kassasiya baxışının hədləri
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı tam mübahisələndirilib. Bu baxımdan, məhkəmə kollegiyası qərardadı tam yoxlayır.
29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunm uşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Baxılan iş üzrə apellyasiya instansiyası qanuni nəticəyə gəlmişdir.
32. İddiaçının şikayət verdiyi qərardad iş üzrə icraata xitam verilməsi barədədir.
33. İşin müəyyən edilmiş hallarına görə iddiaçı mülkiyyətində olan torpaq sahəsi üzərindəki özbaşına tikliyə mülkiyyət hüququnu tanınmasını tələb edir, başqa sözlə iddiaçı hazırkı iş üzrə inzibati aktın qəbul edilməsini xahiş edir. İş üzrə cavabdeh olan Cavabdeh1 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Ə mlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsi də inzibati orqanlardır.
34. İddia tələbi faktiki olaraq inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddiadır.
35. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
36. Məhkəmə kollegiyası iddia tələbinin məhkəmə aidiyyatı ilə bağlı gəlinən nəticəni və tətbiq edilən prosessual hüquq normaları ilə razılaşır. Gəlinən nəticə qanunvericiliyə və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il Qərarında şərh edilən hüquqi mövqeyə uyğ un olub.
37. Həmin qərarın 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanı nması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
38. Məhkəmə kollegiyası şərh olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-184/2023 nömrəli, 06 mart 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.