Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2217/2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MTK-ya qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: artıq ödənilmiş pul tələbi) 02.07.2024 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “artıq ödənilmiş pulun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1924/2024 saylı iş üzrə, 19 mart 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 02 iyul 2024-cü il tarixdə Ali Məhkəmənin bin asında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ünvan 1 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 86.6 kv.m. olan 2 otaqlı 94 nömrəli mənzillə əlaqədar xx.xx.2012-ci il tarixdə 141 saylı müqavilə bağlanmış, müqaviləyə görə MTK, həmin mənzili müqavilədə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində İddiaçı verilməsini təmin etməyi, Əsgər Məmmədov isə bir kv.m.-nin qiyməti 650 manat razılaşdırılan mənzilin cəmi dəyərini təşkil edən 56.290 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
2. Cavabd eh MTK-nın xx.xx.2013-cü il tarixli 000141 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 241 E ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 94 nömrəli mənzilin dəyərini tam ödəmişdir.
3. İddiaçı ilə Cavabdeh Mənzil Tikinti Kooperativi arasında Bakı şəhəri İcra Hakimiyyəti Başçısının sərəncamı ilə ünvan 1 ünvanda, İTRYŞ-nə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 (dörd) girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində, ümumi sahəsi 149.26 kv.m. olan, 3 otaqlı 95 nömrəli mənzillə əlaqədar xx.xx.2012-ci il tarixdə 142 saylı müqavilə bağlanmış, müqaviləyə görə MTK, həmin mənzili müqavilədə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlə r daxilində İddiaçı verilməsini təmin etməyi, Əsgər Məmmədov isə bir kv.m.-nin qiyməti 650 manat razılaşdırılan mənzilin cəmi dəyərini təşkil edən 97.019 manatı MTK-ya ödəməyi öhdələrinə götürmüşlər.
4. Cavabdeh MTK-nın xx.xx.2013-cü il tarixli 000142 nömrəli arayışında göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilin dəyərini tam ödəmişdir. 5. ünvan 6, mənzil 94 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 421, M5, mənzil 2) xx.xx.2021-ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, reyestr çıxarışında mənzilin ümumi sahəsi 74,10 m2 göstərilmişdir.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən t ərtib olunmuş texniki pasporta görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 94 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 421, M5, 2) saylı mənzilin ümumi sahəsi 74.10 kv.m. olmaqla dəhliz 10.8 kv.m., yaşayış otağı 25.3 kv.m., lociya 1.8 kv.m., mətbəx 17.5 kv.m., yaşayış otağı 15.3 kv.m. və sanitar qovşağ isə 3 kv.m. təşkil edir.
7. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 95 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 421, M5, mənzil 3) xx.xx.2021-ci il tarixdə İddiaçı adına Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmış, reyestr çıxarışında mənzilin ümumi sahəsi 126,10 m2 göstərilmişdir.
8. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib olunmuş texniki paspor ta görə, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 241 E, mənzil 95 (Yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 421, M5, 3) saylı mənzilin ümumi sahəsi 126,1 kv.m. olmaqla hall 27,1 kv.m., yaşayış otağı 33.1 kv.m., lociya 1.9 kv.m., sanitar qovşağ 6.3 kv.m., sanitar qovşağ 3.7 kv.m., yaşayış otağı 17.6 kv.m., yaşayış otağı 16.3 kv.m., mətbəx 16 kv.m., balkon isə 1.1 kv.m. təşkil edir. 9. xx.xx.2015-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 95 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün MTK-ya 875 manat ödəmişdir. 10.xx.xx.2015-ci il tarixli arayışda göstərilmişdir ki, İddiaçı ünvan 2 ünvanında inşa edilmiş 14-16 mərtəbəli yaşayış bi nasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində yerləşən 2 otaqlı 94 nömrəli mənzilə aid olan işıq, qaz və su sayğacları üçün MTK-ya 875 manat ödəmişdir.
11. İddiaçı Cavabdeh MTK-ya ərizə ünvanlamış, ərizədə ünvan 3illərin alınması üçün artıq ödədiyi 23.179 manat pulun və həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödədiyi 1.750 manatın ona geri qaytarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat 12.İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi və sonradan iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli mənzillərinə (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 421, M5, m2 və m3) görə artıq ödədiyi 8125 manatın və 15 054 manatın, mənzillərdə quraşdırılmış qaz, işıq və su sayğaclarına görə alınan 1750 manatın, yəni cəmi 24 929 manatın və 180 manat dövlət rüsumunun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.İddiaçı tələbini belə əsaslandırmışdır ki, cavabdehlə arasında bağlanan xx.xx.2012ci il tarixli, 141 nömrəli müqaviləyə əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 241E saylı ünvanda İctimai Televiziya və Radio Yayımları Şirkətinə ayrılmış torpaq sahəsində kooperativ tərəfindən inşa olunan 4 girişli, 14-16 mərtəbəli yaşayış binasının 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 86,6 kv.m olan 2 otaqlı 94 nömrəli mənzili 1 kv.m-nın qiyməti 650 manat olm aqla 56 290 manata, xx.xx.2012-ci il tarixli 142 nömrəli müqaviləyə əsasən isə həmin binanın 3 nömrəli girişinin 5-ci mərtəbəsində ümumi sahəsi 149,26 kv.m. olan 3 otaqlı 95 nömrəli mənzili 1 kv.m-nin qiyməti 650 manata olmaqla cəmi 97 019 manata almış, hər iki mənzilin dəyərini tam olaraq ödəmişdir. Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi ev 241 E, mənzil 94-ə dair Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport, mənzil 95-ə dair qeydiyyat nömrəsi ********** olan xx.xx.2021-ci il tarixli çıxarış və xx.xx.2021-ci il tarixli Texniki Pasport almışdır. Mənzillərə dair çıxarışları və texniki pasportları aldıqdan sonra məlum olmuşdur ki, müqavilələrdə 94 nömrə li mənzilin sahəsi 86,6 kv.metr qeyd olunsa da, əslində həmin mənzilin sahəsi 74,10 kv.m., 95 saylı mənzilin sahəsi 149,26 kv.m. qeyd olunsa da, həmin mənzilin sahəsi 126,10 kvadrat metrdir. Göründüyü kimi cavabdeh müqavilədə həmin mənzillərin sahəsini həqiqi ölçülərindən daha çox qeyd etməklə ondan artıq pul almışdır. Belə ki, 94 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 12,5 kv.m. sahəsinə görə o, 8125 manat, 95 saylı mənzilin şişirdilərək həqiqətdə mövcud olmayan 23,16 kv.m. sahəsinə görə isə 15 054 manat, ümumilikdə 23 179 manat artıq ödəniş etmişdir. Nəticədə cavabdeh ondan ümumilikdə 23.179 manat artıq pul almışdır. Ödədiyi artıq pulların geri qaytarılması üçün pretenziya qaydasına əməl edərək xx.xx.2022-ci il tarixdə ərizə ilə cavabdehə müraciət etsə də, müraciətinə heç b ir cavab verilməmişdir. Yaranmış mübahisənin həlli üçün məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Mübahisənin faktiki hallarına və qeyd olunan qanun normalarına əsaslanaraq hesab edir ki, cavabdehə mənzillərə görə artıq ödənilən 8125 manat və 15 054 manat cavabdehdən tutularaq ona ödənilməli, həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödədiyi 1750 manat ona geri qaytarılmalıdır. 14.Cavabdeh iddiaya qarşı təqdim etdiyi yazılı etirazda göstərmişdir: tərəflərin sərbəst iradə ifadəsi ilə bağlanmış xx.xx.2012-ci il tarixli 141 saylı müqaviləyə görə, ünvan 5 ünvanında inşa edilmiş yaşayış binasının 5-ci mərtəbəsindəki 2 otaqlı 94 saylı mənzilin ümumi sahəsi 86,6 kv.m., xx.xx.2012-ci il tarixli 142 saylı müqaviləyə görə 95 saylı mənzilin üm umi sahəsi 149,26 kv.m. qeyd edilmişdir. Müqavilə bağlanarkən həmin dövrdə tikinti sahəsində qanunvericilik təkmilləşmədiyi üçün formalaşmış işgüzar adətlərə görə satılan mənzillərin ümumi sahəsi oxdan-oxa hesablanmış, bu hal həm binanın layihəsinin təsdiq edən müvafiq dövlət qurumlarına, həm də alıcılara bəlli olmuşdur. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/6057 saylı xx.xx.2023-cü il tarixli ekspert rəyində normativ-hüquqi baza kimi Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinə və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2012-ci il tarixli 7 saylı qərarı ilə təsdiq olunmuş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması” qaydalarının 3.8-ci bəndinə istinad edilir. Lakin Azərbaycan Respublikası Şəhərsalm a və Tikinti Məcəlləsi 329-İVQ saylı xx.xx.2012ci il tarixli Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən xx.xx.2013-cü il tarixdən qüvvəyə minmişdir. Göründüyü kimi, ekspert rəyində istinad edilən hər iki normativ akt hazırki mübahisə tərəflərinin müqavilələri imzaladığı tarixdən, yəni xx.xx.2012-ci ildən sonra qanuni qüvvədədir. Buna görə də həmin normalar əvvəl bağlanmış müqavilələrə şamil oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 390.2-ci maddəsinin tələblərinə əsasən, əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır. Tərəflər arasında bağlanmış 141 və 142 saylı xx.xx.2012-ci il tarixli müqavilələrin 4.2-ci maddəsinin 3-cü abzasına görə, podratçı mənzilin su və kanalizasiya xətlərinin(dayaqların) qurulmasını və sınanmasını öhdəsinə götürür. Su, qaz və işiq sayğaclarının quraşdırılmasına dair müqavilələrdə hər hansı öhdəlik yoxdur. Cavabdeh MTK tərəfindən sayğacların alınması və quraşdırılmasına tələb olunan vəsait müəyyən edildikdən sonra sakinlərin razılığı ilə zəruri işlər görülmüşdür. Beləliklə, iddia tələbin bu hissəsi də tam əsassızdır. İddiaçı iddia qaldırılması üçün iddia müddətini ötürmüşdür, istər müqavilədən irəli gələn öhdəliklərə, istərsə də pul tələbinə iddiaya dair. İddiaçı 2015-ci ildən həmin mənzilləri təmir edib orada yaşayır və ötən illər ərzində müqavilələrdə göstərilən və təmir zamanı ona məlum olan faktiki sahənin uyğun olmadığını bəhanə edərək kommunal ödənişlərdən yayınır. İddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Azərbaycan Respublikası Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır”. 15.İddiaçının sifarişi ilə keçirilmiş X1 Mərkəzinin xx.xx.2022-ci il tarixli rəyinə əsasən, aparılmış ölçü və hesablanmanın nəticəsində müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 94 saylı mənzilin faktiki sahəsi 71.90 kv.m, ünvan 6 ünvanında yerləşən 95 saylı mənzilin faktiki sahəsi 116.73 kv.m təşkil edir. 16.Məhkəmə baxışı zamanı təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2023-cü il tarixli rəyinə əsasən, Bakı şəh əri, Yasamal rayonu, X2 küçəsi, ev 241 E, 94 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 421, M5 m2) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 70,2 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 241 E, 95 saylı (yeni qaydalarla Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 421, M5 m3) mənzilin ümumi sahəsi hazırda qüvvədə olan və müqavilənin bağlandığı zaman qüvvədə olan normativ sənədlərə uyğun hesablanmaqla 122,4 kv.metr təşkil etdiyi müəyyən olunmuşdur. Eyni zamanda qeyd olunur ki, aparılmış hesablamalara əsasən Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki sahəsi 71,8 kv.metr, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 241 E, 95 saylı mənzilin faktiki sah əsi 126,8 kv.metr, 94 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 79,83 kv.metr, 95 saylı mənzilin arakəsmələrin altı ilə birlikdə ümumi sahəsi 136,2 kv.metr, 94 saylı mənzilin oxdan-oxa hesablanmaqla ümumi sahəsi 88,8 kv.metr, 95 saylı mənzilin oxdanoxa hesablanmaqla ümumi sahəsi 146.6 kv.m müəyyən olunmuşdur. 17.Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 nömrəli, 14 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim: Nilufər Cəfərli) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh MTK-dan Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi 241E saylı ünvanda Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən inşa edilən yaşayış binasının 94 və 95 nömrəli (yeni qaydalarla: Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, 421, M5, m2 və m3) mənzillərinə görə artıq ödədiyi 12.889,50 (on iki m in səkkiz yüz səksən doqquz manat əlli qəpik) manatın, sayğaclara görə ödənilmiş 1.750 (bir min yeddi yüz əlli) manatın, cəmi 14.639,5 (on dörd min altı yüz otuz doqquz manat əlli qəpik) manatın və 133 (bir yüz otuz üç) manat dövlət rüsumunun tutulub İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur. 18.Məhkəmə hesab etmişdir ki, iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 752.1, 766-cı maddələri nəzərdən keçirilə bilər. İşin düzgün həlli üçün əhəmiyyət kəsb edən mübahisəli hal - cavabdehin müqavilə öhdəliklərini pozaraq iddiaçıya miqdar (mənzilin sahəsinin həcmi) baxımından qüsurlu mal verib-verməməsi iş üzrə sübutetmənin predmetidir. Məhkəmə tərəfindən bu halı yoxlamaq üçün təyin edilmiş tikinti-tekniki ekspertizasının rəyindən müəyyən edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 241 E, 94 saylı mənzilin faktiki ümumi sahəsi müvafiq azaltma əmsalları tətbiq olunmadan, həmçinin bayır və ara divarlarının altı nəzərə alınmadan 79,83 kv.metr, 95 saylı mənzilin sahəsi isə 136,2 kv.metr təşkil edir. 19.Məhkəmə hesab etmişdir ki, ekspertin rəyi sübut növlərindən biri kimi məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli hüquq normalarına uyğun şəkildə qiymətləndirilməlidir. Bu zaman xüsusilə nəzərə alınmalıdır ki, təyinatı şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən etmək olan Şəhərsalma və Tikinti Məcəlləsinin, buna müvafiq olaraq, tikinti obyektinin sahəsinin və həcmi nin hesablanmasına dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaların hansı meyarlara görə mülki hüquq sahəsindəki müqavilə münasibətlərinə, konkret halda iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsi üzrə öhdəliklərə şamil edilməli olduğu əsaslandırılmalı, belə əsaslandırma tərəflərin bağladıqları müqavilə şərtləri nəzərə alınmaqla həyata keçirilməlidir. Bu xüsusatla bağlı həmçinin nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. 20.Qeyd edilənlərə əsasən müəyyən edilmişdir ki, iddiaçıya təhvil veri lmiş mənzillərin ölçüləri divarların altındakı sahələrin nəzərə alınması ilə aparılmaqla, Bakı şəhəri, Yasamal rayonu, X2 küçəsi, ev 241 E, 94 saylı mənzilin sahəsi müqavilədə 86.6 kv.metr olmalı olduğu halda 79.83 kv.m., 95 saylı mənzilin sahəsi isə müqavilə üzrə 149.26 kv.m. olmalı olduğu halda 136.2 kv.metrdir. (86.6-79.83=6.77; 149.26-136.2=13.06). 21.Belə olan halda məhkəmə hesab etmişdir ki, əksik verilmiş sahələrin cəmi hesablanmalı və hər kv.m. 1 kv.m. dəyərinə vurulmaqla artıq ödənilmiş pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. (6.77+13.06=19.83) (19.83kv.m*650 manat=12889.50 manat). 22.Bundan başqa məhkəmə iddia tələbinin digər hissəsinə-həmin mənzillərə qaz, su və elektrik sayğaclarının çəkilməsi üçün ödənilmiş 1.750 manat pulunu ona geri qaytarılması hissəsinə mü nasibət bildirərək qeyd etmişdir ki, hazırki mülki iş üzrə iddiaçı fiziki şəxs olduğundan ona məxsus əmlaka qazın, suyun və elektrik sayğacının quraşdırılması ödənişsiz həyata keçirilməli olduğundan iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. 23.Məhkəmə iddia tələbi barədə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəyə münasibət bildirərək qeyd etmişdir ki, hazırda iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı, mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. İddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin o lunması hüquqlarından ibarətdir. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. İşin faktiki hallarından görünür ki, iddia müddətinin axımı iddiaçının qeyd edilən mənzillər ilə bağlı çıxarışların aldığı tarixdənxx.xx.2021-ci il tarixdən başlayır. 24.Belə ki, 000141 nömrəli xx.xx.2013-cü il tarixli və 000142 nömrəli xx.xx.2013-cü il tarixli arayışlardan məlum olur ki, iddiaçı mənzilləri qəbul etdiyi dövrdə müqavilə üzrə nəzərdə tutulan mənzilin ölçülərindən məlumatı olmadığından, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Mənzilin ölçülərinin hesablanması qaydaları xüsusi texniki vasitələrlə hesablanmalı olduğundan, iddiaçı həmin mənzillərə dair çıxarış və texniki pasport almadan həmin mənzillərin faktiki ölçülərində məlumatı olması mümkün ola bilmədiyindən vəsatət təmin edilə bilməz. 25.Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci, 21.2ci, 385.1-ci, 386.1-ci, 372.1-ci, 375-ci, 377-ci, 442-ci, 752-ci, 766-cı, 1091.1-ci, 1091.2-ci, 1092.1-ci, 1092.2-ci maddələrinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.2-ci, 59.3-cü maddələrinə, “Sudan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2012-ci il tarixli qərarının 6.5-ci hissəsinə, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarının 4.2ci bəndinə, “Elektirik Enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqq ında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2005-ci il tarixli qərarının 7.9cu bəndinə, “R.Cavadov və digərlərinin şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyun 2007-ci il tarixli qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat 26.Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən – iddia tələbinin təmin olunmaması ilə bağlı hissədə ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 27.Apellyasiya şikayətini, iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla qeyd etmişdir ki, məhkəmə ekspert rəyinə düzgün qiymət verməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, tətbiq olunmalı normaları tətbiq etməmiş, Tikinti və Şəhər salma Məcəlləsinin 59.3-cü maddəsinin tələbini nəzərə almamış, iş üçün mühüm əhəmiyyət kəsb edən halları tam aydınlaşdırmamışdır. 28.Qətnamədən həmçinin cavabdeh apellyasiya şikayəti verərək onun ləğv, iddia tələblərinin isə təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. 29.Cavabdeh apellyasiya şikayətini iddiaya etiraz ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün hüquqi qiymət vermədiyini, Tikinti və Şəhərsalma Məcəlləsinin tərəflərin müqavilə bağlamasından sonra qüvvəyə mindiyinə və mənzillərin sahəsinin oxdan-oxa hesablanmalı olmasına əhəmiyyət vermədiyini, iddiaçının iddia müddətini ötürmüş olmasını nəzərə almadığını, iddia müddətinin başlanğıcının düzgün müəyyən edilmədiyini, i şin hallarına uyğun olmayan nəticəyə gəldiyini irəli sürmüşdür. 30.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Elnur Həsənov (sədrlik edən və məruzəçi), Sabit Bəhramzadə və Xumar Mərdanova) 22 iyun 2023-ci il tarixli, 2(103)-3893/23 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 31.Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə iddiaçı, mübahisəli hala dair sübut kimi daşınmaz əmlakın dövlət reyestrinin tərtib etdiyi çıxarışları və texniki pasportları təqdim etmiş, həmin sənədlər əsasında mənzillərin ölçüsünün müqavilələrdə nəzərdə tutulduğundan az olduğunu müəyyənləşdirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi id diaçının irəli sürdüyü bu halı (mübahisəli halı) yoxlamaq məqsədilə tikinti-texniki ekspertizası təyin etmiş, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli rəyində müvafiq hala aydınlıq gətirilmişdir. 32.Kollegiya birinci instansiya məhkəməsinin həmin ekspert rəyinə verdiyi qiymət və rəyə istinadən gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, həmin rəyin tədqiqat və nəticə hissələrinin qarşılıqlı təhlilindən aydın olur ki, iddiaçıya təhvil verilmiş mənzillərin ölçüləri divarların altındakı sahələrin nəzərə alınması ilə aparılmaqla, 94 saylı mənzilin sahəsi müqavilədə 86.6 kv metr olmalı olduğu halda 79.83 kv.m, 95 saylı mənzilin sahəsi isə müqavilə üzrə 149.26 kv.m olmalı olduğu halda 136.2 kv.metrdir (86.6-79.83=6.77; 149.26-136.2=13.06). Bu xüsusatla bağlı nəzərə alınmalıdır ki, hesablamaların divarların çöl tərəfindən aparılması, habelə divarların altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, terras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun deyil. 33.Kollegiya tərəflər arasında bağlanmış müqavilələrin şərtlərini ekspert rəyi ilə müəyyən olunan halla birlikdə qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, cavabdeh iddiaçı qarşısındakı müqavilə öhdəliklərini tam olaraq icra etmiş sayıla bilməz və birinci instansiya məhkəməsinin müvafiq iddia tələbi üzrə gəldiyi nəticə əsaslı olmuşdur. 34.Kollegiya, iddiaçının iddia tələbinin digər hissəsi üzrə gəlinən nəticəni də əsaslı hesab etmiş və cavabdehin iddiaya etirazının dəl illəri ilə eyni olan və birinci instansiya məhkəməsi tərəfindən ətraflı şəkildə qiymət verilən apellyasiya şikayətinin müvafiq dəlilləri üzrə əlavə əsaslandırma aparılmasına zərurət görməmişdir. 35.İddiaçının iddia müddətini ötürmüş olması arqumentini də kollegiya əsassız hesab edərək göstərmişdir ki, işin hallarından iddiaçının mənzillərə dair reyestr çıxarışlarını və texniki pasportları 04-xx.xx.2021-ci il tarixdə aldığı aydın olur. Belə olan halda isə iddiaçı iddia müddətini ötürmüş hesab oluna bilməz – çünki iddia ərizəsi məhkəməyə xx.xx.2022ci il tarixdə təqdim olunmuşdur. a)Kassasiya instansiya məhkəməsində birinci icraat 36.Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3927/2023 nömrəli, 6 dekabr 2023-cü il tarixli qərarı ilə (hakimlər: E.R.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Y.Şamayev və Ə.M.Xıdırov) İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Cavabdeh MTK tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3893/2023 saylı iş üzrə, 22 iyun 2023-cü il tarixli qətnaməsi iddianın təmin edilən hissəsində ləğv edilmiş və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilmiş, qətnamə iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. 37.Məhkəmə kollegiyası cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyini lazımi qaydada icra edilməməsi ilə bağlı məhkəmənin mövqeyi ilə razılaşmış, lakin məhkəmə bu tələblər üzrə iddia müddətinin buraxılmaması barədə məhkəmələrinin mövqeyini düzgün hesab etməmişdir. 38.Belə ki, məhkəmə kollegiyasının mövqeyinə görə mənzilləri təmir edən iddiaçının mənzillərin real sahəsi barədə məlumatı olmuş, ən azı o, mənzilləri qəbul etdikdən sonra, ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzillərin müqaviləyə uyğun ölçülərdə olmasını yoxlamaq imkanında olmuşdur. 39.Cavabdeh mübahisəli mənzillərin iddiaçıya təhvil verilərək, onun tərəfindən təmir edildiyini, 2015-ci ildən iddiaçının həmin mənzildə yaşadığını göstərmiş, iddiaçı bununla bağlı hər hansı mövqe bildirməmiş, məhkəmələr tərəfindən podrat müqaviləsi üzrə mənzilin iddiaçı tərəfindən nə vaxt qəbul edildiyi araşdırmadan həmin mənzilə dair çıxarış və texniki pasportun verildiyi vaxtı iddia müddətinin başlanğıcı kimi qəbul etmişdirlər. Bu isə Mülki Məcəllənin 776.1-ci maddəsinin tələblərinə ziddir. Eyni zamanda, mənzillərə quraşdırılmış qaz, su və elektrik sayğaclarına görə ödənişlər xx.xx.2015 -ci il tarixdə ödənilmişdir. Həmin məbləğlərin geri tələb edilməsi üçün də Mülki Məcəllənin 1095-ci madəsində xüsusi iddia müddəti müəyyən edilmişdir. Məhkəmə kollegiyası bu tələb üzrə iddia müddətinin tətbiqi ilə bağlı ümumiyyətlə heç bir əsaslandırma aparmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat 40.Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər: Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Günay Axundova) 19 mart 2024-cü il tarixli, 2(103)-1924/24 nömrəli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 nömrəli, 14 mart 2022-ci il tarixli qətnaməsi qismən – iddianın təmin olunan hissəsində ləğv edilmiş, iddianın bu hissəsi üzrə yeni qətnamə çıxarılaraq, iddia bu hissədə (ape llyasiya baxışının predmeti olan hissədə) rədd edilmişdir. 41.Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçıya cavabdeh tərəfindən müqavilələrdə nəzərdə tutulduğundan daha az yaşayış sahəsinin verildiyi, yəni müqavilə şərtlərinin lazımi qaydada icra edilmədiyi, bununla da iddiaçının hüququnun pozulduğu halları işdə olan sübutlara əsasən öz təsdiqini tapmışdır. Bununla belə məhkəmə kollegiyası mübahisə tərəfinin verdiyi ərizə əsasında iddia müddətinin keçib-keçməməsi barədə məsələni araşdırarkən müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli müqavilələrin şərtlərinə əsasən cavabdeh tərəfindən hər iki daşınmaz əmlak iddiaçıya təhvil verilmiş, o, mübahisəli mənzilləri çıxarış alınmamışdan əvvəl 2015-ci ildən (tarix aralığı iddiaçının tam yadında olmasa da, kollegiya onun 2017-ci ildə köçdüyünü, təmiri də köçməmişdən əvvəl xırda-xırda apardığına dair izahatını, iddia müddətinin tətbiqi barədə ərizədə yazılanları digər məhkəmə iclaslarında təkzib etmədiyini və əksini təsdiq edən sübutu məhkəməyə təqdim etmədiyini, sayğacların məhz 2015-ci ildə quraşdırıldığını nəzərə alır) təmir etməyə başlamışdır. Göründüyü kimi iddiaçı hazırkı iddianı mənzillərin ona təhvil verilməsindən 7 ilə yaxın müddət keçdikdən sonra qaldırmışdır. Halbuki, mülki qanunvericiliyin tələblərinə əsasən iddiaçı bu tələbi mənzilləri təhvil aldıqdan sonra 5 il ərzində irəli sürməli idi. Həmin müddətin keçməsi isə iddiaçının pozulmuş hüquqlarının məhkəmə qaydasında müdafiə imkanının itirilməsinə səbəb olmuşdur. 42.Belə ki, Mülki Məcəllənin 776.1-ci maddəsində podrat müqaviləsi üzrə icranı n qüsurları barədə tələblər üzrə xüsusi iddia müddətləri nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyası podrat müqaviləsi üzrə sifarişçinin icranın qüsuru barəsində tələblərinin iddia müddətinin axımını işin qəbul edildiyi günlə əlaqələndirmişdir. 43.Məhkəmə kollegiyası iddiaçının mənzillərin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsindən yalnız mənzillərə dair çıxarış aldıqdan sonra xəbər tutmasına dair dəlil ilə əlaqədar qeyd edir ki, iddiaçının özünün də bildirdiyi kimi, o, həmin mənzilləri 2015-ci ildə təmir etməyə başlamışdır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzillərin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bu ndan başqa, mənzillərin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür. 44.Bundan başqa iddianın digər hissəsi ilə əlaqədar kollegiya, iddiaçıya məxsus mənzillərə quraşdırılmış qaz, su və elektrik sayğaclarına görə tərəfindən aparılmış ödənişin əsassız olması olduğunu, belə ki, qüvvədə olan qanunvericiliyə əsasən fiziki şəxs olan istehlakçıların həmin sayğaclarla ödənişsiz təchiz olunmalı olduğunu qeyd edir. İddianın bu hissəsinin də əsaslı olmasına baxmayaraq, iddia müddəti keçdiyindən və cavabdeh tərəf iddia müddətinin tətbiqi barədə ərizə verdiyindən, rədd olunmalıdır. 45.Belə ki, iş materiallarında olan Cavabdeh MTK tərəfindən tərtib olunmuş xx.xx.2015-ci il tarixli arayışlardan görünür ki, iddiaçıya məxsus hər iki mənzildə quraşdırılmış işıq, qaz və su sayğacları üçün cəmi 1.750 manat ödənilmişdir. Sözügedən məbləğin ödənilməsi üçün hər hansı hüquqi əsas (qanundan və ya müqavilədən irəli gələn) müəyyən edilmədiyindən hazırda ödədiyi pulun qaytarılmasını tələb edən İddiaçı oğlunun irəli sürdüyü tələbə uyğun gələn qanuni əsas Mülki Məcəllənin 1091.1, 1091.2 və 1092.1-ci maddələri təşkil edir. Hazırkı işdə də qeyd olunan maddənin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunur. Belə ki, mübahisəli məbləğin iddiaçı tərəfindən cavabdehə ödənilməsi işin mübahisələndirilməyən halla rına aiddir. Lakin qeyd edilməlidir ki, həmin məbləğin geri tələb edilməsinin mümkün olmasını tənzimləyən Mülki Məcəllənin 1095-ci maddəsində xüsusi iddia müddəti müəyyən edilmişdir. 46.Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. 47.Göründüyü kimi əsassız varlanma hallarında əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Bu müddət tələb hüququ ilə bağlı nəzərdə tutulmuş iddia müddətidir. İş materiallarından da müəyyən edildiyi kimi MTK-nın 2015-ci ildə onun hesabın a əsassız olaraq varlandığı 1.750 manat məbləğində pulun qaytarılması barədə iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etməklə iddiaçı, mülki qanunvericilikdə bu cür iddialar üçün xüsusi olaraq müəyyən edilmiş iddia müddətini ötürmüşdür. 48.Yuxarıda qeyd edilənlərdən göründüyü kimi birinci instansiya məhkəməsi iddianın əsaslı olması ilə bağlı düzgün nəticəyə gəlmiş olsa da, iş üzrə maddi hüquq normalarının (düzgün) tətbiq etməmiş, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, qətnaməni iş üzrə müəyyən edilmiş hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırımamış, bu da məhkəmə tərəfindən düzgün olmayan qətnamə çıxarılması ilə nəticələnmişdir. 49.Halbuki iddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət ed ir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). 50.İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, idd ia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 2001-ci il 27 dekabr tarixli Qərarı). 51.Beləliklə, məhkəmə kollegiyası iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edib ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-335/2023 saylı 14 mart 2023-cü il tarixli qətnaməsi qismən – apellyasiya baxışının predmeti olan hissədə iddianın təmin olunan hissəsində ləğv edilməli, iddia bu hissədə rədd ed ilməlidir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri 52.İddiaçı (vəkil Nümayəndə2) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)-1924/2024 saylı qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edəlməsini xahiş edir. 53.Kassasiya şikayəti iddia ərizəsinin məzmununa və apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri 54.Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi: 55.Maddə
1. Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir. 56.59.2. Yaşayış binalarında mənzillərin ümumi sahəsi otaqların, yerləşgələrin (sanitar qovşağı, mətbəx, dəhliz, yığnaq yeri), habelə lociyaların, eyvanların, şüşəbəndlərin və terrasların sahəsi də daxil olmaqla hesablanır. 57.Maddə 59.3. Yaşayış binalarında mənzillərin ümumi sahəsi bayır və ara divarlarının, habelə məhəccərlərin yerləşdiyi sahələr nəzərə alınmadan hesablanır. Sobanın (buxarının) yerləşdiyi sahə də mənzilin ümumi sahəsinə aid edilmir. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 262 saylı xx.xx.2012-ci il tarixli Qərarı 58.6.5-ci hissə. İstehlakçılar ın suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə STKM-in vəsaiti hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə istehlakçının öz vəsaiti hesabına həyata keçirilir. Suölçən cihaz quraşdırılmış sahənin (obyektin) sonradan hər hansı şəxsin istifadəsinə (icarəsinə) verilməsi suölçən cihazın çıxarılması (dəyişdirilməsi) üçün və ya STKM tərəfindən onun quraşdırılmasına çəkilmiş xərcin ödənilməsinin həmin şəxsdən tələb olunması üçün əsas deyildir. “Qazda istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli Qərarı 59.Bənd 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının isti fadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. “Elektirik Enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2005-ci il tarixli Qərarı 60.Bənd 7.9. Məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma el ektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 61.Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 62.Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 63.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kredit orun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 64.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 65.Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 66.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə n əzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 67.Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. 68.Maddə
773. Əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 69.Maddə 776.1. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. 70.Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabın a əmlak əldə etsin. 71.Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 72.Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 73.Maddə 1095. Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 74.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan i stifadə etməlidir. 75.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 77.Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. 78.Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 79.Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri 80.Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi fa ktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. 81.Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: 82.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 83.Belə ki, apellyasiya insta nsiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin dəlillərinə, həm də MPM-in 420-ci maddəsinə uyğun olaraq kassasiya instansiyası məhkəməsinin əvvəlki icraatda irəli sürdüyü göstərişlərə uyğun araşdırmalar aparılmış və toplanmış sübutlara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşır. 84.Kassasiya şikayətinin dəlilləri iddiaçının mənzillərin sahəsinin müqavilə ilə nəzərdə tutulduğundan az verilməsi və bu faktın ona mənzillərə görə çıxarışların alınması zamanı məlum olması ilə bağlı olmuşdur. 85.Apellyasiya məhkəməsi səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları qiymətləndirməklə belə nəticəyə gəlmişdir ki, iddiaçının özünün də bildirdiyi kimi, o, həmin mənzilləri 2015-ci ildə təmir etməyə başlamışdır. Bəllidir ki, mənzilin təmir edilməsi həmin mənzilin ölçülərinə uyğun materialların alınması və istifadə edilməsi ilə həyata keçirilir. Deməli, iddiaçı mənzillərin təmiri zamanı onun real sahəsinin nə qədər olması barədə məlumatlı olmalı idi. Bundan başqa, mənzillərin təhvil verilməsi zamanı və ondan sonra keçən müddət ərzində iddiaçı ağlabatan sayıqlıq və ehtiyat nümayiş etdirməklə mənzilin müqavilədə göstərilən ölçülərə uyğun olub-olmadığını yoxlaya bilərdi. Lakin o, qeyd edilən tədbirlərdən heç birini görməmiş, bununla da, heç bir üzrlü səbəb olmadan qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüşdür.
86. Apellyasiya məhkəməsi tərəfindən sübutların qiymətləndirilməsi ilə bağlı prosessual hüquq normaların pozulması müəyyən olunmur.
87. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsini n gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. 88.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 mart 2024-cü il tarixli, 2(103)-1924/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi